2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.
2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.
Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi.
Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm – bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.
Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.
2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Mən o vaxt da demişdim ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində. O da dərs olmadı işğalçılara, o da dərs olmadı onların arxasında dayanan anti-Azərbaycan qüvvələrə. Ona görə sentyabr ayında keçirilmiş antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir.
Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında – Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır – 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl, bildiyiniz kimi, Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.
Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.
Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Biz – bu torpaqların sahibləri qurub-yaradanıq. Biz qurub-yaradan xalqıq. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi.
Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin.
Biz bu il iqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq. Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik.
Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı. Onu da bildirməliyəm ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.
Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər – COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir – 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 – iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir.
Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Mən mənim üçün bu əziz günü – atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.
Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.
Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.
Əziz bacılar və qardaşlar, sizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, 2024-cü il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olsun. Bayramınız mübarək olsun!
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVA 4-cü BEYNƏLXALQ SERTİFİKAT) INTERNATIONAL SCIENTIFIC SYMPOSIUM TÜRK DÜNYASI ARAŞTIRMALARI ULUSLARARASI SEMPOZYUMUnda beynəlxalq sertifikata layiq görülüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur.
Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir.
Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə, qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar.
Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur.
Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır.
Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika yaşıl enerji zonası elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi geniş qeyd olunsun.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanmasını və həyata keçirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
EŞQİMİN QIŞ HARAYI
Payız elə gəldi, qış belə getdi, Ayrılıq küləyi əsdi bir ucdan. Görüşə bilmədik bu necə dərddi? Qar da yolumuzu kəsdi bir ucdan.
Sanki acıq çıxır təbiət bizdən, Görüşmək vədəmiz uzanır yaman. Həsrət də qar kimi gözlərimizdən- Yağıb yolumuzda qoparır tufan.
Bölündük sevginin fəsillrinə, Eşqimiz baharkən, özümüz qışıq. Bəlkə ömrümüzün son illərindən, Bəxtin yollarına atılmış daşıq?!
Eh…yenə səbrimin üstünə əsir, Sənin gətirdiyin şaxta, qar, boran. İnan ki, yolumu eşqimiz kəsir, Yoxsa bu yollarda kimidi ki, duran?!
Həkim ağrın alım elə dərman yaz
Həkim ağrın alım elə dərman yaz, Bütün dərdlərimə çarə eyləsin, Ya öldür, ya sağalt biryolluq məni, Qoyma həsrət könlüm yara eyləsin.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Ən son nə vaxt ağlamısan? Nə vaxt keçdim ürəyindən? Məndən nəyi saxlamısan Qətl yeri-ürəyində?
Ən son nə vaxt gülüşündən Adım asılıb, gülüm? Dad qalıbmı öpüşündə? Xatırlanırmı əllərim?
Ən son nə vaxt… Nə vaxt axı Sevməyi xatırlamısan? Mənsizliyin azı-çoxu Aşıb boyunu… Anlasan…
2017-dən bir qış nağılı…
Səni sevən qadınam… Eşqin naməhrəmiyəm… Ömür yüküm adınla Möhürlənib ölməyə…
Sevən qadın… Bu iki Kəlmə Dünya hikkəsi… Sənin ürəyindəki “Ağır eşq məhkəməsi”…
Yoxsa elə bilirsən Qadınlar sevə bilmir?! Ah… Kimə güvənirsən? Sevmək əlindən gəlmir…
Mən bütöv qadın idim… Sənlə min parça oldum… Eşqdən köynək geyindim, Bəxtə Tanrıça oldum…
Hər qadın sevir, ömrüm, Hər qadın hikkəlidi… Eşqə üsyankar ömrüm Tanrıça heykəlidi…
Sənin sevməməyinin Bir adı “ağıl” imiş… Tanrıça sevgisinin Lənəti nağıl imiş…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Bir az yaxına gəl, Tanrı, İşim yoxdu bəndə ilə. Dünyaya sığmayan ruhum Qalıb bir bədəndə elə.
Görmədi… Heç kim görmədi. Mən gördüm, bütün görmədim. Nə qürbətdə gün görmədim, Nə də ki, vətəndə elə.
Hansından danışım indi, Görünür yanlışım indi. Dərindən yaşadım, indi Hamı necə, mən də elə.
Qurunun oduna Yaş yanır indi, Su vurmuşam Ürəyimin üzünə, Oyanır indi. Oyanır canımdakı Şübhələr, ehtimallar, Bu mənəm, bu boş masa, Bu bir yığın suallar… Fikrim tamam dağılıb, Fikrim küləyə düşüb. Ağlıma ən sonuncu, Ən təzə qayə düşüb. Axıb gedir hisslərim, Ürəyimdə qırıq var. Qarşıda ayrılıq var…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
* * *
Deməzdim bu sevgidən, sən uddun, mən uduzdum. Elə həmin qış idin, Elə həmin payızdım. Bərabər olmadıq ki, Sən tənha, mən yalnızdım. Adını hər nə qoysaq Daş olar, sevgi olmaz. Belə ömür, gün olmaz.
Ehtirasın, şəhvətin Qucağında iki lal. Bu dəlilik içində Mum olmaz ki, ihtilal. Ürəyində getmisən, Nə mənası desəm qal? Bitib tükəndim artıq. Məndən sənə yem olmaz. Belə ömür gün olmaz.
Sayrışan ulduzların, Sehrinə dalıb qaldım. Yaş olub gözlərindən Axmadım, dolub qaldım. Mən sənin dünənində, Eləcə donub qaldım. Özgəninsən bilirəm, Bizimki mümkün olmaz. Belə ömür gün olmaz.
Həsrət göy qurşağıymış, Rəngli, əlvan dərd imiş. Getdiyin bütün yollar, Ayağıma yurd imiş. Şübhə ilan deyilmiş, Kiçik, sinsi qurd imiş. Qalanı təfərrüat, Bu boyda sürgün olmaz. Belə ömür gün olmaz…
* * *
Necə oldu yollar səni yormadı, Gecə oldu, ulduz aya qovuşdu. Taleyimə yazdım səni, olmadı, Uşaq kimi olmazlara alışdıq.
Tökdü xəzəl hələ dünən gül açan, Hədər oldu neçə-neçə fəsillər. Dirənmədik bu sevgidə sonacan, Aramızda soyuq yellər əsirlər.
Bu nə gücdür dalğaları oyadan, Dəyişibdir çalarları rənglərin. Birdəfəlik çıx ömrümdən ay adam, Kəs arasın məktubların zənglərin.
Necə oldu yollar səni yormadı, Boyun əydim intizara, dərdə mən. Bu nağılın sonu gözəl olmadı, Almaları cin apardı, Birdənəm…
Bu gün görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 102-ci ildönümü tamam olan Əzizə Cəfərzadə milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, XX əsr Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biridir.
O, 1921-ci il dekabrın 29-da Bakıda anadan olub. 38 nömrəli məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr məktəbində oxuyub. Əlaçı oxuduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundzadə mükafatına birinci o layiq görülüb. 1942-44-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-47-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1957-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Əzizə Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1937-ci ildə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra nəşr olunmuş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb. Sovet senzurası gənc yazıçını salon lirikasını tərənnümdə, yəni “Axmatovşina”da ifşa edərək kitabı yığışdırır.
Müasir Azərbaycan nəsr tarixində tarixi roman janrı Əzizə Cəfərzadənin qələmi ilə yenidən canlanıb. 1963-cü ildə “Natəvan haqqında hekayələr”i yazır. Bu hekayələrdə o, Xurşidbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alıb. Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-78-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib. 1980-ci ildə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayan romantik şair Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini özündə əks etdirən “Bakı-1501” tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” (1989) romanı XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” (1992) XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi” (1995), “Gülüstan”dan öncə” (1996), “Zərrintac-Tahirə” (1996), “İşığa doğru” (1998), “Bəla” (2001), “Rübabə sultanım” (2001) tarixi romanları Əzizə Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur.
Əzizə Cəfərzadənin 2003-cü ildə qələmə aldığı “Xəzərin göz yaşları” adlı povesti isə 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasına həsr olunub. Əzizə Cəfərzadə Şərqin dühası Məhəmməd Füzuli yaradıcılığına gözəl bələd olduğundan, ölümündən bir az əvvəl onun həyatı haqqında “Eşq sultanı” adlı romanını yazıb.
Yazıçının “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984), “Xəyalım mənim” (2002) əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Uşaqları yaddan çıxarmayan Əzizə Cəfərzadə “Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim” (1988), “Pişik dili” (2001) kimi hekayələr və nağıllar yazıb.
Azərbaycan dilinin saflığını qoruyan və onu təbliğ edən ədəbiyyatşünas alimin elmi əsərləri də bədii ədəbiyyat nümunələri kimi daim oxunur. “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mürcüm Kərim Vardani. Sünbülüstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) kitabları yazıçıya xüsusilə şöhrət gətirib.
Ana və qadın mövzusuna xüsusi önəm verən yazıçının folklor araşdırmaları, etnoqrafik yazıları da maraq doğurur: “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa əsərlər bu qəbildəndir. Əzizə Cəfərzadə iştirak etdiyi beynəlxalq konfranslarda, xarici səfərlərində daim Azərbaycan və onun tarixi haqda məlumatlar verməklə yanaşı, həmin ölkələrin kitabxana və fondlarında Vətənimizlə bağlı məlumatları araşdıraraq toplayıb. Bu məqamlar Əzizə xanımın səyahət gündəliklərində öz əksini tapıb.
Əzizə xanım 1965-1966-cı illərdə pilot olan həyat yoldaşı ilə birlikdə Qanada (Afrika) yaşamalı olub və həmin illərin xatirələri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirə kitabında toplanıb.
Xalq yazıçısı Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də vəfat edib.
Yanvarın 7-dən etibarən Türkiyənin “TRT TÜRKÜ” radiosunda “Azərbaycan ruzigarı” proqramı yayımlanacaq. Proqramda Azərbaycanın xalq mahnıları və milli muğamlarımız səsləndiriləcək.
Bu barədə AZƏRTAC-a layihənin müəllifi, azərbaycanlı telejurnalist Səidə Ömər məlumat verib.
O deyib: “Azərbaycan mədəniyyəti hər zaman Türkiyə ictimaiyyətinin marağındadır. Bu gün UNESCO-nun Dünya İrsi Siyahısında yer alan qədim musiqi alətlərimiz var. Azərbaycan musiqisi, xüsusilə muğamlarımız, xalq mahnılarımız Türkiyədə həddindən artıq çox sevilir və sənətçilərinin ifalarında tez-tez səslənir. Qardaş Türkiyədə ölkəmi təmsil etməkdən qürur hissi keçirirəm. Türkiyənin dünyadakı nüfuzu, coğrafi yerləşməsi, həm də bir çox başqa səbəblərdən “Azərbaycan ruzigarı”nın sədalarının ölkə xaricinə çıxacağına çox inanıram. Proqramımız vasitəsilə Azərbaycanın ustad xanəndələri və musiqiçilərinin ifaları ilə dinləyicilərə xoş ovqat verməyə çalışacağıq. Təbii ki, “Azərbaycan ruzigarı” proqramının digər prinsiplərini də radio dinləyicilərinə uyğun formata salaraq təqdim edəcəyik. Proqram çərçivəsində Azərbaycan ədəbiyyatından şeirlər səsləndiriləcək, valehedici coğrafiyamız və zəngin mədəniyyətimiz haqqında da məlumatlar veriləcək, tarixi günlərimiz yad ediləcəkdir. Odur ki, hər kəsi qarşıdan gələn ilin yanvar ayından etibarən “TRT TÜRKÜ” radiosunu dinləməyə dəvət edirəm. Vətənimin hər bir fərdini qarşıdan gələn Həmrəylik Günü münasibətilə ən səmimi arzularımla təbrik edir, azərbaycanlı olduğum üçün fəxr edirəm”.
Səidə Ömər Azərbaycan mədəniyyətinin Türkiyə radiosunda təbliğinə göstərdikləri dəstəyə görə “TRT” media qurumuna və TRT İstanbul Radiosunun müdiri Ali Fuad Gülməzə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, proqram 2024-cü il yanvarın 7-dən etibarən həftənin hər bazar günü Türkiyə vaxtı ilə saat 23.30-da yayımlanacaq.
Xatırladaq ki, Səidə Ömərin müəllifi olduğu “Azərbaycan ruzigarı” verilişi 2018-2023-cü illər ərzində Türkiyə telekanallarından birində Azərbaycan ədəbiyyatını, mədəniyyətini və coğrafiyasını təbliğ edib. “TRT TÜRKÜ” radiosunda yayımlanacaq proqram “Azərbaycan ruzigarı” layihəsinin yeni formatıdır.
Dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” ekran əsəri də var idi.
Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaq. Ona maraq tezliklə sönəcək. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.
Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışdılar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Milli Kino Günü hər il avqustun 2-də qeyd edilir.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.
Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyası Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. Bu il 124-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tammetrajlı və qısametrajlı bədii, sənədli, habelə cizgi filmləri çəkilib. Bu gün gənclərimiz dünyanın bir sıra ölkələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir.
Azərbaycan həqiqətlərini uzun illərdir dünyada tanıdan “İRS” jurnalının İngilis dilində cari ilin son nömrəsi işıq üzü görüb. Jurnal ənənəvi olaraq baş redaktor Musa Mərcanlının giriş sözü ilə açılır.
AZƏRTAC xəbər verir ki, jurnalın ilk məqaləsi 100 illik yubileyini etdiyimiz Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzə həsr olunub. Məqalədə dünyanın tanınmış arxitektura inciləri sırasına daxil olmuş Heydər Əliyev Mərkəzinin layihələndirilməsi, onun tikintisi və çoxfunksiyalı fəaliyyəti haqqında geniş bilgi verilir, maraqlı illüstrasiyalarla oxucular tanış edilir . Növbəti məqalə Qərbi Azərbaycandan, xüsusən İrəvandan köklü sakinlərin-azərbaycanlıların deportasiyası, erməni dövləti və millətçilərinin 300 mindən çox soydaşımızın başına açdıqları zülmlər, vəhşiliklər haqqında foto-faktlar və sübutlarla xarici oxuculara geniş məlumat təqdim edilir.
İngiltərədən olan jurnalist İan Peartin məqaləsi Şuşaya həsr olunub. Məqalədə Azərbaycanın mədəniyyət paytaxtının müşahidələrlə bir növ portreti çəkilib və ermənilərin buradakı vəhşiliyi ürək ağrısı ilə qeyd olunub. Şuşada keçirilmiş Media Forumun iştirakçısı olmuş müəllif tədbirin yüksək səviyyədə təşkilindən də söhbət açır. Şuşada yerləşən Mehmandarovların ev-muzeyi haqqında məqalə da “İRS-Heritage” jurnalının bu nömrəsində dərc edilib. Məqalədə bərbad günə salınmış bu abidənin Heydər Əliyev Fondu tərəfindən bərpası və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Qarabağda yerləşən Alban abidələri, qədim məbədlər haqqında elmi məqalə da maraqla qarşılanacaqdır. Mənbələrə əsaslanan yazıda saxta adlarla erməniləşdirilmiş bu məbədlərin işğal dövründə yadellilər tərəfindən mənimsənilməsi, abidələrin arxitektura üslubunun, üzərindəki yazıların dəyişdirilməsi qeyd olunmaqla bu cür əməllərin Qafqaz Albaniyasına xarakterik olan tikililərin tarixdən silinməsi üçün davamlı siyasətin bir hissəsi kimi də göstərilmişdir.
“İRS-Heritage” jurnalının bu nömrəsində orta əsrlər sənətkarlığının incilərindən olan miniatürlər haqqında məqalə, Azərbaycanın möhtəşəm təbiət abidələri – Göygöl, Maralgöl, Kəpəz dağı haqqında fotoreportaj oxucular tərəfindən maraqla qarşılanacaqdır.
Onu da qeyd edək ki, “İRS”in ingilis nəşri dünyanın 50-dən çox ölkəsində yayımlanır.
Bu gün Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 15 il ötür.
AZƏRTAC xəbər verir ki, 2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin (BMM) açılışı ilə Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz yaradıldı.
Mərkəzin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: “Bu bina Azərbaycan xalqına xidmət edəcəkdir. Bu binada gözəl tədbirlər keçiriləcəkdir, gözəl konsertlər, muğam gecələri keçiriləcəkdir. Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır və bu gün çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir”.
Ölkə başçısının dediyi kimi, ötən müddət ərzində Beynəlxalq Muğam Mərkəzində bir sıra mühüm layihələr reallaşdırılıb, saysız-hesabsız konsertlər keçirilib, korifey sənətkarlarımızın yubileyləri təşkil olunub. BMM-in böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsi çərçivəsində silsilə konsertlər keçirilir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla izlənilir.
Yeri gəlmişkən xüsusi olaraq vurğulamalıyıq ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva muğam sənətimizi dünyanın ən nüfuzlu konsert salonlarına çıxartdı, bu sənəti təkcə Azərbaycanın deyil, dünyanınkı etdi. Onun fədakar fəaliyyəti, milli dəyərlərimizə sonsuz sevgi və qayğısı Azərbaycan muğamını UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil etdi.
Azərbaycanın birinci xanımı illər əvvəl “Azərbaycan İrs” jurnalında dərc olunmuş “Qarabağ muğamı” adlı məqaləsində bu mədəniyyət xəzinəsinin sirlərini, mətləblərini belə təsvir etmişdi: “Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq intibahı çağında özünün çiçəklənmə dövrünü yaşamışdır. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir.
Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq təşkil edir”.
Azərbaycan xalqının minillərlə formalaşan tükənməz xəzinəsi olan muğamlarımızı yaşadan, təbliğ edən bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır.
Azərbaycan muğamlarının təbliği istiqamətində yorulmadan fəaliyyət göstərən Xalq artisti Mənsum İbrahimov da BMM-in yaranması və ötən dövr ərzində görülən işləri yüksək qiymətləndirib: “Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam müsabiqələri nəticəsində bizim onlarla gənc muğam ifaçısı sənətimizə gəlib. Artıq onların fəxri adları var. Heç bir dövrdə bizim sənətimizə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük bir rəqəmdir. Biz hər dəfə müsabiqədən əvvəl bölgələrə gedib seçim turları keçiririk. Bu tədbirlərin ən yaddaqalanları Beynəlxalq Muğam Mərkəzində təşkil edilir. Bu mərkəzdə gözəl tədbirlər, gözəl yubileylər, gözəl konsertlər və müsabiqələr keçiririk. Burada əsl muğam ab-havası var. Biz çalışırıq ki, muğamımızı həm də xarici dövlətlərdə gözəl təbliğ edək, musiqimizi, muğamımızı xarici vətəndaşlara öz çıxışlarımızla, öz ifalarımızla yüksək səviyyədə çatdıraq”.
Beynəlxalq Muğam Mərkəzinin ötən dövr ərzində əsl musiqi beşiyinə çevrildiyini söyləyən Xalq artisti Teyyub Aslan deyib ki, qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda, Ağdamda Ağcabədidə və Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə bu sənətin inkişafına mühüm töhfələr verib. Bu mərkəzlərdə çıxış edən gənc ifaçılar bizim milli irsimizi, muğam sənətimizi nəyinki ölkəmizdə yaşadır, həm də dünyada layiqincə təbliğ edirlər. Sevindirici haldır ki, biz tez-tez Beynəlxalq Muğam Mərkəzində korifey sənətkarlarımızın yubileylərini keçirir, gənc ifaçıların konsertlərini dinləyirik. Bizə qürur verən bu işlər muğam irsimizin əbədiyaşarlığını bir daha təsdiqləyir”.
Bütün deyilənlər təsdiqləyir ki, Beynəlxalq Muğam Mərkəzi istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə, inkişafına öz töhfəsini verməkdədir.
Bu gün Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 91-ci ildönümü tamam olan bəstəkar Astara şəhərində anadan olub.
O, 1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun Xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub. 1957-ci ildə O.Kazımi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə Bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoymuş O.Kazımi musiqi sənətinin müxtəlif janrlarında öz qələmini sınayıb. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud – nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, Piano və orkestr üçün poema-konsertin, Xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyasının”, Təntənəli uvertüranın, Xor və simfonik orkestr üçün “Trilogiya”nın, kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.
Onun yaradıcılığında mahnı janrı xüsusi yer tutub. Onun 200-dən artıq mahnısı – “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları” və “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodiyası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadə və başqalarının repertuarında möhkəm yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.
O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. O, 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat edib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
E.Ə.Qasımzadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elbay Ənvər oğlu Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuş, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçmüşdür. 1949-cu ildə Qərbi AzərbaycanınZəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirmiş, təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdir (1949–1954). Eyni zamanda 1954–1958-ci illərdə Ermənistan KP MK-nın orqanı “Sovet Ermənistanı” qəzetində müxtəlif vəzifələrdə çalışmış, Ermənistan KP İrəvan şəhər komitəsi yanında Marksizm-Leninizm Axşam Universitetini (1955–1957), Moskvada isə “Pravda” qəzeti nəzdində olan Ümumittifaq jurnalistika və fotoreportaj üzrə qiyabi lektoriyanın jurnalistika şöbəsini (1959–1961) bitirmişdir[1].
1961–1964-cü illərdə AEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili almış, “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik (1966), “Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda doktorluq işi müdafiə etmişdir. 1984-cü ildə nəşr edilən “Nəriman Nərimanov” kitabı rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla nəşr edilib.
1965–1968-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968–1990), 1988-ci ildən aparıcı elmi işçi olmuşdur.
1990–1991-ci illərdə “Vətən həsrəti”, 1992–1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləmişdir. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən “Respublika” qəzetinin baş redaktorudur.
AEA “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi” üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi (1968-ci ildən), Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi geniş elmi axtarışlar aparmış, AMEA Milli Münasibətlər İnstitutunda Elmi nəşriyyat şöbəsinin müdiri və “Elturan” (“Milli məsələlər”) jurnalının məsul redaktoru olmuşdur (1992–2003).
Səmərəli əməyi dövlət tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı (1982), akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilmiş, 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına layiq görülmüş, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub[2]
Teymur Əkbər oğlu Əhmədov ilk gənclik illərindən bədii yaradıcılıqla da məşğul olmuş, “Ülkər” adlı şeir və hekayələr kitabı 1961-ci ildə İrəvanda işıq üzü görmüşdür. “Dostluq nəğməkarı”, “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Vedibasarın qanlı-qadalı günləri”, “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918–1920-ci illər)”, “Mirzə İbrahimov” və s. monoqrafiyaları dərin oxucu marağı qazanıb. “Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)” (1987), “Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)” (1995) da sizin məhsuldar əməyi sayəsində araya-ərsəyə gəlib.
2007-ci ildən başlayaraq Azərbaycan mətbuatında dərin iz qoymuş “Füyuzat” jurnalının 100 il sonra yenidən təsisinə başlayan Teymur Əhmədov “Füyuzat” jurnalının baş redaktorudur.
Teymur Əhmədov 16 mart 2021-ci ildə 90 yaşında koronavirusdan dünyasını dəyişib.
Kitabları
Azərbaycan yazıçıları XX–XXI yüzillikdə (ensiklopedik məlumat kitabı). Bakı: Nurlar, 2011, 1056 səh.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Evlidir. Üç övladı, beş nəvəsi var.
Təltiflər və fəxri adların siyahısı:
Ordenlər
Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)
Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)
Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)
Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)
Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)
Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)
Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)
Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)
Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)
Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)
Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)
Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)
Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)
Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)
“Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il)
Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)
Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)
Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)
Fəxri elmi adlar
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)
Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)
Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)
Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)
Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)
Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)
Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)
İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)
Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)
Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)
Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)
Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)
Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)
Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)
Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)
Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)
İdman təşkilatlarının mükafatları
Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)
Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)
Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)
Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)
MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)
Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)
Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)
Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)
Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)
Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)
“Mücrü” Nəşriyyatının “Roman” seriyasından tərəfindən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Ciddi zarafat” (Roman) kitabı işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Əlfəcin” Nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Doğma günahlar” (Roman) kitabı işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
“Əlfəcin” Nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Ciddi zarafat” (Roman) kitabı işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Əlfəcin” Nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Ciddi zarafat” (Roman) kitabı işıq üzü görüb.
Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Bir kabusun izi ilə” (Roman) kitabı işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Qəlb oğrusu” (Roman) kitabı işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Xəyanətin dadı” (Roman) kitabı işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Tale bağları” (Roman) kitabı işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Alfons” (Roman) kitabı işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Əlfəcin” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Hiyləgər Sofa” (Roman) kitabı işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Hiyləgər Sofa” (Roman) kitabı işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlidir. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azərbaycanın fəxri”, “Qızıl qələm”, “Əsrin ziyalısı” fəxri adlarının sahibi, Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Dəmir Yumruq” əməliyyatı (Roman) kitabı işıq üzü görüb.
Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Gənc xanım yazar Şəfa Vəlidir.Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Təhlükəli cazibə”, “888”, “Ağ xələtli ölüm mələyi”, “İblisin məşuqəsi”, “Xəyanətin dadı”, “Şeytan özü şahiddir”, “Cadugər”, “Şeytanın oyunu” detektiv, mistik, psixoloji dram əsərlərinin, “Cəza otağı”, “Hiyləgər Sofa”, “Mavi qorxu”, “Alfons”, “Bəxt oyunu”, “Çərxi-fələk”, “Sarı xəfiyyə”, “İfritə ovu”, “Doğma günahlar”, “Ciddi zarafat”, “Tale bağları” adlı romanları oxucuların ixtiyarına verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
IV BEYNƏLXALQ HUMANİTAR VƏ iCTiMAi ELMLƏR KONFRANSINDA (IV INTERNATIONAL CONFERENCE ON HUMANITIES AND SOCIAL SCIENCE) “Qədim diyar” Beynəlxalq onlayn elmi jurnalında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVAnın “NƏSİMİ YARADICILIĞINDA “CAMİ-CƏM” İFADƏSİNİN MAHİYYƏTİ VƏ TƏHLİLİ” adlı məqaləsi dərc olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Bildiyiniz kimi, Azərbaycan Yazıçılar Birliyində, bir neçə gün bundan əvvəl bir sıra yazıçılara və Yazıçılar Birliyinin işçilərinə evlər verilib. Sosial şəbəkələrdə, xəbər portallarında, xəbər saytlarında bununla bağlı müzakirələr aparılır, mülahizələr irəli sürülür. “Manşet.az” xəbər portalının məhz bu məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla müsahibəsinin qəzet variantını oxuculara təqdim edirik.
– Anar müəllim, xoş gördük.
– Xoş gördük. Mən, təəssüf ki, saytları oxumuram, amma mənə məlumat verirlər. Və mən bilirdim ki, bu ev məsələsiylə bağlı qalmaqal olacaq. Ona görə də saytlardan zəng olan telefonlara cavab vermirdim. Gözləyirdim ki, bütün narazılar ürəyini boşaltsınlar, ondan sonra hamıya birdəfəlik cavab verim. Ona görə sizə təşəkkür edirəm ki, belə bir imkan yaratmısınız. Bu hadisələr haqqında müfəssəl danışmaq istəyirəm. Çünki bu, vacibdir. Görürəm, bəzi verilişlərdə deyirlər ki, yazıçılara niyə ev verilməlidir? Bunun bir cavabı var: ancaq ona görə ki, yazıçının iş yeri onun evidir. Başqa adamlar başqa yerdə işləyir, amma yazıçı evində işləyir, əsərini evində yazır. Və əgər böyük ailəsi olan, kiçik və böyük ailəsi olan yazıçının, heç olmasa, birotaq kabineti, iş yeri olmasa, o necə yazacaq? Ona görə yazıçıların ev almağı çox təbii bir şeydi. Mən 36 ildi Yazıçılar Birliyinin rəhbəriyəm və bu 36 ildə yüzə qədər yazıçıya mənzil vermişik. Bu qəribə görünə bilər ki, necə yəni, 100-ə qədər? Mən sizə izah eləyim: sovet vaxtında 40 nəfər Yazıçılar Birliyindən ev alıb, mənim vaxtımda. Mən Birliyin rəhbəri seçilən elə ilk ayda Məmməd İsmayıla dördotaqlı, İsi Məlikzadəyə üçotaqlı mənzil verdik. Daha sonra on yazıçıya rəhbərlikdən ev aldım. Müstəqillik dövründə isə, 60-a qədər ev alınıb. Mən hörmətli prezidentimiz Heydər Əliyevə müraciət elədim, Ramiz Rövşənə mənzil verdi. Sonra Yazıçılar Birliyinin təklifi ilə Mədəniyyət Nazirliyindən Elçin Hüseynbəyli mənzil aldı. Ondan sonra mən yenə də xahiş elədim, Mehriban xanımdan, məni qəbul elədi və mənim xahişimlə 7 mənzil verilməsi ilə bağlı tapşırıq verdi. Ondan başqa, biz Zərgərpalanda bir ev başladıq tikməyə, düzdü, o bitmədi, amma o evdən 34 adama mənzil pulu verildi. Prezidentə müraciət etdim, onun tapşırığıyla Bakının İcra başçısı Eldar Əzizov bizə torpaq sahəsi ayırdı. Bakı İcra Hakimiyyətinin təklifi ilə bir firmaya verdilər ki, bunlar tiksinlər. Bu evi tikdilər və həmin evdən müqaviləyə əsasən, müəyyən faiz, yəni bizə 21 mənzil verdilər – 6 birotaqlı və 15 ikiotaqlı. Evə görə isə Yazıçılar Birliyində 230 ərizə var. İndi bu döşünə döyənlər desin, 230 ərizəni 21 yerə necə bölmək olar ki, hamı razı qalsın? Bəziləri vay-şüvən qaldırır ki, niyə mən almadım, o aldı? Və ən çirkin üsullara əl atırlar ki, guya burda alver olub. Nə alver? Kimdi, alver edən? Mən heç kəsin dalında gizlənmək istəmirəm. Mən katiblərlə məsləhətləşirdim, deyirdim ki, təkliflərinizi verin. Amma son qərarı mən təkbaşına qəbul elədim və bunun məsuliyyətini də daşıyıram. Heç kəsdən də qorxmuram, çəkinmirəm və bunu izah edə bilərəm ki, nə cür verilib və kimə verilib. İndi yenə də imkan var ki, bir sahə ayrılsın bizə. Ancaq mən düşünürəm, əgər mənim başım bu qədər qalmaqal çəkəcək, üstümə bu qədər çirkab atılacaqsa Yazıçılar Birliyinə, özü də Yazıçılar Birliyinin öz içindən olan adamlar, işin içində olan adamlar, hətta ev alan adamlar tərəfindən. Bunlar da bunu alver kimi qələmə verirsə, belə adamlar üçün təzədən çalışmağa, vuruşmağa, əlləşməyə, bu qədər çətinliyə dözməyə dəyərmi?
2600 yazıçı var. Bu ev Yazıçılar Birliyinə verilib, bütün yazıçılara yox. Yazıçılar Birliyi, təbii ki, bizdən kənarda olan adamlara da ev verib, adbaad deyə bilərəm sizə. Görkəmli yazıçılardı, dramaturqdu, şairdi, tənqidçidi. Və eyni zamanda aparatda işləyən adamlara da ev verilib. Aparatda işləyən adam ayrı hardan ev ala bilər? Bu da vətəndaşdı da. Sürücü olsun, kadr şöbəsi olsun, ya müşavir olsun. Onu da deyim ki, televiziya ilə elan elədilər ki, Anarın müşaviri Rauf Aslanov yazıçı olmaya-olmaya Yazıçılar Birliyinin üzvüdür. Rauf Aslanov Yazıçılar Birliyinin üzvü deyil. Amma ərizəsi var, hər bir vətəndaş kimi, onun da ev almaq hüququ var. Yaxud başqa bizim işçimiz 21 il bundan əvvəl ev alıb. 21 il ərzində bunun ailəsi artıb, böyüyüb, əri müharibə iştirakçısı, veteranıdır. Yaxşı, onun haqqı yoxdur, ev almağa?
– Anar müəllim, siyahıya toxunacağıq, az sonra. Mən bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, bu torpaq sahəsi verilmişdisə, Azərbaycan Yazıçılar Birliyinin sərəncamına, orda bir az daha hündür və ya iki bina tikilməsi mümkün deyil?
– Yox, iki bina mümkün deyil, daha hündür isə, bunu bilmirəm, mən inşaatçı deyiləm, bunu inşaatçılar təyin eləyir. Həm də, lap üçmərtəbə, hündür olsaydı belə, yenə 230 mənzil verə bilməzdik.
– Bəs nəyin əsasında, 21 mənzil, Anar müəllim?
– Çünki müqavilədə belədir ki, müəyyən faiz tikilən evlərdən bizə verilib və sahəni onlara verdiyimiz üçün, faizlə hesablayanda 21 mənzil olur.
– Anar müəllim, indi o siyahıda katibiniz də müsahibə verəndə demişdi, mən baxdım ona. Anar müəllimin məsləhəti ilə olub və siz də təsdiq elədiniz onu.
– Mən təsdiq edirəm, mən məsuliyyət daşıyıram, mən heç kəsin arxasında gizlənmək istəmirəm. Və bilirəm ki, Birliyin bəzi məsul işçiləri də bu günlərdə gizləniblər. Niyə gizlənirlər? Bizim gizli işimiz yoxdur ki…
– Anar müəllim, burda siyahıda, mən göz gəzdirdim. Bir neçə şəxsin adları var. Burda həm sizin sürücünüzün, həm İlqar Fəhminin katibəsi və digər şəxslərin adları var. Yəni bunlara necə verilib ev, hansı əsaslarla bölünüb?
– Bunlar doğrudur. Mənim sürücüm 16 ildi burda işləyir. Və burdan ev almayıb, hardan ala bilər? O da bir vətəndaşdı. Mən bayaq dedim, yenə təkrar edirəm: bu – bütün yazıçılara verilən ev deyil. Bu, Yazıçılar Birliyinə verilib ki, biz bölək. Biz də böləndə Yazıçılar Birliyindən kənarda olan görkəmli yazıçılarımıza, cavan yazıçılarımıza ev verməklə bərabər, işçilərimizə də ev vermişik. Əgər, mən bu 36 ildə 100 mənzil vermişəmsə, bir mənzil mənim özümə düşür, ya düşmür?
– Düşür.
– Əgər düşürsə, mən o mənzili sürücümə vermişəm. Kadr şöbəsinin müdiri Arifə xanım 21 il bundan qabaq ev almamışdı, evin pulun almışdı. O pulu da qaytarıb.
– Bundan əvvəlki ev bölgüsündə?
– Bəli, bundan əvvəlki.
– Anar müəllim, siz özünüz ev almısınızmı, Yazıçılar Birliyindən?
– Mən Yazıçılar Birliyindən 60 il bundan əvvəl iki otaq almışam, o vaxt Vaqif küçəsi 30-da düz on il yarızirzəmi evdə yaşamışıq.
– Sonra, deyəsən, Heydər Əliyev sizə ev verib?
– Heydər Əliyevə mən müraciət elədim, bəli, mənə ev verdi.
– Bu çox nəcib bir təşəbbüsdü. Anar müəllim, bax, burda bu qalmaqalların, bu yazılanların səbəbləri bax, elə bu sürücünün ev alması və bir neçə şəxsin bir neçə dəfə ev alması ilə bağlıdır.
– İki dəfə ev alması məsələsi belədir: kiminsə 20 il ərzində ikinci dəfə ev almağa ixtiyarı yoxdur? Əgər bunun ailəsi böyüyübsə, övladları ailə qurubsa, qızı ərə gedibsə, nəvələri olubsa, ev almamalıdır? Niyə?
– Onda belə başa düşdüm ki, sizə 230 dənə mənzil lazımdı ki, bu söz-söhbətlər kəssin.
– Əgər 230 mənzil alsan, 500 adam gələcək ki, bəs mən niyə almadım? Biri var, neçə il əvvəl ev alıb, evi alıb da, yaşayır da. İndi başqaları ev alanda gəlib vay-şüvən qaldırır ki, bəs mən evimi təmir edə bilmirəm. Bəs bütün bu illər necə yaşamısan? Əgər təmir edə bilməmisənsə, deməli, ancaq başqası alanda yadına düşür? Ancaq hikkədir ki, niyə başqası aldı, mən yenidən almadım. Niyə başqası alır?
Yazıçılar gərək cəmiyyətə örnək olsun. Bir cavan oğlan var, ona da ev vermişik. Deyir ki, mən bundan sonra da Anarı tənqid edəcəyəm. Çünki tənqid eləməsəm, deyərlər ki, yaltaqlıq eləyir. Bu məntiqdi?
– Bax, burda, Anar müəllim, siyahıda belə bir ad var; Şəmsiyyə Camalova… Yazırlar ki, İlqar Fəhminin katibəsidir.
– Burda ayrı-ayrı katiblərin katibələri yoxdur. O, İlqarın qəbul otağında oturur. Ona görə də elə yazırlar. O, Yazıçılar Birliyində kompüter operatoru işləyir.
– Ümumiyyətlə, Anar müəllim, sizə bir şey deyim: sizin son vaxtlar təşəbbüs göstərdiyiniz, gördüyünüz işlər mediaya çıxan kimi, o saat təhdidlər başlayır. Bir çox insanlar yazırlar, mülahizələr irəli sürürlər, sizi tənqid edirlər. Hardan qaynaqlanır bu, Anar müəllim?
– Bu qaynaqlanmanın çox sadə səbəbi var; mən indi yaşıma görə az-çox tanınan adamam də… Ona görə də məni tənqid edəndə o tənqid edən adamı da tanıyırlar. Bu, görünür, onun tanınmağının yeganə vasitəsidir. Yəni, mən Anardan yazım, məni də tanısınlar.
– Yəni, sizin vasitənizlə özlərini tanıdırlar…
– Bəli, bəli…
– Konkret olaraq belə adamlardan bir neçəsinin adını çəkə bilərsinizmi?
– Mən o qarafikirli adamların heç birinin adını çəkmək istəmirəm. Hesab edirəm ki, onların heç biri adlarını çəkməli adamlar deyillər. Əgər yüz dəfə təkzib olunsa da ki, Anarın katibəsi ev almayıb, yenə də kor və kar kimi bu iftiranı təkrar edirlərsə, bunları adam saymaq olarmı?
– Müasir ədəbiyyatı necə qiymətləndirirsiniz?
– Yüksək qiymətləndirirəm. Bəzən mənə deyirlər ki, sən cavanlara yol açmırsan. Əksinə, mən ən çox cavanlara kömək edirəm. Mən Yazıçılar Birliyinə rəhbər seçiləndən sonra “Ulduz” jurnalını bütünlüklə cavanların ixtiyarına verdik. Orda, əvvəlcə, yaşlı insanlar redaktor olmuşdular. Rəşad Məcidin rəhbərliyi ilə gənc ədiblər məktəbi yaratdıq. Yeri gəlmişkən, Rəşad Məcidi xüsusilə qeyd etmək istəyirəm ki, bu günlərdə mən onun arxalanmalı adam olduğunu bir daha gördüm. Heç kəsdən qaçmadan, gizlənmədən, obyektiv şəkildə açıq suallara açıq da cavab verdi. Ona görə də ona öz təşəkkürümü bildirirəm.
Hər il iyirmi nəfərə təqaüd veririk. Kitablarını çap edirik. Təqdimatını keçiririk. Səfərlərə göndəririk. Biz sözdə yox, işdə cavanlara kömək edirik. Mən başa düşürəm ki, ədəbiyyatın gələcəyi gənclərdi. Bu, təbii bir prosesdir. Mən hətta mənim əleyhimə yazan gənci belə başa düşürəm. Çünki mən onun yaşında olmuşam. Amma o, məni başa düşmür. Çünki o, mənim yaşımda deyil. Və mənim yaşıma gələndə məlum deyil o, məni başa düşəcək, yoxsa, yox.
– Siz də onların yaşında olanda o zaman yaşlıları tənqid etmisiniz?
– Biz heç kəsi təhqir etməmişik. Siz bir yerdə görə bilərsinizmi mən, tutalım, Mirzə İbrahimovu, Süleyman Rüstəmi, İsmayıl Şıxlını, Bəxtiyar Vahabzadəni, yaxud Qabili, Nəbi Xəzrini və ya başqalarını tənqid eləyim? Hansını tənqid etmişəm? Əksinə, hamısının haqqında xoş sözlərim, məqalələrim var.
– Belə demək olar ki, Anar müəllim, sizi indi ən çox gənclər tənqid eləyirlər…
– O da düz deyil. Gənclərin bir qismi, az bir qismi…
Əgər mən özüm haqqımda bir kitab çap etdirəsi olsam, orada haqqımda yer alan müsbət rəylərin doxsan faizi cavanların yazılarıdır.
– Yəni onlar hesab edirlər ki, sizin yaşınız çoxdur, yeri gəlmişkən, bu mənim sözüm deyil…
– Bəli…
– Siz yerinizi verməlisiniz gənclərə…
– Üç il də gözləsinlər də. Bu qədər gözləyiblər. Üç il də gözləsinlər… Onsuz da, mən demişəm ki, növbəti qurultayda öz namizədliyimi verməyəcəm. Mən sözümün ağasıyam. Və bunu da izah elədim ki, nəyə görə bu Qurultayda namizədliyimə etiraz etmədim, çünki dedim ki, mənim başladığım bəzi məsələlər var, onları bitirmək istəyirəm. Sovet vaxtında hər yerdə Yaradıcılıq evləri vardı. Əvvəllər Şüvəlanda da yazıçıların Yaradıcılıq evi vardı. Sonra onu qaçqınlara verdik. Axır vaxtlara qədər bir neçə qaçqın ailəsi yaşayırdı orda. İndi qaçqınlar üçün ayrıca evlər tikilib. Mən Prezidentə müraciət etdim. Və o bina təzədən tikildi. Çünki elə hala gəlmişdi ki, daha orada işləmək üçün heç bir şərait yox idi. Gələn ilin may-iyin ayına qədər o binanın yenidən tikilib təhvil veriləcəyinə boyun olublar. Deməli, yazıçıların bir yox, iki Yaradıcılıq evi olacaq. Biri Şüvəlanda, biri Şabranda. Şabrandakı artıq hazırdır və yazıçılar ondan istifadə edirlər. Nəhayət, yazıçılar üçün tikilən başıbəlalı ev. Mən bu üç işi görmək istəyirdim. İndi bu üç işi görüb qurtarandan sonra, ömür vəfa edərsə, qalıb XI Qurultaya qədər işləyərəm…
– Deməli, istefa vermək fikriniz var, Anar müəllim?
– Yox. Məni qurultay seçibsə, deməli, mən növbəti qurultaya da hesabat verməliyəm. Ona görə də mən gələn qurultayda hesabatımı da verəcəm, nə işlər görmüşük, onu da deyəcəm. Ondan sonra deyəcəm, xudahafiz! Bunlar demirdi, başqa adam gəlsin, gəlsin də. Mən çox böyük məmnuniyyətlə onlara kömək edərəm. Əgər mən eqoist adam olsaydım, deyərdim ki, mən gedəndən sonra bura lap dağılsın. Deyim ki, bax, gördünüz, mənim vaxtımda neçə il dağılmağa, parçalanmağa qoymadım, qorudum, jurnallarını saxladım, qəzetini saxladım, yazıçılara şərait yaratdım, mənim təkliflərimlə hörmətli Prezident onlara təqaüd verdi. Kitabları çap edildi. Amma məndən sonra dağıldı. Amma mən bunu istəmirəm. Əgər mən ömrümün 36 ilini bu Birliyə sərf etmişəmsə, onu qorumuşamsa, istəyirəm ki, məndən sonra da bu ocaq yaşasın. Əgər Yazıçılar Birliyi olmasa, o biri yaradıcılıq təşkilatları da olmayacaq. Və ədəbiyyatın yaşaması, ədəbiyyatın öz səviyyəsini saxlaması üçün Yazıçılar Birliyinin olması çox vacibdir.
– Anar müəllim, belə bir məlumat da almışam ki, sizi tənqid edən bir çox adamlara – onların içində gənclər də var, digərləri də – siz öz cibinizdən pul verirsiniz.
– Bəli… Olur o da. Özü də dəfələrlə. Hər ay.
– Belələri çoxdurmu?
– Çox deyil. Əvvəla, onu deyim ki, kirayədən mənə 500 manat pul verirlər, bu günə kimi mən o puldan bir qəpik olsun belə, özümə, ya kitabımın çapına xərcləməmişəm. Ancaq ehtiyacı olanlara verirəm. Bugünə qədər mən Yazıçılar Birliyinin hesabına bircə kitabımı çap etdirməmişəm. Yazıçılar Birliyinin hesabına heç bir səfərə getməmişəm. Yalnız xaricdən dəvət edib, yol paramızı verəndə gedirəm.
– Anar müəllim, başqa bir məsələyə də toxunmaq istəyirəm… Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu bütün dünyaya səs saldı. Amma nədənsə, bununla bağlı bir film çəkilmədi. Yəni normal bir film, normal bir ssenari ortaya qoyulmadı. Və Azərbaycanda bir çox önəmli filmlərin ssenarilərini yazan bir insan kimi, belə bir ssenari yazmısınızmı? Nə baş verib? Niyə biz belə bir filmi ortaya qoya bilmirik?
– Bir neçə məsələlər qaldırdınız. Çox vacib məsələlərdir. Ona görə mən hamısına bir-bir cavab vermək istəyirəm: Qarabağ məsələsi başlananda birinci reaksiya verən Yazıçılar Birliyi oldu. Qara Yanvar haqqında Moskvaya birinci biz yazdıq. Xocalı hadisəsi haqqında da elə. İndi də bu Qarabağ zəfəri haqqında biz böyük bir kitab çap etdirdik – “30 ilin həsrəti, 44 günün zəfəri”. Burda bizim görkəmli yazıçılarımızın Qarabağ haqqında məqalələri yer alıb. Kinoya gələndə isə, o sualınıza da cavab vermək istəyirəm. Mənim iki kino təhsilim var; həm rejissor kimi, həm də ssenarist kimi. 15 bədii filmim var. Bir neçə sənədli filmim var. Amma on ildir ki, kinostudiyanın qapıları mənim üzümə bağlıdır. 3 ssenari yazmışam – ikisini Mədəniyyət Nazirliyi qəbul edib. Heç biri çəkilmir. Prezidentin Sərəncamı var ki, Dədə Qorqud haqqında serial filmlər çəkilsin. Onu da mənə tapşırmışdılar. Yazmışam. O da çəkilmir. Başqa bir ssenarim də var – Cəfər Cabbarlı haqqında. Bunlar çəkilməyə-çəkilməyə mən indi təzədən neyləməliyəm? Birincisi, gərək, təklif olunsun ki, mən yazım. Təklif olunmaya-olunmaya mən yazım, onu da aparıb qoysunlar o rəfə ki, orda çəkilməyən filmlərin ssenariləri saxlanır…
– Anar müəllim, kim bağlayıb “Azərbaycanfilm”in qapılarını sizin üzünüzə?
– Dəfələrlə Mədəniyyət Nazirliyinə demişəm, dəfələrlə məktub yazmışam. Çox böyük hörmətlə yanaşırlar, çox böyük nəzakətlə yanaşırlar mənə. Çox sağ olsunlar. Amma çox böyük hörmətlə, çox böyük nəzakətlə mənim bir filmimi də çəkmirlər.
– Anar müəllim, mənim üçün çox maraqlıdı, siz Vətən müharibəsi ilə bağlı ssenari vermisiniz?
– Yox, Vətən müharibəsi haqqında mənim daha çox publisistik yazılarım var. Publisistika da bədii ədəbiyyat qədər əhəmiyyətli bir janrdı…
– Yəni siz mənimlə razısınız ki, belə bir yaxşı ssenari olmalıdır, yaxşı bir film çəkilməlidir…
– Əlbəttə, olmalıdır. Bəs demirlər, istedadlı cavanlar var? Kim cavanların əlindən tutub ki, yazmayın? Yazsınlar də!
– Çox önəmli bir nöqtəyə gəldiniz… Siz yeni Azərbaycanın tarixinin bir neçə filmlərinin ssenari müəllifisiniz. İndi də gənclərdən gözləyirsiniz?
– Əlbəttə, gənclərdən gözləyirəm! Deyirlər ki, bizi çap olunmağa qoymursunuz. Necə qoymuram mən? Çap olunursunuz. Saytlar sizin əlinizdə, bizə döşəyirsiniz, istədiyiniz qədər. Yaxşı əsər yazın, çıxın dünyaya də! Deyirlər, niyə bizim Nobel mükafatı alan yazıçımız yoxdur? Mən sual eləyirəm… Bizim 10 milyon əhalimiz var. Çinin əhalisi bir milyard yarımdı gərək ki. İki nəfər Çin yazıçısının adını çəksinlər ki, dünyaya çıxıb. İkicə nəfər. Çox demirəm. Çəkə bilərlər? Yox! Bir milyard insan yaşayır Hindistanda. Taqordan başqa, bir adamın adını çəkə bilərlər ki, dünyaya çıxıb? Yox! Yaxşı, bizdən nə istəyirlər? Çingiz Abdullayev dünyaya çıxıb, Allah ömür versin. Mənim dörd qitədə kitablarım çıxıb: Amerikada, Afrikada, Asiyada, Avropada. Sovet respublikalarının hər birində mənim kitablarım çıxıb. Amma mən bir dəfə də deməmişəm ki, mən dünya şöhrətli yazıçıyam. Ətim tökülür, belə söz eşidəndə.
– Çingiz Abdullayevin adına toxundunuz. Bu yaxınlarda televiziya kanallarının birində Çingiz Abdullayevin yazılarını çox pis formada tənqid etmişdilər.
– Tənqid sözünü işlətməyin. O, tənqid deyil, söyüşdü. Tənqid başqa şeydi… Tənqid o deməkdir ki, yazasan, Çingiz Abdullayevin filan əsəri zəifdir. Amma söyüş söyəndə, o, təhqirdi. Tənqidlə təhqir ayrı-ayrı şeylərdir.
– Necə görürsünüz, onda?..
– Görürəm ki, o təhqir eləyən adam cavab verməlidir. Ya sayt olsun, ya da hər hansı televiziya kanalı… Dərəbəylik deyil ki, sən durub yaşlı bir adamın, məşhur bir yazıçının, dəyərli bir ziyalının əsərləri haqqında götürüb, ağzına gələni deyəsən, ya yazasan, sonra da deyəsən ki, bu tənqiddi. İndi, mən o sözləri təkrar eləmək istəmirəm… Tənqiddi bu? Tənqiddisə, özünə aid olsun, o sözlər.
– Amma bundan əvvəl də Çingiz Abdullayev jurnalisti təhqir etmişdi, yadınızdadırsa, sizin qurultay zamanı… Bunu “bir-bir” hesab eləyə bilərik, Anar müəllim?
– Çingiz də düz eləməyib. Mən özüm də Çingizə dedim ki, təhqir eləmək lazım deyil. Amma sonra məlum oldu ki, o da Çingizə çox kəskin, pis cavab verib. O da var, yəni. Çingiz deyib, düz eləməyib. O da cavab verib, düz eləməyib. Amma sonra məsələ qaldırılanda ki, o adamı Yazıçılar Birliyinin üzvlüyündən çıxaraq, mən onu qorudum. Dedim, lazım deyil.
– Məhkəmə müstəvisinə gəlib də, o məsələ, mənim bildiyimə görə…
– Bir dəfə dərs olsun də! Bir dəfə dərs olsun ki, dərəbəylik deyil bu ölkə. Burda qanun var, qayda var. Burda insanın ləyaqəti var. Bir adamın yaradıcılığı haqqında sən zir-zibil deyirsənsə, onda gərək, məhkəmədə cavab verəsən.
– Yəni məhkəməyə versə, siz Yazıçılar Birliyinin sədri kimi məsələyə necə baxardınız?
– Mən deyirəm ki, hər kəs cavabdeh olmalıdı, dediyi sözlərə, söyüşlərə.
– Siz həm işləyir, həm də çox tənqid olunursunuz…
– İşləyən adam tənqid olunar də!
– Yazıçılar Birliyi ətrafında bütün qalmaqallar, bütün söz-söhbətlər sizin və Çingiz Abdullayevin üzərindədi. Yəni, bu aqressiyanın səbəbi nədi, sizə və Çingiz Abdullayevə qarşı? Məsələn, digər şəxslər də var, digər yazıçılar da var Yazıçılar Birliyinin tərkibində…
– İndi, onlar yaxşıdı, biz pisik, yəqin də! Ayrı nə deyə bilərəm? Ancaq faktları dedim mən. Heç kəsin əleyhinə danışmadım. Özləri bilər. Mən Allaha inanıram. Həmişə də inanmışam. Bilirəm ki, Allah görür. Allah görür və Allah hərəyə də layiq olduğunu verir.
– Təşəkkür edirəm.
– Sağ ol!
– Minnətdaram ki, siz işinizin çox olduğu bir vaxtda bizə müsahibə verməyə razı oldunuz.
– Sağ olun.
– Siz də çox sağ olun.
Söhbətləşdi: Əli Vəliyev
Manset.az xəbər portalının təsisçisi və baş redaktoru
Xalq şairi Nəriman Həsənzadənin görkəmli dövlət xadimi Nəriman Nərimanova həsr etdiyi “Nəriman” poemasına vaxtilə unudulmaz Mir Cəlal Paşayev olduqca maraqlı rəy yazıb. Şairin arxivində dərin sayğılarla qorunan bu rəy ötən illərin ab-havasını və Mir Cəlal Paşayev qayğıkeşliyini simvolizə edir. Bu baxımdan, görkəmli ədibin “Nəriman Həsənzadəyə rəy” yazısını oxuculara təqdim edirik.
Görkəmli şair Nəriman Həsənzadənin yeni əsərində böyük inqilabçı və ədib, sovet dövlətinin ilk və məşhur xadimlərindən biri, Azərbaycan xalqının ləyaqətli oğlu, Nəriman Nərimanovun həyat fəaliyyətindən bəhs edən parlaq bədii səhnələr yaratmışdır.
25-dən çox sərlövhə altında “Qori”, “İki kimsəsiz”, “Qərib”, “Bakı”, “Cavab”, “Pəncərədə səs”, “Səriyyə”, “Qarışıq illər”, “Kəllə”, “Xatirə” adlı, 194 səhifədə verilən bu poema demək olar janrın ən iri həcmli əsəri, həm də onun yaradıcılığındakı ümumən müasir sovet poeziyasında diqqəti cəlb edən bir əsərdir.
Adətən, məşhur inqilabçılar və dövlət xadimləri, eləcə də siyasi hadisələr yaradılan bədii əsərdə diqqəti cəlb edir.
Həsənzadənin qəhrəmanı hər şeydən əvvəl canlı bir insan kimi, siyasətdə, döyüşdə, təhsildə, dövlət partiya işində, məişətdə, xalq içində, kütlələr arasında fəaliyyət göstərir. Onun əsərlərində görünən hər bir sözün təsiredici mənası var:
…Sonra Həştərxana yola saldılar.
Ürəyi Bakıdan uzaq olmadı.
O, cəbhəçi oldu,
dustaq olmadı!
Səngərə səslədi qarışıq illər,
Kimi tərlan oldu, kim sar oldu,
Döyüşlər vaxtında –
Siyasi rəhbər,
Kommuna vaxtında Komissar oldu!
Nərimanovun gənclik, sevgi, məhəbbət duyğularını lirik bir dil ilə, intim şəkildə tərənnüm edən şair qəhrəmanını siyasi düşüncələr ilə qarşı-qarşıya təsvir edəndə kəsgin, qəti görülü siyasi xadim, əsl məslək adamı kimi təsvir edir. Belə səhnələrdə şair Nərimanovun düşmənə qarşı necə amansız, barışmaz olduğunu, bir şəxsin dililə yox, qəhrəman bir xalqın, milyon-milyon zəhmətkeşlərik dililə danışdığını, qələbəyə möhkəm inam, etiqadla danışdığını göstərir!
Sinif düşmənləri ingilis, alman imperialistləri önündə nökərçilik edərək Vətəni satanda, kapitalist nümayəndələrinə “mədəniyyət” donu geyindirmək, xalqı aldatmaq istəyəndə Nəriman zəhmətkeşləri ayıq salırdı.
Poemanın fəsillərində qəhrəmanın tərcümeyi-halı ölkənin, xalqın tarixi, mübarizəsi, taleyi ilə bağlı bir şəkildə həm də bədii sənət şeir dililə təsvir edilir.
Məlum olduğu kimi, Nəriman Nərimanovun həyatı mübarizəsi keçən əsrin son rübündən başlayaraq, XX əsrin birinci rübünə, ən böyük mübarizələr, inqlablar dövrünə təsadüf etmişdir. Təbiidir ki, poema qəhrəmanını siyasi sima kimi, mətin bir kommunist kimi şəxsiyyəti də bu ctimai hadisələr, çarpışmalar, ziddiyyətlər içərisində müəyyənləşmiş, bərkimişdir. Şair bu hadisələrin hamısını yox, Nərimanovun inkişafilə ən çox bağlı olan səhnələrini qələmə almış, inqilab dövrü xadimləri, Qafqaz kommunistlərinin ən görkəmliləri üçün xas olan cəhətləri seçib işıqlandırmağa çalışmışdır. Buna görə də poema müəllifindən dövrün bütün siyasi hadisələrini, inqilabi inkişafın bütün mərhələlərini təfərrüatlı təsvirini tələb etmək doğru olmazdı.
Qarşımızdakı bədii əsərdir. Burada bizi qənaətləndirən ya təmin etməyən cəhətləri sənət əsərinin ləyaqət və kəsirlərini nəzərə almalıyıq.
Güman edirəm ki, Nəriman Həsənzadə götürdüyü temaya malik bir kommunist şair məsuliyyətilə yanaşmış qəhrəmanının həyatını, mübarizəsinə aid materialları diqqətlə tədqiq etmiş, arxiv sənədlərini mətbuat xatirələrdən səliqəli bir tədqiqatçı kimi istifadə etmişdir.
Poemanın ideya-məzmunu kimi bədii keyfiyyəti də yaxşıdır. Həmin tarixi hadisələri, Nərimanovun mübarisəzini gözəl bilən bir oxucuya da bu əsər xoş və sevindiricidir. Çünki şair bu dövr hadisələrini quru tarixi faktlar, rəqəmlərdə yox, məhz canlı, bədii surətlərdə işıqlandırır. Bir sıra dialoqlarda (Nəriman – rektor, Nəriman – Qələndər…) münaqişələr, fikri deyimlər olduqca inandırıcı, əyani verilmişdir.
Əsərin dili, stili və bədii kəsəri, müxtəsərliyilə seçilir. Şeir texnikasındakı sərbəstlik, ənənəvi ölçü, qafiyələrə sərbəst münasibətdə təbii görünür.
Xırda və təshihi tez mümkün olan nöqsanlarına baxmayaraq, görkəmli şairimizin bu yeni əsəri tərifə layiqdir. Poemanı avtorun qələminə, səviyyəsinə layiq bir tərcümədə rus oxucusuna təqdim etmək çox faydalı bir iş olardı.
Çamaşır iplerine asılı ömrüme, ekleyecek mandalım kalmadı. Ki pek de mahir sayılmam yenilmekte. Rüzgar yitirmiş kuvvetini, Kar da yağmıyor ki bu memlekete.
Geçtiğim yolları unuttum Tanıdığım insanlar da pek kalmadı artık. Kış her zamanki gibi acımasız Sokaklarda, evlerde ölü insanlar Ruhunu kaybedenler de ölmüş sayılmaz mi?
Həyat sanki bir çay kimi gözlərimizin qarşısında axır, biz isə gah axın istiqamətində, gah da onun əksinə üzərək sonsuz okeanda çulğalaşırıq. Hələ çayın kənarında oturub, sadəcə tamaşa edən, qaya parçalarından fərqsiz, dünyaya sadəcə bir pəncərədən baxan insanları demirəm…
Görünəni hamı görür.
Bəs görünməyənlər?!
Özümüzü həyatın ən qaranlıq tərəfinə kökləyərək, ən bəsit şeyləri belə unuduruq. Dostluq kimi, ailə kimi, duymaq, hiss etmək kimi dəyərləri yaddaşımızın ən çiskinli səmtlərinə həbs edirik. Həyatın ehtişamını sirli-müəmmalı hadisələrdə axtarırıq. Halbuki, hər biri gözümüzün önündədir. Biz “görməməyi” seçirik!
Bəzən isə həyatdan “təcrid” olmanın yollarını axtarırıq. Bunun digər adı da, daha az “mühakimə olunmaq” istəyidir. Və beləcə hekayələr oxumağa başlayırıq. Personajlarla öz aramızda “emosional bağ” qururuq. Bu bağ “şüurlu” olduğu təqdirdə həyata dair nələrsə öyrənirik. Əks halda qalanı aldanışdır, yanılğıdır.
O cümlədən, Nemət Mətinin hekayələrinə nəzər salsaq, müəllifin qəhrəmanları “gözlərinə kədər sürtən, “ölü sükuta qərq olan”, “evin damını danışdıran”, mistik ovqata bürünən, hər kəsin uça bildiyi cəmiyyətdə “uça bilməyən” metaforlarla bəzədilmiş, əslində hər birimizin çox yaxşı tanıdığı, amma niyəsə xatırlamağı seçmədiyimiz, unutduğumuz qəhrəmanlardır. Müəllif hekayələrində tez-tez “boz” sözündən açar kimi istifadə edir. Boz binalar, boz gözlər və s. Bu da insanların bozluq içində qərq olduğunun təcəssümüdür. Bəs, bu qəhrəmanlar nə qədər “rasional” düşünə bilirlər? Əsas məsələ də buradadır.
Hekayəni diqqətlə oxuyanların yəqin ki, nəzərindən qaçmayıb, ilk cümlə. “Elçin Sərvinazı sevirdi”. Bu cümlə elə hekayənin açar nöqtəsidir. “Sevən” tərəf Elçin, güclü, dominant tərəf isə Sərvinazdır.
Elçinin ağlından sadəcə, “soyuna-soyuna” yatağa girib, sekslə məşğul olmaq keçir. Gələk, Sərvinaza. O, Elçini əlinin içi kimi tanıdığı üçün, “zəif” olduğunu bildiyi üçün, ona yataqda “inanılmaz təklif” edir. Təklif də, “kasıbçılıqdan qurtulmaq” üçün Elçinin varlı bir qadınla münasibət qurmasıdır. “Günah” artıq öz şəhvət dolu gülüşü ilə onları çoxdan ağuşuna alıb. Müəllif burada onların həyatının çətinliyini, belə bir təkliflə üzbəüz qalmaqlarının səbəbi kimi “kasıbçılığı” vurğulayır. Amma məsələ kasıbçılıq yox, fərqli duyğular, “dad” axtarışıdır. Hər insanın daxilində gizli, qaranlıq duyğular var. Sadəcə bəzi insanlara bu tərəflərini üzə çıxarmaq üçün, tətikləyən məqam lazım olur. Sərvinazı titrəşimə keçirən də, onların “kasıbçılıq” larıdır. Yəni yoxsulluq burada sadəcə fürsətdir. Çünki, mən əminəm ki, onlar bolluq içərisində olsalar belə, nə vaxtsa, bu təkliflə üzləşəcəkdilər. Elçin isə bu hekayənin Sərvinaz tərəfindən idarə olunan “kukla”sıdır. Elçin güclü xarakterə malik olsaydı, heç vaxt, lap acından da ölsə, bu “təklif”i qəbul etməzdi. Onun “sevgi”si də, müəllifin qeyd etdiyi kimi “bir evin açarının qiyməti” qədərdir. Sərvinazın sürücüyə vurulması, onunla münasibət qurması isə onun poliqam ruhlu olduğunu göstərir. Və nəticədə belə ailələr dağılmağa məhkumdur.
Papaq hekayəsində isə hər nə qədər mistik çalarlar özünü göstərsə də, bu hekayə həyatın acı gerçəklərini şillə kimi üzümüzə vurur. “Papaq” burada simvoldur. Görünmək istəməyənlərin, həyatla üzləşəbilməyənlərin, varoluş qavramını dərk edəbilməyənlərin simvolu. Qəhrəman burada özü ilə ziddiyətdədir. Bir yandan atasını söyür ki, onları atıb gedib, heç olmasa, anasına nəsə yazardı kimi fikirlərlə gileylənir. Digər yandan isə özü anasını 2 ildir ki, görməyə gəlmir, onunla maraqlanmır, amma fahişələrə vaxt tapır. Qəhrəman atasını belə görməyə “papaq”la gedir. Çünki onunla üzləşmək istəmir. Özü də daxilən bilir ki, hər nə qədər atasına qarşı qəzəbi, kini varsa da, özü elə atasının bir tayıdır. Dili ilə vurğulayır: — mən yeraltı dünyanın adamıyam, görünməsəm yaxşıdır. Bu da acizliyin bir təzahürüdür.
Rəssamın həyatı ~ həyat möcüzəli bir aləmdir. Rəssamlar öz əsərləri ilə insanın mənəvi aləmini zənginləşdirir, dolğunlaşdırırlar. Hekayədə rəssam öz günlüyünə ən ülvi hisslərini qeyd edir. Çünki orada səmimidir, özü ilə həmahəngdir. Qarın ahənglə yağmasını, dənizin onu xəyal dünyasına aparmasını, Xəzrinin onun rəsminin yaşamasına icazə verməyəcəyini bilə-bilə qətiyyətindən dönməyib rəsmi çəkməsi, anasına olan bağlılığı və “ölüm”dən sonra onun rəsmini çəkərək əbədiləşdirməsi (yeni bir başlanğıc olduğu üçün), Kəpəzin göz yaşlarını, təbiətin iki gözəlliyinin dumanla dağın vəhdətini bir arada verməsi, sonda öz istəyinə çatması, ən axırda isə əzəmətinin qarşılığı olaraq, “günəşə” çevrilərək, böyüklüyünü onu duyan hər kəsin qəlbində yaşadır!
İnsanlar daha çox unutmağı, sevdiyi bir çox şeyi ikinci plana atmağı, gözünün önündəykən görməməyi seçən varlıqlardır. Çünki həyatın üzərinə getmək, onunla qaynamaq hər kəsin işi deyil. Hər kəs bu iqtidara sahib deyil!
Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihə uğurla başa çatdırılıb. Son illərdə bir sıra sanballı nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə Qərbi Azərbaycan aşıqlarının poetik yaradıcılıq nümunələrindən ibarət antologiya hazırlanıb.
Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, XVI əsrdən üzübəri Qərbi Azərbaycanın ayrı-ayrı mahallarında – İrəvanda, Zəngəzurda, Dərələyəzdə, Göyçədə, Qaraqoyunluda, Dərəçiçəkdə, Loru və Ağbabada yaşayıb-yaratmış ustad sənətkarların zəngin ədəbi irsindən nümunələrin yer aldığı “Qərbi Azərbycan aşıqları” adlı toplu soydaşlarımızın dədə-baba yurdu olan bu ərazilərdə sənət ənənəsi, tarixi-mədəni prosesin inkişaf dinamikası, coğrafi arealın hansı milli-mənəvi zənginliyə köklənməsi haqqında bilgi vermək baxımından mühüm bir qaynaqdır.
Antologiyanın hazırlanmasında əsas məqsəd regionun söz-sənət yükünü qoruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda sənətə yenicə qədəm qoyan yeniyetmə və gənclərin repertuar zənginliyini genişləndirməkdir.
Topluda XVI əsrdə yaşayıb-yaratmış Miskin Abdaldan üzübəri bir çox böyük saz-söz ustadlarının – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məhərrəm Alçalı, Ululu Kərim, Çobankərəli Cəfər, Dərələyəzli Aşıq Cəlil, Aşıq Qəhrəman, Əsəd Rzayev, Ozan Heydər, Xəstə Hasan, Nəsib Ağbabalı, İsgəndər Ağbabalı və digərləri kimi ustad sənətkarlarla yanaşı, erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüb, bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayaraq Qərbi Azərbaycandakı aşıq sənəti ənənəsini yaşadan çağdaş aşıqların bədii yaradıcılığından şeir nümunələrinə də geniş yer ayrılıb.
Antologiyanın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, layihənin koordinatoru Nigar Helmi Abbasbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, nəşrə hazırlayanlar isə Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Borçalıdan Şuşaya gedən yol” adlı ikinci kitabı işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri
(Rauf Qaraişıq və Əyyub Qiyas üçün) Zaman: 1990…
Torunu sudan çək, balıqçı baba Mənim nə ölümüm torunda sənin? Məni yem etdiyin harınlar ki, var – Çıraq tutmayacaq gorunda sənin.
Açıb qucağını bu dünya üzü, Dağlar da dərəymiş, dərə, bir cürə. Ümmana bənzəyir bu dünya özü, Hamı avar çəkir, hərə bir cürə.
Heç nə görməyəndə heçə göz baxır, Heçliyə varmağın yüz qanunu var. Bir saman çöpünə neçə göz baxır – Dəryada davanın öz qanunu var!
Bu gün XX əsr Azərbaycan poeziyasının mənzərəsini göz önünə gətirəndə bu adı xatırlamamaq mümkün deyil. Xalqından, elindən, yurdundan, çayından, daşından ilham alan şairin yazdığı hər bir sətir Azərbaycan poeziyasının inkişafında misilsiz rol oynayıb. Yurdumuzun gözəllikləri, folklorumuzun müdriklikləri, klassik poeziyamızın incəlikləri şairin yaradıcılığının mənəvi qidasına çevrilib.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Osman Sarıvəllinin anadan olmasından 118 il ötür.
Osman Abdulla oğlu Qurbanov (Osman Sarıvəlli) 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Sonra təhsilini artırmaq məqsədilə Moskvaya gedərək, burada Moskva Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub. Moskvada təhsil aldığı müddətdə bir sıra ziyalılar, ədəbiyyat nümayəndələri ilə tanış olur. Sonralar şairin özü qeyd edir ki, “Moskvadakı təhsil illəri mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Orada klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsilə dünya ədəbiyyatının ən maraqlı nümunələrini öyrəndim”.
O.Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunub. Onun “Dəmir sətirlərim” adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb. Şair 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.
Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.
Osman Sarıvəllinin şair taleyi heç də asan olmamış, ömrünün müxtəlif anlarında haqsızlıqlara, təqiblərə məruz qalıb. Belə ki, sovet rejiminin qanlı illəri onun da həyatından yan keçməyib. O ağır illərdə Osman Sarıvəllinin qardaşı sürgün olunub, özü isə repressiya qorxusu altında yaşayıb. Ancaq heç bir qorxu onun ilham pərisini əlindən ala bilməyib.
Tanınmış şair 1990-cı ildə vəfat edib və doğma kəndində dəfn olunub.
Osman Sarıvəlli ustad şair idi. Hər sözün, hər kəlmənin, hər misranın poetik mənasına varmağa can atırdı və buna nail olurdu. Şeirlərində Vətənə, ana torpağa vurğunluq ən ülvi hisslərlə tərənnüm olunurdu.
İlham bulaqları quruyacaqdır,
Hər kimin deyilsə mayası eldən,
– deyən Osman Sarıvəlli poeziyasında elə, torpağa bağlılıq hər misrada hiss olunur. Bu baxımdan onun 1943-cü ildə qələmə aldığı “Gətir oğlum, gətir” poeması o dövrdə böyük əks-səda doğurur. Xalq mənəviyyatının aynası hesab olunan bu əsər fəlsəfi lirikanın əsl nümunəsi kimi dəyərləndirilir.
Mirvarid Dilbazi yazırdı: “Osman Sarıvəlli çörəksiz yaşayıb, məsləksiz yaşaya bilməyən sənətkarlardandır”. Onun şeirləri süjetli, vətənpərvərlik lirikası nümunələri hesab olunur. Eyni zamanda, o, şair-filosofdur. İnsan, həyat, ölüm onun şeirlərində önəmli bir yer tutur.
Şairin şeirləri axıcı və yaddaqalan olduğundan aşıqların dilindən düşməmiş, xalq Osman Sarıvəlli poeziyasını sevə-sevə oxumuş, öyrənmişdir.
Aşıq, bu gün yaxşı köklə sazını,
Ürək açan mahnılardan de gəlsin.
Şirin dostluq nəğməsidir hər sözün,
Sədaqətdən, etibardan de gəlsin.
Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.
Ömrün cavan, dəli-dolu vaxtlarında “Hər kim yüz il yaşamasa, günah onun özündədir”, – deyən şair zaman gəlir ki, belə deyir: “İndi görürəm ki, həyat öz işini görür, bizi ucaldan illər qocaltmağı da bacarır”. Ancaq zəngin yaradıcılığı yüz illər boyu Osman Sarıvəllini yaşadacaq və onu unudulmağa qoymayacaq.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi görkəmli müğənni Rəşid Behbudovun doğum günü münasibətilə videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat yerləşdirilib.
Materialda bildirilir ki, o, 1915-ci ildə Tbilisidə anadan olub. İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır. Rəşid Behbudovu bir xanəndə kimi məşhurlaşdıran dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş eyniadlı musiqili kinofilm olub. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.
Bu gün tanınmış şair Tofiq Bayramın anadan olmasından 89 il ötür
Bəlli bir həqiqətdir: şair-doğma xalqının yaradıcı istedadının daşıyıcısıdır. Onun bu qeyri-adi qisməti şairlik amalının ucalığını, eyni zamanda çətinliyini şərtləndirir. Öz varlığında xalq başlanğıcını duymaq şairin poeziyasına təbiilik, səmimilik, vətəndaşlıq, aşılayan amildir. Belə poeziyanı geniş oxucu kütləsi sevir, yaddaşına yazır. Tofiq Bayramın vətəndaş inamlı, xalqsevər poeziyası beləcə sevilir. Azərbaycan ədəbiyyatında və poeziyasında görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayramın özünəməxsus bir yeri var. O, hər zaman poeziyamızın seçilən şairlərindəndir. Xarakterindəki bütövlük, çılğınlıq, onun şeirlərində və bütün yaradıcılığında özünü göstərir. Tofiq Bayramın poetik inamına, ilhamına qol-qanad verən vətən sevgisi, xalq eşqidir. Azərbaycan mövzusu onun yaradıcılığının məhək daşı, hərəkətverici qüvvəsidir.
AZƏRTAC xəbər verir ki, bu gün tanınmış şair, Əməkdar incəsənət xadimi Tofiq Bayramın anadan olmasının 89-cu ildönümü tamam olur.
Tofiq Bayram 1934-cü ildə dekabrın 16-da Bakıda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlayıb. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı redaksiyasında, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləyib.
Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə edib. A.T.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb.
Tofiq Bayram müxtəlif iş yerlərində çalışsa da onun dəyişməyən əsas iş yeri isə yazı masası olub ki, ədəbiyyatımız, poeziyamız üçün bir-birindən dəyərli əsərlər yazıb, tərcümə ilə məşğul olub. 1998-ci ildə sentyabrın 24-də Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılışında Ümummilli Lider Heydər Əliyev çıxış edərək demişdir: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var”.
Şairin sevimli bacısı Svetlana Bayramova qeyd edir ki, Tofiq Bayramın himayə edilməsində unudulmaz Heydər Əliyevin böyük xidməti və xeyirxahlığı olub. Şairin ötən əsrin 70-ci illərində türk müğənnisinə yazdığı şeirin Türkiyədə yayılması Moskvada bəzi dairələrin etirazına səbəb olub, Bakıya “tədbir görülsün” mesajı gəlib. Millətinin söz adamlarını həmişə hifz etməyi bacaran Heydər Əliyev böyük ustalıqla Tofiq Bayramı bu təzyiqlərdən, hətta həbsdən qoruya bilib.
Tofiq Bayramın şeir gülüstanından hansı çiçəyi çəksək məxsusi ətri, rəngi və mənası var. Zəlimxan Yaqub deyərdi ki, Tofiq Bayram çiçəkləri şeir kimi sevərdi, şeiri də çiçəklər kimi. Dəfələrlə şairi görüşlərdə güllərin içində itən görmüşəm. Onun görüşlərində gül dəstələrindən dağ yaranardı. Həqiqətən də qəribə şeir deməyi vardı. Elə bil yeriyən dağ silkələnirdi. İçində vulkan ləngərlənərdi. Bu püskürən vulkanın nəfəsindən qopan misralar o qədər zərif, həzin olardı ki, adamın yeddi qatından keçərdi. Mürgülü günlərin xiffəti ürəyinə ox kimi sancılardı:
Biz ki unutmuşduq ilk məhəbbəti,
Ah bu qəfil görüş kaş olmayaydı.
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı.
Tofiq Bayram ürəkləri fəth edən şair idi. Onun qadın, ana mövzusunda yazdığı şeirlərin ahəngindəki etiraflar, arzular, nigarançılıq olduqca təbii, səmimi və məlhəmdir. Kimə ünvanlanmasından asılı olmayaraq, oxucu üçün çox doğmadır. Hər kəsin öz dərdi, həyəcanı, sevinci, düşüncələri dil açır bu şeirdə. “Qadın ürəyi” adamın bütün varlığını riqqətə gətirir:
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır, qadın ürəyi!
Sən onu incitsən, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
Unudulmaz, korifey ifaçılarımız Tofiq Bayramın sözlərinə yazılmış mahnıları xüsusi şövq və ahənglə oxuyublar. Çoxu da dünyasını dəyişib. Nəfəslər bitsə də, səs yaşamaqdadır. Hər dəfə Əbülfət Əliyevin ifasında bu mahnıları dinlədikcə, sanırsan ki, sənət yolu həqiqətən uzundur. Bir təsəlli də var ki, mənəvi xəzinəmizin bu inciləri həmişəyaşardır, yeni ifaçılar da Tofiq Bayramın sözlərindən ibarət mahnıları həvəslə, yeni tərzdə oxuyurlar.
Tofiq Bayram torpağına bağlı, poetik amalına sadiq, humanist, istedadlı və bitkin qələm sahibi olan şəxsiyyət kimi seçilərək, sevilirdi. Həyat müşahidələri çox dərin idi. Güclü poetik mühakiməsi onu həmişə şablonçuluqdan, süni müraciətlərdən uzaqda saxlayırdı. Duyğularını səmimi, ifadəli, təsirli qələmə alırdı. Şeirlərinin poetik vüsəti çox genişdir. Bu səbəbdən də onun poeziyasında müxtəlif şəxsiyyətlərin şərəfinə hörülmüş şeir çələngləri çox əlvan, füsunkar və maraqlıdır. “Səttar çələngi”ndən nümunə:
Rəssamlıq ilahi vergiydi səndə,
Bəs, necə oxutdun gülü çiçəyi,
Görünür, üç ürək varmış sinəndə:
Füzuli, Üzeyir Səttar ürəyi!
“Vətən torpağına baş əyənləri, ellər baş üstə bayraq tək saxlar” deyən Tofiq Bayram o səhərlərin arzusu, istəyi ilə yaşayırdı ki, sabah ölüm olmasın yer kürəsində. Bu bəşəri diləklərin sarı simində Vətən nəqarət idi. “Gözlərimin qarasını verərəm, Qarabağı vermərəm” hayqırırdı böyük və məramlı, əqidəli, məğrur şairimiz! Ulduz sanılı arzuların sahibi idi, dostlarını, tanışlarını tez-tez başına yığaraq, onlar üçün Vətən ünvanlı şeirlərini oxumağı da çox sevərdi:
Hər qarış torpağı dünyaca şirin,
Hər axan bulaqda səsim-ünüm var,
Sevgidən füsunkar, röyadan şirin,
Arzudan müqəddəs bir Vətənim var.
Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat edib, Bakının Əmircan kəndində dəfn olunub.
Bu gün Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür. O, 44 il bundan əvvəl Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
AZƏRTAC xəbər verir ki, V.Mustafazadə Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun musiqi stili “Caz-Muğam” adlanır. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.
1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Hər il anım günü silsilə tədbirlərlə qeyd olunan Əməkdar incəsənət xadimi Vaqif Mustafazadə bu gün də musiqisevərlər tərəfindən yad olunacaq və Heydər Əliyev Mərkəzində Vaqif Mustafazadəyə həsr olunan konsert keçiriləcək.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə töhfə olaraq bu günlərdə növbəti kitab işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovun sənədli materiallar əsasında yazdığı “Tariximizin Heydər Əliyev zirvəsi” adlı kitabında Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin müəyyən məqamları araşdırılır. Bu irsdəki milli-mənəvi dəyərlər, azərbaycançılıq ideologiyası, gənclər siyasəti, dövlətçiliyimizi gücləndirən digər amillər müxtəlif istiqamətlərdən olan elmi mənbələrlə təhlil olunaraq geniş oxucu kütləsinə təqdim edilir. Kitabda eyni zamanda Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə Azərbaycanın ictimai-siyasi həyatından, eləcə də elm, təhsil və mədəniyyətin tərəqqisi yolunda əvəzolunmaz xidmətlərindən söhbət açılır.
Kitab müstəqil Azərbaycan Respublikasının qurucusu, dünyada yaşayan bütün azərbaycanlıların Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qələmə alınıb.
Kitaba yazılmış “Zəmanəmizin ən görkəmli siyasi xadimi” sərlövhəli “Ön söz”də müəllif qeyd edir ki, müstəqil Azərbaycan dövlətinin təşəkkül tapması Ümummilli Lider, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətidir: “Ölkəmiz məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru inamla addımlar atır. Azərbaycanın ən yeni tarixinin 33 illik bir mərhələsi Heydər Əliyevin adı ilə, titanik fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev şəxsiyyətinə dünyəvi hörmət, ehtiram və ümumxalq sevgisi əbədidir. Ulu Öndər bütün həyatı boyu Azərbaycanın inkişafı və tərəqqisi naminə mübarizə aparıb, xalqını taleyin sərt sınaqlarından məharətlə çıxarmağı bacarıb. Tarix onun kimi insanları yüz ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edildi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri yaxşı başa düşürlər ki, Heydər Əliyev olduqca iti zəkaya, sağlam düşüncə tərzinə malik dahi bir insan idi. Onun tarixi xidmətləri, xilaskarlıq və quruculuq missiyası müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri tərəfindən çox yüksək dəyərləndirilib. Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin onun haqqında söylədikləri fikirlər bu dahinin şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir”.
Müəllif yazır ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb və bu, əsrlər boyu unudulmayacaq. Azərbaycanın hər bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var.
“Azərbaycan – Heydər Əliyev” əsrlər boyu qoşa səslənəcək. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşımızda əbədi yaşayacaq. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Dahi və bənzərsiz şəxsiyyət Azərbaycanın simvoluna çevrilmiş parlaq Günəşdir ki, üzərimizə səpələnən şüaları onun işıqlı ideyalarıdır. Bu şüalar həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır”, – deyə “Ön söz”də vurğulanır.
Kitabda yer alan “Qaranlıqdan aydınlığa”, “Heydər Əliyevin fəaliyyətinin yeni mərhələsi”, “Xilaskarlıq və quruculuq missiyası”, “Azərbaycan ordusunun qurucusu”, “Təhsil millətin gələcəyidir”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” və digər sərlövhəli məqalələrdə müəllif müasir Azərbaycanın qurucusu Ulu Öndərin yorulmaz fəaliyyətini tarixi faktlarla oxucuya çatdırır.
Azərbaycan təsviri incəsənət tarixində doğma təbiətin gözəlliklərini tərənnüm edən sənətkarlar az olmamışdır. Azərbaycan mənzərəsinin füsunkar gözəlliyini öz əsərlərində əks etdirən yaradıcı sənətkarlar sırasında Behzadın, Soltan Məhəmmədin, Bəhruz Kəngərlinin adları çəkilə bilər. Həssas sənətkar qəlbinə malik olan bu rəssamlar öz incə təsvirlərilə insanda təbiətə qarşı böyük məhəbbət hissi yaratmağa qadir olmuşlar. Elə buna görə də onların əsərləri xalqın, qədirbilən tamaşaçıların, oxucuların və dinləyicilərin şüurunda, qəlbində dərin iz salaraq əbədi yaşayır, xalqın mənəviyyatında, bədii yaradıcılığında, estetik təkamülündə mühüm rol oynayır. Bu mənada Xalq rəssamı Səttar Bəhlulzadənin ölməz irsi təsviri sənətimizdə yeni və unudulmaz səhifələr yaradıb. O, doğma təbiətimizi tərənnüm edən istedadlı mənzərə ustalarımızdan biridir. Öz vətəninin gözəlliklərinə valeh olan bu rəssam Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə mənzərələr çəkib.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 114 il ötür.
Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Orta təhsil aldıqdan sonra o, 1927-1931-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub. İstedadlı gənc rəssam yaradıcılığa o dövrdə artıq yaxşı tanınan və sevilən rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində başlayıb. 1931-1933-cü illərdə qəzetdə onun müasir məzmunlu ilk karikaturaları çap olunub. Lakin ustadı ona qabiliyyətini boyakarlıqda sınamağı, bunun üçünsə təhsilini davam etdirməyi məsləhət görüb.
Beləliklə, gənc Səttar Moskvaya yollanır və Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Burada o, 1933-1940-cı illərdə məşhur rəssamlar V.A.Favorski və Q.M.Şaqalın rəhbərliyi altında ümumən rəssamlıq sənətini, o cümlədən də boyakarlığın sirlərini öyrənir. Vətənə qayıdar-qayıtmaz rəssam faşist Almaniyasının SSRİ-yə hücuma keçməsi xəbərini eşidir. Respublikamızın elm və mədəniyyət xadimləri ilə birlikdə, Azərbaycan rəssamları da bu dövrdə bütün qüvvələrini xalqımızı qələbəyə ruhlandıran sənət əsərləri yaratmağa sərf edirlər. Siyasi-təşviqat plakatları çəkir, səyyar rəsm sərgiləri yaratmaq sahəsində yorulmaq bilmirlər. Vətən müharibəsi, yadelli qəsbkarlara nifrət rəssamlarımızın əsas mövzuları idi. 1941-1945-ci illərdə Səttar Bəhlulzadə “Babək üsyanı”, “Fətəli xan” əsərlərini çəkir. Bu əsərlərdə o, torpaqları uğrunda canlarını fəda etməyə hazır olmuş tarixi şəxsiyyətləri təsvir edib. “Bəzz qalasının müdafiəsi” lövhəsi boyaların ahəngi, koloritin dürüstlüyü ilə fərqlənir, eyni zamanda, Vətən torpağına məhəbbət hissi aşılayır. Müharibədən sonrakı illərdə Səttar Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyil getdikcə güclənir, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayır. 1946-1947-ci illərdə respublika bədii sərgilərində rəssamın Abşeron etüdləri – “Buzovnada neft mədənləri”, “Əmircan”, “Bakıda atəşfəşanlıq” və s. əsərləri nümayiş etdirilir.
Tənqidçilər yeni üslubda işləyən istedadlı rəssamın getdikcə daha artıq püxtələşdiyini qeyd edirlər. Səttar Bəhlulzadə təəssürat rəssamıdır. Təbiətin zəngin boyalarından, günün müxtəlif çağlarından, ilin fəsillərindən aldığı təəssüratları Səttar Bəhlulzadə yalnız ona məxsus xüsusi məharətlə verə bilirdi. Onun “Qədim atəş”, “Odlu torpaq”, “Əbədi məşəllər”, “Abşeron tağı” mənzərələrində fərdi təəssüratdan doğan lirik hisslər, həyəcanlar həlledici rol oynayır.
Azərbaycanımızın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam bir çox təbiət mənzərələri yaradıb. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rənglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm edib. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı”, “Cıdır düzü”, “Dumanlı dağlar”, “Yaşıl xalça” lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində canlandırıb.
Müşahidəçi rəssam hər dəfə yeni-yeni mənzərə motivləri tapır, təbiətin gözəlliklərini insan əməyi ilə əlaqələndirirdi. Bu mənada rəssamın Abşeron təbiətinə həsr etdiyi “Neft daşları” mənzərə silsiləsi onun yaradıcılığında xüsusi yer tutur. Həmin silsilə Xəzərdə salınmış əfsanəvi neft şəhəri haqqında poetik təsəvvür yaradır. Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər gözəli”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq” əsərlərində rəssam tədricən rəng palitrasını zənginləşdirmiş, koloritin dekorativliyinə nail olmuşdur. “Xəzər üzərində axşam” mənzərəsi rəssamın geniş şöhrət qazanmış əsərlərindəndir. Mavi, gümüşü dumanlar arasından göy dənizin səthi üzərində yüksələn əfsanəvi estakada və neft buruqları sanki zühur edir.
Bu qəribə mənzərə təbiətin sənaye ilə vəhdətini göstərən şairanə nəğmə kimi səslənir. Səttar Bəhlulzadənin lirik, poetik mənzərələr ustası olmasını 1947-1953-cü illərdə yaratdığı “Qudyalçay sahili”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, həmçinin “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında” mənzərələri birmənalı şəkildə təsdiqlənib. O, real mənzərə motivlərini rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirməyi bacarıb.
Mənzərələrin koloritində açıq rənglərin vəhdəti (ağ, mavi, çəhrayı, yaşıl və s.) əsas yer tutur. “Muğanda bahar”, “Bağlar arasında”, “Çiçəklənən torpaq”, “Torpağın arzusu”, “Nağıl” və s. əsərlərində doğma torpağa və onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət elə ilk baxışdaca aşkar duyulur.
Məhsuldar fəaliyyətinə və yüksək sənətinə görə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq rəssamı fəxri adlarına layiq görülmüş rəssama 1972-ci ildə yekdilliklə Azərbaycan SSR Dövlət mükafatı verilib. O, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib. Səttar Bəhlulzadənin tabloları respublika, ümumittifaq, habelə rəssamın fərdi sərgilərində göstərilib, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən sovet təsviri sənəti sərgilərində nümayiş etdirilib. 1964-cü ildə Praqada onun qrafika əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub.
Görkəmli rəssam, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri Səttar Bəhlulzadə 1974-cü ildə Moskvada vəfat edib, Əmircana gətirilərək doğma kəndində dəfn olunub.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32‑ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə qərara alıram:
1. Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
Eyubova Mələkxanım Yadigar qızı
Əhmədov İlham Namiq Kamal oğlu
Əli-zadə Məryam Əli qızı
Əzizov Arif Möhübəli oğlu
Xələfova Fəxriyə Rafiq qızı
İsmayılova Səkinə Qulu qızı
Ömərova Həmidə Məmməd qızı
3-cü dərəcəli “Əmək” ordeni ilə
Abdullayeva Yaqut Babakişi qızı
Əsədullayev Mirnazim Müştəba oğlu
Şükürov Azad Hətəm oğlu
“Tərəqqi” medalı ilə
Abdullayev Həmzə Yusif oğlu
Abdullayeva Tamilla Paşayevna
Babayeva Məryəm Şaqi qızı
Eyvazova Yeganə Məhəmməd qızı
İsmayılov Ramiz Məmməd oğlu
İsrafilov Fərhad Ramazan oğlu
Qəhrəmanlı Fəxrəddin Rəhim oğlu
Mahmudova Göyçək Fuad qızı
Manafov Fikrət Bala Kərim oğlu
Mehdiyeva Səbinə Mətləb qızı
Rüstəmova Nigar Rafiq qızı
Rzaquliyeva Aytən Elbəy qızı
Salayev Ayaz Ramiz oğlu
Süleymanlı Mübariz Aslan oğlu
Talıbova Böyükxanım Böyükağa qızı.
2. Azərbaycanda təhsilin inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar incəsənət xadimi”
Mahmudova Ceyran Emin qızı
“Əməkdar müəllim”
Əliyeva Nəzirə Məmmədqulu qızı
Hüseynov Nadir Qəribağa oğlu
Kazımov Rəşad Oqtay oğlu
Mansurova Humay Saleh qızı
Mehdiyeva Kəmalə Teyyub qızı
Mikayılova Sonaxanım Məmmədağa qızı
Orucov Fəzail Cəfər oğlu
Teymurova Sevda Namaz qızı
Yaqubova Mahirə Mehdi qızı.
3. Azərbaycanda təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
AŞIK VEYSEL’İN DİZELERİNDE OLDUĞU GİBİ ” UZUN İNCE BİR YOLDAYIZ GİDİYORUZ GÜNDÜZ GECE” 1999 YILINDAN BUGÜNE ANADOLU’DAN TÜM DÜNYAYA AÇILAN KÜLTÜR- SANAT PENCERENİZİ KAPATMAMAK İÇİN VAR GÜCÜMÜZLE MÜCADELEMİZE DEVAM EDİYORUZ…
DEĞERLİ OKURLARIMIZ 1999 yılından beri kültür- sanat alanında Anadolu’dan bütün dünyaya açılan KÜMBET Dergisi 60. sayısı ile T.C. Kültür ve Turizm Bakanlığı ve sizlerin desteği ile yoluna devam ediyor.2023 yılının bu son sayısında çok değerli yazarlar ve şairler dağarcıklarında biriktirdiklerini gün yüzüne çıkardılar. Millî Mücadele sonrası 29 Ekim 1923’te kurulan Türkiye Cumhuriyeti’nin 100.yılını millet olarak büyük bir coşkuyla kutlarken, Cumhuriyetimizin banisi Gazi Mustafa Kemal ATATÜRK’ü de aramızdan ayrılışının 85.yılında rahmetle anıyoruz. Bundan 50 yıl önce Büyük Ozan Aşık Veysel’i (1894-1973) kaybetmiştik. Bu yılda Türk Dünyasının bilgesi, Azerbaycan Milli Meclisi Kültür Komisyonu Başkanı Ganire Paşayeva (1975-2023) aramızdan ayrıldı. Dergimizde bu değerlere ayrı bir yer ayırdık. Tokat Şairler ve Yazarlar Derneği’nin 6.yayını olarak Yeşilyurt İçe Milli Eğitim Müdürü, Şair- Yazar Nihat Aymak’ın “Fessiz Kız “adlı eseri Ekim 2023’te okurlarıyla buluştu. Kültür- sanat dünyamıza hayırlı olsun. Gazze’de bütün dünyanın seyirci kaldığı özellikle İsrailli askerlerin çocuklara ve kadınlara yaptığı katliamlar büyük acımızdır. Biliyor ve inanıyoruz ki mazlumun ahı yerde kalmayacaktır. Prof. Dr. Abdi Yaşar Serin, M. Halistin Kukul, M. Ali Kalkan, Bedrettin Keleştimur, Hami Karslı, M. Necati Güneş, Cengiz Numanoğlu, Hasan Akar, Remzi Zengin, Talat Ülker, Nihat Aymak, Fuat Oskay, Gürel Sürücü, Zeynep Boynudelik, Abdülkadir Türk, Burhan Kurddan, Kumrugül Türkmen Akın, Ömer Özçoban, Merve Nur Maden, Ayla Bağ, Eda Tosun, Fuat Oskay, Ahmet Urfalı, Ulviye Küccük, Murat Tapar, Hasan Basri Atay makale ve araştırmalarını; Fazıl Hüsnü Dağlarca, Ganire Paşayeva, M. Akif İnan, Bekir Yeğnidemir, Esra Erdoğan, Mahmut Hasgül, Ahmet Divriklioğlu, A. Turan Erdoğan, Karaoğlan, Sündüs Arslan Akça, Orhan Oyanık, Rasim Yılmaz, Filiz Yüksel, Aşık Obalı, Musa Kabadayı, Hayrettin Yazıcı, Kemal Uslu, Deniz Garipcan, Hava Avcı Köseoğlu, Nihat Tuna, Nevzat Gündoğdu duygu dolu yüreklerinde açan rengarenk çiçeklerini sizlere sundular. Tokat Şairler ve Yazarlar Derneği ve KÜMBET Dergisi Ailesi olarak, 2024 yılının tüm dünyaya ve ülkemize esenlikler getirmesi dileğiyle saygılar sunuyoruz. Hasan AKAR Tokat Şairler ve Yazarlar Derneği Başkanı
Şərq ədəbiyyatında sıxca adı keçən, təsəvvüf mətnlərində “bütün pisliklərdən arınmış , tərtəmiz ruh” mənasında işlənən “”cami- cəm “ ifadəsi özünü şerlərində islam dini ehkamlarını hürufilik nöqteyi nəzərindən izah edən Nəsimi yaradıcılığında da göstərmişdir . Bu zaman “ fəlsəfi əsasında panteizmin dayandığı hürufiliklə rəvayət əsaslanan “ Cami-cəm “ ifadəsinin nə kimi bir əlaqəsi var? “ deyə bir sual ortaya çıxır. Bunu bilmək üçün ilk öncə “ Cami-cəm “ tezisinin mahiyyətinə varmaq lazımdır. “ Cəmşidin camı “ mənasını ifadə edən “ Cami-cəm “ təsəvvüf kontekstində varlığın əksi, mütləqin dərki baxımından hürufilikdə “ insan kainatın ən dəyərli varlığıdır “ ideyası bir-birinə uyğun gəlir. Bu ideyalar Şərq fəlsəfəsində mərkəz mövqe tutan sofizmin əsas prinsipi olan “ insan hər şeyin : mövcud olan və olmayan bütün şeylərin ölçüsüdür “ fikri ilə də eyniyyət təşkil edir . Kreasionizm dini-metafizik konsepsiyasının ideyaları ilə uyğunlaşan hürufizm düşüncələri də insan ekstaz və ya vəcd yolu ilə onu yaradan fövqəlbəşər qüvvəyə – transendent mövqe tutan Allaha qovuşmaq üçün öz varlığını dərk etməli , özündə monizm nöqteyi nəzərdən Allahı görməlidir. Qədim yunan alimi Sokratın da ən sevdiyi zərbi – məsəl də insanın özünü dərki ilə bağlı olması onun fəlsəfi fəaliyyətinin insan və onun şüuru haqqında məsələlər üzərində cəmləşdiyini göstərir .
“Cami-cəm “ tezisi Nəsimi yaradıcılığında bir neçə mövqedə işlənərək şairin panteist- hürufi ideyalarını əks etdirmişdir:
Çün ləbin cami-cəm oldu nəfxeyi Ruhülqüdus,
Ey cəmilim, ey camalım bəhrü kanım, mərhaba. ( 3.13)
Nəsiminin ərəb və fars dillərini, həmçinin “Quran “ ı yaxşı bildiyini nəzərə alaraq ilk misrada öz əksini tapan “ nəfxə “ (nəfəs) , “ruh” ( ruh ) , “ qüdus “ ( müqəddəs ) sözləri ilə “cami-cəm “ ifadəsini əlaqələndirmək olur. “Sənin dodaqların cami-cəm oldu, çünki müqəddəs ruh tərəfindən üfürülüb “ . “Hər insanın bütün üz cizgilərində allahdan bir zərrə var “ ideyası elə bu beytin əsasını təşkil edir. Şair yaradıcılığında hürufizmin fəlsəfi əsaslarına görə maddi aləmin ən uca varlığı adlandırdığı insanı – “mən” i daha geniş anlayış olan “ haqq “ ilə eyniləşdirir. Akademik Həmid Araslı “ Imadəddin Nəsimi “ adlı monoqrafiyasında allah-insan eyniləşdirməsilə bağlı fikirlərini bir neçə aspektdə bildirmişdir : “ Hürufizm görə, dünya ilidir: 1. Gördüyümüz kainat , 2. İnsan . Birinci dünyada günəş , ay , ulduzlar , bürclər , bütün səma aləmi , yer üzü və s. yerləşir. İkinci dünyada , yəni insanda bütün bu obyektiv varlıq öz əksini tapır. “ ( 1. 46.)
Deməli, insan özü “ Cəmşidin camı “ dır , yəni “cami-cəm “ dir. Necə ki, Cəmşidin camına baxaraq dörd bir yanın sirlərindən agah olurdu, şair də sevgilisinin dodaqlarında, camalında dünyanın əksini görür . Buradan belə bir qənaətə gəlmək olar ki, kainatın bütün sirlərini insanı öyrənməklə izah etmək olar.
Nəsiminin insan haqqında kredosu olan panteist – hürufi ideyalarını əks etdirən digər bir qəzəlində öz varlığını, “mən” ını dərk etməyən insanları qəflət yuxusunda təsvir edir :
İtirdin Cami-Cəmşidi , oyan uyxudan , ey qafil,
Nə buldun uyxudan göstər, nə qıldın uyxudan hasil ? ( 8. 106 )
Nəsimi ilk misrada “ Cami-cəm “ tezisini mənəvi aləmlə əlaqələndirməklə yanaşı, Cəmşidin adını da çəkmişdir. Nəsimi insanı qafil və kamil olmaqla iki qrupa ayırır . Onun fikrincə, “cami-cəm “ indən , yəni öz tərkibdən, mənəvi aləmindən uzaq insan qəflət yuxusundadır. Şair “itirdin cami – Cəmşidi “ deyərkən mənəviyyatını itirmiş insanı nəzərdə tutur, çünki camın bir növ, insan qəlbinin aynası olmasını nazərə alsaq, camın gördüyü aləmin də insanın mənəvi aləmi ilə eyni olduğunu görə bilərik. Nəsimi asketizm prinsipləri ilə davranan , özünü və dünya fikirlərini dərk edən insanları kamil adlandırırdı . Mənası “ fikri gəzişərək ifadə etmək olan , hürufiliyin də mənbə kimi istinad etdiyi Şərq peripatetizmində də fəlsəfənin əsas vəzifəsi həqiqəti əldə etmək, onu dərk etməkdən ibarətdir. Fikrimizcə, “gözlər qəlbin aynasıdır “ və yaxud “ gözlərdə ( simada ) dünyanı görmək “ ifadələri məhz elə “cami-cəm “ tezisi ilə bağlıdır . Qəlb təsəvvüfdə batini idrak mərkəzi , allahın camalını təzahür etdiyi əsas nöqtədir. Belə düşünmək olar ki, ilk nümunədəki ayna da Cəmşidin camı ilə eyni mahiyyəti kəsb edir. Nəsiminin insanı “kiçik aləm “ adlandırması da təsadüfi olmamışdır. Şair insanı baxıldığı zaman “ hər cizgisində mənəvi aləminin əksini tərənnüm edən ali varlıq “ kimi təsvir edir.
Cəmşidi-aləm oldur mə’nidə, еy qəmər kim,
Fərхəndə surətindir cami-cahannüması. ( 3. 83 )
Piyalə , qədəh, ayaq və s. kimi sözlərlə eyni mənanı əks etdirən “Cami-cəm “ in bir digər adı “ Cami-cahannuma “ dır. Beytdən göründüyü kimi, şair Cəmşidin baxdığı aləmi sevgilisinin surətində görür və deyir : “ Ey qəmər, Cəmşidi – aləm , camın əksinin sənin üzündəki təcəssümüdür “ Bu ifadə ilə Nəsimi insan surətini aləmə açılan qapı ilə eyniləşdirirlər.
Cami-cahannüma dеdilər üzünə, vəli
Həqdən mən anı ayinеyi-həqnüma dеrəm. ( 3. 141, )
Bu misralar da yuxarıda qeyd etdiyimiz fikirləri bir daha təsdiqləyir və hürufilikdə “ Allahın gözəl insan surətində təcəssümü etməsi “ ( 1. 46. ) ideyasını da bizə xatırladır.
Rəvayətlərdə yeddi maddədən hazırlandığı söylənilən Cəmşidin camı , həmçinin, yeddi fələyin sirrini açmağa nail olmuşdur. Bunu da qeyd etmək lazımdır ki, camın üzərində yeddi qitənin təsviri verilmişdir . Hürufizmin də rəqəmlərlə sıx əlaqəsini nəzərə alsaq, bu aspektdə yeddi rəqəminin sakrallığını göz önünə gətirərək “cami-cəm “ ifadəsinin Nəsimi yaradıcılığında təsadüfən işlənmədiyini də bildirmək olar. Hürufizmə görə , insanın üzündə “ xətti- ümmiyə “ adlanan yeddi anadangəlmə xətt vardır ki, bu xətlər “Quran” ın ilk surəsi olan “Həmd “ in yeddi ayəsi ilə də səsləndirilir :
Yedi ayətlə yeddi xətt tamam
Yedi ə’za ki, yeddi ümmətdir. ( 8. 27 )
Bundan başqa, Nəsimi şerlərində yer, göy, dərya və s . bəşəri gözəlliklərin sayının yeddi olması “cam” ın üzərindəki yeddi qitəyə bir növ işarədir :
Yeddi yerdir, yeddi gögdür, yeddi dərya, yeddi xət,
Yeddi müshəf, yeddi ayət, yədi-beyzası nədir? ( 8. 151 )
Bəs nə üçün məhz yeddi rəqəmi? Bildiyimiz kimi, qədim türk mifoloji düşüncəsində yeddi rəqəminin xüsusi sakrallığa malikdir. Bir sıra türk xalqlarının dünyagörüşündə yeddi rəqəmi xoşbəxtlik uğur rəmzidir, belə ki, mifoloji mətnlərdə dünyanın yeddi günə yaradılması haqqında məlumatlar vardır. Məhz elə bu səbəbdəndir ki, dünyada yarananlar da ( planet, iqlim, bürc və s.) yeddidir.
Olubdur yeddi iqlim, yeddi ə’za,
Könül təxti dəxidir eşqi-şanım. ( 8. 328 )
Məsəldə təb’imizdir yeddi qat yer,
Ağaclar tük olur, dağ üstüxanım. ( 8 . 327 )
Ümumiyyətlə, Nəsimi poeziyasına qədər “cami-cəm “ ifadəsini klassiklərimizin – Nizami , Füzuli və başqalarının yaradıcılığında görmək mümkündür, lakin bu tezisə vəhdəti-vücud fəlsəfəsi nöqteyi nəzərindən yanaşan , hətta eyniadlı əsəri belə olan Marağalı Əvhədinin adı xüsusi vurğulanmışdır. Nəsimi sənədlərindən fərqli olaraq bu konsepsiyaya panteist-hürufilik aspektdə yanaşmış, insanı özünün, haqqın dərkinə yönəltmişdir.
Ədəbiyyat
Araslı H. İmadəddin Nəsimi. Bakı: Azərbaycan dövlət nəşriyyatı, 1972, 73 s.
İmadəddin Nəsimi-məqalələr məcmuəsi. Bakı: Elm, 1973, 270 s.
İsmayılova Nərgiz Rəfail qızı (Nargis) 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olub. Ailəlidir, bir oğlu, bir qızı var. 1993-cü ildə Zaqatala rayonunda orta məktəbə daxil olub, Ordubad Türk liseyində təhsilini davam etdirib. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Gəncə Dövlət Universitetinin “Xarici ölkə xalqaları ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-ci il dekabr ayının 1-dən Azərbaycan MEA-nın Naxçıvan Bölməsində Ədəbiyyat və İncəsənət İnstitutunun Ədəbiyyatşünaslıq Şöbəsində laborant, kiçik elmi işçi, elmi işçi, hazırda isə böyük elmi işçi vəzifəsində çalışır. “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya işi müdafiə edib. “Azərbaycan ədəbiyyatı” və “Dünya ədəbiyyatı” ixtisasları üzrə filologiya üzrə fəlsəfə doktorudur. Dosentdir. 60 elmi, 400-dən çox qəzet məqaləsinin müəllifidir. 6 bədii nəsr, 6 tərcümə əsərinin, 2 monoqrafiyanın müəllifidir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin doktorantıdır. “İtaliya ədəbiyyatında postmodernizm və Azərbaycan bədii nəsri” sahəsində elmi tədqiqat işi aparır. “İçimdəki Merilin”, “Qardələn”, “Müqəddəs məkan-Naxçıvan”, “Beklenen Dolunay”, “Qayıtmalısan”, “Əcəmi” adlı nəsr kitablarının müəllifidir. Həmçinin “İçimdəki Merilin” Türkiyədə, “Qardələn” İranda da nəşr olunaraq oxucu auditoriyasına çatdırılıb. Bir neçə bədii və elmi kitabları, o cümlədən Elxan Yurdoğlu ilə birlikdə Türkiyəli yazıçı-şair Kahraman Tazeoğlunun bestsellerə çevrilmiş “Bukre” romanını türkcədən dilimizə çevirib. Azərbaycan Yazıçılar, Jurnalistlər və Dünya Gənc Türk Yazarlar birliklərinin üzvü, gənc yazar kimi Prezident təqaüdçüsüdür. Maraq doğuran yazılarına və uğurlarına görə 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi “Əli bəy Hüseynzadə mükafatı”na layiq görülüb, muxtar respublikada “İlin yazıçısı”, “İlin jurnalisti” seçilib. AMEA Naxçıvan Bölməsinin “İlin alimi” fəxri diplomu ilə təltif edilib. Ekspertlərin fikrincə, Nargisin sirli-sehirlı yazıları kvalifikasiyaya görə mifoloji fentezidir, postmodern nümunəsidir, endikcə dərinliklərə enir, təfəkkürün ən dərin qatlarında əbədi sual kimi qalmış cavabsızlıqlara cavab tapmaq çabası gösrərir. Məhz fərqlilik axtaranlar üçün onu mütaliə etmək çox maraqlıdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 12 dekabr dekabr 2023-cü il tarixli müvafiq qərarına əsasən yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar, Jurnalistlər və Dünya Gənc Türk Yazarlar birliklərinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Nargis İSMAYILOVA “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət vəƏdəbiyyat Portalının NAXÇIVAN MUXTAR RESPUBLİKASI Bürosunun Rəhbəri təyin edildi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Elçin İsgəndərzadənin “Mənim Şuşa dastanım” – “Zəfər poeması” haqqında
Yazıma məni ən çox təsirləndirən misralarla başlamaq istəyirəm. Hər zaman olduğu kimi “Ədəbiyyat qəzeti”ni köşkdən alıb Bakının ən sevdiyim hissəsində, Tarqovuda bir kafedə, kofemdən yudumlayaraq vərəqləməyə başladım. Qarşıma “Mənim Şuşa dastanım” – “Zəfər poeması” çıxdı. Gözucu poemaya baxdım.
Şuşa mənim də həssas yerimdir. Şuşaya dair oxuduğum hər şeyi diqqətlə və qorxaraq oxuyuram. Şuşa elə mövzudur ki, onu vəsf edən gərək layiqincə bunu bacarsın. Şuşa elə bir gözəldir ki, gərək onu təsvir edən gözəllik bilicisi olsun… Eyni zamanda Şuşa məbəddir, müqəddəsdir… Gərək Allah da həmin şəxsə vəsf edə bilmə gücü bəxş etsin…
“Mənim Şuşa dastanım” – “Zəfər poeması”nda xüsusilə bu misralar məni çox təsirləndirdi:
Ayrılığın ilk günü…
Bir şəhər hər yerindən tərk edilirdi –
göyündən,
sularından,
yollarından, evlərindən…
Fikrimcə, tərk edilişi və ayrılığı ədəbiyyatda və rəssamlıqda bu tərzdə ifadə edən olmayıb.
Çox şeylər olacaqdı,
bu şəhər uzun bir ayrılığa
qədəm qoyurdu,
bu şəhəri bütün şəhər tərk edirdi.
Yaxud:
Bu şəhərin ümidini də öldürüb gedirdik,
sabahlarını da öldürüb gedirdik,
elə özümüzü də öldürüb gedirdik,
bəlkə, heç bilmədən
bu şəhəri də öldürüb gedirdik.
Bir şəhərin bu şəkildə göy üzündən, sularından, yollarından tərk olunması anlayışı dünyaya nəhəng informasiya ötürür, burada romantiklik, duyğusallıq var, əlbəttə. Göylərindən tərk olunmaq anlayışı da çox önəmli işarədir. Göy üzü hər daim müqəddəs qəbul olunub. Mifologiyada, dində, ədəbiyyatda Göy – tanrı deməkdir, azadlıq deməkdir. 30 illik həsrətdən sonra Şuşanı ziyarət edən hər kəs, Elçinin bu poemada əslində, nə dediyini çox gözəl anlayar…
Vəhşi ermənilərin Şuşanın gözəlliklərini bir zavallı, murdar qurd kimi gəmirərək necə məhv etdiyini görür. Binalar… bir zaman səs, musiqi, sənət, ədəbiyyat, hakimiyyət, ailə, dost, sevgili olan binalar, ilahi, necə də vəhşicəsinə yox edilib… Barılar dağıdılıb…
Şuşadaykən gözləri dolaraq qabarlı əlləri ilə dağıdılmış divarı yenidən qurmağa çalışan fəhlənin mənə uzatdığı almanın balacalığı, cırlığı diqqətimi çəkmişdi. Almanın bu cür cırlaşması məni kədərləndirmişdi. Doğrudan da, Şuşa hər yerindən tərk edilmişdi o qanlı gündə…
Bir xeyli uca qamətli ağaca baxmışdım və pıçıldamışdım. Bu alma sənə yaraşmır, heç yaraşmır həm də. Bax biz qayıtmışıq. Artıq ən gözəl bəhərlərini verə bilərsən… Almadan gələn gözəl ətir, bircə o ətir ümid vermişdi mənə. Əmin idim ki, Elçinin misralarında əks olunan zorla tərk edilən o şəhər, yenidən özünə – müqəddəs günlərinə, Azərbaycanlı günlərindəki gözəlliyinə, ehtişamına qayıdacaq.
Şuşada doğulan, əsrarəngiz təbiətin aludəçisinə çevrilən və amansızlıqla o torpaqlardan qoparılan, yurd-yuvasına həsrət qalan insanlar üçün Şuşanı təsvir etmək çox həssas mövzudur, bir o qədər də çətin. Elçin İsgəndərzadənin “Ədəbiyyat qəzeti”ndə yayınlanan “Mənim Şuşa dastanım” – “Zəfər poeması” sadaladığım bu fikirlərin ən bariz nümunəsidir.
Şuşa adlı…
Sevgili dərdim çıxır hər yerdə qarşıma,
sevgili kədərim çökür üz-gözümə…
Yaxud:
Bir vətən necə sevilir?
Səndən sonra anladıq.
Bir vətənin adı necə sevilir?
Səndən sonra anladıq.
Səndən sonra çox şeyi anladıq…
Elçin İsgəndərzadənin yaradıcılığı ilə tanış olan hər kəs, şairin yaradıcılığından, elə gəncliyindən bu günədək davam edən bir həsrət simfoniyası duyurlar. Bu həsrətin adı Qarabağdır – Şuşadır. Texnika və filologiya elmləri doktoru olan Elçin İsgəndərzadə Azərbaycançılıq – türkçülük məfkurəsi ilə daim gecə-gündüz vətəni uğrunda çalışır. Onun texnika sahəsində gördüyü işlərlə tanıyanlar, ruhunun dərinliklərində gizlənən emosional şairi görmürlər. Ancaq damarlarında axan qanla eyni sürətdə hərəkət edən və hər daim təkrarlanan həsrəti hamı görüb tanıyıb…
“Mənim Şuşa dastanım” – “Zəfər poeması” bir çox məqamlarla Şuşaya yazılan əsərlərdən fərqlənir. Burada türkçülükdə əsas mövzu olan “ana”, “anaların göz yaşı”, “anaların ahı tutar” kimi fikirlər ön plandadır. Yaranışdan Vətən torpağı ilə ana eyni tutulur, onlar müqəddəs varlıqlar kimi həmişə yanaşı qoyulur.
Bu dəm anam dilləndi,
həm də necə dilləndi,
– Səni Allaha əmanət verirəm, Şuşam.
Analar Şuşanı Allaha əmanət etdi.
Allah bu əmanəti
nə vaxtsa geri qaytarmalıydı, nə vaxtsa…
Şuşa anaların əmanətiydi Allaha!
Qədim türklərdə “Ana haqqı, Tanrı haqqıdır” – deyilib. Ana müqəddəs olmasaydı, Qazan xan düşməndən əsir düşən el-obasından təkcə anasını istəməzdi.
Anam Şuşaydı,
analar Şuşa olmuşdu bu ayrılıqda.
Sanki dillərə dastan Şuşa təbiəti bu gün yenidən canlanır, yenidən həsrətdən cırlaşan Xarıbülbüllər boy atır. Qayıdışla, həm də nəhəng qayıdışla bu gün Şuşanın səması sanki öz doğma – türkçülüyü, Azərbaycançılığı özündə əks etdirən o dərin mavisinə qayıdır. Bütün bunları isə Elçin İsgəndərzadə görür. Çünki o Şuşanı ta uşaqlığından tanıyır, əzbər bilir. Bu poema həm də ona görə ilkdir və önəmlidir ki, Şuşalı bir insan eyni əsərdə həm həsrəti, həm vüsalı, həm kədəri, həm sevinci, tərk edilişi və böyük qayıdışı sözlərin gücü ilə pafossuz, olduğu kimi, hiss etdiyi, yaşadığı, gözləri ilə gördüyü, tərk edilişin də, Böyük Qayıdışın Şahidi kimi, realist şəkildə əks etdirib.
Dövlət Tərcümə Mərkəzi Azərbaycan dilinin və ədəbiyyatının böyük hamisi, əbədiyaşar milli lider Heydər Əliyevin 100 illiyinə töhfə olaraq ana dilimizin yeni və daha təkmil orfoqrafiya lüğətini ərsəyə gətirib.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, söz ehtiyatımızı milli orfoqrafiya lüğəti tarixində (1929–2021) mənbə nəşrlərdə yer almamış minlərlə (ümumi sayı 30 000-dən çox) saf Azərbaycan sözləri və terminlərlə zənginləşdirən lüğətin daha bir əlamətdar uğuru – nəşrin Ulu Öndərin Türk dünyasında zərb-məsələ çevrilmiş “Bir millət, iki dövlət” kəlamının davamı olaraq son illər ölkədə geniş işləklik qazanmış yüzlərlə türkkökənli sözlərlə dolğunlaşdırılması və nəticə etibarilə dilimizin ana kitabının mənzərəsinin dəyişilərək ona türk dilləri qrupunun aparıcı və ümumişlək dil vəsaiti statusu qazandırmasıdır.
Lüğətin tərtib müəllifi – Xalq yazıçısı Afaq Məsud, “Ön söz”ünün müəllifi redaksiya heyətinin üzvü, akademik Nizami Cəfərov, redaksiya heyətinin digər üzvləri – filologiya elmləri doktorları, professorlar Vilayət Quliyev, Qulu Məhərrəmli, Cəlil Nağıyev, Cahangir Məmmədli, Rüstəm Kamal və filologiya üzrə fəlsəfə doktoru, dilçi-alim İsmayıl Məmmədovdur.
2023-cü il 7–12 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Aytmatov və teatr” Vl Beynəlxalq Teatr Festivalı baş tutub. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan,
Özbəkistan və Rusiya Federasiyasının teatrları iştirak edib. Müxtəlif ölklərdən gələn teatr kollektivləri Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Rus Milli Teatrında Aytmatovun əsərləri əsasında hazırlanmış tamaşaları nümayiş etdiriblər.
Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi festivalda Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsəri əsasında hazırladıqları “Manqurt” tamaşası ilə ölkəmizi təmsil edib.
Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri və Qırğızıstanın teatr xadimləri ittifaqı tərəfindən Çingiz Aytmatovun əsərlərinin özünəməxsus plastik interpretatsiyasına görə xüsusi mükafata layiq görülüb.
Bu gün Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyevin anım günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tammətnləri ilə verilib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli Liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir.