Category: Azərbaycan ədəbiyyatı

  • Debüt: İlham MİKAYIL (Kəlbəcər rayonu).Yeni şeirlər

    1533203_573982719353149_1847200993_n

    İlham Mikayıl (Mikayılov İlham Hamlet oğlu) 1989-cu il sentyabr ayının 5-də Kəlbəcər rayonunu Böyük İstisu qəsəbəsində anadan olub.1996-cu ildə Yevlax şəhər 9 saylı orta məktəbin birinci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2007-2011-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
    Ədəbiyyata, poeziyaya dərindən maraq göstərir.İlk poeziya örnəklərini tələbəlik illərində qələmə alıb.Azərbaycanın adət-ənənələrini dərindən bildiyi üçün daha çox xalq şeiri üslubunda ədəbi-bədii nümunələr ərsəyə gətirir.Şeirləri Şaman”, “Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”,“Sancaq”, “Sözün sehri”, “Elimiz, günümüz”, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və mdəbiyat Portallarında dərc olunub.Haqqında yazılan səmimi duyğular və düşüncələr Mədəniyyət və Ədəbiyyat portalında yerləşdirilib.”Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
    Gənc ədib İlham Mikayıl haqqında qələm dostu Kənan Aydınoğlu “Kim sənə dedi ki?!”, “Kəlbəcər həsrətli şairim mənim” şeirlərini yazmış, müəllif haqqında ürək dolusu danışmışdır.
    2012-ci ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    ALA YURDUMU

    Gülü dərilməyib təzə tər qalıb,
    Ürəkdə nisgil var dərdi sər qalıb.
    Düşmən tapdağında Kəlbəcər qalıb,
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu .

    Lənət o anlara, lənət günlərə,
    Dilə gəldi o gün o dağ, o dərə .
    Əldən getdi Ağdam, Laçın, Ağdərə,
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    Dərbənd rus əlində, Şuşa dığada,
    Füzuli, Cəbrayıl qalıb yağıda.
    Gör kimlər oynadır at Qubadlıda?!
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    Ruhumu incidir Qazan Bayandur,
    Deyir oğuz oğlu qalx ayağa dur.
    Çağırır Xocalı, Göyçə, Zəngəzur.
    Bir oğul gəzirəm ala yurdumu.
    Səliqə səhmana sala yurdumu.

    Hər şeyin öz adı var öz adında.
    Xocavənd, Xankəndi qalsın yadında.
    Silinməz iz qoysun qoy yaddaşında.
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    QOCALIR

    Zaman tələsdirir qovur insanı,
    Baxıb bu həyata dövran qocalır.
    Duyub düşündükcə ömrün sonunu,
    Saçları ağarır, insan qocalır.

    Həyat insanların üstünə cumur,
    Əl əli yuyanda əlüzü yumur.
    Görən bu həyatda insan nə umur,
    Baxıb min arzuya güman qocalır?!

    Əyrini düz sayır, düzü də əyri,
    Allah cüt yaradıb”Şəri və xeyri”.
    Bircə bu dünyada yalandan qeyri,
    İnsana baş əyən zaman qocalır.

    Bəşər yox olubdu qandal qolunda,
    İblislər əyləşib sağı-solunda,
    Həyatın çıxılmaz çətin yolunda,
    İnsanı dərk edib qanan qocalır.

  • Debüt: Nemət Tahir QARAXANLI (Ağdam rayonu).Yeni şeirlər

    564422_428432760610215_140540675_n-300x2251

    Nemət Tahir (Rüstəmli Nemət Qəzənfər oğlu) 1987-ci il avqust ayının 27-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Məlum səbəblərdən 1995-ci ildə Mingəçevirdə yerləşən Ağdam 128 saylı köçkün məktəbində birinci sinfə daxil olub, oranı 2006-cı ildə bitirib. İlk şeiri “Ağlar” 2003-cü ildə “Sovqat” qəzetində işıq üzü görüb. 2006-2010-cu illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
    Şeirləri, hekayələri “Sumqayıt Universiteti”, “168 saat”, “Şaman”, “Sözün sehri”, “Möhtəşəm Azərbaycan”, “Elimiz.günümüz” qəzetlərində, o cümlədən Sumqayıt şəhərinin yaradılmasının 60 illiyinə həsr olunmuş almanaxda çap olunmuşdur. Şeir, həkayə, məqalələr yazmışdır. 2010-cu ildə Sumqayıt Dövlət Universitetini bitirmişdir. 2010-2011-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.
    2011-ci ilin avqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin vakant yerlər müsabiqəsində iştirak edib. Ağdam rayonunun Səfərli qəsəbəsində yerləşən 91 saylı tam köçkün orta məktəbinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi təyin edilib. Hal-hazırda həmin məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyir. Ədəbi-bədii yaradıclığını da davam etdirir.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı
    2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.

    OLMUR

    Bu sevgi elə bir müqəddəs sirdir,
    Yardan özgəsilə paylaşmaq olmur.
    Sevgilindən uzaq qəlbində sevgi,
    Hicranlı günlərə alışmaq olmur!

    Bəzən ürəyimə sevinc dolsa da,
    Sevgilimin yeri bir damcı dolmur.
    Bəzən bu həsrətə etsəm də hörmət,
    Sevgili düşmənlə barışmaq olmur.

    Daha ayrılığa dözə bilmirəm,
    Yanardım alovsuz, göz yaşım qoymur.
    Bizi sınağamı çəkir görəsən,
    Allahın işidir qarışmaq olmur?!

    DODAĞIM

    Məktubun sonunda “öpürəm” yazdın,
    Ağacda yarpaqtək əsdi dodağım.
    Onu belə qəmgin görəndə dilim.
    Dedi, sızlamağın bəsdir,dodağım.

    Bir az da əhdindən üz döndərməyib,
    Haqlını haqsıza qurban verməyib,
    Sənə qeybətinə dözə bilməyib,
    Dişimlə dilimi kəsdi dodağım.

    GÜLÜM

    Sorsan ayırlıqdan nələr çəkmişəm?!
    Həsrətdən göylərə sovrulub külüm.
    Eşqim iddiamdır, şaihidim cəfa,
    Tanrıdan tək səni diləyir könlüm.

    Pəncərini açıq qoyub yatarsan,
    Gələcəm səninlə dərdimi bölüm.
    Ruhum qonağındır yenə bu gecə,
    Bu an əbədilik olsunmu, gülüm?

    Əllərin ttitrəyir, baxışın ürkək,
    Saçların gül qoxur, dodağın çiçək.
    Mənimsə dodağım bal arısı tək,
    Sənin dodağına qonsunmu, gülüm?

    * * *
    Yenə payız gəldi sənsiz ömrümə,
    Otağım qaranlıq, divarlar soyuq.
    Tavana rəsmini çəkir gözlərim,
    Qəlbim buz parçası, duyğular soyuq.

    Qara buludlar tək nigarançılıq ,
    Həsrət gözlərinə kölgə salıbdır.
    Səni görməsəydim dəli olardı,
    Yaxşı ki, yadında şəklim qalıbdır.

    Səninlə üz-üzə durmuşuq sanki,
    Gözümüz danışır səssiz-səmirsiz.
    Bilməm, ayrılıqmı qorxutdu məni?
    Yanımda olsan da, darıxdım sənsiz.

    CAVABSIZ SEVGİ

    Nazını çəkməyə hazırdım hər an,
    Çünki mənasızdı əzabsız sevgi.
    Ancaq ki, insanı bir ağac kimi,
    İçindən çürüdən cavabsız sevgi.

    Yanımda olsan da, mənə uzaqsan,
    Hər yandan üstümə həsrət çilənir.
    Baxışın bənzəyir ölüm hökmünə,
    Gözündən üzümə nifrət çilənir.

    Sanma ki, hər işin doğrudu, düzdü,
    Ömrünü puç edər əyrilər bir gün.
    Sevgimə gülərək alçaltma məni,
    Nifrətin sevgiyə çevrilər bir gün.

    MƏNƏ

    Gözümə göründü bir anlıq siman,
    Həsrətin yarası qövr etdi yenə.
    Təkcə bu yaralı ürəyim deyil,
    Bütüncə varlığım həsrətdi sənə.

    Bürünsə də, nura bütün kainat,
    Sənsizlik əbədi zülmətdi mənə.
    Səndən ayrı düşmək unutmağı yox,
    Uzaqdan sevməyi öyrətdi mənə.

    GÖZ YADDAŞI

    Saçların tək uzun bir qış gecəsi,
    Qarşımda dəftərçə, əlimdə qələm.
    Səni düşünürəm tənha bir otaq,
    Kaş xəyal da olsa, yanına gələm.

    Rəsminə baxıram gözümü yumub,
    Döyünmür ürəyim bir sükut çöküb.
    Bu şəkli nə rəssam, nə də fotoqraf,
    Sevən gözlərimin yaddaşı çəkib.

    Bu qış gecəsində qovuşsaq əgər,
    Sevincdən ağlaram, gülər göz yaşım.
    Həsrətdən ağlasam, qorxuram birdən,
    Rəsmini gözümdən silər göz yaşım.

    GÜLÜM

    Səni gül bağına bənzədirəm mən,
    Ürəyim bağbanın olsunmu, gülüm?!
    Həsrətin üşüdür qəlbimi yaman,
    Hicran soyuğunda donsunmu, gülüm?!

    Göylərdən enibsən mələksən mələk,
    Yanağın qızılgül, dodağın çiçək.
    Mənimsə dodağım bal arısı tək,
    Sənin dodağına qonsunmu, gülüm?!

    YAĞIŞ YAĞIR

    Sənə doğru xəyallarım qanad açdı,
    Buludlara qoşularaq qanad olub sənə qaçdı.
    Yağış yağır yağan mənsə hamı kimi
    Sən də qaçıb bu yağışdan daldalanma.
    Çətir altda gizlənmə islanmaqdan qorxma, gülüm
    Axı mən bir saf yağışam ətrafında tanımadığı insanlara ləkə vuran
    Üzünə gülüb arxasında qeybət qıran
    Məqsədi üçün yaltaqlanan insanlardan qorxginən!
    İslanmaqdan qorxma, gülüm!
    Mənə bax təmizliyi, düzlüyü gör!
    Hər damlada varlığımı hiss elə.
    Mən doğruluğun, həqiqətin güzgüsüyəm.
    Mən TANRININ yer üzündə sevgisiyəm.
    Yağış yağır yağan mənsə hamı kimi
    Sən də qaçıb bu yağışdan daldalanma.
    Çətir altda gizlənmə
    Qoy bu yağış saçlarından süzülərək ayağının ucunadək
    Vücuduna sarılaraq ruhuna hopsun.
    Nur damlaları dodağımı əvəz etsin, səni öpsün.
    Daha bəsdi, bunca həsrət!
    Bax beləcə, bu ayrılıq sona yetsin!

    İYİRMİ YANVAR

    Odlar yurdu qan ağladı,
    Qana boyandı o gecə.
    “AZADLIĞIN” pöhrələri,
    Qanla suladı o gecə.

    “20 YANVAR”
    Güllə yağırdı şəhərə.
    Bizi boğdular qəhərə.
    Ümid yoxuydu səhərə.
    Vaxt da dayandı o gecə.
    Bu günahsız cəsədlərə,
    Bu cavanca şəhidlərə.
    Analar, bir ağı deyin!
    Gül-çiçəkli məzarlara
    Qəbristanlıq, xiyaban yox,
    “AZADLIĞIN BAĞI” deyin!

    SƏRHƏDÇİ

    Bir əsgər var sərhəddə
    Günəşlə bərabər açır səhəri.neç
    Neçə vaxtdır,
    Eldən-obasından
    Sevdiyindən uzaqdadır.
    Qəlbini doğrayır hicranın zəhəri.
    Ancaq O sərhədçidir.
    VƏTƏNİN EŞQİNƏ,
    Doğmaların xətrinə
    Dözür hər cür həsrətə
    Udur bunca qəhəri.
    Gülümsəyir doluxsunmuş gözləri…
    Silahı çiynində, qulağı səsdə.
    Gözləri sərhədçidir!
    TÜRK OĞLU, AZƏRBAYCAN ƏSGƏRİ!!!

  • Gülnarə İSRAFİLQIZI.”Qocalıq silinər!” (Yeni şeir)

    234435423665547648

    Qocalıq əlaməti var!
    Qocamı görünürəm?
    Fikir vermə bir neçə ilə,
    Arxanca gəlirəm.
    Qoy olsun neyləyək,
    Gəl xoş gəlirsən.
    Eh ay qocalıq!
    Başqa əlacımız yox,
    Sənə söyləyək.
    İllərimiz geçdikcə,
    Saçımız çal-çal olur.
    Üzümüzdən xət- xət
    Qocalıq doğulur.
    Həkimə get açdır xətləri,
    Nəyin fikrini edirsən ay dəli,
    Onun da əlacı var.
    Qaldı saçlar….
    İki manatlıq boya al,
    Rənglə getsin çallar.
    İndi cavanlar görmür,
    Onda həsəd aparacaqlar.
    Doxsana çatsan insituta gir,
    Məharətini gənclərə bildir.
    Görüm
    Kim sənə,
    Qoca deyə bilər?
    Qocalıq silinər.

    Gülnarə İsrafilqızı.

  • Debüt: İlham HƏBİB (Zəngəzur mahalı).Yeni şeirlər

    10367691_4275208494657_5626564282031219599_n (1)

    İlham Həbib 1979-cu ildə Zəngəzur mahalı, Qafan rayonunda anadan olub.1986-1996-cı ilərldə Abşeron rayonu Saray qəsəbəsi “A. Müzəffərov” adına orta məktəbdə təhsil alıb. Fövqəladə Hallar Nazirliyində çalışır. Ailəlidir. İki övladı var.
    “Zərif beytlər” almanax kitabında,”Dünya Genc Türk Yazarlar Antolojisi” kitabında, “Söz odası”, “Paritet” və bir neçə sosial saytlarda şerləri çap olunub.

    DE Kİ, SƏNİ DƏLİ KİMİ SEVİRƏM

    Eşq sahilim, göy ləpəli dənizim,
    Deki səni dəli kimi sevirəm.
    Bircə kərə heç olmasa əzizim,
    De ki, səni dəli kimi sevirəm.

    Haralara gəldim sənin izinlə,
    Hara getsən apar məni özünlə.
    Danışmağa sözün yoxsa, gözünlə,
    De ki, səni dəli kimi sevirəm.

    Baş qoyaram yollarında daşına,
    Tab elədim baharına, qışına.
    Çevir məni ürəyinin başına,
    De ki, səni dəli kimi sevirəm.

    Gözlərimi gözləməkdən yorma gəl,
    Qəriblikdə zərif boynu burma, gəl.
    Bilirəm ki, darıxmısan durma, gəl.
    De ki, səni dəli kimi sevirəm.

    İlham yanıb külə dönüb, köz qalıb,
    Deyiləsi gör nə qədər söz qalıb.
    Tələs biraz, getməyimə az qalıb.
    De ki, səni dəli kimi sevirəm.

    * * *

    Çək sığalı telimə,
    Telim sevinsin gülüm.
    Əlini ver əlimə,
    Əlim sevinsin gülüm.

    Çəmənimdə çiçək ol,
    Çiçəyimdə ləçək ol.
    Güllərimə bəzək ol,
    Gülüm sevinsin gülüm.

    Gəl ətrini qoxuyum,
    Sənə çələng toxuyum.
    Eşqə nəğmə oxuyum,
    Şirin dilim sevinsin.

    Gözüm fərəhlə dolsun,
    Hicran saçını yolsun.
    Günlərim sənin olsun,
    Ayım, ilim sevinsin.

    * * *

    Alnımdakı qırışdayam,
    Boyu ölçən qarışdayam.
    Vicdanımla yarışdayam,
    Yerlərə dəyir kürəyim.

    Başım min cür xəyaldadı,
    Qələmim qeylü-qaldadı.
    Ruhum təngnəfəs haldadı,
    Yaman kəsilim kələyim.

    Ürək qırdı qan sirdaşım,
    Can istəyir can yoldaşım.
    Başa dəyir əhlət daşım,
    Artıq ələnib ələyib.

    Bu torpağın üzü qara,
    Daşındakı sözü qara.
    Izi qara, gözü qara
    Üzün qaralsın fələyim.

  • Debüt: Nüsrət HƏSƏN (Sabirabad).Yeni şeirlər

    10409792_513374182128649_102896210_n

    Nüsrət HƏSƏN (Həsənov Nüsrət Ülfət oğlu) 1992-ci il fevral ayının 15-də Sabirabad rayonunda anadan olub.Hal-hazırda İnşaat kollecinin qiyabi tələbəsidir. Dövlət Sərhəd Xidmətində işləyir.

    Söyləmə

    Söyləmə arının balı şirindi!
    Yanağın baldan da şirin deyilmi?
    Söyləmə dənizin dibi dərindi!
    Gözlərin dənizdən dərin deyilmi?˚
    ***
    Söyləmə qara rəng parıldayarmı?!
    Gözünün qarası necə nur saçır?
    Məni sevdiyinin nişanəsidir,
    Elə bil ay çıxıb gecə nur saçır.
    ***
    Söyləmə güllərin ətri gözəldi!
    Sənin öz qoxunun dəlisiyəm mən.
    Bu böyük məhəbbət sənə özəldi,
    Sanma ki, çoxunun dəlisiyəm mən.
    ***
    Söyləmə soyuqdur get qalın geyin,
    Əlinin istisi bəs edər mənə.
    Yanımda olanda təsəvvür eylə
    Xoşbəxtlik verirsən nə qədər mənə.
    ***
    Danışma ipəyin incəliyindən!
    Tellərin ipəkdən daha incədir.
    Danışma cəhənnəm işgəncəsindən!
    Həsrətin ondan da pis işgəncədir.
    ***
    Danışma baharın gözəlliyindən,
    Yanında qış belə bahardan gözəl.
    Sevgimi deməyə yetmir cümlələr,
    Yazsam da nə qədər mən şeir-qəzəl.
    ***
    Danışma Məcnunun məhəbbətindən,
    Mənim duyğularım ondan da təmiz.
    Danış öz yarından, öz Nüsrətindən.
    Əbədi yaşayar bizim sevgimiz.

    « Yol »

    Qara gözlərini yollara dikmə
    Terk edib getdiyim yola gəlmərəm.
    Yalvarıb-yaxarıb göz yaşı tökmə,
    Mən elə tərsəm ki yola gəlmərəm.

    Bəlkə də yuxuna gələrdim, amma,
    Çətinki yetişim çox uzağam mən.
    Bəxtim tək qarayam, bu deyil əmma
    Sənin ki yanında üzü ağam mən.

    Daha pəncərənin önündən çəkil
    Gözünlə başqa bir sevgiyə yol çək.
    Özümə nifrəti tutmuşam vəkil,
    Etdiyin gunahın altına qol çək.

    Sevgi müqəddəsdir söyləyib durma.
    Düşünmə bu sözə şəkk edirəm mən.
    Bu ki eşq deyildi ay teli burma
    Arxamca boylanma tək gedirəm mən.

    Qayıdan deyiləm dağılsa dünya,
    Pozmaram etdiyim tövbəmi heç vaxt.
    Amma ölməyini istəməm əlsa
    Mən sənə vermərəm növbəmi heç vaxt.
    Mən sənə vermərəm növbəmi heç vaxt.

    Mənə bir bəhanə ver
    Mənə bir bəhanə ver
    Getməyim qalım deyə
    Əvvəl ki tək ürəkdən
    Sevgilin olum deyə.
    * * *
    Mənə bir bəhanə ver
    Qürurumu sındırım
    Ağlım səndədi onsuz
    Cismimi dayandırım.
    * * *
    Mənə bir bəhanə ver
    Günahını əfv edim
    Sevib səhv eləmişdim
    Qoy yenə də səhv edim.
    * * *
    Mənə bir bəhanə ver
    Səmimi davranışla
    Yapışıb əllərimdən
    De ki, məni bağışla.
    * * *
    Mənə bir bəhanə ver
    Bitsin bu dava-dalaş
    Sevdiyini de mənə
    Gözündə bir damla yaş.
    * * *
    Sevincdən uçum göyə
    Bəs etməsin mənə yer.
    Yanında qalım deyə
    Mənə bir bəhanə ver
    Mənə bir bəhanə ver.

    Hava, Su
    Dedinki sevgidən danışma artıq
    Göz aç həqiqətə oyan yuxudan.
    Soruşdum-“mən axı nədən danışım?
    Dedinki danış da, havadan, sudan.
    Yaxşı qoy danışım öncə havadan
    Qəlbimdə fırtına oyanıb indi.
    Cavabsız sevgiyə yaxalanmışam
    Gözümə unutmaq dayanıb indi.˚
    ***
    Baxma ki səmada isti günəş var
    Mənim danışdığım havanı dinlə.
    Xəyalın etdiyim toy havasını
    Oynaya bilmədim niyə səninlə?!
    ***
    Nə olsun bu saat yay aylarıdır
    Mən ki üşüyürəm önündə tir-tir.
    Sevirəm sözünə möhtac şəkildə
    Əsirəm bu yayın günündə tir-tir.
    ***
    Anla hər havada günəşim sənsən
    Vaz keçən deyiləm mən bu duyğudan.
    Görürəm havadan sıxıldın nəsə
    Gəl sənə bir az da danışım sudan.
    ***
    Bir su tanıyıram bulaq kimidir
    Çıxıb mənbəyindən süzülür hər gün.
    O qədər saf sudur, o qədər təmiz
    Muncuq tək yan-yana düzülür hər gün.
    ***
    Belə məhəbbətlə hansı çay axır?
    De hansı bulaqdır, o hansı quyu?
    Deyəsən gözəlim susadın yaman
    Duzludur dediyim bulağın suyu.
    ***
    O muncuq damcılar yad deyil mənə,
    Çəkdiyim acıda sirdaşlarımdır.
    Sənə məhəbbətlə süzülüb gedən
    Yəqin ki, anladın. Göz yaşlarımdır.
    ***
    Görürsən, danışdım havadan, sudan?
    Bağışla deyəsən vermişəm əzab.
    Allaha sığınıb ümidvaram ki,
    Mənim də sevgimə gələcək cavab.
    Mənim də sevgimə gələcək cavab…

  • Debüt: Gülnarə SADİQ (Gəncə).Yeni şeirlər

    gulnare sadiq

    Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.
    Uşaqlıq illərindən ədəbiyyata marağı olan Gülnarə əvvəlcə qısa şeirlər yazıb. Yazıları “Töhvə”qəzetində, ”Məhəbbət işığında”, ”Gəncliyin səsi” almanaxlarında derc edilmişdir. Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin səsi”ədəbi dərnəyinin üzvü olmuşdur.Hal-hazırda www.vehdet.org saytının baş redaktorudu.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.

    Səninlə görüşə gəlmişəm, Allah.

    Yığıb ətəyimə günahlarımı,
    Alıb əllərimə ahu-zarımı,
    Sərib yollarına arzularımı
    Rəhminə sığınıb gəlmişəm, Allah.
    Səninlə görüşə gəlmişəm, Allah.

    Behiştin tək arzum,tək diləyimdi,
    Ibadət qəlbimdə tək təsəllimdi,
    Peyğəmbər sevdası tək zəfərimdi,
    Aşiqəm məşuqa gəlmişəm, Allah.
    Səninlə görüşə gəlmişəm, Allah.

    Kitabın baş tacım,Rəsulun nurum,
    Fatimən xəyalım,Huseynin yolum,
    Əhli-beyt qərarım,eşqidir sonum
    Məhkumam hökmümə gəlmişəm, Allah
    Səninlə görüşə gəlmişəm, Allah.

    Xəyal dənizimin sən sultanısan,
    Dostumsan,arxamsan,sən sirdaşımsan,
    Rəbbimsən,haqqımsan,sən Allahımsan
    Əmanət canımla gəlmişəm, Allah.
    Səninlə görüşə gəlmişəm, Allah.

    YUXUMA GƏL

    Sənə gedən yollar yaxın olaydı,
    Gəl mənim yuxuma ümidim kimi.
    Bütün ömrüm sənli yuxu olaydı,
    Gəl mənim yuxuma xəyalım kimi.

    Düzüm yollarına sabahlarımı,
    Səpim buludlara göz yaşlarımı,
    Atım ulduzlara arzularımı,
    Gəl mənim yuxuma həyatım kimi.

    Bir ümid nağılı uyduraq sənlə,
    Bir sevda yağışı yağdıraq sənlə,
    Məhəbbət nəğməsi oxuyaq sənlə,
    Gəl mənim yuxuma sevdiyim kimi.

    Həqiqət dünyanın yalandır üzü,
    Səhərlərim düşmən yalandır sözü,
    Od tutmaz həsrətim yalandır közü,
    Gəl mənim yuxuma öz eşqim kimi.

    Bəlkə də bir sabah heç oyanmadım,
    Bəlkə vüsalına mən çatammadım,
    Bəlkə gözlərinə heç baxammadım,
    Gəl mənim yuxuma ürəyim kimi.

    MƏNƏ UNUT DEDİN

    Mənə unut dedin,
    mən də unutdum.
    Xatirələri silməyə başladım-
    könül dəftərimdən,
    bir-bir ,
    vərəq-vərəq cırdım onları.
    Görüş yerlərimizin ünvanını unutdum.
    Sonra uçurmağa başladım
    qəlbimdəki eşq sarayını.
    Yavaş-yavaş qopardım səni
    ruhumdan,
    canımdan…
    amma hər qopardıqca,
    qəlbimdə qopdu yerindən.
    Hər cırılan xatirədən
    bir yara aldı ürəyim.
    Qanadı,qanadı,soldu ürəyim.

    Yordu məni bu yaralar,
    Yordu məni sənsizlik…
    çox yordu ürəyimi.
    Asta-asta haldan saldı…
    Cismim soldu,
    Qəlbim soldu.
    Sonda isə həyatım.
    həyatım soldu.
    Torpağa döndü həyatım.
    Torpağa qarışdı cismim.
    Öldü cismim,öldü ürəyim.
    Adsız aşiq məzarina qoydular məni,
    O tənha qəbrdə-tənha qəlbimlə
    yapayalnız …qoydular məni
    Adsız qəbir,
    Adsız aşiq,
    Adsız mən.
    Bir də baş daşına həkk olunan son sözlər:
    mənə unut dedin,
    mən də unutdum.

  • Debüt: Tural COŞQUN (Şabran).Yeni şeir

    10428802_651345391625630_1343275715_n (1)

    Tural COŞQUN (Şeydayev Tural Nabil oğlu) 1990 -cı il yanvar ayının 18-də Şabran rayonunda anadan olub.1996-2007-ci illərdə Şabran rayon Roman Yusifov adına 2 saylı tam orta məktəbdə təhsil alıb.2009-2012-ci illərdə Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin Mühasibat uçotu və audit ixtisasını bitirib. Hal hazırda Şabran rayon mərkəzi xəstəxanasında mühasib işləyir.Şeir yazmağa orta məktəb vaxtlarımdan başlayıb.Subaydı.

    SİLDİM SƏNİ

    Bu gecə qəlbimdən sildim mən səni,
    Fikrimdən,beynimdən sildim mən səni.
    Neyləyim bu dərdi daşiyammadım,
    Bu tənha sevgini yaşıyammadım.

    Sənin laqeydliyin yorubdu məni,
    Sənin tək sevmədim inan kimsəni.
    Sənsə bircə zərrə sevmədin məni,
    Sevmərəm bir daha, UNUTDUM SƏNi.

    inanki şeirimdən sildim mən səni,
    Gözümün əksindən sildim mən səni.
    Şeirim,beynim,dilim nədirki?
    Ruhumdan,ömrümdən sildim mən səni,
    Bu gecə qəlbimdən sildim mən səni…

  • Şəfa KAZIMOVA.Yeni şeirlər

    1380827_707215725989395_1620152348_n

    ***

    Səssiz bir sükutla bağırır gecə,
    Saat əqrəbləri çalır ömrümü.
    Çiy palçıq zənn edir məni bu dünya,
    Gündə bir qəlibə salır ömrümü.

    Alır verdiyini gözüm doymamış,
    Bükür göy əskiyə bəyaz günümü.
    Bəzən də aldadır saf uşaq kimi,
    Ovcunun içinə alır ömrümü.

    ***

    Eşidin, ey insanlar,
    Şumlanmış ürəklərə
    Sevgi toxumu əkin!
    Əgər bacarmırsınız,
    Bir sevgi böyütməyi
    Ürəklərdən əl çəkin!
    Duzlu göz yaşlarından
    Parlaq sevgi cücərməz,
    Köçəri quş sevgilər,
    Uçdusa geri dönməz…
    Eşidin, ey insanlar,
    Siz ürək ovlamayin,
    Sizinçün bir kabablıq
    Ət deyilki ürəklər,
    İnsan ömrü qısadır,
    Qəm çəkməyə gün yetməz…
    Eşidin, ey insanlar,
    Əgər eşitmirsinizsə,
    O zaman dinməyin də,
    Barı sizi lal sansın
    Cövhəri saf ürəklər…

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sefa1-450x300

    Bir səni qıymadı…

    Gözlərinin şöləsinə büründüm,
    Bəxtəvəri oldum qəmli nağılın…
    Eşq tozunun arxasınca süründüm,
    Şirin xəyalımda titrək vüsalın.

    Bir səni qiymadi bəxtimə dünya,
    Əllərim tutsa da bərk ətəyindən…
    Razıyam, əlimlə gözümü oyam,
    Çəkib ala bilsəm dərinliyindən…

    Gecələrdə tənhalığın iziylə,
    Gözlərimin qarasına köçmüsən.
    Həsrətin naxışı-gəlinliyimdə,
    Sənki, onu ayrılıqdan biçmisən.

    * * *

    Bilirsən, mən gənc öləcəm…
    Yarıtmayacam bu bəxti…
    Bir bənd ağıya dönəcəm
    Ürəyində… müvəqqəti…

    Gözümdə əksin qalacaq…
    Ürəyimdə yara izin…
    Bir ilə unudulacaq
    Bu da ki, sənə son sözüm…

    Yolun düşsə salam denən
    Qara-qırmızı lentlərə…
    Adımı əyninə geyən
    Bəzənən qara mərmərə…

  • Bahadur ƏLİZADƏ.”Unudun Tanrını!” (Yeni şeir)

    ıfıl f

    Unudun ,insanlar ! Unudun Onu !
    O ki sevgidən sizi yaratdı
    Həqiqət göstərdi,yalan göstərdi
    Kor olmuş gözlərə dəva göstərdi
    Unudun, insanlar ! Undun Onu !

    Halalla, haramı ayırd etməyi
    Yaratdığı varlığa sevgi duymağı
    Sevgini anlayıb dəyər qoymağı
    Öyrətdi
    Öyrəndiz?!
    Öyrəndiz.
    Yalanı ,haramı nə tez öyrəndiz?!
    Bu qədər insanın canın almağı?!
    O mu öyrətdi cani olmağı?
    Verilən bu canlar ona məxsusdu?!
    Ruhunuz kirlənib , sizə məhbusdu
    Unudun ,insanlar! Unudun Onu !
    Dara düşəndəmi gələcək yada?!
    Onu düşünməyə haqqınız yoxdu
    O haqq sizdəydi artıq o yoxdu
    Unudun Tanrını ! Unudun Onu !

  • Ruslan Dost ƏLİ.Yeni şeirlər

    Фото269-225x300

    Adamlar

    Neynim, məndən olsa hələ sevmərəm,
    Neçəsi dərdimdən ölə, sevmərəm,
    Vallah, ağlım olsa belə sevmərəm,
    Gen gəzin, dəlidən qaçın, adamlar.

    Verirəm, qəlbimi qıran istəmir,
    Az qallam qəlbini qıram, istəmir.
    Gül-çiçək istəmir, Quran istəmir,
    Siz belə ölüdən qaçın, adamlar.

    Dənizlər üzülmür can əvəzinə,
    Könlüm tikan-tikan şan əvəzinə.
    Mən də dərd çəkirəm qan əvəzinə,
    Mən təki zəlidən qaçın, adamlar.

    Qaldı ortalıqda özbaşına, can,
    Kimdir bu işləri başına açan?
    Qaçın ey… dünyanın o başınacan
    Ruslan Dostəlidən qaçın, adamlar…

    Adamı

    Ah… bu nə yanğıdır həsrətindəki?
    Quşları boğmasın həsrətin təki.
    Elə amansızdır, həsrətin təki
    Mən yaxşı bilirəm neylər adamı.

    Ta o qız atdığım addımı neylər,
    Beş-altı hərflik adımı neylər?
    Bilirsən ayrılıq adamı neylər:
    Kamança dəlisi, neylər adamı…

    Səbrin qaba sığmaz, dolçaya sığmaz,
    Bu sevgi sən deyən ölçüyə sığmaz,
    Qəlbini boşaltsan ölkəyə sığmaz,
    Sən ay kənd uşağı, köylər adamı.

    Bağlandın mən dərdə, nə işin vardı,
    Olmaz bu qədər də, nə işin vardı,
    Axı sənin yerdə nə işin vardı,
    Ay göylər adamı, göylər adamı?

    Yaratdım

    Özümə bənzətdim söz şəkillərin,
    Dərə şəkillərin, düz şəkillərin.
    Yığdım çəkmədiyim qız şəkillərin,
    Gözə görünməyən sərgi yaratdım…

    Adam var, ömrünü sürüb içimdə,
    Adam var, özünü görüb içimdə…
    Mən nə yaratdımsa, qərib içimdə,
    Yarandı bir qərib vergi, yaratdım.

    İstədim Tanrıdan xeyir, düzəltdim,
    Gördüm tanrı düzəlt- deyir, düzəltdim.
    Mən elə heç nədən şeir düzəltdim,
    Mən elə heç nədən sevgi yaratdım…

  • Məhərrəm CƏLİLABADLI.Yeni şeirlər

    10489768_1422305641388661_4870624468386104181_n
    * * *

    Təbiət susubdur dinməyir artıq
    İndi əvəzində payız danışır
    Baharın qoxusu gəlməyir artıq
    Hər tərəf payızla yanıb alışır

    Bu ilin baharı nə tez ötüşdü
    Onun qoxusunu heç duymadım mən
    Mənimsə baharım payıza düşdü
    Baharı doyunca yaşamadım mən

    İndi payız mənimlə dostluq etsədə
    Baharım tutacaq mənim əlimdən
    Fəsillər ötüşüb çıxıb getsədə
    Əbədi qalacaq baharım mənim

    Sevgilim ən gözəl baharım sənsən
    Mən sevgi baharı səni bilirəm
    Sözümün dəyərin bilmək istəsən
    Səni canımdanda artıq sevirəm

    * * *

    Unutdun sən məni, ey vəfasızım
    Əhdimə sadiqəm, sevirəm hələ
    Ey mənim dünyada tək günahsızım!
    Bəs sevgi olarmı, sən söylə, böylə!

    O böyük sevgimi yerlərə vurdun
    İçimdə ağrılı bir dünya qurdun
    Nə getdin ki, söylə, artıq yoruldun?
    Yanıram bir böyük təəssüf ilə

    Aldatdin gözünlə bu saf qəlbimi
    Kimlərə söyləyim indi dərdimi??
    Bilərsənmi bir gün mənim qədrimi??
    Və ya çəkərsənmi sevgimə sillə??

    Ürəyim dinləmir məni nədənsə
    Bir kölə olmuşam olmaz həvəsə
    Düşüncəmlə ruhum vermir səs-səsə
    Adını gətirə bilmirəm dilə

    Daha çox sevirəm, yalnış qərardı
    Başımın üstünü buludlar aldı
    Eşq gülüm belə tez solub-saraldı
    Gedirəm yanğına mən bilə-bilə.

  • Debüt: İlkin ABBAS (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər

    10488853_1448886432044495_115390713_n

    İlkin ABBAS (Abbasquliyev İlkin Qadir oğlu) dekabr ayının 8-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı orta məktəb illərindən başlanmışdır. Şairin “Ana dili” adlı ilk şeiri 2010-cu ildə Naxçıvan redaksiyasındakı qəzetlərdən birində dərc olunmuşdur.. Orta təhsilini Naxçıvan şəhərindəki Hüseyn Cavid adına orta məktəbdə aldıqdan sonra Türkiyə Cumhuriyyətinin Bursa şəhərində yerləşən Uludağ Universitetinə daxil olmuşdur. Gənc Şairin bəzi şeirləri ilə tanış olaq :

    ANA

    Məni bu dünyaya gətirən gündən,
    Şirin xəyallara daldın, anacan.
    Gözünün nurunu içirib mənə,
    Gecələr yuxusuz qaldın, anacan.

    Layla sədasıyla verib yuxuya,
    Gözünün işığı bildin sən məni.
    Sənə olan sevgi sözlə deyilməz,
    Qələm acizdir ki vəsf edə səni.

    İstərəm nə qədər ömrüm var mənim,
    Həyata keçirim hər bir arzunu.
    Nə qədər çalışıb vuruşsam yenə,
    Qaytara bilmərəm sənin borcunu.

    Anacan, fərəhlə bax gələcəyə,
    Qoymaram qəm-kədər qəlbini oya.
    Qarşında diz çöküm, sən icazə ver,
    Öpüm əllərindən mən doya-doya.

    Məni bu dünyaya gətirən gündən,
    Şirin xəyallara daldın, anacan.
    Gözünün nurunu içirib mənə,
    Gecələr yuxusuz qaldın, anacan.

    Əlvida Demədən Çıxıb Gedəcəm

    Sən mənim ömrümə dərd gətirmisən,
    Bir gün ildırımtək çaxıb gedəcəm.
    Bulaqtək gəlmişdim ömrünə sənin,
    Bir gecə səssizcə axıb gedəcəm.

    Nə üçün ömürdə hər gün sarsılaq,
    Dedim gəl bu eşqə bir əlac qılaq,
    Səninsə son sözün oldu – ayrılaq,
    Əlini əlimə sıxıb gedəcəm.

    Sən gəldin ömrümə kəsildin qənim,
    Oldun başım üstə dumanım, çənim,
    Necə ki qəlbimi yandırdın mənim,
    Qəlbini yandırıb, yaxıb gedəcəm.

    Göylərə ucaldı qəmim, imdadım,
    Kimsəyə yetmədi nalə-fəryadım,
    Dilində olsa da tək mənim adım,
    Sənə xəyal kimi baxıb gedəcəm.

    Vağzalı

    Vağzalı çalınır yenə bu gecə,
    İki sevən ürək qovuşur bu gün.
    Məhəbbət oxunur cüt gözlərindən,
    Sevgidən ürəklər alışır bu gün.

    Qoy Allah qorusun sizi nəzərdən,
    Bəla uzaq olsun evdən-eşikdən.
    Arzumdur Allahdan bir ildən sonra,
    Körpə səsi gəlsin evdə beşikdən.

    Gəlin ağ geyinib, su sonasıdır,
    Bəy qardaşım əyləşibdir xan kimi.
    Sevin sevilin siz həyatda qoşa,
    Sevgi məhəbbətdir qəlbin hakimi..

    İki gəncin toy günüdür bu gecə,
    Sevgidən ürəklər alışır bu gün.
    Məhəbbət oxunur cüt gözlərindən,
    İki sevən ürək qovuşur bu gün..

    Xoşbəxtlik ömrümdən, günümdən qaçıb,
    Göylərdən intizar, qəm-kədər saçıb,
    Bir gün ayrılığın qapısın açıb,
    Əlvida demədən çıxıb gedəcəm.

    BU ŞƏHƏRDƏN GEDİRƏM

    Mən ölən sevgimə yas saxlayıram,
    Həsrət üzür məni yaman əzizim.
    Artıq olan olub, keçən keçibdir,
    Yoxdur qovuşmağa güman, əzizim.

    Xəyanət qəbimi göynətdi mənim,
    İnana bilmədi gördüyünə göz.
    Səninəm əbədi, bir ömür sənin,
    Niyə vermişdin ki mənə yalan söz?!

    Sənlə bu şəhərdə üz-üzə gəldik,
    Onda baxışların yaman şirindi.
    İndi o sevgidən əsər qalmayıb,
    Ayrılıq yarası demə dərindi…

    Sevgimi sən vara, dövlətə satdın,
    Özünə eylədin zərər, ay üzlüm.
    Sevgi qiymətlidir dünyadan belə,
    Anlasan bilərsən əgər ay üzlüm.

    Xoşbəxtsən, bilirəm yad ocağında,
    Gülərüz açırsan hər bir səhəri.
    Sənsiz ürəyimdə tək sənin adın,.
    Daha tərk edirəm mən bu şəhəri…

  • Aqil SABİROĞLU.”Alqış istəmirəm” (Şeir)

    10156084_1476195949259671_383444748_n (5)

    (“Səni alqışlamamaq günahdır”-deyən Eldar İsmayıloğluna)

    Millətimin,torpağımın bu günündə,
    Yox,mən alqış istəmirəm.
    Qazilərin,əlillərin…
    Bütün,bütün insanlığın
    arzusunu,amalını,məsləkini yandırana
    alqış deyin!
    Yox!
    Mən alqış istəmirəm!
    Bir az quru şörək tapsam,mənim bəsim…
    Qoy bir az da talasınlar bu ölkənin sərvətini,
    Millətinin boynun burub sındırana
    alqış deyin!
    Neynirəm ki mən alqışı,
    Öyünməli nəyim var ki?!.
    Ciblərinə silah atıb,
    nəşə atıb…
    Neçə-neçə ailənin çırağını söndürənə
    alqış deyin.
    İstəmirəm mən alqışı,
    Yastıq qoyma baş altıma!
    Yaltaqları,kütbeyini,
    Şərəfsizi dağ başına qondurana
    alqış deyin!
    Alqış lazım deyil mənə-
    hələ nimdaş,
    cırıq paltar əynimdədir!!!
    Lüt soyunub
    səhnələrdə ulaq kimi anqırana
    alqış deyin!
    Bu alqışa layiqəmmi?
    Bir halda ki aramızda tüğyan edir simasızlar,
    Yüz sifətli riyakarlar,
    quyruğunu bulayanlar…
    Məzlumları məkrli bir rəyasətə
    əl çalmağı qandırana alqış deyin!
    Alqışlayıb təhqir etmə məni,
    qardaş-
    Yox…
    Mən alqış istəmirəm…

    29.12.2013.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    575949_448528385223558_1371442086_n

    QÜRUB SAATI

    Dağın arxasında məst olub Günəş,
    Süzür gözlərini qürub saatı.
    Çarmıxa çəkilən yol ayrıcında,-
    Ürəyim qurulmuş qərib saatı.

    Bir eşq ünvanı tək saata baxdım,
    Könlümdə çağladım,gözümdə çaxdım.
    Əqrəblər nazıyla oynayır vaxtın,
    Kim belə divanə görüb saatı?

    Belə dağ görməyib hələ bu sinə,
    Gərək qəlb yansın ki,ruh da isinə.
    Sən allah,qulaq ver zənguləsinə,
    Gör,zalım nə gözəl qurub saatı.

    BİZDƏ DAĞLAR DUMANDI…

    Şair dostum,bizdə dağlar dumandı,
    Dağ dumansız,duman dağsız yamandı.
    Bir ah çəkdim,qəlb alışdı,dil yandı,
    Bu ocaqdan qalan külüm mübarək!

    Gözlərini sinəmdəki dağ çəkdi,
    Bu dumanda göz çəkməkdə dağ təkdi.
    Bir qız gördüm,dodaqları çiçəkdi,
    Dərən də yox,deyəm ,gülün mübarək!

    Hər göz yaşı bir ayrılıq duası,
    Qan da yumaz bağrımdakı bu pası.
    Eşq dilində son şərqidir Qu yası,
    Belə sevda,belə ölüm mübarək!

  • Fidan ABBASOVA.”Amma yanılmışam sevirəm səni…” (Yeni şeir)

    Fidan Abbasova.jpg

    Bilmirdim bir zaman belə sevərəm
    səni gördüyüm an hər şey dəyişdi
    deyirdəm heç bir vaxt mən sevənmərəm
    amma yanılmışam sevirəm səni…..

    Sən məni tərk edib getsəndə belə
    mən hər gün sevgimi gətirib dilə
    ürəkdən yazdığım kövrək əllərə
    sığınıb deyirəm sevirəm səni….

    Düşünmə unutmaq asandır asan
    sonralar dərk edir sevgini insan
    çalış uğrunda öl bu eşqi qazan
    axı ürək deyir sevirəm səni….

    Çox gördüm yalandan sevgi əsiri
    gördükcə doğular itdi təsiri
    həttda daşa- daşa hər gün səbiri
    yenədə deyirki sevirəm səni….

    Get salamat qayıt amma ki qayıt
    bil ki , yollarında susuz ağac var
    bilmirəm qəlbini nəynənsə ovut
    bəzən fikirlərdən ürək daralar

    bilirsən həmişə tanıdın məni
    məndə tanıyaraq sevirəm səni….
    Fidan çarəsizdir neyləsin ürək
    yəqinki qismətə ayrılıq deyək
    sən çıxıb gedirsən indi neyləyək…
    amma ki hələdə sevirəm səni…
    Unutma hər zaman sevəcəm səni…..

  • Gülnarə İSRAFİLQIZI.”Özüm də bilmirəm nələr edirəm” (Yeni şeir)

    234435423665547648

    Özüm də bilmirəm nələr edirəm,
    Bir yaz yağışı tək kükrəyir içim.
    Bilmirəm özümə gəlim, danışım,
    Bilmirəm susaraq özümdən keçim.

    Özüm də bilmirəm nələr edirəm,
    Qasırğa qoparan küləklər kimi,
    Son kərə ümidlər qopur ürəkdən,
    Yarımçıq arzular diləklər kimi.

    Özüm də bilmirəm nələr edirəm,
    İçimdə yağışlar sellənir daşır.
    Bu qüssə, bu kədər mənə sus deyir,
    Yerlər-göylər isə mənnən danışır.

  • Gülnarə SADİQ.Yeni şeirlər

    03-300x225

    GƏL VİDALAŞAQ

    Mənim arzularım,ümid çırağım,
    Ruhumun sevdası,gəl vidalaşaq.
    Həsrətin könlümdə yanar ocağım,
    Ömrümün sevdası,gəl vidalaşaq.

    Son baxışınla ax,dol gözümə,
    Qarış düşüncəmə,dol hər sözümə,
    Sən get,özümü qaytar özümə,
    Könlümün sevdası,gəl vidalaşaq.

    Zamansız gəlmişdin,həvəssiz getdin,
    Ümidsiz,könülsüz,nəfəssiz getdin,
    Bir dünya doğmayla kimsəsiz getdin,
    Canımın sevdası,gəl vidalaşaq.

    Yağışımsan,dumanımsan,çənimsən,
    Həsrətimsən,ümidimsən,qəmimsən,
    Həvəsimsən,mənimsən,nəfəsimsən,
    Qəlbimin sevdası,gəl vidalaşaq.

    Arzu etmək

    Arzu etmək adətimdi,
    Nə sonu var,
    Nə əvvəli.
    Mən baxdığım ay gözəldi.
    Könül dostum ulduz və ay…

    Xəyal qurmaq təsəllimdi,
    Bahar gələr…
    Güllər açar…
    Ruhum dirilə bəlkə,
    Günəş nur saça bəlkə…

    Tənha qalmaq qismətimdi,
    Zülmət səhər,
    Zülmət gecə…
    Qəlbimdəki sevgi ölüb,
    Çətin bir də cana gələ.

    Ölüm rəbbin əmridi,
    Bir gün gələr,
    Hər şey bitər…
    Ruhum pərvaz edər səmada,
    Qələm ağlar,
    Dəftər ağlar,
    Mənsiz qalan şeirim ağlar

  • İradə ƏLİLİ.Yeni şeirlər

    10482380_1491853524365612_969733332_n

    TANRIDAN DİLƏYİMSƏN

    Fidanım gözəl qızım,
    Gözləri dan ulduzum
    Şirin söhbət sözümsən,
    Sevnc dolu günümsən.
    Ətirli gül bağçamda,
    Açılan çiçəyimsən.
    Sən ömrümə yaraşıq,
    Tanrıdan diləyimsən .
    Sənin o gül çöhrəndə,
    Min bir dünya görürəm.,
    Sənə ağıllı balam
    Şirinimsən deyirəm.

    GECƏNİN SƏSSİZLİYİ

    Gecənin səssizliyi səninlə gedir hara?
    Səni alıb dünyadan de bir, aparır hara?
    Bəlkə sehirli dünya çəkir səni qoynuna?
    Bəlkə əngin göylərə – aya, günə qonaqsan?
    Yox, həyat səhifəmə yazılmamış varaqsan!
    Səssizliyin içində sənin içindəki sən.
    Bu sakitlik içində görüşürsən sənlə sən!
    Düşünürsən, hara gedir bu ömürün karvanı?
    Gecənin səssizliyi kəsir əhdi-peymanı.
    Baxırsan, Yaradanın misilsiz əsərinə
    Dağlar sakit dayanıb, dənizlər təlatümdə.
    İçin sızlar bu dəm səhər dumanı kimi,
    İlk şəfəqlə dağılan bəyaz buludlar kimi,
    Fikrin uzaq sahildə səfil dolanan kimi,
    Bir ümid, bir xəyal aparar səni hara?
    Gecənin səssizliyi qəlbində dərin yara!

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

    234435423665547648

    Yox olmuşam

    Günlərimin, illərimin,
    Əllərində yun olmuşam.
    Əlçim-əlçim didilərək,
    Əyrilərək,
    Xanalarda ilmə-ilmə,
    Kəsilmişəm, yonulmuşam,
    Ayaq altda,
    Qalmaq üçün toxunmuşam.
    Əzilmişəm,
    Rəngim qaçıb.
    Yuyulmuşam,
    Sanki elə,
    Dünya məndən,
    Mən dünyadan doğulmuşam.
    Hər ötən gün,
    Yoğrulmuşam,
    Yerindikcə üzərimdə.
    Özlüyümdən,
    Özlüyümə qovulmuşam.
    İlmə-ilmə toxunduqda,
    Böyüyərək,
    Dünya məndə,
    Mən dünyada yox olmuşam.

    Onun şəfaətində

    Əks olub varlığında,
    Allahın nişanəsi,
    Üzündəki təbbəssüm,
    Valeh edib hər kəsi.

    Yetimə sığal çəkib,
    Sevgi dolu əlləri.
    Hidayətə yol açıb
    Əxlaqı, əməlləri.

    Qəribləri dindirib,
    Qulları azad edib.
    Bağlayıb qardaşılığı,
    Qocaları yad edib.

    Kasıbları doydurub
    Fərq qoymayıb insana,
    Qızları xilas edib,
    Can qatıbdır hər cana.

    Elçi kimi, qul kimi,
    Dayanıb xidmətində.
    Örnəklər var ümmətə,
    Onun şəfaətində.

  • Gülnarə SADİQ.”Yuxuma gəl” (Yeni şeir)

    03-300x225

    Sənə gedən yollar yaxın olaydı,
    Gəl mənim yuxuma ümidim kimi.
    Bütün ömrüm sənli yuxu olaydı,
    Gəl mənim yuxuma xəyalım kimi.

    Düzüm yollarına sabahlarımı,
    Səpim buludlara göz yaşlarımı,
    Atım ulduzlara arzularımı,
    Gəl mənim yuxuma həyatım kimi.

    Bir ümid nağılı uyduraq sənlə,
    Bir sevda yağışı yağdıraq sənlə,
    Məhəbbət nəğməsi oxuyaq sənlə,
    Gəl mənim yuxuma sevdiyim kimi.

    Həqiqət dünyanın yalandır üzü,
    Səhərlərim düşmən yalandır sözü,
    Od tutmaz həsrətim yalandır közü,
    Gəl mənim yuxuma öz eşqim kimi.

    Bəlkə də bir sabah heç oyanmadım,
    Bəlkə vüsalına mən çatammadım,
    Bəlkə gözlərinə heç baxammadım,
    Gəl mənim yuxuma ürəyim kimi.

  • Hüseyn Arif.Həyatı və Yaradıcılığı

    10335726_630733263662185_1590584312_n

     

    Hüseynzadə Hüseyn Camal oğlu (Huseyn Arif) – şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), “Azərbaycan Dövlət Mükafatı” laureatı (1978), Azərbaycanın xalq şairi (1989).

    Həyatı

    Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952).Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri (1957-1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
    Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

    Ədəbi fəaliyyəti

    Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
    1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.

    Əsərləri

    1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
    2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
    3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
    4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
    5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
    6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
    7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
    8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
    9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
    10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
    11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
    12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
    13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
    14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
    15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
    16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
    17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
    18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
    19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
    20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
    21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
    22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
    23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
    24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
    25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

    Məqalələri

    1.”Aşıq Alını axtarıram”, “Elm və həyat” jurnalı, Bakı, 1968, №2, səh.12.
    2.”Aşıq Alı”, “Azərbaycan” jurnalı, Bakı, 1969, №9, səh.199-203.

    XALQSIZ XALQ ŞAİRLƏRİ

    Bir həyat şairi var,
    Bir də vaxt şairləri.
    Eldən, gündən xəbərsiz
    Saray, taxt şairləri.

    Biri haqqa daş atar,
    Biri kölgədə yatar,
    Kim sevib, kim yaşadar
    Bu bədbəxt şairləri.

    Biri var, üzdəniraq
    Haça dil, hazıryaraq.
    Qapı, baca, künc, bucaq
    Əl-ayaq şairləri.

    Hüseyn Arif, nə xəbər
    Nə qədərmiş nə xəbər
    Başsız başa keçənlər
    Xalqsız xalq şairləri.

     

    BİZ AYRI DÜŞƏLİ

    O günlər yuxuydu, yoxsa həqiqət,
    Bəlkə bir düyünlü sirr idi, getdi.
    O arzu, o ümid, o söz, o söhbət
    Dodaqdan süzülən dürr idi, getdi.

    Şırşırlar oyandı, çağladı dağlar,
    Çiçəklər boylandı, bəzəndi bağlar.
    Biz ayrı düşəli bir qərib bahar,
    Yanımdan xəbərsiz yeridi, getdi.

    Buludlar üfüqə çəkildi lay-lay,
    Zəmilər biçildi, buğdalar tay-tay
    Biz ayrı düşəli bir alovlu yay
    Çölləri, düzləri bürüdü getdi.

    Bulaqlar boynunda üşüdü yarpız,
    Yarpaqlar, budaqdan endi aramsız.
    Biz ayrı düşəli bir yorğun payız,
    Sarı çuxasını sürüdü, getdi.

    Axdı damcı-damcı buz salxımları,
    Sellər yaraladı bürcü, hasarı.
    Biz ayrı düşəli bir qışın qarı
    Gözümün içində əridi, getdi.

    Könlümdə dörd fəslin qəmi, nisgili,
    Möhnətin sonu yox, qəmin sahili,
    Yetmiş vida ili, ayrılıq ili,
    Ömrün günlərinin biriydi, getdi.
    Bir dağ kəli yaraladım zirvədə

    Bir dağ kəli yaraladım zirvədə
    Baş titrədi, ayaq əsdi, daş axdı.
    Bir canlını candan saldı bir zədə
    İki gözdən iki damla yaş axdı.

    Düşünmədim, anadır, ya baladır,
    Ovçu atar ov bərədən keçəndə
    Ala tula qanlı daşı yaladı,
    O sönürdü tikanlığın içində.

    Qabaqlaşdıq sökülməmiş qızıl dan,
    Mən silahlı, o silahsız bu yerdə.
    Yarıyolda ayrı düşdü qatardan,
    Mən günahlı, o günhasız bu yerdə.

    Öz halına təkcə özü ağladı,
    Kimi var ki, kim dayana yanında.
    Dil uzadıb, nəm torpağı yaladı,
    Sumu keçdi xəyalından son anda.

    Dodaq yanır, yanaq yanır, üz yanır,
    Buludumu, dumanımı əyləsin?
    Boylandıqca baxış yanır, göz yanır,
    Bu yanğıyla sellər, sular neyləsin?

    Ağır-ağır dartıb bükdü dizini,
    Muncuqladı kirpiklərdə donan tər.
    İndən belə toz basacaq izini,
    İndən belə nə yürüş var, nə səfər.

    Birdən-birə elə çırpdı özünü,
    Sağ buynuzu qopub qaldı qayada.
    Ey Hüseyn, müxtəsər et sözünü,
    Bu qan səni tutasıydı, tutdu da.

    Gözəllərə

    (zarafatyana)

    Gözəllər, söyləyin bu necə işdi,
    Qiyməti şöhrətə ada verdiniz?
    Kədəri yaxının üstünə atıb,
    Sevinci aparıb yada verdiniz?

    Hər saxta gülüşə, hər yalan sözə,
    Aldanıb düşdünüz dolaşıq işə.
    Sonralar möhnətlə gəlib üz-üzə
    Ömrü közə tutub, oda verdiniz.

    Buza döndü qələm, bozardı kağız,
    Arxamı qış kəsdi, qarşımı payız.
    Yüzünüz bir şair yaratmadınız,
    Biriniz yüz şair bada verdiniz…

    Sən dərsə gəlməyəndə…

    Düşür yadıma hərdən
    Məktəb həyətində mən
    Yoluna göz dikərdim,
    Qəlbim sızlardı birdən
    Sən dərsə gəlməyəndə…

    Durub-durub anardım,
    Gizli-gizli yanardım.
    Neçə dostun içində
    Özümü tək sanardım.
    Sən dərsə gəlməyəndə…

    Zəng səsi ucalardı,
    Uşaqlar söz alardı.
    Gözlərim boş masanda.
    Fikrim səndə qalardı
    Sən dərsə gəlməyəndə…

    Dözməyib buna bəzən
    Düşüb gah da həvəsdən
    Nə danım həqiqəti,
    Qaçardım mən də dərsdən
    Sən dərsə gəlməyəndə…

    A QIZLAR

    Siz elə kimsəylə oturub, durun,
    Könlünüz nə desə yetirsin sizə.
    Bir əli daş-qaşla oynasın onun,
    Bir əli gül-çiçək bitirsin sizə.
    Xidmətmi gərəkdir?
    Hər xidmət hazır,
    Burda beçə balı, orda ət hazır
    Mənzil istəsəniz, imarət hazır,
    Günəşi ovcunda gətirsin sizə.

    Hüseyn Arifin bir ərzi də var,
    Çoxdankı, çoxları çox şey arzular.
    Sevəndə katibi sevin, a qızlar,
    Şairin nəyi var, nə versin sizə?!

    MEŞƏBƏYİ

    Kef üstündə kefimizi
    Gəldi, sordu meşəbəyi.
    – Buyur! – dedik, atdan enib,
    Bardaş qurdu meşəbəyi

    Qamçısını atdı sola,
    Çantasını çəkdi dala.
    Şirin-şirin, bala-bala
    Bizlə vurdu meşəbəyi.

    İsti kabab, təzə fətir
    Doymaq olmur, yenə gətir.
    Bığlarını arada bir
    Eşib durdu meşəbəyi

    Altımışı verib yelə
    Düşməyibdir ruhdan hələ
    Qarşıdakı bir gözələ
    Göz də vurdu meşəbəyi.

    Yatdı biri – keflənərək,
    Birini də yıxdı külək.
    Hüseynlə axıradək
    Möhkəm durdu meşəbəyi
    AY MİRZƏ DAYI

    Aşıq Mirzə Bayramova

    Mən beşikdə ikən telli sazınla
    Laylamı sən çaldın, ay Mirzə dayı
    Yenə dilləndirdin “Yanıq Kərəmi”
    Canıma od saldın, ay Mirzə dayı.

    Ağır toylar gördün, nişanlar gördün,
    Mahaldan-mahala atını sürdün.
    Gəlinlər gətirdin, qızlar köçürdün,
    Çox nəmərlər aldın, ay Mirzə dayı.

    Sənət meydanında imtahan olur,
    Hüseynin əhvalı pərişan olur.
    Səsin tutulanda könlüm qan olur,
    Sən niyə qocaldın, ay Mirzə dayı?

  • Gülnarə SADİQ.”İstəyirəm baxam sənə” (Yeni şeir)

    03-300x225

    İstəyirəm baxam sənə.
    Asta-asta süzəm səni,
    Gözlərində itsin ruhum,
    Ürəyində bitsin ruhum.
    Bir həsrətin qucağından,
    Bir hicranın ocağından
    Ümid olub uçsun ruhum,
    Təkcə sənə çatsın,
    Təkcə səni sevsin ruhum.

    İstəyirəm baxam sənə.
    Usta-usta tikəm səni,
    Bu ömrümün yollarına.
    Bu qəlbimin divarına.
    Ala bula saçlarına ,
    Sevgi dolu baxışına
    Heyran olub sevim səni
    Ümid dolu bu sevginə
    Aşiq olub sevim səni.

    İstəyirəm baxam sənə.
    Incə-incə yazam səni,
    Hər kəlmədə eşqim yansın,
    Qələm yansın,qəlbim yansın.
    Ümid saçım vərəqlərdən
    Ömrümüzün səmasından,
    Eşqimizin yollarına,
    Ömrümüzün baharına.

    İstəyirəm baxam sənə.
    Yavaş-yavaş biçəm səni
    Həsrətimin ətəyindən,
    Bu sevdamın ipəyindən,
    Varlığıma kökləyib
    Həyatıma tikəm səni.
    Ümidimin ürəyindən baxam sənə,
    Nəfəsimin gözlərindən sevəm səni,
    İstəyirəm baxam sənə.
    İstəyirəm baxam sənə.

  • Gülnarə İSRAFİLQIZI.”Nar gülü” (Yeni şeir)

    234435423665547648

    Nar gülü!

    Anam bəlkə də,
    Ad qoyanda,
    Düşünməyib adımı.
    Mövsümə düşdüyündən,
    Nar gülünə bənzədib,
    Doqquz ay bətnində,
    Böyüyən övladını.

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

    234435423665547648

    Ruhuma apar!

    Kimi qoysam yerinə,
    O sən olmayacaq.
    Səninlə doğan arzum,
    İstəklərim,
    Doğulmayacaq.
    Metro mənə dar,
    Maşrut dar,
    Küçə dar,
    Həyət dar,
    Həyat dar.
    Gəl cismimi,
    Ruhuma apar.

    Sevgimizə!!!

    Gecələr,
    Səni danışsın.
    Gündüzlər,
    Məni.
    Tərsliyin
    İpini burax.
    Ulduzlara göy üzü
    Möhtac kimi,
    Mən də sənə möhtac.
    Ruhum ac.
    Sevgimizin qollarından,
    Düyünləri aç.
    Yanan göz yaşlarımı,
    Sil əllərinlə.
    Böyük arzularımızı dindir.
    Üzünü güldür.
    Xoşbəxtlik,
    Qonaq gəlməsin bizə.
    Daim sarılsın sevgimizə.

  • Fidan ABBASOVA.Yeni şeirlər

    Fidan Abbasova.jpg

    * * *

    Böyük ümüdlərlə sevmişdim səni
    kaş ki bu sevgini görə biləydin
    bax yarı yoldada tərk etdin məni
    kaş bunu ilk gündən görə biləydim…………..

    Səni tanımadım tələsdim bir az
    düşündüm zamanla sevərsən məni
    axı zorla belə gözəllik olmaz
    zərrədən bir dağa çevirdim səni……….

    Vəfasız dedilər heçə saymışıq
    deməli sevməyən vəfasız olur
    bunu bilirəmki gec anlamışıq
    gedənin yerinə başqası dolur………

    Məni qınayanlar sual edirlər
    niyə məhəbbətdən sınıqsan belə
    mən necə deyim ki bir vaxt sevirlər
    gedərkən sevgilər çevrilir kinə………

    Ömür yollarımda iz qoyub getdin
    bilmirəm sabaha nə ümüdüm var
    bir bax ki sən mənə daha nə etdin
    insanı fikirlər vaxtsız qocaldar……

    Fidan susmur qəlbin naləsinə bax
    acıdır sevginin bıçaq yarası
    indi zəfərinçün böyük çələng tax
    beyaz dəyişərək qalır qarası………………

    * * *

    İçin- için ağladır bu eşq bu sevgi məni
    yada salır nə edim həm dünəni həm səni
    qınayanlar çox olur bir zamanlar sevəni
    indi nədən ayrıyıq sən uzaqsan soyuqsan
    mən sənsiz buza döndüm sən buz olma yazıqsan.
    Düşünməki başqası unutdurubdur məni
    sən dəyişə bilərsən unudanmazsan məni
    bu qədər ucuzmuydu sevgin qəlbin de yəni?
    baxdım ötən günlərə rəsimlərdə köhnəlib
    yəqin onlarda bizi gerçək sanıb güvənib.
    Xatirəyə döndüsə əllərim boş qalıbdır
    indi kövrək ürəyim səni yada salıbdır
    gözlərimə heç baxma onlar çox yorulubdur
    bilməzdim ki sən bu cür adi ucuz birisən
    mən gedirəm sən isə bir sağola dəymirsən.
    Fidan zaman keçəcək səni gördüyü zaman
    o olacaq dünyada yalnız eşqini danan
    zərrə qədər qəlbində varsa cüzi bir vicdan
    çıxma daha yoluma mən daha mən deyiləm
    çətin birdə sevgidə qüruruma əyiləm…………….

  • Təranə ŞƏMS.Həyatı və Yaradıcılığı

    1394111443_1378745_1401638060069638_1083618525_n

    Abidova Təranə Nazim qızı 1958- ci ildə Şəkidə şəhərində anadan olub. İbtidai və orta təhsilni öz doğma şəhərlərində alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri
    dərc olunub.Şeirləri “Elimiz.günümüz”, “Ocaq”, “Pillələr”, məqalələri “Elimiz.günümüz”, “Təzadlar”, “Ədalət”, “Respublika”, “Vaxt”, “Zaman”, “Bütöv Azərbaycan”, “Şəki Bələdiyyəsi” qəzetlərində, “Kirpi” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dəc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Şimal bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.
    2011- ci ildən TƏRANƏ ŞƏMS təxəllüsü ilə mətbuat səhifələrində gündəlik aktual, publist məqalələri ilə çıxışlar edir. Yazdığı məqalələrlə yanaşı, öz ürək çırpıntılarını sözün sehrinə əlavə edərək çox sayda şerlərin müəllifidir.
    2013-cü ildə “Araz” nəşriyyatı tərəfindən “Sevdalıyam bu həyata” adlı ilk kitabı nəşr olundu.Şeirləri Azərbaycan Türkcəsində Türkiyə türkcəsinə tərcümə olunub.Dövri mətbuat səhifələrində müntəzəm olaraq şeirləri və məqalələri ilə çıxış edir.

    AĞLAYAN KÖNÜL !

    Buludlarla səs – səsə
    Coşub ağlayan könül!
    Sən ol məni həyata,
    Sevib, bağlayan könül!

    Məni qəmə batırıb
    Qəmdən doymayan könül
    Qəmi – qəmə köç edib
    Mənim olmayan könül.

    Ağla neyin səsilə
    Yanıb ovunan könül
    Gözün leysan töksə də,
    Oda sığınan könül.

    Xəfif mehin eşqinə
    Çıtır – çıtır yanma gəl,
    Qınaq edib özünü
    Heç gileyli sanma sən.

    Könlünün yanan odu
    Gün gələr, dönər külə
    Qəmdən bağça salarsan
    Külü döndərib gülə!

    Təranə Şəms. 20. 03.2013
    Analar belə ağlar

    Analar belə ağlar
    Sözünü sarı simə
    Belini elə bağlar,
    Ağılar deyib ağlar.

    Ürəklərə od qoyar
    Zəminxarə havası
    Analar dilə gələr
    Çalar Şəhid laylası.

    Laylay sevdalı balam,
    Könlü vəfalı balam
    Laylay balam a laylay,
    Şəhid balam a laylay.

    Varlığını unudub
    Şəhid, nigaran balam
    Torpağı öz qanıilə
    Yuyub ,suvaran balam.

    Haqq adıilə haqqına
    Tanrıya yetən balam.
    Torpağında gül olub
    Solmayıb bitən balam.

    Sərvi boyuna baxdım,
    Odu canıma yaxdım
    Xəyalına sarılıb,
    Mən günlərcə alışdım.
    Laylay balam a laylay,
    Şəhid balam a laylay

    Torpağına bağlılıq
    Ana – bacı sevdası,
    Balana qucaq açıb
    Vətən adlı anası.
    Kiri Şəhid anası,
    balan elin balası
    Ürəyimə od vurub,
    Qəlbimi sən dağlama,
    Ağlama sən ağlama!

    Onu ağlar qız, gəlin
    Balan, elin balası
    Sən tək ona ağlama,
    Ona ağlar –
    Vətən adlı anası! 25.03.2013. Təranə Şəms
    Dönməyəcəksən!

    Odunsuz, ocaqsız, külə dönüb mən
    Sevərək eşqinə, vida söylədim.
    Səni yanmaq üçün sevmədim axı,
    Bilirəm vəfasız, dönməyəcəksən.

    Bilirəm, bilirəm dönməyəcəksən
    Gözlərim bulud tək, leysan töksə də.
    Sevgi mi, nifrət mi bilməyəcəksən,
    Donüşdə sən məni, görməyəcəksən.

    Bahar gələr mənsiz, gözlərin gülməz
    Qəlbin buz olsa da, əriyə bilməz.
    Baxışlar lal olar, dilin də dönməz,
    Ürəklər danışar, yollar ayrılar.

    Ayrılan o yollar qismət payımdı
    Dönsən, dönməsən də qışın yayımdı.
    Ötüşən hər günüm ömür sayımdı
    Qovuşmaz yollar da, izlər ayrılar.

    Sevənlər ayrılıb, bölünsə yarı
    Zamanla qovuşar yarıyla- yarı
    Aşiqlər gözləsə gələn baharı,
    Bülbülü gül oxşar, güli isə arı.

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    SƏNİ SEVMƏMİŞDİM İTİRMƏK ÜÇÜN

    Nələr gəldi sevgimizin başına,
    Leysan yağdı, kipriyinə, qaşına,
    Yol gedirəm, bir işığın tuşuna,
    Harayımı sənə yetirmək üçün,
    Səni sevməmişdim, itirmək üçün!

    Sənsən sevgi dünyam, belə deyirdin,
    Gümanıma, bir aydınlıq gətirdin,
    Hardan sən özünü mənə yetirdin?!
    Qızılgül bəslərəm, bitirmək üçün,
    Səni sevməmişdim itirmək üçün!

    İndi ki, belədir, unut beləcə,
    Gözləyəcəm sınıq bəxtim gülüncə,
    Bir sevgi istərəm, gəlsin gizlicə,
    Nisgili aradan götürmək üçün,
    Səni sevməmişdim itirmək üçün!

    RƏSSAM SƏTTAR

    Rəhmətlik qonşumuz olmuş, Xalq rəssamı Səttar Bəhlulzadəyə ithaf edirəm…

    Yadımdadı, balaca bir qızcığazdım,
    Qayğılardan uzaq idim,
    Həyatın sərt gərdişindən, dərd-qəmindən iraq idim,
    Oyanardım məhlədəki qoşa minarə məscidin
    hər səhər azan səsinə,
    Rəhmətlik İbad babam da görərdim namaz üstədi,
    Üz tutub Haqq qibləsinə…
    Dan yeri də ağarardı yavaş-yavaş,
    O vaxt qorxardım gecədən, artıq yox olubdu təlaş…
    Oyanardım günəş işiq saçan kimi,
    Sevinərdim, tumurcuqlar açan kimi.
    Çünki indi məktəbə yollanacaqdıq,
    Sevimli Əlifbamızı hərfbəhərf, səbrlə oxuyacaqdıq…
    Görəcəydik biz qonşu Səttar əmini,
    Rəssam da bizi görən tək atacaqdı dərd-qəmini…
    Deyərdi ki, balalarım, kim əgər “beş” qiymət alsa,
    onun rəsmini çəkəcəm,
    Dünyanın rəng butasından ona çələnglər hörəcəm!
    Yığışardıq vaxt olanda Səttar əminin başına,
    Hərdən təəccüb edərdik, uzun-uzun saçlarına,
    Heyrət ilə biz baxardıq, rəssamın o fırça tutan
    təkrarsız barmaqlarına!
    Hərdən isə nə danışar, nə dinərdi,
    Əlin çənəsinə qoyub, gözlərini qeybə dikib,
    saatlarla düşünərdi…
    Xəyalən dünyanı Səttar sehrli rəng butasında
    parlaq mayaktək görərdi!
    Sadə idi, heç sevməzdi şan-şöhrəti,
    Rənglər dünyasıydı varı-dövləti…
    Və böyüdük, ailə qurduq biz hamımız,
    Səttar əminin yanında qaldı
    yarı canımız…
    Bir səhər eşitdim mən də, alovlu rəng butasından
    gözəl simurq quşu qalxıb,
    Rəssam Səttar əmimizi odlu qanadına alıb,
    uzaq Cənnətə aparıb!
    Cahanı o vaxtdan biz də elə rəngarəng bilirik,
    Yaxşını da, yamanı da elə Səttartək sezirik!
    Ruhun şad olsun ey Rəssam!
    Üzündəki əsrarəngiz cizgilərin, , hər söhbətin,
    ürəklərdə yaşayacaq,
    Sənintək sənətkarlara daim rəhmət oxunacaq!
    Bizim də bu şeirimiz rəssam Səttar əmimizdən
    söhbət olsun,
    Onun rənglər butasında parlayan o ruh məkanı
    Cənnət olsun!!!

  • Gənc xanım yazar Gülnarə İsrafilqızının şeirlərinin təqdimat mərasimi

    234435423665547648

    31 MAY – saat 14:00-da
    Şairə, jurnalist, publisist “Vahid” Poeziya Məclisinin üzvü, “Məcməüş-şüəra-şairlər məclisi”nin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və Yönətim Kurulunun başqanı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi Gulnare Israfilqizinın səsləndirdiyi şeirlərə hazırlanmış foto-video çarxların təqdimatı.
    Təqdimatda foto-video çarxların, şerlərin səsyazması, musiqilərin seçilməsinin hazırlanmasında yaradıcı əməyi və zəhməti olan Teymur Bayramov (BB production) iştirak edəcək.
    Təqdimatın aparıcısı: Naiba Maslova
    Məkan: Babək prospekti 64 d / Venta Group (Xalqlar Dostluğu metrosu, Mondi mebel evinin yani)
    Tel: (051) 989-91-81 / (055) 861-62-27
    Giriş: PULSUZ
    Mediya nümayəndələri dəvətlidir.

  • Kənan AYDINOĞLU.”Dilə” (Yeni şeir)

    Kenan
    DİLƏ!

    Haqqa qovuşanlara,
    Tanrıdan rəhmət dilə!
    Müsəlman bəndələrə,
    Sən də mərhəmət dilə!

    Həm özünə, həm dosta,
    Sən də kəramət dilə!
    Məcnun kimi Kəbədə,
    Sən də məhəbbət dilə!

    Ömür-gün yoldaşına,
    Təmiz sədaqət dilə!
    Dünyada hər bir kəsə,
    Yaşayıb ülfət dilə!

    Dərin hörmət və ehtiramla:

    Kənan AYDINOĞLU,
    “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.
    16 may, 2013-cü il.Bakı şəhəri.

  • Sərvər KAMRANLI.Yeni şeirlər

    10405979_515247895268300_1900983723_n

    Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

    KÖNÜL SARAYIMA DOĞRU GƏLƏRSƏN?

    Eşitsən möhtacam sevginə sənin,
    Könül sarayıma doğru gələrsən?
    Olarsam qəlbində ikinci qəlbin,
    Dərdini – sərini mənlə bölərsən?
    *****
    Yağışa çevrilib üstünə yağsam,
    Qorxub ağlayarsan, yoxsa gülərsən?
    Gözündə yaş olub, gözündən axsam,
    Gözünün yaşını necə, silərsən?
    *****
    Qızıl balıq sənin toruna düşsə,
    Dil töküb sən ondan məni dilərsən?
    Həsrətim ömrünə yükləsə qüssə,
    Acı bu həsrəti vüsal bilərsən?
    *****
    Vaxtsız əcəl mənə zəngini çalsa,
    Məni görmək üçün sən də ölərsən?
    Cismim torpaq altda soyuqda qalsa,
    Ruhundan ruhuma büküb – bələrsən?

    Sərvər KAMRANLI 11 yanvar 2014 saat: 02:10

    BİR GÜN ÜRƏYİMDƏN QOVACAM SƏNİ

    Dilimdən düşməyən sözümsən sözüm,
    Girmisən qəlbimə, olmusan özüm.
    Nə gecəm bilinir, nə də gündüzüm
    Yuxusuz qalıram bütün gecəni,
    Bir gün ürəyimdən qovacam səni!
    ***
    Eşqin aləminə düşəndən bəri,
    Sanırdım, unudam bəlkə kədəri.
    Əksinə çoxaldı dərdin qədəri
    Saçlara bəxş etdin bəmbəyaz dəni,
    Bir gün ürəyimdən qovacam səni!
    ***
    Dözürəm hələ ki, hər bir zillətə,
    Təki çevrilməsin sevgim nifrətə.
    Bu esqim dönərsə, əgər həsrətə
    Alıb qoparacam, səndəki “məni”,
    Bir gün ürəyimdən qovacam səni!

    Sərvər KAMRANLI 18 noyabr 2013

  • “Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi

    1536595_657856460920223_560139887_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, yaxın günlərdə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı və Gündəlik İnformasiya Agentliyi tərəfindən “Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək ” layihəsi həyata keçiriləcək . Layihənin rəhbəri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, Təsisçilər Şurasının Başqan yardımcısı,, Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru,
    “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc xanım yazar Fidan Abbasovadır.Layihə çərçivəsində Azərbaycan Respublikasında fəaliyyət göstərən ədəbi birliklər haqqında olan bilgilər Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının səhifələrində dərc olunaraq facebook sosial şəbəkəsində ictimaiyyətin nəzərinə çatdırılacaq.

    İnformasiya dəstəyi : “Carci.az” saytı
    Təşkilati dəstək : “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalı
    Maliyyə dəstəyi : “Konsaltinq-az.com”

  • Azərbaycan Yazıçılar Birliyi (AYB)

    picture

    “Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində

    Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirdər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı.
    ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı

  • Azərbaycan Aşıqlar Birliyi (AAB)

    Azab

    “Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində

    Aşıqların I qurultayı 1928-ci ildə, II qurultayı 1938-ci ildə, III qurultayı isə 1961-ci ildə keçirilib. Azərbaycan Aşıqlarının III qurultayı keçirildi. 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan aşıqlarının IV qurultayı keçirildi və Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi yaradıldı, xalq şairi Hüseyn Arif Birliyin sədri seçildi. Azərbaycan Aşıqlar Birliyi 1991-ci ilin iyun ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək müstəqil fəaliyyət göstərməyə başladı.
    1992-ci ildə Hüseyn Arifin vəfatından sonra sədrliok üstündə çəkişmələr üzündə Birliyin fəaliyyəti bir növ iflic vəziyyətinə düşdü.
    Uzun zamandan bəri dağınıq və pərişan vəziyyətdə olan Azərbaycan aşıqları axır ki, Qurultay səviyyəsində bir araya gəldi. 2008-ci il avqust ayının 29-da aşıqların V qurultayı keçirildi. 1928-ci ildə çağırılmış Birinci Aşıqlar Qurultayının üstündən səksən, sonuncu – dördüncü Qurul¬tayın üstündən isə iyirmi beş il keçdikdən sonra ortaya gələn bu tarixi toplantı müstəqillik illərinin ilk Aşıq Qurultayı idi. Azər¬baycan aşıq mü¬hit¬lərinin getdikcə ağırlaşan durumu, aşıqların sosial-mə¬işət və yara¬dı¬cılıq problemləri Qurultay çağırılmasını zərurətə çevirmişdi. 1984-cü ildə keçirilən dördüncü Qurultaydan sonra aşıqların yaradıcılıq təşki¬latının dağılmağa başlaması və çəkişmə-ziddiyyət meydanına çevrilməsi bir sıra xoşagəlməz nəticələr ortaya gətirdiyindən məsələnin ciddi və köklü şəkildə həllinə ehtiyac böyük idi. Bu səbəbdən ustad aşıqların və görkəmli ziyalıların müraciətinə cavab olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çağırılan növbəti Qurultay bir çox problematik məsələlərə aydınlıq gətirdi.
    Qurultayı millət vəkili, akademik Nizami Cəfərov açaraq bu mötəbər tədbiri idarə etməyi akademik Bəkir Nəbiyevdən xahiş etdi. Akademik Bəkir Nəbiyev giriş sözü ilə Qurultay iştirakçılarını salamladı və Qurul¬tayın səlahiyyətli olub-olmaması barədə mandat komissiyasının sədri pro¬fessor Bəhlul Abdullanı kürsüyə dəvət etdi. Mandat komissiyasının sədri 225 nəfərdən ibarət olan Qurultay nümayəndələrinin rayon konfrans¬ları tərəfindən seçilərək göndərildiklərini bildirdi. Qurultayın səlahiyyəti təsdiq olunduqdan sonra söz Azərbaycan Respublikasının Mə¬də¬niyyət və Turizm naziri Əbülfəz Qarayevə verildi. Nazir Azər¬baycan Respublikası Prezidenti İlham Əliyev cənablarının təbrikini Qurultay iştirakçılarına çatdırdı.
    Professor Məhərrəm Qasımlı “Aşıq sənətinin müasir vəziyyəti: prob¬lemləri və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi.
    YUNESKO-nun eksperti, sənətşünas Sənubər Bağırova “Aşıq sənə¬tinin qarşısında duran perspektiv vəzifələr” mövzusunda məruzə etdi.
    Məruzələr ətrafında millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşa¬yeva və Rəfael Hüseynov, professor Qəzənfər Paşayev, professor Sədnik Paşayev, xalq şairi Fikrət Qoca, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əli¬zadə, ustad aşıqlardan Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Gülarə Azaf¬lı və başqaları çıxış edərək aşıq sənətinin tarixi-mədəni dəyəri və çağ¬daş durumu barədə öz mülahizələrini bildirdilər. Aşıq sənətinin Azərbaycan xalqına məxsus unikal mədəni-mənəvi sərvət kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi təklifi çıxış¬çıların əksəriyyəti tərəfindən vurğulandı və qurultay iştirakçıları tərə¬findən dəstəkləndi.
    Qurultay nümayəndələri tərəfindən irəli sürülən namizədlər əsasında açıq səsvermə yolu ilə idarə heyəti seçildi. İdarə heyəti xalq şairi Zəlimxan Yaqubun Aşıqlar Birliyinin sədri seçilməsi təklifini irəli sürdü. Qurultay bu təklifi yekdilliklə təsdiq etdi. Professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı Birliyin birinci katibi seçildi.
    Professor Məhərrəm Qasımlı Qurultayın Qətnaməsini oxudu. Qət¬na¬mə qəbul olundu.
    Qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Müraciəti qəbul edildi.
    Qurultayın sonunda aşıqlar geniş konsert proqramı ilə çıxış etdilər.

    * * *

    V Qurultaydan sonra Azərbaycan aşıq sənətində yeni inkişaf mərhələsi başladı. Bu sənətə dövlət səviyyəsində qayğı və diqqət artırıldı, onun təbliği istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev Fondunun rəhbərliyi və Azərbaycan Respublikası Mədə¬niy¬yət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirildi. “Azər¬baycan aşıq sənəti” faylı hazırlanaraq YUNESKO-ya təqdim edildi. Həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verdi – Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoş¬mə¬ramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq sənətinin qo¬run¬ması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 2009-cu ilin 28 sentyabr – 02 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Ko¬mitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Ko¬mi¬¬¬tə¬sinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına da¬xil edildi

  • Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB)

    images

    “Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində

    Dünya Gənc Türk Yazarlar Birliyi 1998-ci ilin sentyabrında Qazaxıstanın Türküstan şəhərində keçirilmiş VIII Türk Dünyası Gənclik Günləri və Qurultayında təsis olunub.
    Birliyin Nizamnaməsi 02.06.1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasında dövlət qeydiyyatına alınıb ( No: 1133).
    Birlik türk dövlət və topluluğunun hər hansı birinin dilində (türkcəsində) yazan gənc yazıçıların könüllü ictimai birliyidir;
    DGTYB uluslararası ictimai birlik olaraq öz fəaliyyətini qüvvədə olan nizamnaməsi, uluslararası hüquq qaydaları və Azərbaycan Konstitusiyasına əsasən qurur.
    DGTYB-nin Təsisçilər Şurası:
    Əkbər Qoşalı (başqan), Rəsmiyyə Sabir, Aygün Həsənoğlu, İlqar İlkin, Təranə Tural (Rəhimli), Güllü Yoloğlu, Dəyanət Osmanlı, Səhər, Şəlalə Zaman
    DGTYB Yönətim Kurulu (YK) başqanlığı
    2103: Rəvan Tohidoğlu (Səmədov)-başqan, Əfsanə Bayramqızı (Ələsgərli), Tural İrfan, Yeqzar İ.Cəfərli-başqan müavinləri;

  • “Gənc Ədiblər Məktəbi”

    resad_mecid

    “Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində

    “Gənc Ədiblər Məktəbi” 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən koordinasiya edilib. Bu məktəbin məqsədi ədəbi yaradıcılıq sahəsində fəaliyyət göstərmək arzusunda olan, bu sahədə yeni addımlar atan 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, onları tanıtmaq, gənclərin yaratdığı ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləməkdən ibarətdir.İki illik fəaliyyətin yekunlarına görə müəyyən yaradıcılıq vərdişlərinə yiyələnmiş gənclərə nazirliyin sertifikatları verilir.
    “Gənc Ədiblər Məktəbi”nə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid rəhbərlik edir.Məsul katib yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istededlı gənc yazar, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Emin Piridir.

  • Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ)

    aydinxan

    “Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində

    Yeni Yazarlar və Sənətçilər Qurumu
    Association of New Writers and Artists
    Организация Новых Писателей и Деятелей Исскуства

    Hüqüqi ünvan: Bakı şəhəri Xaqani 25, Azərbaycan Yazıçılar Birliyi, 4 mərtəbə
    Yazışma: 331-ci otaq, Mətbuat pr., 529-cu məhəllə, Bakı, Az 1073, Azərbaycan R
    Tel.: (+99412) 418 93 58; 538 03 17; (0-50) və (070) 213 40 43; e-mail: aydinxan@mail.ru , artyazar@yahoo.com , xanaydin@gmail.com. Sayt: www.kitabxana.net

    Yeni Yazarlar və Sənətçilər Qurumu haqqında məlumat

    1.YYSQ-nin yaranma tarixi: 11 dekabr 1998-ci il.
    2.YYSQ-nin dövlət qeydiyyatı tarixi: N 1086 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, 24.02.1999
    3.Yeni Yazarlar və Sənətçilər Qurumu 1998-ci ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvüdür.
    4.YYSQ-nin rəhbərinin soyadı, adı və atasının adı: Aydın Xan (Aydın Əhməd oğlu Əbilov), Yeni Yazarlar və Sənətçilər Qurumunu sədri, yazıçı-kulturoloq

    1.Hüquqi ünvanı:
    4 mərtəbə, Xaqani küçəsi 25, Bakı şəhəri, Az 1073, Azərbaycan Respublikası
    2.Əsas fəaliyyət istiqaməti (missiyası):
    Mədəniyyət və ədəbiyyat hadisələrinin təşkili, Azərbaycan ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və b.
    Təşkilat 14 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, elektron kitabxana, elektron kitab, e-oxu, e-yazı vərdişlərinin populyarlaşdırlıması, yeni sosial media və İnternet resurslarının inkişafı, kreativ innovasiyalar, kulturologiya kimi fəaliyyəti sahələri ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirmiş, 10 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” Layihəsini gerçəkləşdirir. YYSQ-nun bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Milli Virtual (Elektron) Kitabxana – Sadələşdirilmiş Milli e-Axtarış Sistemi” İnternet portalı yaradılıb və fəaliyyət göstərir.
    3.YYSQ-nin məqsədi:
    YYSQ-nin əsas fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. YYSQ fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.
    4.YYSQ-nin əsas tərəfdaşları:
    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, ARPY QHT Dövlət Dəstəyi Şurası, ARPY Gənclər Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu, AR Gənclər Təşkilatları Milli Şurası, M.F.Axundov adına Milli Kitabxana, “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyi və b.
    5.Üzv olduğu yerli koalisiyalar:
    Milli QHT Forumu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində fəaliyyət göstərən İctimai Şura
    6.Üzv olduğu beynəlxalq qurumlar:
    “GUAM-PEN” GUAM Ölkələri Yazıçıları Şəbəkəsi, Türk Dünyası Gənclər Təşkilatları Birliyi İslam Ölkələri Təşkilatının Gənclər Platforması
    7.Üzvlərinin sayı 145 (aktiv 40 nəfər)
    8.Strukturu:
    Təşkilatın üzvləri yaradıcı insanlar – yazıçılar, şairlər, jurnalistlər, publisistlər, tənqidçilər, tərcüməçilər, filoloqlar, sənətin müxtəlif sahələrinin adamları və sadə ədəbiyyatsevər şəxslərdən ibarətdir.
    YYSQ-nin icraedici orqanı: sədr və 7 nəfərlik İdarə Heyəti, qanunverici orqan: 9 nəfərlik Məclis, nəzarətedici orqan: 3 nəfərlik Mərkəzi Nəzarət-Təftiş Komissiyası
    9.Regional şöbələri:
    Respublikanın əsas 6 bölgəsində (Sumqayıt, Quba, Cəlilabad, Lənkəran, Gəncə, Naxçıvan) bölmələri fəaliyyət göstərir. Daha geniş məlumatlar bu saytlarda: www.kitabxana.net

    YYSQ-nin həyata keçirdiyi bəzi layihələr

    1 – 4 www.kitabxana.net

    Milli Virtual Kitabxana

    Bakı şəhəri 2010-2012 (II, III və V mərhələ)

    Bakı şəhəri 2012 (IV mərhələ)

    6 ay

    6 ay

    6 ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (I , II, III və V mərhələ).
    AR Gənclər və İdman Nazirliyi (IV mərhələ).
    AR Mədəniyyət və Turizm Nazirliyi, AYB.
    5 “Azərbaycan – Ümumi Evimiz və İrsimiz” ədəbi layihə 1 il Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu. “Sənət və mədəniyyət” Şəbəkə proqramı, Budapeşt
    6 I – XII Bakı Kitab Bayramı,
    Bakı şəhəri
    (Hər il keçirilən Ümumrespublika Kulturoloji tədbirlər silsiləsi) 5 ay AR Gənclər və İdman Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, AYB, “Təhsil” nəşriyyatı və b.

    7 “Azərbaycan: müxtəlif mədəniyyətlərin birləşdiyi Ümumi Evimiz” Kulturoloji Layihə 4 ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
    8 Azərbaycan Yazıçılar Birliyi ilə birgə 3 yazarın kitablarının nəşri 6 ay Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
    9-11 Heydər Əliyev – 90 yubileyinə həsr olunmuş XIII Bakı Kitab Bayramları,
    Bakı şəhəri mart- noyabr 2013
    (Hər il keçirilən Ümumrespublika Kulturoloji tədbirlər silsiləsi) 5 ay

    AR Gənclər və İdman Nazirliyi, AYB.
    12 “Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Virtual Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” Kulturoloji Layihə. Bakı şəhəri – 2011 5 ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
    13-16 Ədəbi saytların yaradılması:
    1) www.firuza.az
    2) www.fikretsadıq.az
    3) www.simuzer.az
    4) www.evezsuleyman.net
    Bakı şəhəri, 2011 – 2013 5 ay
    4 ay
    4 ay
    6 ay AYB,
    YYSQ
    Milli Virtual Kitabxana
    17 “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal – e-kitab formatında hazırlamaq. Kulturoloji-şəbəkə Layihəsi. Bakı şəhəri – 2012 6 ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
    18. “Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı”
    Bakı və İnternet. 2013 5 ay Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu
    19 Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması Kulturoloji Layihəsinin 5 ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
    20 “Fəal gənclər və QHT liderləri üçün İnternet jurnalistikası (sosial media), blogerliklə bağlı real, eləcə də virtual (distant-məsafəli) təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, e-kitab formasında elmi-praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyət” Bakı, İnternet. 2013 5 ay Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
    21 “Ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmş XIII Bakı Kitab Bayramı – Kulturoloji Tədbirlər vasitəsilə gənclərdə mütaliəyə marağın artırılması, elektron oxu, e-yazı mədəniyyətinin formalaşdırılması, Azərbaycan kitabının sosial şəbəkələrdə, daxildə və xaricdə təbliği” Kulturoloji – İnnovativ Layihə.
    Bakı. 2013 6 ay Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
    22 “Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-Akademiya” 2 ay Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu

    5.YYSQ üzvlərinin sayı: 145 (aktiv 40 nəfər)

    6.YYSQ-də daimi çalışan işçilərin sayı: 5 nəfər (könüllülük əsasında)

    7.YYSQ-nin ünvanı: 331-ci otaq, 9 mərtəbə, Mətbuat pr., 529-cu məhəllə, Bakı şəhəri, Az 1073, Azərbaycan Respublikası. Hüquqi ünvan: 4 mərtəbə, Xaqani küçəsi 25, Bakı şəhəri, Az 1073, Azərbaycan Respublikası

    8.YYSQ-nin telefonları: (+99412) 418 93 58, (+99412) 538 03 17, (+99450) 213 40 43, (+99470) 213 40 43
    Elektron poçt ünvanı: xanaydin@gmail.com , aydinxan@mail.ru , artyazar@yahoo.com
    İnternet səhifəsi: www.kitabxana.net
    (YYSQ barədə geniş məlumat: http://kitabxana.net/?oper=showdata&id=2)

    9.Feysbuk və başqa sosial şəbəkələrdəki resurslarımız:

    Aşağıdakı sosial şəbəkələrdə YYSQ və onun layihələrinə, fəaliyyətinə aid fəaliyyətin qurulması, səhifələrin açılması və izləyicilərin cəlb edilməsi, portalının genişləndirilməsi, əlavə proqramının yazılması, materialların elektron variantlarının hazırlanması, kitabların rəqəmsal formatda şəbəkə üçün hazırlanması, davamlı zənginləşdirilməsi işləri təbliğ olundu. Sosial şəbəkələrdə bir sıra ədəbi səhifə və resurslar yaradıldı, e-təlimlərin materialları virtual olaraq yayımlandı.
    Kitabxananın və başqa elektron daşıyıcıların təqdimat-tanıtım tədbirlərinin təşkili, Virtual Kitabxananın ölkə daxilində və xaricdə təbliği, xarici qonaqlar, turistlər və dünyada yaşayan soydaşlarımız arasında məlumatların paylanması, elektron ünvanlarına tanıtım məlumatların göndərilməsinə diqqət ayrıldı.
    Müxtəlif sosial şəbəkələrdə fəallıq göstərməyə çağırılıb. Veb-təlimlər və hazırlanmış yeni elektron kitablar http://kitabxana.net/?oper=e_kitabxana&cat=168 saytında, https://www.facebook.com/groups/kitabxana/ (16 350 üzv),
    Yeni Yazarlar və Sənətçilər Qurumunun Feysbuk səhifəsi: https://www.facebook.com/YYSQAX (585 üzv), “Yeni Yazarlar” Ədəbi-kulturoloji kursun Feysbuk səhifəsi: https://www.facebook.com/YeniYazarlar (558 üzv), eləcə də https://www.facebook.com/Aydinxan.ebilli (6500 üzv) ünvanlı Feysbuk profil, qrup və səhifələrimizdə, habelə Virtual TV-miz:http://www.youtube.com/user/Artyazar2012 , Tvviter: https://twitter.com/Aydinkhan, https://plus.google.com/u/0/115539998703794612860/posts Google+ kimi ən məhşur sosial şəbəkələrdə – yaratmış olduğumuz ciddi resurslarımızda tanıdılır, yayılır, təbliğ olunur.

    10. YYSQ-nin starategiyası.
    YYSQ nəzdində hazırda struktur dəyişikliklər gedib və hazırda aşağıdakı bölmə və mərkəzlər fəaliyyət göstərir.
    – Gənc yazarlarla iş bölümü
    – Kreativ innovasiyalar Mərkəzi;
    – Hüquq, müəllif hüquqları və ədəbi agentlik bölməsi
    – Milli Kulturologiya Mərkəzi;
    – Gənclər və tələbələrlə iş bölümü;
    – İctimai Qurumlarla əlaqə və Analitik-İnformasiya bölməsi;
    – Sənət bölməsi;
    – Beynəlxalq ədəbi-mədəni əlaqələr bölümü;
    – İnternet və elektron kitabxana, sosial media və şəbəkələr bölməsi.

    YYSQ hazırda virtual ədəbiyyat, milli İnternet resurslarının inkişafı, yeni e-oxu və e-metaliə mədəniyyətinin, eləcə də virtual yazı vərdişlərinin formalaşdırılması, yeni ədəbi saytların yaradılması, elektron kitabxanaların inkişafı, e-kitab nəşri. Kitabxana.net – Milli Virtual Kitabxananın zənginləşdirilməsi, kreativ innovasiyalarla bağlı tədqiqat və araşdırmaların dəstəklənməsi, milli kulturologiya elminin təşəkkülünü sürətləndirilməsi, sosila media və yeni medianın möhkəmləndirilməsi, beynəlxalq ədəbi-mədəni hadisələrin təşkili, yeni humanitar-estetik texnologiyaların Azərbaycana gətirilməsi, Azərbaycan dəyərlərinin xaricdə təbliği, elektron və səsli kitab nəşrinin artırılması, yeni nəsil yazarların intellektual-kulturoloji bilgilərlər əhatələnməsi və peşəkarlıqlarının artırılması, müəlif hüquqlarının qorunması, ədəbi agentliklərin yaradılması kimi istiqamətdə strategiyalar hazırlayıb gerçəkləşdirməkdədir.

  • Ustad aşıq Mikayıl Azaflının anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək

    azafli

    2014-cü il mayın 30-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşıq Mikayıl Azaflının anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gecə keçiriləcəkdir. Gecədə Respublikamızın tanınmış aşıqları və müğənnilər ustadın yaratdığı və havaları ifa edəcək, sözlərini oxuyacaqlar. Xatırladaq ki, Mikayıl Azaflı – Mikayıl Cabbar oğlu Zeynalov 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub. O, böyük coşğunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıqlardan idi. O, “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Məzahiri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları yaradıb. Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərinin ortalarına qədər mətbuat üzünə həsrət qalmışdı. “Qoca Qartal” adlı kitabı 1987-ci ildə çap olunub. 1989-cu il may ayının 17-də Mikayıl Azaflı ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.Mikayıl Azaflı 1990-cı ildə vəfat edib. Ölümündən sonra Tovuz şəhərində bir küçəyə aşığın adı verilib, Azaflı kəndində oxuduğu məktəbin önündə büstü qoyulub.

  • Bahadur ƏLİZADƏ.”Xatirələr” (Şeir)

    ıfıl f

    XATİRƏLƏR

    Xatirələr yatanı oyatmağa bənzəyir,
    Yaddan çıxan çox insan xatirəndə gözləyir,
    Unudulmuşlar bəzən yada düşür qəfldən,
    Kövrəlib ağlayırsan, onu görürsən birdən.

    Xatirələr acıdır , xatirələr çox şirin,
    Böyük yaralar açar, dibi bilinməz ,dərin,
    Zaman sağaldar onu, amma yaran qapanmaz.
    Xatirən baldırsa da ondan məlhəm alınmaz.

    Ümidlər, çox arzular xatirəyə çevrilir,
    Acılar, çox ağrılar qəlblərdə yer eyləyir.
    Unudulmur yaralar, unudulmur acılar,
    Unudulmur həyatda ən gözəl xoşbəxt anlar.

    2012.

  • Gülnarə İSRAFİLQIZI.”Ver gözlərini, çıxarım, didim” (Yeni şeir)

    234435423665547648

    Xəyallarımız
    Uçan arzularımız
    Birləşdiyimiz göy üzü…
    Əl-ələ gəzəcəyimiz ömür,
    Dünyamız.
    Sevgidən doğacak,
    Fidancıq.
    Gülüşlərim.
    İşdən dönüşlərim.
    Ayaqqabımın bağı
    Bilirsən nə deyirəm.
    O bağı bağlamaqçün əyilirəm.
    Qapını açdığımda
    Baxışların gözümdə.
    Şam yeməyi.
    Üz-üzə, göz -gözə
    Sən söylə necə qurbanın olum
    Başına dolanım?!!!
    Gündə neçə kərə.
    Barmağını uzat.
    Özgəsinə baxsam gözümü çıxart.
    Hər gün deyirdin.
    Sevginin odunda əriyirdin.
    Söylə,
    İndi nə edim?!!!
    Ver gözlərini,
    Çıxarım, didim…

    Gülnarə İsrafilqızı.

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    İŞIQLI GÜNDÜZLƏR GÖRÜNƏCƏKMİ

    Buludlar səmada yurd sala bilməz,
    Şəfəqlər üfüqdə cığırlar qoyar,
    Kim deyir sınmış qəlb bir daha gülməz,
    Sevib-sevilməkdən ürəkmi doyar?

    Taleyim qisməti yazıb bu günçün,
    Dəlisov şimşəktək coşub-çaxaram.
    Sənə sevgi ilə yanaşmaq üçün,
    Dağ şəlaləsi tək aşıb-daşaram.

    Tanrının vergisi beləymiş demək,
    Tanrıdan gəlibdi bu qismət, yazı.
    Gecələr gözəl bir xəyallar biçmək,
    Buzlamış ürəyim gözləyir yazı.

    Tale də bənzəyir nərd taxtasına,
    Kim çox çalışırsa, vaxt boşa gedir,
    Kimi lövbər salıb kef yaxtasında,
    Əlini atan tək şeş-qoşa gedir.

    Gərək şükr eyləyək bu günkü günə,
    Həsrətlər gözlərdən çözüləcəkmi?
    Zülmətli gecələr gəlməyir saya,
    İşıqlı gündüzlər görünəcəkmi?

    Sənin cəzan

    Bağça salıb suvarmasan olarmı?
    Tumurcuq qayğısız çiçək açarmı?
    Göyərçinlər nəvazişdən qaçarmı?
    Könlümə keçmiş günlər təskinlikdi,
    Sənin cəzan,ömürlük mənsizlikdi…

    Harayımda yalvarış tək bitmişdin,
    Gümanları nurlu səhər etmişdin,
    Həsrətimi bil, silib yox etmişdin,
    Fikirlərim dumanlıq, çiskinlikdi
    Sənin cəzan, ömürlük mənsizlikdi…

    Boğulur içimdə sevgi harayı,
    Axı yoxdu istək səndən savayı,
    Söküləcək bir gün sevgi sarayı,
    Eşqə hərdəmxəyallıq fərsizlikdi,
    Sənin cəzan, ömürlük mənsizlikdi…

    Qəlbimdən boylanan şirin xəyallar,
    Lalə təki işıq saçan gümanlar,
    Hərdən qəlbə dolur yersiz suallar,
    Laqeydlik ən alçaq çirkinlikdi,
    Sənin cəzan, ömürlük mənsizlikdi…

  • Gülnarə İSRAFİLQIZI.”Susma, susma, ağla!!!” (Yeni şeir)

    1526370_495624037213684_686548573_n

    Laçın sənə lay-lay desəm,
    Qorxuram ki, yatasan.
    Necə illik,
    Göz yaşını,atasan.
    Sən oxuma ağla!
    Qoy kim sənə nəğmə
    Qoşub oxuyursa oxusun.
    Dağıt fəryad çəkərək,
    Yatanların yuxusun!!!
    Laçın sənə ağı demirəm,
    Qorxuram alçalasan!!!
    Ölülərin içində,
    Yaddaşların küncündə qalasan.
    Laçın fəryadını çək!!!
    Qulaqlarda həkk olsun,
    Sənin adın,
    Oyansın nankor,
    Övladın.
    Bəlkə xilasın üçün
    Ürəyində mərhəmət
    Tapıldı.
    Ölülər ölü onsuz!!!
    Bəlkə də yox dirisə
    Ölülüyə qapıldı.
    Ümidini kəsmə sən!!!
    Bu günkü gəncliyin şürunda
    Sadəcə bir tarixsən…
    Sən fəryadını çək yatma
    Qoy yatanlar ayılıb sənə
    Vətən desinlər…
    Səndə yaşayıb, səndə
    Kəfənlənsinlər…
    Susma, susma ağla!!!
    Bəlkə bu qəflətdə
    Yatan gənclik ayıla….

  • Gənc yazarın poeması Qardaş Türkiyə Cümhuriyyətində dərc olundu

    1400128863_kapak_322

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğinə istinadən yaydığı məlumata görə, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun Türk-İslam dünyasının qurulmasında, Osmanlı İmperiyasının ərazi bütövlüyünün qorunub saxlanmasında öz İGİDlik borclarını layiqincə yerinə yetirən Nuru Paşa, Osman Qazi, Ərtoğrul bəyin cəsarətinə, şanlı-şərəfli Türk bayrağına, Türk dilinə, İslam dininə, “Qurani-Kərim”ə olan sonsuz məhəbbtindən yoğrularaq ərsəyə gəlməsindən bəhs edən “Türkün Türkçülük dastanı” poeması “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 32-ci sayında dərc olunub.Poemanın redaktoru Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə, ön sözün müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, “Vektor” Beynəlxalq Mükafatı laureatı Eyvaz Eminalıyev, məsləhətçisi filologiya elmləri üzrə fəlsəfə doktoru Törə Məmmədovadır.Poemanı Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü Kamran Murquzovdur.

  • “Nə qazandım bilmirəm…”

    10325386_612459748831425_6717684548868240148_n

    Ne qazandım bilmirem
    itirdiyim sen oldun
    sanki milyon saydaydım
    sen yoxsan sıfır oldum…….

    Əsas olan say deyil
    əvəz edirdin çoxun
    indi çox axdaracaq
    varlığımı yoxluğun……………

    Əllərimi buraxdın
    başqa qəlbə qonaqsan
    bir gün əmin ol ki sən
    ordan qovulacaqsan………

    Sınıq qəlbim düzələr
    zamana öyrenmişəm…
    bilməzdim ki bu qədər
    dəlitək sevilmişəm……

    Qəlbim unutmaq üçün
    sənə qənim kəsilib
    Fidan səni , səninlə
    daş məzara götürüb………….

  • “Yolunuz gözləmək nə qədər çətin…”

    10325386_612459748831425_6717684548868240148_n

    Yolunu gözləmək nə qdərə çətin
    həsrətin yolunu gözləmək qədər
    sanki əldən çıxıb böyük sərvətin
    qazandığın kimi yox olub gedər…

    Acıya dözməyə gücüm qalmayıb
    sabaha boylanıb günəşə baxım
    dərdimi çəkməyə üzüm qalmayıb
    dərdimlə özümü yandırıb yaxım…

    Məni unutmusan eybi yox inan
    güvəndiyin dağa qarlar yağarmış
    bir gün çiçək kimi gözəl gül açan
    payız xəzanıyla vaxtsız solarmış….

    Ümüdüm yox oldu arzularımda
    dünyada qəlbimi qırıb getmisən
    Fidan olmayacaq sən olduğunda
    bir bax ki , özünə nələr etmisən……………

  • Məhərrəm CƏLİLABADLI.Yeni şeirlər

    10374220_1404034406549118_1300358523_a (1)
    * * *

    Məhəbbəti ucuz tutma bu qədər,
    Elə gələr xəbər belə tutmazsan.
    Bir acı buraxar sevən qəlbində,
    Sonra gedər bir ömür unutmazsan.

    Sanma məhəbbət dodaqda quru söz,
    Məhəbbət dünyayla təkbətək savaş.
    Ömür boyu olmayacaq kef-damaq,
    Ürəyində acı,gözlərində yaş.

    O qədər sıxacaq bu həyat səni,
    Ölüm diləyəcək,ölməyəcəksən.
    Ağlın ilə əbədilik silsən də,
    Qəlbinlə unuda bilməyəcəksən.

    Uğrunda öl bir ucuz yalançının,
    Et özünə hər yeri kəfən yeri.
    Ancaq bu dünyada dayaq insana,
    Sevginin uğrunda öləcək biri.

    SEVGİ BAHARI

    Təbiət susubdur dinməyir artıq
    İndi əvəzində payız danışır
    Baharın qoxusu gəlməyir artıq
    Hər tərəf payızla yanıb alışır

    Bu ilin baharı nə tez ötüşdü
    Onun qoxusunu heç duymadım mən
    Mənimsə baharım payıza düşdü
    Baharı doyunca yaşamadım mən

    İndi payız mənimlə dostluq etsədə
    Baharım tutacaq mənim əlimdən
    Fəsillər ötüşüb çıxıb getsədə
    Əbədi qalacaq baharım mənim

    Sevgilim ən gözəl baharım sənsən
    Mən sevgi baharı səni bilirəm
    Sözümün dəyərin bilmək istəsən
    Səni canımdanda artıq sevirəm

  • Gülnarə İSRAFİLQIZI.”Qatarı dayandır….” (Yeni şeir)

    1399377238_1399354517_1399118025_10312028_1471761573041474_1534860754_n
    Qatarı dayandır…..

    Baxmayaraq ki, ölümümə göz yumdun
    Mən getdiyin yollara baxıram…
    Qayadıcağını sənə ruhumun qolları ilə,
    Sarılacağımı gözləyirəm.
    Sənə qarşı kinim yox..
    Sən nə etsən də ürəyimdəki sevgimi öldürməyə
    Gücün yox…
    O sevgini öldürməyə çalışma….
    Nifrətini qazanmaqçün nə etdim ki…
    Nifrətini yığışdır…
    İstəyirsən bu sevgini
    Özgəsinin sevgisilə qarışdır.
    Sil adımı səhfəndən, sil ürəyindən…
    Nə istəyirsən et…
    Məni unutmaq üçün başqasına get..
    sevdiyini söylə…
    Ürəyindən silməyə gücün çatacaqmı
    Mən bacarmadım….
    Elə bilirəm bunu etiraf etdikdə alçalmadım
    Sevmək alçalmaqsa? bəs onu silib atmaq nədir
    özünə əzab verib qarşıdakını ağlatmaq nədir?!!!
    Suallara cavab varmı???
    Yoxdur çünki sən məni görmürsən!!!
    Daha əvvəlki kimi mənsiz də ölmürsən…
    Xoş xatirələrin izi gözlərimdə…
    Suallar ürəyimdə..
    Bir yol gedir uzun sonsuzluğa tərəf
    Qatarın sərnişini mən…
    Heç olmasa çıx qarşıma əl salla..
    Yaxşı yol deyib həsrətini silərək ürəyimdən
    Rahat-rahat yolla…
    Xatirələri sil şəhərin küçələrindən
    Hava limanında səni qarşılayacağım gündən.
    Sil sil deyirəm dönməyəcənsə???!!!
    Getdiyin yolardan izini sil
    O çiçəyi saxla özündə
    Bəlkə yollara sərərsən.
    Mənsizliyə öyrənmək üçün
    Özünə öyrənərsən.
    Nə bilmək olar bəlkədə məndən sonra.
    Məndə itirdiklərinə dönərsən…
    Verərsən suallara cavab.
    Yalnız səhnədə mən, alqış çalansa sən olmazsan!
    Çünki bu qatar gedir.
    Ya qatarı dayandır
    Yada çıxma qarşısına, getsin…
    Özünü də, məni də sonsuzluğa qədər yandır…

    Gülnarə İsrafilqızı.

  • “GƏNC ƏDİBLƏR MƏKTƏBİ”

    resad_mecid
    “Gənc Ədiblər Məktəbi” 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən koordinasiya edilib. Bu məktəbin məqsədi ədəbi yaradıcılıq sahəsində fəaliyyət göstərmək arzusunda olan, bu sahədə yeni addımlar atan 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, onları tanıtmaq, gənclərin yaratdığı ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləməkdən ibarətdir.İki illik fəaliyyətin yekunlarına görə müəyyən yaradıcılıq vərdişlərinə yiyələnmiş gənclərə nazirliyin sertifikatları verilir.
    “Gənc Ədiblər Məktəbi”nə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid rəhbərlik edir.Məsul katib yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istededlı gənc yazar, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Emin Piridir.

  • Xalq şairi Hüseyn Arifin 90 illik yubileyi keçiriləcək

    10335726_630733263662185_1590584312_n
    Azərbaycan Prezidenti İlham Əliyev Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
    Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
    2014-cü ilin dekabr ayında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadənin) anadan olmasının 90 illiyi tamam olur.
    Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirmiş və milli ədəbiyyata töhfələr vermişdir. Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    Saqif QARATORPAQ
    Eh,nə gəlir əlimdən?
    Bir-iki misra yazmaq.
    Ha yazsam da sağalmır
    Köhnə yaralar ancaq.

    Neyləyim ki,bircə söz
    Dərdimə dərman olmur.
    Yaşayıram hələ ki…
    Elə də asan olmur.

    Zaman çapıb atını
    Ötüb keçir yanımdan.
    Qaçıb çıxa bilmirəm
    Güzgünün arxasından.

    …Oxuyuram hələ də:
    “Bu dərənin uzunu.”
    Quzusu yox,otaram,
    Çoban verə qızını.

    *******

    Üzümdəki təbəssüm
    içimdəki hıçqırıq,
    Sızıb üzə çıxınca
    olubdu qırıq-qırıq.

    Sinəm bir köhnə divar,
    güllələrlə yazılıb.
    Bir eşqin kölgəsində
    qəbrim çoxdan qazılıb.

    Dünən qəfil güllədən
    ölənin yasındayam.
    Gündüzlər “Fatihə”-də,
    gecələr “Yasin”-dəyəm.

    Təbrizdə güllələnib,
    Hələbdə soyuluram.
    Bir çinaram,min ildi
    içimdən oyuluram.

    Tökülür yarpaqlarım,
    könlümdə xəzan yeli.
    Məni tərsinə atıb
    qoca taleyin əli…

    Dövranın sapı çürük,
    demə:” soldu gül nədən?”
    Mən də qəfil ölərəm
    bir çovutma güllədən.

    *********

    Bilirəm gəlmisən qohumungilə,
    Qırma ümidimi sən bilə-bilə.
    A zalım, insafın yoxmu bir gilə,
    Dönüb bircə dəfə baxsan nə olar?!

    Sən elə gedirsən,bu yeriş nədir?
    Üşüdüm yay günü,bəs bu qış nədir?
    Axı səndən ötrü bir baxış nədir?
    Dönüb bircə dəfə baxsan nə olar?!

    Hərdən solan gülə baxdığın kimi,
    Qonaq gələn yola baxdığın kimi,
    Yütimə,sayıla baxdığın kimi
    Dönüb bircə dəfə baxsan nə olar?!

    Yüyürüb qarşına keçimmi yoxsa,
    Deyirsən quş olub uçummu yoxsa,
    Axı bu küçədən köçümmü yoxsa,
    Dönüb bircə dəfə baxsan nə olar?!

    Bu sevda Saqifin xatası deyil,
    Ballah gözlərini satası deyil.
    Daha bircə gecə yatası deyil,
    Dönüb bircə dəfə baxsan nə olar?!

  • Debüt: Gülnarə İSRAFİLQIZI (Gədəbəy).Yeni şeirlər

    1399377238_1399354517_1399118025_10312028_1471761573041474_1534860754_n
    Əmiraslanova Gülnarə İsrafilqızı-şairə, jurnalist, publisist “Vahid” Poeziya Məclisinin üzvü (2005), “Məcməüş-şüəra -şairlər məclisi”nin üzvü (2012), Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü (2013), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və Yönətim Kurulunun başqanı (2013), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru (2014), Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi(2014)

    Əmiraslanova Gülnarə İsrafil qızı 1981-ci il may ayının 25-də Gədəbəy rayonunun Qarı kəndində anadan olub. Ilk şerini üçüncü sinfdə yazmağa başlayıb. Onun ilk çıxışı 2000-ci ildə Gəncə şəhər pedoqoji kollecində 20 yanvar tədbirində öz əksini tapıb. Oxuduğu şerləri Gəncə şəhər icra-hakimiyyətinin nümayəndəsi tərəfindən qiymətləndirilib. Ey insan şeri, dərs aldığı dini hövzə fərəfindən mükafatlandırılıb. ”
    Yüksək mədəniyyət, Milli və dini tolerantlıq nümunəsi göstərdiyinə, əsil insan və ideal dünya uğrunda ardıcıl mübarizəyə və səmərəli faliyyətlərə görə “İDEAL SÜLHÜN TƏBLİĞİ FONDU”-nun rəhbərliyi tərəfindən 2013-cü ildə diplomla təltif edilib.
    2000-ci ildən respublika mətbuatında Gülnarə İSRAFİLQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur.”Bir ağacın budaqları”, “Duyğulu Arazlar” almanaxlarında şeirləri yayınlanıb.
    2004-cü ildə təmənnasız olaraq Milli Elmlər Akademiyası nəşriyyatı tərəfindən “İtən gəncliyimin sorağındayam” adlı ilk şer kitabcası işıq üzü görüb. Lakin həmin kitab redaktə baxımından yüksək olmadığı üçün yenilənməsi nəzərdə tutulub.
    Hazırda yazıları və şerləri Eqoist, Carçı.az, Bizimlə.orq, gündəlik info, Ədəbiyyat-az.com, litparad.org, dokkuziklim.net, aktivistplyus.com sayıtlarında yayımlanır. Bu il Türkmən reforom radiosunda “Sübh mavi gəlinlikdə” adlı şeri səsləndirilib.
    Teymur Bayramov “BB production” tərəfindən şerləri görüntü ilə hazırlanır.
    Yaxın günlərdə tam olaraq dinləyicilərin ixtiyarına veriləcək. Şerlər tam olaraq hazır olduqdan sonra Qələm yoldaşları və şer sevərlərə təqdim olunacaq.

    Yer göy qalıb dağılmamış.

    Ruhum ağlayır
    Üzümdə təbəssüm,
    Əllərim bom-boş
    Kədərin ünvanı yox.
    Payız yarpaqları,
    Əsən küləklər.
    Boynu bükük ləpirlər,
    Daha nələr, nələr,
    Sıxlıqlar, sıxıntılar,
    Ahlar…
    Alqışlar, kəsilən başlar,
    Ünvansız…
    Vicdansız, vicdansiz.
    Yazılan əsər,
    Bitirilən roman.
    Həyasizlıqdan, alçaqlıqdan.
    Aclıqdan…
    Səfalətdən həzz alanlar,
    Çevrəmizdə.
    Küçəmizdə, hamısı,hamısı
    Bizdə…
    Ölkəmizdə.
    Satqınlıqlar, Fironluqlar,
    Qeyrətini,
    Tarixini, unudanlar
    İcimizdə…
    Yer-göy qalıb dağılmamış,
    Dağıdılır Kuçəmiz də.

    * * *

    Mavi gözlüm,
    Yıldızlara gütür beni.
    Gözlərinde itir bəni.
    Gözlerine bakım, bakım,
    Gözlerinde çoşum, taşım,
    Kötülükle hep savaşım.
    Benim uğrum senin olsun.
    Mavi gözün benim olsun.
    Bitsin artık aşk hasreti!
    Şunu senden istemekle
    Hata etdim…..
    Sana mavi gözlüm dedim,
    Denizlere kattın beni.
    Yüreyinden atdın beni.
    Çoşup taştı göz yaşlarım,
    Sahildeyim!
    Kayıplara karışmadım.
    Mavi gözlü olarmısın
    Arkadaşım?
    “M” harfi yok.
    Aşkımız yok.
    Yıldiz gibi gözlerine
    Aşıkta yok.
    Yıdız gibi, əl çatmazdır
    Benim olman.
    Aşıkmısın deyilmisin
    Sana sormam.
    Belki bir gün
    Bakışlarım konar gözlerine.
    Aşkım düşer yüreyine.
    Yıldızlara çatar elim,
    Benim olar gözlerin.
    Belke de, yok…..
    Şu aşkımın yoklunda
    Kayb olurum.
    Yıldızları kendim gibi unuturum.
    Mavi gözlü.

    Sübh mavi gəlinlikdə!

    Mənsə ulduzlu axşam.
    Əks olur dodağımda,
    İçimdə əriyən şam.
    Açılır hər gün yeni,

    Xəyalıma pəncərə.
    Göy qurşağı deyilir,
    Arzular doqan yerə

    Qanadları bəm-bəyaz,
    Uçur,gedir zamanım.
    Qışa doğru yeriyən,
    Payız mənim ünvanım.

    Kişinin qeyrəti sadələşibdir!

    Yaman zəhərlənib dövrün havası,
    İtib qız isməti,gəlin həyası,
    Açılıb anamın kalağayısı,
    Əyində geyimlər tazələşibdir.
    Kişinin qeyrəti sadələşibdir.

    Sevənlər pak sevib,pak sevilərdi,
    Üz-üzə gələndə boynun əyərdi,
    Bu nə zəmanədir,bu nə dəyərdir,
    Birləşmək ayrılmaq adiləşibdir.
    Kişinin qeyrəti sadələşibdir.

    İstəyir söhbətə babam qarışın,
    Namusdan,qeyrətdən,ardan danışsın,
    Qorxuram bulvarda babam da çaşsın,
    Çünki keçmişimiz maviləşibdir.
    Kişinin qeyrəti sadələşibdir.

  • Debüt: Fidan ABBSOVA (Ucar).Yeni şeirlər

    fidan-abbasova
    Abbasova Fidan Elman qızı-şairə, jurnalist, publisist “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü (2013), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri (2014) Azərbaycanın Mədəniyyət və Ədəbiyyat PortalınınTəsisçilər Şurasının üzvü (2014), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsləhətçilət Şurasının başqanı (2014), Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru (2014)

    Abbasova Fidan Elman qızı 1986-cı ildə Ucar rayonunda anadan olub.1993-204-cü illərdə Ucar rayon 1 saylı orta məktəbdə təhsil alıb.Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Mühasibat uçotu və audit fakültəsini qırmızı fərqlənmə diplomu ilə bitirib. Hal – hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı ərazi şöbəsində Aparıcı Komputer Mütəxəssisi işləyir.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri və Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında olan poeması “Ziyalı”, “Vətəndaş Həmrəyliyi”, “Abşeron” qəzetlərində dərc olunub.Rayon üzrə iki dəfə birinciyiliyə layiq görülüb və Fəxri fərmanla təltif olunub.Azərbaycan Dövlət Konservatoriyasında fərdi müəllim yanında muğam dərdləri üzrə təhsil alıb.

    == Azərbaycan ədəbi elektron məkanı ==

    *[http://edebiyyat-az.com/ Fidan ABBASOVA
    *[http://gundelik.info/ Fidan ABBASOVA
    *[http://ayb.az/ Fidan ABBASOVA
    *[http://carci.az/ Fidan ABBASOVA
    *[http://shahbulaq.az/ Fidan ABBASOVA
    *[http:/dokkuziklimt.net/ Fidan ABBASOVA
    *[http://bizimle.org/ Fidan ABBASOVA

    == Türkiyə ədəbi elektron məkanı ==

    * [http://munevverduver.com.tr/ Münevver Düver Sanatevi Sitesi]

    Mən nə söyləyim ki yaraşsın sənə

    Nifrətə çevirdin baxışlarımı
    Mən belə deyildim nə olub mənə
    Öldürdün qəlbimdə arzularımı
    Mən nə söyləyim ki, yaraşsın sənə.

    Nə bir söz tapıram nədə bir kəlmə
    Söyləyim ürəyim bir az boşalsın
    Qəlbsizi gətirmə imana dinə
    Qoy elə əbədi qəlbsiz də qalsın.

    Hər səni görəndə sorub qəlbimə
    Mən harda səf etdim harda yanıldım?
    İndi hər baxdıqca sənin əlinə
    Mənmi tutdum onu məhəttəl qaldım.

    Bumuydu verdiyin qərarın sözün
    Oynadın sən mənim o hisslərimlə
    Bir zaman sən belə saxta deyildin
    Görünür bir yalan dolub qəlbinə.

    Düz deyib atalar bunu əzəldən
    İnsana güvənmə sevgiyə güvən
    Vaxt olar tapılar itmiş həqiqət
    Artıq olmayacaq sevirəm deyən.

    Mən hələ sabaha inanacamda
    Həyat tək səninlə bitmir anladım
    Bəlkə başqasına alışacamda
    Səndən uzaq olan boş dünyamdaydın.

    Vəfası olmayır ilk məhəbbətin
    Sonradan gələndə vəfasız olur
    Gözündə ucalan tək həqiqətin
    Bu gün var olmayır bir gün yox olur

    Sevgi nifrətə də çevrilir bir gün
    Bunu mən etmədim bunu sən etdin
    Ötüb bir anlığa mənim yanımdan
    Necə gəlmişdinsə elədə getdin.

    Fidan ötür günlər zamana bağlı
    Sən daha inama o xoş gözlərə
    Kim sevib ayrılıb ürəyi dağlı
    Rast gələ bilərik həmin izlərə.

    Artıq unutmuşam deməli səni.

    Bəzən yoxluğuna alışsamda mən
    sanki bir il olur görüşmiyəli
    tamamən dəyişib üz cizgilərin
    artıq unutmuşam deməli səni.

    Bəlkəmdə bu sözlər oxuduğun an
    qəlbinə bir bıçaq saplayacaqdır
    o mənli günlərdən xatirimizdə
    ən acı ən, iyrənc gün qalacaqdır.

    Nə qədər taleyi bədbəxt olanlar
    sonradan ayağa qalxıb dirilib
    deməli bir insan sevmir yalandır
    onun məhəbbəti kinə çevrilib.

    Ehtiyac duyduğun zamanlarda mən
    sənin yorğanındım soyuqdan kəsə
    deməli başqası gəlib qəlbinə
    mənim əvəzimdən doğmadır nəsə.

    Nə deyə bilirəm acı bir kəlmə
    nə etdin qarşılıq olacaq bir gün
    bir arzum qalıbdır heç vaxt sevilmə
    peşman ol yaşayıb sən hər gün deyin.

    Bitirib cümləmi sona yazıram
    bəlkə bu sözlərdə artıqdır sənə
    verdiyim əhdimi indi pozuram
    o saxta xəyallar yaraşmır mənə.

    Fidan sanma səni xatırlayacaq
    bu gediş son gediş ağılında tut
    mənim əvəzimdə mən olmayacaq
    onunçun ömürlük sən məni unut………………

  • Debüt: Kənan AYDINOĞLU (Bakı şəhəri, Qaradağ rayonu).Şeirlər

    Photo Kenan

    Murquzov Kənan Aydın oğlu — şair-junalist,”Hüseyn Arif” Ədəbi Birliyinin üzvü (2012), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri (2012), Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü (2013), “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azerbaycan temsilcisi (2013), Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri (2013)

    Murquzov Kənan Aydın oğlu 1989-cu il oktyabrın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin birinci sinfinə daxil olub.Üç ildən sonra həmin məktəbin üçüncü sinfini bitirmişdir.1999-cu il yaşayış yerini dəyişdirdikləri üçün orta təhsilini Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəbdə davam etdirib.2007-ci ildə həmin məktəbi bitirmişdir.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
    Şeirləri və məqalələri “Azərbaycan bələdiyyəsi”,”Azad Press”,”Cəmiyyət”,”Yeni Bəşər”,”Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”, “Sözün Sehri”,“Yeni Azərbaycan”,“Respublika gəncləri”, “Elimiz, günümüz”, “Yenilik Press”, “Vışka”, “Elin sözü”,“İlham çeşməsi”,”Vedibasar”, “Təzadlar”, “Yeni Axtarış”, “İrəvan Press”, “Azad Qələm”, “Azad Azərbaycan”, “Olaylar”, “Ədalət” qəzetlərində, “Ziyalı Ocağı”, “Ulduz”, “Kümbet” TOSAYAD-ın rüblük mətbu orqanı) müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında çap olunub.2006-cı ildən respublika mətbuatında Kənan AYDINOĞLU imzası ilə şeirləri və məqalələri ilə çıxış edir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü seçilmişdir. Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində məqalələri dərc olunub. 2007-ci ildə “Adiloğlu” nəşriyyatı tərəfindən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabı işıq üzü görüb.2010-cu ildə “MK” nəşriyyatı tərəfindən”Ömrün yarı yolunda” adlı ikinci şeirlər kitabı çap olunmuşdur.”Hüseyn Arif” Ədəbi Birliyinin üzvüdür. 2012-ci il oktyabr ayının 6-da Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Portal Rəhbəri seçilmişdir. Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar İncəsənət Xadimi Nəriman Həsənzadə gənc yazar Kənan Aydınoğlunun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirib. 2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır.Gənc yazar olaraq Türkiyəyə dəfələrlə dəvət alıb. “Türkçülük dəftəri” silsiləsindən olan şeirləri və “Türkün türkçülük dastanı” poeması dərc olunmaq üçün qardaş Türkiyəyə göndərilib.Yıldırım Beyazit Universitetinin dosenti dr.Salih Yılmazın təklifi ilə şeirləri Türkiyənin müxtəlif dərgilərində, o cümlədən portallarda dərc olunaraq həm azərbaycanlı, həm də türkiyəli oxuculara çatdırılıb. 2013-cü ildə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə” diplom ilə təltif olunmuş və mükafatlandırılmışdır.Qaradağ rayonu Gənclər və İdman İdarəsinin elektron orqanının “Aktiv gənclər” bölməsinə tərcümyi-halı, şeirləri, məqalələri, poeması yerləşdirilmişdir. 2013-cü ilin avqust ayından-noyabr ayına qədər Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin “Yeni Axtarış” həftəlik ictimai-siyasi qəzetin “Mədəniyyət və Ədəbiyyat” bölməsinin əməkdaşı kimi çalışıb. 2013-cü il sentyabr ayının 1-dən Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir. 2013-cü ilin dekabr ayının 28-də Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun 132 nömrəli sərəncamına əsasən, Qaradağ rayonunda Dölvət gənclər siyasətinin fəal iştirakına və ədəbiyyatımızın inkişafında qazandığı xidmətlərə görə “Fəxri fərman”la təltif olunmuş və mükafatlandırılmışdır.

    Kitabları

    1.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007)
    2.”Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010)

    Poemaları

    1.”Allahdan savayı sığınacaq yox” ( Azərbaycan və Türk dilində)
    2.”Türkün türkçülük dastanı” ( Azərbaycan və Türk dilində)

    Məqalələri

    1.Nəriman Həsənzadə bayatılarında Qarabağ mövzusu
    2.Zəlimxan Yaqub yaradıclığında Türk-İslam əxlaqı
    3.Bütün aləmlərə bütöv bir nursan ( “Qurani-Kərim” haqqında)
    4.Yunus Əmrə yaradıcılığında Allah və Quran inamı
    5.Mövlana Cəlaləddin Rumi yaradıcılığında İnsan və din anlayışı
    6.Tələbəlik haqqında düşüncələrim
    7.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı haqqında bilgilər

    Tezisləri

    1.Nəriman Həsənzadə yaradıcılığında antonim sözlər
    2.Zəlimxan Yaqub yaradıclığında yaradıclığında sinonim sözlər

    Ön sözləri

    1.Günel İsrailqızının şeirlər kitabına ön söz
    2.Aysel Cəfərovanın şeirllər kitabına ön söz
    3.Elçin Əlizadənin şeirlər kitabına ön söz
    4.Əziz Muğaninin şeirlər kitabına ön söz
    5.Kənan Aydınoğlunun şeirlər kitabına ön söz
    6.Kənan Aydınoğlunun şeirlər kitabına ön söz
    7.Samirə Nurun şeirlər kitabına ön söz

    Publisistik qeydləri

    1.İlham Mikayıl haqqında düçüncələr
    2.Orxan Zaman haqqında düşüncələr
    3.Günel İsrailqızı haqqında düşüncələr
    4.Xəyalə Alıyeva haqqında düşüncələr
    5.Aysel Cəfərova haqqında düşüncələr
    6.Elçin Əlizadə haqqında düşüncələr
    7.Samirə Nur haqqında düşüncələr

    Toplayıb, tərtib edib, nəşrə hazırladıqları

    1.Sumqayıt Dövlət Universiteti.-50.”Pöhrə” Ədəbi Birliyi qonağımızdır.”Sözün Sehri” qəzeti,3 yanvar-3 fevral, 2012.
    2.Sumqayıt Dövlət Universiteti-50.”Gənc Yazarlar” Ədəbi Birliyinin üzvlərindən bir neçəsi qonağımızdır.”Sözün Sehri” qəzeti, 3 sentyabr-3oktyabr, 2012.

    Xarici mətbuat səhifələrində dərc olunan əsərləri
    1.”Türkçülük dəftəri” silsiləsindən olan şeirləri

    Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunan əsəri
    1.”Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib”.Şeirlər kitabı.
    Tərcümə: Kamran AYDINOĞLU.

    Müəlliflə əlaqə:

    http: // facebook.com/ Kənan Murquzov
    http:// twitter.com/ Kənan AYDINOĞLU
    Vebsayt: http://edebiyyat-az.com
    E-mail: office@edebiyyat-az.com
    Tel: ( 051) 785 44 33; ( 055) 260 98 90

    == Azərbaycan ədəbi elektron məkanı ==

    *[http://edebiyyat-az.com/ Kənan AYDINOĞLU]
    *[http://gundelik.info/ Kənan AYDINOĞLU]
    *[http://qaradag-gii.com/ Kənan Aydıoğlu]
    *[http://bizimyazi.com/ Kənan AYDINOĞLU]
    *[http://azyb.net/ Kənan AYDINOĞLU]
    *[http://ayb.az/ Kənan Aydıoğlu]
    *[http://carci.az/ Kənan AYDINOĞLU]
    *[http://shahbulaq.az/ Kənan AYDINOĞLU]
    *[http://olaylar.az/ Kənan AYDINOĞLU]
    *[http://adalet.az/ Kənan AYDINOĞLU]
    *[http://kultur.az/ Kənan AYDINOĞLU]
    *[http://turkbir.info/ Kənan AYDINOĞLU]
    *[http:/dokkuziklimt.net/ Kənan AYDINOĞLU]
    *[http://aktivistplyus.com/ Kənan AYDINOĞLU]
    *[http://bizimle.org/ Kənan AYDINOĞLU]
    *[http://uluturk.info/ Kənan Murquzov]
    *[http://tezadlar.az/ Kənan AYDINOĞLU]
    *[http://reportyor.tv/ Kənan AYDINOĞLU]

    == Türkiyə ədəbi elektron məkanı ==
    * [http://tosayad.org/ Kənan AYDINOĞLU.Tokat Şairler ve Yazarlar Derneğinin elektron orqanı]
    * [http://munevverduver.com.tr/ Münevver Düver Sanatevi Sitesi]

    * * *

    Günəş boylanmasa, səhər sübh çağı,
    Görünməz, inan ki, divarda kölgə.
    Çoxdandı gəlmirik üz-üzə yenə,
    Bölərdim dərdimi səninlə birgə.

    Görəydin dərdindən illər uzunu,
    Şair qələmimlə nələr çəkmişəm.
    Əridib həsrətdən yerin üzünü,
    Kim bilir bəlkə də başa çəkmişəm?!

    Leylini gözləyən bir Məcnun kimi,
    Səni düşünmüşəm, səni anmışam.
    Sevgini yollarda axtaran gündən,
    Yenə də eşqinlə alovlanmışam.

    Dolsa da, qəlbimə qəribəliklər,
    Güc tapıb yanından mən düz keçmişəm.
    Gör neçə döyünən qəlbin içində,
    Həsrətli gözündə səni seçmişəm.

    AXI SƏN GƏLƏNDƏ BAŞQADI DÜNYA

    Sən gələn yollara gərək sevinib,
    Xəbəri göndərim özümdən qabaq.
    Gəl, harda qalmısan darıxdım sənsiz,
    Ürəyim söyləyir gözümdən qabaq?!

    Axı sən gələndə başqadı dünya,
    Narahat duyğular yerdə qalmayır.
    Kim sənə dedi ki, sənin gözündən,
    Şairin qələmi ilham almayır?!

    Gəlməsən, yolları şair ilhamım,
    Özümdən də əvvəl fəryad qoparar.
    Nə bilim, bəlkə də sənin göz yaşın,
    Mənim hisslərimi haqqa aparar?!

    TƏBİƏT KÖNLÜMÜ ÖZÜ ALIBDI

    Yenə səssizlikdi mənim könlümdə,
    Elə bil dərdimi soruşan yoxdu.
    Misralar içndə, kəlmə içində,
    Adından bir dastan danışan yoxdu.

    Baxma ki, keçibdi gün qatar kimi,
    Yenə də qəlbimdə həsrət qalıbdı.
    Yolun gözləyəndən bir körpə kimi,
    Könlümü təbiət özü alıbdı.

    Bir də bilirsənmi sənin yolunu,
    Yenə gözləməkdən yorulmadım heç?!
    Qəlbimi sevgiyə, şeri sevgiyə,
    Bu gün səsləməkdən yorulmadım heç.

    Dastan söylədiyim həmin o əsər,
    Əslində sözünün kəsəriymiş, eh.
    Bəlkə də dilindən çıxan bir kəlmə,
    Şairin ən böyük əsəriymiş, eh.

    GÖYNƏYİR QƏLBİMİN YARASI SƏNSİZ

    Hər dəfə baxanda ulduza, aya,
    Göynəyir qəlbimin yarası sənsiz.
    Bütün varlığıyla fəryad qoparır,
    Gözümün gah ağı, qarası sənsiz.

    Şeir sarayımın uçub tökülür,
    Çələngdən hörülmüş parası sənsiz.
    Tarixi bir ana bərabər olur,-
    Gecəylə gündüzün arası sənsiz.

    Tökür göz yaşını bil, gilə-glə,
    Dəli Koroğlunun narası sənsiz.
    Yolun gözləməkdən usanıb artıq,
    Yeni dərdlərimin çarası sənsiz.

  • Debüt: Azər NƏSİBLİ (Bakı şəhəri).Yeni şeirlər

    1399024511_sahilde-001
    Azər NƏSİBLİ 1992-ci il avqust ayının 3-də Bakı şəhərində anadan olub.1999-2010-cu illərdə Bakı şəhərində 68 saylı orta məktəbdə təhsil alıb.2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutuna qəbul olub.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun üzvü və Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru nun I müavinidir.

    Sənsən

    Səni sevən insanın
    Bil ki, tək qəmi sənsən .
    Mən uzaq bir sahiləm ,
    Dənizdə gəmi sənsən..

    Məndən uzaqlaşırsan
    Hər dəqiqə , hər bir an .
    Sənə çata bilmirəm,
    Ayaq saxla, bir dayan…

    Sən sahilsiz dənizsən ,
    Mən sahiləm dənizsiz .
    Ya, biz sevə bilmirik ,
    Ya, qalıb sevgi bizsiz ..

    Sən günəşsən, qürubdan
    Boylanırsan, baxırsan .
    Mən bir ayam, hər zaman
    Batan zaman çıxırsan…

    Yazım dönüb qış olub ,
    Qışımın qarı sənsən .
    Azər sənə vurulub ,
    Onun tək yarı sənsən..

    O ağlayan qıza bax

    O ağlayan qıza bax ,
    Dənizin qırağında .
    Sanki nəsə itirib
    Ömrünün bu çağında…

    O ağlayan qıza bax ,
    Gözündən yaş axır, yaş .
    Qəlbinə daş bağlayıb
    Atır dənizə birbaş…

    O ağlayan qıza bax ,
    Gözündəki yaş nədir ?
    O qızarmış göz nədir ,
    O çatılmış qaş nədir ?

    O ağlayan qıza bax ,
    Ağlayırsa dərdi var .
    Belə ağlamaq olar?
    Ağlamagın həddi var .

    O ağlayan qıza bax ,
    Yaş tökülür gözündən .
    Bulandırır dənizi ,
    Xəbəri yox özündən .

    Demə, “dərdim böyükdür” ,
    Demə, “dərdim dağdı, dağ”.
    Atasını itirmiş
    O ağlayan qıza bax…

  • Debüt: Mircavid HƏŞİMOV (Masallı).Yeni şeir

    1399120478_10276515_567629616669497_638375029_n
    TƏRCÜMEYİ-HAL

    Mircavid Həşimov Masallı şəhərində anadan olmuşdur.Bir çox şer və qəzəl müəllifidir.Şerlərinə musiqi bəstələyərək öz ifasında meyxana və mahnı janrında səsləndirilmişdir.

    İSTƏYİRƏM

    Məndə sevgiyə qalmayıb zərrə maraq..
    Təkrar açırsan bu mövzunu sən nahaq..
    Çünki demişdim sənə mən “5” il qabaq..
    Mən bu mövzunu bağlamaq istəyirəm..

    Demə ki, bu soyuğluqa carə qılaq..
    Ayrılıqın səsin duymaqdadır qulaq..
    Bilirəmki deyəcəksən gəl ayrılaq..
    Onun üçün səni qabağlamaq istəyirəm..

    Unudub bütün ötəni dərdi qəmi..
    Nə sevgilim kimi nə də dostum kimi..
    Sadəcə ətrin qala məndə daimi..
    Səni sSon kəs qucağlamaq istəyirəm..

    Bir kölgətək arxanca mən sürünürəm..
    Bir bilsən necə çarəsiz görünürəm..
    Mən həm səni Unutmağı düşünürəm..
    Həm axtarıb sorağlamaq istəyirəm..

    Sanma yoxluğunun mənə yoxdur rolu..
    Yoxluğundur günlər keçir qüssə dolu..
    Neyləsəm tapa bilmirem çıxış yolu..
    Lap uşaq kimi ağlamaq İstəyirəm.

    Əllərin toxunub daha özgə yada..
    Ya mənə sevgilim demə dost de yada..
    Düşün məni sadəcə düşdükcə yada..
    Mən səni gizli saxlamaq İstəyirəm.

  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

    993489_1380227388895188_811667389_n

    www.edebiyyat-az.com
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

    Saytın rəhbəri: Fidan ABBASOVA

    Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində yaradılıb.
    Sayt Azərbaycan türkcəsində və Türkiyə türkcəsində ədəbi-bədii yaradıcılıqla məşğul olan yazarlar haqqında bilgiləri öz səhifələrində ardıcıl olaraq yayınlayır, eyni zamanda sosial şəbəkədə də ictimaiyyətin nəzərinə çatdırır.
    Saytın elektron poçtuna göndərilən məktub yönətici tərəfindən yoxlanıldıqdan sonra ( ölçü 12, şrift Times New Roman) əsas səhifəyə əlavə olunur.

    Saytın bölmələri: “Əsas səhifə”, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar”

    Redaksiya heyəti

    Fidan ABBASOVA (Mətbuat Xidmətinin rəhbəri)
    Gülnarə İSRAFİLQIZI (Baş redaktor)
    Kənan AYDINOĞLU (Baş redaaktor müavini)

    Telefon: ( 051) 785 44 33; (051) 795 44 33
    E-mail: office@edebiyyat-az.com

  • Fidan ABBASOVA.”Mən səni sevirəm axı neyləyim?!” (Yeni şeir)

    1057881_584987098245357_844041490_n (1)

    Səni unutmağı isdəsəmdə mən
    unuda bilmirəm düşüncələrdən
    yorulub bir anlıq duyub ürəkdən
    hönkürüb ağlamaq isdəyir qəlbim
    mən səni sevirəm axı neyləyim?

    Sonunu bilirdim bitəcək bir gün
    incidir qəlbimi hər gün bitən gün
    indi əsərinə səndə bax öyün
    hönkürüb ağlamaq isdəyir qəlbim
    mən səni sevirəm axı neyləyim?

    Tanıya bilmirəm artıq özümü
    boğuram içimdə doğru sözümü
    gülən gözlərimi solğun üzümü
    gördükcə ağlamaq isdəyir qəlbim
    mən səni sevirəm axı neyləyim?

    Sanırdım məhəbbət bir dünya qurar
    birisi gedərkən yıxıb uçurar
    qəlbini özüylə alıb qaçırar
    hönkürüb ağlamaq isdəyir qəlbim
    mən səni sevirəm axı neyləyim?

    Fidan sualların cavabı yoxdur
    dünyada şeytanlar yaranıb çoxdur
    sənin yaraların incidən oxdur
    hönkürüb ağlamaq isdəyir qəlbim
    mən səni sevirəm axı neyləyim?

  • Bu gün Qafqaz Əvəzoğlunun doğum günüdür

    Qafqaz Əvəzoğlu

    QAFQAZ ƏVƏZOĞLU.HƏYATI VƏ YARADICILIĞI

    Dəmirov Qafqaz Əvəz oğlu 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma kəndlərində alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Hal-hazırda da müxtəlif mətbu orqanlarda şeirləri və məqalələri dərc olunmaqdadır.
    Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədridir.”Sözün Sehri” qəzetinin təsisçisidir.”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatıdır. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Baş redaktorudur. Bir neçə şeir və publisistik kitablar müəllifidir.Qarabağ müharibəsi veteranıdır.
    Gözəl əməl və əxlaq sahibi Qafqaz Əvəzoğluna öz mətbu orqanında “Gənc Yazarlara dəstək” layihəsini həyata keçirərək Azərbaycanın bölgələrindən olan gənc yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini dərc edir.Bakı və Sumqayıt şəhərlərində müxtəlif mətbu orqanlarla sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.

    Yeri get, qız

    Sən məni heç zaman sevə bilməzsən,
    Məni sevənlərin sonluğu – yalqız.
    Aldanma beləcə görkəmimə sən,
    Yeri sev ağıllı bir adamı, qız!

    Məni sevənlərin ağılı yoxdur,
    Mənim şıltaqlığım dözülməz, çətin.
    Yeri get yerində sakitcə otur,
    Vallah, mən deyiləm sənin qismətin!

    Səni qısqanaram mən yerə, göyə,
    Doğma ataya da, südvermişə də…
    Kasası – hamıya, nə var hər şeyə,
    Lap belə dünyasın dəyişmişə də!..

    Tüpürüb dabana elə qaçarsan,
    Ancaq dilədiyin şükrlər olar.
    Mənim sevilməyim deyildir asan,
    Belə bir dəlidən kim sevgi umar?!

    Xətrinə dəyməsin, pis olma da heç,
    Yəqin ki, bu sevgin bir şıltaq ərkdir.
    Yeri get özünə bir babını seç,
    Məni sevmək üçün ürək gərəkdir!!

    Mən dəliyəm, o da kür

    Qaşa-gözə bax Allah,
    Qüdrətinə min şükür.
    Yandırdığın söndürməz,
    Xan Arazla, dəli Kür!

    Hürü-pəri misaldı,
    Baxdım ağlımı aldı.
    Elə bil ac maraldı,
    Adamın qəlbin sökür!

    Mən biləni bu qızın,
    Oğurlasan “saqqız”ın,
    Ürəyində düş qızın –
    Qəlbi yanar görükür!

    Baxıram “bişən” deyil,
    Çıxıb görüşən deyil,
    Kəməndə düşən deyil,
    Belə ceyran tez ürkür!

    A Qafqaz, bu qız bil ki,
    Umur tər-təmiz sevgi.
    Heyif, tutmaz bizimki,
    Mən dəliyəm, o da kür!!

    ÖZGƏ

    – Dön,- dedim, dönmədin, düşündüm bəlkə,
    Istəyin ayrıdı, təmənnan özgə…
    De, mənim qiymətli daha nəyim var,
    Məndə “mən” deyilən ta “mən”dən özgə?!

    Səni axtarıram, dolanır gözüm,
    Axır ürəyimə yaş düzüm-düzüm.
    Alışmır ocağım, od tutmur közüm,
    Olmaz yandıranı bir səndən özgə!

    Dön geri, a mənim könül möhtacım,
    Üzülüb taqətim, yoxdur illacım.
    Heç kimə, heç kimə yox ehtiyacım,
    Sənintək səbrimi kəsəndən özgə!

    Qafqaz Əvəzoğlu hər şeydən betər,
    Gecəli-gündüzlü yolunda bitər.
    Inana bilmirəm səni mən qədər,
    Sevən tapılarmı, de, məndən özgə?!

    2006.

    AĞLADI

    Gözlədim, gəlmədin, görüş yerimiz,
    Halıma mükəddər oldu, ağladı!
    Sənin görüşünə tələsən güllər,
    Əlimdə saralıb-soldu, ağladı!

    Bükdü qamətimi, əydi bu halət,
    Gəldiyin yollar da çəkdi xəcalət.
    Məhəbbət yanğılı bir dəli həsrət,
    Qolların boynuma saldı, ağladı!

    Nə bilim bu imiş yaxınlığımız,
    Bir eşqin oduna yaxındığımız.
    Bir vaxt qucağına sığındığımız,
    Söyüdlər saçını yoldu, ağladı!

    A Qafqaz, bu necə taledi, baxtdı?
    Ahım göyləri də yandırıb-yaxdı.
    Şimşəklər oynadı, ildırım çaxdı,
    Buludlar hönkürüb doldu, ağladı!

    2008.

    AZ

    Deyirsən, uzaq ol, amma bir zaman,
    Bitib yollarımda qalmırdınmı, az?!
    Dolanıb başıma pərvanə kimi,
    Qadamı-bəlamı almırdınmı, az?!

    Süzdürə-süzdürə o qaş-gözünü,
    Qurban eyləyərdin mənə özünü.
    Söykəyib üzümə hərdən üzünü,
    Şirin xəyallara dalmırdınmı, az?!

    Ayrıla bilmidin, zəliydin, zəli,
    Olmuşdun sərsəri, olmuşdun dəli.
    Mənə salam verən hər bir gözəli,
    Şahmar ilan kimi çalmırdınmı, az?!

    Niyə qurdaladın sən yaddaşımı,
    Qafqaz Əvəzoğlu yenə naşımı?!
    Bişirə-bişirə bu gic başımı,
    Gülüstan qoynuna salmırdınmı, az?!

    2008.

    Bacarsanız siz

    Ey əziz dostlarım, a yaxınlarım,
    Bir sözüm var sizə! Bacarsanız siz, –
    Bir uca təpədə – bir uca yerdə,
    Mənim məzarımı qazarsınız siz!

    Başdaşım ucalsın ənginliklərə,
    Dağlara-daşalra, düzənliklərə…
    Bilirsiz vurğunam gözəlliklərə,
    Qəbrimi güllərə qatarsınız siz!

    Demirəm güllərdən tutuban dəstə,
    Hər gün gələsiniz dəstəbədəstə…
    Hərdənbir dönübən qəbrimin üstə,
    O mənli günləri anarsınız siz!

    İşdi, yurd-yuvamız alınsa bir gün,
    Qaralmış ocaqlar çatılsa bir gün…
    Dönüb qəbrim üstə nə vaxtsa bir gün,
    Heç yoxsa bir ocaq çatarsınız siz!

    Bəxtəvər deyərdim bu külbaşıma,
    Ölümüm çıxsaydı yurdda qarşıma!
    Əgər burda ölşəm, sinədaşıma,
    “Öldü vətən deyə” yazarsınız siz!

    Sormayın bu nədi, nə vəziyyətdi?
    Bu da, bir arzudu, bir vəsiyyətdi,
    Qafqazdan sizlərə son əziyyətdi!..
    Bilirəm, sözümə naçarsınız siz;
    Edin dediyimi bacarsanız siz!

    2007

    Gedirəm

    Bələnibən öz ahıma,
    Üz tutmuşam sabahıma…
    Qurban olum Allahıma,
    Dərd sarıdan kef edirəm!

    Uca tutdum mən hörmətin,
    Əskiltmədi kəramətin…
    Hey içirdib qəm şərbətin,
    Dərd də verdi can yedirəm!

    Döyə-döyə közarımı,
    Şükür, açdı “bazarımı”.
    İndi düşüb məzarımı,
    Axtarmağa yol gedirəm!

    2005

    Gedək, canım

    Ömür ötdü, yaş haxladı,
    Çan yetişdi – lalıxladı.
    Ta əzrayıl marıxdadı,
    Verdik ələ yedək, canım!

    Ötürmüşük neçə qış-yaz,
    Qonaq olan bunca qalmaz.
    Çəkilməmiş altdan palaz,
    Dur yır-yığış edək, canım!

    Günü-gündən çaşır təbrim,
    Tükənibdi daha səbrim…
    Gözü yolda qalan qəbrim,
    Nigarandı, gedək, canım!

    2005

    Min, deyir

    Başımda turp əkir gül nəvələrim,
    Ölərəm, desələr, öl,- nəvələrim.
    Açıbdı şipşirin dil nəvələrim,
    Biri bir deyəndə, biri min deyir!

    Qoşulub onlara uşaxlaşıram,
    Bu qoca vaxtımdan uzaxlaşıram…
    Düşüb dizin-dizin iməkləçirəm, –
    Arvad,- mübarəkdi qədəmin,- deyir!

    Minirlər belimə çökdürüb yerə,
    “Dəh-dəh”lə çıxırlar evdə “səfərə”.
    Hələ bir üstəlik xırda “heyvərə”,
    -Ay nənə, yer var e, sən də min, deyir!

    Otaxdan-otağa başlanır yolum,
    Belə nəvələrin qurbanı olub!
    Nəvə şirinliyin bilməyən oğlum,
    -Baho, ağlı çaşım dədəmin, deyir!..

    Başıma gələnlər başıza gəlsin,
    Hər nəvə həsrətli tamarı kəsin!..
    Qafqaz Əvəzoğlu Allah kəsməsin,
    Bütün nəvələrdən kərəmin, deyir!

    2005

    Gedir

    Ay Allah, bu qızın ismətinə bax,
    Həyadan yanağı allanıb gedir.
    Onun taleyinə, qismətinə bax,
    Beləsi kor olub allanıb gedir!

    Belə gözəl olmaz, belə qız olmaz,
    Hələ görməmişəm belə sərvinaz.
    Nə olar, ay Allah, onu mənə yaz,
    Qaymaq dödaqları ballanıb gedir!

    Onunla ömr edən nə bəxtəvərdi,
    Kimə könül versə onun nə dərdi!..
    Özümü yoluna durub sərərdim,
    Bilsəydim üstümdən sallanıb gedir!

    Yazardım şəninə gözəl şeirlər,
    Sevərdim, bilərdi necə sevirlər…
    Beləsin görəndə sonra deyirlər,
    Qafqaz Əvəzoğlu hallanıb, gedir!

    2005

    Dağlar

    Sənlə getdi şad günlərim,
    Xoş növrağım, çağım, dağlar!
    Hər sağalan yara deyil,
    Sinəmdəki dağım, dağlar!

    Ağır-ağır bir el idim,
    Zaman-zaman hey qovuldum…
    Qərib eldə bağban oldum,
    Gül açmadı bağım, dağlar!

    Qərib boynun büküb gedər,
    Ürəyini söküb gedər…
    Qaçqın deyib tənə edər,
    Mənə solum, sağım, dağlar!

    Günüm sizsiz keçməz idi,
    İndi gözüm yaş selidi.
    Söylənməmiş bir şərqidi,
    Mənim ahım, ağım, dağlar!

    Bu dərd məni hey ağrıdır,
    Bal da yesəm zəhər dadır…
    Sinən üstə at oynadır,
    Neçə ildi yağım, dağlar!..

    Qafqaz deyir, hanı sənin,
    Babəklərin, nəbilərin?!..
    Bizim kimi “igidlərin”,
    Boyun yerə soxum, dağlar!!

    1996

    ƏSİR DÜŞƏN ŞEİRLƏRİM

    Gəncliyimin xoş çağıydı,
    İlk eşqimin sorağıydı,
    Ürəyimin ocağıydı,
    Əsir düşən şeirlərim!

    Gah utancaq bir gül idi,
    Gah bir ötən bülbül idi,
    Şirin-şəkər bir dil idi,
    Əsir düşən şeirlərim!

    Bəzən qarlı dağım idi,
    Bəzən güllü bağım idi,
    Bəzən xəzan çağım idi,
    Əsir düşən şeirlərim!

    Naxışıydı xanamın, oy,
    Cilvəsiydi sonamın, oy,
    Laylasıydı anamın, oy,
    Əsir düşən şeirlərim!

    Gah titrəyən bir yel idi,
    Gah kükrəyən bir sel idi,
    Gah pərişan ağ tel idi,
    Əsir düşən şeirlərim!

    Bahür idi – yaz kimiydi,
    Bir ismətli qız kimiydi,
    İşvəlydi – naz kimiydi,
    Əsir düşən şeirlərim!

    Anadil tək gah ötərdi,
    Gah qartal tək qıy çəkərdi,
    Kəklik kimi hey səkərdi,
    Əsir düşən şeirlərim!

    Qəlb oxşayan xoş meh idi,
    Gül üstündə bir şeh idi.
    Haqq divanlı bir şah idi,
    Əsir düşən şeirlərim!

    Yandı yurdum-yuvam, qaldı,
    Sərin suyum, havam qaldı…
    Kül olmamaış haram qaldı –
    Əsir düşən şeirlərim!

    Bostanımın tağıydı o,
    Ürəyimin yağıydı o,
    Üç il qabaq sağıydı o,-
    Əsir düşən şeirlərim!

    Bükdü onu bu qışlarmı,
    Çürütdümü yağışlarmı,
    Görən məni bağışlarmı,
    Əsir düşən şeirlərim?!

    1996

    VAR SUMQAYITIM

    (Sumqayıt şəhərinin 60 illiyinə)

    Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində III yeri tutmuşdur.

    Sevdim ilk baxışdan, təmasdan səni,
    Gördüm ürəklərdə bir dastan səni.
    Olasan beləcə gülüstan səni,
    Düşməsin üstünə xar, Sumqayıtım!

    Qəlbimdə yandırdın od-ocağını,
    Ilkin bahar bildim hər bucağını.
    Açıb ana kimi öz qucağını,
    Olmusan bizlərə yar, Sumqayıtım!

    Doldun ürəklərə məhəbbətinlə,
    Ruha qida verdin ülviyyətinlə.
    Tanındın dünyada şan-şöhrətinlə,
    Eylədin özünü car, Sumqayıtım!

    Igid oğlanların bir tərlan-tülək,
    Qoynunu bəzəyən qızların mələk.
    Məhəbbət yanğılı gör neçə ürək,
    Tapdı qucağında yar, Sumqayıtım!

    Hüsnün ürəyimi çəkib qopardı,
    Mənimçün qışın da yazdı, bahardı.
    Könlüm harda belə qərar tutardı,
    Yaxşı ki, yaxşı ki, var Sumqayıtım!!

    2009.

    SUMQAYIT GÖZƏLLƏRİ

    (Sumqayıt şəhərinin 60 illiyinə)

    (mahnı)

    Ovsunudur gözlərin,
    Bahardılar, yazdılar.
    Gözəllikdə özlərin,
    Tarixlərə yazdılar,
    Sumqayıt gözəlləri!

    Yaranandan bu şəhər,
    Atıldılar qoynuna.
    Çələng olub təzə-tər,
    Sarıldılar boynuna,
    Sumqayıt gözəlləri!

    Sevsə, cahandan keçər,
    Sevgisinin yolunda.
    Lap belə candan keçər,
    Bağlasan əl-qolun da,
    Sumqayıt gözəlləri!

    Nazdılar başdan-başa,
    Nazlı Xəzərim kimi.
    Hər biri bir tamaşa,
    Yanırlar zərin kimi,
    Sumqayıt gözəlləri!

    Oğulsansa dayan, döz,
    Bu qızlarda baxışa…
    Şair olan, götür yaz,
    Layiqdilər alqışa,
    Sumqayıt gözəlləri!

    2009.