Xalq şairi Zəlimxan YAQUB.”Mən hardan bilərdim şairlik nədir?”

Keçilməz dərələr keçilməsəydi, Aşılmaz zirvələr aşılmasaydı, Yeldən qanad alıb, seldən güc alıb, Ruhum küləklərə qoşulmasaydı Mən hardan bilərdim şairlik nədir? Torpaqdan, toxumdan, dəndən gəlməsəm, Qurandan, kitabdan, dindən gəlməsəm, Dərdi çoxalanda yerdəkilərin Göylərə saldığı gündən gəlməsəm, Mən hardan bilərdim şairlik nədir? Minadan gəlməsəm, Turdan gəlməsəm, Allahın verdiyi nurdan gəlməsəm, Sinəmi saz edib, əlimi mizrab, Qopuzdan, Qorquddan, qordan gəlməsəm, Mən hardan bilərdim şairlik nədir? Gedir qismətinə, bəxtinə sarı, Yorulmur qarışqa, dincəlmir arı. Qəlbimi riqqətə gətirməsəydi Ana təbiətin yaratdıqları, Mən hardan bilərdim şairlik nədir? […]

Xalq şairi Zəlimxan YAQUB.”Mən sözün anası”

Tanrının sözünə dirsəklənmişəm, Söz – yaşıl yamacım, söz – talam mənim. Yeddidən yetmişə rəngi gözümdə, Söz – gülüm, gülşənim, söz – lalam mənim. Dilimdə ilk kəlmə dinəndən bəri, Söz oldu ömrümün sərvəti, zəri. Mənəm sərkərdəsi, mənəm əsgəri, Söz – daşım, divarım, söz – qalam mənim. Yoğurdum, başımda ağıl elədim, Dastana çevirdim, nağıl elədim. Böyütdüm, bəslədim, oğul elədim, Mən sözün anası, söz – balam mənim. 28 yanvar 2005

Xalq şairi Zəlimxan YAQUB.”Şair qələmiylə işin olmasın!”

Bir nadanın atdığı daşa cavab Mənə o qələmi nə sənin dədən, Nə vəzir, nə vəkil, nə də şah verib. Ona söz atmasın hər gəlib gedən, Onu Zəlimxana bir Allah verib. Yaz deyib sevinci, yaz deyib qəmi, Fitnəyə verməyib, fəndə verməyib. Allahdan almışam mən o qələmi, Mənə o qələmi bəndə verməyib. Qələm sındırmağa yaranmamışam, Hünərin çatırsa, gəl, sındır onu. Əgər bacarırsan, tək bircə axşam Yazmaq həvəsindən daşındır onu. Qələmin dünyası ocaqdı, pirdi, Qələm sındıranlar şümürdü, bala. Bu nifrət nə zaman qəlbinə girdi, İçini nə zaman gəmirdi, bala? Baxdım bostanıma atılan daşa, Əl sənin əlindi, daş sənin deyil. Gülməli səhnədi, qəmli tamaşa, […]

Xalq şairi Zəlimxan YAQUB.”Bəhmən Vətənoğluna məktublar” silsiləsindən

“BƏHMƏN VƏTƏNOĞLUNA MƏKTUBLAR” SİLSİLƏSİNDƏN I DAĞLAR Səndən ayrılanda bir ah çəkmişəm, Kərəmtək yandırıb ah məni, dağlar! Daramır saçımı sənsiz küləklər, Sənsiz heç oxşamır meh məni, dağlar! Şirin görüşlərin ömrü kəm olar, Gözüm yaşla dolar, könlüm qəm olar. Cənnətim çevrilib cəhənnəm olar, Olmasam dağların mehmanı, dağlar! Hər dərddən xəbərdar, hər işdən halı, Şairdi daşıyan min qilü-qalı. Zəlimxan düşsə də səndən aralı, Saxla gözün üstə Bəhməni, dağlar! II GÖNDƏRİM Bəhmən, hədələrdən qorunmaq üçün Yarağın yoxdursa, yaraq göndərim. […]

Xalq şairi Zəlimxan YAQUB.”Kimdi”

Məfhur türk aşığı Səbri Şimşak oğlunun lent yazılarını dinlərkən Şimşəkoğlu, səsindəki oda qurban, Yandırırsan, yanan kimdi, sönən kimdi? Kimlər sənə vədə verdi, yalan çıxdı, İlqar verib, ilqarından dönən kimdi? Bu səsdimi, haraydımı, nalədimi, Yanmış Kərəm, qara batmış Lələdimi, Daşıdığın dağdan ağır şələdimi, Qəm altında boyun büküb sinən kimdi? Bəlkə Qırat yəhərsizdi, nalı yoxdu, Bəlkə daha qızbirçəkli nah yoxdu. Bəlkə daha Koroğlunun halı yoxdu, Qocalanda dəli köhlən minən kimdi? İncitdimi xotkar səni, paşa səni, Çekdilərmi bərkə səni, boşa səni. Qərib olmaq döndərdimi daşa səni, Yenilməyən qeyrətini yenən kimdi? Dilindəki layladımı, ağıdımı, Sinəndəki min həsrətin dağıdımı, […]