Bir qrup ziyalı qadın ölkə başçısına təşəkkür məktubu ünvanladılar

2019-cu ilin dekabr ayından Çinin Mərkəzi Hubey əyalətinin Uhan şəhərində aşkar olunan və bu gün dünyanı öz cənginə alan Covid-19 koronavirus pandemiyasına artıq iki yüz ondan çox ölkədə milyonlarla insan yoluxmuş, yüz minlərlə insan isə həyatlarını itirmişlər. Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi statistik rəqəmlər virusun günbəgün daha çox insan canı aldığını təsdiqləyir. 
Yeni tipli pnevmaniya Covid-19 ölkəmizin həyatındanda yan ötməmişdir. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın həyata keçirdikləri  uzaqgörən  qabaqlayıcı tədbirlər nəticəsində bu ağır bəla ölkəmizdə az fəsadla keçməkdədir. Virusun daha çox yaşlı nəsli öz cənginə aldığını nəzərə alaraq, bu qrup əhalinin xüsusi qayğı ilə əhatə olunması, altmış beş yaşdan yuxarı insanların ciddi təcrid etmə tədbirləri ilə qorunması, uşaq bağçası, bütün təhsil müəssisələrinin vaxtında karantinə bağlanması, aztəminatlı tələbələrin təhsil haqqının dövlət büdcəsindən ödənilməsi, aztəminatlı ailələrin müavinətlə,  ərzaq yardımları ilə təmin edilmələri, işləyən əhalinin ödənişli məzuniyyətə çıxarılması və görülmüş digər operativ, ardıcıl vacib tədbirlər bizim ölkəmizi dünyada bu virusla mübarizədə fərqləndirdi. Ölkə başçısı tərəfindən  atılan müdrik addımlar ölkəmizi az itki ilə sürətli yoluxmadan xilas etdi.
Artıq ölkə başçımızın bu sahədəki nümunəvi fəaliyyəti dünya liderləri və Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin xalqımız tərəfindən yüksək dəyərləndirilir. 
Ölkəmizin  bir qrup ziyalı qadınları cənab Prezidentin və Birinci vitse-prezidentin bu çətin karantin günlərində bir dəqiqə belə xalqdan uzaq olmamalarını, əhalimizə göstərdikləri ata, ana qayğılarını, dövlət və xalq arasındakı səmimi birliyi yüksək qiymətləndirərək onlara dərin hörmət, eyni zamanda səmimi minnətdarlıq hissi ilə öz təşəkkür məktublarını ünvanlayıblar.
Cənab Prezidentə və ölkənin Birinci vitse-prezidentinə ünvanlanan təşəkkür məktubunun mətni PDF formatında oxuculara təqdim edilir. 
http://yasamal.cls.az/front/files/libraries/81/documents/940202573.pdf
Təşəkkür məktubu “Vedibasar” qəzetinin bugünkü sayinda da dərc olunub.

Karantin rejimində şairə və yazıçı-publisist Sevinc Ağa Xəlilqızı (Basqallı) tərəfindən kitabxanaya təqdim olunan əfsanə

Bakı şəhər  Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!”  layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına mütəmadi olaraq dəstək olan yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) bu dəfə hər bir övladın qəlbinə toxunan yazdığı “Ana ürəyi, dağ çiçəyi” əfsanəni virtual formada kitabxanaya təqdim etdi.

“Ana” əvəzolunmaz varlıqdır və ananın övladına olan sevgisi tükənməzdir, sonsuzdur. Bu təsvir olunmaz hissi qəlbində yaşayan şairə ana-övlad sevgisi mövzusunda yazdığı əfsanə ilə bir növ ananın övlad qəlbində olan dəyərini də vurğulamışdır. Yazıçı ana ürəyinin dağ zirvəsi kimi əzəmətli olduğunu bütün qəlbi və qələmi ilə əfsanədə qeyd edir.

Əfsanəyə “Ana ürəyi, dağ çiçəyi. Ana haqqı, Tanrı haqqı!” ifadələri ilə giriş verərək Hz. Məhəmməd Peyğəmbərin (ə.s.) analar haqqında dediyi kəlamı qeyd edir.

Əfsanədə Ağalı baba və Nazlı bala adlı qəhrəmanlar var. Nəvəsinə daim nəsihət verən Ağalı babanın sanki paylaşmadığı bir sirri var. Nəvəsi tərəfindən verilən “Baba, heyvanlar da balalarını çox sevir?” sualına cavab olaraq babanın danışdığı hekayə bu sirri açacaqmı? Bəs baba dağa baxarkən seyr etdiyi çiçəyi kimə bənzətdiyi haqqında danışacaqmı?

Qeyd edək ki, təqdim olunan əfsanə şeirlə bitir.

Əziz oxucular, “Ana ürəyi, dağ çiçəyi” adlı əfsanəni aşağıdakı keçidə daxil olaraq ətraflı şəkildə oxuya bilərsiniz.

http://yasamal.cls.az/front/files/libraries/81/documents/956223494.pdf

В рамках проекта «Библиотека говорит НЕТ коронавирусу» продолжается акция «Писатели и поэты в борьбе с коронавирусом»

Как сообщалось ранее, Централизованная библиотечная система Ясамальского района проводит акцию «Писатели и поэты в борьбе с коронавирусом», в которой принимают участие многие писатели и поэты нашей страны.

Участница акции Солмаз Аманова – детская писательница, поэтесса, профессор, действительный член Европейской академии естественных наук (2009г.), Почетный читатель Центральной библиотеки им.М.Ш.Вазеха Ясамальского района.

Солмаз Аманова пишет на русском и азербайджанском языках. Её книги переведены на немецкий, английский, французский языки.

Солмаз Аманова награждена медалью Леонардо да Винчи за книгу «Человек оставляет следы», орденом Чести Европы за книгу «Монастырская аптека» и «Анатомический театр», орденом Роберта Коха за произведение «Чарыки» и книгу «Хурджун», орденом Дружбы за «Приключение Ильми», медалью и дипломом «Братья Гримм-профессор», (2016 год, июнь), а также медалью и дипломом им. Иоганна Вольфганта Гёте и Иоганн Кристоф Фридриха фон Шиллера.

Вниманию читателей представляем стихотворение С.Амановой, посвященное победе людей над коронавирусом.

В акции, проводимой ЦБС Ясамальского района приняли участие и ученики 2 класса Классической Гимназии № 160, которые во время онлайн встречи с Солмаз Амановой под ее руководством написали совместное стихотворение «Солидарны мы в борьбе», которое также представляется сегодня читателям.

.

                                                                   Солмаз Аманова

                     Коронавирус
Руки мою я в перчатках,
Не оставлю отпечатков.
На ногах моих бахиллы,
Как мы все их полюбили!
Рот и нос закрыты маской,
Голова моя под каской.
Я надену комбинезон,
Коронавирус побежден!   

Солидарны мы в борьбе

(стихотворение написано под руководством

 Солмаз Амановой учениками 2 класса

во время онлайн встречи с нею)

Окунулся в горе мир,

Дом всем стал, как монастырь.

Страшен – коронавирус,

Намотай себе на ус:

Лучше дома посидеть,

Чтобы не заболеть.

Книги можно почитать,

Гардероб весь перебрать,

Шкаф убрать, почистить дом,

Поиграть с другом-котом.

Но запомните одно:

Болезнь пройдет стороной,

Если дома посидеть,

Мы не  сможем  заболеть!

TOSAYAD yayın organı “Kümbet” dergisinin Hakem Heyeti üyesi Dos. Dr Alpaslan DEMİR HOCAMIZın yeni kitapı yayında

Kardeş Türkiye Cümhuriyetinin Tokat şehrinde yayınlanan TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisi Hakem Heyeti üyesi, Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) Türkiye Cümhuriyeti üzere temsilcisi Dos. Dr Alpaslan DEMİR HOCAMIZın yeni kitapı yayında.

TOSAYAD yayın organı “Kümbet” dergisinin Hakem Heyeti üyesi Dos. Dr Alpaslan DEMİR HOCAMIZın yeni kitapı yayında

Kardeş Türkiye Cümhuriyetinin Tokat şehrinde yayınlanan TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisi Hakem Heyeti üyesi, Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) Türkiye Cümhuriyeti üzere temsilcisi Dos. Dr Alpaslan DEMİR HOCAMIZın yeni kitapı yayında.

Coşqun XƏLİLOĞLU.”Qulaq ağrısı” (Dodaqqaçdı)

   Neçə il bundan əvvəl qonşumuz Süleyman kişinin xəstəliyi kənd camaatını heyrətləndirmişdi. İş burasındaydı ki, Süleyman kişinin mərəzi hər kəsin düçar ola biləcəyi xəstəliklərdən deyildi.

   Kişi evə-eşiyə sığışmır,  “Vallah, qulağımda saat var, gecə-gündüz tıq-tıq tıqqıldayır” — deyirdi. Arvad-uşaq, qohum-qonşu zənn edirdi ki, kişinin başına hava gəlib.

   Kişi isə əsla başına hava gələnə oxşamırdı. Yeyir, içir, hamı kimi söhbət edir, yalnız qulağındakı saatdan şikayətlənirdi. O, həkimlərə müraciət etdi. Xəstəni bu həkim yoxladı, o həkim  müayinə etdi, heç bir şey başa düşmədilər. Daş atıb başlarını tutdular ki, sən nə danışırsan, qulağına nəsə səs dəyib, heç qulaqda da saat olar?

   Süleyman kişi isə qəti əmin idi ki, qulağının içində saat var. Rayon həkimləri nə bilirlər ki?.. Ona görə qərara gəldi ki, Bakıya getsin. Orada yaxşı həkimlər çoxdur. Əmioğlu Salmanın şəhərdə yaxşı dostları var. Bir yerdə getsələr,  pis olmaz.

   Belə də etdilər.

  • Allah atana rəhmət eləsin! Mən and-aman edirəm ki, qulağımda saat var, məni ələ salırlar. Başına dönüm, məni bu bəladan xilas elə, nə lazımdırsa, verəcəyəm, təki canım rahat olsun, — Süleyman kişi həkimə yalvardı.

   Xəstəni guya müayinə edən həkim köhnə tanışı Salmana göz vurub:

   —Əşi, bu mənim əlimdə çətin iş deyil. Cərrahiyyə əməliyyatına hazırsan? Qorxmursan ki?

  • Əlbəttə, hazıram, nədən qorxacağam ki?

   Cərrahiyyə əməliyyatı uğurla keçdi. Xəstənin qulağından bir mexaniki saat çıxdı. Süleyman kişi bir neçə gündən sonra kəndə qayıtdı.

   Onu yoluxmağa gələnlər saatı görüb bunu möcüzə hesab edirdilər. Süleyman kişi çox  rahat gəzir, hara getsə, Ənvər həkimi tərifləyirdi.

  Bu hadisədən bir neçə il keçmişdi.Bir dəfə Süleyman kişi paydan-parçadan götürüb  Ənvər həkimi görmək üçün Bakıya getdi. Həkim onu gülər üzlə qarşıladı:

  • Hə, necəsən, saat qulağında taqqıldamır ki?
  • Allah səni saxlasın. Ölənəcən sənə duaçıyam.

   Birdən həkim qəh-qəhə ilə güldü:

   — Ay Süleyman, heç qulaqdan da saat çıxar? O vaxt mən sənə narkoz verib qulağında yalandan əməliyyat aparmışdım ki,  inanasan ki, saat qulağından çıxıb. O saat mənim köhnə saatım idi.

   Birdən Süleyman kişi qışqırdı:

   —Necə? Məni aldatmısan?  Aman Allah, yenə qulağımdakı saat başladı işləməyə, tıq-tıq… İndi mən nə edəcəyəm.

N.C.Musayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

This image has an empty alt attribute; its file name is president.jpg

N.C.Musayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2020-ci il.

Mənbə: https://president.az/

A.İ.Əsgərovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.İ.Əsgərovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Akif İzzətulla oğlu Əsgərov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2020-ci il.

Mənbə: https://president.az/

Azərbaycanlı xanım şairə Rahilə DÖVRAN.Seçilmiş şeirlər (I hissə)

Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

PƏRVƏRDİGARA

/”Düşüncələrim” * silsiləsindən/

Hər bir qəbahətdən, suçdan,günahdan,
Hər damla göz yaşı, çəkilən ahdan,
Cavabdeh bizlərik, çıxmasın yaddan,
Köçməmiş qaranlıq, o qorxunc gora-
Bizi islah etsin, Pərvərdigara.

Günahın anlamır, günahkar nadan,
Əl çəkmir haramdan, qandan,qadadan.
Hər imkan veribdir uca Yaradan,
Getməyək dərgaha biz üzü qara-
Bizi islah etsin, Pərvərdigara.

Aldanıb həyatın cah-cəlalına,
Məhəbbət yaranır dünya malına.
Heç kəs güvənməsin zora, puluna,
Var dövlət daşınmır gora, məzara-
Bizi islah etsin, Pərvərdigara.

Insan olan gərək üzü ağ gəzə,
Alın yazısına,qismətə dözə.
Sonunda möhtacıq beş arşın bezə,
Etibar yox Dövran, ətdən divara-
Bizi islah etsin Pərvərdigara…

HAQQIN MİZANI

/”Düşüncələrim” – silsiləsindən/

Dünyamız olubdur fırıldaq, yalan,
Abır, ismət, əxlaq, edilib talan.
Nə varsa yox olub əcdaddan qalan,
Qoruya bilmirik Tanrı yazanı-
Allahım, qurulsun Haqqın mizanı.

Artır bəyaz saçlar ağıllı başda,
Bu hala qəlb nədir, əriyər daş da.
Bəllərdik ərləri, mərdi savaşda,
Kilkilər ram edir nərə, sazanı-
Allahım, qurulsun Haqqın mizanı.

Yalan ayaq açır, hətta yeriyir,
Iblis bic-bic gülür, eyləyir seyir.
Yalançı doğruya şər, böhtan deyir,
Islah etmək üçün yolun azanı-
Allahım, qurulsun Haqqın mizanı.

Zaman mürgüləyir, yuxuya dalib,
Aqillər, adillər kənarda qalıb.
Gülzar bağçalıqda, alaq kök salıb,
Yazımız görməmiş vaxtsız xəzanı-
Allahım, qurulsun Haqqın mızanı.

Nələri görməyib bu qoca Turan,
Bizə kömək olsun müqəddəs Quran.
Əl açıb dərgaha yalvarır Dövran:-
Qoy çəksin suçlular haqlı cəzanı-
Allahın, qurulsun Haqqın mizanı..

Azərbaycanlı xanım şairə Rahilə DÖVRAN.Seçilmiş şeirlər (II hissə)

Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

HAQQIN DƏRGAHI

/”Düşüncələrim” – silsiləsindən/

Hər məzar bir qapı, Haqq dünyasına,
Torpaq qapılara qıfıl, baş daşı.
Buradan keçərlər can bahasına,
O an başa çatar bir ömrün yaşı.

Başlanar əbədi axirət yolu,
Əməli bələdçi olar insana.
Olarlar səssizcə imanın qulu,
Məhşər xofu düşər, burda hər cana.

Haqqdan uzaq düşən bənizlər solar,
Tutqun bulud kimi üzləri gülməz.
Hamı bir geyimdə, bərabər olar,
Kimsə bir kimsəyə hökm edə bilməz.

Sirat üstün açar suçun, günahın,
Tük qədər vəbal da gözdən yayılmaz.
Sözü keçməz bəyin, xaqanın, şahın,
Ruha sahib çıxar ibadət, namaz.

Əməli salihlər hüzur taparlar,
Gəzərlər İrəmdə qumrular kimi.
İmanlı ruhları zöhrətək parlar,
Olarlar ey Dövran, behişt sakini.

ÖMÜR QATARI

“Ömürdən – gündən” – silsiləsindən/

Yol gedir sürətlə ömür qatarı,
Başlanğıc bəllidir, son mənzil məzar.
Mələkmi, ya fələk sürür qatarı?
Kimsədə yox cürət, sala bir nəzər.

Nə çoxdur mənzilə çatmamış enən,
Qatar hər durduqca uğurlayırıq.
Bu günkü rəhmətlik, sağ idi dünən,
Bizsə bu qatarda günlər sayırıq.

Qaranlıq tunellər, qorxunc körpülər,
İnsanın bağrını, ürəyin üzür.
Gah da mənzərələr, xoş görüntülər,
Yolçunun yoluna çiçək, gül düzür.

Tələsir talelər, üzü gümana,
Heç kəs son mənzili, sonun görməyir.
Qəlblər sığınsa da, dinə, imana,
Günahkar alınlar, “əhlədə”dəyir.

Ümiddir çıxaran yola onları,
Sabaha inanır, burda hər yolçu.
Sən demə beş arşın bez imiş varı,
İstər səfil olsun, istər milyonçu.

Əcəldir qatarın təkcə hakimi,
İstər taxtdan salar, istər taxar tac.
Dövran seyr eyləyir, baxır lal kimi,
Alın yazısına, qismətə möhtac.

Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (II hissə)

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Nə vaxtsa bitəcəkdi,
Bir az tez oldu, olsun.
Mən də nəsə öyrəndim,
Mənə dərs oldu, olsun.

Ürəyimi gözümə
Süzən deyiləm daha.
Getmisən, seçim sənin,
Küsən deyiləm daha.

Gözlərinə günəş qoy,
Ürəyini qar saxla.
Məndən aldığın ömrü
Götür yadigar saxla.

Durub güzgüyə baxdım,
Əl gəzdirdim saçıma.
Dedim ki, “innən belə,
Bir də göz yaşı olmaz”
…Bapbalaca ümidlə
Bu boyda xəyal quran
Məndən başqası olmaz.
Sonra səni düşündüm,
Sonra sən deyənləri.
Bir xəfif külək əsdi
Onda könlümdən bəri.
Gördüm ki, sən duyduğun
Mən duyduğun hiss deyil.
Nəfəs bilib sevdiyin
Əslində həvəs idi,
Mənimki həvəs deyil.
Axşam düşdü pəncərəmə
Gec oldu, gecə oldu.
Ürəyim də qısaldı,
Elə sənin adın kimi
İkicə heca oldu.
Nə sən, nə mən,
Nə ikimiz…
Bu eşq
Heç-heçə oldu.

Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (I hissə)

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Gecə saat on iki

Axşam çağı küçələr
Tərk edilmək üçündü.
Üşüyən oturacaqlar
Əyninə xəzan geyir.
Göy üzündə yarım ay
Yarim gecə lampası.
Küləklər yelləncəkdə…
Aya, ulduza dəyir.
Ayrılığın bir ucu
Bu sarı qıza dəyir.
Sən də getdin, əzizim,
Eh! Elə onlar kimi.
Elə küçə kimiyəm,
Yıxılan yollar kimi.
Əllərim çətir olmur,
Yanağımı su aparır.
Indi sənin xəyalını
O aparır, bu aparır.

Gözlərimdə buludlaşan damcılar
Ürəyimin havasını qaraldır.
Küçələri boşaldıblar evlərə…
Tanrı, sənin yerin göydü, uzaq dur.

Günəş batır, külək əsir, yağışdı,
Pəncərəmə dəyib düşür hava da.
Ha deyirəm gözlərini yığışdır,
Ürəyim heç söz götürmür davada.

Sən də belə gedər oldun, eybi yox,
Alışaram eh, nə böyük dərddi ki,
Tanrı göydən zilləmişdi gözünü,
Bu ayrılıq açıq cinayətdi ki.

Yağmur ƏSMƏRSOY.”Üstündən illər belə keçsə”

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

Üstündən illər belə keçsə,
Bu günkü kimi xatırlayıram.
O gün park da uşaqların çığır bağırları,
Canımda ki, ağrıları
Unutdum bir an.
Ötənlərə nə alış
Nə yan…
Zaman keçər
O gördüyün uşaqlar,
Baxarsan böyüyüb

Həyat biraz biraz, böyüdər səni,
Hər addım başında min yıxılarsan.
Gecələr saatın üçündə bir də,
Namaza, durarsan yenə durarsan.

Hələ uşaqların gizlən qaçları,
Bənövşə, kim düşə o, qaç bu tutsun.
Çığır bağırları, inciklikləri,
Böyüklər bir anlıq baxsın unutsun.

O, an saat saat zaman tez keçər,
Həyat sıxar səni istəməsən də.
Elə uşaqlaşar, şıltaqlaşarsan,
Bir ağız analar can can deyən də.

23.04.2020

Yağmur ƏSMƏRSOY.”İtirəm göylərin maviliyin də”

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

İtirəm göylərin maviliyin də,
Qarışıram buludlara.
Yağışa dönürəm
Göz yaşlarımı yerlərə tökdüm.
Biraz da yağışdan sonra günəş tək
Doğuluram yer üzünə
Hər şeyi unutmuş kimi,
Bir gül tək qalıram
Kitabların arasın da
Qurumuş kimi
Zaman-zaman,
Unuduluram.
İtirəm beləcə
Göylərin maviliyində,
Nə gələ bilirəm
Nə də mənə əlin çatır,
Kimi dərdlərini başından atır.
Kimi öz dərdlərinə bağlı qalır
Göylərin maviliyində yox oldum,
Gecələr ulduz ulduz.
Göy üzündə çox oldum…

28.04.2020

Ustadım Dərvişim Yunus ƏMRƏ.”Salam olsun!”

Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua
Qılanlara salam olsun!

Əcəl bükə belimizi
Söylətməyə dilimizi
Xəstə ikən halımızı
Soranlara salam olsun!

Tənim ortaya açıla,
Yaxasız köynək biçilə,
Bizi asan vəch ilə
Yuyanlara salam olsun!

Kimsə durmaz qəsdimizə,
Gedər olduq dostumuza,
Namaz üçün üstümüzə
Duranlara salam olsun!

Bu qaydadı, gələn gedər
Əcəl ki var bizi güdər.
Bizim halımızdan xəbər
Soranlara salam olsun!

Dərviş Yunus söylər sözü,
Yaş doludur iki gözü
Bilməyən nə bilsin bizi?!
Bilənlərə salam olsun!

Şair-ədəbiyyatşünas Vüqar ƏHMƏD.Seyyid Əzim Şirvani haqqında

Məşhurluq başqa, hünər başqa Bir dəfə 7 şairin şeirləşdiyi məclisdə Seyyid Əzim Şirvani də iştirak edirmiş. Əbdülxaliq Cənnətinin hamıya üstün gəldiyini görən Seyyid Əzim demişdir: -Təəccüb edirəm ki, bunlar hamısı məşhur ikən, siz nə üçün belə kəmnam qalmısınız? Əbdülxaliq Cənnəti bu suala velə cavab vermişdir: -Kiminin məşhurəti olur, kiminin hünəri! O zamandan 150 ilə yaxın vaxt keçib. Amma bu gün də Azərbaycan poeziyası eyni ağrını yaşayır.

Şair-publisist Hikmət MƏLİKZADƏ.Yeni şeirlər (II hissə)

This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg

Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü

***

…Uşaq çağlarım acı xatirələrlə doludu.
Yaxşı xatırlayıram,
Hər gün damımızın üstündə
iki alabəzək sərçə ağız-ağıza durub
aclıq nəğməsi oxuyurdu sanki.
Nənəm də nağılını qurtaran kimi deyirdi ki,
indi göydən üç alma düşəcək.
Mən də, kölgəmlə göz-gözə dayanıb
Buludları güdürdüm alma düşəcək deyə.
…Böyüdüm havanı güdə-güdə.
Əvvəl atam düşdü ömür tağından,
Sonra anam vida etdi taleyə, Tanrıya və bizə.
Göydən alma düşmədi.
…Qəribəydi, kəndimizin qəbiristanlıqla qonşu evləri
nədənsə köhnə qəbirlər kimiydi;
Orda da səssizlikdi, burda da.
Amma o qəbirlərin üstünə alma düşürdü tez-tez.
O zaman mən, gah o almalara,
gah da o qəbirlərin üstünü saran havaya baxır,
nənəmin yalanlarına mat qalırdım açıq-aşkar.
Kim bilir, bəlkə də nənələrin o alma dedikləri
Atalardı, analardı… –
ömür adlı nağılları bitdikcə düşürdülər…
…Ey, xınalı qız!
Bahalı başdaşından boylanan acı xatirə!
Sən də inandırıcı yalan kimiydin,
Az oxlamadın sinəmi.
Yadımdadır, ilk məktəbə getdiyim gün
Anamın çitdən tikdiyi çantanı gülüş hədəfi etmişdin.
Sonra da rəfiqələrini başına yığıb
halıma acımışdın guya.
O gün anam, yazıq anam ağladığımı duyub
məndən çox ağlamışdı için-için,
dişləriini taleyə necə qıcamışdısa,
Həyat atamın alnının qırışlarını çoxaltmışdı.
…Sən ölən gün ağ çitə bükdülər arıq cəsədini.
Mən gülmədim. Ağlamadım da. Acıdım sadəcə.
Görən bildinmi, hər gün
baxışlarını üzümə dirədikcə qış günəşitək,
yaz qayğıları başlayırdı içimin?!

***

Sən, Həzrəti İsanın
əllərində çırpınan küt mismarla
edam kötüyünə
çılpaq qadın şəkli çəkəndə,
bilməliydin, bir gün cəllad da səni
çılpaq hala salıb doğrayacaq…
O gün ac itlər sümüklərini
boğuşa-boğuşa gəmirəcək.
Ürkək bir qadın da
itlərdən qorxa-qorxa
günahına acıyacaq acı-acı.
Sonra da halsız vücudunu
təkliyin uzaq vadilərində basdırıb
başdaşına çılpaq qadın şəkli çəkdirəcək
Allahdan utana-utana.
Hər yaz qəbrinin üstündə
günah ətirli güllər bitəcək,
Onda bir qızın içində
eşq adlı qorxu itəcək…
Və beləcə, hicran lal baxışlardakı
təlatümü iştahla yeyəcək.
Bir qoca da südəmər nəvəsinə
sıxıla-sıxıla günah haqda nağıl deyəcək.

Şair-publisist Hikmət MƏLİKZADƏ.Yeni şeirlər (I hissə)

This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg

Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü

***

Min ildi his tutub bacam,
Ortağım şeytandı, acam.
Sabah edam olunacam,
…Vermədilər aman, ana,
Çox tez keçir zaman, ana.

Günahımız kalan oldu…
Cəhənnəmdə talan oldu.
Axır, dünən yalan oldu
Ürəyimə daman, ana,
Çox tez keçir zaman, ana.

Qəmdən xalı toxuyuram,
Keçmişimə çox uyuram.
Mən bayatı oxuyuram,
Ağı deyir kaman, ana,
Çox tez keçir zaman, ana.

Taxtdan düşdü tac, vaxtında,
İşim çıxdı hac vaxtında…
Əzrayılın ac vaxtında
Yuxum gəlir yaman, ana,
Çox tez keçir zaman, ana.

***

Bir mağmınam, xatam da yox,
Ölüm adlı “fatam” da yox…
Sən də yoxsan, atam da yox,
İndi, gedim hayana mən?
Qocalıram, ay ana, mən…

Günah yedi hamı, qırdım,
Səhər oldu, şamı qırdım.
Meydən bezib camı qırdım,
Gör, neynədim, vay, ana mən,
Qocalıram, ay ana, mən…

Əzrayıla qol açıram,
Baxışında zol açıram…
Çətin gündə yol açıram
Məni adam sayana mən,
Qocalıram, ay ana, mən…

Qınadılar bu xamı da…
İtlər yedi yuxamı da.
Atdım qara çuxamı da,
Ağ kölgəyəm day, ana mən,
Qocalıram, ay ana, mən…

Əziz MUSA.Yeni şeirlər (II hissə)

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

MƏLƏKDİ, MƏLƏK

Ağappaq qar kimidi,
Baxırsan göz qamaşır.
Gözəldi canı yanmış,
Yerə, göyə yaraşır,
Mələkdi, mələk, vallah,
Şükür sənə, ay Allah.

Bəstəboy, incə, zərif,
Bir xallı kəpənəkdi,
Lalə yanaq, ağ sinə,
Gör necədə qəşəngdi,
Mələkdi, mələk, vallah ,
Şükür sənə ay Allah.

Təzə açmış çiçəkdi,
Sanki bahardı, yazdı,
Ona gül, çiçək demək,
Günəş, Ay demək azdı,
Mələkdi, mələk, vallah,
Şükür sənə, ay Allah.

Baxışları odludu,
Bir nurdu,bir işıqdı,
Tanrının sevimlisi,
Dünyaya yaraşıqdı.,
Mələkdi, mələk, vallah,
Şükür sənə, ay Allah.

ÖMRÜMƏ QAYIT.

Sinəmdə sızlayır küskün duyğular,
Dumana bürünüb gülən gözlərim,
Qaçıb gözlərimdən şirin yuxular,
Bir ahdı, nalədi, indi sözlərim,

Nələr çəkdiyimi bilirsən özün,
Yanan ürəyimlə oyun oynama.
Vallah çox gözəlsən, yoxdu əvəzin,
Həsrətindən ölsəm , məni qınama.

Dərdimi, qəmimi yaza bilmirəm,
Söndürmə könlümün od, ocağını.
Sənsiz yuxuları yoza bilmirəm,
Aç mənim eşqimə sən qucağını,

Ürəyim üşünür adın gələndə,
Darıxan ruhumu nə olar ovut,
Dünya mənim olur, gözün güləndə,
Qayıt, ömrüm, günüm, ömrümə qayıt,

Sənsən dərdlərimin dava, dərmanı,
Həsrət ayırmasın heç zaman bizi.
Mən qurban demişəm sənə bu canı,
Gəl dərdin əlindən qutar Əzizi.

Əziz MUSA.Yeni şeirlər (I hissə)

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

OLMASIN.

Bidiyini əldən verən deyilsən,
Ahım çatıb göyün yeddi qatına,
Nə yaxşı ki, sən yuxuma gəlirsən,
Neçə-neçə söz qoşuram adına,

Əriyirəm bir şam kimi gər zaman,
Gözlərimdən yağı axıb tökülür,
Boylanırsan ulduz kimiı uzaqdan,
Könül evim kərpic-kərpic sökülür.

Canım, gözüm, mələklərin şahısan,
Ağlar ruhum yaxın gəlmir canıma,
İndi mənim bayatımsan, ahımsan,
Dərd hopubdu ciyərimə, qanıma.

Ulu eşqə and içirəm hər zaman,
Tay getmirəm nə ocağa, nə pirə,
Olma gülüm ev uçuran, qəlb qıran,
Bir ümid ver , gələn nurlu səhərə.

Tay şeirə sığmır bizim eşqimiz,
Tut əlimdən yazaq sevgi dastanı.
Qoy olmasın bir dərdimiz, qəmimiz,
Xoşbəxt eylə şair Əziz Musanı.

ÖPÜM GÖZLƏRİNDƏN

Söndürmə ruhumu eşq əzabıyla,
Dünya nə gözəldi səninlə gülüm.
Sevgi bir sınaqdı, haqq-hesabıyla,
Ağlayır sızlayır hələ də dilim.

Hələ gözlərimdən qan yaş fısqırır,
Üfür bu ocağı qoyma sönməyə,
Məni tənha görüb dərdim qışqırır,
Taqətim qalmayıb daha dinməyə,

Sənsiz çəkilibdi göylərin nuru,
Gecələr göz yaşım axır balınca.
Sevmir eşq səbiri, sevgi qüruru,
Səni sevəcəyəm ömrüm boyunca.

Ürəyim yarpaq tək titrəyir əsir,
Bayıldım hüsnünü görəndə sənin,
Ruhum gözlərində olubdu əsir,
Mənim həyatımdı isti nəfəsin,

Qoyma keyf eyləsin zülmət , qaranlıq,
Ol günəşim, ayım, ay nazlı mələk,
Mən sənsiz ölərəm, düşün bir anlıq,
Gəl öpüm gözündən, sevinsin ürək.