Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: azerbaycanedebiyyati@gmail.com, edebiyyat-az.com@mail.ru Əlaqə saxlamaq üçün 051 785 44 33; 051 795 44 33. Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Sevinc Ağa Xəlilqızı
(Basqallı) Ulu öndərə həsr etdiyi “Ucadan-ucasan, ey bəşər oğlu!” şeirini oxuculara
təqdim etdi
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri
oxucusu, yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) Ulu öndərə həsr
etdiyi yeni şeirini oxuculara təqdim etdi.
Müəllifin bütün həyatını doğma xalqına həsr edən, milli
dövlətçiliyin əsasını qoyan dahi lider
Heydər Əliyevə həsr etdiyi “Ucadan-ucasan, ey bəşər oğlu!” adlanan bu şeiri fenomen insana olan sevginin bariz
nümunəsidir. Şairə şeirində hər zaman oz
xalqının qəlbində yaşayaraq əbədi yer tutmuş bu müdrik insanla qürür duyduğunu
vurğulayır və Azərbaycan xalqının onunla fəxr etdiyini söyləyir.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri
oxucusu, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, şairə-publisist, AYB-nin və AJB-nin üzvü, “Qızıl Qələm” media
mükafatçısı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatı
laureatı, “Vedibasar” qəzetinin redaktoru Nəsibə İsrafilqızının qələmə aldığı “Azərbaycanım”
şeiri videoçarx formasında izləyicilərə təqdim olunur.
Azərbaycanın
müxtəlif zonalarına aid rəngarəng fotolar sistemli formada toplanaraq videoçarx şəklində hazırlanmış və
videoçarx Nəsibə İsrafilqızının şeirinin Müşfiqə Baladdinqızının ifasında səslənir.
Azərbaycan ruhunu özündə əks etdirən videoçarx
aşağıdakı linkdə verilib.
Bu gün Azərbaycan xalqının ümummilli lideri, ulu öndər
Həydər Əliyevin anadan olmasının 97-ci il dönümüdür. Ümummilli liderimizin ölməz ideyaları Azərbaycanın
inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata
keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və
uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki
inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi ulu öndər Həydər
Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş ədəbi-bədii
kompozisiya hazırlayıb. Kompozisiya videoçarxda əks olunub.
Kompozisiyada tanınmış sənət ustalarının və mədəniyyət xadımlərinin ifasında Ulu öndərə həsr edilmiş şeirlərdən
parçalar səsləndirilib.
Şeirlərdən parçalar Azərbaycanın
görkəmli teatr və kino aktyoru, xalq artisti Nurəddin Mehdixanlı, xalq artisti Məleykə Əsədova, əməkdar artist Fuad İbrahimov, görkəmli tarzən, xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi,
şair Baba Vəziroğlu, əməkdar
artist Turan Manafzadə, xanəndə, muğam ifaçısı, xalq artisti Mələkxanım Əyyubova, xanəndə, xalq artisti Mənsum İbrahimov, əməkdar
artist Azad Şükürün ifasinda səsləndirilib.
Heydər Əliyev 1941–1944-cü illərdəNaxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,[11]1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[12] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildəAzərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.[12][13] H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.[14]
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[15] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[16] 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.[17]
Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.[22]
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[10]
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.[23] Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.[24]
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[25]
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr[26] və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin[27] qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.[28]
1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.[28]
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[29]
Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.[30] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.[31][32]
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.[33]
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına mükafat — 2003[79]
ABŞ-ın Linkoln Universitetinin fəxri doktoru — 2003[80]
Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru — 2003[81]
Avropa Güləş Federasiyasının “Qızıl boyunbağı” fərqlənmə nişanı — 2002[82]
Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalı — 2002[52]
Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə!!!
Sən zülmət gecələrin bir ümid çırağısan, Sən elin ağsaqqalı, sən yurdun dayağısan, Sən hürriyyət sədası, azadlıq sorağısan, Hər qarışda izin var, bu izi silmək çətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Vətənin hər daşını sevginlə naxışladın, Bu yurda kəc baxanın yolunu yoxuşladın, Sən qalan ömrünü də xalqına bağışladın, Əbədiyyət rəmzi var kökündə bu ülfətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Əshabi-kəhf timsallı neçə pirlər burada, Hər qayanda qorunur neçə sirlər burada, Sənə yön çevirdilər “91-lər” burada, Bir daha bəlli oldu xalqına sədaqətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Sən haqqa arxa durdun, əsarətə yox dedin, Acın dərdini bilməz heç bir zaman tox, dedin, Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin, Aydınlıq nuru qonsun üzünə məmləkətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Bu dövlətin qırılmaz təməlində yaşarsan, Ən müqəddəs, ən ülvi əməlində yaşarsan, Vətən sevdalıları cəm elində – yaşarsan, Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin, Yüksəliş müjdəlidi hər açılan səhərin, Daha yolu rəvandı aşılmaz zirvələrin, Bütün dünya çevirib yurduma öz diqqətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Ən böyük əmanətin İlham Əliyev bizə, Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə. Onunçün o, qatır ki, gecəsini gündüzə, Heç zaman laxlamasın özülü bu qüdrətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi, Bütün cahan bir ola boğa bilməz bu səsi, Hələ qarşımızdadır Qarabağ təntənəsi, Ürəyində gömərik düşmənin bəd niyyətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.
And içirik günəşin sübh doğan çağına, And içirik qan ilə boyanan torpağina, And içirik üçrəngli müqəddəs bayqağına, Kokünü kəsəcəyik hər zülmün, hər zillətin, Sən ulu öndərisən bu xalqın, bu millətin.