Month: Mart 2024

  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

    Hörmətli həmvətənlər!

    Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar
    əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

    Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.

    Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

    Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.

    Qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi‑bərəkət və firavanlıq gətirməsini diləyirəm.

    Bayramınız mübarək olsun!

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 18 mart 2024-cü il

    Mənbə: https://president.az/

  • 21 Mart-Novruz bayramıdı!

    Novruz bayramı (Tərcümə: Yeni Gün bayramıBahar bayramıfars. نوروز (Novruz), özb. Navruztürkm. Nowruzqaz. Naurızqırğ. Nooruztürk. Nevruzkrımtat. Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram.

    Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq AzərbaycanİranƏfqanıstanTacikistanÖzbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

    2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.SSRİ-nin poçt markası. Azərbaycanda Novruz

    Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.

    Nizamül Mülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

    Novruz bayramında müxtəlif oyunlar keçirilir.Bunlara atırma.halay,bənövşə,cıdır-ənzəli,Kosa-kosa və bu kimi oyunlar aid edilir.

    Çərşənbələr[redaktə | mənbəni redaktə et]

    Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – suodtorpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni suodtorpaq və yelə bağlıdır insan.

    • Birinci su çərşənbəsi adlanır. Bahara doğru buzlar əriyir, çayların donu açılır,torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır.Torpaq yavaş-yavaş islanmağa başlayır.Adət olaraqsa qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
    • İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
    • Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
    • Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar.
    • Novruz bayramında xüsusi şirniyyatlarla bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar bunlardır, qoğalşəkərbura, badamburan, paxlava. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir.
    • Kosa və Keçəl Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı ifade edir.

    Adətləri[redaktə | mənbəni redaktə et]

    Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:

    1. Torba atmaq. Sonralar torba, xurcun papaqla əvəz olunub. Ancaq Azərbaycanda namus, qeyrət rəmzi olan papağın qapılara pay üçün atılmağı birmənalı qarşılanmır və tənqid edilir. Qapıya atılan torbanı boş qaytarmazlar.
    2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
    3. Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”.
    4. Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
    5. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
    6. Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
    7. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
    8. Yaşlıları ziyarət etmək. Yaşlı və xəstə insanları ziyarət olunar, bayramları təbrik edilir.
    9. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
    10. Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
    11. Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
    12. Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür

    Dünya xalqlarının bayramı kimi[redaktə | mənbəni redaktə et]

    Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.

    Novruz Azərbaycanla yanaşı İrandaTürkmənistandaTacikistandaÖzbəkistandaPakistandaQazaxıstandaQırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.Adətə görə süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur

    Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-AncelesTorontoLondonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.

    Azərbaycanda[redaktə | mənbəni redaktə et]

     Əsas məqalə: Novruz bayramı Azərbaycanda

    Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.Edit

  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü

    İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919İkinci ŞıxlıGəncə quberniyası – 26 iyul 1995Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

    İsmayıl Şıxlı

    İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.

    İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali QafqazKrım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

    Ədəbi yaradıcılığıRedaktə

    İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

    İctimai-siyasi fəaliyyətiRedaktə

    İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.

    26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir[2].

    Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].

    VəfatıRedaktə

    1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü

    Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909İkinci ŞıxlıQazax qəzası – 10 mart 1965[1]Bakı[1]) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-cı ildən Sov.İKP üzvü.

    Mündəricat

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olmuşdur. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və “Ürək”povestlərini yazmışdır.

    1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”,[2] “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi.O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950).Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur.Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi (“Bizdə futurizm cərəyanı”) 1926 ildə, ilk hekayəsi (“Qoyun qırxımı”) isə 1927 ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır.Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942–49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mü¬hüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957–59) və ölməz “Yeraltı çaylar dənizə axır” (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İ.Əfəndiyevlə birgə), “Şamil” (1940–41) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri “Bir ay və bir gün” (1963), gündəlikləri var. “Şair” (1939), “Fətəli xan” (1947, Ə.Məmmədxanlı ilə birgə), “Səhər” (1958), “Qara daşlar” (1958) kino ssenarilərinin müəllifidir.Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. /* Həyatı */

    Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.

    Əsərləri[redaktə | mənbəni redaktə et]

    Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

    Mehdi Huseyn.jpg

    İstinadlar[redaktə | mənbəni redaktə et]

    1. ↑ Jump up to:1 2 3 4 Гусейн Мехти // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. МоскваСоветская энциклопедия, 1969.
    2.  “Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi”. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.

    Mənbə[redaktə | mənbəni redaktə et]

    • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
    • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü

    Səməd Vurğun (doğum adı) Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906Yuxarı SalahlıQazax qəzası – 27 may 1956Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (19411948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.

    Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.

    1918-ci ildə görkəmli ədəbiyyatşünas və Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902–1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.

    Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924QazaxQuba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920–1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.

    Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, VaqifVidadiZakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq FikrətNamiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.

    1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı (Bıjı, yəni, bacı) Vəkilova qayğı göstərir.

    Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

    Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri “Vurğun” təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.

    1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır.

    1930–1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin “Könül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.

    Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş verir. Belə ki, o, Abdulla Şaiqin həyat yoldaşının bacısı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurur.

    1936–1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin “Yevgeni Onegin” mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin “A.S.Puşkin medalı” təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin “Pələng dərisi geymiş pəhvəlan” əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonunİlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.

    1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – “Vaqif”i yazır. “Vaqif” dramını 3–4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. “Vaqif” dramına görə Səməd Vurğun 1941-ci ildə “Stalin mükafatı”na layiq görülmüşdür.

    1937–1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə “onun məsələsinə” baxılmış, böyük şair “ölüm və ya ölüm” dilemması qarşısında qalmalı olmuşdur. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.

    Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun “Leyli və Məcnun” poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan “Xanlar”ı yazmışdır. Həmin il onun “Azad ilham” kitabı nəşr edilir.

    1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə “Stalin mükafatı”na layiq görülür.

    Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən “Bakının dastanı” poemasını yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı “Ukrayna partizanlarına” şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.

    1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun KrımMozdokQroznıNovorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.

    1945-ci ildə yazdığı fəlsəfi dram olan “İnsan”da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Şairin bu əsərdə yaratdığı “Qardaşlıq şəhəri”ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır.

    Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilir. İlk gündən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə nitqində S.Vurğunun akademik fəaliyyətinə toxunmuşdur: “Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.”[1]

    Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun “Vaqif” dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Ağa Məhəmməd şah Qacarın obrazında Adolf Hitlerə məxsus cizgilər vermişdi.

    1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra “Zəncinin arzuları” poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur “Avropa xatirələri” adı ilə çap etdirmişdir.

    1951-ci ildə şair “Bolqar-sovet dostluğu cəmiyyəti”nin xəttilə Bolqarıstanda olmuşdur.

    Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca “Muğan” (1948), “Aygün” (1950–1951) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə almışdır.

    Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.

    Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. “Aygün” poeması tənqid edilir, şairin Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.

    1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmədov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.[2]

    O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.

    1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda “Sovet poeziyası haqqında” məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.

    Ölümü[redaktə | mənbəni redaktə et]

    1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.

    1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.

    Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

  • Xəyalə SEVİLİ doğum günü münasibətilə təbrik edirik! (18 Mart)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə Sevili doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Xəyalə SEVİL.”…Sonra gördüm, hər şey bəsit”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    …Sonra gördüm, hər şey bəsit,
    Bu dünyada hər şey adi.
    Sonra gördüm, sevmək elə
    Yaşamağa bəhanədi.
    Hər gün göyün üzünə
    Pıçıldadım adını ki,
    Allah qəbul eyləsin.
    Həmişə yarım qalanım,
    Nə yoxumdun, nə bəsim.
    Bu içim, bu çölüm,- dedim,
    Ürəyinə yatırsa,
    Sev, sevə bildikcə məni,
    Nəyə gücün çatırsa…
    Ayrılıq ən orta həddi,
    Nə ölümdü, nə yaşam.
    Qəfil yadıma düşdün,
    Boylandım ürəyimə,
    Gördüm, bağışlamışam.

  • Xəyalə SEVİL.”Məni də həvəsdən salırlar hərdən”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Məni də həvəsdən salırlar hərdən,
    Özümü yetərsiz hiss eləyirəm.
    Elə oxuyurlar, tələsik, üzdən,
    Bilmirlər heç nədən bəhs eləyirəm.

    Necəydi? Nə oldu? Bu arallıqda
    Nələrdən keçmişəm, nəyim qalıbdı?
    Hər şeyi dəyişə bilmişəm bəlkə,
    Dəyişməyən bir ürəyim qalıbdı.

    Susub gizlənmişəm dilimin altda,
    Başıma vurmuşam neçə qaxıncı…
    Ağrının ən uca zirvələrinə
    Tək sənin adını ürəyim sancır.

  • Xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş “Onun ölməyən dünyası” adlı tədbir keçiriləcək

    Hörmətli ədəbiyyatsevərlər!

    Bildiyiniz kimi, martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 105 illik yubileyidir. Bu münasibətlə 18 mart 2024-cü il tarixində saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Ədəbiyyat Fondu olaraq Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin dəstəyi ilə “Onun ölməyən dünyası” adlı tədbir keçiriləcək.

    Ruhu şad olsun böyük yazıçı və alovlu vətənpərvər, böyük AZƏRBAYCANLI İsmayıl ŞIXLININ!

  • Famil ŞİRALİYEV.”Olmadın”

    Sevgidən danışdım, eşqdən danışdım,
    Bir dəfə dodağım, dilim olmadın,
    Batdı tikanların barmaqlarıma,
    Su verdim, böyüyüb gülüm olmadın…

    Bəli, günahkaram, sevmişdim səni,
    Qürurun sevgimdən böyükmüş yəni,
    Saldın vətənimdən didərgin məni,
    Nə obam, nə də ki elim olmadın…

    Bütün dərdlərinə şərik, tən oldum,
    Qar yağan dağına gələn çən oldum,
    Məhəbbət odunda yanan mən oldum,
    Sən mənim bir zərrəm, külüm olmadın…

    Bilirəm, gecələr sən də yatmadın,
    Lap deyək, sevgimi ucuz satmadın,
    Nə mənim ömrümə ömür qatmadın,
    Nə də qəfil gələn ölüm olmadın…

  • Şair Səxavət Ənvəroğlunun “Xatirələr qocalmır” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair Səxavət Ənvəroğlunun “Xatirələr qocalmır” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

    Kitabın redaktoru və ön sözün müəllifi Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü Anar Məmmədovdur.

    Kitab müəllifin oxucularıyla sayca yeddinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Avroviziya 2024” müsabiqəsində Azərbaycan hansı mahnı ilə təmsil olunacaq?

    “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı martın 15-i Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi yutub kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.

    Bu barədə AZƏRTAC-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Öncə bildirildiyi kimi, mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir. Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree – Fəxri İsmayılov özüdür. Qeyd olunan vaxtda ictimaiyyətə ilk dəfə açıqlanacaq mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər – Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles da işləyib.

    Qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edəcək. Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.

    Mənbə: https://azertag.az/

  • Avstriya Milli Kitabxanasında Novruz şənliyi keçirilib VİDEO

    Avstriyada geniş oxucu kütləsinə malik və əsasən diplomatik korpusun fəaliyyətindən bəhs edən “Society“ dərgisinin təşkilatçılığı ilə ölkənin Milli Kitabxanasında Novruz bayramı münasibətilə tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, bayram şənliyinə Novruzun milli bayram kimi qeyd olunduğu ölkələrin nümayəndələri qatılıblar. Bayram tədbirində ölkəmizi Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, yerli media, Şərq mədəniyyəti və musiqisinə maraq göstərən insanlar iştirak ediblər.

    Bayram şənliyində ondan çox ölkənin hər biri ayrıca guşədə Novruzla bağlı adət-ənənə, kitab və broşürlər, suvenir və şirniyyatlar təqdim ediblər. Azərbaycan guşəsində xalqımızın əziz bayramı Novruz barədə materiallarla yanaşı, Azərbaycana səyahət üçün məlumatlandırıcı kitabçalar, eləcə də mədəniyyətimiz, tariximiz, mətbəximiz, musiqi və adət-ənənələrimiz barədə materiallar təqdim olunub. Xüsusi ekranda isə Azərbaycana həsr edilmiş videoçarxlar nümayiş olunub.

    Kulinariya bölməsində isə ölkələr öz milli mətbəxlərini təqdim ediblər. Burada da tədbir iştirakçıları Azərbaycanın milli təamlarına qonaq ediliblər.

    Tədbirin bədii hissəsində Azərbaycan, Qazaxıstan, İraq, İran və Əfqanıstan musiqiçiləri səhnəyə çıxıblar. Görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu Novruz bayramı münasibətilə xüsusi proqramla çıxış edib. Azərbaycan ifaçılarının təqdimatı böyük marağa və sürəkli alqışlara səbəb olub və tədbirin aparıcısı proqramdankənar əlavə mahnıların ifasını xahiş edib.

    Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri milli rəqslərimizlə proqramı davam etdiriblər.

    Elgün Niftəli

    AZƏRTAC-ın xüsusi müxbiri

    Vyana 

    Mənbə: https://azertag.az/

  • Gülnar SƏMA.”Ulucay Akifin “Pul axtaranlar”ı”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Ulucay Akifin “Pul axtaranlar” hekayəsi Təhkiyənin obrazlaşdırıldığı bir hekayədir. Əsər müəllifin təhkiyəsi ilə başlayır və elə də bitir. İlk baxışdan əsərin əsas qəhrəmanı kimi görünən qardaşlar da təhkiyənin kölgəsində qalırlar. Hekayə sonluğun nəticəsi ilə başlayır. 15 il görüşməyən dostların aqibəti ilk sətirlərdən ip ucu verir. Bu işdə də əsas güc təhkiyənin üzərinə düşür: “Hal-əhval tutandan sonra İbişin haralarda olduğunu, neylədiyini soruşdum. Ceyhunun üzündəki təbəssüm sındı”. Əsər boyu baş verəcək hadisələrin gedişatını da bu sınmış təbəssümdən anlamaq olur. Təhkiyənin təqdimatına əsasən hekayədə əsas obrazlar İbiş (İbrahim) və Ceyhun qardaşlarıdır. Məhəllənin ən qəribə uşaqları olan bu qardaşların aralarında iki-üç yaş fərq olduğu da vurğulanır. Böyük qardaş olan Ceyhunun xasiyyətinin görünüşünə uyğun gəlmədiyini, İbrahimin isə üzündən hiyləgər təbəssümün heç vaxt əskik olmadığını müəllif nitqindən bilirik. Ataları “alkaş Vaqif” kimi təqdim olunan bu qardaşların anaları haqqında heç nə bilmədiklərini də təhkiyədən anlayırıq. Ceyhunun təqdimatında futbol oyunu epizodu ilə onun solaxay olduğu da üzə çıxır. Ona sol ayağı ilə vurduğu zərbələrə görə Karlos adının verilməsi də ifadə olunub. Müəllifin öz dostu kimi təqdim etdiyi bu obrazların prototipinin olub-olmaması barədə kəskin fikir söyləmək çətindir. Lakin əsərdə hər şey gerçəkliyə istinadən əksini tapır. Hekayədəki hadisələrin baş verdiyi məkan da realdır. Hadisələr Azərbaycanın paytaxtı Bakıda cərəyan edir, hətta daha konkret Bayılda – “20-ci sahə”də. Müəllif məkanın bütün müasir gerçəkliklərinin təfərrüatını yazıya alır, keçmişindən də epizodlar təqdim edir. Bu təfərrüatlar hardasa nostalgiya yaratsa da, sürətli şəkildə dəyişən və dəyişdikcə daha çox cazibədarlığını nümayiş etdirən dünyamızda heyrətamizliyini qoruya bilmir. Gələcək insan (oxucu) üçün nə dərəcədə maraqlı olacağını da deyə bilmərik. Çünki onun əlində olacaq telefonla nəinki XX əsrin, lap eradan əvvəl XX əsrdə yaşmış insanların da güzəranına səyahət ediləcəyini düşünürəm. Bunlar fərziyyə olsa da, hər halda, içində yaşdığımız müasir texnologiyalar belə düşünməyi diqtə edir. Yəqin ki, gələcək insanlar üçün Əhəd əminin “Bərəkət” adlı dükanı da maraqlı olmayacaq. Bu dükanın tarixçəsi isə bizə təhkiyənin verdiyi informasiyadan bəlli olur. Müəllifin uşaqlıq xatirələri həmin dükan və sahibinin obrazı ilə təqdim olunur. Təsvir olunan uşaqlıq xatirələri ilə bütün uşaqların pullarını nəyə xərclədiyi üzə çıxır. Qardaşlara gəldikdə isə “Tapdıqları pulu nəyə xərclədiklərini bilmirdik”.

    Hər halda, əsərdə nələr necədirsə, ona münasibət bildirmək önəmlidir. Müəllifin əminliklə söylədiklərinə görə “İbişlə Ceyhun hər gün pul axtarmağa çıxırdılar”. Hər gün zaman məfhumu olaraq çox da mübaliğəli görünməsə də, eyni işin təkrarlanması baxımından şişirdilmiş təsiri bağışlaya bilər. HƏR GÜN pul axtarmağa gedən “İbiş tez-tez dağa qalxırdı”. Bu cümədəki tez-tez sözü ağlabatandır. Əslində müəllif bu cümlə ilə hadisələrə düyün vurur. Düzdür, ilk baxışdan adama elə gəlir ki, İbişin oraya niyə çıxdığının təfərrüatları söylənilir, lakin həmin “söyüşlərə” gələn reaksiyalardan əsərin sonluğu arasında məntiq qurulur. Mətnə istinad etsək, “İbişin bu hərəkətinə məhəlləmizin kişiləri çox əsəbiləşirdilər. O, hər dəfə dağa qalxıb söyməyə başlayanda, Rövşən əmi deyirdi, “o qoduğ aşağı düşsün, tutub basacam dama, ağlı başına gəlsin!” Müəllif İbişin dağa çıxmağı ilə Rövşən əminin təqdimatını verir. Düşünürsən ki, bu obraz elə-belə yaradılmayıb. Onun ilkin təqdimatı yenidən ona qayıdış olacağına zəmin yaradır. Hətta dağa çıxmaq əhvalatının nəticəsindən də xəbərdar oluruq: “İbiş dağdan məhəlləyə enəndə, elə bil polis Rövşən dediklərini unudurdu. Onu tutub dama basmayacağını bilirdik, çünki İbişin atası ilə möhkəm dostuydular”. Bu fikirlər də Rövşən əmi obrazı ilə işin bitdiyini təsdiqləmir. Hekayənin davamında onun xatırlanacağına bir əminlik yaranır. Bununla belə hadisələrin mərkəzinə yenə qardaşlar gətirilir: “Qəribəydi ki, hər dəfə necəsə yerdən pul tapırdılar”. Bu qəribəlik və necəlik oxucuda bir şübhə yaradır. Sonrakı epizodda həmin şübhəndə bir az da haqlı çıxırsan. Ərik ağacı olan həyətdə baş verən hadisələr bir daha şübhələri əminliklə əvəzləyir.

    Ulucayın “Pul axtaranları” son dərəcə sadə dillə yazılmış bir hekayədir. O qədər sadədir ki, əsərdə hər hansı bir bədii təsvir və ya ifadə vasitəsini axtarmağa gərək qalmır. Ənənəvi ədəbiyyatşünaslıqda buna oxunaqlı da deyirdilər. Məsələn: “Pul axtarmaq İbişlə Ceyhunun peşəsinə çevrilmişdi. Elə bil adamların əllərini harada ciblərinə saldığını, pullarını harada itirdiklərini duyurdular”. Tanıdığımız normal nəqli cümlə. Yaxud da “Qəsəbəni əlinin içi kimi tanıyırdı” – cümləsi də quruluşca da, ifadə ediciliyinə görə də sadədir. Lazım olan məqamda isə müəllifin dilində “hasar”, obrazın dilində isə “zabor” sözündən istifadə olunub. Hekayətin sonluğa doğru getməsi də adi formada nəql olunur: “Ceyhunla İbiş məhəlləmizdən nə vaxt köçdülər, hara köçdülər, bilmədim”. Bütün bu təfərrüatlardan sonra əvvəldəki “sınmış təbəssüm”ə növbə çatır. Təhkiyə Ceyhunla həmsöhbət olur:

    “- İbişi tutdular da, içəridədi… – Ceyhun dedi.

    –           Nə danışırsan?! Niyə?!

    –           Oğurluğa görə.

    –           Nə oğurluğu? Haçan?

    –           Həəə, oğurluğa görə. Evlərə girirdik. İkimizi də tutdular. Papam polis Rövşənin əliylə pul verib məni çıxartdı, amma ha çalışdısa, İbişi buraxdırammadı”. Bu hissədə artıq hər şey aydın olur. Əsərin əvvəlində Ceyhunun təbəssümündəki sınıq da, Rövşən əminin dağa çıxan İbişlə bağlı obrazlaşdırılması da, məhz sonluğa hazırlıq imiş. Sonluqdakı bir cümlə isə əsərin bütün mahiyyətini üzə çıxarır: “Ceyhun İbişlə pul axtarmaqlarından başqa hər şeyi xatırladı”. Əsərdə bu “hər şeyin” incəlikləri sadalanıb, təkrara gərək yoxdur. Amma adı “Pul axtaranlar” olan bir əsərin peşəsi də pul axtarmaq olan bir qəhrəmanı niyə, məhz pul axtarıqlarını xatırlamır? Çünki xatırlanası bir şey yox, hər şey oğurluq imiş. Deməli, onlar HƏR GÜN oğurluğa gedirmişlər. Polis işləyən Rövşən əmi də bunu hələ o vaxtlardan bilirmiş. İllərlə oğurluğa göz yumandan (şərik olmaq da demək olar) sonra oğrunun birinin azadlığa (ev dustaqlığına) çıxmağına da zəmin yaradıb.

    Bədii mətn kimi mükəmməl olan bu əsərdə qeyri-adi heç nə ilə qarşılaşmadım. Obrazların portreti peşəkarcasına yaradılıb. Peyzaj və ya məkanların təsviri də ustalıqdan xəbər verir. Hissə-hissə hekayənin hər bir detalı qüsursuzdur. Lakin ümumilikdə əsər çox sadədir.

  • Şəfa VƏLİYEVA.”Hərdən yuxum sürgün olur”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Hərdən yuxum sürgün olur,
    Üz tutur sənin qoynuna.
    Gah da qəfil yolu düşür,
    “Səninlə mənim toyuma”.

    Yeyir, içir, sağlıq deyir,
    Utanmayıb oynayır da.
    Hamını özütək bilir,
    “Sən”li, “mən”li bu dünyada.

    Eh…bezdirir çoxunu,
    Arzumu gizləməliyəm.
    İnsaf et, qaytar yuxumu,
    Səhər işə getməliyəm.

  • Azərbaycanlı gənc yazıçı Şəfa VƏLİ hekayə müsabiqəsinin qalibləri sırasında

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) “Ulduz” jurnalı ilə birlikdə keçirdiyi “Məişət zorakılığına YOX deyək!” mövzusunda hekayə müsabiqəsində “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəli müsabiqənin qalibləri sırasında yer alıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Uşaq Filarmoniyası “Naxışlı Novruz” adlı konsert proqramı təqdim edəcək

    Martın 15-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrında “Naxışlı Novruz” adlı konsert proqramı təqdim edəcək.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert xalqımızın özünəməxsus adət-ənənəsini əks etdirən Novruz bayramının gəlişinə həsr olunub.

    Proqramda Azərbaycanın bəstəkar və xalq mahnıları səslənəcək.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

    Martın 12-də dünyanın ən böyük kitab sərgilərindən olan London Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə nazirliyin məsul əməkdaşları, nazirliyin dəstəyi ilə “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Tural Axundov və “Everest” nəşriyyatının rəhbəri Ramil Rzazadə iştirak edirlər.

    Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb.

    Həmçinin Azərbaycan naşirləri öz məhsullarını daha geniş auditoriyaya təqdim etmək üçün görüşlər keçirir, əməkdaşlıq əlaqələri qururlar.

    Milli stendimizdə nümayəndə heyəti tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərə geniş məlumat verilir.

    1971-ci ildən keçirilən London Beynəlxalq Kitab Sərgisində ölkəmiz 129 adda 300-ə yaxın kitabla təmsil olunur. Onlarla ölkədən nəşriyyat, kitab sənayesi nümayəndələri və yazarların qatıldığı sərgi martın 14-dək davam edəcək.

    Mənbə: https://azertag.az/

  • 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü

    Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçışairtərcüməçissenaristAzərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı

    Ailəsi

    Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim MəmmədxanlıGöyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
    1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır.
    Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
    1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.

    Həyatı

    Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il[1].

    Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
    1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
    Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

    Fəaliyyəti[redaktə | əsas redaktə]

    Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

    Anar və Ziya Bünyadov

    1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
    1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
    Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[2].

    Mükafatları

    Əsərləri

    • Ağ liman
    • Ömür yolu. Yaradıcılığı
    • Beşmərtəbəli evin altıncı mərtəbəsi
    • Əlaqə
    • Vahimə
    • Yaxşı padşahın nağılı
    • Otel otağı
    • Mütləq görüşərik
    • Qırmızı “Limuzin”
    • Gürcü familyası
    • Dantenin yubileyi
    • Şəhərin yay günləri
    • Təhminə və Zaur
    • Mən, sən, o və telefon
    • Macal
    • Sizsiz
    • Ağ qoç, Qara qoç

    Tərcümələri

    Filmoqrafiya

    Filmin adıİlSsenari müəllifiƏsər müəllifiQuruluşçu rejissorAktyorİştirakçıHaqqındaFilmin növü
    Dəniz1965Qısametrajlı sənədli film
    Torpaq. Dəniz. Od. Səma1967Tammetrajlı bədii film
    Qobustan1967Qısametrajlı sənədli film
    Hər axşam on birdə1968Tammetrajlı bədii filmi
    Bu, Səttar Bəhlulzadədir1969Qısametrajlı sənədli televiziya filmi
    Gün keçdi1971Tammetrajlı bədii film
    Nəsimi1971Qısametrajlı sənədli film
    Gecə işıqları1972İki hissəli bədii film
    Yığıncaq1972
    Xatirələr sahili1972Tammetrajlı bədii film
    Var olun, qızlar…1972Tammetrajlı bədii film
    Dədə Qorqud1975Tammetrajlı bədii film
    Daşlar danışanda1976Qısametrajlı sənədli film
    İşgüzar adamlar (film, 1977)1977“Mozalan” süjeti
    Dantenin yubileyi1978Tammetrajlı bədii film
    Ötən ilin son gecəsi1978Tammetrajlı televiziya tamaşası
    Üzeyir ömrü1981Tammetrajlı bədii film
    Ötən ilin son gecəsi1983Tammetrajlı bədii film
    Qəm pəncərəsi1986Tammetrajlı bədii film

    Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər

    1. Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor)
    2. Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi)
    3. İmtahan (film, 1987) (ssenari müəllifi);
    4. Əlaqə (film, 1989) (ssenari müəllifi);
    5. Təhminə (film, 1993) (ssenari müəllifi);
    6. Otel otağı (film, 1998) (ssenari müəllifi);
    7. Nigarançılıq (film, 1998) (ssenari müəllifi)
    8. Cavid ömrü (film, 2007) (ssenari müəllifi)
    9. Sübhün səfiri (film, 2012) (ssenari müəllifi)

    Əsərləri əsasında çəkilmiş bədii filmlər

    1. Hər axşam saat 11-də (film, 1969) SSRİ, Mosfilm (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında)
    2. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında);
    3. Sizə məktub var (film, 1998) (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında)
    4. Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın “Dantenin yubileyi” povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operator Koksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan ŞensoySuna KesginRasim Öztəkin və b.);
    5. Tilsim (film, 2005) (Anarın “Vahimə” hekayəsi əsasında).
    6. “Ve telefon”. Türkiyə. (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında); rejissor Nuran Evren.
    7. Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında)

    Ssenariləri əsasında çəkilmiş sənədli filmlər

    1. Aşıqlar (film, 1983) (ssenari müəllifi);
    2. Daş saatın səsi (film, 1985) (ssenari müəllifi);
    3. Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi);
    4. Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi).

    Ssenariləri əsasında çəkilmiş televiziya filmləri

    1. Qədim Gəncə, Yeni Gəncə (1981) (ssenari müəllifi) (rejissor Arif Qazıyev);
    2. Bu, Mircavaddır (film, 1987) (ssenari müəllifi);
    3. Dirsə xan oğlu Buğac boyu (film, 2000)
    4. Salur Qazanın evi talandığı boy (film, 2001)

    Ssenariləri əsasında çəkilmiş cizgi filmlər

    1. Basatın igidliyi (film, 1988) (ssenari müəllifi).

    İdeyası əsasında çəkilmiş filmlər

    1. Evləri göydələn yar (film, 2010) (ideya və süjet)

    Haqqında çəkilmiş sənədli filmlər

    1. Anarla üz-üzə (film, 1988) (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır).
    2. Anarın anları (film, 2008) tammetrajlı sənədli telefilm, rejissor Ramiz Həsənoğlu

    Maraqlı faktlar

    • Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə “Anar” “anmaq” (“xatırlamaq”, “yada salmaq”) feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
    • Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı “Sizə məktub var” (You’ve Got Mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.[6]

    Mənbə

    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
    • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
    • Anara kino fenomeni demək olarmı? TƏHLİL

    İstinadlar

    1.  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. president.az, 01.03.2019  (azərb.)
    2.  Anar başqan seçildi
    3.  Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı
    4.  Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1980-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il tarixli Qərarı — anl.az saytı
    5.  Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
    6.  “525-ci qəzet“, 7 oktyabr1999
  • Günel NATİQİ doğum günü münasibətilə təbrik edirik! (12 Mart)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsünü Günel Natiqi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NAXÇIVAN MUXTAR RESPUBLİKASI Bürosunun Rəhbəri Nargis İsmayılovanı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Baharın müjdəçisi – Yel çərşənbəsi

    Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir.

    AZƏRTAC AMEA Folklor İnstitutu, “Qərbi Azərbaycan folklor” şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin Yel çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir.

    Novruz bayramı ölkəmizdə xüsusi mərasim, adət-ənənələr və təmtəraqla qeyd edilən, xalqımızın ən qədim və milli bayramıdır. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində bu bayramın xüsusi yeri var. Novruz bayramından əvvəl dünyanın yaranmasında iştirak edən dörd ünsürün adı ilə adlandırılan çərşənbələr qeyd edilir. Bu gün həmin dörd ünsürdən birini simvolizə edən “Yel çərşənbəsi”dir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır. İnanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır. Torpaq hərəkətə gəlir, isinir.

    Yel çərşənbəsi günü həyətlərdə tonqal qalanır, evlərdə plov, südlü plov, lobyalı aş, bulğur aşı və bir çox yeməklər bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnanca görə, Yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.

    “Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır. Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc var. Azərbaycan nağıllarında da rast gəldiyimiz “yel baba” ifadəsi və onun nağıldakı rolu da diqqət çəkir. Yel Azərbaycan mifik təfəkküründə həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı obrazında peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır.

    Bölgələrdə, xüsusilə də Naxçıvanda Yel çərşənbəsi qəbirüstü ziyarət, əcdadların, vəfat edən yaxın-qohum əqrabanın yada salınması günü kimi də qeyd edilir. Məzarların üstü təmizlənir, ziyarət edilir, üzərində şam yandırılır, səməni qoyulur, vəfat edənlərin ruhuna dualar oxunur. Sonra evdə ehsan hazırlanır. Ehsan yeməyi əsasən plov, halva olur. Ehsan qohum-əqrabalara, qonşulara paylanır. Qadınlar il ərzində yas düşən evləri gəzərək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı, təsəlli verir, mərhuma Allahdan rəhmət diləyirlər. Həmin gün həm də “yasdan çıxarma” sayılır. Yasdan çıxarmadan sonra yas saxlamaq məqbul sayılmaz, artıq deyərlər ki, toy, xeyir işlər etmək lazımdır.

    Qədim zamanlarda hələ xırmanın mövcud olduğu vaxtlarda yellə bağlı keçirilmiş mərasimlər də var. Mərasim “Yel baba” adlanırdı və taxıl biçilib xırmana yığılandan sonra keçirilirdi. Məlumdur ki, keçmişdə kombayn olmadığından taxıl əllə biçilərək dərz bağlanar, at, öküz arabaları ilə xırmana daşınardı. Dərzlər xırmanda döyüləndən sonra buğdanın, arpanın və digər dənli bitkilərin sovrularaq samandan, çör-çöpdən, kol-kosdan təmizlənib, ayrılması üçün küləyə ehtiyac var idi. Ona görə də keçmişdə insanlar xırmanda taxılın sovrulması zamanı “Yel baba, gəl, ağ atına arpa, saman apar” deyərək küləyi, yeli müxtəlif nəğmələrlə köməyə çağırardılar:

    A Yel baba, yel baba,

    Tez gəl baba, gəl baba.

    Sovur bizim xırmanı,

    Atına ver samanı.

    Dən yığılıb dağ olsun.

    Yel babamız sağ olsun.

    Taxılımız yerdə qaldı,

    Yaxamız əldə qaldı.

    A Yel baba, yel baba,

    Tez gəl baba, gəl baba.

    İnanclara görə, bu mərasimdən sonra yel əsər və insanlar taxılı rahat sovurardı.

    Küləklə, yellə bağlı bəzi miflər, rəvayətlər də mövcuddur. Rəvayətə görə, qədim zamanlarda Fatı (Fatma nənə) qarı yeddi rəngdə ip əyirib, yumaqları dizinin altına qoyaraq, hanada toxuculuq işinə hazırlıq edirmiş. Birdən yel əsir və yumaqlardan biri diyirlənib, açılır və ip dolaşır. Fatı qarı bundan qəzəblənir, “Azarım, bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı? İplərimi dolaşdırdı” deyib yelə qarğış edir. Yel baba qarğışdan hirslənir, daha bərkdən əsir və bütün yumaqlar diyirlənərək açılır. İplər bir birinə dolaşaraq, göyə qalxır və yel yumaqları üfüqlərə kimi aparır. Fatı qarı da qəzəbindən qarğışı-qarğışa calayır, əl ağacı ilə Yel babanın arxasınca düşüb onu vurmağa çalışaraq, yumaqlarının ardınca qaçır, amma yumaqlarını tuta bilmir. Deyilənə görə, elə o vaxtdan da Fatı qarının ipləri yeddirəngli qurşağa dönərək göydən asılır. Fatı qarı da nə Yel babanı vura bilir, nə də ipləri tuta bilir. Yağışdan sonra yeddirəngli göy qurşağı görünəndə ona el arasında “Fatı qarının hanası” və ya “Fatma nənənin saçaqları” da deyirlər.

    Azərbaycanda martın 19-da Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunacaq.

    Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

    Küləyin xalqımızın üzərindən hüznlü, qəmli günləri uzaqlara aparması, xoş günləri, xeyir-bərəkət, sülh və əmin-amanlıq gətirməsi diləyi ilə Yel çərşənbəniz mübarək olsun!

    Mənbə: https://azertag.az/

  • Şəfa VƏLİYEVA.“Adamı qaçdığı yerdə yaxalayan şeirlər…”

    Dünya ədəbiyyatına ümumi nəzər saldıqda qarşımıza maraqlı mənzərə çıxır: xüsusun ümumiləşməyi. Bu gün klassik sayılan əksər əsərləri bizə miras qoyan, zəkasına heyran olduğumuz, düşüncələrinin dolaylarında dizlərimizin giri tutmadığı müəlliflər belə, bir məqamda oxucunu düşünüblər. “Oxucunu düşünmədən yazıram”… Mənim də oxucunu düşünmədən yazdığım yazılar var. Mənim də oxucunu düşünmədən yazmağa başladığım yazılar var… Və bütün səmimiyyətimlə deyirəm ki, istənilən müəllifin yaradıcılığında hər iki növ yazıdan da mövcuddur. Son abzasda, son cümlədə xüsusluqdan çıxır yazdıqlarımız, olur “ümumun malı”. Bu “ümumun malı”nın altına iri, qalın şriftlərlə adımızı yazmağımız isə bahalı əl çantasını istehsal edən “moda evi”nin reklam arzusundan başqa bir şey deyil.
    Ümumiləşmə bizi qələmimizi (indiki dövrdə klaviaturamızı) fərqli janrlarda sınamağa sövq edir. Bütün janrlarda uğurlu oluruqmu? Sual böyükdür… Sual mürəkkəbdir…Sual bəsitdir…
    Bu sualın ən hazır cavabı Qulu Ağsəsin yazdıqlarıdır. O, istənilən janrda uğurlu yazır. Çünki bütün yazılarını bəribaşdan “ümumun malı” kimi yazır. Onun heç bir şeirində, heç bir essesində “mənimdir!” iddiası yoxdur. “Hamınındır”, “dünyanındır”, “bütün bəşəriyyətindir” var.
    Bu gün belə, qəribə anlarda yadımıza düşən Fərqanə Mehdiyevadan yazanda sözlərə güzgü kimi baxır-Fərqanə xanımın şeirləri ilə öz şeirləri arasındakı “fərdilik” çayının bu tayında durub deyir: “Fərqanə hamının Fərqanəsiydi; sağlam vaxtı da, xəstə olanda da!”
    Fərqanə xanım haqqında illərdir bir cümlə də yaza bilmirəm. Onu, sadəcə, xatırlayıram. Gözəl xatirəmdi Fərqanə xanım mənim. Bircə onu istəyirəm ki, Fərqanə xanım insanlara necə gözəl xatirələr qoyub getdiyini biləydi…Bəlkə də, bilir?!
    Filoloq Kəmalə Umudovanın “Adı soyadını eşidən şair” kitabını 2 günə oxudum. Daha doğrusu, 1 günə oxudum, 2-ci gün zehnimi əsir alan cümlələrə bir də döndüm. Kəmalə xanım yazır: “Poetik mətnin oxunması, təhlili öz mürəkkəbliyi ilə hər zaman böyük marağa səbəb olur, çünki hər bir doğru oxuma növbəti anlama mərhələsinə təkan verir”. “Bu şeir məni çəkib apardı…” dediyimiz məqamın elmi izahıdır…
    Bir cümlə var ki, Kəmalə xanım məni gülümsətdi: “Qulu Ağsəsin şeirləri qaçdığım yerdə yaxaladı məni”. Nə yalan deyim, Qulu Ağsəsə bəxtəvərlik vermədən oxumağa davam edə bilmədim. Təkcə bu cümlənin xətrinə şeirimizin altında adımızı yazıb yaradıcılığımızı, yaratmaq qabiliyyətimizi “reklam etməyə” dəyər!
    Kəmalə xanım Qulu müəllimin xatirələrə sadiqliyindən də yazıb: “Qulu Ağsəs Qarabağın, Ağdamın, doğma kəndi Abdal-Gülablının amansız, fəlakətlə dolu işğal tarixini yaşadı, amma acıların poeziyanın azad ruhuna üstün gəlməsinə, onu buxovlamasına izn vermədi”. Çünki Qulu Ağsəs Qarabağın xoş vaxtını, Ağdamın ağ gününü, Abdal-Gülablının yurd olmasıyla öyünməsini olduğu kimi saxlayıb xatirə sandığında. Qoymayıb ki, üstünə bir damcı kədər tozu düşsün, göz yaşı nəmlətsin. Hətta zaman-zaman “ah”larının qarşısını almaq üçün həsrət ocağı da qalayıb xatirə sandığının qapağı üstündə. Boğazında təngiyən nəfəslər “ah” olmayıb, ocaq üfürüyü olub…
    “Yaradıcı düşüncə kamil insan axtarışından doğur”-deyir Kəmalə Umudova. “Şair eqosu” cilalanmamış almaz, əhlilləşdirilməmiş istedaddır. Aylarla, illərlə o almazın cilalanmış formasını, o istedadın mədəniliyini göstəririk dünyaya. Özümüzlə tək qalanda-daxili yolçuluğumuzda isə biz həmənkiyik-cilalanmamış, əhlilləşdirilməmiş yaradan. “Kamil insan” bəşər üçün arzudan çox məqsəd olmalıdır-bunu bütün dinlər deyir. Şair isə bunu arzulamaqla, kamil insanı axtarmaqla yetinməyi bilir. Daxilində o kamillikdən bir zərrə də olmasa, şair olmazdı ki?!
    Dərketmənin intəhasız əzabından xilas olmaq üçün iki bənd şeir oxumaq çarə deyil. Olmayacaq da… İki bənd şeir yazmaq? Hə, bu olar. Kəmalə xanımın yazdığı kimi: “Həqiqəti və azadlığı dərk etməyin bədəli var”. Qulu Ağsəs dərk etdiklərinin bədəlini ödəyib/ödəyir yazdıqlarıyla. Yoxsa bilinən həqiqəti çoxüzlü piramida kimi o yan-bu yana çevirərdimi? Yoxsa yazardımı ki: “ Cəsurlar sevirlər, Qorxaqlar sevilir”?!
    …Kəmalə xanım bu fikirdədir ki, şair müəyyən təsirlərlə “dil tapmalıdır”. Məmməd Arazın o məşhur misraları gəldi dilimin ucuna: “Həyatda “ürəkləş”, “sevləş” demirlər, “Ayaqlaş” deyirlər bu həyat ilə…” Sonra da Qulu Ağsəsin idrakını həyata adaptasiya etməkçün bütün yaşam mexanizmlərini sınaqdan çıxarmaq arzusunu düşünürəm. Bir daha əmin oluram ki, Qulu Ağsəs bu arzusuna heç vaxt çatmayacaq. Müəyyən anlar olub/olacaq ki, həyatın içində olacaq, vəssalam! O “içdən”-yaşamın verdiyi amansız əzablarla mübarizədən də dırnaqlarının altında kainatın DNT-si ilə çıxacaq: ya bir şeirlə, ya iki esse ilə…
    Qulu Ağsəs ənənəvi şeirin formasından çox uzaqdı, amma mənasına doğmadı. “Gözəl dünya”dan incikliyini onun faniliyi ilə deyil, özünün “qonaq” olmağı ilə ifadə edir. “Şair təvazökar olmaz”, hə, amma şair dünyaya, taleyə hökm etmək iddiasına da düşməz. Üstəlik, dünyanı, həyatı, insanları, ən kiçik əşyaları belə, təqdir etməyi hamıdan yaxşı bacarar. “Bircə eybi var ki dünya gözəlin Məni qucağına qonaq yazdırıb”. Bu misralarda biz Qulu müəllimin təvazökarlığını deyil, təqdiretmə, qədirbilmə bacarığını görürük.
    “Meşə görməmişdim belə arxayın, Mən belə narahat dağ görməmişdim…” Meşə nəyə arxayındı? Dağ niyə narahatdı? Bu sualların cavabını tapmağı Qulu müəllim bizim-oxucunun öhdəsinə buraxıb. Özü bildiyi cavabları bizə deməz-dağın, meşənin sirrini açmaz. Biz arxayın meşəni, narahat dağı (bəlkə də, dağın strukturu fərqlidir, zirvəsi yastıdı, sinəsi yarğan doludu, kim bilir?!) düşünə-düşünə fantastik roman yazacağıq. Son nöqtəsini qoyanda “shift+delete” edəcəyik: Qulu müəllimin iki misrası həmin romandı elə…
    “Ustanın əl işi-şəyirddi” misrasının davamıdır “İçiynən danışanın deməyə sözü olmaz…” Sus, əl işini-şeirini göstər, şair! Şeirlər də şairin şəyirdləridir; əsili üz ağardar, bədəsili başı önə əydirər. “Bədəsil şeir varmı?” deyə soruşmayın, günahlarımızı etiraf etdiyimiz bütün şeirlər nankor övladlarımızdır. Biz onların adını çəkmirik, barmağımızı onlara tuşlamırıq, onlarla fəxr edib sinəmizə döymürük. Amma onlar hər yerdə müəllifinin kim olduğundan danışır.
    Kəmalə xanım yazır: “Tanrını görə bilmək məqamında özünə yetişən abiddir, arifdir Qulu Ağsəs”. Və ya “Qulu Ağsəs öz duyğularını kosmik varlığın təzahürü kimi qəbul edir”. Mənsə Qulu müəllimin “Kim kəsib sən olan yerdə Söylə, yolu-yolağı?!” misralarında bəşəriyyətin indiyədək axtarmaqdan çəkindiyi bir həqiqətin eyhamını tapdım. İnsanla Yaradan arasındakı qorxu, vahimə qatı nə vaxt, necə yarandı? Yox, axtarmayacağam… Dərketmənin əzabından xilas olmaqçün bir şeir yazaram-ən asan yolu seçmək, özümü özümdən xilas etmək şansım var. “Ol!” əmri mənə də aid deyilmi?!
    “Neçə kərə söz göndərdin, ərindim, yazammadım…”-deyir Qulu müəllim bir şeirində. Yazmasaq da, o şeir zehnimizdə özünə yer edir, bir gün yol getdiyimiz yerdə heyranlıqla baxdığımız üfüqün üstünə axır gözlərimizdən. Dərd odur ki, indi yaşamağa ərinirik. “Bu gündən sabaha iş saxlama!”- öyüdləmişdi nə vaxtsa məni anam. Saxlayıram indi, sabah da oyanmağa, günə başlamağa səbəbim olsun deyə… Göndərdiyi şeirləri yazmağa ərindiyi üçün Qulu Ağsəsdən küsməyən Tanrının bağışlamaq bacarığına güvənərək yaşamağa ərinirik.
    Tanrının yanında ömür rəfləri boşdu, biz yaşayıb o rəfi doldururuq, qaytarırıq Tanrının özünə. Tanrı da bizi-ömürləri kitab kimi oxuyur, yeni yazdığı taledə əvvəlki nəticələri görür. Tanrı da qafiyələri təkrarlayır, söz oyunu oynayır. Amma hamımızın Tanrıya ərki çatmır ki, Qulu Ağsəs kimi deyək: “Sən ordan bir boş şey göndər, Doldurub geri qaytarım…”
    Kəmalə Umudova bu kitabı yazanacan Qulu Ağsəs yaradıcılığını cığır-cığır gəzib, hər mamırlı daşa sığal çəkib, hər qaya xınasında barmaq isladıb-kitabın sonunda gəldiyim qənaət bu oldu. “Az qalıb” şeirində isə Qulu müəllimin gəldiyi bir qənaətlə rastlaşdım:

    (Bir gün)
    Yaddaşlar üzlənəcək,
    Dostlar varaqlanacaq.
    Baxışlar sıyrılacaq
    Körpü cığırlar üstdən!

    “Olacaq” deyir, gözləntisini qoyur oxucunun baxdığı yerə. Di gəl, ilk oxunuşdaca oxucu Qulu müəllimin  şifrəli misralarındakı həqiqəti çözür: bunların hamısı olub, hamısını yaşayıb Qulu Ağsəs. Yaşayıb və özündən sonrakılara anladır. Ümid deyil, güman deyil “olacaqlar”; qənaətdir, qəti qənaət. 
    Qulu müəllim bircə onu demir ki, “Oranın-(Qarabağın) adamları quş kimi oxuyanda” nə oxuyur? 

    Şəfa Vəli (2024)

  • 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü

    Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə12 mart 1906[1]NovxanıBakı qəzası – 10 iyun 1989Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR xalq şairi (1960), “Stalin” mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986), 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü.

    Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur.

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olmuşdur.[2][3] 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (1937–1938), “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, “Azərbaycan“, “Kirpi” jurnallarının və “Советский писатель” (sovetskiy pisatel)” redaksiya heyətlərinə üzv seçilmişdir.

    Xidmətlərinə görə üç dəfə “Lenin” ordeni, iki “Qırmızı əmək bayrağı” ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. 1971–1989-cu illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.

    1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.

    Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

    Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Ən sevilən əsərlərindən biri Təbrizim əsəridir.

    Ədəbi fəaliyyətə 20-ci illərin əvvəllərində başlamış, 1922-ci ildə “Çimnaz xanım yuxudadır” birpərdəli komediyasını yazmışdır. “Unudulmuş gənc” adlı ilk mətbu şeiri 1923 ildə “Maarif və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalında dərc olunmuşdur. “Ələmdən nəşəyə” adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilmişdir.

    Sosializm ideyalarını, inqilabi əhvali-ruhiyyəni ədəbiyyata gətirmək, poeziyanı gündəlik ictimai-siyasi hadisələrin inikasına çevirmək bu kitabın başlıca xüsusiyyətləri idi. “Addımlar” (1930), “Səs”, “Atəş” (1932) şeir kitabları S.Rüstəmin siyasi lirik şair kimi formalaşmasının göstəricisi idi.

    İkinci Dünya müharibəsi illərində o, xalqın qəhrəmanlıq mübarizəsini tərənnüm edən əsərlər yazmışdır. “İldırım” (1942), “Qafurun qəlbi” (1959), “Əzizlərdən əzizlərə” (1965) və s. Müharibə dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tuturdu: “Təbriz şeirləri silsiləsi”, “İki sahil” kitabı (1949). 1960–1980-ci illər yaradıcılığında ictimai-siyasi və məhəbbət lirikası əsas xətti təşkil etmişdir: “Günəşli sahillərdə” (1963), “Keçilməmiş yollarda” (1970), “Ürəyimin gözüylə” (1977), “Mənim günəşim” (1981) və s. kitabların, “Yanğın” (H. Nəzərli ilə birgə, 1930) pyesinin, “Qaçaq Nəbi” (1940) mənzum pyesinin, “Durna” (1948) komediyasının müəllifidir.

    Əsərləri[redaktə | mənbəni redaktə et]

    Pyesləri[redaktə | mənbəni redaktə et]

    • “Yanğın”
    • “Çimnaz xanım yuxudadır”
    • “Duma”
    • “Gəldi-gedər”
    • “Qaçaq Nəbi”

    Komediyaları[redaktə | mənbəni redaktə et]

    • “Durna”
    • “Çimnaz xanım yuxudadır”

    Poemaları[redaktə | mənbəni redaktə et]

    • “İldırım”
    • “Qafurun qəlbi”
    • “Əzizlərdən-əzizlərə”
    • “Xilaskar”
    • “Təbrizdə qış”
    • “Qolsuz qəhrəman”
    • “Yeni kəndin işıqları”
    • “Mənsumə”
    • “Nakam məhəbbət”
    • “Partizan Əli”
    • “Gülbahar”
    • “Şairin ölümü”
    • “Yaxşı yoldaş”
    • “12-ci tüfəng”
    • “Dönə-dönə xatırlayın”
    • “Yaralanım”
    • “Səbuhini düşünərkən”

    Satira və yumorları[redaktə | mənbəni redaktə et]

    • “Bir dədə axtarıram”
    • “Əcaib əsər”
    • “Qəribə nitq”
    • “Teatr tənqidi”
    • “Heçstan əhli”
    • “Qonşularımdan biri”
    • “Elan”
    • “Möhkəm birlik”
    • “Özündən razı!”
    • “Yaxşı ki”
    • “Deyirsənki?!”
    • “Özünü bəyənənə”
    • “Xəstəlik”
    • “Bədbəxt adama”
    • “Nifrət”
    • “Səndə yox”
    • “Novator”un nitqi
    • “Novator” rəssama
    • “Nəyə lazım”
    • “Taniya bildim”
    • “Mən varlıyam, sən yoxsul”
    • “İnsan vəzifəni bəzəsin gərək”
    • “Ucuz xatirələr”
    • “Yad adam”
    • “Nakam şair”
    • “Yenə bəziləri”
    • “Yubiley aşiqi”
    • “Sərçə balladası”
    • “Demərəm”
    • “Moda qurbanı”
    • “Heykəl xəstəsi”
    • “Böhtanzadə”
    • “Qorxaq”

    Kitabları[redaktə | mənbəni redaktə et]

    • “Aləmdən nəşəyə”
    • “Addımlar”
    • “Səs”
    • “Atəş”
    • “Günəşli sahillərdə”
    • “Keçilməmiş yollarda”
    • “Ürəyimin gözü ilə”
    • “Mənim günəşim”
    • “Təbrizin şeirləri silsiləsi”
    • “İki sahil”

    Tərcümələri[redaktə | mənbəni redaktə et]

    • Meynqard Rudzitis. Qızıl ordu (şeir). Ədəbiyyat qəzeti, 1941, 9 iyun.
    • İvan KrılovŞahpərəst qurbağalar (təmsil). Vətən uğrunda, 1944, № 7–8, s.37–39 3.
    • C.Qou. Dərin köklər (3 pərdəli drama). (İnqilab və mədəniyyət, 1948, № 7, s.50–103.) Pyesi Arnod Dyusse ilə birlikdə yazmışlar.
    • Nazim HikmətOn beş yara; Həsrət; Provakator; Bəlkə mən; Yanmamış papiros; Kərəm kimi (şeir). (İnqilab və mədəniyyət, 1951, № 9, s.57–59) Qəlbim; Səni düşünürəm; Arpa çayının iki yanı; Dizə qədər qarlı bir gecə; Dəmir qəfəsdə gəzişən aslan; Xəzər dənizi (şeir). (İnqilab və mədəniyyət, 1952, № 1, s.131–136) Səs; Nəğmələrimiz; Cavab nömrə 4; XX əsrə dair; Arifəyə; Məktub; Dəvət; Sevgilimə; Mehmet; Yeriyən adam (şeir). (İnqilab və mədəniyyət, 1952, № 6, s.51–56) Səni düşünürəm; Şərqli və SSRİ; Ustamızın ölümü; On doqquz yaşım; Xəzər dənizi; Vida; Bəlkə mən; Provokator; Yanmamış papiros; Dizə qədər qarlı bir gecə; On beş yara (Onbeşlərin xatirəsinə ithaf); Həsrət; Dəmir qəfəsdə gəzişən aslan; Kərəm kimi; Qəlbim; Uşaqlara nəsihət; Şən gələcək; Bənövşə, ac dostlar və qızıl gözlü qız; Komsomol (şeir).
    • Nazim Hikmət. Şeirlər. Bakı: Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1952, s.15–45.
    • Qaysın QuliyevTorpaq və şeir (şeir). Azərbaycan, 1961, № 4, s.36.
    • İlya SelvinskiBabəkin ikinci mahnısı (şeir). (Ədəbiyyat və incəsənət, 1961, 8 aprel) Bahar dostları (RSFSR şairlərinin şeirləri) (Bakı: Azərnəşr, 1961, 248 s.)
    • Əbdülvahab Süleymanov. Azərbaycan (şeir) (s.193–195). Bahar dostları (RSFSR şairlərinin şeirləri). Bakı: Azərnəşr, 1961, 248 s.
    • Yaroslav Smelyakov. Gözəl qız Lida (şeir). Ədəbiyyət və incəsənət, 1964, 18 iyul.
    • Jan Pol SartrLizzi (pyes). Azərbaycan, 1966, № 10, s.169–190.
    • Qriqol AbaşidzeBahar (şeir). Kommunist, 1971, 16 aprel.
    • Taras Şevçenko“Siz ey fikirlərim, düşüncələrim!..” (şeir) (s.13–16); Fikirlərim, düşüncələrim (şeirlər və poemalar). Bakı: Yazıçı, 1979, 104 s.
    • Cahit Küləbi. İyirminci əsrin ilk yarısı; Dəfn; Yanğın; Acı zaman; Biz; Sivaş yollarında; Amerika (şeir). Ədəbiyyat və incəsənət, 1981, 13 mart.
    • Məhəmməd Mehdi Əl CəvahiriFəhlələrin bayramında (şeir). Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr). Bakı: Yazıçı, 1983, s.18–22.
    • Şota RustaveliPələng dərisi geymiş pəhləvan (s.7–181). Dünya ədəbiyyatı kitabxanası seriyası. 19-cu cild. Ş.Rustaveli. Ə.X.Dəhləvi. Pələng dərisi geymiş pəhləvan. Şirin və Xosrov. Bakı: Yazıçı, 1988, 366 s. (Məmməd Rahim və Səməd Vurğun ilə birgə tərcümə).
    • Nazim HikmətHəsrət (s.83); Yanmış papiros (s.86); Mehmet (s.87) (şeir). Türkün 101 şairi (türk şairlərinin şeirləri). Bakı: Yazıçı, 1993, 235 s.
    • Nizami Gəncəvi. Yaxşı bir söz degilən, ta şəkər ərzan olsun…; Fəxr elə yar ki, barını çəkirəm…; Ey nigarım, könlümü Azərbaycan Tərcümə Ensiklopediyası 511 çaldın, füsunxan olma, gəl!.. (qəzəl). Klassik Azərbaycan ədəbiyyatı seriyası. Nizami Gəncəvi. Lirika. Bakı: Lider, 2004, s.24, 63, 64. 21.
    • Şota RustaveliPələng dərisi geymiş pəhləvan (poema). Dünya ədəbiyyatı seriyası. Bakı: Avrasiya Press, 2006, 232 s. (Məmməd Rahim və Səməd Vurğun ilə birgə tərcümə).
    • Jan Pol SartrLizzi (pyes). Dünya ədəbiyyatı seriyası. Fransız ədəbiyyatı antologiyası. 3 cilddə. II cild. Bakı: Şərq-Qərb, 2007, s.183–212.
    • Taras ŞevçenkoMənimçün fərqi yox yaşasam, ya da…; N.Kostomarova; Yaşım ötməmişkən on üçü hələ…; Küçədə hiddətlə bağırır külək…; Heç dua etmədi mənimçin anam…; Yenə də yuxuda görürəm bəzən…; Yıxılan adamı döymürsələr də…; Ey bədbəxt insanlar, yazıq insanlar!.. (şeir). Taras Şevçenko. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2008, s.156, 166, 172, 174, 214, 234, 236, 238, 254, 256.

    Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

    İstinadlar[redaktə | mənbəni redaktə et]

    1. ↑ Jump up to:1 2 Сүлейман Рүстәм (библиография)Bakı: 1950. S. 8. 94 s.
    2.  Гулиев А. К. Сүлейман Рүстәм (библиография). Б.: Гызыл Шәрг. 1950. səh. 8. 2021-07-09 tarixində arxivləşdirilibİstifadə tarixi: 2021-10-19.
    3.  Сүлејман Рүстәм // Коммунист. № 137 (20905). 13 ијун 1989-ҹу ил. С. 1.

    Mənbə[redaktə | mənbəni redaktə et]

    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.

    Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

    Vikimənbədə Süleyman Rüstəm ilə əlaqəli məlumatlar var.

  • 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü

    Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]

    Həyatı

    Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]

    1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.

    Yaradıcılığı

    Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.

    Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.

    Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.

    Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

    Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.

    Şeirlərinə yazılmış mahnılar
    Video

    Şövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev
    Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev
    Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov
    Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov
    Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov
    Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar Mansurov

    Audio

    Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi
    Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov
    Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov
    İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov
    Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov
    Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov
    Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov

  • Hər yerdən və öz yerində dağ kimi görünən – Dəyanət Osmanlı Xalq yazıçısı Anar haqqında yazır

    Anarın humanizmi təbiətindəki könüllü senzuradır:

    Azərbaycan Yazıçılar Birliyi yarandığı vaxtdan cəmiyyətdə ictimai rəyə təsiredici statusda olub. Ölkəmizdə müstəqil dövlətin qurulması ilə insanın, ədəbiyyatın yeni həyatı başlandı. Ədəbiyyat siyasəti ilə yanaşı, ədəbiyyatın ictimai dərki, meyillər də dəyişdi. Cəmiyyətin həmişə mənəvi ehtiyac duyduğu Yazıçılar Birliyi mürəkkəb vəziyyətlərə düşdü, amma yaşadı. Bu prosesin və nəticənin əsl mahiyyəti ədəbiyyat idarəçiliyinə kimin rəhbərlik etməsdir.

    Yeni dövrdə Birliyin quruculuq və yüksəliş dövrü Anarın sədrliyi dönəminə bağlıdır. AYB strukturlarında, ədəbi orqanlarda yeniləşmə və gəncləşmə, yazarların yaradıcılıq, sosial vəziyyətinin dövlət tərəfindən diqqətə alınması da Anara böyük etibar və sayğıdan irəli gəlir. Anar sözübütöv, əsil-nəcabəti bəlli, ləyaqətli, xeyirxah, cəsarətli insandır. Ədəbiyyatda Azərbaycan adına öz möhürünü vurmuş yazıçıdır. Tərifdən xoşu gəlməsə də, boğazdan yuxarı olmayan bir gerçək var ki, o, sadəcə, öz bənzərsiz dünyası olan bir yazıçı deyil, həm də böyük bir düşüncə adamı, mütəfəkkir-ideoloqdur.

    Anar Yazıçılar Birliyinin tarixində ən islahatçı və ən humanist sədrlərdən biridir. Bəziləri Anarın nə vaxt sədr postundan gedib-getməyəcəyini gündəmdə saxlamaq çabaları göstərir. Bunlar daha çox neqativ çabalardır, tənqid yox, ədəbiyyatdan və ədəbdənkənar hərəkətlərdir. Anar onu qərəzli tənqid edənlərin heç birinə pislik eləməyib. Əksinə, bəlkə, hardasa ondan yaxşılıq görüblər. Doğrusu isə, o, istər ədəbiyyatda, istərsə də, tənqidi fikirdə kiminsə önünü kəsməyib, bunu özünə sığışdırmayıb.

    Anara və onun timsalında öz həmkarlarına qarşı təhqir yazanlar bilsinlər ki, öncə özlərini mühit içində etibarsız duruma düşürürlər. Bəzən heç özləri də anlamırlar ki, onlarda Anara nifrət haradan qaynaqlanır, səbəbi nədir?! Hər halda, Anarı sevməyənlərin sayı 5-3 nəfərdirsə, sevənlərin sayı minlər, milyonlardır. Mən təəssüf edirəm, belələri Anarın iş, dəstək verdiyi yazarlar sırasında da vardır. Onlara sözümü, iradımı həmişə məqamında, açıq şəkildə bildirmişəm, yazmışam. O fikirdəyəm ki, özündən öndəkini, dünənini, tarixini sevməyən adamın, sabahı qaranlıqdır. Milli-mənəvi dəyərlərə sayğı göstərməyən adamın heç kimin gözündə bir qara qəpiklik qiyməti olmaz. Əlbəttə, “yel qayadan nə aparar?!”

    Söz bir olar, sözü bir edən isə vicdan və cəsarətdir:

    Anar ədəbiyyatçı, ictimai xadim, şəxsiyyət kimi heç vaxt dediyi sözü ikinci dəfə nə dəyişib, nə də inkar edib. Eyni zamanda indiyədək ədəbiyyat siyasətində yanlış qərarlar verməyib ki, o da ciddi mübahisələr obyektinə çevrilsin. Anarı tanımaq, haqqında söz-müzakirə açmaq, təftiş eləmək səlahiyyəti qazanmaq üçün gərək onun Azərbaycanın ədəbi-mədəni tarixində, vətən, millət yolunda yerini, töhfələrini bilib dəyərləndirmək imkanında olasan.

    Anar yaxın tariximizdə müstəqillik uğrunda mücadiləçi, milli yazıçı-ideoloq kimi obrazlaşıb. Sovet dönəmində özünü millətçi, dissident adlandıranların bir çoxu mübarizə məqamlarında susanda, Anar həm publisistik, həm bədii əsərlərində, həm də ictimai-siyasi sferada əsl dissidentlik, patriotluq edirdi. Sovet imperiyası ömrünün sonlarında yaşamaq uğrunda qəddar mübarizə apardığı dövrdə onu ən cəsarətli addımlar atan yazıçılardan biri kimi xatırlayıram.

    20 Yanvar faciəsindən dərhal sonra məhz Anar SSRİ Ali Sovetinin tribunasından kəskin etirazını M.Qorbaçovun üzünə söyləmişdi. Bəlkə də sıradan başqa bir deputat olsaydı, buna görə ciddi cəzalandırılardı. Amma Anarın nüfuzu qabağında belə bir tədbir, ümumiyyətlə Sovetlər İttifaqına baha başa gələrdi.

    İstiqaməti bilinməyən, idarə edilməsi çox çətin olan o hadisələr içərisində hər ziyalı, yazıçı baş çıxara və dəngəsini saxlaya bilməzdi. Çünki vəzifə beləydi ki, gərək insan həm özünü, həm də xalqının maraqlarını qoruya bilsin. Hər özünü qoruyan da cəmiyyətin ona inamını qoruya bilməzdi.

    Mənim Universitet illərim də xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşdiyi ilk dövrlərə düşüb. Anar Azadlıq meydanına yığışan gənclərin gözündə ən doğma, ən mübariz şəxsiyyət idi. “Adamın adamı”, “Molla Nəsrəddin-66” adlı kitabları gələcəyin jurnalistləri, publisistləri üçün cəsarət örnəyi idi. Doğrudur, sayğıdəyər Fidan xanım bizim müəllimimiz idi, qardaşı Anar haqqında ona müxtəlif suallar vermək imkanımız vardı, verirdik də, cavabında çox həvəslə də danışırdı. Ancaq yenə də o bizim üçün əlçatmaz milliyyətçi yazıçı obrazı təsiri bağışlayırdı. Bir addım yaxına gələndə isə, nə qədər sadə və anlaşılan (və anlayışlı) olduğu gözgörəti aydın bilinir.

    Və burada bir anı qeyd etməliyəm:

    Bəlkə çoxlarının yadında olar: 80-ci illərdə YB-nin nəzdində Gənclər ədəbi birliyi fəaliyyət göstərirdi. Biz dinləmək, öyrənmək üçün arada o toplantılarda həvəslə iştirak edirdik. Natəvan klubunda ayaq üstə durmağa belə yer tapılmırdı. Orada bəyənilən əsərlər ədəbi orqanlarda tanınmış yazarların “Uğurlu yol”u ilə dərc edilirdi. Ədəbiyyata gəlmək istəyən onlarla gəncdən yalnız 3-4-nə bu uğur qismət olurdu. Səhv etmirəmsə, Cabir Novruzdan sonra 1988-89-cu illərdə ədəbi birliyin sədri Vaqif Bayatlı Odər oldu. O da xalq hərəkatı genişlənməyə başlayanda oradan uzaqlaşdı.

    Artıq ədəbiyyatın tələbləri mühitdə yenilik, dəyişiklik, sovet ədəbiyyatından kənardakı ədəbi cərəyanlarla, təmayüllərlə kontakt, təmas istəyirdi. Onda gənc yazarlar bir araya gəlib, həmin ədəbi birlyi başqa adla bərpa elədik. Ayda 2-3 dəfə Yazıçılar Birliyində yığışıb görüşlər keçirir, Azərbaycan və dünya ədəbiyyatından, oxuduğumuz əsərlər barədə müzakirələr aparır, qəzetlərdə yazılarımızdan ibarət xüsusi buraxılışlar hazırlayırdıq. O qarışıq zamanlarda, demək olar, Birliyin möhtəşəm, daim qaynar binası az qala unudulmuşdu. Az adamlar gəlib-gedərdi. Yuxarı dəhlizlərdə yeriyəndə birinci qatda ağır addım səslərindən bilmək olurdu ki, bu, Anar müəllimdir. O, Birliyi, nəinki unudulmağa qoymadı, əvvəlki şöhrətini qaytarmaq üçün əlindən gələni elədi və buna nail oldu…

    Hərdənbir binada şair Qabili, katiblərdən V.Əzizi və texniki işçilərdən kimisə görmək olardı. Bəzi vaxtlarda tədbir keçirmək istəyəndə qapını bağlayıb, bizi içəri buraxmırdılar. Deyirdilər ki, gənclər ağsaqqal yazıçıları tənqid edir, buraları dağıtmağa çalışırlar.

    Bir gün Anar müəllimlə görüşüb, 20 Yanvar hadisələrilə bağlı tədbir keçirmək və Şəhidlər Xiyabanını ziyarət etmək barədə fikrimizi bildirdik. O bizi bir-bir dinlədi, təklifimizi bəyəndi, birgə proqram hazırladıq. Bir neçə gün sonra isə Anar müəllimin iştirakı ilə şəhid şairlərimiz Ülvi Bünyadzadə, Alı Mustafayev və Nizami Aydının böyüdülmüş şəkilləri 3-cü qatın dəhliz divarından asıldı.

    O görüşdə fürsət tapıb, Natəvan klubunda ədəbi məclislər təşkil etdiyimizi, ancaq bəzən bizi Birliyin binasına buraxmadıqlarını söylədim. Üzünü çevirib, kənarda əyləşən rəhmətlik F.Qocadan və V.Əzizdən soruşdu:

    – Həmin o inqilabçı şair budur? – Ani bir sükut yarandı və ardınca əlavə elədi: – Siz bura konkret təkliflərlə, ədəbiyyatla bağlı gəlirsiz. Kim qoymur tədbir keçirməyə? Mən demişəm, yenə də deyirəm, Yazıçılar Birliyinin qapısı bütün yazıçılara, gənclərin üzünə açıq olmalıdır.

    Bundan sonra, həm Yazıçılar Birliyində tədbirlərimizi sərbəst şəkildə keçirə bildik, həm də ədəbi orqanlarda müzakirələrimiz, yazılarımız dərc olundu.

    Bir ədəbiyyat adamı kimi düşüncəmin ümumi qısa tezisi budur:

    Anarın məşhur əsərlərində sadəliklə iç-içə bir modern dərinlik var. O dərinlikdə obrazlar da, əhvalatlar da, söz, təsvir və təhkiyə də cox azad, sərbəst şəkildə hərəkətdədir və gerçəklə dinamik təmasda çıxış edir. Mətnlərin strukturundakı əlaqələri təşkil edən fikirlər asanlıqla müzakirə və mühakimə predmetinə çevrilə bilirlər. Anar nə qədər bədiidirsə, o qədər intellektual və ictimaidir. Və bu üç əsas xüsusiyyət onun yaradıcılığının əsas leytmotividir. Təqdim və təsvir elədiyi həyat gerçəklərində, ədəbi görüşlərində fəlsəfi və psixoloji baxımdan insan düşüncəsinin alt qatlarının açılmasına intellektual girişim vardır. Düşünürəm ki, bu məsələdə o, mükəmməl və təkrarsızdır. Anar nə qədər milli ədəbiyyat adamı olsa da, onun əsərləri nə qədər ümumtürk epos mədəniyyətinə bağlı olsa da, bütövlükdə danılmaz bir dünya ədəbiyyatı faktıdır. Yaradıcılığının xarakteri, genezisi, tipologiyası, ideyaları xalqın təməl-üst təfəkküründən gəlir.

    “Yaxşı padşahın nağılı”, “Dantenin yubileyi”, “Macal” və publisistikasındakı cəsarət yeni nəsil üçün çox etibarlı “dərs”lərdi. “Dədə Qorqud” kinopovesti və “Dədə Qorqud dünyası” araşdırmasında oğuz türklərinin kimliyi və ilkin torpaqlarını təyinetmə maraqları, seçkin milli-mənəvi dəyərləri, türkçü-dirilişçi təfəkkür müasir düşüncə üçün çox faydalı istiqamətdir.

    “Otel otağı”nda mənəvi-əxlaqi keyfiyyət dəyişimləri, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə realist-psixoloji, “Əcəl”də fərdi-psixoloji yaşantılar, “Ağ qoç, qara qoç”, “Gözmuncuğu”da mifik və mistik fonun realist açılımları, yeniləşən (və qloballaşan), ancaq gələnəyə bağlı olan insan münasibətlərində tərəddüd və hərəkətlər dəyişimlərin açar epizodlarıdır. “Sizsiz” isə Anarın fərdi-milli kimliyi, soy tipologiyası, solmaz tərcümeyi-halıdır. Bu əsər, həm də öz fəxarətli keçmişinə ucaltdığı möhtəşəm abidəyə atdığı İMZAdır.

    Və burada daha bir anı qeyd etməliyəm:

    1995-ci ildə Gürcüstanda rəsmi səviyyədə Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Yazıçılardan, mədəniyyət xadimlərindən, ziyalılardan ibarət böyük bir heyət oktyabrın 8-də Tbilisiyə yola düşdü. Onda mən “Azərbaycan” qəzetinin müxbiri kimi nümayəndələr sırasına salınmışdım. “Yak-40” təyyarəsində Anar müəllim məndən ön sırada əyləşmişdi. O ərəfədə “Ulduz” jurnalında bir silsilə şeirlərim çıxmışdı. Şeirlərimi təqdim eləmək üçün ən yaxşı fürsət idi. Jurnalı açıq şəkildə verib, oxumasını xahiş elədim. Anar müəllim şeirlərin hamısını diqqətlə oxudu və geri çevrilib, hamının eşidəcəyi səslə: “Dəyanət, təbrik edirəm, çox gözəl şeirlərdir”, – dedi. Bu sözdən sonra digər nümayəndələr də jurnalı alıb, əl-əl gəzdirdilər. Axırda o jurnal kimdə qaldısa, heç bilmədim, axtarmadım. O zaman Anar müəllimin fikri mənim kimi gənc yazar üçün böyük stimul, özünəinam yaratdı. Həm də o xoş sözlər neçə-neçə tanınmış yazıçı və şairin, dövlət nümayəndəsinin yanında deyilmişdi deyə, qürrələnirdim. O səfərdən xatirə qalan şəklimiz bu gün də durur. Və o da yadımdadır ki, gürcü ziyalıları, Gürcüstan Prezidenti və dövlət rəsmiləri Anar müəllimə necə bir sayğıyla, ədəb-ərkanla yanaşırdılar.

    Sonralar Anar müəllim Milli Məclisin deputatı olanda mühüm məsələlər barədə ondan müsahibələr aldım, yazılar yazdım, bir daha yaxşı yöndən tanıdım. Onun sayəsində 1996-cı ildə Yazıçılar Birliyinin üzvlüyünə qəbul olundum. 1997-ci ildən isə, Yazıçılar Birliyi İdarə Heyətinə üzv seçildim. Və indiyədək də bu ictimai statusdayam. 1997-ci ildə Anar müəllim məni gənc yazıçıların Azərbaycan Prezidenti ilə görüşünə dəvət elədi, hətta sözümlə bir neçə gənc yazarı da siyahıya saldı. Müəyyən vaxtlarda ədəbiyyatın, ədəbi mühitin problemləri ilə bağlı tənqidi fikirlər söyləsəm də, heç zaman sözü şəxsi müstəviyə gətirmədim. Kabinetinin qapısında dayanıb fəxri ad, mükafat, vəzifə istəmədim, amma fəaliyyətimə Anardan yalnız diqqət, qayğı gördüm. Və təbii olaraq, bunlarsız belə, həmişə ona layiq olduğu sayğını göstərmişəm, buna özümü borclu bilirəm. İndi də o mövqedə qalıram, yoxsa, vicdansızlıq olar. Doğrudur, yüzlərlə yazıçı onun qayğısından daha üstün bəhrələndi, tanındı, ad-san, iş qazandı. Yenə Allah bir çoxlarına insaf versin, gərəkən zamanlarda, söz deyiləsi məqamlarda bəziləri ağızlarına su alıb çəkildilər. O isə öz haqqını da, haqsızlığa uğrayanın haqqını da təkbaşına müdafiə elədi.

    Bütövlükdə həqiqət budur ki, o sağlığında milli-mədəni-mənəvi dəyərə çevrilmiş TƏKlərdəndir. Sadəcə, müasir olduğuna görə, kimlərəsə bir az adi, bir az mürəkkəb, bir az inanılmaz görünə bilər. Anar ona görə böyük yazıçıdır ki, insan kimi böyükdür.

    Ədəbiyyata erkən rəhbərlik iddiaçılarına baxanda:

    Ümumiyyətlə, sosial mediada müəyyən vaxtlarda, xüsusən də, yazıçıların qurultaylarından öncə Birliyin ləğv olunması və yeni sədr istəkləri də baş qaldırıb. Ancaq bunlar cəmiyyətin, ədəbi sferanın rəyinə qətiyyən cavab verməyib, ehtiyaca çevrilməyib. Və bu istəklər dağıdıcı təfəkkürün məhsulu kimi yersiz cəhdlər olaraq da qalıb, köhnəlib.

    Qeyri-təbii halda nələrin dəyişə biləcəyinə gəlincə:

    – ədəbiyyatımız itirər, xalqın ədəbiyyata, yazıçıya münasibəti ciddilikdən çıxar (artıq bu proses gedir);

    – təşkilat cəmiyyət və dövlət qarşısında indiki statusunu, imicini itirər;

    – adi QHT səviyyəsinə enə bilər;

    – indiyədək təhqir, böhtan yazan, qalmaqal yaratmağa meyilli olan yazıçılara heç kim etibar edib, yaxın buraxmayacaq (hətta öz “müəllim”ləri də);

    – yeni intriqalar dalğası başlayar ki, bu da qurumun ləğvinə, yaxud parçalanmasına gətirib çıxara bilər;

    Və nəzərə almaq lazımdır ki, AYB yaradıcılıq təşkilatıdır.

    AYB-nin ləğvini və Anarın getməyini istəyənlər hələ bir əsərləri ilə tanınsınlar, ondan sonra ədəbiyyata rəhbərlik etmək iddiasına düşsünlər. Anar sədrlik postuna gələnə kimi uzun, əziyyətli yol keçmişdi, təcrübə toplamışdı, tanınır, sevilirdi. İndi bəziləri ədəbiyyat yaratmaqdan öncə Yazıçılar Birliyinin rəhbərliyinə gələndən sonra tanınacaqlarını düşünürlər. Ona görə də ağına-bozuna baxmadan, hətta həmkarlarına da qara yaxmaqdan çəkinmirlər. Tanınmağın, dünyaya çıxmağın yolu intriqalardan yox, yaxşı əsər yazıb, xalqa, ədəbiyyata xidmət etməkdən keçir. Bu xidmətin nə dərəcədə, nə zaman dəyərləndirilməsi isə ayrıca dövlətə aid məsələdir…

    Biz – 90-cı illər nəsli ədəbiyyata gəlmək üçün illərlə çalışmışıq, bir yazı çap etdirmək üçün yüz fikir öyrənmişik, redaksiyaların qapılarını döymüşük, bəzən ümidlə, bəzən ümidsiz qayıtmışıq. İndi şair, yazıçı kimi tanınmaq asandır, sosial şəbəkələrin, qeyri-rəsmi nəşrlərin qapısı hamıya açıqdır. Bir-iki şeir, hekayə quraşdıranlar, pulla əsər yazdıranlar həmən də ədəbi aləmə atılır və mükafat, vəzifə, rəhbərlik davasına çıxırlar. Anlamıram, biz ədəbiyyatı donosçulara, saxta yazarlara, qalmaqalçılaramı həvalə etməliyik?!

    AYB ətrafında gedən narazılıqların heç bir əsası yoxdur, bütövlükdə ictimai fikri əks etdirmir və ədəbiyyatın, yazıçıların imicinə xələl gətirən məsələdir. Bəzən elə adamlar haqsız irad bildirirlər ki, görürsən, heç ədəbiyyata dəxli yoxdur, amma iddiası göylə gedir, sosial mediada qalmaqal, qarğaşa yaratmaqla məşhurlaşmağa çalışır. Guya obyektivlik, cəsarət nümayiş elətdirir. Anara qarşı olan ədalətsiz kampaniyaların məğzində kreslo davası durur, yəni bunlar gözü-fikri posta dikili qalan intriqaçı yazarlar tərəfindən təşkil olunan məsələdir. Bizim bəzi cavan yazarlar da müəyyən vədlər ardınca gedir, yuxusunda sədrlik kreslosu görən, bir günlük də olsa, sədr olmaq istəyən o karyeristlərin oyununa düşürlər. Ümumiyyətlə, “niyə mən yox, o olmalıdır” – düşüncəsi ilə yaşayan insan hara kimi gedə bilər?..

    Həmişə o fikirdə olmuşam ki:

    Yeni dönəmdə faktiki olaraq o, Yazıçılar Birliyinin, həm qurucusu, həm də qoruyucusu olub.

    Müstəqilliyimizə keçmişdən ədəbiyyatın xeyli problemləri miras qalmışdı. Yazıçılar Birliyinə təzyiqlər baş qaldırmışdı. Öndə məhz Anar dayanmışdı. Və dövlətimizin dəstəyi və Anarın öncüllüyü ilə ədəbiyyat siyasəti o mürəkkəb dönəmlərdən keçib yaşaya bildi. Ona görə də gələcəkdə Birliyə sədr olacaq adam mütləq Anardan halallıq almalıdır. Onun hər bir fikrində, addımında cəmiyyətə və ədəbiyyat adamına, xeyir, sayğı, anlayış vardır. Söz yox, qurumda yeniləşmə təbii, qanuni yolla, vaxtı çatanda olmalıdır. Bu, kimlərinsə istəyinə bağlı məsələ deyil.

    Mən inanıram ki, əsərlərini oxuyub dərk eləyən kim olur-olsun, Anar təkcə mətnləri vasitəsilə də milli, fərdi və vətəndaşlıq məsuliyyəti olan hər kəsə doğmalaşa bilən yazıçıdır. Və ən nəhayət, 85-dən baxanda Anar hər yerdən görünən, yerində olan və yerində dağ kimi görünən adamdır. Bütün böyüklüyü, səbri, sərtliyi və xeyirxahlığı ilə var olsun!

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Füzuli ili və Teatr günü – Əsəd CAHANGİR

    10 mart milli teatr günümüzə

    Əsəd CAHANGİR

    Kitabın yazılma səbəbi

    Ötən il, iyunun 29 və 30-da Milli Teatrda Cavid Zeynallının “Şükriyyə” pyesinin rejissor Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşasının premyerası oldu. Amma bununla bağlı fikirlərimi yazının axırında – “Tamaşa” fəslində verəcəm. Çünki bu yazıdan amacım eləcə “Şükriyyə” deyil, konkret bir tamaşa nədəniylə aşağıdakı çoxsaylı məsələlərə toxunmaq, bir sözlə, damlada dəryanı göstərməkdir:

    – milli dramaturgiya və teatrın çağdaş durumu;

    – rejissorun teatrdakı yeri;

    – bədii istedada qayğı;

    – yeni dramaturq imzası;

    – sənət və toplumsal həyatın bağlantısı;

    – vətənsevərlik, özəlliklə də, Qarabağ konusunun plakat, şüar, xaltura, alver alətinə çevrilməsi;

    – sənətkarın meracı.

    Füzuli kədərli bir eşq olayından danışan “Leyli və Məcnun”un girişində deyirdi:

    Düşdü səfərim diyari-dərdə,

    Kimdir mənə yar bu səfərdə?

    Şair bu səfərdə 530 ildir ki, düşmənsiz ötüşməyib, amma onun sözünü deyən, hörmətini saxlayan, yolunu gözləyənlər də az olmayıb ki, çox olub. Bəs, hər cür sorunlarla üzləşəcəyim bu “uzun, incə yolda” bir az füzulluq eləmək zorunda qalsam, mənə necə, axıracan yoldaşlıq eləyən tapılacaqmı? Konkret olaraq, Füzuli ili və teatr günü, ümumən orta çağ divan şairi ilə teatr sənətinin nə ilişkisi? Bu sualların cavablarını bilmək istəyirsiniz? Onda gərək bu yazını sonacan oxuyasınız.

    Ustadlara xitab

    Platon haqlıydı – hər cür sənət xatırlamadır, amma təkcə ideyalar aləmini deyil, həm də gerçək şəxsləri və ya nəsnələri xatırlamaq. Platon özü bütün dialoqlarında Sokratı xatırlayırdı. Mən isə on il öncəyə – 2014-cü ilə qayıtmaq, İsa Muğannanı xatırlamaq istəyirəm. Görkəmli nasirin Daxili İşlər Nazirliyi yaxınlığında, keçmiş Hüsü Hacıyev küçəsində, yazıçılar binasının beşinci qatındakı evindən Füzuli meydanına ayaqla vut-tut, beş-altı dəqiqəlik yol olsa da, o, Nəsimidən Nizamiyə qayıdıb, Füzulidən yazmasa da, alın yazısı ömrünün axırında onu Füzuli meydanına gətirdi və yazıçını son mənzilə bir əli sinəsində, o biri çənəsində, Məcnunu sağı, Leylisi solunda, vəhşilər ayağının altı, mələklər başının üstündə, fələyin zindanı kürəyi, Allah eşqi ürəyində dərindən-dərin düşüncələrə dalmış Füzuli, İsanı isə Məhəmməd yola saldı, “çün Məsihi-vəqtsən, can vermək asandır sana…” dedi.

    Artıq onilləri aşır ki, ünlü söz-sənət adamlarının çoxu son mənzilə Füzulinin yanı, Füzuli meydanından keçib gedirlər. Şair, elə bil ki, zamanla əbədiyyət arasında bir körpüdür. Füzuli metafizikdir və onun bəlkə bir misrasını da oxumayan iyirminci yüzil batı filosofu Martin Haydegger “Metafizika nədir?” kitabında yazır ki, insan düşüncəsinin irəliləməsi üçün bizi başlanğıc nöqtənin cazibəsində tutub saxlayan metafizikadan qurtulmalıyıq. Mirzə Fətəli Axundovun “Füzuli şair deyil və onun xəyalatında əsla təsir yoxdur”, Cəfər Cabbarlının “Neçə əsrlərdir ki, Füzulinin sehrli orbitindən çıxa bilmirik” sözləri də ünlü filosofun fikriylə səsləşir. Füzulini oxuyub-oxumamasına dair nəsə deyə bilməyəcəyim böyük fransız metafiziki Rene Genon isə “Çağdaş dünyanın böhranı” kitabında yazır ki, batının böyük sürətlə yuvarlandığı uçurumdan qurtuluşunun tək yolu doğuda hələ də qorunub saxlanılan vahid, əzəli metafizik prinsipə qayıtmaqdır. Kim haqlıdır? Bu sualı birmənalı cavablandırmaq bəsit bir şey olardı, nədən ki Haydegger, Axundov, Cabbarlı və Genon məsələyə fərqli, bəzən əks yönlərdən baxsalar da, bir çiynin üstündəki başlara bənzəyirlər. Əslində isə onların qoyduğu məsələ o qədər orijinal deyildi, bu metafizik sualı hamıdan öncə Füzuli özü vermişdi:

    Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

    Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı?

    Haydegger də, Axundov da, Cabbarlı da, Genon da Füzuli sualına cavab axtarır, öncəkilər ona “usanar”, sonuncu isə “usanmaz” cavabını verirdi. Bundan sonra da neçə-neçə düşünürlər gəlib-keçəcək, mini mini bir söz deyəcək, amma ta qiyamətəcən nə bu sualın cavabı tapılacaq, nə də bu sevda bitəcək. Nədən ki bu məcnun sual insanlığın ölüm-qalım sorunu, bu sevda sonsuzdur. Füzuli isə eləcə Molla Məhəmməd Süleyman oğlu Bağdadi, onun yazdıqları isə təkcə qəzəl, dastan deyil, həm də ümumbəşəri, milli və fərdi anlamda metamətnimiz, neçə yüzillərdir qaça bilmədiyimiz, yəqin ki, qiyamətəcən pozulmayacaq alın yazımızdır. Odur ki, Füzuli əleyhinə öncələr də, bu gün də, istər xaric, istərsə də daxilimizdə aparılan siyasi-ideoloji təxribatlar – İraqda məzarının yerini dəyişmək, yaxud “İraq şairi” adlandırmaq, İranda abidəsini təhqir eləmək, bizdə isə haqqında aşağılayıcı bir şeylər yazmaq çabaları – həmişə fiasko ilə sonuclanıb, bundan sonra da belə olacaq, nədən ki gəldi-gedər siyasi maraqlara bağlı kampaniyalar əzəli-əbədi dəyərlər qarşısında acizdir. Alimlərimizdən Kamil Allahyarov, Zəkulla Bayramlı, özəlliklə də, özünün “Füzuliyə qarşı üçüncü vandalizm aktı” adlı dəyərli məqaləsində ərəbşünas Cəmaləddin Quliyev çoxsaylı faktlara söykənərək, bu məsələyə aydınlıq gətirib, bütün bu kampaniyaların riyakar siyasi-ideoloji mahiyyətini yetərincə açıqlayıblar. Füzulinin xatirəsini təhqir eləmək kimi uğursuz cəhdlərə qarşı ən ciddi cavab isə şairin 530 illik yubileyinin qeyd edilməsi ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin 25.01.2004-cü il tarixli sərəncamıdır. Bu sərəncam çağdaş sərhədlər daxilində məzarının harada olmasına baxmayaraq, Füzulinin dahi Azərbaycan şairi və mütəfəkkiri olmasının bütün dünyada rəsmi təsdiqidir və məncə, xaricdəkilərin havasına züy tutan, yuxa qırağı sulayan bəzi daxilimizdəkilər də bu qərardan nəticə çıxarıb, elmi baxımdan yanlış, siyasi yöndən zərərli mövqelərinə düzəlişlər edəcəklər.      

    Qoy, onlar öz düzəlişlərini eləsin, mənim yolumsa, yenə keçmiş Hüsü Hacıyev küçəsi, yazıçılar binasınadır. İllər öncə, hələ bu fani dünyada yaşadığı, onda dəyərini elə də bilmədiymiz, indi çox uzaq, əlçatmaz görünən o gözəl günlərdən birində, yazıçılar binasındakı həmin mənzilində Muğannadan “gənc yazarlara sözünüz, məsləhətiniz nədir?” deyə soruşmuşdum və o bir an da düşünmədən, guya kimsə başqa biri, ya da öz-özüylə danışırmış kimi, hansısa məchul nöqtəyə zillənərək keçmişi-keçəcəkləri, yeri-göyü, ərşi-kürsü dolanaraq yanıma enmiş və göz açıb yumunca baş verən bu tarixi, kosmik gəzintidən doğan müdtik bir dalğınlıq havasında “qoy, damlada dəryanı, zərrədə küllü göstərsinlər” demişdi. Ondan çox cavab gözləyirdim, amma bunu – əsla! Muğanna öz cavabında Genonu Haydegger, Axundov və Cabbarlı ilə barışdırır, həm o tərəf (dərya), həm də bu tərəfə (damla) vurur, axırda da qayıdıb vəhdət nöqtəsində dururdu. Onun bu sözləri mənə niyə dediyini indi – bilgisayarın qarşısına keçib, ilk cümləyə hardan, necə başlayacağımı düşünəndə bilirəm. Onda bilmirdim ki, öz sualım da, yazıçının cavabı da yaddaşıma yazılıb və günlərin bir günü bu yazıda beləcə qəfil boy verəcək.

    Teatr və dramaturgiyamızın çağdaş durumuna dair bu teatral-essevari düşüncələrimə Füzuli və Muğanna anısıyla başlamağımın bir neçə nədəni var və biri də budur ki, oxuyacağınız yazıda sufi üsuluna üz tutmuş, damlanı dəryada, zərrəni küllüdə göstərməyə, çözülməsi soruna quş uçuşu, yəni bir az uzaq, bir az da yuxarıdan – uzun və geniş planlarda baxmağa çalışmışam. Çünki ayrıca sorunların da, konkret şəxslərin də yeri və rolu ümumi mənzərədə daha aydın görünür. Siz bu sufi rümuzatında “damla”nı yazının özəl predmet və subyektləri, “dərya”nı dramaturgiya, teatr, ümumən sənət, damlanı insan, dəryanı Allah kimi çözməyinizdə olun, mən də bu müddətdə ustadların ruhuna rəhmət diləyib, onlardan füzuliyanə bir halallıq alım ki, vaxtımız çox getməsin:

    Arayişi-söhbət eylə, saqi,

    Ver badə, mürüvvət eylə, saqi.

    …Sən ver badə, mən eyləyim nuş,

    Mən nəzm oxuyum, sən ona tut guş…

    Rejissora sözönü

    Əgər səhnə öz sərhəd, qanun və əhalisi olan ayrıca bir dünya və rejissor onun yaradıcısı, demiurqu, tanrısıdırsa, sözə   Bəhram Osmanovdan başlamaq istəyirəm. Milli Teatrın səhnəsində zamanında “Qarağaclar altında ehtiraslar” (Yucin Onil), “Şah Edip, yaxud alın yazısı” (Sofokl), “Kral Lir” (Vilyam Şekspir), “Ağqoyunlular və Qaraqoyunlular”, “Köhnə ev”, “Mesenat” (Əli Əmirli), “Kaş araba aşmayaydı” (Otar İoseliani), “Uçqun” (Tuncər Cücənoğlu) və digər aydın konsepsiyalı, aktual ideyalı, istər bütövlükdə, istərsə də ayrı-ayrı səhnələrin təkrarsız ehtişamı baxımından heyranlıq doğuran tamaşalara quruluş verən bu görkəmli rejissor Gənc Tamaşaçılar Teatrına getməsilə bağlı uzun dönəmdir ki, burda görünmür, onun ana teatrın səhnəsindəki son işi – “Dəli yığıncağı”ndan (Cəlil Məmmədquluzadə) illər keçir. Teatrsevərlər isə bəzən, doğrudan da, dəli yığıncağı təsiri bağışlayan, ələşənin küləşənə qarışdığı, yaxşı ilə yamana, yağlı ilə yavana fərq qoyulmadığı hazırkı durumda çox şeyləri unutmayıblar. On doqquzuncu yüzil ünlü türk şairi və dövlət xadimi, saray çəkişmələri üzündən Osmanlını tərk edib, uzun illər batı ölkələrində yaşamaq zorunda qalan Ziya Paşa deyirdi:

    Ayinəsi işdir kişinin, lafə baxılmaz,

    Şəxsin görünür rütbeyi-əqli əsərində.

    Osmanlı şairinin diliylə desəm, Osmanovun Milli Teatrdakı işləri onun rejissor kimliyini göstərən “ayinəsidir” və indi onlardan bəzi səciyyəvi məqamları yada salmaq istəyirəm.

    …Pərdə bağlanır, tamaşa bitir, pərdənin bəri üzündə atılıb qalmış yelləncəkli boş kreslo isə dünyanın faniliyi, amansız taxt-tac qovğalarının anlamsızlığından söz açır. Burda artıq cansız kreslo danışır. Bura sözün bitdiyi yerdir! Mən ədəbiyyat tarixi səhifəsinin bu üzünü o üzünə çevirib, Füzuli divanına üz tuturam:

    Ey olub sultan deyən dünyada məndən qeyri yox,

    Sən səni bir cüğd bil, dünyanı bir viranə tut!

    Rejissor isə tarixin pərdəsinin o üzünü bəri üzünə – çağdaşlığa çevirir, b.e.ö. səkkizinci yüzildə dumanlı Britaniyada baş vermiş saray çəkişmələri ardından 90-ların bir-birini dabanqırma izləyən dumanlı hakimiyyət davalarına üz tutur. Bu, iki fərqli heyətlə beş-altı ilə hazırlanan, Kral Lirin özü qədər qəribə, acımasız taleli “Kral Lir” tamaşasının finalıdır.

    Babanın günahı üzündən: ana özünü asaraq intihar edib; gözlərini öz əlləriylə kor eləyən ata illərlə səfil-sərgərdan gəzib-dolanandan sonra dəhşətli əzablar içində ölüb; taxt-tac uğrunda qardaş qardaşı öldürüb; sağ qalanı düşmənlər qətlə yetirib; Tanrı üz çevirib və Edipin (Kamal Xudaverdiyev) qızları İsmena (Mehriban Xanlarova) ilə Antiqona (Münəvvər Əliyeva) göylə yerin arasında tək-tənha qalıblar! Tamam tək və tənha! Taleyin verdiyi çəkilməz acılardan sonra qızlar axır ki, bir-birini bağışlayıb qucaqlaşır və elə o anda Tanrı “mələyi” (Sənubər İsgəndərli) öz qanadlarını onların üstünə gərir, üçü bir yerdə səssizcə ağlayırlar. Cavanşir Quliyevin həzin musiqisi eşidilir, səhnəyə kosmik çəkisizlik, yaxud çiskin yağış ovqatı doğuran işıq düşür… Antik tragediyadakı bu olaylar ardından yenə də 90-ların hakimiyyət qovğalarına boylanan rejissorun səsi gəlir: “Niyə hər yandan düşmənlərlə çevrələndiyimizi görmürük? Niyə bir-birimizi qırır, qızlarımızı, qadınlarımızı başsız qoyuruq? Gəlin, bəylik taxtımızdan enək, şəxsi ambisiyalarımızı bir kənara qoyaq, adam olaq, bir-birimizi bağışlayaq ki, Tanrı da bizi bağışlasın – qurtuluşumuz birliyimizdədir!”

    Bu, “Şah Edip”in 25 ildən bəri yaddaşımdan silinməyən uşaqcasına məsum, müdrikcəsinə mənalı finalıdır! O qədər məsum və mənalı ki, az qala hipnoz olmuş zal aktyorları alqışlamağı belə unudurdu. Mən nə öncə, nə də sonralar baxdığım tamaşaların heç birində insanı bu qədər təsirləndirən, özünə qaytaran, bu qədər güclü və zərif final görməmişəm. Bütün dünya uçub-dağılmış, yalnız bunlar qalmışdı – kosmik ənginlik qarşısında tənha insan, göz yaşı və ümid… Burda danışan göz yaşlarıydı! Bu sözün bitdiyi yer idi! Qiyamət səhəri kimi acı, hansısa müjdədən soraq verən bahar nəsimi kimi bu həzin finala baxdıqca düşünürdüm ki, dünya dramaturgiyasının bəlkə də ən talesiz məxluqlarını oynasalar da, Mehriban, Münəvvər və Sənubər dünyanın ən xoşbəxt oyunçularıdır. Təkcə elə bu tamaşanın final səhnəsində oynamaq üçün illərlə zəhmət çəkib, lazım gəlsə, şəxsi səadətindən belə əl çəkib aktyor olmağa dəyərdi! Osmanovun quruluşlarında rol almaq aktyor üçün, doğrudan da, şansdır. 

    Bağlanmış pərdə bir anlığa açılıb, yenidən sürətlə qapanır, amma bu bir göz qırpımı da bəs eləyir görəsən ki, üzündə təbəssüm donmuş aktyorlar Tağıyevlər ailəsinin hansısa xoşbəxt anının fotosunu canlandırır. Bu şəkil marketinq dönəminə keçidin yaratdığı aşırı varlanmaq ehtirası, maliyyə fetişizmi, acgözlüyün absurdluğuna işarə edir. Bu şəkil milli sahibkarlığın çağdaş təmsilçilərini el atası, böyük mesenat Hacı Zeynalabdin Tağıyevdən həm örnək, həm də ibrət götürməyə çağırır. Bu şəkil “nə qədər varlı, nüfuzlu olursan-ol, bu dünya olum və ölüm pərdələri arasında (f)ani bir görüntü, vaxtın sonsuz yaddaşında donub qalmış şəkildir” deyir. Burda artıq cansız şəkil danışırdı… Bu, sözün bitdiyi yer idi!

    Bu isə “Mesenat”ın finalıdır.

    Osmanov hər tamaşasında bizi yenidən və yenidən xoşgörüyə, barışa çağırır, “mərhəmətli olun!” deyir, nədən ki Allahın “öldüyü” bu amansız, sərt dünyada vicdan son sığınacaq, mərhəmət olan-qalan, yeganə həqiqətdir!

    Mərhəmət! Bu, onun rejissor dünyaduyumunun anayasası, yaradıcılığının epiqrafıdır! Maraqlıdır ki, bütün sənət həyatı boyu üzləşdiyi çətinliklər milli Efrosumuzun mərhəmət idealına ciddi xələl gətirə bilməyib. Çoxsaylı milli, rus, qərb sənətkarları arasında onu məhz sovet dönəminin dissident ruhlu rejissoru Anatoli Efrosa bənzətməyim özü də gəlişigözəl epitet, subyektiv yarlık olmayıb, təkcə iki azad ruhlu istedadın üzləşdikləri eyni səciyyəli sorunlardan da irəli gəlməyib, hər şeydən öncə, Osmanovun özünün fikridir. Yadımdadır ki, aşağı-yuxarı, iyirmi-iyirmi beş il öncə ondan “Stanislavski, Meyerxold, Brext, Kreq, Vaxtanqov, Tovstonoqov, Yefremov, Lyubimov, Efros, Tairov… Özünü bu rejissorlardan hansının məktəbinə aid edirsən?” deyə soruşmuş və “əlbəttə, Efrosun” cavabını almışdım. Maraqlıdır ki, Taqanka Teatrında əleyhinə aparılan neçə illik kampaniyadan sonra 1987-ci ildə infarkt keçirən Efros dünyasını dəyişmiş və məhz həmin il gənc rejissor Bəhram Osmanov Milli Teatrda öz işinə başlamışdı. Rejissorun sonrakı yaradıcılıq taleyi də onun Efros kodundan xəbər verir. O da Efros kimi öz ideyalarını gerçəkləşdirmək üçün az sorunlarla üzləşməyib, teatrları dəyişmək zorunda qalıb, tamaşalarının qarşısına yapma əngəllər qoyulub. Yazıqlar olsun və nə yaxşı ki, bu belədir. Füzuliyanə desəm, gülə tikanın zərəri yoxdur:

    Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə,

    Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz.

    Neçə-neçə səhnə, televiziya və kino obrazlarını gördüyüm ayrı-ayrı aktyorlar da yaddaşımda Bəhram Osmanovun quruluşlarındakı bu və ya digər anın doğurduğu unudulmaz təəssüratla qalırlar. Onları bu anlarda görmüş, tanımış, sevmiş və yadda saxlamışam:

    Lir – Kamal Xudaverdiyev barmağını Kordeliyanın (Məleykə Əsədova) yanaqlarından süzülən göz yaşlarına vurub, ehtiyatla, qorxuyla dilinə toxundurur, sonra az qala hədəqəsindən çıxan gözlərlə zala üz tutaraq, sanki “duzludur! həqiqidir! doğrudanmı, saxta deyil?!” deyə soruşmaq istəyirdi! Unudulmaz aktyor yaddaşımda ömrü boyu şirin yalanlarla yaşayıb birdən-birə acı (duzlu!) həqiqətlə üz-üzə gələndə iliklərinə qədər sarsılan, uşaqcasına sadəlövh ingilis kralının açıla qalmış ağzı, heyrət dolu baxışlarıyla qalıb! Burda artıq gözlər danışırdı… Bu, sözün bitdiyi yer idi!

    Nə rus sovet rejissoru, “Don Kixot”, “Hamlet” kimi dünya klassikası şedevrlərinə böyük başarıyla ekran həyatı verən Qriqori Kozintsev, nə ingilis Riçard Eyrin eyni mövzudakı filmlərində (uyğun olaraq 1970 və 2018-ci illər), nə də Leonid Heyfetsin Malı Teatrının aktyorları ilə hazırladığı və zamanında böyük maraqla qarşılanan film-tamaşasında (1982) Lir və Kordeliyanın uzun ayrılıqdan sonra qarşılaşması səhnəsi bu qədər parlaq, yaddaqalan, təsirli deyil:

    Səhnənin bir başında – taxt-tacını, torpaqlarını böyük qızları Qoneriliya (Bəsti Cəfərova) və Reqanaya (Hicran Nəsirova) cehiz verib, sonra nankor övladları tərəfindən rədd edilən, qapılar üzünə çırpılan, yolçu olub çöllərə düşən, qaranlıq, soyuq, tufanlı gecələri dilənçilərlə keçirən, lakin hakimiyyətdən endikcə həqiqəti dərk pillələri ilə yüksələn, maddi sərvətlərini itirdikcə mənən zənginləşən və sonucda kraldan insana, misdən qızıla, damladan dəryaya çevrilən zavallı və bədbəxt Lir; o biri başında – sözün düzünü dediyi, yalanı, riyakarlığı bacarmadığı, diliylə könlü bir olduğu üçün cehizi lənət, təhqir olan, lakin Liri bağışlayan və öncələrdəki kimi yenə də sevən mələk təbiətli kiçik qızı Kordeliya! Dilənçi görkəmində olan Lir və su sonası kimi bəyaz libaslı Kordeliya qarşılıqlı sevgi ifadə edən atəşin sözlərlə qollarını qabağa açır, dizin-dizin bir-birinə doğru sürünür, səhnənin tən ortasında göz yaşları içində qucaqlaşırdılar! Göz yaşının dadına baxmaq da bundan sonra başlayırdı…

    Əminəm ki, Kozintsev, Eyr, Heyfetsin filmləri və Osmanovun tamaşasına baxıb, eyni səhnələri tutuşdursanız, gəldiyim sonucun bayağı “özümüz-özgələri” mifindən doğan tərəfgirlikdən irəli gəlmədiyinə, hər cür kiçiltmə və şişirtmədən uzaq olduğuna siz də əmin olarsınız. Düzdür, Kamal Xudaverdiyev göz yaşının dadına baxmağı Kozintsevin filmində baş rolu oynayan ünlü eston aktyoru Yuri Yarvetdən götürmüş, amma öz mənalı heyrəti ilə bu jestə tamam fərqli anlam verə bilmişdi. Göz yaşını dadan Yarvetin üzündə bir təəssüf, peşmançılıq var. Kral bu duzlu göz yaşında, elə bil öncədən artıq duyduğu həqiqətin təsdiqini tapır: “hə, doğrudan da, duzlu imiş, saxta deyilmiş, təəssüf ki, bunu gec başa düşdüm.” Kamal Xudaverdiyevin Lirinə isə öncədən heç nə məlum deyil, o həqiqəti indi, göz yaşını daddığı andaca, zen-buddistlərin diliylə desək, qəfil tapır və bu gözlənilməz intuitiv kəşfdən ağzı açıla qalır: “doğrudanmı, duzludur, doğrudanmı, saxta deyil?!!” Onun üzündə təsdiq yox, heyrət dolu bir sual, onun gözündə təəssüf yox, özünün ən yüksək dərəcəsinə çatmış təəccüb var! Aktyorun köhnə jestə verdiyi bu yeni anlam səhnədəki degustasiyanın zaldakı dadını qat-qat artırır, ona həqiqətin kəşf olunduğu həlledici məqam statusu verir və müqayisədə ünlü eston (üstü) unlu azərbaycanlıya açıq-aşkar uduzurdu (“Kral Lir”);

    taleyin amansız hökmüylə dünyanın ən bağışlanmaz suçuna sürüklənən, indiyəcən olub-keçən qadınların heç birinin üzləşmədiyi acı bir qismətə tuş gələn – öz bətnindən doğurduğu Ediplə izdivaca girən, ondan dünyaya övladlar gətirən və bu dəhşətli həqiqəti biləndə azacıq belə düşünmədən özünə ölüm hökmü çıxaran, yunan profilində qədd-qamətli, şahanə, hökmürəvan İokasta – Şükufə Yusupovanın da ölümə gedərkən tüstülər, dumanlar içində ağ göyərçin qanadları kimi, xəyal kimi çırpınan əllərini, yəqin ki, heç vaxt unutmayacam (“Şah Edip”).

    Hələ Bəsti Cəfərovanın sevişdiyi kişinin ağuşundan çıxaraq, şərab dolu qədəhi başına çəkən, sonra da hüdudsuz şəhvani istəkləri və hakimiyyət ehtirasının təmin olunmamasından doğan narazılıq, nifrət, aqressiyanın ifadəsi kimi boş qədəhi bütün bədəniylə bir yay kimi gərilərək, daxili aləminin ən dərin nöqtəsindən gələn çılğın bir nidanın müşayiəti ilə səhnənin hansısa uzaq küncünə tullayan Qoneriliyası!.. Onun hüdudsuz azğınlığından xəbər verən nidası səhnə səmasında şimşək kimi çaxır, bütün zalı diksindirirdi! Qəribədir ki, aktrisa bu səhnə də daxil olmaqla Qonerilya obrazını elə də bəyənmir, Kordeliyanı oynamaq istəyirdi. Mənim isə üstündən on illər keçsə də, Qonerilyanın boş qədəhi necə atması hələ də gözümün önündə, çılğın nidası hələ də qulağımdadır. Milli və dünya dramaturgiyasında Pəridən (Cəfər Cabbarlı, “Solğun çiçəklər”, rejissor Ağakişi Kazımov) tutmuş, Fedraya (Jan Rasin, “Fedra”, rejissor Mərahim Fərzəlibəyov) qədər ən ehtiraslı qadın obrazlarını canlandıran aktrisa yaddaşımda qəddar, amansız ingilis kraliçasının bir kəlmə də demədən hər şeyi deyən sözsüz qiyamı ilə qalıb (“Kral Lir”);

    düşmən siyasi partiyanın oğluna ərə getməsin deyə öz əmisi oğlu tərəfindən zorlanan, avansenaya çıxaraq bütün əclaflıqların acığına başını qürurla yuxarı qaldıran, sonra nəsə daxili hökm verdiyini bildirən sərt hərəkətlə geri dönüb, səhnə boşluğunda yoxa çıxan, eləcə mimika və baxışlarıyla tamaşanın ən önəmli informasiyasını – intihar qərarını zala çatdıran Fidan – Məleykə Əsədova da yaddaşıma ayaqlar altına atılmış məhəbbət, tapdalanmış bəkarətin saf heykəli kimi yüksəldiyi bu sözsüz səhnəsi ilə yazılıb. Fidan bu bir anlıq görüntüsüylə aktrisanın Gültəkin, Şirin, Mariya Tüdor kimi klassik faciə ehtişamıyla süslənmiş obrazlarını kölgədə qoyurdu (“Ağqoyunlular və Qaraqoyunlular”).

    (Davamı gələn sayımızda)

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Bir sual, bir cavab – Aysel Nəsirzadə ilə 

    Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

    SUAL:

    “Fəlsəfə – ruhun özünədərkidir.” (Əbu Turxan)

    Aysel xanım, çox təəssüf ki, çoxlarımızın özünədərki ya yoxdur, ya da çox az faizdədir. Sizcə, bütün bəlaların kökündə bu dayanırmı?

    CAVAB

    -İndi çox eşidirik “Fərqindəlik” sözünü. Fərqindəlik insanın özünü yaxından tanımasıdır. İnsan öz gücünün fərqinə varır və həyatını dəyişir. Əsas istəməkdir. Şüurlu şəkildə düşünərək nə istədiyini bilməkdir. Din də deyir, elm də deyir ki istə, istəyinə nail olacaqsan. Əsas məqsədli olmaqdır. Arzulamaq, arzunun xəyalını qurmaq və istəyə çatmaq üçün çalışmaq. Yəni, nə istədiyini şüurlu şəkildə bilmək əsasdır. İnsan düşündüyü zaman insandır. 

    “Ədəbiyyat və incəsənət”

    (11.03.2024)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun hekayəsi “Yağışlı bir gün idi” hekayələr toplusunda işıq üzü görüb

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qaradağ Rayon Bürosunun Rəhbəri, Azərbaycanlı şair-yazıçı Coşqun Xəliloğlunun Coşqun Xəliloğlunun hekayəsi “Yağışlı bir gün idi” hekayələr toplusunda işıq üzü görüb.

    Bu kitabda Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qaliblərinin və münsiflər heyəti tərəfindən seçilən digər iştirakçıların işləri toplanıb. 

    Kitab satış üçün nəzərdə tutulmayıb. 

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Məişət zorakılığına YOX deyək!” mövzusunda
    hekayə müsabiqəsi yekunlaşıb

    Gənc nəsildə tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşılma və hörmət, ailədaxili problemlərin dinc yolla çözülərək həllinin tapılması və s. bu kimi xüsusiyyətlərin aşılanması, o cümlədən bu xüsusiyyətlərin əhali arasında geniş təbliğ və təşviq edilməsi məqsədilə elan olunan hekayə müsabiqəsi yekunlaşıb.
    Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) “Ulduz” jurnalı ilə əməkdaşlıq çərçivəsində keçirilən hekayə müsabiqəsinin finalçıları müəyyən olunub:

    1. Arif Rəhimov – “Zərif və kövrək məxluq”
    2. Azər Musaoğlu – “Fidan”
    3. Fatimə Bayramova “Bağlı qapı arxasında”
    4. Maya İmran – “Humay Atabəy”
    5. Rəşid Bərgüşadlı – “Otit”
    6. Şəfa Vəli – “Quşxanadan reportaj”
    7. Zemfira Məhərrəmli – “Ailə sənin məbədindir”

    13 mart 2024-cü il saat 12.00-da AYB-nin Natəvan klubunda “Məişət zorakılığına yox deyək!” mövzusunda tədbirin keçirilməsi və hekayə müsabiqəsinin qaliblərinin elan olunması nəzərdə tutulub.

  • Şairə Şəfa Vəlinin şeiri “Şeirin yurdu” antologiyasında işıq üzü görüb

    “Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu” antologiyasında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəlinin “Poçtalyona məktub” adlı şeiri yer alıb.

    Layihənin rəhbəri və müəllifi Şəfa Vəli, redaktoru isə istedadlı yazıçı Xanım Aneladır.    

    45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.    Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Şairə Xəyalə Sevilin şeiri “Şeirin yurdu” antologiyasında işıq üzü görüb

    “Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu” antologiyasında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə Sevilin “Anamın əlləri” adlı şeiri yer alıb.

    Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu”

     Layihənin rəhbəri və müəllifi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəli, redaktoru isə istedadlı yazıçı Xanım Aneladır.

       45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.

       Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Şair İbrahim İlyaslının şeiri “Şeirin yurdu” antologiyasında işıq üzü görüb

    “Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu” antologiyasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri şair İbrahim İlyaslının “Nə çəkir” adlı şeiri yer alıb.

     Layihənin rəhbəri və müəllifi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəli, redaktoru isə istedadlı yazıçı Xanım Aneladır.

       45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.

       Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Şair-araşdırmacı Namiq Hacıheydərlinin şeiri “Şeirin yurdu” antologiyasında işıq üzü görüb

    “Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu” antologiyasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri, şair-araşdırmacı Namiq Hacıheydərlinin “Şairin sözü” adlı şeiri yer alıb.


     Layihənin rəhbəri və müəllifi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəli, redaktoru isə istedadlı yazıçı Xanım Aneladır.    

    45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.    Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Kənan Aydınoğlunun şeiri “Şeirin yurdu” antologiyasında işıq üzü görüb

    “Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu” antologiyasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Aydınoğlunun “Qadın ağlamaqçün yaranmayıbdı…” adlı şeiri yer alıb.

       Layihənin rəhbəri və müəllifi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəli, redaktoru isə istedadlı yazıçı Xanım Aneladır.

       45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.

       Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • RAMAZAN TƏQVİMİ-2024

    Qeyd: Mübarək Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilmişdir. Digər bölgələr Mübarək Ramazan ayının təqvimini qafqazislam.com saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləsinlər.

    Mənbə: https://qafqazislam.com/

  • 10 Mart-Milli Teatr Günüdü

    XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyuldu.[1]

    Bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynamışdılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu. Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları (“Maral oyunu”, “Kilimarası”), bayram tamaşaları (“Kos-Kosa”), dini səciyyəli tamaşalar (“Şəbih”) və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstərmişdilər.

    Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu “Şərqin operası” adlandırmışdı. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin böyük xidməti oldu.

    O, Bakı şəhərində ilk teatr binası inşa etdirdi. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olmuşdur.

    AXC-nin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu.

    Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun “Nadir şah” faciəsinin tamaşası ilə açılmışdı. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer almışdı. Məhz martın 10-u (köhnə stillə 22-si) – Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.[2]

  • Tbilisidə azərbaycanlı qadınların rəsm və əl işlərindən ibarət sərgi açılıb

    Martın 8-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanda yaşayan azərbaycanlı xanımların rəsm və əl işlərindən ibarət “Rənglərin ahəngi” adlı sərgi açılıb.

    AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan qadınlarının, eləcə də uşaqların 35-dən çox rəsm əsəri və Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini və mətbəxini əks etdirən 25-dən çox əl işləri nümayiş etdirilib.

    Muzeyin elmi işçisi, təşkilatçı Leyla Əliyeva sərginin açılışında deyib ki, bu cür tədbirlərin təşkilində məqsəd Azərbaycanın qədim mədəniyyətini təbliğ edən qabaqcıl qadınları irəli çəkmək, onların cəmiyyətə inteqrasiyasına yardım göstərməkdir.

    Ölkəmizin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacıyev Azərbaycanın qədim tarixə malik mədəniyyətindən danışıb. Bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlı qadınların əl işlərinin sərgisinin təşkili həm mədəniyyətimizin təbliğində, həm də qadın rəssamlarının və xalq yaradıcılığı ustalarının üzə çıxarılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, səfirlik hər zaman bur cür tədbirlərinin təşkilinə dəstək göstərib və bu siyasət bundan sonra da davam edəcək.

    Sərginin açılışında Azərbaycan səfirliyinin əməkdaşları, Tbilisi bələdiyyəsinin deputatları, mədəniyyət və incəsənət ustaları, rəssamlar, tələbələr, Azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Sərgi böyük maraqla qarşılanıb.

    Rəssam Könül Bayramova AZƏRTAC-a müsahibəsində deyib: “Mən Azərbaycanda anadan olmuşam. Ali təhsilimi də Bakıda almışam. Ailə vəziyyətimlə əlaqədar olaraq Tbilisiyə köçmüşəm. Məqsədim rəssamlığın sirlərini, eləcə də qədim mədəniyyətimizin, incəsənətimizin incəliklərini Gürcüstanda yaşayan soydaşlarımıza öyrətmək, milli-mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirməkdir”.

    Qardabani rayonundan olan Səidə Məmmədova bildirib ki, çəkdiyi rəsmlərdə Azərbaycanın mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edib.

    Məlumat verilib ki, Novruz bayramı ilə əlaqədar martın 20-də Tbilisinin mərkəzində azərbaycanlı qadınların əl işlərinin satış-sərgisi də təşkil olunacaq.

    Xətayi Əzizov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Tbilisi

    Mənbə: https://azertag.az/

  • Akademik Milli Dram Teatrında “Əsrə bərabər gün” tamaşasının premyerası olub

    Tamaşa “giriş qadağandır” əmri ilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində qurulub. Səhnə əsərinin aktyor heyətində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, Bəsti Cəfərova, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Anar Heybətov, Vəfa Rzayeva, Ayşad Məmmədov, Elxan Quliyev, Mirzə Ağabəyli, Əminə Babayeva, Rövşən Kərimduxt, Aslan Şirin, Elşən Cəbrayılov, Mətləb Abdullayev, Rəşad Bəxtiyarov, Məzahir Cəlilov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Almaz Amanova və digərləri yer alıb.

    Mənbə: https://azertag.az/

  • “Azərxalça” 16 ən yaxşı toxucusu üçün ikigünlük gəzinti təşkil edib

    “Azərxalça” ASC Azərbaycanın ən çox qadın işçisi olan qurumlarından biri hesab olunur. Qurumda çalışan 605 nəfər işçidən 436-sı Azərbaycanın müxtəlif regionlarında çalışan toxucu xanımlardır. ASC-nin əsas məqsədləri və fəaliyyət istiqamətləri xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarət olsa da, toxuculuq qabiliyyətinə sahib qadınların çalışması, sosiallaşması, ictimaiyyətin aparıcı qüvvəsinə çevrilməsi qurumun qarşısında duran digər müqəddəs vəzifələrdən biridir. Regionlarda çalışan, toxumaq qabiliyyəti olan, gözünü açıb toxuculuqla böyüyüb boya-başa çatan, bu işin sirlərinə dərindən bələd olan hər bir toxucu xanıma çatmaq, onları “Azərxalça” ASC-nin regionlarda fəaliyyət göstərən müəssisələrinə işə cəlb etmək, daha yaxşı çalışması, toxuması üçün onları həvəsləndirmək, öz sənətini daha gənc və toxuma arzusu olanlara ötürməyə ruhlandırmaq öndə duran ən vacib məsələlərdən biridir.

    AZƏRTAC xəbər verir ki, bu məqsədlə “Azərxalça” ASC 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə 14 müəssisəsində çalışan 16 ən yaxşı toxucusu üçün ikigünlük gəzinti və istirahət günü təşkil edib. Öncə Bakıya gələn toxucularla ASC-nin İçərişəhərdə yerləşən satış və nümayiş salonunda İdarə Heyətinin sədri Emin Məmmədovla görüş təşkil olunub.

    Görüş zamanı çıxış edən Emin Məmmədov deyib ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 Mart – Beynəlxalq Qadınlar Günü sevilən bayramlardandır. Bizim qadınlar hər cür təbrikə, ən böyük sevgiyə layiqdirlər. Qadınlar cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələridir. Tarixin bütün dövrlərində cəmiyyətdə qadının tutduğu mövqe mühüm məsələlərdən biri olub.

    Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən sədr əlavə edib: “Bugünkü cəmiyyət məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur. Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Bir məsələni də unutmaq olmaz: hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı var və qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar. 2016-cı il mayın 5-də Prezident İlham Əliyev “Azərxalça” ASC-nin yaradılması ilə bağlı Sərəncam imzaladı. Bununla o, xalçaçılıq sənəti ilə yanaşı bu işlə məşğul olan hər bir kəsin Azərbaycan üçün nə dərəcədə vacib olduğunu bir daha təsdiqlədir. Biz də Prezidentin bizə olan bu etimadını doğrultmalı, xalçaçılığın inkişafı üçün əlimizdən gələnin ən yaxşısını birlikdə etməliyik. Əziz toxucular, sənət yolunuzda uğurlar arzu edirəm, həyatınız da toxuduğunuz rəngarəng, yüksək keyfiyyətli xalçalar kimi gözəl olsun. “Azərxalça” sizinlə birlikdə yüksəlsin və inkişaf etsin. Siz bizim üçün çox dəyərlisiniz”.

    Daha sonra toxucular və ASC-nin bir qrup əməkdaşı İçərişəhəri və Azərbaycan İncəsənət Muzeyini ziyarət edib tariximizin nadir xalça nümunələri ilə tanış olublar.

    Xatırladaq ki, “Azərxalça” ASC qadın toxucuların inkişafı, yüksək keyfiyyətli və yeni, fərqli texnikalarda toxumaları üçün daim müxtəlif təlimlər təşkil edir. Uzun müddətdir yalnız yun xalça toxunan ASC-də artıq bir ildən çox müddətdir ki, ipək xalçalar da toxunur.

    Son bir ildə “Azərxalça” xalça istehsalının ənənəvi və müasir üslublarının unikal qarışığı ilə beynəlxalq səviyyədə tanınan və şöhrət qazanan, “Architectural digest” jurnalına əsasən dünyanın ən yaxşı 100 dizayneri siyahısına daxil olan alman dizayneri Yan Katla sıx əməkdaşlıq edir. Dizaynerin ənənəvi Azərbaycan xalçaları əsasında hazırladığı, Azərbaycanda “Azərxalça” ASC-nin emalatxanalarında toxunan müasir “Azer Pulse” xalça kolleksiyası hazırda dünyanın müxtəlif nöqtələrində Yan Kath xalça “showroom”larında satılır. Məhz bu kolleksiyaya daxil olan xalçalar sahəsində toxucular kilim və 3D üslubunda xalçalar toxumaq üçün uzun müddət təlimlər alıblar.

    Toxucuları həvəsləndirmək və inkişafına dəstək olmaq üçün ASC-də diferensial maaş sistemi, bonus proqramları da tətbiq olunur.

    Mənbə: https://azertag.az/

  • Bu gün Beynəlxalq Qadınlar Günüdür

    Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Qadınlar Günü qeyd edilir.

    Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

    Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

    AZƏRTAC qadınların ölkə və cəmiyyət həyatındakı roluna, müasir dövrdə dövlətimizin qadınlarla bağlı siyasətinin bəzi aspektlərinə nəzər salır.

    XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.

    Azərbaycandan 19 il sonra ABŞ-da, 26 il sonra Fransada

    Yeri gəlmişkən qeyd edək ki, ABŞ-da qadınlar 1934-cü, Fransada 1945-ci, Lixtenşteyndə isə yalnız 1984-cü ildə səsvermə hüququndan istifadə edə bilib. Bu baxımdan Azərbaycan qadınının 1919-cu ildə bu hüquqa yiyələnməsi cəmiyyətin həmin sahədə yüksək inkişaf etdiyini göstərir.

    Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

    Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.

    Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib.

    Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsini hər zaman diqqət mərkəzində saxlayan Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə ölkəmizdə qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (hazırda həmin komitə 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır) yaradıldı. 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” imzalanan Fərman ölkəmizdə qadınların imkanlarını daha da artırdı. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınların sayının artmasına gətirib çıxardı. Həm dövlət komitəsinin yaradılması, həm də Fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ oldu.

    Respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşılır.

    “Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır”

    Prezident İlham Əliyevin hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlətimizin başçısının zərif cinsin nümayəndələrinə diqqətinin və ehtiramının təcəssümüdür. Dövlətimizin başçısı 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına budəfəki təbrikində xalqımızın hər zaman qadına dərin ehtiram bəslədiyini, ana haqqını uca tutduğunu bildirib, ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsiplərinin bu çoxəsrlik zəmin üzərində formalaşdığını vurğulayıb: “Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

    Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.

    Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər”.

    Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.

    Bu gün Beynəlxalq Qadınlar Günüdür. Bu günün ölkəmizdə də geniş şəkildə qeyd olunması qadının həyatımızdakı əvəzsiz rolunun, anaya hörmət və ehtiramın, zəngin mənəvi dəyərlərimizin parlaq ifadəsidir. Cəmiyyət qarşısında öz məsuliyyətini bütün zamanlarda dərindən dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcək.

    Mənbə: https://azertag.az/

  • 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

    8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

    Hörmətli xanımlar!

    Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

    Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.

    Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

    Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.

    Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər.

    Hörmətlə,

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 6 mart 2024-cü il

    Mənbə: https://president.az/

  • Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qərara alıram:

    Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

    Atamoğlanova Natəvan Dəmirçi qızı

    Behbudova Gülşən Behbud qızı

    Əhmədova Kəhlik Talış qızı

    Əliyeva Gültəkin Budaq qızı

    Haqverdiyeva Sevda Haqverdi qızı

    Həsənova İlhamə Hüseyn qızı

    Hüseynova Mariya Pavlovna

    Hüseynova Reyhan Kamranovna

    Hüseynova Zərifə Bəşir qızı

    Mehrəliyeva Sevil Əli qızı

    Məsimova Taliyə Fəxrəddin qızı

    Ramazanova Bədyalcamal Süleyman qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 7 mart 2024-cü il

    Mənbə: https://president.az/

  • Xalq artisti Xuraman Hacıyevanın doğum günüdür

    Bu gün Xalq artisti Xuraman Hacıyevanın anadan olmasının 79-cu ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, Xuraman Hacıyeva çəkildiyi filmlər və televiziya tamaşaları ilə, səhnədə yaratdığı obrazlarla yaddaşlarda iz buraxmış aktrisadır.

    O, 1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı “Arşın mal alan” bədii filmində Asya rolunu canlandırıb və bu ekran işi aktrisaya şöhrət gətirib. Sonralar Seyid Hüseynin “Gənclik macərası” televiziya tamaşasında ifa etdiyi Şirinnaz ilə daha da məşhurlaşan aktrisa çalışdığı teatrda bir-birindən maraqlı obrazlar yaradıb.

    Sevilən aktrisalardan olan Xuraman Hacıyeva 1945-ci il martın 7-də Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda “Arşın mal alan” bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və oradakı dram teatrında aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirib. 1972-ci ildə Bakıya gələrək Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Aktrisa teatrdakı fəaliyyətinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Gənc Tamaşaçılar Teatrında oynadığı Ceyran (“Yolda”, Hüseyn Arif), Qızılgül (“Aycan”, Xanımana Əlibəyli), Rəna (“Təzə şagird”, Qılman İlkin), Eyzəngül (“Şirinbala bal yığır”, Salam Qədirzadə), Gülsüm (“Yadındamı?”, Altay Məmmədov), Gülzar (“Tamahkar”, Süleyman Sani Axundov), Cemma (“Ovod”, Etel Lilian Voyniç) aktrisanın yaradıcılığında xüsusi yer tutur.

    Xuraman Hacıyeva 2005-ci il fevralın 15-də Bakıda vəfat edib, Ucar rayonunda dəfn olunub.

    Mənbə: https://azertag.az/

  • Xalq rəssamı Salam Salamzadənin anadan olmasından 116 il ötür

    Bu gün Xalq rəssamı Salam Salamzadənin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, görkəmli fırça ustasının anadan olmasının 116-cı ildönümü tamam olur.

    S.Salamzadə 1908-ci il martın 7-də Bakıda anadan olub. O, sənətin sirlərinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda yiyələnib və sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Hələ tələbə ikən “Şərq qadını” və “İnqilab və mədəniyyət” jurnallarında bədii tərtibatçı işləyib, illüstrasiyalar çəkib. Rəssam yaradıcılığı boyu süjetli tablo, portret, mənzərə və natürmort janrlarında maraqlı, məna və məzmun yükünə malik sənət əsərləri qalereyası ərsəyə gətirib. S.Salamzadənin Bakı, Moskva və Kiyev şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Rəssam, həmçinin ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1982) fəxri adlarına, eləcə də Nasir adına Beynəlxalq mükafata (1974) layiq görülüb. Əsərləri ölkəmizlə yanaşı, xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

    Yaradıcılığında tematik tablolar çəkmək üslubu başlıca yer tutmuş istedadlı fırça ustası portret və mənzərə rəsmləri ilə də böyük tamaşaçı marağı qazanıb. S.Salamzadə Azərbaycan modernizminin nümayəndələrindən biridir.

    Rəssam dəfələrlə Yaxın və Orta Şərq ölkələrində olub, həmin ölkələrin həyatını və təbiətini təsvir edən tablolar yaradıb. Dünyanın bir sıra ölkələrində keçirilən fərdi sərgilərində çoxsaylı əsərləri nümayiş etdirilib.

    Salam Salamzadə Azərbaycan təbiəti və məişət səhnələri təsvir olunan tabloların, portret və mənzərələrin müəllifidir. “Nəriman Nərimanov”, “Günəş altında”, “Suya gedən qadınlar”, “Çay plantasiyası” və sair əsərləri məşhurdur. Dəfələrlə yaxın və orta şərq ölkələrində olub, həmin ölkələrin həyatını və təbiətini təsvir edən tablolar yaradıb.

    1997-ci il mayın 12-də Bakı şəhərində vəfat edib.

    Mənbə: https://azertag.az/

  • “Kinomuzu yaradanlar… Kinomuzu yaşadanlar” adlı layihəyə start verilib

    Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə milli kino sənətkarlarının yubileylərinə həsr olunmuş “Kinomuzu yaradanlar… Kinomuzu yaşadanlar” adlı layihəyə başlanılıb.

    AZƏRTAC xəbər verir ki, layihənin məqsədi milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır.

    Həmçinin kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması əsas məsələlərdən sayılır.

    Layihə çərçivəsində cari il ərzində Nizami Kino Mərkəzində kino sənətkarlarının iştirakı ilə yaradılmış Azərbaycan filmlərinin mütəmadi olaraq nümayişi təşkil ediləcək.

    Mənbə: https://azertag.az/

  • Cəlil Məmmədquluzadənin əsərləri Parisdə fransız dilində nəşr olunub VİDEO

    Parisdə “Maisonneuve & Larose”, “Hemispheres” nəşriyyat evlərinin ofisində Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin (CNRS) tədqiqatçısı, XX əsrin əvvəllərindən Yaxın Şərq və Mərkəzi Asiyanın İslam tarixçisi və bu dövrə aid rus, özbək, tacik, Azərbaycan və İran ədəbiyyatının tərcüməçisi Stefan Düdvanyonun (Stephane A. Dudoignon) Cəlil Məmmədquluzadənin novellaları əsasında hazırladığı “Dəllək və digər novellalar” kitabının təqdimatı olub.

    AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin “Dəllək”, “Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “Kişmiş oyunu”, “Pirverdinin xoruzu”, “Quzu”, “Xanın təsbehi”, “Molla Fəzləli” kimi novellaları yer alıb.

    “Dəllək və digər novellalar” kitabının təqdimatında müəllif Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqında məlumat verib. Onun Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında fəaliyyətindən, yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolundan söz açılıb. Bildirilib ki, ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının nəşri ilə o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaraguruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalıb. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib. XX əsin əvvəllərində C.Məmmədquluzadənin Təbrizdə olduğu müddətdəki fəaliyyətindən danışılıb.

    Qeyd edilib ki, tənqidi realizm yolunu tutmuş C.Məmmədquluzadə əsərlərində o zaman hökm sürən feodal-patriarxal münasibətlərini, çar məmurlarının və din xadimlərinin özbaşınalığını, mövhumat və xurafatı, İran və Türkiyə inqilablarını, qadın azadlığı kimi məsələləri qələmə alıb.

    Təqdimatda iştirak edən tədqiqatçılar C.Məmmədquluzadənin həyat və yaradıcılığına dair biliklərini bölüşüblər. Təqdimatda tədqiqatçılar, tələbələr, jurnalistlər və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

    Mənbə: https://azertag.az/

  • Günəşin və işıqlı həyatın rəmzi – Od çərşənbəsi

    Bu gün İlaxır çərşənbələrdən ikincisi – Od çərşənbəsidir. Xalq arasında “Xəbərçi çərşənbə”, “Üskü çərşənbə”, “Addı çərşənbə” kimi tanınan bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir.

    AZƏRTAC AMEA-nın Folklor İnstitutunun “Qərbi Azərbaycan folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin Od çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir.

    Novruz bayramı dörd əsas çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir.

    Azərbaycanlıların qədim bayramlarından olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür – su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İnsanlar hər zaman oda ehtiyac duyublar. Odun kəşfi insan həyatını asanlaşdıran mühüm amillərdən olub. Mifoloji rəvayətlər göstərir ki, qədim zamanlarda insanlar nəyə ən çox ehtiyac hiss etmiş və ya nədən daha çox təsirlənmişlərsə, onu müqəddəs olaraq qəbul edib və inanclar, mərasimlər yaradıblar.

    Ümumiyyətlə, türkdilli xalqlarda Günəşə, oda, atəşə böyük inam olub. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

    Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.

    Bayramlarda tonqal qalamaq qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. İnanclara görə, tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyə isə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanında da aydın görmək olar. İnsanlar arasında belə bir etiqad yaranıb ki, insanlar Günəşi və odu nə qədər əzizləsələr, təbiət o qədər tez isinər, onlara хoşbəхtlik gətirər. Qədimdə kənd yerlərində bayramlarda, şad günlərdə kəndliləri agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa, hündür yerlər seçərək, orada tonqalın qalanması daha məqsədəuyğun hesab edilirmiş.

    Şad günlərdə tonqal qalanması haqqında məlumatlara “Kitabi Dədə Qorqud” dastanında da rast gəlinir. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında fikirlər var. Dastanda Dədə Qorqud Oğuz igidlərinə deyir ki, şad günlərinizdə, bəd günlərinizdə uca dağ başında tonqal qalayın. Uzaqdakı Oğuz igidləri o tonqallar sayəsində darda və ya şad gündə olduğunuzu təyin edib köməyə gələ bilsinlər. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır.

    Novruzda ayin və mərasimlərindən biri də günəşı çağırmaq, istiliyin olması üçün Od çərşənbəsi zamanı icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar Günəşi çağırmaq üçün Qodu-qodu mahnısı oxuyar, ondan istilik istəyirlər. “Qodu-qodu” oyununda kənd cavanları üzərinə qırmızı bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzər və müəyyən nəğmələr oxuyardılar:

    Qodu-qodunu gördünmü?

    Qoduya salam verdinmi?

    Qodu burdan ötəndə

    Qırmızı günü gördünmü?

    Qodu gülmək istəyir,

    Qoymayın ağlamağa.

    Qoduya qaymaq gərək,

    Qablara yaymaq gərək,

    Qodu gün çıxarmasa,

    Gözlərin oymaq gərək.

    Yağ verin yağlamağa,

    Bal verin ballamağa,

    Qodu gülmək istəyir.

    Qoymayın ağlamağa.

    Odla bağlı bir çox atalar sözləri də mövcuddur: “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar,” “Odsuz ocaq olmaz”, “Od ilə oynamaq olmaz”, “Od yanan yerdən tüstü çıxar”, “Od yanmasa tüstü çıxmaz”, “Ocaq keçər, külü qalar” və s.

    Azərbaycanda martın 12-də Yel çərşənbəsi, martın 19-da isə Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunacaq.

    Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

    Od çərşənbəniz mübarək!

    Mənbə: https://azertag.az/

  • Ədəbiyyat İnstitutunun 90 illik yubileyi qeyd olunub

    Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Böyük akt zalında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” mövzusunda tədbir keçirilib.

    Tədbirdə Qırğızıstandan TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi, Türkiyədən Avrasiya Yazıçılar Birliyinin sədri, Özbəkistandan Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru və bir sıra xarici ölkələrdən dəvət olunmuş qonaqlar iştirak ediblər. Həmçinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Mətbuat Şurasının sədrləri də təmsil olunublar. Bunlardan başqa, Xalq yazıçı və şairləri, Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rəsmiləri, müxtəlif qurumların təmsilçiləri, AMEA-nın əməkdaşları və media mənsubları da tədbirə qatılıblar.

    Əvvəlcə Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.

    Yubiley tədbirini AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatlarının qədim tarixi və böyük ənənələri var. Müstəqillik dövrünün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında xüsusi bir mərhələ kimi qiymətləndirilməli olduğunu deyən natiq bildirib ki, bu dövrdən etibarən bütövlükdə ölkəmizdə, o cümlədən də Akademiya sistemində hakim olan müstəqil dövlətçilik və azərbaycançılıq idealları Ədəbiyyat İnstitutunun da elmi fəaliyyətinin əsaslarını təşkil etməyə başlayıb.

    Həmçinin dövlət başçısının fevralın 14-də andiçmə mərasimində Türk dünyasıyla əlaqələrin gücləndirilməsi ilə bağlı olaraq qarşıya qoyduğu vəzifələrdən irəli gələrək Ədəbiyyat İnstitutunda türk xalqları ilə geniş elmi-ədəbi əlaqələrin yaradıldığını, müəssisədə fəaliyyət göstərən Əlişir Nəvai Mərkəzi, Mehmet Akif Ərsoy Mərkəzi və hazırda işləri aparılan Məhtimqulu Fəraqi Mərkəzi və institutun Türk xalqları ədəbiyyatı, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələrinin səmərəli fəaliyyəti nəticəsində Türk dünyası haqqında sanballı elmi tədqiqatların meydana qoyulduğunu söyləyib.

    AMEA rəhbəri çıxışının sonunda qeyd edib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycanda ədəbiyyatşünaslıq elminin baş qərargahıdır və bu münasibətilə institutun kollektivini təbrik edərək onlara uğurlar arzulayıb.

    Yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar böyük tarixi yol keçmiş Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm rol oynadığını, institutun ədəbiyyatımızın çoxəsrlik tarixinin dərin və əhatəli öyrənilməsi, çağdaş ədəbi proseslərin, dünya ədəbiyyatına, ədəbi əlaqələrə dair aktual məsələlərin müntəzəm izlənilməsi və araşdırılması kimi vacib istiqamətlərdə son dərəcə əhəmiyyətli nəticələr əldə etdiyini bildirib. Həmçinin Dədə Qorqud Mərkəzinin yaradılması təklifi ilə çıxış edib. Azərbaycan Yazıçılar Birliyinin yaşıdı olan Ədəbiyyat İnstitutunun bir sıra alimlərini Birliyin adlı mükafatları ilə təbrik edib.

    TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Raev isə Ədəbiyyat İnstitutunun böyük tədqiqat ənənələri, görkəmli alimləri və çoxsaylı yetirmələri ilə Türk dünyasının mühüm elm mərkəzlərindən biri hesab olunduğunu deyib. Bildirib ki, institut ötən 90 ildə Azərbaycanda ədəbiyyatşünaslığın mərkəzi funksiyasını yerinə yetirir və Türk dünyası ilə elmi-mədəni əlaqələrin inkişaf etdirilməsində müstəsna xidmətlər göstərməkdədir. Baş katib Sultan Raev Nizami Gəncəvinin qiymətli portretini və TÜRKSOYUN “Şərəf” nişanını akademik İsa Həbibbəyliyə təqdim edib. Eyni zamanda İnstitutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “TÜRKSOY medalı” ilə təltif olunub. Digər əməkdaşlara isə TÜRKSOYUN “Nizami Gəncəvi medalı”, “İmaməddin Nəsimi medalı”, “Molla Pənah Vaqif meadlı”, “Əhməd Cavad medalı”, “Armin Vamberi medalı”, “Əhməd Baytursunlu” və Türksoyun 30 illik medalları təqdim olundub.

    Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov isə çıxışında bildirib ki, bu gün Ədəbiyyat İnstitutu iki ölkə alimlərinin əməkdaşlığını daha da canlandırır, Türk dünyasında elmin, innovasiyanın və yeni kəşflərin təməli “Özbəkistan-Azərbaycan – 2030” strategiyası çərçivəsində elmi və innovativ fəaliyyətə dəstək verir.

    Tədbirdə, o cümlədən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Milli Məclisin deputatı Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının sədrinin müavini Aqil Dadaşov, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu və filologiya üzrə fəlsəfə doktoru Aysel Qurbanova çıxışları zamanı Ədəbiyyat İnstitutunun tarixi xidmətlərindən və qarşıda duran vəzifələrdən söz açıb, müəssisənin kollektivini təbrik ediblər.

    Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının sədrinin müavini Aqil Dadaşov Həmkarlar İttifaqının 30 illik döş nişanını və Fəxri Fərmanlarını bəzi alimlərə təqdim edib. Həmçinin  Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Eldar Quliyev “Fəxri Ağsaqqal” döş nişanı və Fəxri Fərmanlarla institut  əməkdaşlarını təbrik edib. Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu isə İnstitut əməkdaşlarını Birliyin “Onur medalı” ilə mükafatlandırıb. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Mətbuat Şurasının “Diplom”unu bu sahədə fərqlənən alimlərə təqdim edib.

    Sonda bir neçə alim AMEA Rəyasət Heyətinin Fəxri Fərmanları ilə mükafatlandırılıb. Həmçinin İnstitutun tərtib etdiyi bir sıra adlı mükafatlar da əməkdaşlara təqdim olunub.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Gürcü şairi Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olunub

    Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında yazılmış ön sözlə açılan kitaba müəllifin vətən, sevgi, həyat və ölüm mövzularında qələmə aldığı “Yol”, “İlahi səs”, “Şükranlıq”, “Tənhalıq məbədi”, “Etiraf”, “Görüş”, “Həqiqət” və digər bu kimi şeirləri daxil edilib.

    Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan Makvala Qonaşvili beynəlxalq poeziya müstəvisində “Lalələr tonqalı”, “Günəşin göz yaşları”, “Mən sizi sevirəm”, “Adlar və simalar”, “Çağırış”, “Buradan sizə qədər” kimi şeir kitabları ilə tanınıb.

    Kitabın “Ön söz” müəllifi tanınmış yazıçı Etimad Başkeçid, gürcü dilindən tərcümə müəllifi şair İmir Məmmədli, redaktoru şair Mahir N.Qarayev və Şəfiqə Şəfadır.

    Mənbə: https://azertag.az/

  • Bakıda Tatar Mətbəxi Festivalı keçirilib

    Rusiya Federasiyası Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi nümayəndəliyində Tatar Mətbəxi Festivalı keçirilib. Daimi nümayəndəliyin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə baş tutan tədbirin təşkilatçıları qismində “Kayım Nasıri İnstitutu” Təhsil-Mədəniyyət Mərkəzi, “Al kalfak”, “Tuqan tel”, “Tatarıstan” ictimai təşkilatları, Azərbaycanın Tatar İcması çıxış ediblər.

    AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Bakıda fəaliyyət göstərən “Kayım Nasıri İnstitutu” Təhsil-Mədəniyyət Mərkəzinin rəhbəri Elmira Yusifli və Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov giriş nitqi söyləyiblər. Onlar hər il fevralın 28-də dünya miqyasında qeyd edilən Ümumdünya Tatar Mətbəxi Günü, məharətli kulinar və tatar reseptlərinin kolleksiyaçısı Yunus Axmetzyanov haqqında məlumat veriblər, habelə tatarların kulinariya sənətinin mənşəyi və ənənələrindən bəhs ediblər.

    Festival zamanı tatar kulinariyası müsabiqəsi də keçirilib. Bu tədbirdə müxtəlif xalqların təmsilçiləri – tatarlar, azərbaycanlılar, ruslar iştirak ediblər. Müsabiqənin nəticələrini 8 tanınmış aşpazdan ibarət münsiflər heyəti qiymətləndirib.

    Kulinariya yarışının nəticələrinə görə, Ənvər Amal Axmadulin Qran-Priyə layiq görülüb. Onun hazırladığı “Smetannik” piroqunun dadı və tərtibatı münsiflər heyətini valeh edib.

    Birinci yeri “Ak kalfak” cəmiyyətinin sədri Saniyə Almyaşeva (rəngli qızılgüllər şəklində çalı ağacı), Səidə Qadılşina (xüsusi reseptə uyğun olaraq şokoladdan hazırlanmış top) və Mariya Temirbulatova (üçqatlı piroq) bölüşüblər.

    Firuzə Yenaliyeva ikinci yeri tutub. O, kəsmikli piroq hazırlayıb.

    Üçüncü yeri “Tuqan tel” tatar cəmiyyətinin veteranı Raisa Abdikeyeva (“köpək ağacı” şirniyyatı) qazanıb.

    Qalan müsabiqə iştirakçıları müxtəlif nominasiyalar üzrə həvəsləndirici diplom və hədiyyələrlə təltif olunublar.

    Festival yaradıcı kollektivlərin konserti, ustad dərsləri və birgə çay süfrəsi ilə davam edib.

    Salonda hər kəs bal, qaraqınıq, zefir və quru meyvələrlə bəzədilmiş tatar çay süfrəsinə qonaq ola, həmçinin təzə çak-çak, şirniyyat və Kazandan gətirilmiş kazı (at ətinin quru kolbasası) ilə sendviçlərin dadına baxa bilib.

    Tatar diasporunun gənc nümayəndəsi Raul Yusifli qonaqlar üçün çay süfrəsi açıb. O, təqdim olunan yeməklərdən, tatar çay məclisi adətlərindən danışıb.

    Festivalda, həmçinin tatar məişətindən nümunələrin əks olunduğu fotosərgi, milli mədəniyyət sərgisi, əl işlərinin satış yarmarkası təşkil olunub.

    Parlaq mədəniyyət tədbiri səmimi və mehriban şəraitdə keçib, bakılılara tatarların kulinariya sənətinə bələd olmaq, tatar xalqının adət-ənənələri ilə tanışlıq sevinci bəxş edib.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq şairi Hökumə Billurinin doğum günüdür

    Ovqatının ən xoşbəxt çağında da yurd həsrəti ona qənim kəsilərdi. Göz ifadəsi dəyişərdi. Sevinci çöhrəsində, təbəssümü dodağında donardı. Əlini hərarətlə, həyəcanla döyünən ürəyinin üstünə qoyardı. Nə faydası, təskinlik tapa bilməzdi. Varlığı gizildəyərdi. Elə bil dilinin üstünə od qoyardılar, danışmağa taqəti olmazdı. Qalardı yana-yana, qıvrıla-qıvrıla. Ən gərgin anlarında gücü gələcək ümidinə, inamına çatardı. Amma… onları da özü ilə haqq dünyasına apardı.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Hökumə Billurinin anadan olmasının 98-ci ildönümü tamam olur.

    Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.

    Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb.

    1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayıb. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olub, dövri mətbuatda müntəzəm çıxış edib. 1952-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. “İran Azərbaycan realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Azərbaycan Elmlər Akademiyası Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.

    1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr olunub.

    Hökumə Billuri əsərlərində Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha yaşayır. Təbrizi gecələr yuxusunda görüb, amma yuxuları heç zaman çin olmayıb. Güney dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq diləyib, vətənin suyundan bir ovuc içmək və Arazın o tayına qədəm basmaq həsrətini çəkib.

    Həyat gözlərimdə sönmədən qabaq,

    Sizdən bir diləyim olacaq ancaq.

    Tufana, küləyə döndərin məni,

    Göndərin vətənə, göndərin məni.

    Hökumə Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin doğurduğu yaşantılar olub. Ağrı-acılarından doğulan şeirləri oxucu qəlbini riqqətə gətirir, kədərləndirir və gözlərini yaşardır. Təsadüfi deyil ki, onun əsərlərində Təbriz, Araz, Vətən, ayrılıq ən çox təkrarlanan sözlərdir. Şairənin ən təsirli və yaddaqalan əsərlərindən biri məhz “Təbriz” şeiridir:

    Həsrətin yandırar, pörşüdər məni,

    Zərif çiçək kimi üşüdər məni,

    Səsləsəm Savalan eşidər məni,

    Qızınnam oduna, közünə Təbriz!

    Çox haqsızlıqların, faciəvi hadisələrin iştirakçısı olmasına baxmayaraq, yaradıcılığında sabaha ölməyən bir ümid, inam hissi aparıcı xətt kimi keçir. “İnanıram o parlaq günə” deyən şairə Vətənin bütövləşəcəyinə və xalqının öz azadlığına qovuşacağına böyük bir inam bəsləyib. Azərbaycan onun şeirlərində bütövdür, tamdır və bölünməzdir. Vahid və azad Azərbaycan ideyası onun həyatının məzmununu və yaşamının qayəsini təşkil edib.

    Kəşməkəşli həyat yolu keçən şairə 2000-ci il noyabrın 22-də Bakıda vəfat edib.

    Mənbə: https://azertag.az/

  • Sumqayıtda Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub

    Sumqayıtda Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov, Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev, SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.

    Tədbir iştirakçıları dost ölkələr olan Türkmənistan ilə Azərbaycanın ikitərəfli münasibətlərində mədəniyyət, humanitar və idman sahələrində əməkdaşlığı yüksək qiymətləndirib və gələcək inkişaf məsələlərini müzakirə ediblər.

    Tədbirdən sonra Azərbaycanda təlim-məşq toplanışında olan Türkmənistanın “Nebitçi” futbol komandası ilə yerli “Sumqayıt” arasında yoldaşlıq oyunu keçirilib. Bu yoldaşlıq görüşündə türkmən futbolçular 4:2 hesabı ilə qalib gəliblər və Azərbaycandakı təlim-məşq toplanışı çərçivəsində yüksək nəticə göstəriblər.

    Qeyd edək ki, Azərbaycanda olan türkmən futbolçular yaxın vaxtlarda Türkmənistanda start götürəcək yerli çempionata hazırlaşırlar.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi – qeyd olunacaq

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi keçiriləcək. “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” adlı tədbir 4 mart 2024-cü il tarixində saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Böyük akt zalında baş tutacaq.

    Tədbirdə TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Avrasiya Yazıçılar Birliyinin, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rəhbərləri və bir sıra xarici ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edəcəklər. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının rəhbərliklərinin, ölkəmizdəki müxtəlif qurumların təmsilçilərinin, AMEA-nın əməkdaşlarının və media mənsublarının da iştirakı nəzərdə tutulur.

    Yubiley tədbirində Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgi təşkil ediləcək. Yubiley ilə əlaqədar olaraq “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışı dərc olunacaq.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Gənc xanım yazar Məhərrəm Banu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc xanım yazar Məhərrəm Banu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Eşq ilə yanmayan dərməsin səni” – Namiq Hacıheydərlinin şeirləri 

    “Ədəbiyyat və incəsənət” portalı Namiq Hacıheydərlinin şeirlərini təqdim edir. Bu dəfəki şeirlərin leytmotivi sevgidir, insanın təbiət və ilahi qüvvələr barədə düşüncələridir. Namiq Hacıheydərli bacarıqla qəzəl də yazır, onun bir qəzəli də sizlərin diqqətinizə çatdırılacaq.

    SƏN…

    Sən eşqin bağında bitən çiçəksən,

    Eşq ilə yanmayan dərməsin səni.

    Qaranlıq ürəkli, donuq baxışlı,

    Sevgidən uzaq göz görməsin səni.

    Adını çəkməsin; adını çəkən,

    Adında bal kimi dadı duymasa;

    Gəzməsin bu qutsal torpağın üstə,

    Özünü ən mutlu bəndə saymasa.

    Cismiylə yerləri nura bələyib,

    Mələklə göylərdə yaşıyanımsan.

    Türküstan çölünün, Tanrı dağının

    Ətrini ruhunda daşıyanımsan.

    DEDİ

    Əllərimdən tutmasan,

    Bu yollarda azaram.

    Dedim: qoyma darıxım,

    Dedi: tez-tez yazaram.

    Dedim: incitsəm səni,

    əfv edərmisən məni?!

    Dedi: acı kəlməni

    mən yaxşıya yozaram.

    Dedim: qoyma baş qatam,

    Kədər gölündə batam…

    Dedi: sənə üz tutan

    Dərdə quyu qazaram…

    Ah çəkdim yana-yana;

    “Mən atayam, sən ana…”

    Dedi: hər şey bir yana,

    Taleyimi pozaram.

    Dedim: dərd oldum sənə…  

    Dedi: eşqsiz yaşam nə?    

    Ya yurd ollam eşqinə,

    Ya da sənə məzaram.

    OLAR

    Ömrü yellərə vermək

    Aqillərə ar olar.

    Bir mürşid yanılarsa,

    Min-min mürid xar olar.

    Könüllərdə qalanlar;

    Dünyada iz salanlar.

    Var ikən yox olanlar,

    Yoxkən necə var olar?!

    Ulus, yurd nədi bilməz,

    Canda varsa yad nəfəs.

    Özgədən süd əmən kəs

    Özgələrə yar olar.

    Bədbəxt kimdi; yol əyən,

    Qazancını yeməyən.

    Haqqı görüb deməyən

    Kor olar, həm kar olar.

    (Söz demə almayana,

    Tanrıdan dolmayana).

    Könlü tox olmayana

    Geniş yer də dar olar.

    Yox! – deyib batma yasa,

    Var! – söylə – var, hardasa;

    Üç-beş yaxşı olmasa,

    Yaşamaq çox zor olar.

    BƏYAN

    Külli aləm zülmət idi, biz o zaman gündüz idik,

    Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.

    O biz idik, Mudan çıxıb işıq yaydıq planetə,

    Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.

    Oxuyub səcdə etdiyin ayələri nazil edən,

    4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.

    “Var ol!” dedik, oldu aləm, bir nöqtədən doğdu nə var,

    Əzəldən öncə var olan, sondan sonra ölməz idik.

    Söyləyən biz, söylədən biz, endirən, həm enən bizdik,

    Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.

    İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq,

    Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.

    Bizə dindən bəhs eyləmə, biz endirdik o dinləri,

    Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.

    Əski yunanda Zevs olduq, misirlilər Amon dedi,

    Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.

    Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin,

    İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik…

    “Ədəbiyyat və incəsənət”

    (01.03.2024)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • “Xəyallar sorağı” tezliklə

    Türkiyə və Azərbaycanda onlarla sevilən əsəri ilə könüllərə taxt quran Səkinə Bilalova yeni əsərləri ilə dinləyicilərini sevindirməyə davam edir. Göyçay şəhərində anadan olan Səkinənin bəstələdiyi

    mahnıların sözləri özünə məxsusluğu ilə seçilir. “Əsgər gedirəm” adlı hərbi mahnısı dillər əzbəri olmaqla yanaşı könülləri də fəth edib.

     Səkinə Bilalovanın yaradıcılığı bununla məhdudlaşmır. Əsas yaradıcılıq sahələrindən biri də şeir yazmaqdır. “Xəyallarım” adlı şeiri ən son yazdığı şeir olsa da, sanki əsrlərdən günümüzə gələn əsər kimi oxucuların yaddaşına həkk olunub. Bu şeirdə xəyalların insanın həyatında necə mühüm bir rol oynadığını vurgulayır. Bu şeiri oxuduqca anlayırsan ki, xəyalın gücü ümidin, xoşbəxtliyin qaynağıdır. Səkinə Bilalova bu şeirində insanın təhtəlşüuruna enməyi bacarıb. Bu şeiri oxuduqca həkim Joe Dispenzanın “Təhtəlşüurun gücü” kitabı gözümün önündə canlandı. Orda da insanları xəyal etməyə çağırırdı. Çünki xəyal etdiyiniz hər şey gec ya tez reallaşır. Ona görə xəyallarınıza fikir verin. Gözəl xəyallar qurun. Səkinə Bilalovada öz şeirində insanlara bunu aşılayır. Bu şeirin fəlsəfəsinə enəndə görürük ki, Səkinə Bilalova təkcə musiqiçi, bəstəkar, şair yox həmdə psixoloqdur. Bu şeir içində ümidləri ölən hər insana ümid toxumları səpməyə xidmət edir. İnsan nə vaxt ölür? Xəyalları öləndə. Əziz oxucular düşüncələriniz qarışıbsa, ümidləriniz ölübsə mütləq bu şeiri oxuyun. Bu şeir sizə doğru yolu göstərəcək. 

    Hal-hazırda “Xəyallar sorağı” adlı kitabı üzərində çalışır. Tezliklə oxucuları üçün əlçatan olacaq.

    Mənbə: https://edebiyyat.az/

  • “Saatımız köklənib həqiqətin vaxtına” – Fərqanə Səfərlinin şeirləri

    “Ədəbiyyat və incəsənət” portalı Fərqanə Səfərlinin yeni şeirləri ilə tanışlığı davam etdirir. Bu gün oxuculara gənc müəllifin 3 şeirini təqdim edəcəyik.

    CƏZALI QƏZA

    Ömrümü qoymuşam atın belinə,
    Yüyənini tuta bilmirəm
    Amma.
    Çalışıram ayaq-ayağa verim,
    Nə edirəm, çata bilmirəm
    Amma…
    Bu at keçib zamanımın üstündən –
    Həm yorğası,
    Həm dördnalı cəzadı.
    Hərdən dizləri üstə dincəlməyi,
    Yatmış arzularım üçün qəzadı…
    Bu qəzamla hüzuruna gəlmişəm,
    Ey Allahım, babalımı de,
    Bilim.
    Mən qulunam, bəlkə tərsə dönmüşəm –
    Tərs haramdı,
    Halalımı de, bilim.

    GUYA Kİ…

    Bismillahla keçib arxın üstündən
    Ağırlığı suya atdıq
    Guya ki.
    Yağışa küləyin göz yaşı deyib
    Ah-vayına çətir tutduq
    Guya ki…
    Bir gün ölüm mələk üzlə gələcək,
    Qorxu çəkdik sabahadək
    Guya ki?
    Yorğan tapıb uzatdıq savabların
    Ayaqların günahadək
    Guya ki…

    GERÇƏK ADAMLAR

    Biz gerçək adamlarıq:
    Hərə bir cür anlayır
    Dünyanın qərib üzün –
    Fitvasına bağlayıb
    Gecəsin, həm gündüzün.

    Biz gerçək adamlarıq:
    Həqiqətdən güc aldıq,
    Yalanla yoğrulmadıq-
    Dünyanın daş yerinə
    Boş yerə doğulmadıq.

    Biz gerçək adamlarıq:
    Nəfsimizin halına
    Haqqımızla yanırıq –
    Bircə addım geridə
    Səbirlə dayanırıq.

    Biz gerçək adamlarıq:
    Gülümüzdə arılar
    Şəfqətini anlayır –
    Bal yığa bilməyəndə
    Pətəyini danlayır.

    Biz gerçək adamlarıq:
    Saatımız köklənib
    Həqiqətin vaxtına –
    Yovşan kök üstə bitir
    Hər yoncanın baxtına.

    “Ədəbiyyat və incəsənət”

    (01.03.2024)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud” eposu Heydər Əliyevdən – İlham Əliyevə” kitabı işıq üzü görüb

            Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud” eposu Heydər Əliyevdən-İlham Əliyevə” kitabı nəşr edilib. Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə ithaf olunan nəşr İnstitut Elmi Şurasının 5 dekabr 2023-cü il tarixli, 6 saylı qərarı ilə çap olunub.

            “Kitabi-Dədə Qorqud” eposu haqqında söz” adlı ilk bölümlə başlayan tədqiqatın sonrakı fəsillərində “Kitabi-Dədə Qorqud”un Heydər Əliyevə qədərki əzablı yolunun xronikası”, “Kitabi-Dədə Qorqud” eposu Heydər Əliyev epoxasında” və “Kitabi-Dədə qorqud”un taleyində İlham Əliyev mərhələsi, yaxud Azərbaycan Oğuznaməsinin əbədiyyəti” araşdırılır. Həmçinin “Dədə Qorqud təntənələri. Fotosalnamə” bölümündə çoxsaylı maraqlı şəkillər yer alıb.

            Nəşrdə “Kitabi-Dədə Qorqud” eposunun sovet hakimiyyəti illərindəki qadağası fonunda müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin dastanın dünyaya və Azərbaycan xalqına yenidən tanıdılması, tədqiqi və nəşrində yeni tarixi mərhələnin yaradılması sahəsindəki xidmətləri geniş təhlil edilib qiymətləndirilir. Kitabda Prezident İlham Əliyevin də “Kitabi-Dədə Qorqud”un və eposun qəhrəmanlarının adlarının əbədiləşdirilməsi və dastanın dünya miqyasında təbliği istiqamətindəki çoxcəhətli fəaliyyətlərindən bəhs olunur.

    Məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosnet İsmixan Osmanlı olan kitab 124 səhifədən ibarətdir. Monoqrafiya “Elm” nəşriyyatında işıq üzü görüb.

    Gülnar Səma                                   

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsi başlayır

    “Ulduz” aylıq ədəbiyyat dərgisi Azərbaycan Ədəbiyyat Fondu ilə birlikdə unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinə başlayır. 35 yaşa qədər qələm adamları martın 1-dən aprelin 30-na kimi müsabiqəyə qatıla bilərlər.
    Təşkilati dəstək : “Kəpəz hospital”
    İnformasiya dəstəyi: “Ədəbiyyat və İncəsənət” portalı

    1. Şeirlər musabiqe85@mail.ru poçtuna göndərilir.
    2. Hər müəllif yalnız iki şeirlə iştirak edə bilər. (Vord formatda)
    3. Şeirlərə müəllifin şəkli, haqqında məlumat və əlaqə nömrəsi əlavə olunmalıdır.