Yaman gec kəsişdi ömür yolumuz,
Mən hələ gedirdim, sən qayıdırdın.
Gözündən tanıdım, həmin adamdın,
Qəlbində bir dünya qəm qayıdırdın.

Necə qəddar imiş bəxt yazanımız,
Hansımız əsəbi vaxtına düşdük?
Min illər yol gəldik bir-birimizə,
İşə bax, ayrılıq günü görüşdük.

Onca il səninçün nəydi, İlahi?!
On ili yaşadım bir neçə gündə.
Ayın da üzünə ləkə düşərmiş,
Günəş hər batanda, qürub edəndə…

Yorğunluq qoxurdu üst-başın tamam,
Gördüm saçlarında dən çiçəkləyir.
Dedim:- “Bu dünyadan uzaqlaşaq, gəl”,
Dedin:- “Uşaqlarım ata gözləyir” .