Yadıma sən düşürsən…

Dərdlərim azalanda
Dadıma sən düşürsən.
Ürəyim köz olanda,
Oduma sən düşürsən.

Dərdlərim azalanda,
Qış gedib yaz olanda,
Hər şeir yazılanda
Ladıma sən düşürsən.

Min dərdin biri qalır,
Ölmür ki… diri qalır.
Yuyuram, kiri qalır,
Adıma sən düşürsən.

Heyf, uça bilmirəm,
Qanad aça bilmirəm.
Səndən qaça bilmirəm,
Badıma sən düşürsən.

Başı batmış baş kəsir,
Dilim yara, diş kəsir.
Gözlərimi yaş kəsir,
Uduma sən düşürsən.

Nəfəsim aram-aram,
Bir mənəm, bir də yaram.
Özümü unuduram,
Yadıma sən düşürsən.

Vüsal Yurdoğlu