Sinəsində ülvi duyğuları
Fikri yol gedər göylərə sarı.
Vicdanı sanki dağların qarı
Saymaqla tükənməz arzuları
Ən təmiz,ən müqəddəs,ən əziz
Diləklərlə danışan varlığa
Şair deyilir!

Hissi,düşüncəsi tamam azad
Ruhu,xəyanətə olduqca yad.
Eşqdən dərs deyir bu ali ustad
Onun məhsuludur Məcnun,Fərhad
Sevən könüllərdən verib xəbər
Ürəklərlə danışan varlığa
Şair deyilir!

İncə ruhu,xoş nəvazişilə
Cansız daşı da gətirər dilə.
Tanıyın onu bu gündən belə
Nəğmələr qoşub çəmənə-gülə
Basıb öz bağrına dəstə-dəstə
Çiçəklərlə danışan varlığa
Şair deyilir!

Çəndə_dumanda qəlbi üzülər
Qarda-boranda ruhu büzülər.
Ayla qızınıb,günlə isinər
Çayla danışıb,bulaqla dinər
Oxuyub təbiəti kitab tək
Küləklərlə danışan varlığa
Şair deyilir!

Əməli namaz qılandan üstün
Hətda şeyixdən,imamdan üstün.
Məqamı bir çox məqamdan üstün
Hər misrası bir kəlamdan üstün
Təb gələndə çəkilib təkliyə
Mələklərə danışan varlığa
Şair deyilir!

Namik Xınalıqlı