Qorxuram

Daş atandan hər an uzaq qaçıram,
Daş gülləsi qana dönər qorxuram.
Ürəyimi bu qorxuya açıram,
Qorxu özü ünə dönər qorxuram.

Kələk olur, külək olur dağıdır,
Sanki, mənə qənim olan yağıdır.
Tanıdıqca dözüm dözmür, dağ udur,
Tab ğətirməz səbrim dinər qorxuram.

Hay olummu,vay oliummu bilmirəm,
Haqsızlığa tay olummu? Bilmirəm.
Oxu hazır yay olummu? Bilmirəm.
Kin alışar, inam sönər qorxuram.

Söz qovrulur…Yüz qovrulsun nə fayda,
kəlmələrim ayaq açsa bu hayda,
Minalanmış sərhəd olar olayda,
Doğulmamış sözüm ölər qorxurà.

Vəhşi qəzəb üzərimə atıldı,
Yazıq könlüm neçə yerdən çat oldu.
Bu gedişdə susduruldum, mat oldum.
Duyğularım leysan olar qorxuram.

Göy qızıyam bağışlamaz Göy məni,
Yalanınla döy dedikcə döy məni…
Günahının günahkarı say mənı,
Hayqıraram Tanrım bilər qorxuram.
Xəzangül.