Xalq şairi Vahid ƏZİZ.”Dərələyəz” poemasından parçalar

This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg


(Eyni adlı poemadan parça.
Əsər bütövlüklə gələh həftən “ƏDƏBİYYAT” Qəzetində, sonra isə
“DƏRƏLƏYƏZ” Qəzetində çap olunacaq)

Yaman ağladırsan yuxularımda,
necə gözəl idin, ay Dərələyəz,
Vətən məhəhəbbətli dastanlarımda
sənsən ən uğurlu “boy”,Dərələyəz!

Misri qılınc kimi batar qəlbimə,
sənsiz övladınam-“Vəfasız”-demə,
taley qismət yaza-Əziz nəvəmə
Herherdə çaldıram toy,Dərələyəz,

Həsrətəm üzünə gör bir nə vaxtdan?
sənsən əcdadlarım qoynunda yatan,
mənim əlim çatmır,sən altdan-altdan
düşmənin gözünü oy,Dərələyəz,

Bilirəm; kimsəsiz,qəribsən-qərib,
umduğum barları özgələr dərib,
bacarsan,dövranla əl-ələ verib
hər şeyi yoluna qoy,Dərələyəz,

A başı qartallı,dumanlı dağlar,
bizlərdən əmanət səndə qalanlar!
səni,millətimə düşmən olanlar,
verdilər özgəyə pay,Dərələyəz!

Nə bilər qədrini biganə yadlar?
közlərin saxlarmı sönmüş ocaqlar?
basıb xəritəni uydurma adlar,
yazıb köhnələri,yay,Dərələyəz!

Durnam,göyərçinim,qanlı köynəyim,
südəmər körpətək zərif, kövrəyim,
ərzi yumruq boyda edən ürəyim
yaman qəribsəyib,oy,Dərələyəz,

Kim sə özbaşına gedərmi səndən?
köç etdik…,Qrabağ tutdu əlimdən,
bilmirəm,ayağım düşmədi,nədən?
sənə elədilər tay,Dərələyəz!

Dözməz,qərib olsa insan Vətəndə,
bəlkə məzarlar da qalmır yerində?!
ruhu qərar tutar ölənin səndə–
məni də özündə say,Dərələyəz,

Niyə “Çərxi-Fələk” dönmür tərsinə?
sönmüş bir kürəsən,dağılmış binə,
yanan ürəklərə dözəmmir sinə,
hələ də kəsilmir “Vay”,Dərələyəz,

Tayın-bərabərin varmı Turanda?
bir yarın dağlarda,biri–aranda,
gözlərim çəkilmir bütöy olanda–
səni əks eləyir Ay,Dərələyəz,

Aç bağlı qapını təslimin olum,
bir canlı kaman ol–mən simin olum,
gunahkar bildinsə–Nəsimin olum,
qurbanam,dərimi soy,Dərələyəz…

Xalq şairi Vahid ƏZİZ.”Bir gün…”

This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

Bu gün dünyanın başında
muharibə kabusu var,
anaların göz yaşında
Şəhid öldaq qorxusu var,

Ellər qaçqın yurd-yuvadan,
su yerinə getməkdə qan,
xəbər tutulur havadan-
orda barıt qoxusu var.

İçimdə bir inam da var-
müharibə olmayacaq,
uyub Şeytan oyununa
dünya viran qalmayacaq.

Müharibə olmayacaq-
hamı qarnı tox olarsa,
müharibə olmayacaq-
İblis taxtdan yıxılarsa.

Müharıbə olmayacaq
hökümdarlar orduları
savaşmağa göndərməsə,
Ulu Tanrı insanlardan
nənzərini döndərməsə.

İnanıram,”Supergüclər”
qırğınları salmayacaq,
dünyaya qonaq gələnlər
alovlarda yanmayacaq,
rahat böyü,körpə nəvəm,
muharibə olmayacaq!

Xalq şairi Vahid ƏZİZ.”Şahmat oyunu”

This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

Üstündə bu taxtanınki
ağlı-qaralı xanalar,
Şah o zaman alçalır ki,
“mat” eləyən–piyadalar,

Dəli “fillər” qoşa-qoşa,
“zabitlərin” rütbəsi yox,
“at” əyri girir savaşa,
Şahzadə tək,piyada çox,

Eyni olmur piyadalar,
içlərində “lotu” da var,
tək “matla” bitməz oyunlar-
Şahmatın bir “patı” da var,

Qızışmış “ağlar”-“qaralar”
çoxdan üz-üzə dayanır,
agah olun,ey insanlar-
Yaxın Şərqdə bir dünyavi
savaş. qazanı qaynayır!

Nə qalib var,nə uduzan,
hələ oyun “patındadı”
hələ dünya bir “Virusun”
basqısının altindadı…

Xalq şairi Vahid ƏZİZ.”Ayrılıqdan…”

This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

Ayrılıq bir kabustək
dövrəmizdə dolaşır,
könül təbindən düşür,
fikirlərim qarışır,

Çırpındığı yerdəcə
ürəyimi nə sıxdı?
sızıldayıb xəfıfcə
sənsiz yaman darıxdı,

Yenə taqətdən düşür
qalmır öz havasında,
ürəyi nə üşüdür,
kim gəzir yuvasında?

Əhvalımı soruşma,
ömrün cəfası hədər,
ayrılıqdan danışma,
başına gələ bilər…

Xalq şairi Vahid ƏZİZ.”İnciməsin”

Həyatın da bir sonu var–
bir rüzgardır bircə əsim
doğma ocaq,el-obalar
nə cür gedim?-inciməsin.

İş ki.qaldı baxta-baxta,
çox sınadım-o da saxta!
calaq olsam–yad budaqda,
nə cür bitim?-inciməsin.

Çoxdur viranım,talanım,
qeybətlər–satlb-alanım!
hey düşünər qısqananım
nə cür güdüm?-inciməsin.

Canım bəlalı,qadalı,
dilim qılıncdan xatalı,
olsa atalı-analı
nə cür yetim inciməsin?!

Ola zindanln açanı,
tuttmaya qovan–qaçanı!
qotur tutsa,şirin canı
nə cür didim?-inciməsin.

Hələ bitmir dumanlığı,
getmir vaxtın yamanlığı,
qoca ömür–cavalığı
na cür edim?-inciməsin…

Saqif QARATORPAQ.”Hərdən yaza bilmirəm”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

Hərdən yaza bilmirəm,
qırılır misralarım.
Zülmətdə işıq gəzən
bir kordu barmaqlarım…

Ürəyimin sapından
düşüb,neçə söz itib.
Hər sözün yuvasında
indi neçə göz bitib.

Sənsizlik bir səhradı,
yeridikcə batıram.
Bu sevda yuxusudu,
elə bilmə yatıram.

Kipriyimi toz basıb,
gözümdə eşq dumanı.
Mürgüləyir içimdə
bir dərvişin gümanı.

Ay buludda gizlənib,
Ürəyim bir yanar şam…
Mən də bir mirvariyəm,
səhraya atılmışam.

Saqif QARATORPAQ.”Bəlkə sən axtardığın o utancaq adamdı”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

Bəlkə sən axtardığın o utancaq adamdı,
Ancaq yoxdu xəbərin,keçib getdin yanından.
Bir yelkənsiz gəmidi,nə vaxtdı yol axtarır,
Azıb səhərə bir ömrün ümmanında.

Hələ də gözlərindən ürəyinə yol çəkir,
Hələ də bir nağılın laylasına uyuyur.
Nəm çəkir pəncərəsi neçə soyuq baxışdan,
Evinin divarını gözünün yaşı yuyur.

Əyirib kipriyində əzabını,dərdini,
Barama qurdu kimi özünə tor toxuyur.
Asılıb ayağından, səhərəcən oyaqdı,
Bir tənha anadildi,ürəyində oxuyur.

Bəs məni kim tanıyar bu səs-küyün içində,
Bilmirəm, kimə doğma,bilmirəm kimə yadam.
Bəlkə elə itmişəm,min ildi xəbərim yox,
Bəlkə elə kiminsə axtardığı adamam…

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Qorxu, təlaş basıb dünyanı”

This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg

Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,

***

Qorxu, təlaş basıb dünyanı,
Şeytan ölüm marşı çalmamış
Bir vida nəğməsi çal.
Əzizim, canım, mən evdəyəm,
Sən də evdə qal!
Ərit qayğıların buzunu.
Ya da həyatı bir təlatüm bilib çağla.
Demirəm, rəngsiz yuxuların içində
çırpınan dəhşətlərə ağla,
Bacarsan, küt ağrılara tab gətir,
Günahı tütyə kimi
Qiyamətə aparmaq üçün qab gətir.
İt hürən tərəfdə imkanlı dadaşlar
bardaş qurub ikibaşlı fikirlərtək.
İşıq gələn səmtdə də ac adamlar
kifli əppək üçün cihada qalxıb
utanmaz-utanmaz…
Sən, yuxusu dağılmış dərələrdən,
Kol-kos basmış yamaclardan keç.
Dərdini heyvana de, adama demə.
Qarşına iki kölgə çıxacaq;
Həyat gerçəkləri səni sıxacaq.
Qorxub, yükünü atacaqsan.
Bilə-bilə günaha batacaqsan.
Əzizim, canım, evdə qal!
Ölüm qapının ağzında mələyir quzu kimi.
Şeytan adamı torbasına atır ruzu kimi.
Sənin də, bilirəm, əppəyin yox.
Səbrin də tarıma çəkilib qatar relsitək.
Mənim də elə günahım artır,
Mən, islaq bəbəklərin vida yanğısıyam,
Gözümün önündə çılpaq gecələr kürt düşür.
Qorxulu yuxulara öyrəşib gözüm.
İçimdə tumurcuq atıb dözüm.
Tanrı həm – Məni axtar, – deyir,
Həm – Evdə qal.
İndi, xəstəlik və qorxu sarmış küçələrə
adam çəklində necə çıxım?
Bəlkə kölgəmin çuxasını geyinim,
Tanrı ilə cihada gecə çıxım?!
Qəmin ucu çox itidir,
Eh, zülmətə enirəm anam ölür,
İşığa çıxıram, atam…
Vücuduma ləkədi xatam.
Demək, adam özündən çıxanda
Saxta Pirlər kimi ləkələnir.
Bir azdan Qiyamət qopacaq,
İsrafilin yerinə bir ayrılıq nəğməsi çal.
Qorxu, təlaş dünyanı fağır günə qoyub,
Mən evdəyəm, əzizim, sən də evdə qal!

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Bir xatirə yağışı var hər ötən anın”

This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg

Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,

***

Bir xatirə yağışı var hər ötən anın,
Xatirələr şeh düşəndə bal kimi olur.
Ruhlar sevgi rəngindədi, dualı qadın,
Lal duyğunun əzabı da lal kimi olur.

Gendən bir ağ kölgə sıxır kəndi-kəsəyi,
Şeytan ölüb, cəsəd ağır, gir, tabut düşür.
Beş-on günlük səyahətdi ömür adamçun,
Sonra qəfil hər çiyindən bir tabut düşür.

Sən susduqca, gözlərimdə zəlzələ olur,
Qürub çağı xam xəyala dalmaq çətinmiş.
Mən bilmirəm sənə baxım, yoxsa Allaha,
İki sevgi arasında qalmaq çətinmiş…

Əziz MUSA.”Ürəyim”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Səni görüb, sevməyincə yox idim,
Gəl ruhumun qanadı ol, gülüzlüm.
Gəl arzuma, istəyimə mən yetim,
Qoyma sənin həsrətindən üzülüm.

Ayrılığın bir əzabdı bilirsən,
Sənsiz ruhum dağı, daşı dolaşır,
Heç bilmirəm mənsiz necə gülürsən,
Mənim ruhum, hər an sənsiz darıxır.

Dağlar boyda qəm daşıyır ürəyim.
Dərdin-qəmin buz daşıyır qüzeydən.
Çən, dumandı baxa bilmir fələyim,
Canım, gözüm, gəl incimə gileydən

Bülbülünə heç gəlmirmi yazığın,
Möhtac qalıb bu ürəyim sığala,
Kəs bir yolluq ayağını sazağın,,
Ürəyimdə sonməyən bir od qala.

Təbəssümün həyat dolu günəşdi,
Ayrılığın məni boğur gecələr,
Yuxularım qaçıb gedib , nə işdi.
Əziz Musa sənsiz çətin dincələr.

ƏZİZ MUSA.

Əziz MUSA.”Ruhuna vurulub göylərə uçdum”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Ruhuna vurulub göylərə uçdum,
Sevmək nə zamandan günahdı söylə.
Mən eşqin qırxıncı qapısın açdım,
Qəlbibin qapısı bağlıdı hələ.

Ürəyim çat verib sənin əlindən,
Yerləri, göyləri saymayan mələk,
Bir xoş söz eşitmədim sənin dilindən,
İnsafsız görmədim vallah sənin tək.

Günümü bükmüsən bir göy əksiyə,
Yenə nişan alıb dərd ürəyimi.
Əllərim çatmayır o yüksəkliyə,
Çırpmısan daşlara sən istəyimi.

Ruhum bənövşətək boynunu əyib,
Çəkilmir gözümdən həsrət buludu.
Elə fələklər də xətrimə dəyib,
Yoxsa sevgi budu, məhəbbət budu.

Üzünün işığı kor edib məni,
Sənin eşqin ilə döyünür ürək,
Bütün varlığımla sevirəm səni,
Axı gözəl olur tikanlı çiçək.

Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

 * * *

Kim bilir, mən onda gec başa düşdüm,
O,gəldi bu getdi sirr kimi qaldı.
Qarışdı, yox oldu, bir eşqə qaçdı,
Çəkdiyim bir eşqsiz bax, yenə baldı.

 * * *

Döyülər xəbərsiz qapın açarsan,
O gələr deyərsən cəhənnəm ol get.
Mən sildim sən də sil yaşanmamış say,
Bir də arxasından yad tək baxarsan.

Virtual kitab sərgisi “Blaqoveşensk – Bakı kitab körpüsü”

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) beynəlxalq əməkdaşlıq çərçivəsində əlaqələri uğurla davam edir. Koronavis pandemiyası ilə mübarizə və #EvdəQal ciddi karantin rejimi dövründə kitabxanalar tərəfindən mütaliə üçün insanlara populyar və maraqlı kitabların elektron versiyasını təqdim edilir, yazıçı və şairlərlə virtual görüşlər də təşkil olunur.

Xatırladırıq ki, Yasamal rayon Mərkəzi Kitabxanası və Blaqoveşensk kitabxanası arasında 2018-ci ilin payızından təcrübə mübadiləsi aparılır, uğurlu layihələr həyata keçirilir.

Bakı Blaqoveşensk növbəti birgə layihə əsasında hazırlanan virtual kitab sərgisi oxucuların istifadəsinə verildi.

Virtual sərgidə on üç kitab  oxucuların istifadəsinə verilmişdir.

Bakı kitabxanaçıları “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda olan ən çox oxunan kitabları seçmiş və virtual sərgiyə təqdim etmişdir. Blaqoveşensk şəhər Mərkəzi Kitabxanasının kitabxanaçıları da öz növbəsində oradakı ən populyar kitabların statistikasını öyrənmişdilər.

Qeyd olunmalıdır ki, sərgilənən kitablar populyar kitabların yalnız bir hissəsidir. Bu kitab rəfləri statik (dəyişilməz) xarakter daşımır, onlar dinamikdir. Rəflərdəki kitablar populyarlıgına və oxucu sorğularına, baxış saylarına görə dəyişir. Kitabxanalar tərəfindən təşkil olunan növbəti sərgilərdə bu aydın görünəcək.

“Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda olan kitablardan səkkiz ən populyar kitab seçilmiş və bu kitablar sərginin yuxarı rəfində yerləşdirilmişdir. Onların arasında Q.Markesin ingilis dilində olan “Yüz il tənhalığda” kitabıdır. Kitab rəfi yığılanda bu kitab 200913 dəfə oxunmuş, hal hazırda isə kitab 210888 dəfə oxunub. Digər populyar kitab rus dilində “Samıy luçşiy samouçilel anqliyskoqo yazıka” kitabıdır, bu kitab 69594 dəfə oxunub. Nəsirəddin Tusinin “Əxlaqi-Nəsiri” kitabı 27062 dəfə, T.Hüseynovun “Müəssisənin iqdisadiyyatı” kitabı isə 32348 dəfə oxunub.

2020-ci ilin son aylarında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”na yeni kitablar yerləşdirilib. Yeni kitabların arasında ən çox maraq doğuran “Dünya xalqlarının nağıllarında uşaq hüquqları” (Azərbaycan və rus dillərində), Brayan Ceyksin “Leqenda o Lyuke”, Sevinc Ağa Xəlilqızının “Əlvida söyləmədən…” kitablarıdır.

Blaqoveşensk şəhərinin oxucuları arasında beş ən çox oxunan kitab seçilib: P.N.Vranqel “Zapiski 1916–1920qq.”, “Kukolnıy teatr na Rusi. İstoriçeskiy oçerk”, “Yeqipetskiye skazki”, ”Arxitektura Yaponii. Yaponskaya svetnaya qrabyura”, “Pesn o Nibelunqax”.

Sözügedən kitabların elektron versiyasının oxumaq üçün oxuculara imkan yaradılıb. Onlar interaktiv nöqtələrə tıklayaraq kitabların tammətinli versiyasını görə bilərlər.

“Blaqoveşensk – Bakı kitab körpüsü” virtual kitab sərgisinin ünvanıhttps://www.thinglink.com/scene/1305072218648084482

Şairə Gülarə Munisin “Söylə mənə, ay nənə” adlı yeni şeiri


Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına davamlı olaraq dəstək olan  Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı və şairə, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə Munisdir.
Şairə karantin rejimində olan insanları daima mütaliəyə çağırır və günlərini daha səmərəli keçirməkləri üçün çalışır. O, “Söylə mənə, ay nənə” adlı yeni şeirini qələmə alaraq uşaqların dünyasından hər kəsə səslənir. 
Şeir nənə ilə nəvənin söhbəti ilə başlayır. Yatmağa gedən nəvə nənəyə çoxlu suallar verir. Nəvənin həmçinin verdiyi suallar sırasında  hal-hazırda bütün dünyanı maraqlandıran “Hardan gəldi bu bəla? Bizi saldı bu hala?” sualı da yer alır. Sizcə suallar qarşısında çaşqın qalan nənənin balaca nəvəsinə cavabı nə olacaq?
Söylə mənə, ay nənə…
Nəvə gedir yatmağa,
Şirin yuxu tapmağa.
Nənə öpür üzünü,
Söyləyir: “Yum gözünü”.
                              “Yuxum gəlmir, ay nənə,
Bir sualım var sənə:
Söylə mənə, ay nənə,
Hardan gəldi bu bəla?
Bizi saldı bu hala?
Söylə mənə, ay nənə,
Xəstəliyin yox sonu,
Necə qovlayaq onu?
Söylə mənə, ay nənə,
Bu nə virusdur belə?
Adı da yatmır dilə…
Söylə mənə, ay nənə,
Nədən isinir günəş?
Hardan alır o atəş?
Söylə mənə, ay nənə,
Nədən yaranır duman?
Niyə qocalır insan?
Söylə mənə, ay nənə,
Hara yox oldu baba?
Yetim qaldı el-oba?
Söylə mənə, ay nənə,
Harda dincəlir külək?
Harda yatır kəpənək?”
Nənə çaşıb qalmışdı,
Fikir onu almışdı.
Suallar yetmir sona,
Nə cavab versin ona?
Fikirləşdi bir qədər,
Cavab tapdı bir təhər.
Dedi: “Bağla gözünü,
Allah bilir düzünü”.
Əziz oxucular, şeirin  pdf forması rəngarəng və maraqlıdir.

Tanış olmaq üçün aşağıdakı linkə daxil olun:


http://yasamal.cls.az/front/files/libraries/81/documents/766516104.pdf

Coşqun XƏLİLOĞLU.”Orqan” (Hekayə)

        Bu əhvalat bizim kənddə sovet hakimiyyətinin durğunluq deyilən dövründə baş verib. Kənd camaatı güzəranlarını qismən də olsa, yaxşılaşdırmaq üçün rayon mərkəzindəki mal-qara kökəltmə məntəqəsinə min bir əziyyətlə bəslədikləri iribuynuzlu mal-qaranı təhvil verirdilər. Alacaqları pulu isə aylarla, bəzən isə bir ilə qədər gözləyirdilər. Adamlar rayon mərkəzinə gedib-gəlməkdən bezir, bəzən alacaqlarından bir qədər “şirinlik” verməklə halal qazanclarına mümkün qədər tez sahib olmağa çalışırdılar.

Kəndimizdə Xanağa adlı bir kişi yaşayırdı. Xanağa özünü şair sayır, şeir adı ilə cızma-qaralar yazıb göndərirdi qəzetlərin redaksiyalarına. Redaksiyalarda onun yazdıqlarını oxuyub, hər dəfə ona təxminən belə məzmunda məktub göndərirdilər. “…Yazınız bədii cəhətdən çox zəif olduğu üçün dərc edilmədi”.  Xanağa kişi ona gələn məktubu açıb oxuyar, əvvəl kədərlənər, sonra qəzetin ünvanına “Paxıllıqdan dərc etmirlər”, deyərək söylənərdi. O zaman redaksiyalardan oxuculara göndərilən məktublar nəfis tərtibatla xüsusi blanklarda yazılardı. Xanağa kişi bu blankları elə səliqə ilə bükərdi ki məktubun mətni görünməzdi. Qəzetin adı və ünvanı yazılmış hissəsini isə Xanağa çayxanada tay-tuşlarına göstərər, özünü tərifləyərdi. Gah –məni bayram münasibəti ilə təbrik ediblər, gah da yaxşı şeir yazdığıma görə mənə təşəkkürlərini bildiriblər – deyərdi. Ona inamayanlar olsa da, inananlar da var idi. Hətta kənddə danışırdılar ki,qəssab Məhərrəmin oğlunun toyunda Xanağaya tost demək üçün söz veriləndə o, elə gözəl şeir söyləyib ki bütün məclisdəkilər ona, – əhsən, şair, – deyiblər.

Nə başınızı ağrıdım, Xanağa kişi bir dəfə camışını mal-qara kökəltmə məntəqəsinə satır, amma onda səbir hardaydı ki, başqaları kimi aylarla pul gözləsin. Həm də bu şairə hörmətsizlik olardı. On gün keçəndən sonra səliqə ilə geyinib-keçinən Xanağa kişi gedir camışın pulunu almağa. Müdir əvvəlcə deyir ki, a kişi, pulumuz olanda verəcəyik, hara tələsirsən? Qaşı-gözü qara çıxmısan? Xanağa kişi ədəb-ərkanla əlini salır cibinə və hirslə bir kağız parçası çıxarıb:

–Bilirsən mən kiməm?  Mən Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının orqanıyam, – deyir.

“Azərbaycan gəncləri” qəzetindən göndərilmiş məktubu Xanağa kişiyə məxsus mühüm sənəd hesab edən müdirin rəngi qaçır, qorxudan dili-dodağı əsir, tez mühasiblə xəzinədarı çağıtdırıb, “Yerin deşiyindən də olsa Xanağa müəllimin pulunu tapıb verin” – deyir. Heç iki saat keçmir ki, kənd şairinin pulu cibində olur.

Xanağa kişi təhvil verdikləri mal-qaranın pulunu ala bilməyən həmkəndlilərinin yanında qürurla gəzir, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının “orqanı olmağıyla” fəxr edirdi. Ağıllı adamlar Xanağa kişinin sadəlövhlüyünü  başa düşsələr də bunu onun üzünə vurmurdular.

Fakt isə faktlığında qalırdı. Xanağa kişi pulu hamıdan tez almışdı və ona bu pulu  “Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının orqanı” “olduğuna” görə vermişdilər.

Xalq şairi Süleyman RÜSTƏM.”Təbrizim”

Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!

Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda göz yaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim, Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!

Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər,
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!

Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!

Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!

Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Xalq şairi Süleyman RÜSTƏM.”Azərbaycana gəlsin!”

Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin!
Bəzənib başdan-başa şəhərləri, kəndləri
Cənnət görmək istəyən Azərbaycana gəlsin!

Qanımızda dövr edən sədaqətdir, sədaqət,
Günəşdən də parlaqdır gözümdən bu həqiqət.
Dostuna, qardaşına təmənnasız məhəbbət,
Hörmət görmək istəyən Azərbaycana gəlsin!

Gözəlliklər Vətənə gözəllərindən gəlir,
Dostluğun-qardaşlığın təməllərindən gəlir,
Könüllərin nıüqəddəs əməllərindən gəlir,
Qüdrət görmək istəyən Azərbaycana gülsin.

Saysız qəhrəmanların
Qurub yaradanların,
Qocasında, gəncində, bu sadə insanların
Şöhrət görmək istəyən Azərbaycana gəlsin!

Payızında, qışında, baharında, yazında
Dinir dostluq nəğməsi konüllərin sazında.
Sabaha addımlayan mərd oğlunda, qızında
Qeyrət görmək istəyən Azərbaycana gəlsin!

Zavalsızdır ömürlük qoynundakı bağça, bağ,
Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq,
Al bayraqlar altında alnıaçıq, üzüağ,
Millət görmək istəyən Azərbaycana gəlsin!

Məhəmmədhüseyn ŞƏHRİYAR.”Heydərbabaya salam” (Poema) I hissə

Heydər Baba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə,
Mənim də bir adım gəlsin dilizə.

Heydər Baba, kəkliklərin uçanda,
Göl dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə.

Bayram yeli çardaqları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin dağ olsun.

Məmmədhüseyn Şəhriyar
Heydər Baba, gün dalını dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqlarun bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.

Heydər Baba, sənin yüzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sonra sənin başın sağ olsun,
Dünya qəzov-qədər, ölüm-itimdir,
Dünya boyu oğulsuzdur, yetimdir.

Heydər Baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilmez idim döngələr var, dönüm var,
Itginlik var, ayrılık var, ölüm var.

Heydər Baba, igid əmək itirməz,
Ömür keçər, əfsus bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri.

Heydər Baba, Mirəjdər səslənəndə,
Kənd içinə səsdən-küydən düşəndə,
Aşıq Rüstəm sazın dilləndirəndə,
Yadındadır, nə hövləsək qaçardım?
Quşlar təkin qanad çalıb uçardım.

Şəngilava yurdu, aşıq alması,
Gahdan gedib orda qonaq qalması,
Daş atması, alma-heyva salması,
Qalıb şirin yuxu kimin yadımda,
Əsər qoyub ruhumda, hər zadımda.

Heydər Baba, Quru gölün qazları,
Gədiklərin sazaq çalan sazları,
Kənd-kövşənin payızları, yazları,
Bir sinema pərdəsidir gözümdə,
Tək oturub, seyr edərəm özüm də.

Heydər Baba, Qaraçəmən cadası,
Çovuşların gələr səsi, sədası,
Kərbəlaya gedənlərin qadası,
Düşsün bu ac yolsuzların gözünə,
Təməddünün uyduq yalan sözünə.

Heydər Baba, şeytan bizi azdırıb,
Məhəbbəti ürəklərdən qazdırıb,
Qara günün sər-nüviştin yazdırıb,
Salıb xalqı bir-birinin canına,
Barışığı bələşdirib qanına.

Göz yaşına baxan olsa, qan axmaz,
Insan olan xəncər belinə taxmaz,
Amma heyif, kor tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz məhərrəm olmaqdadır.

Xəzan yeli yarpaqları tökəndə,
Bulud dağdan yenib kəndə köçəndə,
Şeyxülislam gözəl səsin çəkəndə,
Nisgilli söz ürəklərə dəyərdi,
Ağaclar da Allaha baş əyərdi.

Daşlı bulaq daş-qumunan dolmasın,
Bağçaları saralmasın, solmasın,
Ordan keçən atlı susuz olmasın,
Deynə bulaq, heyran olsun, axarsan,
Üfüqlərə xumar-xumar baxarsan.

Heydər Baba, dağın daşın sərəsi,
Keklik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsı,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: “Çoban, qaytar quzunu”.

Heydər Baba, Sulu yerin düzündə,
Bulaq qaynar çay-çəmənin gözünde,
Bulaqotu üzər suyun üzündə,
Gözəl quşlar ordan gəlib keçərlər,
Xəlvətləyib bulaqdan su içərlər.

Biçin üstü sünbül biçən oraqlar,
Elə bil ki, zülfü darar daraqlar,
Şikarçılar bildirçini soraqlar,
Biçinçilər ayranların içərlər,
Bihuşlanıb sondan durub biçerler.

Heydər Baba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda,
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə çoxlu qəmü-qüssə de.

Qarı nənə gecə nağıl deyəndə,
Külek qalxıb qapı-bacanı döyəndə,
Qurd keçinin Şəngülüsün yeyəndə,
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sonra solaydım.

Əmməcanın bal-bəlləsin yeyərdim,
Sondan durub üst donumu geyərdim,
Bağçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.

Həçi xala çayda paltar yuyardı,
Məmmədsadıx damlarını suvardı,
Heç bilməzdik dağdır, daşdır, divardır
Hər yan gəldi, şıllaq atıb aşardıq,
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.

Şeyxəlislam münacatı deyərdi,
Məşədrəhim ləbbadəni geyərdi,
Məşdəcəli bozbaşları yeyərdi,
Biz xoş idik, heyrat olsun, toy olsun,
Fərq eləməz, hər nolacaq, qoy olsun.

Melikniyaz vərəndilin salardı,
Atın çapıb qıyqacıdan çalardı,
Qırğı təkin gədik başın alardı.
Dolayıya qızlar açıb pəncərə,
Pəncərələrdən nə gözəl mənzərə.

Heydər Baba, kəndin toyun tutanda,
Qız gəlinlər həna, piltə satanda,
Bəy gəlinə damdan alma atanda,
Mənim də o qızlarında gözüm var,
Aşıqların sazlarında sözüm var.

Heydər Baba, bulaqların yarpızı,
Bostanların gülbəsəri, qarpızı,
Çərçilərin ağ nobatı, saqqızı,
Indi də var damağımda, dad verər
Itgin gedən günlərimdən yad verər.

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Heydər Baba, Mirzəmmədin bağçası,
Bağçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası
Hey düzülər gözlərimin rəfində,
Heyimə vurar xatirələr səfində.

Bayram olub, qızıl palçıq əzərlər,
Naqqış vurub, otaqları bəzərlər,
Taxçalara dizmələri dizərlər
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.

Baxıcının sözü-sovu, kağızı
Inəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi
Qızlar deyər: “Atıl-matıl, çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə”.

Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.

Novruzəli xərməndə vəl sürərdi,
Gahdan yenib küləşlərin kürərdi,
Dağdan da bir çoban iti hürərdi,
Onda gördün, ulaq ayaq saxladı,
Dağa baxıb qulaqların şaxladı.

Axşambaşı naxırınan gələndə,
Qoduqları çəkib vurardıq bəndə,
Naxır keçib gedib yetəndə kəndə,
Heyvanları çılpaq minib qovardıq,
Söz çıxsaydı, sinə gərib sovardıq. .

Yaz gecəsi çayda sular şarıldar,
Daş qayalar seldə aşıb karıldar,
Qaranlıqda qurdun gözü parıldar,
Itlər gördün, qurdu seçib ulaşdı,
Qurd da gördün, qalxıb gədikdən aşdı.

Qış gecəsi tövlələrin otağı,
Kəndlilərin oturağı, yatağı,
Buxarıda yanar odun yanağı,
Şəbçərəsi, girdəkanı, iydəsi,
Kəndi basar gülüb-danışmaq səsi.

Şüca xaloğlunun Bakı sovqatı,
Damda quran samavarı, söhbəti,
Yadımdadı şəstli qəddi, qaməti,
Cünəmməyin toyu döndü yas oldu,
vənəqızın bəxt aynası kas oldu.

Heydər Baba, Nənəqızın gözləri,
Rəxşəndənin şirin-şirin sözləri,
Türki dedim, oxusunlar özləri,
Bilsinlər ki, adam gedər, ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.

Yaz qabağı gün güneyi döyəndə,
Kənd uşağı qar gülləsin sövəndə,
Kürəkçilər dağda kürək zivəndə,
Mənim ruhum elə bilin ordadır,
Kəklik kimi batıb qalıb, qardadır.

Qarı nənə uzadanda işini,
Gün buludda əyirərdi teşini,
Qurd qocalıb, səkdirəndə dişini,
Sürü qalxıb dolayıdan aşardı,
Baydaların südü aşıb-daşardı.

Həccəsultan əmmə dişin qısardı,
Mollabağır əmoğlu tez mısardı,
Təndir yanıb, tüstü evi basardı,
Çaydanımız ərsin üstə qaynardı,
Qovurğamız sac içində oynardı.

Bostan pozub gətirirdik aşağı,
Doldururduq evdə taxta-tabağı,
Təndirlərdə bişirərdik qabağı,
Özün yeyib, toxumların çırtlardıq,
Çox yeməkdən lap az qala çatlardıq.

Vərziğandan armud satan gelende,
Uşaqların səsi düşərdi kəndə,
Biz də bu yandan eşidib biləndə,
Şıllaq atıb bir qışqırıq salardıq,
Buğda verib armudlardan alardıq.

Mirzə Tağıynan gecə getdik çaya,
Mən baxıram seldə boğulmuş aya,
Birdən ışıq düşdü o tay bağçaya,
“Eyvay!” dedik, “qurddu!”, qayıtdıq, qaçdıq,
Heç bilmədik nə vaxt güllükdən aşdıq.

Heydər Baba, ağaçların ucaldı,
Amma hayıf, cavanların qocaldı,
Toğluların arıqlayıb acaldı,
Kölgə döndü, gün batdı, qaş qarəldi,
Qurdun gözü qaranlıqda bərəldi.

Eşitmişəm yanır Allah çırağı,
Dayır olub məscidizin bulağı,
Rahat olub kəndin evi, uşağı,
Mənsurxanın əli-qolu var olsun,
Harda qalsa, Allah ona yar olsun.

Heydər Baba, Moll’ Ibrahim var, ya yox?
Məktəb açar, oxur uşaqlar, ya yox?
Xərmən üstü məktəbi bağlar, ya yox?
Məndən axunda yetirərsən salam,
Ədəbli bir salam malakəlam.

Həci Sultan əmmə gedib Təbrizə
Amma nə Tebriz ki, gələmmir bizə,
Balam, durun qoyaq gedək evimizə,
Ağa öldü, tufağımız dağıldı,
Qoyun olan yad gedibən sağıldı.

Heydər Baba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib, alıbdı,
Əflatundan bir quru ad qalıbdı.

Heydər Baba, yaru-yoldaş döndülər,
Bir-bir məni çöldə qoyub, çöndülər,
Çeşmələrim, çıraqlarım söndülər,
Yaman yerdə gün döndü, axşam oldu,
Dünya bizə xarabei-şam oldu.

Emoğluynan gedən gecə Qıpçağa,
Ay ki, çıxdı, atlar gəldi oynağa,
Dırmaşırdıq, dağdan aşırdıq dağa,
Məşməmixan göy atını oynatdı,
Tüfəngini aşırdı, şaqqıldatdı.

Heydər Baba, Qara kolun dərəsi,
Xoşginab’ın yolu, bəndi, bərəsi,
Orda düşər çil kəkliyin fərəsi,
Ordan keçər yurdumuzun özünə,
Biz də keçək yurdumuzun sözünə.

Xoşginabı yaman günə kim salıb?
Seyidlərdən kim qırılıb, kim qalıb?
Amir Qafar dam daşını kim alıb?
Bulaq genə gəlib gölü doldurur,
Ya quruyub, bağçaları soldurur?

Amir Qafar seyidlərin tacıydı,
Şahlar şikar etməsi qıyqacıydı,
Mərdə şirin, namərdə çox acıydı,
Məzlumların haqqı üstə əsərdi,
Zalimləri qılınc təkin kəsərdi.

Mirmustafa dayı, ucaboy baba,
Heykəlli-saqqallı Tolustoy baba,
Eylərdi yas meclisini toy, baba
Xoşginabın abi-rusu, ərdəmi,
Məscidlərin, məclislərin görkəmi.

Məcdüssadat gülərdi bağlar kimi,
Guruldardı, buludlu dağlar kimi,
Söz ağzında ərirdi yağlar kimi,
Alnıaçıq, yaxşı, dərin qanardı,
Yaşıl gözler çıraq kimi yanardı.

Mənim atam süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gözəllərin axıra qalmışıydı,
Ondan sonra dönərgələr dönüblər,
Məhəbbətin çırağları sönüblər.

Mirsalehin dəlisovluq etməsi,
Mirəzizin şirin şaxsey getməsi,
Mirməmmədin quruması, bitməsi,
Indi desək, əhvalatdır, nağıldır,
Keçdi getdi, itdi batdı, dağıldı.

Mirəbdülün aynada qaş yaxması,
Çövçülərindən qaşının axması,
Boylanması, dam-divardan baxması,
Şah Abbasın dürbini, ya dəş bixeyr,
Xoşginabın xoş günü, ya dəş bixeyr.

Sitar’əmmə nəzikləri yapardı,
Mirqadir də hərdən birin qapardı,
Qapıb yeyib dayça təkin çapardı,
Gülməliydi onun nəzik qapması,
Əmməmin də ərsiyinin şappası.

Heydər Baba, Amir Heydər neyləyir?
Gəlin yenə samavarı göynəyir,
Daha qocalıb, alt əngini çeynəyir,
Qulaq batıb, gözü girib qaşına,
Yazıq əmmə, hava gəlib başına.

Xanım əmmə Mirəbdülün sözünü,
Eşidəndə əyər ağzı-gözünü,
Məlkamıda verər onun özünü,
Davaların şuxluğunan qatarlar,
Əti yeyib, başı atıb yatarlar.

Fizzəxanım Xoşginabın gülüydü,
Amir Yəhya əmiqızının quluydu,
Rüxsarə artist idi, sevgiliydi,
Seyid Hüseyn Mirsalehi yamsılar,
Əmir Cəfər qeyrətlidir, qan salar.

Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacadan mələrdi,
Əmməcanım körpələrin bələrdi,
Təndirlərin qovzanardı tüstüsü,
Çörəklərin gözəl iyi, istisi.

Göyərçinlər dəstə qalxıb uçarlar,
Gün saçanda qızıl pərdə açarlar,
Qızıl pərdə açıb, yığıb qaçallar,
Gün ucalıb, artar dağın cəlalı,
Təbiətin cavanlanar cəmalı.

Heydər Baba, qarlı dağlar aşanda,
Gecə karvan yolun aşıb çaşanda,
Mən hardasam, Tehranda, ya Kaşanda,
Uzaqlardan gözüm seçər onları,
Xəyal gəlib, aşıb keçər onları.

Bir çıxaydım Damqayanın daşına,
Bir baxaydım keçmişinə, yaşına,
Bir görəydim nələr gəlib başına,
Mən də onun qarlarıyla ağlardım,
Qış donduran ürəkləri dağlardım.

Heydər Baba, gül-qönçəsi xəndandır
Amma hayıf, ürək qəzası qandır,
Zindəganlıq, bir qaranlıq zindandır,
Bu zindanın dərbəçəsin açan yox,
Bu darlıqdan bir qurtulub qaçan yox.

Heydər Baba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!

Bir soruşun bu qarqınmış fələkdən,
Nə istəyir bu qurduğu kələkdən?
Deynə, keçirt ulduzları ələkdən,
Qoy tökülsün, bu yer yüzü dağılsın,
Bu şeytanlıq qurğusu bir yığılsın.

Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,
Sən də qaytar, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb, bağırır,
Mürüvvətsiz insanları çağırır.

Heydər Baba, qeyrət qanın qaynarkən,
Qaraquşlar səndən qopub qalxarkən,
O sıldırım daşlarıynan oynarkən,
Qovzan, mənim hümmətimi orda gör,
Ordan əyil, qamətimi darda gör.

Heydər Baba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,
Qıratını minib, kəsib-biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib çatmayıncan yatmaram.

Heydər Baba, mərd oğullar doğginan,
Namərdlərin burunların ovginan,
Gədiklərdə qurdları tut boğginan,
Qoy quzular ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.

Heydər Baba, sənin gönlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə, mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar.

Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR. “Türkün dili” (Qəzəl)

Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Öz ləfzini farsa, ərəbə qatmasa şair,
Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,
Şerin gərək ehsas ilə riqqətlə qanşsın,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz.
Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.
Sağ gündə dolar taxta-tabaq ədviyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl olmaz.
Çox da ki, Sərabın suyu var, yağ, balı vardır,
Başı ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.
İnsan odu, tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsənsə, bu insan zəlil olmaz.
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.
Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki nənəm sancılanar, zəncəfil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdi,
Xan yorğanı kənd içrə, məsəldir, mitil olmaz.
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz

Dövlət tərəfindən #Evdəqal təşəbbüsü irəli sürülən “Evdə qalaq! Evdə qal” şüarına qoşulan Şahin Fazil yeni qəzəlini təqdim edir

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına töhvə verən şair və yazarlar yaradıcılıqları vasitəsilə insanları evdə qalmağa səsləyirlər.

      Tarix elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin üzvü, “Məcməüş-şüəra” ədəbi məclisinin sədri, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Şahin Fazil növbəti dəfə yaradıcılığı ilə “Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə dəstək verdi.

Şahin Fazil dövlət tərəfindən #Evdəqal təşəbbüsü irəli sürülən “Evdə qalaq! Evdə qal” şüarına qoşularaq yeni qəzəlini virtual formada oxuculara təqdim edir. Yazar 19 beytdən ibarət “Evdə qal” qəzəlində hər bir insana varlığının qeydinə qalmasını və virusun onları ələ keçirməsinə macal verməməsini söyləyir. O, həmçinin insanlara çöldəki haramdansa, evdəki halalla güclü və sağlam olmağı tövsiyə edir, nikbin olmağın yollarını tapmağı məsləhət görür.

Qeyd olunan qəzəl aşağıda təqdim olunur.

Evdə qal!

Varlığının qeydinə qal, evdə qal!

Getsə fərəh, gəlsə məlal, evdə qal!

Üstünə tac sahibi virus gəlir,

Hicran ilə eylə vüsal, evdə qal!

Başqa adamlarda riayət görüb,

Öz başını həm başa sal, evdə qal!

Göz-qaşına, üst-başına qonmasın,

Vermə ona azca macal evdə qal!

Şövq ilə gəzsin səni, qoy tapmasın,

Evdə otur, evdə güc al, evdə qal!

Basma qədəm bir daha meyxanəyə,

Çöldə haram, evdə halal, evdə qal!

Məscidə həm getmə, Xuda əfv edər,

Qur’an oxu, dəstəmaz al, evdə qal!

İşdə qalıb yazdığını evdə yaz,

Et özünü işdə xəyal, evdə qal!

Halını məcbur elə nikbinliyə,

Evdə də gəlsin sənə hal, evdə qal!

Razı olar əhlü əyal həm buna,

Təkid edər əhlü əyal “evdə qal”.

Varsa kamançan, səsini etmə qeyb,

Tarçılığın var isə çal, evdə qal!

Evdə qalıb, bezmə sərəncamdən,

Gəlsə də qəm, qüssə, məlal, evdə qal!

Bir-neçə aylıqdı karantin bizə,

Ömrünə bəxş etmə zaval, evdə qal!

Canda rahatsızlığı hiss eyləsən,

Loğman olub, evdə sağal, evdə qal!

Taclı olan virusa şəkk eyləmə,

Qəlbinə qoy düşməyə xal, evdə qal!

Təkzib olunmur o görünməz! Gəlib!

Varlığına yoxdu sual, evdə qal!

Düş küçəyə, yoxsa düşüncən sənin,

Varsa əgər səndə kamal, evdə qal!

Ey bu qəzəl sahibi, yaz şe’rini,

İlhamını eyləmə lal, evdə qal!

Şahina, şahinliyi tərk eyləmə,

Evdə qalıb, ərşə ucal, evdə qal!!!

                                                                                            01.04.2020

“Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına töhvə verən Sevinc Ağa Xəlilqızının “Qoz ağacına daş atan çox olar” nağılı

“Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına töhvə verən Sevinc Ağa Xəlilqızının “Qoz ağacına daş atan çox olar” nağılı

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!”  layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazar və şairlər oxucular üçün yeni yazılarını təqdim etməkdə davam edirlər.

Bu aksiyaya böyük dəstək verən yazıçı-publisist, şair, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Sevinc Ağa Xəlilqızı “Qoz ağacına daş atan çox olar” nağılını virtual formada oxuculara təqdim edir.

O, nağılın giriş hissəsində rəssamın fırçasının belə Azərbaycan təbiətinin gözəlliyi qarşısında aciz qaldığını vurğulayır və yarpağı, qabığı, barı ilə bir çox dərdlərə dərman olan Qoz ağacının başına gələn əhvalatı oxucular üçün nağıl edir.

Hər kəsə örnək olacaq nağıl “Başqasına quyu qazan, öz qazdığı quyuya da düşər!” sonluğu ilə bitir.

Əziz oxucular, bir-birindən maraqlı hadisələrin yer aldığı “Qoz ağacına daş atan çox olar” nağılı pdf formasında sizlərə təqdim olunur. Aşağıda qeyd edilən bağlantıya daxil olub nağılı ətraflı oxuya bilərsiniz.

http://yasamal.cls.az/front/files/libraries/81/documents/536939183.pdf

Əli Əmirov (Ələmi) aksiyaya “Ey həkim” qəzəlini təqdim etdi

Əli Əmirov (Ələmi) aksiyaya “Ey həkim” qəzəlini təqdim etdi

Bakı şəhər  Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası  davam edir.

 Karantin rejimində kitabxana oxuculara virtual xidmət göstərməkdədir.

Yasamal rayon M.Ş.Vazeh adina Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) dünya gündəmini zəbt edən koronaviris pandemiyasına qarşı mübarizədə fədəkarlıqla insanların həyatını xilas edən mübariz həkimlərə “Ey həkim” qəzəlini həsr edib.

Qəzəli oxuculara təqdim edirik.

                                   EY HƏKİM

Xalqımızın sağlamlığının keşiyində fədakarlıqla
               dayanan həkimlərimizə ithaf
“Eşqdən canımda bir pünhan mərəz var, ey həkim”
(Məhəmməd Füzuli)
—————————————————————-
Xəlqinə can yandıran, şükr eylədim, var, ey həkim!
Yalvarım, Rəhmanımız olsun sənə yar, ey həkim!

Arzu etdik, biz əziz insanlara can sağlığı,
Durmusan sənsə keşikdə, gəlməz azar, ey həkim!

Darə düşmüşsə bu gün birlik gərəkdir xəlqimə,
Əl tutub, əlbir olarsaq olmarıq, xar, ey həkim!

Keçmişə sal bir nəzər, olmuş belə dövran, keçib,
Şəninə bir gün çalarlar ney, kaman, tar, ey həkim!

Ey vətən övladı, sənçün söz deyər əhli qələm,
Az deyil məndən də yüksəkdə xiridar, ey həkim!

Sevdiyim cananımı vəsf etmişəm çox, indi qoy,
Lütfünə aşiqliyim olsun daha car, ey həkim!

Et əlac hər bir kəsə, dərdim mənim sənlik deyil,
Çün Ələmi eşqdən yalnız olur zar, ey həkim!


Xuraman İsmayılova bu çətin günlərdə fədakarlıq göstərən tibb işçilərimizə “Əziz həkimlər!” adlı şeir həsr edib

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MərkəzləşdirilmişKitabxana Sisteminin (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan sair və yazıçılar öz yeni yazdığı əsərlərini təqdim etməkdə davam edir.
Koronavirusla bağlı ən böyük mübarizəni ilk olaraq bu sahədə ön cəbhədə olan həkimlər aparır. Həkimlər öz peşəkarlığı ilə seçilərək həyatlarını riskə atmaqla həyatlar xilas edir. Biz hər birimiz onlar qarşısında borcluyuq. 
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Xuraman İsmayılova bu çətin günlərdə fədakarlıq göstərən tibb işçilərimizə “Əziz həkimlər!” adlı şeir həsr edib. Pandemiyanın tüğyan etdiyi bir dövrdə həyatların itirən bir çox tibb işçiləri də oldu. Yazar #Evdəqal çağrışına qoşularaq insanları yoluxmanın qarşısını almaqla həkimlərə dəstək olmağa çağırır.
Buyurun oxuyun:
http://yasamal.cls.az/front/files/libraries/81/documents/154337396.pdf
Xuraman İsmayılova
Əziz həkimlər!
Bu çətin günlərdə fədakarlıq göstərən tibb işçilərimizə
Bir peşə seçdiniz, seçəndə bəlkə,
Bilmirdiz bu qədər özəl olduğun.
Ağappaq xalatda ağ göyərçintək, 
İnsan həyatına, insane ömrünə
Ağappaq yol açan, şəfaət verən
Xeyirxah, şəfqətli, gözəl olduğun.
Qarşısı alınmaz bir bəla ilə
Üz-üzə dayanıb bəşər övladı.
Fəlakət gətirən, ölümlər saçan,
“Korona” adlanan bu mənfur virus
Hər kəsin həyatın, işin laxlatdı.
Çox məslək sahibin yoldan saxladı.
Təkcə siz həkimlər, tibb işçiləri
Heçnəyə baxmadan, heç düşünmədən
Gecəli-gündüzlü iş başındasız.
Hər şeydən qiymətli həyatınızı
Risk altda qoyaraq geri durmadız.
Sizə ümid dolu baxan gözlərə,
İmdad diləyən məsum üzlərə
Baxaraq əridiz, candan oldunuz,
Bəlkədə milyon kəs öldüz-dirildiz
İçdiyiniz anda, əqidənizə
Sadiq əsgər kimi məğrur dayandız.
Bu ağır döyüşün, müharibənin
Qəhrəman əsgəri, əziz həkimlər!
Qalib çıxacaqsız bilirik yenə
Duamız sizlədir, siz bilin bunu,
Tanrım, bizlər üçün onları qoru!

Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

* * *

Allah da bu boyda götürməz ahı, Bəndəsi şükr edər naşükür olmaz.Bu nurda boy atdıq səcddəyə durduqHaqq desən insanlar bir yol yorulmaz.
Quranı kitablar kitabı bildik ,Peyğəmbər Allahın son elçisiydi.İslama gəl deyə hayqırdı dön gəlO sudan içdikcə birdə dirildik.
Gecələr oyanıb namaza dursan,Açılar qapılar üzünə min yol.Əl açsan, dua et, Allahdan istə,Nə olsan əyilsən, yenə özün ol
* * *
Qorxmuram şəhərin küçələrindən, Yanımdan iki bir maşınlar keçir.Bəlkə bir sağ olsuz məni tərk edibGetdiyin yolların yolçusam mən.
Ağaclar binalar, yad bildiklərim,Ovutmur könlümü gedəndən yenə.Bir eşqliq yol keçib üzüldüyüm dəYüyürdüm bir eşqdə dönürəm sənə.
* * *
𝔹𝕚𝕣 𝕒𝕫𝕕𝕒 𝕫𝕒𝕞𝕒𝕟a 𝕧𝕒𝕣 𝕔𝕚𝕩𝕒𝕣 𝕘𝕖𝕝𝕖𝕣,𝔹𝕒𝕩𝕒𝕣𝕤𝕒𝕟 𝕦𝕫𝕦𝕞𝕖 𝕥𝕒𝕟𝕚𝕤𝕝𝕒𝕣 𝕜𝕚𝕞𝕚.ℕ𝕖𝕔𝕖𝕤𝕖𝕟, 𝕪𝕒𝕩𝕤𝕚𝕪𝕒𝕞 𝕔𝕠𝕩 𝕕𝕖𝕪𝕚𝕤𝕞𝕚𝕤𝕖𝕟𝕤𝕦𝕤𝕒𝕣𝕤𝕒𝕟, 𝕤𝕦𝕤𝕒𝕣𝕤𝕒𝕟, 𝕪𝕖𝕟𝕖 𝕤𝕦𝕤𝕒𝕣𝕤𝕒𝕟
* * *
Bəlkə də bu boyda haq etməmişdim, Ağlasam gözüm də yaşı silən yox.O, sevdi o, gördü o, da bitirdi Hələ mən getməmiş bitirməmişdim. 
Getdimi, ömrümün payızı qaldı, Bir bahar qəlbimin üstünə qoydum.Nə oldu, elə bir çətin sualdı Çox içdim bu eşqə elə ki doydum.
Biraz payıza döndüm Bahara bir addım qalmış.Ocaq ocaq bir yol söndüm. Bitirdiklərim bitməmiş qalacaqmış. 
Dayandım o getdi baxdı o getdi, O, günü tarixə bir xəttlə yazdım.Bir dua göylərin yolundan ötdümBir eşqliq yolumu yenə də azdım.
* * *
Cənnətmi, anamın ayağı altda, Gündə min yol öpür əyilirəm mən.Saçın da ağ gəzib üzüldüyüm də, Qayğında bir ölüb dirilirəm mən.
Nurundan pay aldım a mehribanım, Duan da varlığım əzbərə döndü.Zakirin durnası köçüb gedəndən Eşqimin alovu o gündə söndü. 
Başımı sığalla bir yol sığalla, Ölüm cənnətin də qoy ölüm ana. Nə yazdım, nə bildim hansı sualla, Dil açım danışım, qayıdım ana.
Bir ağız çağır ki yüyürüm gəlim,Mən haqqdan yoğrulub haqqdan gəlmişəm.Açıldı Allaha gecələr əlim,Cənnəti ay anam səni bilmişəm.
* * *
Əl açdım əyildim Namaza min yol, Razımı Allahım bəndəliyimdən. Peyğəmbər eşqinə əyildim öldüm, Mən yandım kül oldum yandım o, gündən.
Quranı üç öpüb alnıma qoydum,Yuxumda kəbəni bir yol da keçdim.Haqq dedim, yüyürdüm mən haqqa döndümO,suru o,nuru içdim mən içdim. 
Göz açdım səhərlər əzan səsində, Həmd olsun min şükür bu günü açdıq. Mən qorxdum çəkindim yanlışlarımdan Yalandan, riyadan biz elə qaçdıq .
Adəmi həvvası, sonrası bizdik, Yenildi nəfsinə bax,onda insan.Cənnəti yox bilib çoxda ki keçdik Unutduq olmadı, unutduq o, an.
Nə oldu bir əsri bir belə keçdik, Günahı, savabı gec amma bildik. Sığındıq o nura bağışla Allah, Doğluduq bir öldük torpağa döndük.

* * *
Allah da qəlbimi çox yaxşı bildi, Anamdı, bacımdı tanıdıqlarım. Nə şöhrət, nə dövlət dalınca qaçdım Öpdüyüm Qurandı, kəsdiyim çörək.
O, çörək mayası yoğrulub haqqdan, Peyğəmbər eşqinə mən yola düşdüm.Yalandır çəkinib qorxduğum mənim Bir olar olmaza bir ola düşdüm. 
Biçildi beş arşın ağdan bu dünya, Mən deyən, öləndə onu da tapmaz .Haqqına tapınsan, bir haqqa dönsən Müsəlman hayqırar Quranı danmaz. 
* * *

Baxarsan o qatar gedər dayanmaz, Asılı qalarsan xatirələrdən. Ölərsən bir eşqin ağrısı keçməz, Gedənlər gözünün yaşına baxmaz. 
Özündən özünə, bir yol keçərsən, Çağırsan səsinə onlar da gəlməz .O, qatar qayıdar axtardığın yox, Eşqlərdə tez bitər kimsələr ölməz. 

* * *
Atam oğlan dedi, bildi ki, qızdı Bəlkə də heç belə istənməmişdim. Arzusu yol aldı, yox, puça çıxdı Qız bilib tutulub dilənməmişdim. 
Diləyin bir oğul üç qızın oldu, Allah da, atam heç istəməmişdi. Şükr elə, dua et naşükür olma Nə söylən, nə ağla demə nə işdi.
* * *

Döyülər xəbərsiz qapın açarsan, O gələr deyərsən cəhənnəm ol get.Mən sildim sən də sil yaşanmamış say, Bir də arxasından yad tək baxarsan. 
* * *

Allahın günahkar bəndəsi məndim, Mən desəm yaxşılıq üzə vurlmaz. Yaşa unutdurar zaman hər şeyi, Bu gündü o aydı yenə də durmaz

Xalq şairi Vahid ƏZİZ.”Ağlımı çaşdırır xatirələrim”

Son vaxtlar qərarım sığmır şəhərə,
ağlımı çaşdırır xatirələrim,
bir vaxtlar zamanım itən yerlərə
düşərək,özümü gəzir gözlərim.

Burda illərimin çoxusu gedir,
Vallah,dözümümə,səbrimə əhsən!
əslində-şəhərlər “Muzey” kimidir,
gəzəsən,baxasan,çıxıb gedəsən.

İndi yorğun-arğın,əlimdə əsa,
(açansa bu fikri duydum birinnən):
“Əslində–dünyada yeni nə varsa,
qədimnən qalandı yeni görünən”.

Hərdən tez yorulur alüdə olan,
kənddə bir-biriylə hamı tanışdır,
burda bir havaynan qalxıb ucalan
başqa bir havanın yelinnən aşır.

Burda yağmurlar da bulanıq yağır,
hərdən ildırım da başqa cür çaxır,
getmişdim– orda da adam darıxır,
kəndin də get-gedə xarabı çıxır.

…yenə də qəzetlər qapılarını
gəzirəm həvəslə,əlimdə qovluq,
birində tapıram “Şeir qananı”,
birində “İstedad” pərişan olur.

İndi asfalt olub çınqıllı yolum,
şəvə saçlarıma qar ələnibdir,
birdə ki,Xalqıma məxsus olduğum,
Dövvlət Möhürüylə təsdiqlənibdır.

Son vaxtlar qərarım sığmır şəhərə,
hərdən səndələdir xatirələrim,
bir vaxtlar gəncliyim itən yerlərə
düşərək özümü gəzir gözlərim…

Xalq şairi Vahid ƏZİZ.”Gözlə”

A şam pərvanəsi,gecəyə çox var,
çoxdur səntək olan!-sən hələ gözlə,
şamlar tüstülənsin,yansın çıraqlar-
qonub kəpənəktək bir gülə,gözlə!

Əbəsdir,kimsəyə çatmaz ahların,
yanarsan,olmaya alovdur yarın?
üstündə qan izi çox tikanların,
salıb nəzərini bülbülə,gözlə.

Nə üt qanadını,nə də yaralan,
ömür də çiçəkdir;solub-saralan,
dünən sənin olan,səninlə olan
bu gün dönə bilər şəkilə,gözlə.

Çırağa cumarsan niyə,nə üçün?
alov ram etməyə yetərmi gücün?
bir şey ki,qartal da şığımaq üçün
gözləyər–dumanlar çəkilə,gözlə.

Pərvanə,nələrə olmadım şahid?!
bu yolda o qədər olubdur şəhid!
bizləri yaşadan yalançı ümid;
ürəyin çəkilə-çəkilə,gğzlə.

İnsan yaranışdan gəzir yolunu,
axı,olmalıdır hər şeyin sonu!
hamı ölənədək gözləyər onu-
mən də gözləmişəm birbelə,gözlə…

Xalq şairi Vahid ƏZİZ.”Yaxşıdı”


.
Payız gəldı,boşalacaq dəryalar,
perik salan bu yerlərin qışıdı,
bir sözüm var,mərcan gözlü sonalar,
hansı yerin suyu daha yaxşıdı?

O,ellərin bilirsizmi dilini?
“Vağzalımı” yola salır gəlini?
“Bəy”-“Gəlinin” qucaqlamaz belini,
hansı elin toyu daha yaxşıdı?

Yol uzaqdı…qanad çalan yorular,
bilmək olmaz–kim harada vurular,
çox millətin dastanında “Boyu” var,
hansımızın “Boyu” daha yaxşıdı?

Bir yad burda tingiləri çəp əkdi,
çiçəyi də,meyvəsi də gecikdi!
sonam,mənim qəzəbim də ipəkdi;
hansı xalqın huyu daha yaxşıdı?

Göllə-göylər yaraşığı sonalar,
quyu qazıb neft daşıyar qatarlar,
bilirəm ki,burda düşsəm taparlar,
öz Yurdumda quyu daha yaxşıdı!

Çox görmüsən–nə haldadır O,tay,de?
səmalardan,qopararaq haray,de!
yaz tez ötür,heç olmasa bu yay de;
“Haraların yayı daha yaxşıdı”?

Xalq şairi Vahid ƏZİZ.”Mesac”


(həm dərd,həm hənəg)

Aman,nə bərkiymiş “Virusun” üzü?!
nə araq qalıbdır evdə,nə çaxır,
üstəlik–nənənin “Mikroskop” gözü,
“Spirti püskürdəni” əldən buraxmır.

Amma,səmaların açılır eyni,
zorlanmış təbiyət nəfəsin dərir,
indi çox adamım durumu eyni!
hamı bir-birinə “Mesac” göndərir.

Vaxtdır,təbiyətdən alaq halallıq,
insan–günahların cəngində qalıb,
məncə,çoxlarını bu bekarçılıq
evinə daha da doğmlaşdırıb.

Bir dostum yazır ki:”Tamam bezmişəm,
qaynana səsinnən qulağım şişir!”,
o biri:”Yamanca işə düşmüşəm…”,
başa düşürəm ki,xörək bişirir!

Hətda xəbərsizik qonum-qonşudan,
hər evdə karantin bir cürə keçir,
əvvəllər evinə kefli qayıdan,
indi arvada da “içmək öyrədir”.

Dünən qarı nənəm təhlil aparıb,
dedi:”Bu bəlanı lotular salır”,
köhnəlik təmizmiş!–çağdaş canilər
nənəmin ağlıynan “Lotu”-adlanır.

Deyir:”Bəhanədir siçan,yarasa,
tədbir görməkdədir Böyük Havadar!”,
kainat bu qədər çirkablıdırsa,
bu işdə hər kəsin “Lotu” payı var!

Yollara baxıram qəmli aynadan,
çılpaq ağaclarla qalıb göz-gözə,
hamı “Mesac” yazır bekarçılıqdan,
mən də bu “Mesacı” göndərdim sizə…

Xalq şairi Vahid ƏZİZ.”Qarın davası”

Çoxdan bağ-baxçanı basıbdır alaq,
deyirlər ki: “Sonu May ayındadı”,
bilinmir işimiz nə cür olacaq?
hər kəs öz canının harayındadı!

Göydə quşlar azad,yerdə it-pişik,
həyətə düşürsən-Polis ilişir,
sakit dura-dura işə düşmüşük,
hər artıq addıma cərimə düşür.

Nə torpaq şumlanıb,nə dən sərilib,
“Payızlıq əkin də” qorx ki,məhv ola,
qorxuram-buğdanın göyərdiyi də,
elə boşqablarda gördüyüm ola.

Bu hala dünyanı insan çatdırıb,
Çin də,siçovul da bir bəhanədir,
tutaq ki,zavodlar göyü batırıb,
torpaq adamının təqsiri nədir?

Binələr dağılır,çökür tavanlar,
daşıb təbiyəin səbrinin camı,
bu can bilməsə də o canda nə var?
bir telə düzülüb hamının canı!

O qədər millətlər batıbdır yasa,
get-gedə sabaxa ümid əksilir,
hər kəs bu dəfə də ağıllanmasa,
demək–bəşəriyyət uçruma gedir!

Neynim,bağ-baxçanı basıbdır alaq,
deyirlər: “Karantin Mayda bitəcək”,
evdən çıxa bilən bu cürdür ancaq;
üzündə “ağızlıq”,əlində əlcək.

Yenə də silahlar sınaqdan çıxır
bir “Virus” yarımcan edən dünyada,
tamahlar dünyanın evini yıxır,
“Qarın davasıdır” gedən dünyada…

Nemət TAHİR.”Qorxu – nəsə itirmək hissi…”

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

Qorxu – nəsə itirmək hissi…Kimisi can itkisindənKimisi mal itkisindənKimisi vəzifə itkisindənQorxar,susar kölələşər.Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər.İnsan da insanlığın itirməkdən yaman qorxar.Qan danışar,sonra isə qan qusar…. Yuxu-ruhun azad olduğu an…Daş üstündə daş kimi yatan da var.Yatağında ilan kimi qıvrılan da var.Yarasa kimi qaniçən,gecə həyatı yaşayan da var.Qula çevrilmiş ruhlar,istəməsə də, bu “canları”daşımağa məhkumdurlar.Ruhlara bu cəzanı niyə vermiş Allah?Görən bunların hansı günahı var?… Sevgi – vərdişin,bağlılığın ən yüksək pilləsi…Yaradana sevgi,Valideynlərə sevgi,Vətənə sevgi,Qadına sevgi,Vəzifəyə sevgi,Var -dövlətə sevgi…Bu qədər sevgini ürəyimizdə necə gəzdiririk,İlahi?Bunlar hamısı insana məxsus ehtiyaclar,istəklərdir…Ruhun isə bir arzusu,bir diləyi,bir sevgisi var ancaq:Azadlıq !Azadlıq! Azadlıq!!!

Nemət TAHİR.”Kimdir”

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

Azərbaycanlı yazar Kənan AYDINOĞLU

Murquzov Kənan Aydın oğlu — şair-junalist, “Hüseyn Arif” Ədəbi Məclisinin üzvü (2012), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru (2012-2019), Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat Xidmətinin rəhbəri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri (2013-2019), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2015), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2018), TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dərgisinin Azərbaycan təmsilçisi (2015), Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisi (2016), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İşlər İdarəsinin təsis etdiyi “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin əməkdaşı (2016-2020), “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı (2016)

Həyatı

Kənan Aydınoğlu 1989-cu il oktyabrın 25-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1996-cı ildə Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin birinci sinfinə daxil olub. Üç ildən sonra həmin məktəbin üçüncü sinfini bitirmişdir. 1999-cu il yaşayış yerini dəyişdirdikləri üçün orta təhsilini Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəbdə davam etdirib. 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Şeirləri və məqalələri “Azərbaycan bələdiyyəsi”, “Azad Press”, “Cəmiyyət”, “Yeni Bəşər”, “Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”, “Sözün sehri”, “Yeni Azərbaycan”, “Respublika gəncləri”, “Elimiz, günümüz”, “Yenilik Press”, “Vışka”, “Elin sözü”, “İlham çeşməsi”, “Vedibasar”, “Olaylar”, “Ədalət”, “Kaspi”, “Təzadlar”, “Yeni axtarış”, “İrəvan Press”, “Azad qələm”, “Azad Azərbaycan” qəzetlərində, “Ziyalı ocağı”, “Ulduz”, “Kümbet” (TOSAYAD-ın rüblük mətbu orqanı) jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında çap olunub. 2006-cı ildən mətbuatda Kənan Aydınoğlu imzası ilə şeirləri və məqalələri ilə çıxış edir. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü seçilmişdir. Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda “Müasir Azərbaycan dili və ədəbiyyatı” mövzusunda məqalələri dərc olunub. 2007-ci ildə “Adiloğlu” nəşriyyatı tərəfindən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabı işıq üzü görüb. 2010-cu ildə “MK” nəşriyyatı tərəfindən “Ömrün yarı yolunda” adlı ikinci şeirlər kitabı çap olunmuşdur.

Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə onun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirib.

2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır. Türkiyəyə dəfələrlə dəvət alıb. “Türkçülük dəftəri” silsiləsindən olan şeirləri və “Türkün türkçülük dastanı” poeması dərc olunmaq üçün Türkiyəyə göndərilib. Yıldırım Beyazit Universitetinin dosenti dr. Salih Yılmazın təklifi ilə şeirləri Türkiyənin müxtəlif dərgilərində, o cümlədən portallarda dərc olunaraq həm azərbaycanlı, həm də türkiyəli oxuculara çatdırılıb.

2013-cü ildə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə” diplom ilə təltif olunmuş və mükafatlandırılmışdır. Qaradağ rayonu Gənclər və İdman İdarəsinin elektron orqanının “Aktiv gənclər” bölməsinə tərcümyi-halı, şeirləri, məqalələri, poeması yerləşdirilmişdir.

2013-cü ilin avqust ayından noyabr ayına qədər Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin “Yeni Axtarış” həftəlik ictimai-siyasi qəzetin “Mədəniyyət və ədəbiyyat” bölməsinin əməkdaşı kimi çalışıb.

2013-cü ilin dekabr ayının 28-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun 132 nömrəli sərəncamına əsasən, Qaradağ rayonunda Dölvət gənclər siyasətinin fəal iştirakına və ədəbiyyatımızın inkişafında qazandığı xidmətlərə görə “Fəxri fərman”la təltif olunmuş və mükafatlandırılmışdır.

2014-cü ilin may ayının 14-də Türkiyənin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyyat dergisinin 32-ci buraxılışında Türk-İslam dünyasının qurulmasında, Osmanlı İmperiyasının ərazi bütövlüyünün qorunub saxlanmasında öz igidlik borclarını layiqincə yerinə yetirən Nuru Paşa, Osman Qazi, Ərtoğrul bəyin cəsarətinə, şanlı-şərəfli türk bayrağına, türk dilinə, İslam dininə, “Qurani-Kərim”ə olan sonsuz məhəbbtindən yoğrularaq ərsəyə gəlməsindən bəhs edən “Türkün türkçülük dastanı” poeması Azərbaycan türkcəsində Türkiyə türkcəsinə tərcümə olunmaqla, dərc olunub.

2014-cü ilin avqust ayının 4-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə gerçəkləşən “Qaradağ Rayon Gənclərinin Liderlik Bacarıqlarının və Könüllülük İnkişaf Etdirilməsi” layihəsində iştirakına görə sertifikata layiq görülüb.

2014-cü ilin sentyabr ayının 16-da Adana şəhərində fəaliyyət göstərən “Son nokta” qəzetində türk dünyasının ictimai-siyasi xadimi, Çağdaş Türkiyə Cümhuriyyətinin yaradıcısı və qurucusu Mustafa Kamal Atatürkdən bəhs edən şeiri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmaqla dərc olunub.

2014-cü ilin noyabr ayının 19-da respublikanın paytaxtı Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc yazarların vətənpərvərlik ruhunda şeir müsabiqəsi”nin iştirakçısıdır.

2014-cü ilin noyabr ayının 22-də respublikanın paytaxtı Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və “Bayat” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətən sevgisi sərhədlə başlamır, sərhədlə bitmir” layihəsində fəal iştirakına görə Sertifikata layiq görülüb.

27 avqust 2015-ci il tarixində TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Başkanı Remzi Zenginin müvafiq qərarına əsasən, TOŞAYAD yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisi seçilib.

8 avqust 2016-cı il tarixində Ebrar Vakfı Sahibi Nedim M.Tepebaşının müvafiq qərarına əsasən, Ebrar Vakfı yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dərgisinin Azərbaycan təmsilcisi seçilib.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və gerçəkləşdirilən “Dini motivlər əsasında şeirlər” müsabiqəsi çərçivəsində “Mütərcim” nəşriyyatı tərəfindən işıq üzü görən “Dini motivlər əsasında şeirlər” müsabiqəsi kitabında “Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!” şeiri işıq üzü görüb.

2019-cu ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində “Azərbaycanın” adlı şeiri və “Zəlimxan Yaqub yaradıcılığında Türk-İslam əxlaqı” adlı məqaləsi İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 181 və 183-cü saylarında fars dilində nəşr olunub.

Raciv RƏCƏBOV.Seçmə şeirlər

Raciv Rəcəbov 1985-ci il mart ayının 20-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. 2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 
Şeirləri “Sumqayıt Univetsiteti” (Sumqayıt Dövlət Universitetinin aylıq mətbu orqanı), “Sözün sehri” qəzetlərində, “Ziyalı Ocağı” (“Ziyalı Ocağı” İctimai Birliyinin mətbu orqanı) jurnalında, bir neçə mədəniyyət və ədəbiyyatyönümlü portallarda işıq üzü görüb. 
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kəlbəcər Bürosunun Rəhbəridir.

* * *

Göylərin göz yaşı yağır izinə
Payızın buz kimi yağışlarıtək
Həsrətin nidası yağır üzümə
Sənin sual dolu baxışlarıntək

Deyirdin, həsrətin sonu vüsaldır
Sonda bir “vağzalı” bir toy səsi var
Sevginin qayçısı qəmi qısaldır
Hər dildə bir sevgi zümzüməsi var

Ağlama,aglama sən için-için
Gəl dərdi bir yerdə unudaq,gülüm
Mən səni sevmədim ev yıxmaq üçün
Mən səni sevdim ki, ev quraq, gülüm.

2012

Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

* * *

Allah da qəlbimi çox yaxşı bildi, Anamdı, bacımdı tanıdıqlarım. Nə şöhrət, nə dövlət dalınca qaçdım Öpdüyüm Qurandı, kəsdiyim çörək.
O, çörək mayası yoğrulub haqqdan, Peyğəmbər eşqinə mən yola düşdüm.Yalandır çəkinib qorxduğum mənim Bir olar olmaza bir ola düşdüm. 
Biçildi beş arşın ağdan bu dünya, Mən deyən, öləndə onu da tapmaz .Haqqına tapınsan, bir haqqa dönsən Müsəlman hayqırar Quranı danmaz
 * * *
भगवान मेरे दिल को अच्छी तरह से जानता है,मुझे पता था कि वे मेरी मां और बहन हैं।मैं प्रसिद्धि या राज्य के बाद नहीं चलाOpduyum Qurandı, कट रोटी।
उसने रोटी का खमीर उठाया,मैं पैगंबर के प्यार के लिए बाहर सेट।मुझे झूठ बोलने में डर लगता हैमैं एक या दूसरे में गिर गया।
यह दुनिया पाँच हाथ की सफेद से बनी है,मैंने कहा, जब वह मर जाएगा तो उसे नहीं मिलेगा।यदि तुम सत्य को पा लो, तो तुम सत्य की ओर लौट जाओगेमुसलमान चिल्लाते हैं और कुरान से इनकार नहीं करते हैं
* * *
Allah da qəlbimi çox yaxşı bildi, Anamdı, bacımdı tanıdıqlarım. Nə şöhrət, nə dövlət dalınca qaçdım Öpdüyüm Qurandı, kəsdiyim çörək.
O, çörək mayası yoğrulub haqqdan, Peyğəmbər eşqinə mən yola düşdüm.Yalandır çəkinib qorxduğum mənim Bir olar olmaza bir ola düşdüm. 
Biçildi beş arşın ağdan bu dünya, Mən deyən, öləndə onu da tapmaz .Haqqına tapınsan, bir haqqa dönsən Müsəlman hayqırar Quranı danmaz. 

Virtual səyahətimiz Tovuz rayonu ilə bağlı videoçarxla davam edir

Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinin davamı kimi “Vətənimizə virtual səyahət” layihəsini  həyata keçirir. Bugünədək Quba, Bərdə, Xızı, Ucar, Daşkəsən, Samux, Göyçay, Qax rayonlarına və Gəncə şəhərinə virtual səyahətlər təşkil olunmuşdur.     

“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti səyahət Tovuz rayonunadır.

Rayon ərazisindən Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən “Bakı-Tbilisi-Ceyhan” neft kəməri , “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri və Böyük İpək Yolu keçir.

Videoçarxda Tovuz haqqında ümumi məlumat verilmiş, izləyicilərə rayonun əsrarəngiz təbəti, möhtəşəm muzeyləri, ziyarətgahları, müasir binaları və parkları ilə bağlı fotolar təqdim olunmuşdur.

Azərbaycanın hər bölgəsində olduğu kimi, Tovuz rayonunun da yemək növlərinin şəkilləri yerləşdirilib.

Tarixi abidələrdən – Tovuz rayonunun Yanıqlı kəndində Şah Abbasın sifarişi ilə XVI əsrdə memar Şeyx Bahəddin Məhəmməd Amil tərəfindən inşa edilmiş məscid, X əsrdə Axınca çayı üzərində salınmış,qoyun südü və yumurtadan tikilən “Sultan körpüsü”, Əsrik Cırdaxan kəndi ərazisində 100 metr yüksəklikdə yerləşən, təxminən VII-X əsrlərə aid edilən Alban məbədi, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşən, e.ə.V-VI minilliyə aid olan qədim “Göytəpə” yaşayış yeri və s. abidələrin fotolarını izləmək olar.

Videoçarx Bəyim Ağazadənin “Tovuzum mənim” mahnısı ilə müşayiət olunur.

  Videoçarx YouTube-də yerləşdirilib:

Hazırlanmış videoçarxları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.

“Vətənimizə virtual səyahət” adlı layihəsi əsasında Azərbaycanın bir çox rayonları haqqında silsilə videoçarxlar hazırlanmaqda davam edir.

Fəxri oxucu Bədirə Rza Həsənqızı “Olmayacaq qorxu, təlaş” şeri ilə kitabxananın keçirdiyi aksiyaya qoşuldu

.

Bədirə Rza Həsənqızı “Olmayacaq qorxu, təlaş”  şeri ilə Bakı şəhər  Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşuldu.

Xatırladırıq ki, karantin rejimində virtual xidməti davam etdirən Mərkəzi Kitabxana bir-birindən maraqlı ədəbi nümunələri öz oxucularına təqdim edir.

Bildiririk ki, Bədirə Rza Həsənqızı (Niftalıyeva)“Gülüstan” Ədəbi Birliyinin, “Xəzər nəğmələri” Ədəbi Birliyinin, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusudur. Hal-hazırda Neftçala rayon Mərkəzi Kitabxanasında Metodika və biblioqrafiya şöbəsinin  müdiri  vəzifəsində işləyir. Onun ilk  kitabı 2016-cı  ildə çap olunub. “Ömür axarı” adlı ilk  kitabından  sonra 2019-cu ildə “24 yaşın son vidası”, 2020-ci ilin mart ayında  isə “Vətənsevər” kitabları  çap olunmuşdur. Bədirə Rza Həsənqızının şeirləri həmçinin “Turana açılan könüllər”(II və III cildlər), Türkiyədə nəşr edilən  “Qarabağdan Kərkükdən Çanakkalaye”, “Şiir seçkisi” antologiyalarında da çap edilmişdir. Şeir, hekayə və məqalələri “Çümhuriyyətə  işıq  saçan  qadınlar” (2018) toplusunda, “Yurd” jurnalında, “Vedibasar”, “Yenilik”, 525-ci qəzetlərdə çap edilmişdir. “Mustaqıl.az”, “İlkxeber.orq”, “Yazarlar.com” saytlarında məqalələri, hekayələri  verilmişdir.

“Olmayacaq  qorxu,  təlaş!” şeiri ilə gücün  həmrəylikdə, birlikdə olduğunu vurğulayan yazar bu  səssiz imtahandan da qələbə ilə çixacağımıza inanır.

Şeir oxuculara təqdim olunur.

                                          Bədirə Rza Həsənqızı (Niftaliyeva)

Olmayacaq  qorxu,  təlaş!

Dünya  bizim  evimizdir,

Biz  onun  bir  zərrəsiyik.

Ötüb  keçən  səyyah kimi,

Yollarını   sevəsiyik.

Xoş  niyyətli  sabahlara,

Al  şəfəqə  boylanarıq.

Qəfil  qaranlıq  çökərsə –

Biz,  onu  sınaq  sayarıq.

Olmayacaq  qorxu, təlaş,

Körpələrin  gülüşünə.

“Taclı virus” yetə bilməz,

Bax, həmrəylik  yürüşünə!

Məqsədimiz aydın,açıq,

Niyyətimiz gözəllikdir!

Hər  bir  işdə  təmiz olmaq –

Sağlamlıqda   özəllikdir!

Dalğa-dalğa, ilğım-ilğım,

Yarğanları   ötəsiyik.

Sınaq  varsa  el  yolunda –

Birlik  olub keçəsiyik!

“Taclı virus” qəfil  tufan,

Sınayır o Yer üzünü!

Biz, bu səssiz imtahandan

Qoruyarıq  özümüzü!

Həmrəylik– vüqar  səsimiz!

Heç  sınmasın bir  kəsimiz!

Gəlin,dostlar, birlik olaq,

Ucalsın  Vətən səsimiz!

Amin!

                                                                                                        29.03.2020

Xanıməfəndi İradə Ayteli doğum günü münasibətilə təbrik edirik! (16 aprel)

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi,  Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), UASB-nin üzvü, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, yazıçı-şair, publisist İradə Ayteli doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!


Mətbuat xidməti

“Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə daha bir töhvə: Gülzar İbrahimovanın “Dünyanı sağalt” şeiri

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazarlar qələmə aldıqları əsərlərini təqdim etməkdə davam edirlər.
Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülzar İbrahimova “Dünyanı sağalt” adlı yeni şeirini kitabxanaya virtual formada  təqdim etdi. 
Yazıçı dahi Nizaminin kəlamı ilə başlamış olduğu şeirdə cahil insanla aqil insanın fərqini izah edir. O, elmə bələd olan kamil insanlara səslənərək pisliklərə dözməyən və zəhərlənən dünyamızı sağaltmağa, gözəlləşdirməyə çağırış edir. Dahi insanların “bəşəri xilas edən elm olacaq” fikri ilə razılaşan Gülzar İbrahimova kitab sevərlərə evdə qalıb mütaliə edərək dünyanı gözəlləşdirən xəzinənin bir parçası olmağı tövsiyə edir. 


Dünyanı sağalt


Çox iti zehinlər oldular yatan,
Axırda saxsı qab oldular satan,
Dahi Nizami o vaxt belə deyib,
Heç indi də bu kəlam köhnəlməyib.
Cahil insan kitabla dostluq etməz,
Aqil insan kitabdan ayrı düşməz.
Müdriklər getdiyi yolla sən də get,
Həmişə yaxşı ol və yaxşılıq et!
Övladım! Dünyamız pis xəstələnib,
Pisliklərə dözməyib zəhərlənib,
Oxu, öz elminlə dünyanı sağalt,
Gözəlləşsin yenə bizim Kainat!
Belə deyib dünyanın dahiləri,
Yalnız elm xilas edər Bəşəri!
Bu kəlmələr dahilərdən  gəliblər,
Kitabı sevənlər belə deyiblər!
Bu gün çətin olsa da evdə qalmaq,
Bizə kömək edər səbrli olmaq!
Gəlin birlikdə Şərə qalib gələk,
Dünyamızı yenə nura qərq edək!                                       

Şair-qəzəlxan Yasin Xəlil “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşularaq yeni qəzəlini təqdim etdi

Şair-qəzəlxan Yasin Xəlil “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşularaq yeni qəzəlini təqdim etdi

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!”  layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası davam edir. Qeyd olunan aksiyaya şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Yasin Xəlil (Xəlilov Yasin Xəlil oğlu) də qoşularaq #Evdəqal çağrışına dəstək oldu.

Ali məktəblər üçün üç dərsliyin, iyirmiyə yaxın metodiki vəsaitin, səkkiz ölkənin nüfuzlu elmi jurnallarında dərc olunmuş yüzə yaxın elmi məqalənin, on iki ixtiraya patentin müəllifi olan Yasin Xəlil “Bir kiçik zərrə bütün aləmi məyus elədi…” misrası ilə başlayan qəzəlini təqdim etdi. 8 beytdən ibarət olan qəzəl dünyada sürətlə yayılan və bir çox canlara son qoyan “bir kiçik zərrə” adlandırdığı koronovirus haqqındadır.

Şair-qəzəlxanın ruhundakı fəryadı əks etdirən qəzəldə həmçinin o, “Güc birlikdədir” deyərək bütün dünyanı bu kabusdan qurtulmağa səsləyir.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Yasin Xəlilin qəzəli oxuculara təqdim olunur:

Bir kiçik zərrə bütün aləmi məyus elədi,
Evimizdə o bizi gör necə məhbus elədi.
¨¨¨

Boğdular haqqı dəmadəm, göyə çıxdı ahı
Yığıb Allah hamısın bir qara kabus elədi.
¨¨¨
Şərin iz qoyduğu hallar olub əvvəllər də,
Hər belə addımı Allah özü mənhus elədi.
¨¨¨
Gedib Allaha danışdı bir uşaq gördüyünü
Öz şikayətlərini körpəyə məxsus elədi.
¨¨¨
Son zamanlar düzü, çox ağ eləmişdin, vallah,
Adəm oğlu demə ki, öylə deyil, sus, elədi.
¨¨¨
İttihamlar da bugün məncə bir az yersizdir,

Fərqi yox, kim elədi, çin elədi, rus elədi.

¨¨¨

Birləşib biz qoca dünyanı xilas etməliyik,

Neyləyək biz, eləyən etdiyin, əfsus, elədi

¨¨¨

Babalı boynuna qoy sən deyən olsun, Yasin,

Hər nə etdi bizə, əlbəttə bu Virus elədi.

Kənan AYDINOĞLU.”Xalq şairi Vahid Əziz yaradıcılığında ictimai-siyasi lirika və ya ictimai-siyasi lirikanın ən qüdrətli nümayəndəsi: Vahid ƏZİZ “

Çağdaş Azərbaycan ədəbiyyatının mövzu-ideya, forma-məzmun, sənətkarlıq baxımından zənginləşməsində, inkişafında, heç şübhəsiz ki, lirik, fəlsəfi şeirlər müəllifi, sevimli Xalq şairimiz Vahid Əzizin də özünəməxsus yeri və rolu var. Zamanın gərdişindən, vaxtın dəyirmanından, taleyin  çətin sınaqlarından üzüağ, alnıaçıq çıxmağı bacaran şairimizin zəngin təcrübəsi, bədii yaradıcılıq medotlarına, tarixi-ənənəvi prinsiplərə, humanizm və səmimiyyətə söykənərək bir-birindən dəyərli sənət nümunələri yaratması müasir dövr üçün aktual olan məsələlərdən biri olaraq qalmaqdadır. Belə ki, şair təxəyyülü coşan dəniz, çağlayan sellər kimi daim oxucusu ilə görüşməyi arzulayan, yenicə doğulmuş körpəni xatırladır. Şairlik Uca Allahdan tərəfindən seçilmişlərə verilmiş hikmətdir desək, heç də yanılmarıq. Əsərləri yüksək sənətkarlıqla dünyanın müxtəlif dillərinə tərcümə olunaraq geniş oxucu auditoroyası tərəfindən rəğbətlə qarşılanan ölməz söz sənətkarımız, daim insanlığı, insanlığın bütün canlılardan üstün olmasını, bəşəriyyətə yaraşıq olduğunu, yaradılış içərisində insanın ən kamil varlıq olması ideyasını təbliğ və tərənnüm edən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Ərənlər, ulu kəslər saf gələrək düzəlib, Əvvəlcə peyğəmbərlər, sonra şairlər gəlib” kəlamı dediklərimizə ən əyani sübutdur.  Bu amil birbaşa Ustad sənətkar Vahid Əziz yaradıcılığı üçün səciyyəci cəhətdir.

Əgər Sovet hakimiyyəti dönəmində çoxşaxəli və rəngarəng olan Azərbaycan ədəbiyyatında ictimai-siyasi lirikanın ən gözəl nümunələrini Bəxtiyar VAHABZADƏ, Nəriman HƏSƏNZADƏ kimi görkəmli Azərbaycan şairləri öz əsərlərində uğurla davam etdirirdilərsə, çağdaş dönəmdə bu şərəfli missiyanı  poeziyamızın bənzərsiz nümayəndəsi şair Vahid ƏZİZ tam məsuliyyətilə davam etdirməklə bərabər, həm də inkişaf etdirir.

Ümumiyyətlə, ictimai-siyasi lirika özündə bir çox amilləri birləşdirir. Söz sənətkarları adətən

yaşadıqları dönəmdə cərəyan edən bir çox hadisələrə biganə qalmayıb, öz münasibətlərini sözün gücü ilə bildirirlər. Söz öz yerini tutanda daha gözəl sənət əsərləri yaranır. Şairlik nöqteyi-nəzərdən ən önəmli məsələlərə yanaşıldıqda sözümüz öz qüdrətini məhz obrazlı təfəkkürün məhsulu kimi göstərir.

Cərəyan edən ictimai-siyasi hadisələrə fəlsəfi yönümdən yanaşmaqla, öz zəngin yaradıcılığını bu gün də uğurla davam etdirən şairimiz oxucularını, ədəbiyyatsevərləri yeni poeziya nümunələri, örnəkləri ilə tanış edir. Müasir dövrün tələblərinə uyğun olaraq, həmin ədəbi-bədii nümunələri sosial şəbəkədəki (xüsusən, facebook) hesabında paylaşım etməklə gerçəkləşdirir. Eyni zamanda, ədəbi elektron məkanda fəaliyyət göstərən mədəniyyət və ədəbiyyatyönümlü portalların da (edebiyyat-az.com və gundelik.info) istedadlı şairimizə dəstək olmasını xüsusilə qeyd etmək lazımdır.

Böyük təcrübəyə malik səmimi şeirləri ilə oxucuların dərin rəğbətini qazanmış şair Vahid Əziz formalaşmaqda olan yeni nəsil Azərbaycan gəncliyinin ədəbi-bədii ideya istiqamətinin düzgün müəyyən olunmasında, gələcəyin əmanəti, yeganə qarantı olan yüksəkintellektli, dünyagörüşü etibarı ilə elmin, texnologiyanın ən son yenilikləri ilə silahlanan gənclərdə Vətənpərvərlik hisslərinin aşılanmasında, əsrarəngiz sənət nümunələrinin sayının artmasında, yeni nəşr olunmuş kitablar ilə ədəbiyyatımız üçün mühüm töhfələr verməsini unutmaq olmaz!

Ədəbiyyat tariximizdə ənənəvi mövzu kimi söz sənətkarlarının  dönə-dönə müraciət etdiyi “Durnalar” şeiri təcrübəli şair Vahid Əziz yaradıcılığından da yan keçmir. Bir çox məqamlarda isə müraciət etdiyi varlıqlara (adətən canlılara, heyvanlara, quşlara) sualla müraciət edir. Mətn (kontekst) daxilində bədii sualdan istifadə yolu ilə cavabı sualla paralel işlədir. Bu baxımdan “Qarğa” adlı şeirini də adıçəkilən mövzuda yazılan əsərlər silsiləsinin davamı kimi nümunə göstərmək olar.

Xalq ruhuna, ədəbiyyatında dərindən bələd olan şair Vahid Əziz öz dolğun fikirlərini daha çox xalq şeiri üslubunda (qoşma və gəraylı) oxucuların diqqətinə çatdırır. Altı bənddən ibarət olan “Durnalar” rədifli qoşması da deyilənlərə ən bariz nümunə ola bilər:

Nə olur, bu payız qalın, getməyin,
buralar çox pisdir məyər, durnalar?..

Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakirin, Süleyman Rüstəmin, Almas İldırımın  eyniadlı şeirlərində müşahidə olunan qürbət sıxıntısı, vətən həsrəti ənənəvi olsa da, müəllif öz əsərində sözügedən məsələyə fərqli yanaşır, qəliblənmiş söz və ifadələrdən yararlanmır. Əksinə, müəllif adıçəkilən mövzu ilə əlaqədar qələmə almış olduğu şeiri öz şair təxəyyülünə, ovqatına uyğun yazır. Vaxtın, zamanın süzgəcindən keçirdiyi hər birini misranı axıcı, səlis, sadə və anlaşıqlı dildə yazmaqla konkretliyə və ardıcıllığa riayət edir, mətn daxilində mövzudan kənarçıxmaya (lirik haşiyəyə) qətiyyən yol vermir. Uzunçuluqdan tamamilə uzaq olan şair Vahid Əziz oxucuya çatdırmaq istədiyi əsas fikri birbaşa, dolayı yol olmadan, bədii təsvir və ifadə vasitələrinin daxili imkanları hesabına çatdırmaqla öz oxucusunu yormur.

Son dövr yaradıcılığnın məhsulu olan “Bir məktub yazmışdım…” şeiri məhəbbət mövzusunda yazılsa da, müəllif öz ənənəsinə sadiq qalaraq bu dəfə də yenicə işlədiyi əsərindı ictimai-siyasi lirikaya da vaxt ayırır:

Dünya yaranışdan yaşayır bu cür–
yazdan uzun olur payız ayları,

Adıçəkilən sənət nümunəsini Ədəbiyyat tariximizdə Göylərə ünvanlana ən gözəl Məktub kimi səciyyləndirsək, daha düzgün olardı. Müəllif sözügedən əsərində birbaşa fəlsəfi fikirlərini bəşər övladı, insan üçün səviyyəvi olan müsbət cəhətləri təbiət hadiəsələrinin üzərinə köçürməklə yaratmış olduğu mükəmməl metaforalar formasında oxucusuna çatdırmış olur:

Bir məktub yazmışdım bildir göylərə,
deyəsəm–məktubu indi oxuyur.

Şeirin növbəti bəndlərində isə sadalanan hadisələrinin ardıcıllığının şahidi oluruq. Zaman etibarilə ecazkar sənət əsəri sayılmağa layiq olan, heca vəznində qələmə alınan, oxucunu bir az düşünməyə vadar edən “Bir məktub yazmışdım…” əsəri yaz fəslində yazılmasına baxmayaraq, faktiki olaraq, məktub ilə payız fəslinin, məktub ilə göylərin qarşılıqlı əlaqələrinin olduğunu göstərən növbəti ədəbi faktordur. Çünki müəllif ədəbiyyatımızda az təsadüf olunan bir mövzuya müraciət edib. Özü də bilmədən yeniliyə-novatorluğa imza atıb. Belə ki, məktub insanın xatirələrini yeniləməyə, yaşanan dəyərli anlara qayıtması üçün cansız varlıqlar içərisində ən gözəl, ən dəyərli olaraq qalması fikrini təbliğ edən yeganə peoziya örnəyi kimi tariximizdə və yaddaşımızda əbədi olaraq qalacaq. Heç şübhəsiz ki, yazılan məktublar müəllifin özünün də keçmişinə qayıtması üçün bilavasitə vəsilə olandır.
Axı bir parça kağız parçasının da müəllif-söz sənətkarı üçün müqəddəs qələm qədər önəmi var.

Ədəbiyyat tariximiz üçün həmişə aparıcı olan Bədii üslubun hər üç səviyyədə (istər fonetik, istər leksik, istərsə də qrammatik) göstəricilərinə, müasir Azərbaycan ədəbi dilinin normalarına dərindən bələd olması, yiyələnməsi, müdrik xalqın dünyagörmüş şairi kimi hər dəfə öz oxucularını sevindirən, təəccübləndirən sevimli Xalq şairimiz Vahid Əzizə yeni-yeni yaradıcılıq uğurları, fəaliyyəti, tükənməz və bol enerji diləyi ilə

Kənan AYDINOĞLU,

  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat
  • Portalının Baş redaktoru,
  • Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
  • Bakı şəhəri. 13-14 aprel 2020-ci il.

Xalq şairi Vahid ƏZİZ.”Dağlar”

Zirvədə qar gümüş kimi,
əridib,su ovur dağlar,
canı bir az isindimi-
yuxusunu qovur dağlar,

Döşündə yellər ləhləyir,
dumanları iməkləyir,
güllərlə birlikdə gülür,
birlikdə də solur dağlar,

Qışı-pambıq,yazı-ipək,
səmalara dayaq,dirək,
“Qızılcalı” adamlartək
çopur-çopur olur dağlar,

Köç yolları atıb-tutsa,
çaşma–qəzəbini udsa!
yaylağı doluya tutsa,
deməli-yorulur dağlar,

Yar deyil-könlünü alam,
toy eləmir-nəmər salam,
sirrin verə-cavan qalam,
ürəyim qovrulur,dağlar,

Vahid ƏZİZ,gör,nə deyir–
çox yazmışam sənə dair,
qoynunda zühr edən şair
sənə tən doğulur,dağlar…

Xalq şairi Vahid ƏZİZ.”Bir məktub yazmışdım…”

Şükür ki,bu gün də çıxdım səhərə,
yağmur pəncərəmdə tüllər toxuyur,
bir məktub yazmışdım bildir göylərə,
deyəsəm–məktubu indi oxuyur.

Olsun ki,sonradan üzü güləcək,
biləcəm–ildırım haray salanda,
bəlkə zülmətimə çaxmaq çəkəcək
göy üzü halımdan halı olanda.

Bayaqdan oxuyur–qısa olsa da,
ömür uzundu ki,yazl çox olsun?
damaqlar payızda gəlirsa dada,
qoymaz ki,həyatın yazı çox olsun!

Dünya yaranışdan yaşaylr bu cür–
yazdan uzun olur payız ayları,
toylar çalınanda durnalar köçür,
olmaya sevmirlər çal-çağırlarl?

Yağmurlar yağdıqca sellər çağlayib,
bəlkə də dərdimnən eyniymiş dərdi?!
yaxşı ki,məktubu yaza saxlayıb,
payız oxusaydı–gör neynəyərdi?!

Bircə sözüm qalır indi hər kəsə;
göndərsin,istəyi vardırsa əgər,
məktub–məndən sonra adıma gəlsə,
qapımda yetimtək boynunu bükər.

Fikirlər içində açdım gözümü,
baxıb pəncərəmə bulud ağlayır,
bildir göy üzünə tutdum üzümü,
yaxşı ki,yadında məni saxlayır…

Xalq şairi Vahid ƏZİZ.”Tuturuq”

Bəzən kor-koranə sevib-inanır,
sonra gözümüzü yaşa tuturuq,
ağılsız olanda əlimiz yanır,
yananda-közlərə maşa tuturuq.

Dağlar yer dustağı,yellər gəzərgi-
əsməcə tavrınnan dəyişir rəngi,
şahlar ona görə bizi əzir ki,
qorxudan Tanrıyla qoşa tuturuq!

Yaradır payızı,qışı,baharı,
dağları,dənizı,çiçəyi,barı…
Xilaskar göndərir insana Tanrı,
Peyğəmbər Elçisin daşa tuturuq!

Atəşdə çevrilir çörəyə xəmir–
orda ki,özünü itirir dəmir!
“Cibkəsən olanda” xətrinə dəymir,
“Quldurkən” çəkərək başa,tuturuq!!

Dost-dostu itirməz qədir biləndə,
ağlayan çox olar igid öləndə,
yayda,Vahid ƏZİZ,təngə gələndə,
yenə üzümüzü qışa tuturuq…

Xalq şairi Vahid ƏZİZ.”Evdə qal…”


(Sözə baxmayıb öz doğmalarının da
həyatını zərbə altına qoyanlara)

Qanmaq olmur–nə bəladır,nə kələk?
dərdlər gəlir qoşun-qoşun,dalbadal,
zarafatın yei deyil–eləyək;
ay eloğlu,Vətən qızı,evdə qal!

Min şükürlər…limonumuz,çayımız,
nə cür olsa–yetişəcək payımız,
qadraş,Vallah,yaman azdır sayımız;
KƏSƏ BİLƏR SOYUMUZU,evdə qal!

Bir iş tutsun–kim nə gəlsə əlinnən,
toxusunlar palaz-paltar,kilimnən,
Azadlığın alınmır ki,əlinnən–
bağlasaq da ağzımızı,evdə qal;

bu dərdinki,qaqaş,bircə bu yoldu!
nə qalır ki,bırdə gördün yay oldu!
“İnternetdə” o gün qəşəng toy oldu,
xatalıdır küçə tozu,evdə qal!

Səbrin səni çatlatsa da-qaynama,
bezdirsə də arvad-uşaq,qaynana,
“Virus”-deyir:”Mənnən qoz-qoz oynama”!
inan,sevmir O,”qoz-qozu”,evdə qal!

“Karnanın” da bir gün vaxtı bitcək,
Cəhənnəmə vasil olub gedəcək,
atılacaq həm “ağızlıq”,həm əlcək,
çin etmıkçün arzumuzu,evdə qal.

Şükür bizə!!-ellər yasa batıbdı,
hara desən dərd əlini atıbdı,
elə bilək “Qış yuxusu” tutubdu,
yatıb-alaq yuxumuzu,evdə qal!

Asudəsən–şeir də yaz,saz da çal,
həyətində odun da yar,paz da çal,
qorxma,bala,bəlalıya nə zaval?
“Çıldağ” alar qorxumuzu,EVDƏ QAL…

Xalq şairi Vahid ƏZİZ.”Sevirəm”-deyənlər

Baharda ayrılıb yola salanda
çəmən güllərinin gözləri dolur,
daha alışmışam,nağılların da
sonluğu bu cürə qəhərli olur.

Daha alışmışam,”Eşq ocağında”
kül olur ürəklər isidən kömür,
hər yerdə,hər zaman–payız çağında
yuvalar dağılır,yarpaq tökülür.

Ayrılıq çəkəcək,uzağı bir il,
yenə də sonalar uçub gələcək,
nərgiz,bənəvşə də,lalə də bir-bir
üstümə qolların açıb gələcək.

Yaz gələr–əriyər dağların qarı,
daşların altına axar kuzələr,
yarını aparan yollara sarı
qaşların altınnan baxar gözəllər.

Gün vurar,isinər teli sazların,
qoca da,cavan da açar qol-qanad,
tumurcuq timsallı çiçək qızların
kimi yar gözləyər,kimisi övlad.

Güllü yamaclara seyrə çıxanda
qızlar çiçəklərə oxşadar bizi,
can əsas olsa da,belə baxanda,
“sevirəm”–deyənlər yaşadar bizi…

Xalq şairi Vahid ƏZİZ.”Hələ…”

Tüstü otağımı dumanlandırıb,
süfrə,kağız,qələm batıbdır külə,
külqabı gəzirəm kibrit yandırıb,
səhərin qaranlıq vaxtıdır hələ.

Yamacda yel qaçlr,duman qovulur,
buludlar rəngbərəng–boşalır,dolur,
göylərin bənizi açır-tutulur;
baharın bulannıq vaxtıdır hələ.

Sevinc nə çəkdi ki?–zamanı qısa,
“salamı” təlaşlı (o da alınsa),
qəlbini gül kimi bəxş edir qıza;
görüşün bir anlıq vaxtıdır hələ.

Qartallar zirvədə qıy vurub uçur,
şəfəqlər sellərin yolunu açır,
körpə ayq açıb–qaçdıqca qaçır…
dünyaya heyranlıq vaxtıdır hələ.

Sıxma ürəyini gül verən oğlan,
hələ pərvanətək başına dolan,
işın nə biryolluq “o yanlıq” olan,
nə də ki,”bu yanlıq” vaxtıdır hələ.

Ümidi qəlbində söndürmə-ölməz!
hər iş ya düzələr,ya da düzəlməz(!?)
“Sevirəm”-deməknən dil dada gəlməz;
sevginin “yavanlıq” vaxtıdır hələ.

Dünyaya gəlmək də,getmək də qəliz,
hesabat verəcək saldığın hər iz,
özün qocalsan da,ay Vahid ƏZİZ,
şeirinin cavanlıq vaxtıdır hələ…

Акция «Поэты и писатели в борьбе с коронавирусом»

Централизованная библиотечная система Ясамальского района в течение марта-апреля нынешнего года осуществляет проект “Kitabxana koronavirusa YOX deyir!” («Библиотека говорит НЕТ коронавирусу!»).

В проекте принимают участие все желающие. Проект является также своеобразным вкладом в цикл мероприятий, связанных с Годом волонтеров (Könüllülər ili) в Азербайджане. В рамках данного проекта проводятся выставки рисунков читателей, конкурсы стихов, песен и танцев. Все это способствует полезному и интересному проведению времени в период режима строгого карантина в нашей стране.

Библиотека использует для этого различные площадки – социальные сети (Facebook, Instagram), каналы YouTube.

Впервые в истории библиотечного дела в нашей стране проводится акция «Поэты и писатели в борьбе с коронавирусом» (“Yazıçı və şairlər koronavirusla mübarizə edir”). Акция проводится а рамках проекта “Kitabxana koronavirusa YOX deyir!” («Библиотека говорит НЕТ коронавирусу!»).

Сегодняшним гостем является Гюльнур Аслан, хорошо известная читателям как участница акции «Подари библиотеке книгу», а также как автор романа “Ангелос”, сборника “Мир людей” и многих песен азербайджанской эстрады. Гюльнур Аслан – общественный деятель, поэт и писатель.

Представляем читателям и пользователям библиотеки ее новое стихотворение «Счастье».

Гюльнур Аслан

Счастье

Счастье не в молах, счастье не в парках,

Счастье не в клубах ночных,

Счастье не в дыме, лазерных арках,

Счастье, конечно, не в них.

Счастье не в беге (часто по кругу),

Ни в суете вечеров,

Счастье не в том, чтоб пожать другу руку

И заразить его кровь.

Счастье находится близко до боли

Там, где живут мать, отец,

Там, где ребенок играет с тобою,

Там, где тепло их сердец.

Если ночами вскочив в полумраке,

Ищешь дыхание их,

Чтобы унять бесконечные страхи

Лишь о здоровье родных,

И если слышишь дыханье простое,

Счастье приходит в твой дом.

Счастье лишь в том, что родные с тобою.

Все остальное – потом!

28 марта 2020

#EvdəQal

Vətənimizi tanımaq üçün Qax rayonuna virtual səyahətə yollanırıq

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Azərbaycanın doğma diyarlarını tanıtmağa davam edir. Layihədə Xızı, Ucar, Göyçay, Agcəbədi, Qax rayon və Şəki şəhər mərkəzi kitabxanaları da fəal iştirak edir.

 Vətənimizi yaxından tanımaq üçün ölkəmizin gözəl guşələrindən biri  olan, qala, istehkam mənasını daşıyan  Qaxa yollanırıq.

Videoçarx ərazisi 1494 kv kilometrdən ibarət Qax rayonunun xəritədə təsviri ilə başlayır. Xəritənin təsvirində dağlar, çaylar, göllər, düzənlikər, həmçinin kəndlərin adı və yerləşdiyi ərazilər də qeyd olunmuşdur. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala rayonu, cənub-şərqdən Şəki rayonu, cənub-qərbdən Yevlax və Samux rayonları ilə həmsərhəddir.

Təqdim edilən videoçarxda Qax rayonunu bol su ehtiyatı ilə təmin edən Qanıxçay, Kürmükçay, Qapıçay, Ləkit çayı, Zərnə çayı, Əyriçay, Hamamçay kimi çayların, dağ zirvələrindən Murana, Partizan, Qəbirliqaş, Yarpızbasan və Qıcalının siyahısı və fotoları da verilmişdir. Zəngin təbiəti ilə məşhur olan  İlisu kəndində 25 metr hündürlüyündə Ramramay, unikallığı ilə seçilən  Ləkit kəndindəki Damcılı şəlalələri, Süskən kəndində çıxan mineral suyun Azərbaycanda məşhur olması haqqında məlumatlar əks olunmuşdur.

Videoçarxda keçmiş dövrdən indiki dövrə kimi bir sıra görkəmli şəxsiyyətlərin adları və fotoları da öz yerini tapmışdır.

Videoçarxda  hər daşının altında bir tarixin yaşadığı qeyd olunaraq, tarixin müxtəlif mərhələlərini özündə yaşadan abidələr diyarı Qaxın tarixi abidələri, ziyarətgahlarının fotoları qeyd olunmuşdur. Fotolar sırasında Qum bazilikası, Şam qalası, Həsənqala, Kümük məbədi, Alban məbədi, İçəri bazar və s. yer alır.

Videoçarxın sonunda bir-birindən fərqli dadları özündə birləşdirən Qax mətbəxinə məxsus sürhüllü, xingili, qırs, quru ətdən hazırlanan yeməklər və müxtəlif plov növlərinin fotolarını izləmək olar.

Videoçarxın giriş hissəsində Akif İslamzadənin “Bura Vətəndir”, davamında isə Pərvin Piranovun “Qax” mahnıları verilmişdir.

Videoçarx aşağıdakı linkdə yerləşdirilib:

Vətənimizə aid videoçarxlar müntəzəm şəkildə davam etməkdədir.

Coşqun XƏLİLOĞLU.”Hardan gəldi taclı virus?”

Çağırılmamış qonaq kimi,
Bir imtahan, sınaq kimi,
Qəmli xəbər – soraq kimi
Hardan gəldi taclı virus?

Bəlkə marıqda gizlənib,
Bəlkə hardasa düzlənib,
Bəlkə, illərdir  bəslənib,
Hardan gəldi taclı virus?

Alim bilmir, çoban bilmir,
Yaxşı bilmir, yaman bilmir,
Qoca bilmir, cavan bilmir,
Hardan gəldi taclı virus?

Başında olsa da tacı,
Çox  taleyi edib acı,
Tapılacaqdır əlacı,
Hardan gəldi taclı virus?

Hücum çəkir dörd bir yana,
Düşmən kəsilib insana,
Ömrü çatar bir gün sona,
Hardan gəldi taclı virus?

O, qatildir, o yağıdır,
Nə qədər evlər dağıdır,
İndi həmrəylik çağıdır,
Hardan gəldi taclı virus?

Gəlin, ona üz verməyək,
Danışmağa söz verməyək,
Həm işıq, həm göz verməyək,
Hardan gəldi taclı virus?

Günlər öndədir -çox gözəl,
Möhkəm, düz qoyulub təməl,
Bəhrə verməlidir, əməl,
Hardan gəldi taclı virus?

Bir az düşüncəyə dalaq, 
Ciddi, intizamlı olaq,
Səbr  eyləyib evdə qalaq,
Başa düşək, acdı virus,
Hardan gəldi taclı virus?

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Gözüm o qözlərdə qaldı…” (Poema)

Hörmətli Azər müəllim!

 91-ci ildə yazdığım əsərdi.

29-il əlyazmalarımın arasında qalıb. Bir az əl gəzdirib Sizə göndərirəm. Hadisələr Azərbaycan Xalq şairi, Respublikanın Milli Qəhrəmanı X.R. Ulutürklə mənim gənclik və tələbəlik illərimizdən bəhs edir.

Biz iki rəfiqə qızla ailə həyatı qurmuşduq. Bu əlyazmamı Xəlilə oxuyanda, artıq mənim xanımım dünyasını dəyişmişdi. İndi də X.R. Ulutürk dünyada yoxdu.

Tanrı Firəngiz xanım Ulutürkü qorusun!

Bakı şəhəri  – 23 mart 2020    

Sizə hörmətlə,  Nəriman Həsənzadə, Xalq şairi

P.S. Bu şəkli 1962-ci ildə, tələbə ikən Moskvada çəkdirmişik.

PROLOQ ƏVƏZİ

Qarşımda bir şəkil var,

arada neçə il var.

Neçə payız, neçə qış:

orda saçlar qaraydı,

burda saçlar ağarmış.

Orda vüsal danışır,

burda həsrət, ayrılıq.

Ordakı “mən deyiləm”,

burdakı mənəm artıq.

Arada bir Araz var,

içimdə etiraz var.

Üz-üzə iki sahil! –

çağır, eşidən deyil.

Xəlil!

Sara!

Firəngiz!

Üçü də doğma, əziz.

Bir dastandı bu şəkil,

sirli, sehirli dastan.

Qalıb iki gəlindən,

iki tələbə dostdan.

Hardadı şəkil çəkən? –

səadət bəxş eləyib,

O da özü – bilmədən.

Burdakı nöqtə, vergül,

adi işarə deyil.

Öz ahımdı – nəfəsim.

Sinəmdən damcılayıb,

qələmdən yox,

                             əzizim!

I

İyirmi bir yaşında,

örpəkləri başında.

Səadəti gözündə,

Həyaları üzündə.

İki gəlin, iki gül,

eşq dolu iki könül.

Biri – Şirindən şirin,

biri – Leylidən əziz.

Sara, bir də Firəngiz.

Güləndə – ekiztayı,

mümkün deyil ayırmaq,

ayırıb qəlbi qırmaq.

İkisi də – bəxtəvər:

biri bir az doludu,

o biri sınıqtəhər.

Biri bərk güləyəndi,

o biri – az danışan.

Biri tez küsəyəndi,

o biri – tez barışan.

Biri – kino sevəndi,

o biri – şəkil yığan.

Biri – gecdən durandı,

o biri çox yatağan.

İkisi də – ağappaq.

Günüağ olmuşların

hərəsi bir cürə ağ,

hərəsi bir cürə pak.

Birinin düşbərəsi,

o birinin süfrəsi.

Bir gəncin yastığına

baş qoyubdu hərəsi.

Ovsunlayıb aparıb

hərəsi bir cavanı, –

biri – Xəlil Rzanı,

o biri də Qiyamı.

Sonra bu toy-bayramı

biri Salyanda qurdu,

biri Gəncədə qurdu.

Aşıqlar oxuyurdu,

gəlinlər oynayırdı,

qanımız durulurdu.

Bəylər qucaqlaşırdı.

Bu dünya paklaşırdı…

Sara elə bilirdi

daimiyik, əbədi.

Yüz il sonra gec olmaz,

danışsa bu söhbəti.

Mən dedim elə demə,

dünyaya ərk eləmə.

Dünya timsah ağzıdı,

açılıb bəşər üstə.

Yatıb xumarlanırıq,

biz mişar dişlər üstə.

Yazıram o söhbəti,

heyif, özü görmədi.

Onda yaza bilmədim,

indi susa bilmədim.

II

Hadini oxuyurdum,

Cavidi oxuyurdum.

Müşfiqi də yanaşı, –

bir sırada qoyurdum.

Hadi – Cümhuriyyətin,

şair oğluydu – mətin!

Yoxa çıxdı sonradan,

On birinci ordudan,

bir silahlı çalağan,

dilində söyüş, hədə,

bir yabançı ləhcədə

sual verir, o susur,

Əmr eləyir, o susur.

Satır şeirlərini,

alanı yox, o susur.

Uçub ilham pərisi,

həyanı yox, o susur.

Deyirdilər o nadan,

atəş açıb sonradan.

Gəncədə deyirdilər,

Bakıda deyirdilər.

Deyən, görən sınırdı,

millət hayıfsınırdı.

Şəhərdə bir təlatüm,

xalq qalxmışdı, görürdüm.

Özüm də qarışırdım,

evdə də danışırdım.

Meydanda başqa Meydan,

nümayiş, şüar, filan!

Üçrəngli bayrağımız,

yuxulu oyağımız,

oyaq yatanlarımız,

ara qatanlarımız…

Tamam dəyişib şəhər,

asfaltla yox,

                   insanla

örtülmüşdü küçələr.

Xəzər – iki dənəydi,

Meydanda – zəlzələydi.

Bu da tarixi bir gün,

tarixi mərhələydi.

Meydanda – “Cümhuriyyət”,

“Demokratik hökumət”.

sözünü ilk dəfəydi

üzə deyirdi millət.

Mən də qalxdım kürsüyə,

demirsən qayna-qarış.

Aparıcı susurdu,

Elçibəy dedi: danış.

Söz verirəm sənə mən! –

təkrar elədi yerdən.

Sağ gözümdə qığılcım,

sol gözümdə məşəqqət, –

bir dildə danışırdı,

bayraq dilində – Millət.

III

Dəyişdi, sənə qurban,

səndən sonra dünyamız.

Himnimizə qarışdı

ağımızla

                   laylamız.

Tanklar yeridi, tanklar!

Susdu qaynar bulaqlar.

Yer tüstüydü, göy bulud,

təkərlər altda sükut

boğulub,

                   bağırırdı,

dünyanın axırıydı.

Döngələr təhlükəliydi,

tarixi bir ləkəydi!

Qətl, qarət – xəbərsiz,

qanunsuz, məhkəməsiz.

Fövqəladə vəziyyət!

Bu zülüm, bu əziyyət

Kremlin “töhfəsiydi”.

Dolu sisternlərin,

neftimin əvəziydi.

Bakı – proletariat!, –

bir fəhlə ölkəsiydi.

Bakı – SSRİ-nin

seçilən bölgəsiydi.

Kremlin gözüylə bax:

özü yox, kölgəsiydi!

Tarix! Ulu Öndərin

tarixi çəkisi var 1

O göy gurultusunun

bir ildırım səsi var.

Cəllad onda gördü ki,

millətin yiyəsi var.

Salam, Fəxri Xiyaban! –

səndə bir Türbəsi var.

Hər gün, növbədənkənar,

hər nəslin növbəsi var.

Zaman səs verdi bizə,

İstiqlal yazılırdı

qədim salnaməmizə.

İgidlər məzarına,

əyildikcə, ucaldıq.

Ölən yoxuydu daha,

Şəhid olurduq artıq.

IV

Şeirin, sözün ağrısı

bu dəfə cana düşdü.

Xəlil zindana düşdü.

Qarışdı Lorkalara

və Musa Cəlillərə.

Xalq səs verdi Xəlilə

və Xəlilkimilərə.

SARA

Cinayəti nəydi bəs?

QİYAM

Dedilər millətpərəst.

SARA

Yaşayıbmı dünyada

millətsiz bir sənətkar?

QİYAM

Dedilər sev milləti,

Dili lal, qulağı kar.

SARA

Nə qədər yatdı Xəlil?

QİYAM

Nə qədəri şərt deyil.

Uca tutdu başını

Sovetin bayrağından.

Nə çəkicindən qorxdu,

nə onun orağından.

SARA

Firəngiz hardadı bəs? –

həssasdı, dözə bilməz.

QİYAM

O, keçmədi Xəlildən,

ona borcludur vətən.

Sərt, təmkinli, pərişan,

az dinən, az danışan.

Teleqramlar vururdu

yuxarıya birəldən.

Səni xatırlayırdı

məni görəndə hərdən.

“Davam edir otuz yeddi,

daha kəskin, daha ciddi!”

Xəlilin gur səsiydi.

“Lefortovo” zindanı

təzə “gözətçi”siydi.

“Ucundadır dilimin

Həqiqətin böyüyü.

Nə qoydular deyəyim,

nə kəsdilər dilimi…”.

Xəlilin sinəsində

şaxələndi bu üsyan.

İki dahi yetişdi

bizim Kür qırağından,

O – türkçü,

Bu – Ulutürk.

Türkün xəritəsini

xəritədə böyütdük.

V

SARA

Moskva, yataqxana,

yadımdadı o illər.

Yanaşı çarpayınız,

Şərikli kitab-dəftər.

bizim kirayə evlər.

Qaçırdıq yanınıza,

arada, axşam-səhər.

Yoxuydu heç nəyimiz,

İki qutu göy noxud

gətirdik, gələndə biz.

Qonşu hiss eləmişdi,

həyətə, bağa çıxıb.

Deyirdi, altı qutu

anbardan yoxa çıxıb.

– Altı qutu?

– Düz altı.

Əlim çənəmdə qaldı.

İki qutuydu vur-tut,

yarı su, yarı noxud.

Əvəzində sonradan,

noxudun havasıyla, –

aş apardım qonşuya,

üstünün qarasıyla.

uğundu, getdi Xəlil:

“İki qutu göy noxud,

bir sini aş…” pis deyil!

– Bir axşam itmişdiniz,

kinoya getmişdiniz.

Moskvaya, şəhərə!

Nə burda, bələdsiniz,

nə də orda, bir yerə.

Şər qarışır, gün batır,

biz yollarda bir təhər.

Allah, ürəyimizə

nələr gəlmirdi, nələr!

– Sara!

– Firəngiz!

– Sara!

səs salmışdıq yollara.

Gedib qəbristanlığı

harayladıq nə qədər,

Yol – içindən keçirdi,

susurdu daş qəbirlər.

Baxırdıq, boylanırdıq,

gedirdik, əylənirdik.

Sonra gileylənirdik.

XƏLİL

Firəngiz gülər üzdə,

küsər heç şeyin üstə.

Sonra da minnət, xahiş,

gəl, indi dindir, danış.

QİYAM

Sara da küsəyəndi,

dediyini deyəndi.

Bilmirəm necə dözür,

soruşsan danar özü.

XƏLİL

Qızlar küsür ki, Qiyam,

hardasa oxumuşam:

onları çox istəyək,

nə desə, onu deyək.

Xəlil susurdu hələ,

tutulmuşduq arada.

Gəlib tapdıq biz sizi,

bizim yataqxanada.

– Bircə yolumuz qalır,

bundan sonra biz gərək, –

Vağzaldan bilet alıb,

evinizə göndərək.

Xəlil dedi, mən dedim,

mən bilmədim, nə dedim.

Sənin gözlərin doldu,

Firəngiz də tutuldu,

o da çəkdi içini.

İndi necə uçurdaq

İki ağ göyərçini!

Öz tale payımızı,

öz alın yazımızı,

dünyadan – dünyamızı?!

Güləndə, bağışladıq,

söz də veririk ki, sözsüz, –

kinoya gedəcəyik,

ikimiz yox,

                   dördümüz.

VI

Qorki institutundan

məktub göndərmişdilər,

Qızlar pərtiydi yaman, –

ailəli olanlar

tək gəlsin, – demişdilər.

Dolmuşdu yataqxana,

ümid yoxuydu ona.

Moskva!…

İlk dəfəydi.

bizim də səfərimiz.

Məndən soruşdun, Xəlil,

bəs Sara, bəs Firəngiz?!

Küsdülər, köyrəldilər,

vağzalacan gəldilər.

Getmək istəyirdilər,

Moskva qızlarını

dalda pisləyirdilər.

– Necə? – qısqanırsınız?

– Yox, – deyib danırdılar.

Xəlil, bizi sevənlər

bizdən utanırdılar.

Bu da bir istedaddı,

heyif, çoxuna yaddı!

Neyləyəsən, həyatdı:

bir bağın meyvəsi də,

gah şirindi, gah acı.

Söz – ağızda çəkilir,

dil – nədir bəs?

Satıcı! –

əridir mətahını,

ucuz-baha qiymətə.

Eşq olsun təbiətə!

VII

Bizə demişdilər ki,

yağarlıqdı Moskva.

Soyuqdu, sərtdi hava.

plaş alın siz orda,

zont alın, beret alın,

Qaloş alın siz orda.

Əldə zont, başda beret,

geyindik plaşları.

Ayaqqabının üstən

keçirdik qaloşları.

Dərsin birinci günü

“bəzənmişdik” büsbütün.

Nə hava soyuq oldu,

nə yağış yağdı o gün.

Sən demə, baxıbdılar,

gülübdülər kənardan.

“Marsdan, Aydan gəlibdi

yəqin bu iki cavan…”

Nə plaşı çıxartdıq,

nə qaloşu soyunduq,

Nə bereti, nə zontu,

Beləcə, “məşhur” olduq.

VIII

Yaxşı keçdi seminar,

inciyən olmadı heç.

Smelyakov apardı –

Yaroslav Vasilyeviç.

On il sürgündə yatan,

nə yuvası, nə evi.

“Gözəl qızıydı Lida”

şeirinin müəllifi.

Ürəyi söznən dolu,

narazıydı mühitdən.

Misal çəkərdi bizə,

Puşkindən, bir də Fetdən.

– Heç kim yerində deyil,

kimsə, bilmək istəsən:

yaxşı dərzi olardı

şairdi, nə deyəsən!

Əla cərrah çıxardı,

istəsəydi filankəs.

O da poema yazır,

şairdi, gəl indi döz!

Vlademir Oqnev də 2

həqiqətə mat qalır:

– “Klassiklər” çoxalır,

oxucular azalır!

Seminar rəhbərinin

dönüb baxır üzünə.

O, dərin məna verir,

tənqidçinin sözünə.

Seminarın davamı

düşmürdü dilimizdən.

Bu, deyirdi: mən düzəm,

o biri deyirdi: mən!

“Şeiri Mayakovski

necə yazır, bax elə.

“Sol,

sol,

sol!..

ancaq elə.

Döyüşdəsən, davada.

misralar qırıq-qırıq!

Ütülü,

Sığallı yox!..”

Bir tələbə – şairin

fikiriydi bu, belə.

O biri də deyirdi,

təmkinlə yox, təkidlə:

“Yesenin də yazır bəs? –

başqasına bənzəməz.

Ağcaqayın dilində,

ana dilində rusun.

Kimə meydan oxusun?

Kimin üstə çığırsın?

Misranı niyə qırsın?”

Bu biçdik, bir ölçdük,

bir yaxşı fikrə düşdük.

Xəlil dedi gəl, gedək,

mən də dedim ki, mütləq.

Bağ evi qonşudaydı,

burda, Nazim Hikmətin.

Ustad sözü deyərdi,

Nə desəydi o, yəqin.

Nazim uca boyuyla,

qıvrım, sarı saçıyla,

öz şəfqət bacısıyla 3

evindəydi –

                   təzə-tər.

Yenə o mavi gözlər!

Yenə o türkcə dəvət!

Yenə o səs, o ülfət!

Yenə “Canım!”, “Şəkərim!”

sevdiyi kəlməsiydi.

Bizi görəndə hər dəm,

bizə “gəl” deməsiydi.

XƏLİL

Seminarıydı, ustad,

şeiri necə yazaq?!

Mayakovski kimi,

yoxsa,

          Yeseninsayaq?

QİYAM

Gəldik, sizdən soruşaq.

Vurğunun bir bəndini

əzbərdən deyə-deyə, –

söykəndi pəncərəyə.

“Nemətdisə gözəl şeir,

şair olan qəm də yeyir.

Ömür keçir bu adətlə,

Uğurlu bir səadətlə.

Görən məni nədir deyir,

saçlarına düşən bu dən,

şair, nə tez qocaldın sən?”

Bir xəzinə yatırdı

Nazimin sinəsində.

Mehriban görkəm aldı,

sağ əli çənəsində:

– Canım, bax, hansı dildə

ananla danışırsan, –

o dildə yaz şerini,

başa düşsün qoy anan.

XƏLİL

“Mən Şərqdən gəliyorum,

Şərqin dərdlərini

bağıra-bağıra

gəliyorum!

Sən yanmasan,

mən yanmasam,

biz yanmasaq,

nasıl çıxar qaranlıqlar

… aydınlığa?!”

– Sizinkidi bu, ustad,

misal çəkirdi Xəlil.

– Mayakoskivari,

üsyan, çağırış deyil?!

– Canım, üsyan, çağırış

lazımdısa oxumaq;

qoy məni oxusunlar,

Mayakovskini yox.

Gördüm başqa bir sual

düşündürür Xəlili.

– Bəs?..

Nazim qabaqladı:

– Vurğun, Rəsul, Rəfili.

Oxuyuram onları,

risk, yeni söz, cəsarət

yaşadır sənətkarı, –

deyirdi Nazim Hikmət.

Dünən orda seminar,

bu gün burda bu söhbət.

İki tələbə – şair,

ortada Nazim Hikmət.

Nazim – parlaq bir ulduz,

Nazim – özünəməxsus.

Yolda bir səs deyirdi:

uddunuz, uduzdunuz?!

Şərt deyil dedi o səs,

oxşamaq,

                   oxşamamaq.

Şərtdi – şair doğulmaq,

şair – doğulur ancaq.

IX

Məhəmməd Mamakayev –

Çeçeniydi milləti.

Canlara dəyəniydi

amma bir xasiyyəti:

Gücsüzün tərəfiydi,

haqsızın – qənimiydi,

onda da səmimiydi.

İki, ya üç yaş artıq,

əslində yaşıdıydıq.

Boyda-buxunda da şax!

dilində yalnız: Allah!

Ucadan danışardı,

danışanda – yaşardı

əli, qolu, bədəni.

Canlıydı, daş deyildi,

biz sevirdik çeçeni.

Xəlilin ad günüydü,

yataqxana süfrəsi.

Biz dəvət eləmişdik,

o da saymışdı bizi.

Bir çeçen xəncəri də

gətirmişdi Xəlilə.

Belindəki kəmərə

bağladı öz əliylə.

General Yermolovun

heykəlini uçurdan, –

biri – Məhəmməd imiş,

deyirdilər o zaman.

İstiqlal istəyibmiş,

Məhəmməd Mamakayev.

cəza çəkib gəlibmiş

Məhəmməd Mamakayev.

Qorki İnstitutunun

o da tələbəsiydi.

Çeçen tərbiyəsiydi,

bizə qardaş deyirdi,

sağlıq deyən tələbə.

(Yadımdadı hələ də!)

Professor İşutin, –

bizim müəllimimiz,

kimdənsə, tutub xəbər,

bilməmişik birimiz,

açdı qapını gülər.

– Burda bir tələbəmin

ad günüdür dedilər.

Təsadüf!

                   Nə qiyamət!

Əvvəl Xəlil gəl! – dedi,

sonra çeçen Məhəmməd.

– Bir tələbə qız gəlib,

lap uzaqdan, Çitadan.

Mən onu axtarırdım

elə burda bayaqdan.

Biz onun gəlişini

bəyəndik, alqışladıq.

Bərk tərifə başladıq.

Saxladı: – Yox, belə yox,

mən bunu xoşlamıram.

Xəlilin sağlığına

qaldırdı bir yüz qram.

– Maqomet Mamakayev! –

düzmü dedim bu adı?

Mənim tələbəm olub,

o yaxşı yadımdadı.

Başsağlığı oxudum,

qəzetdə dünən axşam.

düzü, bərk tutulmuşam.

Əsl çeçen: igid, ər,

bəs sizə deməyiblər?

– Başqa Mamakayevdi,

adı qəzetdə gedən.

Məhəmməd Mamakayev

cavab verdi yerindən.

Gülüş – masabəyiydi,

tələbə süfrəsində.

Doldurulan hər qədəh, –

bir sağlıq növbəsində!

Hər kəs öz aləmində,

hər kəs öz kölgəsində.

Mamakayev oxudu

bir çeçen ləhcəsində.

X

İki göyərçin qondu,

o gün pəncərəmizə.

“Gəlirik, qarşılayın”

teleqram gəldi bizə.

Firəngizdən, Saradan,

Rostovdan, Belqoraddan,

Xarkovdan, daha hardan!

Bir qayğımız var ancaq, –

Onlar harda qalacaq?

komendant köhnə bezdi.

Desək ki, qızlar gəlir,

deyəcək hələ tezdi.

– Xəlil!

– Qiyam!

çağırdı

İkimizi iki səs.

Bir an – yüz günə dəyər,

yüz gün bir ana dəyməz.

Baxdıq, gordük, sevindik,

Göydəydik, yerə endik.

– Sizsinizmi?

– Bizik, biz!

Sara, bir də Firəngiz!

Dünya – qadın ətirli

gülüymüş, bilməmişik.

Gələndə özümüzlə

niyə gətirməmişik?

Nə yaxşı, burda tapdıq,

orda itirməmişik!

XƏLİL

Teleqram vurubsunuz,

yəqin bərk qorxubsunuz.

Düz deyirəm Firəngiz?

beş… altı… bu da səkkizi

Heç qalmayıb pulunuz,

yolda soyulubsunuz.

– Gəlmişik ki, qaytaraq,

bir az da artıq alaq…

Firəngiz gülə-gülə,

cavab verdi Xəlilə.

Sara da dedi: Qiyam,

mən qorxmuşdum, danmıram.

Ünvanı səhv yazarıq,

gəlib burda azarıq.

QİYAM

Görmüşdüm yuxusunu,

gələndə, yol uzunu

deyirdim sən işə bax,

ayan olur ürəyə.

Bir cüt göyərçin – dümağ,

qonmuşdu pəncərəyə.

Əsl xəbərçidilər,

Sizin gəlişinizi

onlar bizə dedilər.

XI

Sara mənə deyirdi ki,

bu, ayrıca hekayətdi,

sizdən sizə şikayətdi.

Mən tərsinə yozurdum:

– Yox,

Şikayət də – məhəbbətdi.

SARA

Siz getdiniz qoyub bizi,

məni, bir də Firəngizi.

Gündə poçtu yoxlayırdıq.

Atamızın evindəydik,

sizdən ötrü ağlayırdıq.

İyirmi il doğma ikən,

yad olmuşdu bu ev birdən.

Firəngizə, mən dedim ki,

bir yol tapım, çıxış yolu,

aramızda sirr oldu bu.

Məktub yazdıq atamıza,

mən Qiyamın imzasıyla,

o Xəlilin imzasıyla,

yeni görüş sövdasıyla.

Guya xiffət edirsiniz,

xahiş, minnət edirsiniz,

bizi dəvət edirsiniz.

“Bilet alıb salın yola,

Moskvaya,

Dobrolyubov küçəsinə,

üç-dörd günə…”

Məktubu göstərdilər,

muştuluq istədilər.

Oxutdular…

oxuduq.

İkimiz də yox, – dedik,

guya razı deyildik.

Guya biz darıxmırıq,

Darıxan tək sizsiniz.

orda ikinizsiniz.

Fikirliydi atamız,

İki evə sığmırdı

hikkəmizlə ədamız.

– Haraya… Moskvaya?…

deyirdik onda biz də.

Məktubu yazmasaydıq,

ölərdik ikimiz də.

Anamız təkləyirdi,

bizi birçəkləyirdi:

– Gedin, ev-eşik olun,

bir az göz-qulaq olun,

yatanda, oyaq  olun.

duranda dayaq olun.

Təzə ər-arvadsınız,

elə bil ki, yadsınız.

Gedin, verin əl-ələ,

yaşayın innən belə.

Darıxıb binəvalar,

Orda pisdi havalar.

Gedin, bir həyan olun,

bir az mehriban olun…

Ağıl-öyüd verdilər,

qəlbimizə girdilər.

Danışdılar, küsdülər,

biz dözdük axıracan,

onlar da çox dözdülər.

Yenə ana ürəyi!

Gəlinlərin “kələyi”

özü də bir yuxuydu,

xəbərləri yoxuydu.

Qorxurduq sonra, düzü,

sirrimiz çıxar üzə.

Gələndə göstərəllər

məktubu onlar sizə.

Sizsiz,

          sizin imzanız,

axı, yazmamısınız.

Məktubu tez götürdük,

rahat bir köks ötürdük.

Firəngizlə görüşdük,

Paytaxta 1 yola düşdük.

Gəlib yola saldılar,

bizdən razı qaldılar,

Vağzallarda enirdik,

uçurduq, sevinirdik.

hədəfə –

                   bir teleqram.

“Dobrolyubov küçəsi,

Moskva, Xəlil, Qiyam!”,

Dəvət eləmədiniz,

yenə Sara, Firəngiz!

Elə ki, gördük sizi,

əlinizdə gül-çiçək,

Ağladıq ikimiz də,

çətindi sözlə demək.

Gərək bunu mən, Qiyam,

nəvəmə də danışam,

o da öz nəvəsinə…

Mat qalmışdım mən onun

yaşamaq həvəsinə.

Ağırıydı yataqda,

amansızdı təbiət.

Bəlkə də bu hekayət,

qadın heysiyyətindi,

onun vəsiyyətiydi?

EPİLOQ ƏVƏZİNƏ

Ömür uzun, ömür qısa,

ad qazandıq adımıza.

Məndən sizə nə qaldısa,

o da bu sözlərlə qaldı.

İz axtardım, yola çıxım,

sağa dönüm, sola çıxım.

Üzüm bir sahilə çıxım,

o gücüm izlərdə qaldı.

Mən dost gördüm, həyan gördüm,

salam verib, sayan gördüm.

Sənə bir oxşayan gördüm,

gözüm o gözlərdə qaldı.


[1] Heydər Əliyevin 1990-cı il 20 yanvar faciəsi ilə bağlı Moskvanın Azərbaycan nümayəndəliyində xarici ölkə jurnalistləri qarşısındakı çıxışı nəzərdə tutulur (müəllif)

[2] Tanınmış rus tənqidçisi (müəllif)

[3] Nazim Hikmətin evində həm şəfqət bacısı, həm də xidmətçi qadın (müəllif)

1 O vaxtkı Moskva nəzərdə tutulur (müəllif)

Mənbə: http://edebiyyatqazeti.az/

Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

* * *

Hələ onda bildim mən onda bildim,
Atamın həm oğlu, həm də qızıydım.
Mənim qəpik quruş xərcliyimdə də
Acılığım bir yol da üzümə vurdu.

Ora qaç, bura qaç, oxu düşünmə
O, keçər bu keçər unutsan keçər,
Atam oğlum deyər, anam qızımdı.
Baxarsan onda da qız üzün gülər!

I knew then, I knew then,
I was both my father’s son and daughter.
My penny is also a penny
Anger hit me in the face one way or another.
Run there, run here, don’t read and think
He passes, he passes, he passes, if you forget,
My father says my son, my mother was my daughter.
If you look, then the girl smiles.

* * *

Özümə dost bilib güvəndiklərim,
Vaxt gəldi yad kimi üzümə durdu.
Bir yol da yıxılsan baltalayarlar
Bu yıxdı o tikdi gedən də qurdu.

Those whom I trust to be my friends,
When the time came, he stood in front of me like a stranger.
If you fall one way, they will ax you
It was demolished, it was built, it was built.

Nemət TAHİR.Seçmə şeirlər

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

* * *

Qorxu – nəsə itirmək hissi…
Kimisi can itkisindən
Kimisi mal itkisindən
Kimisi vəzifə itkisindən
Qorxar,susar kölələşər.
Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər.
İnsan da insanlığın itirməkdən yaman qorxar.
Qan danışar,sonra isə qan qusar….
Yuxu-ruhun azad olduğu an…
Daş üstündə daş kimi yatan da var.
Yatağında ilan kimi qıvrılan da var.
Yarasa kimi qaniçən,gecə həyatı yaşayan da var.
Qula çevrilmiş ruhlar,istəməsə də, bu “canları”daşımağa məhkumdurlar.
Ruhlara bu cəzanı niyə vermiş Allah?
Görən bunların hansı günahı var?…
Sevgi – vərdişin,bağlılığın ən yüksək pilləsi…
Yaradana sevgi,
Valideynlərə sevgi,
Vətənə sevgi,
Qadına sevgi,
Vəzifəyə sevgi,
Var -dövlətə sevgi…
Bu qədər sevgini ürəyimizdə necə gəzdiririk,İlahi?
Bunlar hamısı insana məxsus ehtiyaclar,istəklərdir…
Ruhun isə bir arzusu,bir diləyi,bir sevgisi var ancaq:
Azadlıq !Azadlıq! Azadlıq!!! 

Xatirələr…

Sənsizlik,tənhalıq sıxanda məni
Arzular,ümidlər dayağım olur.
Mən haçan darıxsam,səninlə bağlı
Şirin xatirələr qonağım olur.

Həsrət fırtınası azdırsa məni
O ulduz gözlərin mayağım olur.
Mən eşq dənizində üzən bir gəmi
Qolların limantək sığnağım olur.

Kənan AYDINOĞLU.”Paytaxtdan dünyaya boylanan şair”

(Gənc xanım yazar Yağmur Əsmərsoyun bədii yaradıcılıq fəaliyyəti haqqında bir neçə söz)

Zəngin yaradıcılıq ənənələri ilə öz inkişaf səviyyəsini qoruyub saxlayan çağdaş Azərbaycan ədəbiyyatı dövrün, zamanın tələblərinə uyğun olaraq, forma-məzmun, mövzu-ideya baxımından bir-birindən daha maraqlı bədii əsərlərin, poeziya nümun ələrinin, dramaturgiya sahəsində yenifikirli qələm sahiblərinin, istedadlı yazarların, gənc nəslin nümayəndələrinin sayının artmasına, dünyaya və həyata baxışın köklü surətdə dəyişilməsinə, xalqın  zəngin tarixinə nəzər salmaqla, humanizmi, səmimiyyəti, dərin fəlsəfi fikirləri, hikmətamiz sözləri yenidən cilalamağa səbəb olan bir çox sənət əsərlərinin yaramasına səbəb olur. Uzunmüddətli yaradıcılıq axtarışlarının nəticəsi kimi qiymətləndirilə bilən bu proseslərin özündə də xalq hikməti, birbaşa xalqa bağlılığı özündə təcəssüm etdirən ənənələr var.

Novatorluğu və ənəni özündə birləşdirən, tarix boyu “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyasının təbliğinə xüsusi önəm verən, qədim köklərə söykənən Azərbaycan ədəbiyyatı görkəmli söz sənətkarları ilə yanaşı ilə həm də, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin təbliği, tədqiqi (daha çox ədəbiyyatşünas-alim və ədəbi tənqidçilər tərəfindən araşdırılması) xüsusi diqqət ayırmış, ədəbi mühitdə tanınması üçün lazımi köməklik göstərmişdir. Heç şübhəsiz ki,  bu proses, bu tarixi ənənə bu gün də uğurla davam etdirilir. Ədəbi tənqid isə öz növbəsində müəllif əsərlərinin müsbət və mənfi cəhətlərini müəyyənləşdirməklə qələm sahiblərinin ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunmasında mühüm və mühüm olduğu qədər də tarixi rol oynayır. Gələcək üçün oxucu ilə müəllif arasında yeni-yeni körpülərin salınmasına bilavasitə zəmin yaradır.

Əslən Azərbaycandan olmasına baxmayaraq, qürbətdə, bədii yaradıcılığını daha çox lirik şeirləri ilə davam etdirən gənc xanım yazarlardan biri də, təbii ki, Yağmur Əsmərsoydur. Rusiyanın “Mədəniyyət paytaxtı” Sankt-Peterburqda yaşasa belə, qəlbi daim Vətən, yurd eşqi ilə döyünən, böyüyüb, boya-başa çatdığı elinə, obasına bütün varlığı və vücudu qədər bağlı olan xanım yazarın qələmindən çıxan hər bir misradan müəllifin obrazlı təfəkkürə, bədii təsvir və ifadə vasitələrinin daxili imkanlarına bələd olması, daim yenilik axtarışında olması daha aydın çözülür. Böyük əminlik hissi ilə demək olar ki, nəcib, incə duyğulu şeirləri ilə oxucuların rəğbətini qazanan gənc xanım yazar Yağmur Əsmərsoyu böyük ümidlərlə dolu xoşbəxt gələcək gözləyir. Bunun üçün tələb olunan əsas şərtlərdən biri və birincisi daim öz üzərində çalışması, yaradıcılıq fəaliyyətini davam etdirməklə bərabər, həm də ömrünü-gününü mütaliə (daha çox bədii əsərlərin) içində keçirməsi ola bilər. Belə ki, uğurlarının sayı artdıqca hər bir, hətta kiçik uğurdan belə ruhlanması, özünü yeni məzmunlu əsərlər yazmağa sövq etməsi  müəllifin özünəməxsus dəsti-xəttinin formalaşmasına şərair yaradacaq.

Müəllifin şeirlərinin hər birində səmimiyyətin, gələcəyə olan inamın şahidi olmağımız bizə belə deməyə əsas verir. Bir də ki, istedad hər bir şəxs və ya şəxsiyyət üçün önəmli amildir. Heç şübhəsiz ki, istedad müəllifi ədəbi mühitdə tanıdan əsas müsbət keyfiyyətlərdən biri kimi diqqətçəkən məqamlardandır.  İstedad isə öz növbəsində müəllifin xaraterini, dünyagörüşünü formalaşdıran, cərəyan edən ictimai-siyasi hadisələrə biganə qalmamağı təbliğ etməyində əsas və yeganə silahdaşı kimi gözlərimiz önündə canlanır. Duyğu və düşüncələr aləmində bir-birindən maraqlı və maraqlı olduğu qədər də dəyərli sənət nümunələrini yaratmağa vəsilə olan əsas səbəblərdən biridir.

Müasir Azərbaycan ədəbi dilinin funksional üslublar sistemiə daxil olan üslubların hər biri üçün səciyyəvi olan fonetik, leksik, qrammatik normaların gözlənilməsi müəllifin yaradıcılığının əsas müsbət cəhətlərdən biri kimi xarakterizə olunmalıdır.

Müəllifin şeirləri də özü kimi kövrəkdi. Sevgi ilə yazmış olduğu poeziya örnəkləri, sözügedən məsələ ilə bağlı bunu bir daha ədəbi faktor kimi təsdiq edir.

Gənclik dövrünü yaşayan, bərkə-boşa çəkildikcə möhkəmlənən, söz ilə silahlanan, xalqın zəngin adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə dərin hörmət və ehtiram bəsləyən gənc qələm sahibi Yağmur Əsmərsoy oxucusu ilə daha çox könül dilində-səmimiyyə dilində danışır. Uydurmaçılıqdan tamamilə uzaq olması da müəllifin qısa zamanda uğur qazanmasına səbəb olan müsbət keyfiyyəti kimi səciyyələnməlidir. Ona görə ki, fərd və müəllif olaraqgənc xanım yazar sənət meydanında uğur qazanmağın yollarını bilir və bunu dərk edir. Hər şeydən öncə öz istedadına güvənir. İstedadına güvənmədən uğur qazanmağın mümkün olmadığını da ədəbiyyatsevərlərlə bərabər, müəllif həm dərk edir, həm də özü üçün mülahizələr yürüdür. Şeirlərinin hər biri isə real həyat hadisələrinə söykənir. Misradaxili bölgü, qafiyə də öz yerində. Bir çox məqamlarda ictimai-siyasi, fəlsəfi məzmunlu fikirlərini də çatdırmağı unutmur.

Son vaxtlar ədəbi elektron məkanda bir neçə mədəniyyət və ədəbiyyatyönümlü portallarda şeirlərini oxudum. Hər birində cərəyan edən hadisəyə fərqli yanaşmanın, fərqli düşüncənin şahidi oldum desəm, heç də yanılmaram. Hansı mözvuda yazmağından asılı olmayaraq, müəllif hər şeydən öncə dilin sadələyinə, anlaşıqlı və təsirli olmasına önəm verir. Bu amil müəllifin özü üçün də çox vacibdir.

Yaradıcılığında humanizmi, səmimiyyəti təblği edən gənc xanım yazar Yağmur Əsmərsoy gələcək ilə bağlı arzu və istəklərini, düşüncələrini də bölüşür.

Sənət meydanında ilk titrək qədəmlərini atan qələm yoldaşımız, şair dostumuz Xanıməfəndi Yağmur Əsmərsoya yeni-yeni yaradıcılıq uğurları və fəaliyyəti diləməyi özümə həm vətəndaşlıq, həm də qardaşlıq borcu bilirəm. El qızı, uğur olsun!!! Uğurların bol olsun!!!

Gün o gün olsun ki, Sənin Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmağını görək. Şeirlərinin, bir-birindən maraqlı və rəngarəng kitablarının işığına yığışmaq diləyi ilə

Kənan AYDINOĞLU,

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Bakı şəhəri. 12 aprel 2020-ci il.

Yağmur ƏSMƏRSOY.”Allahın günahkar bəndəsi məndim”

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

Allahın günahkar bəndəsi məndim,
Mən desəm yaxşılıq üzə vurulmaz.
Yaşa unutdurar zaman hər şeyi,
Bu gündü o aydı yenə də durmaz.


Я грешный слуга Божий,
Если я говорю, что добро не выявляется.
Когда ты все забудешь,
Сегодня этот месяц еще не останавливается

I am a sinful servant of God,
If I say that goodness does not come to light.
When you forget everything,
Today, that month still does not stop

მე ვარ ღვთის ცოდვილი მსახური,
თუ ვიტყვი, რომ სიკეთე არ გამოირჩევა.
როცა ყველაფერს დაივიწყებ
დღეს, ეს თვე კვლავ არ წყდება

Yağmur ƏSMƏRSOY.”Oldu da tüfürüb buraxdıqlarım”

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

Oldu da tüfürüb buraxdıqlarım,
İndi yaxınlaşıb üzümə baxmaz.
O, gündən bu günə yaltaqlananlar,
Bir də tüfürdüyü kişi yalamaz.

What I spat and left,
He doesn’t approach me now and look at my face.
He is flattered from day to day,
And the man who spit does not lick.

Что я плюнул и ушел,
Он не подходит ко мне сейчас и смотрит на мое лицо.
Он польщен изо дня в день,
И человек, который плюет, не лижет.

“Bakı-Orenburq – birlikdə oxuyaq!” (“Баку-Оренбуржье- читаем вместе!”)ən çox oxunan kitabların virtual sərgisi

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Rusiya Federasiyası Orenburq Vilayətinin model kitabxanası ilə birgə “Kitabxana – dostluq körpüsüdür” (“Dostluq sərhədləri tanımır” çagırışı)  layihəsi çərçivəsində bu kitabxanalarda ən populyar və ən çox oxunan kitabların virtual sərgisini təşkil etdi.

Virtual sərgi #EVDƏQAL çağrışına dəstəkdir. Virtual sərgi aktuallığı ilə maraq doğurur. Burada müasir oxucuların ən çox oxuduqları kitablar yerləşdirilib.

Sərgilənən kitabları seçmək üçün M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yaradılan “Azərbaycan ədəbiyyatının virtual kitabxanasında” olan kitabların mütaliəsini analiz etdi. Nəticədə son yeddi ildə müxtəlif ölkələrdə yaşayan oxucular tərəfindən ən çox oxunan beş kitab müəyyən edildi.

Sərginin birinci bölməsində son yeddi il ərzində ən çox oxunan və populyar olan beş kitab (Пять самых читаемых и популярных  книг Азербайджана) haqqında məlumat verilmiş, Azərbaycan, ingilis və rus dillərində olan bu kitablar əks olunmuşdur.

Onların arasında ingilis dilində William Goldman “The Princess Bride”    (“Prenses gəlin”), kolumbiyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısının Gabriel Garcia Marquez ingilis dilində “One Hundred Years of Solitude” (“Yüz ilin Tənhalığı”), akademik İqrar Əliyevin rus dilində «История Азербайджана» (“Azərbaycan tarixi”), Qabusnamə, professor F.Veysəllinin “Dil” kitabı.

Virtual sərginin ikinci bölməsində Orenburq sakinlərinin  beş ən çox oxuduqları (Пять самых читаемых книг оренбуржцами) kitablar verilmişdir: «Книга о губернаторах Оренбуржья» (“Orenburq qubernatorları”), «Оренбург: Литературные прогулки – книга-альбом» (Orenburq: ədəbi gəzintilər – kitab-albom), britaniyalı yazıçı Coan Roulinqin “Harri Potter” (Джоан Ролинг “Гарри Поттер”), avstraliyalı yazıçı Kolin Makkalounun «Поющие в терновнике» (“Tikanlıqda şərqi deyənlər”) rus yazıçısı Mixail Bulqakovun «Ма́стер и Маргари́та» (“Master və Marqarita”) və Geоrge Orwel «1984» kitabı.

Son aylarda virtual kitabxanaya yerləşdirilən kitablar arasında ən çox oxunan «Uşaq hüquqları dünya xalqlarının nağılllarında» (Azərbaycan və rus dillərində), «Azərbaycan çörəyi”, rus dilində T.Aleksandrovanın “Kuzka yeni evdə” (“Kuzka v novom dome”) və Brayan Cekson “Lyuk haqqında əfsanə” (“Leqenda o Lyuke”).

Ətraflı: virtual sərgidə yerləşdirilən kitabları https://padlet.com/nikitinmihail56/gaablew1nva1  oxumaq olar.

Yazıçı və şairə Gülarə Munis “Nənə, nağıl de mənə…” nağılı ilə “Kitabxana–koronavirusa YOX deyir!” layihəsində iştirakı davam edir

Yazıçı və şairə Gülarə Munis “Nənə, nağıl de mənə…” nağılı ilə

“Kitabxana – koronavirusa YOX deyir!”

layihəsində iştirakı davam edir

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazarlar öz əsərlərini təqdim etməkdə davam edir.

Kitabxana karantin rejimində işini uğurla davam etdirərək, oxuculara virtual xidmət göstərməkdədir.

         Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü istedadlı yazıçı və şairə, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə Munis növbəti “Nənə, nağıl de mənə…” adlı nağılını kitabxanaya virtual formada təqdim etdi. Nağılın qəhrəmanı Məsmə nənənin – “O xəstəliklərə insanlar hamı birlikdə qalib gələcək, insanlar evdə qalmaqla ona üstün gələcək” – sözləri ilə yazar “Biz birlikdə güclüyük!”, “#Evdəqal” çağrışını bir daha dəstəklədi.

Əziz uşaqlar, “Göy guruldadı, ildırım çaxdı, güclü yağış yağdı. Yağış havada olan bütün xəstəlikləri yuyub apardı!” – deyən yazar, tezliklə bəşəriyyətə kabus olan bu virusun məğlub olacağını, insanlığın qələbə çalacağını bildirir.

Nağılı rəngli şəkillərlə də oxuya bilərsiniz:

http://yasamal.cls.az/front/files/libraries/81/documents/947884706.pdf

                                                   Gülarə Munis

                                           AYB-nin və AJB-nin üzvü,

                               M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın

                                                    Fəxri oxucusu

                              Nənə, nağıl de mənə…

Biri var idi, biri yox idi.Məsmə adlı bir nənə var idi.Məsmə nənənin Azər və Turan adlı iki nəvəsi var idi. O, hər gün axşam nəvələrinə maraqlı nağıllar danışar, nəvələri da onu dinləyərdi.

Bir gün Məsmə nənə yenə nağıl danışmağa başlayanda Turan dedi:

– Ay nənə, elə nağıl danış ki, orada əjdaha, div olmasın.

Bunu eşidən Azər isə dedi:

– Nə danışırsan? Onda nağıl maraqlı olmaz ki… Qoy əjdaha, div olan nağıl danışsın. Sən qızsan, qorxursan get yat!

Turan incik halda cavab verdi:

– Mən onlardan qorxmuram! –  Sonra əlavə etdi. –  Nənə, ola bilər ki, o əjdaha və divlər bizim yaşadığımız zamana da gəlib çıxsınlar?

Məsmə nənə Turanın başını sığallayıb dedi:

– Əslində hər zamanın öz divi, əjdahası olur. Bizim də zamanda div, əjdaha var, amma biz onları görmürük. Onlar öz pis əməllərini gizlincə edir. İnsanları qorxuya, vahiməyə salır. Onlara zülm edir.

Turan maraqla soruşdu:

– Ay nənə, düzdür ki, əjdahanın başında tac olur?

Məsmə nənə gülümsəyərək cavab verdi:

– Düzdür. Amma bəzən başında tac olan daha qorxulu şeylər də olur.

Azər tez qışqırdı:

– Mən bilirəm, bizim dövrdə olan əjdahanın adı nədir, o koronavirusdur. Onun da başında tac var, o da insanlara düşmənçilik edir, adamlara əzab-əziyyət verir. Nənə, onda demək pis xəstəliklər divlər kimidir? Onda da adamlar evdən çölə çıxmır, hamı öz evində qalır.Ay nənə, nağıllarda qəhrəmanlar o divlərə, əjdahalara qalib gəlib, onları öldürür, insanları xilas edir, bəs bu xəstəliklərə kim qalib gələcək? Onları kim məhv edəcək?

Məsmə nənə mehribanlıqla cavab verdi:

– O xəstəliklərə insanlar hamı birlikdə qalib gələcək, insanlar evdə qalmaqla ona üstün gələcək. O xəstəlik gəzəcək, axtaracaq, küçələrdə yoluxmağa adam tapmayacaq. Hirsindən, qəzəbindən  özü məhv olub gedəcək. Axı insanlar əlbir olanda, bütün divlərə, əjdahalara qalib gələ bilirlər.

Beləcə bu günkü nağılımız da sona çatdı. Göy guruldadı, ildırım çaxdı, güclü yağış yağdı. Yağış havada olan bütün xəstəlikləri yuyub apardı!

                      Nənə, nağıl de mənə,

                      Mən qulaq asım sənə.

                      Danış yağışdan, qardan,

                      Almalar gəlir hardan?

                      Göyün donu sökülsün,

                      Ordan alma tökülsün!