TANRI, ÖP DÜNYANI!
Dünya boğulur…
siyasət adlı qatilin
gözəgörünməz barmaqları
ölüm fırçasıyla rəngləyir
dünyanın sinəsini,
nəfəsi kəsilir yer üzünün…
İlahi, özün gəlmə,
bircə mələyini göndər
nəfəs üfürsün yerin ciyərlərinə.
O nağıl vardı ha,
o nağıl-mağarada yatmış gözəl
şəhzadənin öpüşündən
ayılmışdı.
Bir təzə nağıl başla,
mənfi qəhrəmanın qələbəsinə
sevindirmə iblisi.
Bu nağılın sonuna
üç alma da göndərmə,
Tanrı, öp dünyanı!