Mən gecələr, kədər əkib, qəm əkib,
Gündüzləri gülüş biçən adamam.
Nazlı yarın ayağına məst çəkib,
Dodağında şərab içən adamam.
Təpədən dırnağa günaham, günah,
Mən haqdan, günaha keçən adamam.
Günahlar içində yolunu azan,
Qaranlıq yolları seçən adamam.
Günah bulaqların suyundan içib,
Sevgisi uğruna canından keçib,
Min savab içindən bir günah seçib,
Ürəkdən-ürəyə köçən adamam.
Oğuz AlpArslan
22.07.2016