Tənha…
Hardan bildin, indi səni düşündüm,
Pəncərənin pərdəsini tez açdın?
Mən utancaq, sən məndən də betərsən,
Məni görcək, yenə içəri qaçdın.
Tənhaların ürəyində güc olmur,
Güc olsaydı, heç sönməzdi ocağı.
Tənhaları tərk etmək də gec olmur,
Yoxsa heç vaxt soyumazdı qucağı.
Neçə ildir, bu eyvandan baxırsan,
Neçə ildir, ümidini qırıram,
Get qəşəng qız, həyatını çürütmə
Mən tənhayam, yenə tənha qalıram.
Get yazıqsan, ev eşiy ol, yuva ol,
Get qəşəng qız, gözlərindən sil məni
Mənim ömrüm çürüyəcək eyvanda,
Birdəfəlik sözlərindən sil məni.
Sənə görə danlamışam özümü,
Bir də bu eyvandan sənə baxmayım,
Bəs hansı tərəfə tutum üzümü,
Sənə baxmayanda heç darıxmayım?!
Əli Rzazadə
Əli müəllim, möhtəşəm şeirdi. Uğurlarınız daimi olsun🖐