Dəniz gözəlliyi
Yenə uzaqlarda fikrim,xəyalım,
Yenə də dənizə tökülər ahım,
O mənim sirdaşım,dostum,yoldaşım,
Yenə göy sularda süzər pənahım.
Günəşlə əlvida nəğməsi çalar,
Dalğalar sevgisi ləpə qoynunda.
O məni özüylə çəkər,aparar,
Sonsuz xülyaların dumanlığında.
Ayda sevgisiylə təbəssüm edər,
Sayrışan ulduzlar möcüzəsində.
Dəniz gözəlliyi ruhuma çökər,
Qəlbimin intizar gülüşlərində.
Səadət Asəf/Balçılı,Göygöl
27.06.2021