İSMARIŞ

Bircə biləydin, adın
Dilimdən qopur necə!
Yerdən qalxan dualar
Göylərə hopur necə!..

Orda sən darxırsan,
Burda mən tarimaram.
Nə gözlərim ovunur,
Nə ürək tapır aram.

Bir özünü toparla,
Nolar, deynən yaxşıyam.
Doğrudan da, yaxşı ol,
Adam kimi yaşayaq.

İbrahim İlyaslı