Axtarıram səni bütün nağıllar içində,
Hər nağılın köşəsində,
küçələrinin tinində,
quyusunun dibində,
tapmıram.
Körpə uşaq kimi gözləyirəm qissəni,
yatmıram.
Anamın danışdığı nağıllarda axtarıram səni,
tapmıram.
Bir az ömrün başına gedirəm
səninçün,
Lap körpəlik yaşına gedirəm,
səninçün,
tapıram.
“laylay dedim yatasan” demişdi,
“şirin yuxu tapasan” demişdi.
Anamın nəğməsindəki yuxusanmış,
Qulağımın eşitdiyi ilk duyğusanmış.
O yuxunu tapıram:
O yuxuyla yatıram.

Əli Rzazadə