Azərbaycanlı Yazıçılar Birliyinin, İraq-Türkman Yazıçılar Birliyinin və Avrasiya Yazıçılar Birliyinin üzvü vətənpərvər mərhum şair Vaqif Nəcəfzadənin ölümündən sonra “Vaqif Nəcəfzadə – Seçilmiş əsərləri” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkindir.

Kitab müəllifin oxucularla ikinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziya, povest, poema, hekayə sevənlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik. Qeyd edək ki, müəllifin şeirləri 2008-ci ildə işiq üzü görən “Azərbaycan ayağa dur” adlı kitabda cəmlənib.