31 may 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın istedadlı gənc xanım yazarı, şairə, jurnalist, publisist, “Vahid” Poeziya Məclisinin, “Məcməüş-şüəra-şairlər məclisi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və Yönətim Kurulunun başqanı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi Gülnarə İsrafilqızının səsləndirdiyi şeirlərə hazırlanmış foto-video çarxların təqdimat mərasimi keçirildi.Düzənlənən tədbir “BB Production”nun Direktoru, gənc yazar Teymur Həbibinin təşkilatçılığı ilə gerçəkləşdi.Tədbirin aparıcısı Turan Novruz ilk növbədə tədbir iştirakçılarını salamladı.Daha Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir başladı.Azərbaycanın müxtəlif bölgələrindən, rayonlarından təşrif buyuran mədəniyyət, ədəbiyyat, incəsənət, kütləvi informasiya nümayəndələrinin nümayəndələri də tədbirdə iştirak edirdilər.Tədbiriniz aparıcısı gənc xanım Turan Novruz gənc xanım yazar Gülnarə İsrafilqızının həyat və yaradıcılıq yoluna qısa nəzər salaraq ədəbi-bədii nümunələrində yer aldığı mövzular haqqında bilgiləri tədbir iştirakçılarına sundu.Daha sonra Gülnarə xanımının yaradıcılığı haqqında “Vahid” Poeziya Məclisinin sədri və üzvləri, “Zəka və Ülviyyət” dərgisinin təsisçisi Elmira Ağayeva, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri, gənc yazarlar Qabil Ədalət, Emil Rasimoğlu, Gülnar Səma, İntiqam Yaşar, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin üzvləri, gənc yazarlar Elçin Yazar, Sərvər Kamranlı, Nofəl Ümid, Kənan Aydınoğlu öz fikir və düşüncələrini bildirdilər.Gülnarə xanımın şeirlərinə çəkilmiş foto-video çarxlar tədbir iştirakçılarına təqdim olundu.Bu addım tədbir iştirakçıları tərəfindən müsbət qarşılandı.Tədbirin gedişatında Gülnarə xanım öz yeni şeirlərini səsləndirdi.Təşkilati dəstəyə görə “BB Production”un Direktoru, gənc yazar Teymur Həbibiyə, aparıcılıq üçün gənc xanım Turan Novruz, informasiya dəstəyi üçün kütləvi informasiya vasitələrinə, tədbirə təşrif buyuran hər kəsə öz dərin minnətdarlığını bildirdi.Sonda xatirə şəkilləri çəkdirildi.
Month: May 2014
-
Gənc xanım yazar Gülnarə İsrafilqızının şeirlərinin təqdimat mərasimi
31 MAY – saat 14:00-da
Şairə, jurnalist, publisist “Vahid” Poeziya Məclisinin üzvü, “Məcməüş-şüəra-şairlər məclisi”nin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və Yönətim Kurulunun başqanı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi Gulnare Israfilqizinın səsləndirdiyi şeirlərə hazırlanmış foto-video çarxların təqdimatı.
Təqdimatda foto-video çarxların, şerlərin səsyazması, musiqilərin seçilməsinin hazırlanmasında yaradıcı əməyi və zəhməti olan Teymur Bayramov (BB production) iştirak edəcək.
Təqdimatın aparıcısı: Naiba Maslova
Məkan: Babək prospekti 64 d / Venta Group (Xalqlar Dostluğu metrosu, Mondi mebel evinin yani)
Tel: (051) 989-91-81 / (055) 861-62-27
Giriş: PULSUZ
Mediya nümayəndələri dəvətlidir. -
Harika UFUK.”ARIYORUM ALLAH’IM” (Şiir)
Zaman söz dinlemiyor, son süratle geçiyor,
Ayda, mevsimde, yılda arıyorum Allah’ım.
Yaş ilerledikçe göz bin zorlukla seçiyor,
Gönülde açan gülde arıyorum Allah’ım.Doğduğum gün başladı bendeki bu arayış,
Yaz mevsimi yaksa da, dondursa da kara kış,
Ahirden ahirete süregelen bu akış,
Aşkla çağlayan selde arıyorum Allah’ım.Bu dünyada insana yegâne gerçek yarsın,
Günahları affeder, sevapları sayarsın,
Kâinatı yarattın, her tarafta sen varsın,
Dağda, yamaçta, belde arıyorum Allah’ım.Küçücük bir çocukken anneme sordum seni,
Yaşlandıkça anladım hayatı yeni yeni,
Artık sana adadım bu yüreği, bu teni,
Saçımdaki ak telde arıyorum Allah’ım.Beraat gecesinde, günah sevap kefende,
Ölenin üstündeki helâl olan kefende,
Yer ile gökyüzünde, müspet bilimde, fende,
İzninle esen yelde arıyorum Allah’ım.Ramazan’da, Kurban’da, kandil gecelerinde,
Dilimin döndüğünce Kur’an hecelerinde,
Dağların, tepelerin hem en yücelerinde,
Petek üstünde balda arıyorum Allah’ım.Harika’yım emelim; kavuşmak Rabbim sana,
Aşkın kalbime düştü gezerim yana yana,
Himmetinden, affından bir damla düşse bana,
Adını kalpte, dilde arıyorum Allah’ım.HARİKA UFUK
26 TEMMUZ 2010
BERAAT KANDİLİ
SAAT: 17.25 -
Kənan AYDINOĞLU.”Dilə” (Yeni şeir)
Haqqa qovuşanlara,
Tanrıdan rəhmət dilə!
Müsəlman bəndələrə,
Sən də mərhəmət dilə!Həm özünə, həm dosta,
Sən də kəramət dilə!
Məcnun kimi Kəbədə,
Sən də məhəbbət dilə!Ömür-gün yoldaşına,
Təmiz sədaqət dilə!
Dünyada hər bir kəsə,
Yaşayıb ülfət dilə!Dərin hörmət və ehtiramla:
Kənan AYDINOĞLU,
“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.
16 may, 2013-cü il.Bakı şəhəri. -
Sərvər KAMRANLI.Yeni şeirlər
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
KÖNÜL SARAYIMA DOĞRU GƏLƏRSƏN?
Eşitsən möhtacam sevginə sənin,
Könül sarayıma doğru gələrsən?
Olarsam qəlbində ikinci qəlbin,
Dərdini – sərini mənlə bölərsən?
*****
Yağışa çevrilib üstünə yağsam,
Qorxub ağlayarsan, yoxsa gülərsən?
Gözündə yaş olub, gözündən axsam,
Gözünün yaşını necə, silərsən?
*****
Qızıl balıq sənin toruna düşsə,
Dil töküb sən ondan məni dilərsən?
Həsrətim ömrünə yükləsə qüssə,
Acı bu həsrəti vüsal bilərsən?
*****
Vaxtsız əcəl mənə zəngini çalsa,
Məni görmək üçün sən də ölərsən?
Cismim torpaq altda soyuqda qalsa,
Ruhundan ruhuma büküb – bələrsən?Sərvər KAMRANLI 11 yanvar 2014 saat: 02:10
BİR GÜN ÜRƏYİMDƏN QOVACAM SƏNİ
Dilimdən düşməyən sözümsən sözüm,
Girmisən qəlbimə, olmusan özüm.
Nə gecəm bilinir, nə də gündüzüm
Yuxusuz qalıram bütün gecəni,
Bir gün ürəyimdən qovacam səni!
***
Eşqin aləminə düşəndən bəri,
Sanırdım, unudam bəlkə kədəri.
Əksinə çoxaldı dərdin qədəri
Saçlara bəxş etdin bəmbəyaz dəni,
Bir gün ürəyimdən qovacam səni!
***
Dözürəm hələ ki, hər bir zillətə,
Təki çevrilməsin sevgim nifrətə.
Bu esqim dönərsə, əgər həsrətə
Alıb qoparacam, səndəki “məni”,
Bir gün ürəyimdən qovacam səni!Sərvər KAMRANLI 18 noyabr 2013
-
“Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, yaxın günlərdə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı və Gündəlik İnformasiya Agentliyi tərəfindən “Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək ” layihəsi həyata keçiriləcək . Layihənin rəhbəri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, Təsisçilər Şurasının Başqan yardımcısı,, Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru,
“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc xanım yazar Fidan Abbasovadır.Layihə çərçivəsində Azərbaycan Respublikasında fəaliyyət göstərən ədəbi birliklər haqqında olan bilgilər Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının səhifələrində dərc olunaraq facebook sosial şəbəkəsində ictimaiyyətin nəzərinə çatdırılacaq.İnformasiya dəstəyi : “Carci.az” saytı
Təşkilati dəstək : “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalı
Maliyyə dəstəyi : “Konsaltinq-az.com” -
Azərbaycan Yazıçılar Birliyi (AYB)
“Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində
Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirdər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı.
ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı -
Azərbaycan Aşıqlar Birliyi (AAB)
“Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində
Aşıqların I qurultayı 1928-ci ildə, II qurultayı 1938-ci ildə, III qurultayı isə 1961-ci ildə keçirilib. Azərbaycan Aşıqlarının III qurultayı keçirildi. 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan aşıqlarının IV qurultayı keçirildi və Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi yaradıldı, xalq şairi Hüseyn Arif Birliyin sədri seçildi. Azərbaycan Aşıqlar Birliyi 1991-ci ilin iyun ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək müstəqil fəaliyyət göstərməyə başladı.
1992-ci ildə Hüseyn Arifin vəfatından sonra sədrliok üstündə çəkişmələr üzündə Birliyin fəaliyyəti bir növ iflic vəziyyətinə düşdü.
Uzun zamandan bəri dağınıq və pərişan vəziyyətdə olan Azərbaycan aşıqları axır ki, Qurultay səviyyəsində bir araya gəldi. 2008-ci il avqust ayının 29-da aşıqların V qurultayı keçirildi. 1928-ci ildə çağırılmış Birinci Aşıqlar Qurultayının üstündən səksən, sonuncu – dördüncü Qurul¬tayın üstündən isə iyirmi beş il keçdikdən sonra ortaya gələn bu tarixi toplantı müstəqillik illərinin ilk Aşıq Qurultayı idi. Azər¬baycan aşıq mü¬hit¬lərinin getdikcə ağırlaşan durumu, aşıqların sosial-mə¬işət və yara¬dı¬cılıq problemləri Qurultay çağırılmasını zərurətə çevirmişdi. 1984-cü ildə keçirilən dördüncü Qurultaydan sonra aşıqların yaradıcılıq təşki¬latının dağılmağa başlaması və çəkişmə-ziddiyyət meydanına çevrilməsi bir sıra xoşagəlməz nəticələr ortaya gətirdiyindən məsələnin ciddi və köklü şəkildə həllinə ehtiyac böyük idi. Bu səbəbdən ustad aşıqların və görkəmli ziyalıların müraciətinə cavab olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çağırılan növbəti Qurultay bir çox problematik məsələlərə aydınlıq gətirdi.
Qurultayı millət vəkili, akademik Nizami Cəfərov açaraq bu mötəbər tədbiri idarə etməyi akademik Bəkir Nəbiyevdən xahiş etdi. Akademik Bəkir Nəbiyev giriş sözü ilə Qurultay iştirakçılarını salamladı və Qurul¬tayın səlahiyyətli olub-olmaması barədə mandat komissiyasının sədri pro¬fessor Bəhlul Abdullanı kürsüyə dəvət etdi. Mandat komissiyasının sədri 225 nəfərdən ibarət olan Qurultay nümayəndələrinin rayon konfrans¬ları tərəfindən seçilərək göndərildiklərini bildirdi. Qurultayın səlahiyyəti təsdiq olunduqdan sonra söz Azərbaycan Respublikasının Mə¬də¬niyyət və Turizm naziri Əbülfəz Qarayevə verildi. Nazir Azər¬baycan Respublikası Prezidenti İlham Əliyev cənablarının təbrikini Qurultay iştirakçılarına çatdırdı.
Professor Məhərrəm Qasımlı “Aşıq sənətinin müasir vəziyyəti: prob¬lemləri və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi.
YUNESKO-nun eksperti, sənətşünas Sənubər Bağırova “Aşıq sənə¬tinin qarşısında duran perspektiv vəzifələr” mövzusunda məruzə etdi.
Məruzələr ətrafında millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşa¬yeva və Rəfael Hüseynov, professor Qəzənfər Paşayev, professor Sədnik Paşayev, xalq şairi Fikrət Qoca, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əli¬zadə, ustad aşıqlardan Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Gülarə Azaf¬lı və başqaları çıxış edərək aşıq sənətinin tarixi-mədəni dəyəri və çağ¬daş durumu barədə öz mülahizələrini bildirdilər. Aşıq sənətinin Azərbaycan xalqına məxsus unikal mədəni-mənəvi sərvət kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi təklifi çıxış¬çıların əksəriyyəti tərəfindən vurğulandı və qurultay iştirakçıları tərə¬findən dəstəkləndi.
Qurultay nümayəndələri tərəfindən irəli sürülən namizədlər əsasında açıq səsvermə yolu ilə idarə heyəti seçildi. İdarə heyəti xalq şairi Zəlimxan Yaqubun Aşıqlar Birliyinin sədri seçilməsi təklifini irəli sürdü. Qurultay bu təklifi yekdilliklə təsdiq etdi. Professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı Birliyin birinci katibi seçildi.
Professor Məhərrəm Qasımlı Qurultayın Qətnaməsini oxudu. Qət¬na¬mə qəbul olundu.
Qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Müraciəti qəbul edildi.
Qurultayın sonunda aşıqlar geniş konsert proqramı ilə çıxış etdilər.* * *
V Qurultaydan sonra Azərbaycan aşıq sənətində yeni inkişaf mərhələsi başladı. Bu sənətə dövlət səviyyəsində qayğı və diqqət artırıldı, onun təbliği istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev Fondunun rəhbərliyi və Azərbaycan Respublikası Mədə¬niy¬yət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirildi. “Azər¬baycan aşıq sənəti” faylı hazırlanaraq YUNESKO-ya təqdim edildi. Həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verdi – Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoş¬mə¬ramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq sənətinin qo¬run¬ması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 2009-cu ilin 28 sentyabr – 02 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Ko¬mitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Ko¬mi¬¬¬tə¬sinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına da¬xil edildi
-
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB)
“Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində
Dünya Gənc Türk Yazarlar Birliyi 1998-ci ilin sentyabrında Qazaxıstanın Türküstan şəhərində keçirilmiş VIII Türk Dünyası Gənclik Günləri və Qurultayında təsis olunub.
Birliyin Nizamnaməsi 02.06.1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasında dövlət qeydiyyatına alınıb ( No: 1133).
Birlik türk dövlət və topluluğunun hər hansı birinin dilində (türkcəsində) yazan gənc yazıçıların könüllü ictimai birliyidir;
DGTYB uluslararası ictimai birlik olaraq öz fəaliyyətini qüvvədə olan nizamnaməsi, uluslararası hüquq qaydaları və Azərbaycan Konstitusiyasına əsasən qurur.
DGTYB-nin Təsisçilər Şurası:
Əkbər Qoşalı (başqan), Rəsmiyyə Sabir, Aygün Həsənoğlu, İlqar İlkin, Təranə Tural (Rəhimli), Güllü Yoloğlu, Dəyanət Osmanlı, Səhər, Şəlalə Zaman
DGTYB Yönətim Kurulu (YK) başqanlığı
2103: Rəvan Tohidoğlu (Səmədov)-başqan, Əfsanə Bayramqızı (Ələsgərli), Tural İrfan, Yeqzar İ.Cəfərli-başqan müavinləri; -
“Gənc Ədiblər Məktəbi”
“Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində
“Gənc Ədiblər Məktəbi” 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən koordinasiya edilib. Bu məktəbin məqsədi ədəbi yaradıcılıq sahəsində fəaliyyət göstərmək arzusunda olan, bu sahədə yeni addımlar atan 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, onları tanıtmaq, gənclərin yaratdığı ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləməkdən ibarətdir.İki illik fəaliyyətin yekunlarına görə müəyyən yaradıcılıq vərdişlərinə yiyələnmiş gənclərə nazirliyin sertifikatları verilir.
“Gənc Ədiblər Məktəbi”nə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid rəhbərlik edir.Məsul katib yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istededlı gənc yazar, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Emin Piridir. -
Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ)
“Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək” layihəsi çərçivəsində
Yeni Yazarlar və Sənətçilər Qurumu
Association of New Writers and Artists
Организация Новых Писателей и Деятелей ИсскустваHüqüqi ünvan: Bakı şəhəri Xaqani 25, Azərbaycan Yazıçılar Birliyi, 4 mərtəbə
Yazışma: 331-ci otaq, Mətbuat pr., 529-cu məhəllə, Bakı, Az 1073, Azərbaycan R
Tel.: (+99412) 418 93 58; 538 03 17; (0-50) və (070) 213 40 43; e-mail: aydinxan@mail.ru , artyazar@yahoo.com , xanaydin@gmail.com. Sayt: www.kitabxana.netYeni Yazarlar və Sənətçilər Qurumu haqqında məlumat
1.YYSQ-nin yaranma tarixi: 11 dekabr 1998-ci il.
2.YYSQ-nin dövlət qeydiyyatı tarixi: N 1086 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, 24.02.1999
3.Yeni Yazarlar və Sənətçilər Qurumu 1998-ci ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvüdür.
4.YYSQ-nin rəhbərinin soyadı, adı və atasının adı: Aydın Xan (Aydın Əhməd oğlu Əbilov), Yeni Yazarlar və Sənətçilər Qurumunu sədri, yazıçı-kulturoloq1.Hüquqi ünvanı:
4 mərtəbə, Xaqani küçəsi 25, Bakı şəhəri, Az 1073, Azərbaycan Respublikası
2.Əsas fəaliyyət istiqaməti (missiyası):
Mədəniyyət və ədəbiyyat hadisələrinin təşkili, Azərbaycan ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və b.
Təşkilat 14 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, elektron kitabxana, elektron kitab, e-oxu, e-yazı vərdişlərinin populyarlaşdırlıması, yeni sosial media və İnternet resurslarının inkişafı, kreativ innovasiyalar, kulturologiya kimi fəaliyyəti sahələri ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirmiş, 10 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” Layihəsini gerçəkləşdirir. YYSQ-nun bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Milli Virtual (Elektron) Kitabxana – Sadələşdirilmiş Milli e-Axtarış Sistemi” İnternet portalı yaradılıb və fəaliyyət göstərir.
3.YYSQ-nin məqsədi:
YYSQ-nin əsas fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. YYSQ fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.
4.YYSQ-nin əsas tərəfdaşları:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, ARPY QHT Dövlət Dəstəyi Şurası, ARPY Gənclər Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu, AR Gənclər Təşkilatları Milli Şurası, M.F.Axundov adına Milli Kitabxana, “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyi və b.
5.Üzv olduğu yerli koalisiyalar:
Milli QHT Forumu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində fəaliyyət göstərən İctimai Şura
6.Üzv olduğu beynəlxalq qurumlar:
“GUAM-PEN” GUAM Ölkələri Yazıçıları Şəbəkəsi, Türk Dünyası Gənclər Təşkilatları Birliyi İslam Ölkələri Təşkilatının Gənclər Platforması
7.Üzvlərinin sayı 145 (aktiv 40 nəfər)
8.Strukturu:
Təşkilatın üzvləri yaradıcı insanlar – yazıçılar, şairlər, jurnalistlər, publisistlər, tənqidçilər, tərcüməçilər, filoloqlar, sənətin müxtəlif sahələrinin adamları və sadə ədəbiyyatsevər şəxslərdən ibarətdir.
YYSQ-nin icraedici orqanı: sədr və 7 nəfərlik İdarə Heyəti, qanunverici orqan: 9 nəfərlik Məclis, nəzarətedici orqan: 3 nəfərlik Mərkəzi Nəzarət-Təftiş Komissiyası
9.Regional şöbələri:
Respublikanın əsas 6 bölgəsində (Sumqayıt, Quba, Cəlilabad, Lənkəran, Gəncə, Naxçıvan) bölmələri fəaliyyət göstərir. Daha geniş məlumatlar bu saytlarda: www.kitabxana.netYYSQ-nin həyata keçirdiyi bəzi layihələr
1 – 4 www.kitabxana.net
Milli Virtual Kitabxana
Bakı şəhəri 2010-2012 (II, III və V mərhələ)
Bakı şəhəri 2012 (IV mərhələ)
6 ay
6 ay
6 ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (I , II, III və V mərhələ).
AR Gənclər və İdman Nazirliyi (IV mərhələ).
AR Mədəniyyət və Turizm Nazirliyi, AYB.
5 “Azərbaycan – Ümumi Evimiz və İrsimiz” ədəbi layihə 1 il Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu. “Sənət və mədəniyyət” Şəbəkə proqramı, Budapeşt
6 I – XII Bakı Kitab Bayramı,
Bakı şəhəri
(Hər il keçirilən Ümumrespublika Kulturoloji tədbirlər silsiləsi) 5 ay AR Gənclər və İdman Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, AYB, “Təhsil” nəşriyyatı və b.7 “Azərbaycan: müxtəlif mədəniyyətlərin birləşdiyi Ümumi Evimiz” Kulturoloji Layihə 4 ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
8 Azərbaycan Yazıçılar Birliyi ilə birgə 3 yazarın kitablarının nəşri 6 ay Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
9-11 Heydər Əliyev – 90 yubileyinə həsr olunmuş XIII Bakı Kitab Bayramları,
Bakı şəhəri mart- noyabr 2013
(Hər il keçirilən Ümumrespublika Kulturoloji tədbirlər silsiləsi) 5 ayAR Gənclər və İdman Nazirliyi, AYB.
12 “Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Virtual Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” Kulturoloji Layihə. Bakı şəhəri – 2011 5 ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
13-16 Ədəbi saytların yaradılması:
1) www.firuza.az
2) www.fikretsadıq.az
3) www.simuzer.az
4) www.evezsuleyman.net
Bakı şəhəri, 2011 – 2013 5 ay
4 ay
4 ay
6 ay AYB,
YYSQ
Milli Virtual Kitabxana
17 “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal – e-kitab formatında hazırlamaq. Kulturoloji-şəbəkə Layihəsi. Bakı şəhəri – 2012 6 ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
18. “Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı”
Bakı və İnternet. 2013 5 ay Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu
19 Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması Kulturoloji Layihəsinin 5 ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
20 “Fəal gənclər və QHT liderləri üçün İnternet jurnalistikası (sosial media), blogerliklə bağlı real, eləcə də virtual (distant-məsafəli) təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, e-kitab formasında elmi-praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyət” Bakı, İnternet. 2013 5 ay Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
21 “Ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmş XIII Bakı Kitab Bayramı – Kulturoloji Tədbirlər vasitəsilə gənclərdə mütaliəyə marağın artırılması, elektron oxu, e-yazı mədəniyyətinin formalaşdırılması, Azərbaycan kitabının sosial şəbəkələrdə, daxildə və xaricdə təbliği” Kulturoloji – İnnovativ Layihə.
Bakı. 2013 6 ay Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
22 “Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-Akademiya” 2 ay Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu5.YYSQ üzvlərinin sayı: 145 (aktiv 40 nəfər)
6.YYSQ-də daimi çalışan işçilərin sayı: 5 nəfər (könüllülük əsasında)
7.YYSQ-nin ünvanı: 331-ci otaq, 9 mərtəbə, Mətbuat pr., 529-cu məhəllə, Bakı şəhəri, Az 1073, Azərbaycan Respublikası. Hüquqi ünvan: 4 mərtəbə, Xaqani küçəsi 25, Bakı şəhəri, Az 1073, Azərbaycan Respublikası
8.YYSQ-nin telefonları: (+99412) 418 93 58, (+99412) 538 03 17, (+99450) 213 40 43, (+99470) 213 40 43
Elektron poçt ünvanı: xanaydin@gmail.com , aydinxan@mail.ru , artyazar@yahoo.com
İnternet səhifəsi: www.kitabxana.net
(YYSQ barədə geniş məlumat: http://kitabxana.net/?oper=showdata&id=2)9.Feysbuk və başqa sosial şəbəkələrdəki resurslarımız:
Aşağıdakı sosial şəbəkələrdə YYSQ və onun layihələrinə, fəaliyyətinə aid fəaliyyətin qurulması, səhifələrin açılması və izləyicilərin cəlb edilməsi, portalının genişləndirilməsi, əlavə proqramının yazılması, materialların elektron variantlarının hazırlanması, kitabların rəqəmsal formatda şəbəkə üçün hazırlanması, davamlı zənginləşdirilməsi işləri təbliğ olundu. Sosial şəbəkələrdə bir sıra ədəbi səhifə və resurslar yaradıldı, e-təlimlərin materialları virtual olaraq yayımlandı.
Kitabxananın və başqa elektron daşıyıcıların təqdimat-tanıtım tədbirlərinin təşkili, Virtual Kitabxananın ölkə daxilində və xaricdə təbliği, xarici qonaqlar, turistlər və dünyada yaşayan soydaşlarımız arasında məlumatların paylanması, elektron ünvanlarına tanıtım məlumatların göndərilməsinə diqqət ayrıldı.
Müxtəlif sosial şəbəkələrdə fəallıq göstərməyə çağırılıb. Veb-təlimlər və hazırlanmış yeni elektron kitablar http://kitabxana.net/?oper=e_kitabxana&cat=168 saytında, https://www.facebook.com/groups/kitabxana/ (16 350 üzv),
Yeni Yazarlar və Sənətçilər Qurumunun Feysbuk səhifəsi: https://www.facebook.com/YYSQAX (585 üzv), “Yeni Yazarlar” Ədəbi-kulturoloji kursun Feysbuk səhifəsi: https://www.facebook.com/YeniYazarlar (558 üzv), eləcə də https://www.facebook.com/Aydinxan.ebilli (6500 üzv) ünvanlı Feysbuk profil, qrup və səhifələrimizdə, habelə Virtual TV-miz:http://www.youtube.com/user/Artyazar2012 , Tvviter: https://twitter.com/Aydinkhan, https://plus.google.com/u/0/115539998703794612860/posts Google+ kimi ən məhşur sosial şəbəkələrdə – yaratmış olduğumuz ciddi resurslarımızda tanıdılır, yayılır, təbliğ olunur.10. YYSQ-nin starategiyası.
YYSQ nəzdində hazırda struktur dəyişikliklər gedib və hazırda aşağıdakı bölmə və mərkəzlər fəaliyyət göstərir.
– Gənc yazarlarla iş bölümü
– Kreativ innovasiyalar Mərkəzi;
– Hüquq, müəllif hüquqları və ədəbi agentlik bölməsi
– Milli Kulturologiya Mərkəzi;
– Gənclər və tələbələrlə iş bölümü;
– İctimai Qurumlarla əlaqə və Analitik-İnformasiya bölməsi;
– Sənət bölməsi;
– Beynəlxalq ədəbi-mədəni əlaqələr bölümü;
– İnternet və elektron kitabxana, sosial media və şəbəkələr bölməsi.YYSQ hazırda virtual ədəbiyyat, milli İnternet resurslarının inkişafı, yeni e-oxu və e-metaliə mədəniyyətinin, eləcə də virtual yazı vərdişlərinin formalaşdırılması, yeni ədəbi saytların yaradılması, elektron kitabxanaların inkişafı, e-kitab nəşri. Kitabxana.net – Milli Virtual Kitabxananın zənginləşdirilməsi, kreativ innovasiyalarla bağlı tədqiqat və araşdırmaların dəstəklənməsi, milli kulturologiya elminin təşəkkülünü sürətləndirilməsi, sosila media və yeni medianın möhkəmləndirilməsi, beynəlxalq ədəbi-mədəni hadisələrin təşkili, yeni humanitar-estetik texnologiyaların Azərbaycana gətirilməsi, Azərbaycan dəyərlərinin xaricdə təbliği, elektron və səsli kitab nəşrinin artırılması, yeni nəsil yazarların intellektual-kulturoloji bilgilərlər əhatələnməsi və peşəkarlıqlarının artırılması, müəlif hüquqlarının qorunması, ədəbi agentliklərin yaradılması kimi istiqamətdə strategiyalar hazırlayıb gerçəkləşdirməkdədir.
-
Ustad aşıq Mikayıl Azaflının anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək
2014-cü il mayın 30-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşıq Mikayıl Azaflının anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gecə keçiriləcəkdir. Gecədə Respublikamızın tanınmış aşıqları və müğənnilər ustadın yaratdığı və havaları ifa edəcək, sözlərini oxuyacaqlar. Xatırladaq ki, Mikayıl Azaflı – Mikayıl Cabbar oğlu Zeynalov 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub. O, böyük coşğunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıqlardan idi. O, “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Məzahiri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları yaradıb. Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərinin ortalarına qədər mətbuat üzünə həsrət qalmışdı. “Qoca Qartal” adlı kitabı 1987-ci ildə çap olunub. 1989-cu il may ayının 17-də Mikayıl Azaflı ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.Mikayıl Azaflı 1990-cı ildə vəfat edib. Ölümündən sonra Tovuz şəhərində bir küçəyə aşığın adı verilib, Azaflı kəndində oxuduğu məktəbin önündə büstü qoyulub.
-
Xalq Cümhuriyyətinin yaradılmasından 96 il ötür
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (1918-1920-ci illər)
Azərbaycan xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.
Zaqafqaziiya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeni ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Ümumi bir platforma yox idi. Bir sözlə yenidən parçalanma məsələsi labüd idi. Nəhayət 1918-ci il may ayının 25-də Zaqafqaziiya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziiya Seymindən çıxaraq may ayının 26–da öz istiqlaliyyətini elan edir.
Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər.
M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.
1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.
İstiqlaliyyət Bəyannaməsi
Böyük Rusiya inqilabının cəryanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcub bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cumhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cumhuriyyəti cuzindən çıxıb öz müstəqil Gürcü Xalq Cumhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor.
Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:
1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cumhuriyyəti olaraq təqərrür ediyor.
3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti-Həsənə təsisinə əzm edər.
4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi ğözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vatəniyyə təmin elər.
5. Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün ğeniş meydan buraxır.
6.Məclisi-müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai-Milli və Şurai-Milliyə qarşı məsul höküməti-müvəqqəti durur.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür.
Bu zaman Gəncədə real hakimiyyət Türkiyənin Qafqaz ordusu baş komandanı Nuru paşanın əlində idi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdıqları tədbirlərin “həddindən artıq demokratik istiqamətindən” narazı qalan bəzi qüvvələrin təsiri ilə Nuru paşa Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Uzun danışıqlardan sonra qarşılıqlı güzəştlər əsasında razılıq əldə olunur. Təklif olunur ki, Milli Şura buraxılsın və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunsun. Bu məsələlərin müzakirə olunması üçün 1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədirliyi ilə Milli Şuranın növbəti (yeddinci) iclası keçirilir.
Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edildi. İclasda çıxış edən F.X.Xoyski bildirir ki onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır.
Paralel olaraq Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Ən mühüm tədbirlərdən biri də 15 iyul 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərarıdı. Ümumiyyətlə paytaxt Bakıya köçürülənə qədər Azərbaycan hökuməti Gəncədə ölkənin ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər həyata keçirmişdi. Azərbaycan hökumətinin ən böyük vəzifələrindən biri Bakı şəhərini 1918-ci il iyulun axırlarında süqut etmiş Bakı kommunasından sonra şəhəri ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası”ndan təmizləmək idi.
Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.
Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.
Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir.
Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, lakin Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir.
1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir.
Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.
Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski baş katib seçilir.
Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir.
Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.
Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət qruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətnin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi.
Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.
Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.
Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyaları idi. Azərbaycan Xalq Cümhuriyyəti hüquqi Dövlət yaratmaq üçün hakimiyyətin qanunvericilik, icraedicilik və məhkəmə orqanlarına bölünməsi prinsipini də nəzərdə tuturdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin bütövlükdə fəaliyyəti daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumaq, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün şərait yaratmaq, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə, siyasi, iqtisadi və ticarət əlaqələrini yaratmağa yönəlmişdi. Eyni zamanda bu dövr ərzində vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı dövlət Universitetinin yaradılması haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və s. Sənədlər də parlamentdə müzakirə edilib və qəbul edilmişdi.
Azərbaycan Parlamentinin və hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycan istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi.
Xarici siyasətdə ilk addım olaraq Azərbaycan Respublikasının yaranması barədə dünya ölkələrinin xarici işlər nazirliklərinə məlumat verilməsi oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi və xarici dövlətlərdə nümayəndəliklər yaradılması ilə əlaqədar olan çətinliklər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı dövlətinə müraciət etməsinə səbəb oldu.
Cənubi Qafqaz hökuməti tərəfindən yaradılan Türkiyə ilə münasibətlərdə əhəmiyyət kəsb edən Batumi danışıqları artıq müstəqil respublikaların xarici siyasətində mühüm mərhələ oldu.
4 iyun 1918-ci il “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycan Respublikasının xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd hesab olunur. 11 maddədən ibarət müqavilənin mühüm əhəmiyyətə malik 4-cü maddəsində “dinclik və asayişi möhkəmləndirmək ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür” müddəası öz əksini tapırdı. Bu müqaviləyə əlavə olaraq, Bakı-Batum neft kəməri, Cənubi Qafqaz dəmir yolu haqqında olan saziş və protokollar imzalandı. “Bakı-Batum neft kəməri” ilə bağlı sazişdə Gürcüstan, Türkiyə və Azərbaycan öz ərazilərində neft kəmərinin fəaliyyətinin təmin olunmasını razılaşdırırdılar. Dəmir yoluna dair imzalanmış ikinci sazişdə Qafqaz və Osmanlı dövləti razılaşdırırdılar ki, keçmiş Rusiya mülkiyyətində olan dəmiryol nəqliyyat vasitələri tərəflər arasında bölüşdürüləcək.
14 iyun Batumda “Sülh və dostluq” müqaviləsinə əlavə olaraq iki saziş imzalandı Birinci sazişdə 4 iyun müqavilənin Almaniya və Avstriya-Macarıstana da aid olduğu bildirilirdi və Azərbaycanın müstəqilliyinin müttəfiqlər tərəfindən tanınmasını Türkiyə öhdəlik kimi üzərinə götürürdü.
Almaniya, Avstriya-Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz dövlətlərinin iştirakı ilə keçirilən İstanbul konfransında Azərbaycan hökumətini təmsil edən nümayəndələrə iştirakçı dövlətlərlə siyasi, iqtisadi və hərbi məsələlərlə bağlı müqavilələr imzalamaq səlahiyyəti verildi. Almaniya və Sovet Rusiyası arasında aparılan gizli danışıqlar nəticəsində Brest müqaviləsinə əlavə olaraq 27 avqust sazişi imzalandı. Sazişin VI fəsli Qafqaza aid idi. 13-cü maddədə Gürcüstanın müstəqilliyinin Almaniya tərəfindən tanınmasına Rusiya öz razılığını bildirdi. Azərbaycana dair 14-cü maddədə Azərbaycana Almaniyanın heç bir şəkildə yardım etməməsi və bu ərazilərdə üçüncü qüvvənin yerləşməsinə razı olmaması, eyni zamanda Bakı neftinin müəyyən hissəsinin Almaniyaya verilməsi razılaşdırılırdı. Sazişin bu hissəsi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmişdi. Bununla bağlı Azərbaycan hökuməti Alman nümayəndəsi qraf Valdburqa nota təqdim etmişdi. Beynəlxalq aləmdə vəziyyətin Antanta dövlətlərinin xeyrinə dəyişməsi və bəzi diplomatik cəhdlər nəticəsində sentyabrda Almaniya 27 avqust müqaviləsindən rəsmi olaraq imtina etdi. Eyni zamanda Azərbaycanda diplomatik münasibətlər baxımından əlaqə quracağını və rəsmən tanıyacağını bildirdi. Həmçinin Almaniya Azərbaycanın Sovet Rusiyası tərəfindən də tanınacağına vəd verdi.
1918-ci il oktyabrın 30-da imzalanan Mudros barışığı Azərbaycan üçün də çox ağır siyasi iz buraxmış oldu. Müqavilənin 11-ci maddəsi Türkiyənin Cənubi Azərbaycan və Cənubi Qafqazdan çıxarılmasını nəzərdə tuturdu.
10 noyabr tarixində Azərbaycan hökuməti tərəfindən ABŞ prezidentinə dünya dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə müraciət olundu. Bununla yanaşı Azərbaycan nümayəndə heyəti Ənzəlidə Böyük Britaniya komandanlığı ilə danışıqlara başladı. Müttəfiq qoşunların Bakıya daxil olması ilə yaranmış çətinliklər diplomatik səylər nəticəsində müttəfiq komandanlıq tərəfindən de-fakto Azərbaycanın tanınması ilə nəticələndi.
I dünya müharibəsi başa çatdıqdan sonra qalib dövlətlər öz qələbələrini razılaşdırmaq və rəsmiləşdirmək, beynəlxalq aləmdə yaranan problemləri həll etmək məqsədilə Parisdə sülh konfransı çağırmaq barədə qərar qəbul etdilər. Azərbaycan hökuməti nümayəndələri Ənzəlidə müttəfiq komandanlığın generalı Tomsonla danışıqlarda beynəlxalq sülh konfransında iştirak üçün təminat almışdılar. Sülh konfransında iştirak etməklə Azərbaycan nümayəndələri 4 mühüm vəzifəni həll etmək istəyirdilər: 1) ABŞ, Fransa, Böyük Britaniya, İtaliya müttəfiq hökumətləri və Hollandiya və İsveçrə nümayəndələri ilə görüşərək suveren dövlət kimi Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq; 2) Azərbaycan haqqında ictimai rəy formalaşdırmaq; 3) Tanınmış ictimai və siyasi xadimlərlə, təşkilat rəhbərləri ilə görüşərək Azərbaycan barədə məlumat vermək; 4) Xarici dövlətlərin ticarət-sənaye dairələri ilə kommersiya əlaqələrinə girərək, Azərbaycanın gələcəyi üçün zəruri materialların toplanması.
Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov ABŞ-ın İstanbuldakı diplomatı Naesklə görüşərək, ABŞ prezidenti V.Vilsonun 14 maddəlik prinsiplərinin Azərbaycana şamil edilməsi və müstəqilliyimizin ABŞ tərəfindən tanınmasına köməklik göstərməyi xahiş etmişdi. Hollandiya, İsveç və İngiltərənin İstanbuldakı nümayəndələri ilə görüşündə Azərbaycanın hazırki vəziyyətinə dair memorandumu təqdim etmiş və həmin dövlətlərin öz ölkələrindəki diplomatik nümayəndəlikləri bu barədə məlumatlandırmasını razılaşdırmışdılar. Ə.M.Topçubaşov Denikin hökumətinin nümayəndəsi Sazonovla görüşündə, onu “vahid və bölünməz Rusiya” uğrunda mübarizə ideyasından çəkindirməyə çalışırdı. Azərbaycanın müstəqilliyinə düşmən mövqedən yanaşan İran dövlətinin xarici işlər naziri Əliqulu xan Ənsari ilə görüşündə Ə.M.Topçubaşov bu yanaşmanı yumşaltmağa nail oldu. İran nümayəndələri sülh konfransında Azərbaycanın istiqlaliyyətini müdafiə edəcəklərinə söz verdilər. Ancaq bu, söz olaraq qaldı.
Yanvarın 18-də başlayan Paris Sülh konfransının gedişi zamanı Vilson tərəfindən Rusiya ərazisindəki qarşı-qarşıya duran bütün qüvvələrə müraciət elan olundu və fevralın 15-də Mərmərə dənizindəki Şahzadə adasında konfrans keçirməyi təklif etdi. Azərbaycan öz müstəqilliyinin tanınması uğrunda mübarizə apardığından bu konfransda iştirakdan imtina etdi. Azərbaycan nümayəndələrindən fərqli olaraq, artıq Paris konfransında iştirak edən erməni və İran nümayəndələri Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdilər.
Azərbaycan nümayəndə heyətinə yalnız mayın əvvəlində Parisə gəlmək mümkün oldu. ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ, Fransa, İtaliya və Böyük Britaniya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə olundu və Ə.M.Topçubaşovun nümayəndə heyətinin rəhbəri kimi tanınmasına razılığını verdi.
Nümayəndə heyəti mayın 23-də ingilis nümayəndəsi ser Malletlə görüşündə 1919-dan Bakıdakı işğal rejiminin ləğvi məsələsi müzakirə olundu. Boğazlar və Qafqazda mandatlar məsələsi ilə bağlı müzakirələr ABŞ-ın marağına səbəb oldu və mayın sonu Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Prezidentə təqdim olunan memorandum Azərbaycan barədə məlumat verirdi və buna əlavə 6 bənddən ibarət tələblər irəli sürüldü. Burada, Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycana şamil edilməsi, MC-nə qəbul; ABŞ hərbi departamentliyi tərəfindən Azərbaycana hərbi yardım və ABŞ-Azərbaycan arasında diplomatik münasibətlər yaradılsın; fikirləri öz əksini tapmışdı. Lakin Vilson müstəqillik məsələsinə fikir bildirməyərək əvvəlcə rus məsələsinin həllinə tərəfdar olduğunu bildirdi.
1919-cu ildə iyun ayında Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə paktı imzalandı. Pakt dövlətlərdən hər hansı birinin ərazi bütövlüyü və istiqlaliyyətinə təcavüz olardısa, digər tərəfin hərbi yardımını nəzərdə tuturdu və tərəflərin separat sülh bağlamamaq öhdəliyi burada öz əksini tapmışdı.
Regionda mandat almaq uğrunda mübarizədə böyük dövlətlərin maraqları toqquşurdu. Burada xüsusən ABŞ Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarını dəstəkləyirdi və Naxçıvan, Şərur-Dərələyəz general qubernatorluğunun yaradılmasına çalışırdı. Azərbaycan nümayəndə heyəti öz görüşlərində və vermiş olduqları etiraz notalarında bunun doğru olmadığını vurğulayırdılar. Haskelin təhlil etdiyi layihədəki müddəalara Azərbaycan hökuməti bir şərtlə razı olurdu ki, ərazi Azərbaycan tərkibində qalacaq.
Noyabr ayında ABŞ missiyasının vasitəçiliyi ilə Tiflisdə Azərbaycan-Ermənistan sazişi mühüm əhəmiyyətə malik oldu. Sazişin III maddəsində tərəflər razılaşmayacaqları məsələdə ABŞ-ın münsiflər məhkəməsi rolu tanınırdı. Saziş ABŞ ordusu Qafqazı tərk etməsi ilə qüvvədən düşdü.
1919-cu ilin sentyabrında Parisdəki nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov ABŞ konqresi nümayəndələr palatasının üzvü Çandlerin ABŞ-da Azərbaycanın müstəqillik və mənafe maraqlarının qorumaq üçün vəkil təyin olunması ilə bağlı saziş imzaladı.
Oktyabr ayında Fransa müstəmləkə liqasının xarici siyasət bölməsinin rəhbəri Azərbaycanın de-fakto və de-yure tanınmasını müdafiə etdiyini və nümayəndə göndərmək xahişi ilə Klemanso hökumətinə müraciət etdiyini bildirmişdi.
4 maddəlik İran-Azərbaycan ittifaqı haqqında sazişin imzalanması Azərbaycan nümayəndə heyətinin İranın öz sərt mövqeyini dəyişdirmək istiqamətində diplomatik uğurun nümunəsi oldu. Saziş Azərbaycanın müstəqil dövlət olduğunun tanınması barədə idi.
1920-ci ilin yanvarında Parisdə Ali Şuranın iclası Azərbaycanın müstəqilliyini bəyan edən memorandum hazırladı. Xəzər dənizinin müdafiəsi, Azərbaycana maliyyə, hərbi və ərzaq yardımı göndərilməsi məsələləri öz əksini tapdı. Azərbaycan nümayəndə heyəti qarşısına qoyduğu məsələləri və əsasən müstəqilliyin tanınması məsələsini həll etmiş oldu. Mart ayında Azərbaycan-İran arasında imzalanan müqavilə müstəqilliyimizin de-yure tanınmasını bəyan etdi.
Aprel ayında San-Remo konfransında Azərbaycanı maraqlandıran neft, Batum məsələsi, rus məsələsi, Türkiyə-Ermənistan sərhədləri müzakirə olundu.
1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan azərbaycan yalnız 23 ay müstəqil ola bildi.
-
Bahadur ƏLİZADƏ.”Xatirələr” (Şeir)
XATİRƏLƏR
Xatirələr yatanı oyatmağa bənzəyir,
Yaddan çıxan çox insan xatirəndə gözləyir,
Unudulmuşlar bəzən yada düşür qəfldən,
Kövrəlib ağlayırsan, onu görürsən birdən.Xatirələr acıdır , xatirələr çox şirin,
Böyük yaralar açar, dibi bilinməz ,dərin,
Zaman sağaldar onu, amma yaran qapanmaz.
Xatirən baldırsa da ondan məlhəm alınmaz.Ümidlər, çox arzular xatirəyə çevrilir,
Acılar, çox ağrılar qəlblərdə yer eyləyir.
Unudulmur yaralar, unudulmur acılar,
Unudulmur həyatda ən gözəl xoşbəxt anlar.2012.
-
“Yalan danışmaqdan çəkinin” (Məqalə)
Səmimiyyət elə bir xüsusiyyətdir ki, insanın baxışlarından, üzündəki ifadələrdən, səs tonundan, üslubundan, hadisələri nəql etmə tərzindən dərhal sezilir. Səmimiyyətsiz insanlar isə öz xasiyyətlərinə bələd olduqları üçün səmimiyyətsizliklərini böyük səylə, xüsusilə də, hər sözlərinə və hərəkətlərinə izah gətirərək gizlətməyə çalışırlar. Ancaq səmimiyyətsizliyi gözəl əxlaqla pərdələyib davam etdirmək mümkün deyil. Aydındır ki, yenə də Qurana zidd, xoşagəlməz əxlaq nümayiş etdirəcəklər. Səmimiyyətsiz insanların yalana üz tutmasının səbəbi də budur. Lakin unutmaq olmaz ki, pis əməli pis əxlaqla ört-basdır etmək qeyri-mümkündür. Bu, insanın haqq yoldan daha da uzaqlaşmasına, səmimiyyətini və özünə olan hörmətini itirməsinə səbəb olar.
“Vay halına iftiraçının və günahkarın!” (Casiyə surəsi, 7)
Əlbəttə, nəfsinin əmrlərinə tabe olan nəfsinin əmrlərinə tabe olan insanlar Quranın bu hökmündən xəbərdardırlar. Bütün yalanlarının, dünyada və ya axirətdə mütləq ifşa olunacağını, Allah`ın bu əməllərindən razı qalmayacağını yaxşı bilirlər. Buna görə də yalanlarını səmimiyyətsiz sözlərlə əsaslandırmağa çalışırlar. Bəzən hamı tərəfindən aydın görülən həqiqəti danmağın yalan olduğunu qəbul edir və bu əməldən çəkinirlər. Ancaq çox vaxt bəzi istisnalar olduğunu, bunların yalan sayılmadığını iddia edirlər. Təbii ki, onlara bu hiyləgər üsulları öyrədən şeytandır. Məsələn, şeytan onlara sübutu çətin üsullarla yalan danışmağı fısıldayır. Əgər yalan danışdıqları sübuta yetirilmirsə, bu halda insanları sözlərinin doğru olduğuna inandırmağa çalışırlar. Şeytan bu hiyləsi ilə səmimiyyətsiz insanlara yalan danışmağı təlqin edir, mənasız izahatlarla da yalanlarını gizlətməyi öyrədir.
Ən əhəmiyyətlisi, tez-tez yalan danışmaqlarına baxmayaraq, bu insanlar əxlaqsızlıq etdiklərini əsla qəbul etmirlər. Şeytanın yolunu izləyərək yalanlarını müxtəlif bəhanələrlə izah etməyə, üzlərində məsumluq ifadəsi yaratmağa çalışırlar. Məsələn, “ağzımdan elə çıxdı”, “səhv dedim”, “əskik danışmışam”, “səhv xatırlamışam”, “o hissəsini deməyi unutmuşam”, “başqa söhbətlə qarışdırmışam” və s. belə ifadələrlə yalanlarına məsumluq donu geyindirməyə cəhd edirlər. Bir sözlə, əslində pis niyyətlə yalan danışmadıqlarını və yalanlarının zərərli olmadığını iddia edirlər. Yalançılığın pis əxlaq olduğunu xatırlatdıqda, yalan danışmaq istəmədiklərini, sadəcə mövcud vəziyyəti açıqlamağa çalışdıqlarını deyirlər. Səmimiyyətsizlikləri sübut olunduqda isə bu dəfə də başqa üsula əl atırlar. İnsanların düşüncələrinin onlar üçün əhəmiyyətli olmadığını, qəlblərindəki təmiz niyyətdən əmin olduqlarını vurğulayırlar. Əlbəttə, insanın niyyəti çox əhəmiyyətlidir. Lakin bu həqiqəti dilə gətirməkdə tək məqsədləri səmimiyyətsizliklərini ört-basdır etməkdir. Burada unutduqları ən böyük həqiqət Allah`ın onsuz da hər şeyi bilməsidir. Bəhsi keçən insanlar isə bu həqiqətdən sui-istifadə etməyə çalışır, qəlblərindəki əsl niyyəti Allah`ın bildiyindən arxayın olduqlarını deyir, bu arxayınlıqlarını “dəlil” kimi təqdim edirlər. Ancaq qəlbən nə qədər səmimiyyətsiz olduqlarını bilirlər. Beləliklə, niyyətin əsas əhəmiyyət daşıdığını və başqaları onlara inanmasa da, öz səmimiyyətlərindən əmin olduqlarını dediklərində də yalan danışırlar. Qəlblərində gizlətdiklərinə Allah`ı şahid göstərirlər. Halbuki Allah onların yalan danışdıqlarını bilir. Quranda bu insanların vəziyyəti “…Onlar bilə-bilə Allah`a qarşı yalan danışırlar” (Ali İmran surəsi, 78) ayəsi ilə bildirmişdir.
İnsanın yalan danışdığı sezilməsə, müxtəlif üsullarla ətrafındakıları aldatmağı bacarsa belə heç vaxt unutmamalıdır ki, Allah gizlidən daha gizlini də bilir.
“Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir.” (Nəml surəsi, 74)
Allah haqqı gizlətmək üçün edilən bütün cəhdləri və deyilən bütün yalanları ən incəliklərinə qədər bilir. Rəbbimiz “…Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın…” (Ənam surəsi, 151) ayəsində gizli-aşkar bütün pis əməlləri haram qılmışdır. Başqa bir ayədə isə Allah “Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə” (Ənam surəsi, 120) gizli səmimiyyətsizlikdən çəkinmək üçün insanları xəbərdar edir.
Ancaq nəsfinin istəklərini Allah`ın rizasından üstün tutan insanlar bu həqiqətləri qulaq ardına vururlar. Şeytanın təsiri ilə yalanlarını hiyləgərliklə izah etməyə və özlərinə haqq qazandırmağa çalışırlar. Nəticədə tez-tez yalan danışmağa başlayırlar. Belə ki, yalan danışmaq artıq vərdişlərinə çevrilir. Bu insanların şeytanın təsiri ilə hərəkət etdikləri Quranda belə xəbər verilir:
“Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. (Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!” (Şuəra surəsi, 221-223)
Əlbəttə, insan özünü nə qədər aldatmağa, vicdanını rahatlatmağa çalışsa da, həqiqəti dəyişdirə bilməz. İnsanın bütün əməlləri sağında və solunda oturan mələklər tərəfindən anbaan yazılır. Ətrafındakıları, hətta dünyadakı bütün insanları aldatmağı bacarsa da, həqiqətin Allah qatında saxlanıldığını unudur. İnsan Allah`ın hüzurunda bütün əməl və sözlərindən məsul tutulacaq. Səmimi insan isə hər yanlışında, günahında Allah`a tövbə ilə yönəlir, səhvlərini Quran əxlaqı ilə düzəltməyə çalşır.Nəzakət Bədirova
-
Gülnarə İSRAFİLQIZI.”Ver gözlərini, çıxarım, didim” (Yeni şeir)
Xəyallarımız
Uçan arzularımız
Birləşdiyimiz göy üzü…
Əl-ələ gəzəcəyimiz ömür,
Dünyamız.
Sevgidən doğacak,
Fidancıq.
Gülüşlərim.
İşdən dönüşlərim.
Ayaqqabımın bağı
Bilirsən nə deyirəm.
O bağı bağlamaqçün əyilirəm.
Qapını açdığımda
Baxışların gözümdə.
Şam yeməyi.
Üz-üzə, göz -gözə
Sən söylə necə qurbanın olum
Başına dolanım?!!!
Gündə neçə kərə.
Barmağını uzat.
Özgəsinə baxsam gözümü çıxart.
Hər gün deyirdin.
Sevginin odunda əriyirdin.
Söylə,
İndi nə edim?!!!
Ver gözlərini,
Çıxarım, didim…Gülnarə İsrafilqızı.
-
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
İŞIQLI GÜNDÜZLƏR GÖRÜNƏCƏKMİ
Buludlar səmada yurd sala bilməz,
Şəfəqlər üfüqdə cığırlar qoyar,
Kim deyir sınmış qəlb bir daha gülməz,
Sevib-sevilməkdən ürəkmi doyar?Taleyim qisməti yazıb bu günçün,
Dəlisov şimşəktək coşub-çaxaram.
Sənə sevgi ilə yanaşmaq üçün,
Dağ şəlaləsi tək aşıb-daşaram.Tanrının vergisi beləymiş demək,
Tanrıdan gəlibdi bu qismət, yazı.
Gecələr gözəl bir xəyallar biçmək,
Buzlamış ürəyim gözləyir yazı.Tale də bənzəyir nərd taxtasına,
Kim çox çalışırsa, vaxt boşa gedir,
Kimi lövbər salıb kef yaxtasında,
Əlini atan tək şeş-qoşa gedir.Gərək şükr eyləyək bu günkü günə,
Həsrətlər gözlərdən çözüləcəkmi?
Zülmətli gecələr gəlməyir saya,
İşıqlı gündüzlər görünəcəkmi?Sənin cəzan
Bağça salıb suvarmasan olarmı?
Tumurcuq qayğısız çiçək açarmı?
Göyərçinlər nəvazişdən qaçarmı?
Könlümə keçmiş günlər təskinlikdi,
Sənin cəzan,ömürlük mənsizlikdi…Harayımda yalvarış tək bitmişdin,
Gümanları nurlu səhər etmişdin,
Həsrətimi bil, silib yox etmişdin,
Fikirlərim dumanlıq, çiskinlikdi
Sənin cəzan, ömürlük mənsizlikdi…Boğulur içimdə sevgi harayı,
Axı yoxdu istək səndən savayı,
Söküləcək bir gün sevgi sarayı,
Eşqə hərdəmxəyallıq fərsizlikdi,
Sənin cəzan, ömürlük mənsizlikdi…Qəlbimdən boylanan şirin xəyallar,
Lalə təki işıq saçan gümanlar,
Hərdən qəlbə dolur yersiz suallar,
Laqeydlik ən alçaq çirkinlikdi,
Sənin cəzan, ömürlük mənsizlikdi… -
Gülnarə İSRAFİLQIZI.”Susma, susma, ağla!!!” (Yeni şeir)
Laçın sənə lay-lay desəm,
Qorxuram ki, yatasan.
Necə illik,
Göz yaşını,atasan.
Sən oxuma ağla!
Qoy kim sənə nəğmə
Qoşub oxuyursa oxusun.
Dağıt fəryad çəkərək,
Yatanların yuxusun!!!
Laçın sənə ağı demirəm,
Qorxuram alçalasan!!!
Ölülərin içində,
Yaddaşların küncündə qalasan.
Laçın fəryadını çək!!!
Qulaqlarda həkk olsun,
Sənin adın,
Oyansın nankor,
Övladın.
Bəlkə xilasın üçün
Ürəyində mərhəmət
Tapıldı.
Ölülər ölü onsuz!!!
Bəlkə də yox dirisə
Ölülüyə qapıldı.
Ümidini kəsmə sən!!!
Bu günkü gəncliyin şürunda
Sadəcə bir tarixsən…
Sən fəryadını çək yatma
Qoy yatanlar ayılıb sənə
Vətən desinlər…
Səndə yaşayıb, səndə
Kəfənlənsinlər…
Susma, susma ağla!!!
Bəlkə bu qəflətdə
Yatan gənclik ayıla…. -
Gənc yazarın poeması Qardaş Türkiyə Cümhuriyyətində dərc olundu
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğinə istinadən yaydığı məlumata görə, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun Türk-İslam dünyasının qurulmasında, Osmanlı İmperiyasının ərazi bütövlüyünün qorunub saxlanmasında öz İGİDlik borclarını layiqincə yerinə yetirən Nuru Paşa, Osman Qazi, Ərtoğrul bəyin cəsarətinə, şanlı-şərəfli Türk bayrağına, Türk dilinə, İslam dininə, “Qurani-Kərim”ə olan sonsuz məhəbbtindən yoğrularaq ərsəyə gəlməsindən bəhs edən “Türkün Türkçülük dastanı” poeması “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 32-ci sayında dərc olunub.Poemanın redaktoru Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə, ön sözün müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, “Vektor” Beynəlxalq Mükafatı laureatı Eyvaz Eminalıyev, məsləhətçisi filologiya elmləri üzrə fəlsəfə doktoru Törə Məmmədovadır.Poemanı Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü Kamran Murquzovdur.
-
“Sənin gedişini gözləmədim heç” (Köşə yazısı)
Bizi həmişə düşündürən sevginin marağı çox olsa da, zamanı qısa olduğundan her şey tezliklə olub bitir və maraqsızlaşır və nə olursa- olsun ilk həvəsdə qalmır ilk həyəcanda , müddət keçir ve anlayırıq ki, həyatımıza yeni birisi gəlməlidir ve səbəbsizcə çıxıb gedirik birinin həyatından… Sonra nədənsə peşman olduğumuzu anlayırıq “Axı belə olmamalıyd!”-deyib özümüzü ittiham edirik,amma düşünmürük ki, nə yalnışlar oldusa ikimizin günahıdı, nə isdədiksə o da ikimizin günahıdır və nə etdiksə sadəcə ikimizin etdikləri qurduqları və uçurduqları anlarıdır………. Yalnış zamanın doğru qonağı deyə bir deyim yoxdur, yalnış zamanın yalnış qonağı həmişə gəlir və gedir necə ki, sənin kimi……………
-
“Nə qazandım bilmirəm…”
Ne qazandım bilmirem
itirdiyim sen oldun
sanki milyon saydaydım
sen yoxsan sıfır oldum…….Əsas olan say deyil
əvəz edirdin çoxun
indi çox axdaracaq
varlığımı yoxluğun……………Əllərimi buraxdın
başqa qəlbə qonaqsan
bir gün əmin ol ki sən
ordan qovulacaqsan………Sınıq qəlbim düzələr
zamana öyrenmişəm…
bilməzdim ki bu qədər
dəlitək sevilmişəm……Qəlbim unutmaq üçün
sənə qənim kəsilib
Fidan səni , səninlə
daş məzara götürüb…………. -
“Yolunuz gözləmək nə qədər çətin…”
Yolunu gözləmək nə qdərə çətin
həsrətin yolunu gözləmək qədər
sanki əldən çıxıb böyük sərvətin
qazandığın kimi yox olub gedər…Acıya dözməyə gücüm qalmayıb
sabaha boylanıb günəşə baxım
dərdimi çəkməyə üzüm qalmayıb
dərdimlə özümü yandırıb yaxım…Məni unutmusan eybi yox inan
güvəndiyin dağa qarlar yağarmış
bir gün çiçək kimi gözəl gül açan
payız xəzanıyla vaxtsız solarmış….Ümüdüm yox oldu arzularımda
dünyada qəlbimi qırıb getmisən
Fidan olmayacaq sən olduğunda
bir bax ki , özünə nələr etmisən…………… -
Məhərrəm CƏLİLABADLI.Yeni şeirlər
Məhəbbəti ucuz tutma bu qədər,
Elə gələr xəbər belə tutmazsan.
Bir acı buraxar sevən qəlbində,
Sonra gedər bir ömür unutmazsan.Sanma məhəbbət dodaqda quru söz,
Məhəbbət dünyayla təkbətək savaş.
Ömür boyu olmayacaq kef-damaq,
Ürəyində acı,gözlərində yaş.O qədər sıxacaq bu həyat səni,
Ölüm diləyəcək,ölməyəcəksən.
Ağlın ilə əbədilik silsən də,
Qəlbinlə unuda bilməyəcəksən.Uğrunda öl bir ucuz yalançının,
Et özünə hər yeri kəfən yeri.
Ancaq bu dünyada dayaq insana,
Sevginin uğrunda öləcək biri.SEVGİ BAHARI
Təbiət susubdur dinməyir artıq
İndi əvəzində payız danışır
Baharın qoxusu gəlməyir artıq
Hər tərəf payızla yanıb alışırBu ilin baharı nə tez ötüşdü
Onun qoxusunu heç duymadım mən
Mənimsə baharım payıza düşdü
Baharı doyunca yaşamadım mənİndi payız mənimlə dostluq etsədə
Baharım tutacaq mənim əlimdən
Fəsillər ötüşüb çıxıb getsədə
Əbədi qalacaq baharım mənimSevgilim ən gözəl baharım sənsən
Mən sevgi baharı səni bilirəm
Sözümün dəyərin bilmək istəsən
Səni canımdanda artıq sevirəm -
Gülnarə İSRAFİLQIZI.”Qatarı dayandır….” (Yeni şeir)
Baxmayaraq ki, ölümümə göz yumdun
Mən getdiyin yollara baxıram…
Qayadıcağını sənə ruhumun qolları ilə,
Sarılacağımı gözləyirəm.
Sənə qarşı kinim yox..
Sən nə etsən də ürəyimdəki sevgimi öldürməyə
Gücün yox…
O sevgini öldürməyə çalışma….
Nifrətini qazanmaqçün nə etdim ki…
Nifrətini yığışdır…
İstəyirsən bu sevgini
Özgəsinin sevgisilə qarışdır.
Sil adımı səhfəndən, sil ürəyindən…
Nə istəyirsən et…
Məni unutmaq üçün başqasına get..
sevdiyini söylə…
Ürəyindən silməyə gücün çatacaqmı
Mən bacarmadım….
Elə bilirəm bunu etiraf etdikdə alçalmadım
Sevmək alçalmaqsa? bəs onu silib atmaq nədir
özünə əzab verib qarşıdakını ağlatmaq nədir?!!!
Suallara cavab varmı???
Yoxdur çünki sən məni görmürsən!!!
Daha əvvəlki kimi mənsiz də ölmürsən…
Xoş xatirələrin izi gözlərimdə…
Suallar ürəyimdə..
Bir yol gedir uzun sonsuzluğa tərəf
Qatarın sərnişini mən…
Heç olmasa çıx qarşıma əl salla..
Yaxşı yol deyib həsrətini silərək ürəyimdən
Rahat-rahat yolla…
Xatirələri sil şəhərin küçələrindən
Hava limanında səni qarşılayacağım gündən.
Sil sil deyirəm dönməyəcənsə???!!!
Getdiyin yolardan izini sil
O çiçəyi saxla özündə
Bəlkə yollara sərərsən.
Mənsizliyə öyrənmək üçün
Özünə öyrənərsən.
Nə bilmək olar bəlkədə məndən sonra.
Məndə itirdiklərinə dönərsən…
Verərsən suallara cavab.
Yalnız səhnədə mən, alqış çalansa sən olmazsan!
Çünki bu qatar gedir.
Ya qatarı dayandır
Yada çıxma qarşısına, getsin…
Özünü də, məni də sonsuzluğa qədər yandır…Gülnarə İsrafilqızı.
-
“Normal oxucunun erotikaya ehtiyacı var”-MÜSAHİBƏ
AzVision.az yazıçı Eyvaz Zeynalovla müsahibəni sizə təqdim edir:– Eyvaz müəllim, ilk mətbu yazınızı necə xatırlayırsınız?
-“Qəlibə sal” adlı ilk hekayəm orta məktəbin 9-cu sinfində oxuyarkən Ağdamda çıxan “Lenin yolu” qəzetində çap olunub. Sevincimin həddi-hüdudu yox idi. Bir günün içində əməlli-başlı məşhurlaşmışdım.
– Siz yaradıcılığa sovet dövründə başlasanız da, 90-cı illərdə təxminən on il yazmağa ara vermisiniz. Bu, nə ilə bağlı olub?
– Orta məktəbi bitirən kimi o zamankı Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsinə qəbul olundum. Oranı qurtaran kimi təzədən məktəbə qayıtdım. Bir ildən sonra bütün bunlar məni bezdirdi, evdən xəbərsiz Rusiyaya üz tutdum. Müxtəlif şəhərlərdə yaşadım, zavodlarda çalışdım, SSRİ-nin hər tərəfini dolaşdım. Yaşadığım iri şəhərlərdə rus yazıçıları ilə tanış oldum. Onlarla bərabər hekayələrimi rus dilinə çevirib elə oralardaca qəzetlərdə çap etdirdim. 80-ci ildə geri qayıtdım, evləndim və birdəfəlik Ağdamda qaldım. 80-cı illərin ortalarından respublika mətbuatında dalbadal çap olunmağa başladım, 90-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” adlı povest və hekayələrdən ibarət ilk kitabım işıq üzü gördü. 93-cü il, iyul ayının 23-də ermənilər Ağdamı işğal etdilər. Ailəmi götürüb Bakıya gəldim, Lökbatan qəsəbəsində, hələ tikintisi başa çatdırılmamış bir binada məskunlaşdıq. Bütün bunlar azmış kimi 94-cü ildə öz maşınımda qəzaya düşdüm. İki il qoltuq ağacları ilə süründüm. Qıçımın birini az qalmışdılar kəsələr. Bütün məhrumiyyətlərə rəğmən təzədən ayaq üstə dayanmağa, fəal həyata qayıtmağa özümdə güc tapa bildim. İlk növbədə ailəmi bir tərəfə çıxartmaq, uşaqlarıma bir gün ağlamaq haqqında düşünürdüm. Etibarımı görüb mənə nisyə mal verdilər. Qoltuq ağaclarına dirsəklənərək bir torba xırda-para maşın ehtiyat hissələri ilə 8-ci kilometrdəki keçmiş maşın bazarında alverə çıxdım. Belə bir güzaran yatsam yuxuma da girməzdi. İlk günlər tanışları görəndə üzümü çevirir, gizlənirdim ki, bazarda neynədiyimi bilməsinlər. Arabir qeydlər aparsam da 10 ilə qədər elə bir şey yazmadım. Məskunlaşdığımız Lökbatanda yaxşı ev-eşik düzəltdim, qızımı köçürdüm, oğlumu evləndirdim, bir dükan tikdirdim. Oğlum böyüyüb o dükanda məni əvəz edəndən sonra alverlə birdəfəlik üzülüşdüm, təzədən yazmağa başladım.
– “Əli metroda işləyir” hekayənizin qəhrəmanını həyatda görmüsünüz, yoxsa uydurmadır?
-Maşınla daha rahat olduğuma görə axırıncı dəfə metrodan haçan istifadə etdiyim yadımdan çıxıb. Amma lap əvvəllər metroda belə bir epizodik hadisə, belə bir adam təsadüfən nəzərimi cəlb etmişdi. İçəri girən özündən yaşlıları, əlilləri görən kimi ayağa qalxır, yerini başqasına verir, o düşəndən sonra təzədən əyləşirdi. Heç bilmirəm sonralar necə oldu həmin hadisəni, anı, adamı bir də xatırladım, yazdım. Bir az da uydurdum, ətə-qana doldurdum. Gözləmədiyim halda belə bir hekayə alındı. Oxucuların rəğbətini qazandı.
– “Qisas” romanınız kəskin sosial tənqidi məzmunuyla seçilir. Buna görə təzyiqlərlə üzləşmisinizmi?
– Yox. Kitab oxuyan var? Bir də, indi 37-ci il deyil ki. Amma sualınız dəlinin yadına daş salmağa oxşayır haa…
– “Bələdçi” və “Tələ” romanlarınız erotik səhnələrlə zəngindir. Bu nə deməkdir: oxucu diqqəti çəkmək, yoxsa daxili tələbat?
– Düzü, az da olsa oxucu diqqəti çəkmək də var. Amma əsasən daxili tələbatdan, bir də, romanların özlərinin xarakterindən doğan bir şeydi. Hərdən əsərlərimdə yuxu səhnələrinin çox olduğunu da mənə xatırladırlar. Yuxu da, seks də həyatımızın ayrılmaz hissələridi. Məncə, yuxu görməyən adam normal adam deyil. Hamı yuxu görür, həm də tez-tez, bəzən lap hər gün. Belədisə, əsərlərimdəki obrazların yuxu görməyi niyə qanunauyğun sayılmasın? Bu baxımdan elə romanlarımdakı erotik səhnələr də təbii qarşılanmalıdı. Məncə, normal insanlardan bəhs edən romanlar erotik səhnələrsiz dadsız-duzsuz yemək kimi bir şeydi. Normal oxucunun normal erotikaya həmişə ehtiyacı var. Bunu yalnız hissiz, duyğusuz, yalançı mentalitet azarkeşləri inkar edə bilərlər.
– Son illər bir sıra mükafatlara layiq görülmüsünz. Bunlardan hansı sizin üçün daha qiymətlidir?
– “Əli metroda işləyir”ə görə qazandığım qələbə. Müsabiqədə 100-dən artıq müəllif iştirak edirdi. 1-ci yeri tutdum, noutbuk verdilər. Yazılarımı onda yazıram.
– Qəhrəmanlarınızdan hansı daha çox sizə bənzəyir?
– Sadalamaq istəməzdim. Hərəsində özümdən bir az var. Axı onlar da mənim balalarımdı.
– Uşaq hekayələrindən ibarət kitabınız var. Nəvələriniz yazdıqlarınızı oxuyurmu?
– Əlbəttə. Nəvələrimdən biri 4-cü, o biri 5-ci sinifdədi. Hər iki sinfin Azərbaycan dili və Ədəbiyyat dərsliklərində neçə ildi mənim uşaqlar üçün yazdığım hekayələrdən də xeylisi tədris edilir. Ədəbiyyat dərsliyində yazıçılarımızla bərabər mənim də şəklim, haqqımda qısa məlumat verilib.
– Yaradıcılığınızda ən çox Qarabağ mövzusuna müraciət edirsiniz. Bu qarabağlı olmağınızla bağlıdırmı?
– Yəqin ki. Mən o torpaqda doğulmuş, boya-başa çatmışam. Qarabağla bağlı faciəni yaşamışam. Özümdən asılı olmayaraq dönə-dönə bu mövzuya qayıdıram. “Qarabağ hekayələri” kitabım Türkiyədə türkiyə türkcəsində də çap olunub. Müəyyən bir qismi Gürcüstanda Azərbaycan və gürcü dillərində çap olunan “Uşaq hekayələri və nağıllar” kitabıma da salınıb, bəziləri orta məktəb dərsliklərimizdə yer alıb. Keçən həftə həmin silsilədən “Ərik ağacı” adlı daha bir hekayəmi bitirdim. “Qisas”, “Tələ” romanlarımda da bu mövzudan yan keçə bilməmişəm. Gələcəkdə də bu mövzuya qayıdacağımı düşünürəm. Qarabağ yaralı yerimizdi. Ağrı-acısı həmişə mənimlədi.
– Əsərlərinizdə həyatın dibindəkilərə qarşı çox mərhəmətlisiniz. Bəs, həyatda necə?
– Həyatda da onlara qarşı mərhəmətliyəm. İmkan daxilində, bacardıqca kömək etməyə çalışıram.
Yazıçı vətəndaş olmağa borcludur
– Sizcə, yazıçı vətəndaş olmağa borcludurmu?
– Məncə, borcludu.
– Klassiklərdən kim sizə təsir edib?
– Zaman-zaman hamısı, müxtəlif yöndən, müxtəlif cəhətdən. Ədəbiyyatımıza heç zaman xor baxmamışam.
– Yaşıdlarınızdan və gənclərdən kimləri daha çox bəyənirsiniz?
-Doğrusu, son vaxtlar az oxuyuram, daha çox yazmağa çalışıram. Son illər ən çox oxuduğum Aslan Quliyevin, Əlabbasın, Azadın, Natiq Məmmədlinin əsərləri olub. Bir də, “Şhahbulaq.az” saytıma göndərilən yazıları oxuyuram. Ən çox bəyəndiyim də əvvəl adlarını çəkdiklərimdi.
– Gənc yazarlara nə məsləhət görərdiniz?
– Biz özümüzdən əvvəlkilərə laqeyd qalmadığımız kimi onlar da bizə laqeyd qalmasınlar. Əsərlərimizi oxumaya-oxumaya adımız yaxşılığa çəkiləndə ağız büzməsinlər.
– Yazıçılıq fəaliyyətiniz sizə maddi gəlir gətirirmi?
– Yox, xərci borcunu ödəmir. Kitab mağazalarında yerli müəlliflərin kitablarına ögey münasibət var. Xarici müəlliflərin kitabları çox zaman xüsusi piştaxtalarda, göz qabağında sərgilənir, bizim kitablarımız dalda-bucaqda “gizlədilir”. Sanki bizə görə utanırlar. Ancaq, vallah, səhv edirlər. Handa məşhur xarici müəllifin kitabını təbliğ etməsələr, bizim kitablarımız kimi yarıtmaz satışa çıxartsalar, bizim kitablarımızdan da az satılar.
– Son əsərlərinizdə, xüsusən də “Qarabağ dərdi” hekayəniz və “Qisas” romanınızda modern, hətta postmodern təsvir üsullarına keçirsiniz. Ənənəvi realizm sizə darlıq edirmi?
– Yazanda heç bir üsul haqqında fikirləşmirəm. Hər şeyi yazının özünün ixtiyarına buraxıram. Bunları araşdırmaq, dəyərləndirmək tənqidçilərin öhdəsinə düşür.
– Ədəbi-tənqidin yaradıcılığınıza münasibətindən razısınızmı?
-Ümumilikdə götürəndə razı deyiləm. Əsərlərimə daha diqqətli yanaşmalarını, daha əhatəli, geniş təhlil etmələrini istərdim.
– Nə vaxtsa tarixi, yaxud fantastik roman yazmaq planınız varmı?
– Çoxdan “Yaşıl planet” adlı fantastik bir roman qaralamışam. Ancaq hələ də üzərində axıracan işləyib qurtara bilmirəm. Tarixi roman janrında da özümü sınamaq fikrindəyəm. Xeyli material toplamışam. Görək, qismət olsa, yazacağam.
– Ədəbi mühit üçün səciyyəvi olan heç bir qalmaqalda adınız hallanmayıb: bunu bacarmırsınız, yoxsa istəmirsiniz?
– Həm bacarmıram, həm də istəmirəm. Ümumiyyətlə, mən mülayim adamam. Kiminləsə dalaşdığım, ağızlaşdığım yadıma gəlmir. Bərk incidiyim adamdan küsürəm, vəssalam.
– Adətən deyirlər ki, yazmaqçün əsl vaxt gecələrdir…
– Haçan yazmağa köklənə bilsəm, onda da yazıram. Axı yazıçı çilingər, yaxud dərzi deyil ki, istədiyi vaxt əlini-qolunu çırmayıb işə başlasın. Bəzən günlərlə köklənə bilmirəm, sadəcə, yazı-pozu ilə başımı qatıram. Məişət, ailə qayğıları mane olur.
– Hazırda nə üzərində işləyirsiniz?
– “Ola bilməz” adlı kiçik bir hekayə üzərində. Qışda bir roman yazıb qurtarmışam. “Bələdçi” romanım tipində, ruhundadı. Hekayəni bitirəndən sonra həmin romanımı çapa hazırlamaq fikrindəyəm. Əlbəttə, başqa işlər araya girməsə.AzVision.az
-
“GƏNC ƏDİBLƏR MƏKTƏBİ”
“Gənc Ədiblər Məktəbi” 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən koordinasiya edilib. Bu məktəbin məqsədi ədəbi yaradıcılıq sahəsində fəaliyyət göstərmək arzusunda olan, bu sahədə yeni addımlar atan 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, onları tanıtmaq, gənclərin yaratdığı ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləməkdən ibarətdir.İki illik fəaliyyətin yekunlarına görə müəyyən yaradıcılıq vərdişlərinə yiyələnmiş gənclərə nazirliyin sertifikatları verilir.
“Gənc Ədiblər Məktəbi”nə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid rəhbərlik edir.Məsul katib yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istededlı gənc yazar, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Emin Piridir. -
MATƏM GÜNÜ
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi ayın 13-də Türkiyənin Manisa əyalətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciə ilə bağlı TÜRK dünyasına başsağlığı verir! Həlak olanların yaxınların və qohumlarına Uca Tanrıdan səbr diləyir!
ALLAH rəhmət etsin! Ruhları şad olsun!
Mətbuat Xidməti -
Xalq şairi Hüseyn Arifin 90 illik yubileyi keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2014-cü ilin dekabr ayında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadənin) anadan olmasının 90 illiyi tamam olur.
Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirmiş və milli ədəbiyyata töhfələr vermişdir. Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır. -
Saqif QARATORPAQ.Yeni şeirlər
Eh,nə gəlir əlimdən?
Bir-iki misra yazmaq.
Ha yazsam da sağalmır
Köhnə yaralar ancaq.Neyləyim ki,bircə söz
Dərdimə dərman olmur.
Yaşayıram hələ ki…
Elə də asan olmur.Zaman çapıb atını
Ötüb keçir yanımdan.
Qaçıb çıxa bilmirəm
Güzgünün arxasından.…Oxuyuram hələ də:
“Bu dərənin uzunu.”
Quzusu yox,otaram,
Çoban verə qızını.*******
Üzümdəki təbəssüm
içimdəki hıçqırıq,
Sızıb üzə çıxınca
olubdu qırıq-qırıq.Sinəm bir köhnə divar,
güllələrlə yazılıb.
Bir eşqin kölgəsində
qəbrim çoxdan qazılıb.Dünən qəfil güllədən
ölənin yasındayam.
Gündüzlər “Fatihə”-də,
gecələr “Yasin”-dəyəm.Təbrizdə güllələnib,
Hələbdə soyuluram.
Bir çinaram,min ildi
içimdən oyuluram.Tökülür yarpaqlarım,
könlümdə xəzan yeli.
Məni tərsinə atıb
qoca taleyin əli…Dövranın sapı çürük,
demə:” soldu gül nədən?”
Mən də qəfil ölərəm
bir çovutma güllədən.*********
Bilirəm gəlmisən qohumungilə,
Qırma ümidimi sən bilə-bilə.
A zalım, insafın yoxmu bir gilə,
Dönüb bircə dəfə baxsan nə olar?!Sən elə gedirsən,bu yeriş nədir?
Üşüdüm yay günü,bəs bu qış nədir?
Axı səndən ötrü bir baxış nədir?
Dönüb bircə dəfə baxsan nə olar?!Hərdən solan gülə baxdığın kimi,
Qonaq gələn yola baxdığın kimi,
Yütimə,sayıla baxdığın kimi
Dönüb bircə dəfə baxsan nə olar?!Yüyürüb qarşına keçimmi yoxsa,
Deyirsən quş olub uçummu yoxsa,
Axı bu küçədən köçümmü yoxsa,
Dönüb bircə dəfə baxsan nə olar?!Bu sevda Saqifin xatası deyil,
Ballah gözlərini satası deyil.
Daha bircə gecə yatası deyil,
Dönüb bircə dəfə baxsan nə olar?! -
“MATEM”
Gün kömürden kara,
İçimde onulmaz yara…
Ölümün adresini sorma
Soma…
Bir avuç kömür
Karşılığında
Yaşanmamış bir ömür…Matemdeyim dostlar,
Şikâyetim var.
Kara elmas değil, kara keder,
Kim bilir kaçıcı bu artık yeter!Yer kömür, gök kömür,
Yazgısı kömürden kara işçiler
Ekmeğinize kömür bulaşırdı hep
Şimdi ise kanlı…“Dünyanın en pahalı benzini bizde…”
Diye dert yananlar,
En pahalı ekmeği biz yiyoruz,
Bir ekmek karşılığıdır canlar…Matemim var,
Yer kömür, gök kömür,
Göçüklerde tükendi kaç ömür!
Kara elmas değil, kara kader,
Kim bilir kaçıcı bu artık yeter!HARİKA UFUK
ADANA
14 MAYIS 2014
SAAT: 12.52 -
KÜMBET DERGİSİ 32. SAYI İLE OKURLARININ KARŞISINDA
EDİTÖRDEN
Türk kültür ve sanatına gerekli desteği veren siz saygıdeğer okuyucularımızla 32. sayımızla karşınızdayız. 2014 yılının Mart ayında ülkemizde sıkıntısız bir şekilde mahalli seçimler gerçekleştirildi. Seçilen yeni belediye başkanlarımızın da kültürümüz konusunda üzerlerine düşeni yapacaklarını, beklentilere kayıtsız kalmayacaklarını ümit ediyoruz.Kurulduğu 2006 yılından beri ülkemizde ve şehrimizde yapmış olduğu faaliyetlerle adını duyuran Tokat Şairler Ve Yazarlar Derneği’nin 5.Olağan Kongresi 19 Nisan 2014 tarihinde Tokat Kent Konseyi Konferans Salonunda yapıldı.
Gerçekleştirilen kongre neticesi önceki yönetim tekrar Remzi Zengin başkanlığında göreve getirildi. Önceki dönemde olduğu gibi bu dönemde de üstün çalışmalarının daha artarak devam etmesi dileğimizdir.
Dergimizin bu sayısında usta kalemlerden Yavuz Bülent Bakiler, Abdullah Satoğlu, Doç. Dr. Süleyman Coşkuner, Doç. Dr. Alpaslan Demir, Ahmet Sargın, Süleyman Altunbaş, Ekrem Anaç, Hasan Akar, Dr. Mustafa Şahin, M. Necati Güneş, Şafaknur Yalçın, Muhsin Demirci, Harika Ufuk, Gülsüm Işıldar, Sündüs Akça, Mehmet Şahin, Nihat Aymak’la beraber diğer kalem sahipleri çalışmalarını sizlerle paylaşırken;
Ali Akbaş, Ekrem Kaftan, Halistin Kukul, İlahe Bayandur, Mehmet Yardımcı, Mahir Gürbüz, Saffet Çakar, Mahir Gürbüz, Durali Doğan, Mahir Adıbeş, Ahmet Divriklioğlu ve diğer şair arkadaşlarımız gönül bahçelerinde biriktirdikleri duygularını baharın güzellikleri içinde dile getirdiler.
Etkinliklerimiz arasında ise derneğimiz üyesi şair dostlar birer anka kuşu gibi davet edildikleri şehirlere uçmaya çalıştılar. Tokat şehir merkezinde ise ayda bir Sümbül Baba Zaviyesinde şiir dinletilerine, edebiyat sohbetlerine başlanıldı. Plevne Kahramanı Gazi Osman Paşa derneğimiz koordinesiyle Gazi Osman Paşa Lisesi Konferans Salonu’nda yapılan bir panelle anıldı.
Derneğimizin davetlisi olarak Erbaa, Niksar ve Reşadiye’de “Dedem M. Akif ERSOY” konulu konferanslar veren İstiklal Marşı Şairi Mehmet Akif ERSOY’un torunu Selma Argon ve Çanakkale Şehidi Zileli Kınalı Ali’nin torunu Ali Kınalı Tokat’ta da edebiyata değer veren şahsiyetlerle kahvaltıda bir buluştu.
TOŞAYAD, Cemal SAFİ ve Yavuz Bülent BAKİLER’e Vefa Gecelerinden sonra bu ay içerisinde 23 Mayıs 2014’de TOŞAYAD ve GOP Lisesi koordinesinde ülkemizin yetiştirmiş olduğu müzisyen-sanatçılardan Necati Başara’ya Vefa Gecesi ve konser düzenlenecektir. Etkinliğe TRT İstanbul Radyosu Sanatçılarından Mirza Başara ve TRT program yapımcısı Dursun Taşdelen, UNESCO Yaşayan İnsan Hazinesi Yaşar Güç de katılacaklar.
KÜMBET Dergisi Yayın Danışmanlarından Yıldırım Beyazıt Üniversitesi Öğretim Üyesi Prof. Dr. Ertuğrul YAMAN hocamız 3 Mayıs 2014’de Tokat Gazi Osman Paşa Lisesi Konferans Salonunda “Mehmet Akif ERSOY VE Asım’ın Nesli” konulu konferans verdi.
Tokat Kent Konseyi bünyesinde derneğimizin katkılarıyla 31 Mayıs 2014’de 26 Haziran Atatürk Kültür Sarayı’nda “7.Yeşilırmak Şiir Şöleni” gerçekleştirilecek. Geceye ülkemizin tanınmış şairlerinden Bestami Yazgan, M. Nuri Parmaksız, İlter Yeşilay, Özcan Ünlü, M. Metin Baş, Ekrem Kaftan, Tayyip Atmaca, Harika Ufuk, Mustafa Ayvalı, Sevim Yakıcı, Nuray Alper. Sündüs Akça, Ali Bal, Hasan Akar ve Hüseyin Kaya katılacaklar.
Derneğimiz üyeleri “Tokat Bey Sokağı” belgeselinden sonra “Tokat’ın 28’li Delikanlıları” adıyla yeni bir belgeselle tarihimizi ve kültürümüzün bilinmeyenlerini günümüze taşıyacaklar.
Yeni bir sayıda buluşmak dileğiyle esen kalınız.Remzi ZENGİN
Tokat Şairler ve Yazarlar Derneği Başkanı -
Debüt: Gülnarə İSRAFİLQIZI (Gədəbəy).Yeni şeirlər
Əmiraslanova Gülnarə İsrafilqızı-şairə, jurnalist, publisist “Vahid” Poeziya Məclisinin üzvü (2005), “Məcməüş-şüəra -şairlər məclisi”nin üzvü (2012), Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü (2013), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və Yönətim Kurulunun başqanı (2013), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru (2014), Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi(2014)Əmiraslanova Gülnarə İsrafil qızı 1981-ci il may ayının 25-də Gədəbəy rayonunun Qarı kəndində anadan olub. Ilk şerini üçüncü sinfdə yazmağa başlayıb. Onun ilk çıxışı 2000-ci ildə Gəncə şəhər pedoqoji kollecində 20 yanvar tədbirində öz əksini tapıb. Oxuduğu şerləri Gəncə şəhər icra-hakimiyyətinin nümayəndəsi tərəfindən qiymətləndirilib. Ey insan şeri, dərs aldığı dini hövzə fərəfindən mükafatlandırılıb. ”
Yüksək mədəniyyət, Milli və dini tolerantlıq nümunəsi göstərdiyinə, əsil insan və ideal dünya uğrunda ardıcıl mübarizəyə və səmərəli faliyyətlərə görə “İDEAL SÜLHÜN TƏBLİĞİ FONDU”-nun rəhbərliyi tərəfindən 2013-cü ildə diplomla təltif edilib.
2000-ci ildən respublika mətbuatında Gülnarə İSRAFİLQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur.”Bir ağacın budaqları”, “Duyğulu Arazlar” almanaxlarında şeirləri yayınlanıb.
2004-cü ildə təmənnasız olaraq Milli Elmlər Akademiyası nəşriyyatı tərəfindən “İtən gəncliyimin sorağındayam” adlı ilk şer kitabcası işıq üzü görüb. Lakin həmin kitab redaktə baxımından yüksək olmadığı üçün yenilənməsi nəzərdə tutulub.
Hazırda yazıları və şerləri Eqoist, Carçı.az, Bizimlə.orq, gündəlik info, Ədəbiyyat-az.com, litparad.org, dokkuziklim.net, aktivistplyus.com sayıtlarında yayımlanır. Bu il Türkmən reforom radiosunda “Sübh mavi gəlinlikdə” adlı şeri səsləndirilib.
Teymur Bayramov “BB production” tərəfindən şerləri görüntü ilə hazırlanır.
Yaxın günlərdə tam olaraq dinləyicilərin ixtiyarına veriləcək. Şerlər tam olaraq hazır olduqdan sonra Qələm yoldaşları və şer sevərlərə təqdim olunacaq.Yer göy qalıb dağılmamış.
Ruhum ağlayır
Üzümdə təbəssüm,
Əllərim bom-boş
Kədərin ünvanı yox.
Payız yarpaqları,
Əsən küləklər.
Boynu bükük ləpirlər,
Daha nələr, nələr,
Sıxlıqlar, sıxıntılar,
Ahlar…
Alqışlar, kəsilən başlar,
Ünvansız…
Vicdansız, vicdansiz.
Yazılan əsər,
Bitirilən roman.
Həyasizlıqdan, alçaqlıqdan.
Aclıqdan…
Səfalətdən həzz alanlar,
Çevrəmizdə.
Küçəmizdə, hamısı,hamısı
Bizdə…
Ölkəmizdə.
Satqınlıqlar, Fironluqlar,
Qeyrətini,
Tarixini, unudanlar
İcimizdə…
Yer-göy qalıb dağılmamış,
Dağıdılır Kuçəmiz də.* * *
Mavi gözlüm,
Yıldızlara gütür beni.
Gözlərinde itir bəni.
Gözlerine bakım, bakım,
Gözlerinde çoşum, taşım,
Kötülükle hep savaşım.
Benim uğrum senin olsun.
Mavi gözün benim olsun.
Bitsin artık aşk hasreti!
Şunu senden istemekle
Hata etdim…..
Sana mavi gözlüm dedim,
Denizlere kattın beni.
Yüreyinden atdın beni.
Çoşup taştı göz yaşlarım,
Sahildeyim!
Kayıplara karışmadım.
Mavi gözlü olarmısın
Arkadaşım?
“M” harfi yok.
Aşkımız yok.
Yıldiz gibi gözlerine
Aşıkta yok.
Yıdız gibi, əl çatmazdır
Benim olman.
Aşıkmısın deyilmisin
Sana sormam.
Belki bir gün
Bakışlarım konar gözlerine.
Aşkım düşer yüreyine.
Yıldızlara çatar elim,
Benim olar gözlerin.
Belke de, yok…..
Şu aşkımın yoklunda
Kayb olurum.
Yıldızları kendim gibi unuturum.
Mavi gözlü.Sübh mavi gəlinlikdə!
Mənsə ulduzlu axşam.
Əks olur dodağımda,
İçimdə əriyən şam.
Açılır hər gün yeni,Xəyalıma pəncərə.
Göy qurşağı deyilir,
Arzular doqan yerəQanadları bəm-bəyaz,
Uçur,gedir zamanım.
Qışa doğru yeriyən,
Payız mənim ünvanım.Kişinin qeyrəti sadələşibdir!
Yaman zəhərlənib dövrün havası,
İtib qız isməti,gəlin həyası,
Açılıb anamın kalağayısı,
Əyində geyimlər tazələşibdir.
Kişinin qeyrəti sadələşibdir.Sevənlər pak sevib,pak sevilərdi,
Üz-üzə gələndə boynun əyərdi,
Bu nə zəmanədir,bu nə dəyərdir,
Birləşmək ayrılmaq adiləşibdir.
Kişinin qeyrəti sadələşibdir.İstəyir söhbətə babam qarışın,
Namusdan,qeyrətdən,ardan danışsın,
Qorxuram bulvarda babam da çaşsın,
Çünki keçmişimiz maviləşibdir.
Kişinin qeyrəti sadələşibdir. -
Debüt: Fidan ABBSOVA (Ucar).Yeni şeirlər
Abbasova Fidan Elman qızı-şairə, jurnalist, publisist “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü (2013), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri (2014) Azərbaycanın Mədəniyyət və Ədəbiyyat PortalınınTəsisçilər Şurasının üzvü (2014), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsləhətçilət Şurasının başqanı (2014), Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru (2014)Abbasova Fidan Elman qızı 1986-cı ildə Ucar rayonunda anadan olub.1993-204-cü illərdə Ucar rayon 1 saylı orta məktəbdə təhsil alıb.Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Mühasibat uçotu və audit fakültəsini qırmızı fərqlənmə diplomu ilə bitirib. Hal – hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı ərazi şöbəsində Aparıcı Komputer Mütəxəssisi işləyir.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri və Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında olan poeması “Ziyalı”, “Vətəndaş Həmrəyliyi”, “Abşeron” qəzetlərində dərc olunub.Rayon üzrə iki dəfə birinciyiliyə layiq görülüb və Fəxri fərmanla təltif olunub.Azərbaycan Dövlət Konservatoriyasında fərdi müəllim yanında muğam dərdləri üzrə təhsil alıb.== Azərbaycan ədəbi elektron məkanı ==
*[http://edebiyyat-az.com/ Fidan ABBASOVA
*[http://gundelik.info/ Fidan ABBASOVA
*[http://ayb.az/ Fidan ABBASOVA
*[http://carci.az/ Fidan ABBASOVA
*[http://shahbulaq.az/ Fidan ABBASOVA
*[http:/dokkuziklimt.net/ Fidan ABBASOVA
*[http://bizimle.org/ Fidan ABBASOVA== Türkiyə ədəbi elektron məkanı ==
* [http://munevverduver.com.tr/ Münevver Düver Sanatevi Sitesi]
Mən nə söyləyim ki yaraşsın sənə
Nifrətə çevirdin baxışlarımı
Mən belə deyildim nə olub mənə
Öldürdün qəlbimdə arzularımı
Mən nə söyləyim ki, yaraşsın sənə.Nə bir söz tapıram nədə bir kəlmə
Söyləyim ürəyim bir az boşalsın
Qəlbsizi gətirmə imana dinə
Qoy elə əbədi qəlbsiz də qalsın.Hər səni görəndə sorub qəlbimə
Mən harda səf etdim harda yanıldım?
İndi hər baxdıqca sənin əlinə
Mənmi tutdum onu məhəttəl qaldım.Bumuydu verdiyin qərarın sözün
Oynadın sən mənim o hisslərimlə
Bir zaman sən belə saxta deyildin
Görünür bir yalan dolub qəlbinə.Düz deyib atalar bunu əzəldən
İnsana güvənmə sevgiyə güvən
Vaxt olar tapılar itmiş həqiqət
Artıq olmayacaq sevirəm deyən.Mən hələ sabaha inanacamda
Həyat tək səninlə bitmir anladım
Bəlkə başqasına alışacamda
Səndən uzaq olan boş dünyamdaydın.Vəfası olmayır ilk məhəbbətin
Sonradan gələndə vəfasız olur
Gözündə ucalan tək həqiqətin
Bu gün var olmayır bir gün yox olurSevgi nifrətə də çevrilir bir gün
Bunu mən etmədim bunu sən etdin
Ötüb bir anlığa mənim yanımdan
Necə gəlmişdinsə elədə getdin.Fidan ötür günlər zamana bağlı
Sən daha inama o xoş gözlərə
Kim sevib ayrılıb ürəyi dağlı
Rast gələ bilərik həmin izlərə.Artıq unutmuşam deməli səni.
Bəzən yoxluğuna alışsamda mən
sanki bir il olur görüşmiyəli
tamamən dəyişib üz cizgilərin
artıq unutmuşam deməli səni.Bəlkəmdə bu sözlər oxuduğun an
qəlbinə bir bıçaq saplayacaqdır
o mənli günlərdən xatirimizdə
ən acı ən, iyrənc gün qalacaqdır.Nə qədər taleyi bədbəxt olanlar
sonradan ayağa qalxıb dirilib
deməli bir insan sevmir yalandır
onun məhəbbəti kinə çevrilib.Ehtiyac duyduğun zamanlarda mən
sənin yorğanındım soyuqdan kəsə
deməli başqası gəlib qəlbinə
mənim əvəzimdən doğmadır nəsə.Nə deyə bilirəm acı bir kəlmə
nə etdin qarşılıq olacaq bir gün
bir arzum qalıbdır heç vaxt sevilmə
peşman ol yaşayıb sən hər gün deyin.Bitirib cümləmi sona yazıram
bəlkə bu sözlərdə artıqdır sənə
verdiyim əhdimi indi pozuram
o saxta xəyallar yaraşmır mənə.Fidan sanma səni xatırlayacaq
bu gediş son gediş ağılında tut
mənim əvəzimdə mən olmayacaq
onunçun ömürlük sən məni unut……………… -
Debüt: Kənan AYDINOĞLU (Bakı şəhəri, Qaradağ rayonu).Şeirlər
Murquzov Kənan Aydın oğlu — şair-junalist,”Hüseyn Arif” Ədəbi Birliyinin üzvü (2012), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri (2012), Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü (2013), “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azerbaycan temsilcisi (2013), Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri (2013)
Murquzov Kənan Aydın oğlu 1989-cu il oktyabrın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin birinci sinfinə daxil olub.Üç ildən sonra həmin məktəbin üçüncü sinfini bitirmişdir.1999-cu il yaşayış yerini dəyişdirdikləri üçün orta təhsilini Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəbdə davam etdirib.2007-ci ildə həmin məktəbi bitirmişdir.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Şeirləri və məqalələri “Azərbaycan bələdiyyəsi”,”Azad Press”,”Cəmiyyət”,”Yeni Bəşər”,”Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”, “Sözün Sehri”,“Yeni Azərbaycan”,“Respublika gəncləri”, “Elimiz, günümüz”, “Yenilik Press”, “Vışka”, “Elin sözü”,“İlham çeşməsi”,”Vedibasar”, “Təzadlar”, “Yeni Axtarış”, “İrəvan Press”, “Azad Qələm”, “Azad Azərbaycan”, “Olaylar”, “Ədalət” qəzetlərində, “Ziyalı Ocağı”, “Ulduz”, “Kümbet” TOSAYAD-ın rüblük mətbu orqanı) müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında çap olunub.2006-cı ildən respublika mətbuatında Kənan AYDINOĞLU imzası ilə şeirləri və məqalələri ilə çıxış edir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü seçilmişdir. Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində məqalələri dərc olunub. 2007-ci ildə “Adiloğlu” nəşriyyatı tərəfindən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabı işıq üzü görüb.2010-cu ildə “MK” nəşriyyatı tərəfindən”Ömrün yarı yolunda” adlı ikinci şeirlər kitabı çap olunmuşdur.”Hüseyn Arif” Ədəbi Birliyinin üzvüdür. 2012-ci il oktyabr ayının 6-da Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Portal Rəhbəri seçilmişdir. Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar İncəsənət Xadimi Nəriman Həsənzadə gənc yazar Kənan Aydınoğlunun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirib. 2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır.Gənc yazar olaraq Türkiyəyə dəfələrlə dəvət alıb. “Türkçülük dəftəri” silsiləsindən olan şeirləri və “Türkün türkçülük dastanı” poeması dərc olunmaq üçün qardaş Türkiyəyə göndərilib.Yıldırım Beyazit Universitetinin dosenti dr.Salih Yılmazın təklifi ilə şeirləri Türkiyənin müxtəlif dərgilərində, o cümlədən portallarda dərc olunaraq həm azərbaycanlı, həm də türkiyəli oxuculara çatdırılıb. 2013-cü ildə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə” diplom ilə təltif olunmuş və mükafatlandırılmışdır.Qaradağ rayonu Gənclər və İdman İdarəsinin elektron orqanının “Aktiv gənclər” bölməsinə tərcümyi-halı, şeirləri, məqalələri, poeması yerləşdirilmişdir. 2013-cü ilin avqust ayından-noyabr ayına qədər Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin “Yeni Axtarış” həftəlik ictimai-siyasi qəzetin “Mədəniyyət və Ədəbiyyat” bölməsinin əməkdaşı kimi çalışıb. 2013-cü il sentyabr ayının 1-dən Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir. 2013-cü ilin dekabr ayının 28-də Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun 132 nömrəli sərəncamına əsasən, Qaradağ rayonunda Dölvət gənclər siyasətinin fəal iştirakına və ədəbiyyatımızın inkişafında qazandığı xidmətlərə görə “Fəxri fərman”la təltif olunmuş və mükafatlandırılmışdır.Kitabları
1.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007)
2.”Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010)Poemaları
1.”Allahdan savayı sığınacaq yox” ( Azərbaycan və Türk dilində)
2.”Türkün türkçülük dastanı” ( Azərbaycan və Türk dilində)Məqalələri
1.Nəriman Həsənzadə bayatılarında Qarabağ mövzusu
2.Zəlimxan Yaqub yaradıclığında Türk-İslam əxlaqı
3.Bütün aləmlərə bütöv bir nursan ( “Qurani-Kərim” haqqında)
4.Yunus Əmrə yaradıcılığında Allah və Quran inamı
5.Mövlana Cəlaləddin Rumi yaradıcılığında İnsan və din anlayışı
6.Tələbəlik haqqında düşüncələrim
7.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı haqqında bilgilərTezisləri
1.Nəriman Həsənzadə yaradıcılığında antonim sözlər
2.Zəlimxan Yaqub yaradıclığında yaradıclığında sinonim sözlərÖn sözləri
1.Günel İsrailqızının şeirlər kitabına ön söz
2.Aysel Cəfərovanın şeirllər kitabına ön söz
3.Elçin Əlizadənin şeirlər kitabına ön söz
4.Əziz Muğaninin şeirlər kitabına ön söz
5.Kənan Aydınoğlunun şeirlər kitabına ön söz
6.Kənan Aydınoğlunun şeirlər kitabına ön söz
7.Samirə Nurun şeirlər kitabına ön sözPublisistik qeydləri
1.İlham Mikayıl haqqında düçüncələr
2.Orxan Zaman haqqında düşüncələr
3.Günel İsrailqızı haqqında düşüncələr
4.Xəyalə Alıyeva haqqında düşüncələr
5.Aysel Cəfərova haqqında düşüncələr
6.Elçin Əlizadə haqqında düşüncələr
7.Samirə Nur haqqında düşüncələrToplayıb, tərtib edib, nəşrə hazırladıqları
1.Sumqayıt Dövlət Universiteti.-50.”Pöhrə” Ədəbi Birliyi qonağımızdır.”Sözün Sehri” qəzeti,3 yanvar-3 fevral, 2012.
2.Sumqayıt Dövlət Universiteti-50.”Gənc Yazarlar” Ədəbi Birliyinin üzvlərindən bir neçəsi qonağımızdır.”Sözün Sehri” qəzeti, 3 sentyabr-3oktyabr, 2012.Xarici mətbuat səhifələrində dərc olunan əsərləri
1.”Türkçülük dəftəri” silsiləsindən olan şeirləriAzərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunan əsəri
1.”Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib”.Şeirlər kitabı.
Tərcümə: Kamran AYDINOĞLU.Müəlliflə əlaqə:
http: // facebook.com/ Kənan Murquzov
http:// twitter.com/ Kənan AYDINOĞLU
Vebsayt: http://edebiyyat-az.com
E-mail: office@edebiyyat-az.com
Tel: ( 051) 785 44 33; ( 055) 260 98 90== Azərbaycan ədəbi elektron məkanı ==
*[http://edebiyyat-az.com/ Kənan AYDINOĞLU]
*[http://gundelik.info/ Kənan AYDINOĞLU]
*[http://qaradag-gii.com/ Kənan Aydıoğlu]
*[http://bizimyazi.com/ Kənan AYDINOĞLU]
*[http://azyb.net/ Kənan AYDINOĞLU]
*[http://ayb.az/ Kənan Aydıoğlu]
*[http://carci.az/ Kənan AYDINOĞLU]
*[http://shahbulaq.az/ Kənan AYDINOĞLU]
*[http://olaylar.az/ Kənan AYDINOĞLU]
*[http://adalet.az/ Kənan AYDINOĞLU]
*[http://kultur.az/ Kənan AYDINOĞLU]
*[http://turkbir.info/ Kənan AYDINOĞLU]
*[http:/dokkuziklimt.net/ Kənan AYDINOĞLU]
*[http://aktivistplyus.com/ Kənan AYDINOĞLU]
*[http://bizimle.org/ Kənan AYDINOĞLU]
*[http://uluturk.info/ Kənan Murquzov]
*[http://tezadlar.az/ Kənan AYDINOĞLU]
*[http://reportyor.tv/ Kənan AYDINOĞLU]== Türkiyə ədəbi elektron məkanı ==
* [http://tosayad.org/ Kənan AYDINOĞLU.Tokat Şairler ve Yazarlar Derneğinin elektron orqanı]
* [http://munevverduver.com.tr/ Münevver Düver Sanatevi Sitesi]* * *
Günəş boylanmasa, səhər sübh çağı,
Görünməz, inan ki, divarda kölgə.
Çoxdandı gəlmirik üz-üzə yenə,
Bölərdim dərdimi səninlə birgə.Görəydin dərdindən illər uzunu,
Şair qələmimlə nələr çəkmişəm.
Əridib həsrətdən yerin üzünü,
Kim bilir bəlkə də başa çəkmişəm?!Leylini gözləyən bir Məcnun kimi,
Səni düşünmüşəm, səni anmışam.
Sevgini yollarda axtaran gündən,
Yenə də eşqinlə alovlanmışam.Dolsa da, qəlbimə qəribəliklər,
Güc tapıb yanından mən düz keçmişəm.
Gör neçə döyünən qəlbin içində,
Həsrətli gözündə səni seçmişəm.AXI SƏN GƏLƏNDƏ BAŞQADI DÜNYA
Sən gələn yollara gərək sevinib,
Xəbəri göndərim özümdən qabaq.
Gəl, harda qalmısan darıxdım sənsiz,
Ürəyim söyləyir gözümdən qabaq?!Axı sən gələndə başqadı dünya,
Narahat duyğular yerdə qalmayır.
Kim sənə dedi ki, sənin gözündən,
Şairin qələmi ilham almayır?!Gəlməsən, yolları şair ilhamım,
Özümdən də əvvəl fəryad qoparar.
Nə bilim, bəlkə də sənin göz yaşın,
Mənim hisslərimi haqqa aparar?!TƏBİƏT KÖNLÜMÜ ÖZÜ ALIBDI
Yenə səssizlikdi mənim könlümdə,
Elə bil dərdimi soruşan yoxdu.
Misralar içndə, kəlmə içində,
Adından bir dastan danışan yoxdu.Baxma ki, keçibdi gün qatar kimi,
Yenə də qəlbimdə həsrət qalıbdı.
Yolun gözləyəndən bir körpə kimi,
Könlümü təbiət özü alıbdı.Bir də bilirsənmi sənin yolunu,
Yenə gözləməkdən yorulmadım heç?!
Qəlbimi sevgiyə, şeri sevgiyə,
Bu gün səsləməkdən yorulmadım heç.Dastan söylədiyim həmin o əsər,
Əslində sözünün kəsəriymiş, eh.
Bəlkə də dilindən çıxan bir kəlmə,
Şairin ən böyük əsəriymiş, eh.GÖYNƏYİR QƏLBİMİN YARASI SƏNSİZ
Hər dəfə baxanda ulduza, aya,
Göynəyir qəlbimin yarası sənsiz.
Bütün varlığıyla fəryad qoparır,
Gözümün gah ağı, qarası sənsiz.Şeir sarayımın uçub tökülür,
Çələngdən hörülmüş parası sənsiz.
Tarixi bir ana bərabər olur,-
Gecəylə gündüzün arası sənsiz.Tökür göz yaşını bil, gilə-glə,
Dəli Koroğlunun narası sənsiz.
Yolun gözləməkdən usanıb artıq,
Yeni dərdlərimin çarası sənsiz. -
Debüt: Azər NƏSİBLİ (Bakı şəhəri).Yeni şeirlər
Azər NƏSİBLİ 1992-ci il avqust ayının 3-də Bakı şəhərində anadan olub.1999-2010-cu illərdə Bakı şəhərində 68 saylı orta məktəbdə təhsil alıb.2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutuna qəbul olub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun üzvü və Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru nun I müavinidir.Sənsən
Səni sevən insanın
Bil ki, tək qəmi sənsən .
Mən uzaq bir sahiləm ,
Dənizdə gəmi sənsən..Məndən uzaqlaşırsan
Hər dəqiqə , hər bir an .
Sənə çata bilmirəm,
Ayaq saxla, bir dayan…Sən sahilsiz dənizsən ,
Mən sahiləm dənizsiz .
Ya, biz sevə bilmirik ,
Ya, qalıb sevgi bizsiz ..Sən günəşsən, qürubdan
Boylanırsan, baxırsan .
Mən bir ayam, hər zaman
Batan zaman çıxırsan…Yazım dönüb qış olub ,
Qışımın qarı sənsən .
Azər sənə vurulub ,
Onun tək yarı sənsən..O ağlayan qıza bax
O ağlayan qıza bax ,
Dənizin qırağında .
Sanki nəsə itirib
Ömrünün bu çağında…O ağlayan qıza bax ,
Gözündən yaş axır, yaş .
Qəlbinə daş bağlayıb
Atır dənizə birbaş…O ağlayan qıza bax ,
Gözündəki yaş nədir ?
O qızarmış göz nədir ,
O çatılmış qaş nədir ?O ağlayan qıza bax ,
Ağlayırsa dərdi var .
Belə ağlamaq olar?
Ağlamagın həddi var .O ağlayan qıza bax ,
Yaş tökülür gözündən .
Bulandırır dənizi ,
Xəbəri yox özündən .Demə, “dərdim böyükdür” ,
Demə, “dərdim dağdı, dağ”.
Atasını itirmiş
O ağlayan qıza bax… -
Debüt: Mircavid HƏŞİMOV (Masallı).Yeni şeir
Mircavid Həşimov Masallı şəhərində anadan olmuşdur.Bir çox şer və qəzəl müəllifidir.Şerlərinə musiqi bəstələyərək öz ifasında meyxana və mahnı janrında səsləndirilmişdir.
İSTƏYİRƏM
Məndə sevgiyə qalmayıb zərrə maraq..
Təkrar açırsan bu mövzunu sən nahaq..
Çünki demişdim sənə mən “5” il qabaq..
Mən bu mövzunu bağlamaq istəyirəm..Demə ki, bu soyuğluqa carə qılaq..
Ayrılıqın səsin duymaqdadır qulaq..
Bilirəmki deyəcəksən gəl ayrılaq..
Onun üçün səni qabağlamaq istəyirəm..Unudub bütün ötəni dərdi qəmi..
Nə sevgilim kimi nə də dostum kimi..
Sadəcə ətrin qala məndə daimi..
Səni sSon kəs qucağlamaq istəyirəm..Bir kölgətək arxanca mən sürünürəm..
Bir bilsən necə çarəsiz görünürəm..
Mən həm səni Unutmağı düşünürəm..
Həm axtarıb sorağlamaq istəyirəm..Sanma yoxluğunun mənə yoxdur rolu..
Yoxluğundur günlər keçir qüssə dolu..
Neyləsəm tapa bilmirem çıxış yolu..
Lap uşaq kimi ağlamaq İstəyirəm.Əllərin toxunub daha özgə yada..
Ya mənə sevgilim demə dost de yada..
Düşün məni sadəcə düşdükcə yada..
Mən səni gizli saxlamaq İstəyirəm.