Türkiyənin Ankara şəhərində BDU-nun müəlliməsi, tədqiqatçı-şairə İradə Əlilinin “Mənim sevgi dünyam” adlı şeir kitabının imza günü keçirilib.
Tədbirdə Qazi Universitetinin müəllimləri, QHT və KİV nümayəndələri iştirak ediblər. İmza günündə iştirak edən şeir sevənlərə həmçinin Qarabağ həqiqətlərinə aid 50-dən çox kitab hədiyyə olunub. Müəllifin yeni çap olunmuş “Dünya sevənlərindir” kitabı da Ankaradakı şeir sevənlərə hədiyyə edilib. Daha sonra İstanbulda “Mənim sevgi dünyam” şeir kitabının imza günü keçirilib. Tədbir İstanbul-Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu və tanınmış jurnalist Kəbutər Haqverdi tərəfindən təşkil edilib. İstanbul-Türkiyə Azərbaycan Dərnəyində keçirilən imza günündə Türkiyənin sevilən tanınmış yazarı Yavuz Bülent Bakiler, Metin Özer, Mayis Əlizadə, dərnəyin üzvüləri və İstanbul şeirsevənləri istirak ediblər. Çıxışlarda qeyd olunub ki, belə görüşlər istər elmi, istərsə də yaradıcılıq sahəsində olan insanların dostluğunu daha da möhkəmləndirir. Bu tədbirdə də iştirak edənlərə Qarabağ həqiqətlərinə aid 40-dən çox kitab paylanıb. Xatırladaq ki, Türkiyə türkcəsinə tərcümə edilmiş “Mənim sevgi dünyam” kitabının imza günlərində satışından əldə olunan pul vəsaiti Qarabağ qazisi Rüxsarə Cumayevanın cərrahiyyə əməliyyat üçün açılmış bank hesabına köçürülülüb.
Qarabağ qazisi Rüxsarə Cumayevanın cərrahiyyə əməliyyatı üçün açılmış bank hesabına köçürülüb.
Blog
-
İradə Əlilinin Türkiyədə “Mənim sevgi dünyam” adlı şeir kitabının imza günü keçirilib
-
İradə Əlili Qarabağ Qazisinin əməliyyatı üçün brilliant sırğa hədiyyə etdi
Qarabağ Qazisi Rüxsarə Cumayeva beşinci əməliyyata hazırlaşır. Maddi dəstəyə ehtiyac var.
Bakı Dövlət Unveristetinin Kitabxana-informasiya fakültəsinin müəlliməsi, şairə İradə xanım Əlili İstanbulda Qarabağ Qazisinə dəstək üçün kitab təqdimatı və imza mərasimi keçirib. Müəllifin imzaladığı kitabların satışından toplanmış pul vəsaiti tədbirdən sonra İradə Əlili və Səfər Qaraqoyunlu tərəfindən Qarabağ qazisi Rüxsarə Cumayevaya çatdırılıb. Onunla yanaşı İradə xanım Qarabağ Qazisinə brilliant sırğa hədiyyə edib. -
Gülnarə İSRAFİLQIZI.”Nə adı var, nə boğçası”
Nə adı var, nə boğçası. Bilmirəm nə deyim əldən gedən insanların mənəviyyatından. Bu gün sabah sivil dövlətik deyib, küçənin ortasında da yatacaqlar. Soyunduqları kimi… Indiki nə Azərbaycan gəncliyini nə də, Azərbaycan ədəbiyyatındakı yazarları anlaya bilmirəm. Heca vəznləri dar çərçivə, modern, posmodern yazılar isə yenilik, və sərhədlərdən çıxmaq hesab olunur. Mən bu yazarları anlaya bilmirəm. Millilik, din geridə qalmışlıq hesab olunur. Halbu ki, din insana mənəviyyyatdan, əxlaqdan sevgidən vicdandan başqa bir şey öyrətmir. Necə olur şezofronik şeirlər yaşam tərzi ola bilir, din ola bilmir…. qəribədir hələ də özü icra etmədiyi şeyləri bəh-bəhlə insanlara təlqin edənləri demirəm. Bir ədəbiyyat müəllimi şezofronik şeiri məhdudiyyətdən xilas hesab edir. Ona sadəcə bir sual yetər dəyərli müəllim siz insanlara qərb təfəkkürünü sırımaqla nəyə nail olmağa çalışırsınız. Bəs siz danışdıqlarınızı demirəm. Hamının normal qarşıladığı öpüşmək prosesini öz övladınızın yanında icra edə bilərsinızmi? Qərb təfəkküründə bu normaldır. Danışdıqlarınızı niyə özünüz həyata keçirmirsiniz?!!!
Allahı inkar etməklə Amerika mükafatına yaxud şeir və yazıların məs xarici ölkələrdə tərcümə olub dildən-dilə gəzməyini istəyirlər, heç düşündünüzmü ki, Allah açmayan yolu bəndə aça bilməz. Bu necə anlayışdır ki, Allahı sevirəm lakin Ədəbiyyat başqa bir şeydir. Ədəbiyyatda Allah yoxdur. Ədəbiyyat dindən də ayrıdır. Din sadəcə bir qrup insanların başını aldatmaq üçün yaradılmış bir ideologiyadır. Dindən anlayışı olmayan bədbəxtlər sizə yalnız bunu demək istəyirəm ki, bütpərəs belə Allahı qəbul edir. Daş dövründə də insanlar Allaha inanıblar. Hal-hazırda xitistian alimləri islam dinini öyrəndikdən sonra gözəlliyinə valeh olub qəbul edir siz isə get-gedə Allahsızlaşırsız. Üç, beş kitab oxumaqla siz mənəviyyatınızı korlayırsız. Necə olur dünya ölkələri islama gəlir. Mən xurafatlardan, nədə hal-hazırda terror dəstələrindən danışmıram. Quranın bir kəliməsi yetir. “Düşünən beyinlər üçün ibrətlər var” kəsici alətin sapı odundur. Ağac isə biz özümüzük yaxşıca bizimlə bizi qırırlar. Yaxşıda edirlər. Düşünməyən yaşamağın yolunu bilməyənləri bax belə qırarlar… biz doğulandan özümüz olmaq anlayışını bilmədik. Hər zaman əsarət altında yaşamaq bizə çox dəyərli gəldi. Ona görə də, biz özümüz olmayacayıq insan olmağımızı heyvanat aləmi ilə səhf salıb, şəhvəti isə həyat tərzinin əsasına çeviririk. Adı da bu olur yaşamaq… yaşamaq budursa bəs heyvanlar nə edirlər görəsən. Bəli qəbul edək ki, o da həyatın bir hissəsidir lakin bütün dəyərlər ona bağlana bilməz. Şəhvani hisslərin quluna çevrilən insanlar onu düşünsünlər ki, it daha dəyərli ömür yaşayır. Həyatı iyrənc hala gətirənlər ədəb-əxlaqdan danışanda ədəbsizlik nümunəsini təbliğ etdiklərini unudurlar. Anlamıram bununla özlərini kimə bənzətmək istəyirlər. Əziz və dəyərli oxucular mən belə yazarlara yaxud gənclərə bir ad qoya bilmirəm. Siz düşünün bir xalqın özünə məxsus dəyərləri qalmırsa o xalq necə yaşaya bilər. Və digər xalqlardan necə seçılə bilər. Ədəbiyyatçılar xalqın demək istədiklərini deməli? Yoxsa cəmiyyətdə xalqın mənəviyyatını və mədəniyyətini sıradan çıxarmaqla məşğul olmalıdırlar? biz özümüz özümüzü ölümə məhkum etdiyimizin fərqində deyilik. Uğurlar sizə ədəbiyyatın pöhrələri. Qırın xalqınızı əllərinizə sağlıq. Xiristian aliminin bir sözünü yadıma düşdü. “bir qələm bir silahdan daha güclüdür öldürmək istədiyinizi sözün vasitəsi ilə öldürün” bax beləcə dəyərli yazarlar vaxtınız olanda Quranı da açıb oxuyun necə ki, yunan və rus ədəbiyyatını sevərək oxuduğunuz kimi… -
Gənc yazar İlkin Abbasdan yeni layihə
Salam əziz oxucular. “SİZİ YAXINDAN TANIYAQ” Layihəmizin keçən həftəki qonağı olan Günay xanım Ümid ona ünvanlanan sualları cavablandıraraq, bizi sevindirdi. Layihəmizin bu həftəki qonağı gənc xanım şairə GÜLNARƏ xanım İSRAFİLQIZIdır.
(Səmimi Söhbət)
– Salam Gülnarə xanım, ilk öncə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Mümkünsə özünüz haqqında məlumat verərdiz. Gülnarə İsrafilqızı kimdir ?
Gülnarə İsrafilqızı:
Aleykum salam siz sağ olun ki, mənimlə həmsöhbət olmusuz. Özüm haqqında danışmağı sevmirəm. Lakin yazılarımda səmimiyyəti sevirəm. İndi də sizə səmimi cavab verəcəm. Mən kim olduğumu heç özüm də bilmirəm. Çünki, o qədər sirli və dəyərli ömür yaşamışam ki, anlatmaqla bitməz. Bircə onu bilirəm ki, hər kəsdən fərqli, düşüncəm və həyatım var.
-Gülnarə xanım, sizcə şair olmaq üçün mütləq sevməkmi lazımdır?
Gülnarə İsrafilqızı:
Xeyir mən belə düşünmürəm… Məntiq elminə əsasən deyə bilərəm ki, şairlik sonradan qazanılmış bir istedad deyil. Insan anadan şair doğulur. Bütün insanlara yaradılışda istedad verilir. Lakin şairlik isə tam fərqlidir hər kəsə verilməyən bir istedad növüdür. Kim desə ki, mən boş vaxtımda şeir yazıram, o şair yox boşluğu doldurmaq istəyən biridir və ondan heç vaxt şair olmaz. Şeir yazmağın bir özünə məxsusluğu da, ondan ibarətdir ki, şeir səni özü məcbur edir oturub yazmağa. Şeirin zamanı və məkanı olmur…
-Gülnarə İsrafilqızını şair edən nə oldu?
Gülnarə İsrafilqızı:
Şer yaza bilmək qabilyətini üçüncü sinifdə oxuyanda kəşf etmişəm. Əslində ana babam həm ustad aşıq, həm də şeir yazmaq istedadına malik olub. Bu istedad mənə irsən keçib. Çox maraqlı sual olduğu üçün bu suala bir az da geniş cavab verəcəm. Atamın əmisi gəlini cavan dünyasını dəyişmişdi. Bu itgi bizim hamımız üçün ağır idi. Atamın dostu Akif dayının Şəmkirdə qərənfil bağı vardı. İki gün əvvəl onlarda qonaq olanda, Akif dayı mənə səkkiz ədəd qərənfil vermişdi. Qərənfillərdən iki ədəd götürüb, heç kəsin xəbəri olmadan qəbiristanlığa üz tutdum. O ki var qəbrin baş ucunda dayanıb ağladım. Evə qayıdanda ağlaya-ağlaya bir bənd şer yazdım. Onda anladım ki, babamda olan istedad məndə də var.
-Gənc şairlərdən oxuduqlarınız varmı?
Gülnarə İsrafilqızı:
Gənclərin əksəriyyətinin yazısını oxuyuram. Maşallah çox istedadlı gənclərimiz var.
-Gülnarə xanım, onu vurğulamaq istərdim ki, qələminiz çox güclüdür və həqiqətən hər bir mövzuda ürəyə toxunmağı bacarırsız. Uğur olsun həm həyatda, həm də yaradıcılıqda İnşAllah.
Şeirlərinizin hansısa qiraətçi tərəfindən səsləndirilməsinə necə baxırsız ?
Gülnarə İsrafilqızı:
Çox təşəkkür edirəm verdiyiniz dəyər üçün. Hər birimizə uğurlar diləyirəm. Pis baxmıram. Çox şad olaram şerimin səsləndirilməsinə… bu il may ayının otuz biri öz qiraətimdə səsləndirdiyim şerlərin video, foto çarxının təqdimatını təşkil etmişdik. Ziyalı həmkarlarımız və şeirə dəyər verən insanlar iştirak etdilər. Həmin video, foto çarxlar hal-hazırda yutubda şer sevərlərin ixtiyarındadır.
-İlk yazdığınız şeiri xatırlayırsınızmı?
Gülnarə İsrafilqızı:
Təbii ki, bu mənim uşaqlıq təfəkkürümün məhsuludur. O vaxt mənə elə gəlirdi ki, insan doğulubsa cavan dünyasını dəyişməməlidir. O, ən az yetmiş, səksən il ömür sürməlidir. Əslində dünyanı günahlandırmağım da bu nöqteyi nəzərdəndir…Yazdığım ilk şer…
Gəlinlik adım qalmasın,
Yurduma quşlar qonmasın,
Mən getdim ki, bu dünyadan,
Namərd dünya da, qalmasın.
-Şeiriyyatdan başqa hansı maraqlarınız var? Yəni boş vaxtlarınızda nə ilə məşğul olursunuz adətən?
Gülnarə İsrafilqızı:
Uşaqlıqdan kitab oxumağı sevmişəm . Məktəbin kitabxanasından roman yaxud hekayə kitabı götürüb oxuyurdum. Düşünürdüm vaxt gələcək mən də, belə əsərlər yazacam ədəbiyyatda olacam… boş olmuram lakin kitab oxumağı sevirəm. Hansı mövzu olursa olsun. Xüsusən aparıcılığı çox sevirəm. Səhnəyə çıxıb hər hansı bir tədbir apardıqdan sonra özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Yenidən doğulmuş kimi oluram. Bir sözlə insanlarla ünsiyyətdə olmaq onlara nələrisə aşılamaq məni yaşadır var edir. Elə bil anam məni səhnə üçün doğub…Hər kəsə zaman ayırıb dinləyib dərdinə şərik olmağı özümə vəzifə bilirəm. Bilmədiklərimi öyrənməyə çalışıram.
-Ümumi bir sual. Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti sizi qane edirmi?
Gülnarə İsrafilqızı:
Bu mövzu həddindən artıq geniş mövzudur qısa cavab; istedadlı gənclərdən və orta yaşa malik olan dəyərli yazarlardan nələrsə gözləyirəm ola bilsin ki, Azərbaycanın özünə məxsus ədəbiyyatı gənclərin və xüsusi istedada malik olan orta yaşlı insanların vasitəsi ilə çiçəklənsin. Əvvəllər də Azərbaycanın yaxşı yazarları olub. Bu gün də var sadəcə çox azdır. Əslində hər kəsin istedadı var. İstedadsız yazar yoxdur sadəcə istedadın üzə çıxması, çıxarılması çox vacibdir kimliyindən asılı olmayaraq. Ədəbiyyatın bu günki vəziyyəti qane olunacaq bir səviyyədə deyil. Istənilən səviyyəni əldə etmək üçün daha da savadlı olmaq lazımdır.
-Gülnarə xanım, həyatda sizə uğur gətirən ən böyük iş nə olub?
Gülnarə İsrafilqızı:
Uğur qazandağım çox işlər olub. Lakin mənə uğur gətirən işim olmayıb. Gözəlliklərlə yanaşı çox çətin günlər yaşamışam. Bu gün də həmin çətinliklər var mənə elə gəlir sabah da olacaq. Ara-sıra ayna qarşısına keçəndə özümün özümə çox heyfim gəlir. Bir şey məni ayaq üstə saxlayır oda ömrümün tər-təmiz səhifələri. Hər dəfə o səhifələri varaqladıqca çox xoşbəxt oluram. Bunun üçün Allahıma və valideynlərimə minnətdaram.
-Həmkarlarınız (şair-şairələr) sizin haqqınızda söhbət edirlərmi? Şeirlərinizə münasibətlərini hiss edirsizmi?
Gülnarə İsrafilqızı:
Əlbətdə ki, ədəbiyyatda olasan haqqında danışılmaya bu mümkün deyil. Onu deyim ki, vicdanlı həmkarlarımın müsbət fikirləri mənə stimul verib. Onlara təşəkkür edirəm. Ədəbiyyata nifrət etdirəcək həmkarlarımda az deyil. Güman edirəm ki, onlar bu peşələrindən nə vaxtsa əl çəkəcəklər…
-Ədəbiyyat, bir xəzinədir. Onu yaşamaq lazımdır və bu sizdə çox mükəmməl alınır. Şeiriyyatdan başqa, hansı sahədə çalışırsınız?
Gülnarə İsrafilqızı:
Yaradıcı insan hər zaman yeni şeylər axtarışına çıxır. Başqa sahələrdə də fəaliyətim olub. məsələn əvvəllər “Mədinəm ilahilər” qrupunda aparıcı və senarist, xüsusən xeyiriyyə tədbirlərində. Carçı.az sayıtında jurnalist, vəzifəsində çalışmışam. Hal-hazırda Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və Yönətim Kurulunun başqanı, Azərbaycan Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Gündəlik İnformasiya Agentliyinin baş məsləhətçisiyəm. Bununla yanaşı İnfom. Az,Vəhdət.org saytı ilə də, əməkdaşlıq edirəm.
-Gülnarə İsrafilqızının fikrincə, əsl şair necə olmalıdır?
Gülnarə İsrafilqızı:
Şair bütün xalqları canının, ruhunun bir hissəsi hesab etdikdə, dərdinə şərik olmağı da, bacarır. O zaman Öz vətənini, millətini, xalqını da, qələmi ilə təbliğ edə bilir. Milli- mənəvi dəyərlərin üstündən xətt çəkmədən, cəhalətdən, çirkinlikdən uzaq olmağa çağırır. Hər kəsi özününkü hesab edir. Əgər Vətəni işğal altındadırsa, yer üzündə qərar tuta bilmir ömrü əzablarla qidalanır. Şerləri də bu ruha köklənir. Yalnız belə şairlər özləri bu dünyada olmadıqda insanların ürəyində yaşayacaqlar.
-Gülnarə xanım, şeirləriniz Azərbaycandan kənarda da dərc olunurmu? Sanki saytların birində yanılmırsamsa belə bir məlumata rast gəlmişdim.
Gülnarə İsrafilqızı:
Bəli bu il 15 avqust, 2014-cü ildə Türkiyənin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairlər və Yazarlar Dərnəyinin, “Kümbet” eğitim, kültür, sanat və ədəbiyyat dərgisinin 33-cü buraxılışında şeirim dərc olunub. Bu işdə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Dünyada bir yazar üçün bundan qiymətli hədiyyə ola bilməz.
-Gülnarə xanım, Şeiriyyatda ümumiyyətlə yaradıcılığınzda sizə qarşı haqsızlıq olubmu? əgər olubsa bununla necə mübarizə aparmısınız?
Gülnarə İsrafilqızı:
İnsan yer üzündə yaranandan bu günə qədər haqsızlıqlar olub olacaq da… Nəinki mənə, dahi şəxsiyyətlərə, Peyğəmbərlərə, imamlara, övlüyalara haqsızlıq olub. Haqsızlıqlar hələ də, davam edir…heç vaxt onlarla mübarizə aparmıram. Çünki, bilirəm ki, gün gələcək hər kəsin əkib becərdiyi toxumun məhsulu özünə qismət olacaq. Bu barədə heç zərrə qədər də narahat deyiləm. Əksinə özümün və yazılarımın qiymətli olduğunu düşünürəm… haqsızlıq nə zaman olur dəyərli bir şey əldə edəndə. Bir kəlimə sözün özü belə ən dəyərli nemətdir. Ürəyimdən süzülən sözümün nuru, bircə nəfərin ürəyinə enibsə, məndən xoşbəxti yoxdur bu dünyada. Bir nəfər bir kainatdır. Bircə kainat da mənə yetər…
-Gülnarə xanım, sizcə sevməyən bir ürəkdə dərd yuva salarmı?
Gülnarə İsrafilqızı:
Heç vaxt. Özünü dərk etməyən insan sevginin də gözəlliyini dərk etmir. Eləki sevginin gözəlliyini dərk etməyə başlayır. Sevgi şaxələnir. Hər şaxədən isə, bir kədər doğulur.
-Dahi Azərbaycan şairlərimizdən ən çox oxuduqlarınız kimlərdir?
Gülnarə İsrafilqızı:
Nizamini, Fizulini. Fizulini tam olaraq dərk etmək mümkün deyil. Nəsimin şerləri daha çox ruhuma yaxındır. Nəsimi isə bir dəryadır hər kəs Nəsimini analamaq qüdrətinə malik deyil. Bu üç dahini azda olsa dərk etmək üçün gərək öz varlığını öyrənəsən. İnsan və insanlığın sifətlərini… onun yolu isə Allahın elmindən keçir.
-Kitabınız varmı?
Gülnarə İsrafilqızı:
İnşallah yaxın zamanlarda olacaq.
-Sonda oxucularınıza nəyi söylərdiniz ?
Gülnarə İsrafilqızı:
Əziz oxucularım və oxucum olmayan dəyərli insanlar. Siz çox, həmdə çox dəyərlisiniz. Daha çox, dəyərli olduğunuzun fərqinə vararaq, dərk edərək yaşamağınızı istəyirəm. Sizin hamınızı özünüz kimi sevirəm. Hamınız ruhumun, varlığımın bir hissəsisiniz. Siz var olun, mən də var olum. Məni bu dünyada var edən, ilhamlandıran sizin var olmağınızdır.
-Gözəl şeirlərinizdən birini bizimlə və oxucularınızla paylaşardınız.
Gülnarə İsrafilqızı:
Yat gözüm!
Yat gözüm,
Görmə daha çirkinliyi.
Göz didəmi zibilləmə.
Gözümün ağı qalsın buludda,
Yer üzündə kirləmə.
Kipriyimə şimşəkdən,
Od ələnsin.
Kipriyimlə çirkinlik,
Güllələnsin.
Yat gözüm!
Ölüm-dirim savaşları dayanınca,
Susan vicdan, yatan insan oyanınca.
Körpələrin üzündəki cizgilərdə,
Ölüm, qorxu….
Apar məni dərin yuxu.
Göyərçinin qanadında,
Uçum, gedim səssizliyə.
Yat gözüm!
Ruhum getsin sənsizliyə.
Ömrüm,
Son mənzildə dayanınca.
Yer üzündə,
İnsanlıq oyanınca,
Yat gözüm.
-Həmsöhbət olduğunuz üçün sizə dərin minnətdarlığımı bildirir, daha da böyük yaradıcılıq uğurları arzulayıram.
Gülnarə İsrafilqızı:
Təşəkkür edirəm…
Bəli, əziz oxucularımız. Bu həftənin qonağı GÜLNARƏ İSRAFİLQIZI oldu. Növbəti buraxılışımız gələn həftənin Şənbə günü olacaq. Görüşənədək.
Həmsöhbət oldu : Gənc şair (_____”””İLKİN ABBAS”””______) -
Aqil SABİROĞLU.”Çəkinməyək döyüşlərdən” (Yeni şeir)
Mən ayıra bilməmişəm ömür boyu Təbrizimi
Astaradan,
Zəncanımı,Əhərimi İsmayıllı,Şamaxıdan…
Bu ağırdır yüz yaradan…
Ərdəbilin küçəsində taqqıldayan ayaq səsi küçədə yox,
ürəyimdə səda verib,
Hamı bilir bu milləti hansı gəda parçalayıb
bada verib!
Urmiyada körpə uşaq ağlayanda burda mən də
hönkürürəm,
Şeirimlə Fironlara divan tutub dindirirəm!
Qaradağın dağlarından Bakı deyib hayqırmışam,
Amma…
Amma İsmayıllı zirvəsindən gah Germiyə hay atmışam;
Gah Qubadlı,Laçın deyib-
(Hələ Kərkük gözün döyür…) gizli-gizli ağlamışam.
Bu dərddənmi,ya nədənmi bəzən çocuq misallıyam-
Xəyal qurub sevinirəm,
O yerlərə vüsallıyam.
Özümümü aldadıram,ya bu xəbər vəhylə gəlir?
Bu mütləqdir-
Yalnız bütün qalibiyyət döyüşlərdə səylə gəlir!
Nə qədər ki döyüşlərdən çəkinmişik,
Ağır gündə əkilmişik-
Sızıltımız qulaqları kar edəcək!
Ey ordudan qaçan “kişi”,
“İgid”likdə siçan kişi!
Nə qədər ki bu torpaqlar alınmayıb,
Zəfər marşı çalınmayıb…
tək evdə yox-
Lap ən uca zirvələrdə ana torpaq bizi qəbul etməyəcək,
Yerimizi dar edəcək-
Gen dünyada məzar kimi… -
Qurban bayramı namazı və qılınma qaydası (Bayram namazı)
Bu bayramın əməllərindən biri də, bayram namazını qılmaqdır. Bu namaz, Fitr namazı kimi, qılınır. Şiə alimlərinin mötəbər rəyinə əsasən, Qurban bayramının, eləcə də, Fitr bayramının namazı – Sonuncu İmam Höccət ibnil-Həsən (ə.f) qeybdə olduğu müddət ərzində, eləcə də, bizim zəmanəmizdə qılmaq müstəhəbdir, tək halda da, qılına bilər, camaatla birlikdə də. Lakin, İmamın (ə.f) qeybdə olmadığı dövrlərdə isə, bu namazları qılmaq vacibdir və camaatla qılınmalıdır. Bu namazın vaxtı gün çıxandan zöhrə qədərdir. Bu namaz 2 rəkətdir. 1-ci rəkətdə “Həmd” və “İxlas” surəsi oxunduqdan sonra, 5 təkbir (Allahu əkbər) deyilir və hər təkbirdən sonra da, 1 qunut tutulur. 5-ci qunutdan sonra, bir daha təkbir deyib, ruku və səcdə edilir. 2-ci rəkətdə 4 təkbir deyilir və hər təkbirdən sonra, 1 qunut tutulur. 4-cü qunutdan sonra, bir daha təkbir deyilir və ruku və səcdə edilir. Namazın sonunda isə, təşəhhud və salamlar deyilir və bununla da, namaz sona yetir.
-
Müqəddəs Qurban Bayramınız mübarək!
Salam, Əziz Müsəlman Bacı və Qardaşlar!
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Uca Tanrı Sizi və bütün ailə üzvlərinizi qorusun!
Mətbuat xidməti -
Təzəpir məscidində Qurban Bayramı namazı oktyabrın 5-də qılınacaq
Bakının Təzəpir məscidində Qurban Bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarovun saytımıza verdiyi məlumata görə, Təzəpir məscidində bayram namazı oktyabrın 5-də səhər saat 09:00-da qılınacaq.
QMİ rəsmisi həmçinin bildirib ki, Azərbaycanda oktyabrın 4-ü və 5-i Qurban Bayramı günü kimi qeyd olunacaq və ölkəmizin bütün məscidlərində bayram namazı qılınacaq.
Qurban bayramımız mübarək olsun! -
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qurban bayramı təbriki
Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir.
Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.
Əziz bacı və qardaşlarım!
Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 1 oktyabr 2014-cü il.
-
Beynəlxalq Müəllimlər Günü qeyd olundu
3 oktyabr 2014-cü il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi “Xəzri” şadlıq sarayında Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon komitəsi ilə birgə 05 oktyabr – Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavini Təranə İsmayılova, rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov ilk öncə bütün təhsil işçilərini 05 oktyabr – Beynəlxalq Müəllimlər günü və qarşıdan gələn Müqəddəs Qurban bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından səmimi qəlbdən təbrik etdi. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd etdi. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürüdür. Ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da xidmətlərinin misilsiz olduğunu bildirdi. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər çərçivəsində respublikamızda yüzlərlə təhsil ocaqlarının tikildiyini, əsaslı təmir olunduğunu xüsusilə vurğuladı.
Öz növbəsində çıxış Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova rayonun məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlərdən, 2013-2014-cü tədris ilində rayonun təhsil işçilərinin və tələbələrinin qazandığı uğurlardan danışdı. Xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd etdi.
Tədbirdə çıxış edən digər natiqlər, təhsil işçiləri göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə rayon İcra hakimiyyətinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon komitəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olundular. -
Ahıllara hər zaman xüsusi diqqət var
1 oktyabr 2014-cü il tarixdə Ahıllar günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavini Təranə İsmayılova, aparatın şöbə müdirləri, ahıllar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Ahıllar günü münasibəti ilə tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından təbrik edərək respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da ahıllara böyük hörmət və diqqət göstərildiyini qeyd etdi. Bildirdi ki, respublikamızda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirdi. Beynəlxalq Ahıllar gününün ölkəmizdə 1993-cü ildən qeyd olduğunu nəzərə çatdıraraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” Qanun imzaladığını vurğuladı. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ahıl hesab olunduğunu bildirdi. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması eləcə də, siğorta hissəsinin artırılması ilə bağlı imzaladığı mütəmadi Sərəncamlar dövlət qayğısının təcəssümüdür.
Öz növbəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova qeyd etdi ki, Qaradağ rayonunda yaşayan ahıllarımız, ağsaqqallarımız rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Bu gün ahıllarımız, ağsaqqallarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Çünki, bizim ahıllarımız böyük həyat təcrübəsi keçiblər. İkinci Dünya Müharibəsinin ağrı-acılarını məşəqqətlərini çəkən ağsaqqallarımız, müharibə veteranları alman faşistlərinə qarşı fədakarlıqla mübarizə apararaq, vətənin müdafiəsinə qalxmış, əsil vətənpərvərlik nümayiş etdirmişlər. Zəhmətkeş ahıllarımız, əmək qəhrəmanlarımız da az olmamışdır.
Ahıllar adından çıxış edən Qaradağ rayon Ağsaqqlar Şurasının sədri Təhməz Abbasov onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə ahıllar adından təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazımdır.
Yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 150 nəfər ahıla ərzaq yardımı edildi. -
Qaradağ rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi
30 sentyabr 2014-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.
Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla 90 nəfər iştirak edirdi.
Şurada Qaradağ rayonunda təhsil müəssisələrində 2013-2014-cü tədris ilinin yekunları və 2014-2015-ci tədris ilinə hazırlığın vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon təsərrüfatı, kommunal xidmətlər, təmir-tikinti və sosial-abadlıq sahələrində 2014-cü ilin doqquz ayı ərzində görülən işlər barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Rövşən Səmədzadənin, Təsərrüfat və kommunal xidməti sahələrinin 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıq barədə Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Rasim Əhmədovun, İstehlak bazarı və sahibkarlığın inkişafı ilə bağlı mövcud vəziyyətin təhlili və qarşıda duran vəzifələr haqqında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Seyfulla Ağayevin məruzələri dinlənildi.
Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi.
Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov Qaradağ rayonunun qəsəbələrində aparılan quruculuq və abadlıq işlərinin aparılmasında, 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlığın təmin olunması, rayon əhalisinin sosial problemlərinin həlli istiqamətlərində müvafiq tapşırıqlarını verdi.
Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunaraq, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edildi. -
Xalq şairi Hüseyn Arifin arxivindən şeirlər
Şairin arxivindən
Xalq şairi, Respublika Dövlət mükafatı laureatı Hüseyn Arifin anadan olmasının 90 illiyinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-ci il mayın 2 – də sərəncam imzalamışdır. Bununla əlaqədar olaraq, Milli Arxiv İdarəsində şairə aid olan sənədləri araşdırmalı olduq. Burada biz H.Arifin oxucularımıza məlum olmayan təxminən bir kitab həcmində şeirlərinə rast gəldik…
Hüseyn Arifin şeirləri özü kimi sadə, sadə olduğu qədər də düşündürücüdür. İlk baxışdan insana elə gəlir ki, hər bir şəxs bu misraları yazmağa qadirdir. Lakin unutmaq olmaz ki, H.Arifin misraları hər hansı söz yığımı ilə yaranmamışdır. Onun misraları ana südü kimi pak, bulaq suyu kimi durudur.
Mən dəfələrlə şairin şeirə necə kökləndiyinin şahidi olmuşam. Belə anlarında o, heç kimi, heç nəyi “görmür”, heç nəyi düşünmək belə istəmirdi.
H.Arif təbiətə vurğun şair idi. Ömrünün böyük bir hissəsini təbiətin qoynunda keçirən şair onun ağrı-acısını hiss edir və bu ağrı-acılarla da yaşayırdı.
Hüseyn Arif, bir tərəfdən, təbiətin yaratdığı gözəlliyi sevinc dolu təsvir edirsə, digər tərəfdən, insanları onu qorumağı çağırır:Gəlin təbiəti biz də düşünək,
O özü hər şeyi düşünən kimi.Şairin arxivindəki şeirlərindən kiçik bir qismini “Azərbaycan” jurnalının oxucuları ilə bölüşmək istədik.
Hüseyn Arif yaradıcılığı ilə məşğul olan tədqiqatçılara tövsiyəmiz budur ki, arxivdə onları şairin hələ sirri açılmamış əsərlərinin tədqiqi gözləyir.
Unutmayaq ki, “O elə şairdi bir də, tapılmaz”.Aslan KƏNAN (QASIMLI)
Hüseyn ARİF
AĞAC YENƏ AĞACDIR
Çapıb budaqlarını
Qabığını soyma sən.
Çox yemisən barını,
O ağaca qıyma sən.Çiçəyini qoxlayıb
Çox batmısan ətrinə.
Amandır belə vaxtda
Belə dəymə xətrinə.Baharda çiçəkləyib
Gülməsi yadındamı?
Zənbil-zənbil dərdiyin
Meyvəsi yadındamı?Yadındamı balalar
Kölgəsinə qaçardı
Quşlar da səhər-səhər
O tərəfə uçardı?Dünənki əhdi bu gün
Daşa çalmaq düzdümü?
Qocalıb, qarğıyanı
Gözdən salmaq düzdümü?Bəlkə nəyəsə möhtac,
Bəlkə su üçün acdır?!
Barlı-barsız həyatda
Ağac yenə ağacdır.
05.X.88 AğstafaEHTIYACIM VAR
Şirin söhbətə də, dadlı sözə də,
Həzin rübaba da ehtiyacım var.
Soyuq bulağa da, isti közə də,
Şişdə kababa da ehtiyacım var.Gah gecə əyilir, gah səhər düşür,
Axıb qulağıma nə səslər düşür.
Fikrimə xudmani məclislər düşür,
Tara, mizraba da ehtiyacım var.Dostlarla cəmləşib ülfət qılanda,
Yaşdan keçənləri yada salanda,
Əl gülür, əlinə kitab alanda,
Əldə kitaba da ehtiyacım var.Hüseyn Arifəm, saçlarımda dən,
Başdan zarafata alışmışam mən.
Aqillər içində nədənsə hərdən
Başdan xaraba da ehtiyacım var.11.1.89 Bakı
DOYMUŞAM
Eniş gözəl, yoxuş gözəl, düz gözəl,
Nə arandan, nə yaylaqdan doymuşam.
Sinə gözəl, söhbət gözəl, söz gözəl,
Nə qələmdən, nə varaqdan doymuşam.Göz qoyduqca köhlənlərin oynuna,
Qollarımı aparmışam boynuna.
Sığınanda təbiətin qoynuna,
Nə lilpardan, nə bulaqdan doymuşam.Yaşıl meşə yağışı nə yağışdı,
Əlvan çəmən naxışı, nə naxışdır.
Ürkək maral baxışı nə baxışdı,
Nə obadan, nə oymaqdan doymuşam.Günəş doğar, hərarəti nə yaxşı,
Gəlin gələr nəzakəti nə yaxşı.
Körpə gülər, məhəbbəti nə yaxşı,
Nə sevincdən, nə maraqdan doymuşam.Qohum-qardaş bir-birinə dirəkdi,
Bir sinədə bir döyünən ürəkdi.
Təzə mənzil, təzə bayram deməkdi
Nə süfrədən, nə qonaqdan doymuşam.Hüseyn Arif, nə yanğı var canında,
Yanmaq eşqi damarında, qanında.
Qədir bilməz, dil qanmazlar yanında,
Elə olub yaşamaqdan doymuşam.
31.X.88ƏHMƏD CAVADA
Zülmlə üzüldü öz cərgəsindən
Haqsızlıq ucundan bir haqq şairi.
-Hayıf Cavad!,
– deyə andı çoxları
Bu bədbəxt şairi, xoşbəxt şairi.Köçünü arana, yaylağa sürdü,
Ata dərdi çəkdi, qız dağı gördü,
Şeirdən Göy-gölə bir çələng hördü,
Təbiət vurğunu, torpaq şairi.Çox sözü-söhbəti yadigar qalıb,
Ondan nəsillərə namus, ar qalıb.
Yurdunda qeyrətli övladlar qalıb,
Başdan uca tutar hər vaxt şairi.Ala göz, uca boy, nəcib bir insan,
Elini, gününü bağrına basan.
İtirmək kimsəyə gəlməsin asan,
Necə də itirdik beyvaxt şairi.Aman 37! Gör nələr etdi,
Arzular, əməllər puç olub getdi.
Min ömrün səfəri yarıda bitdi,
Həyatdan ayrıldı həyat şairi.Ey Hüseyn Arif, indi ha gözdə,
Sevinci də bizdə, qəmi də bizdə.
Yaşar zaman-zaman xatirimizdə,
Xalqa “düşmən” çıxan bir xalq şairi.
3.VI.89 AğstafaSÖNDÜ BIR ÇIRAQ
Körpə yanaqların od tutub yanır,
Qızıl şamamasan yaşıl tağ üstə.
Mənim ətrafımda xəzan dolanır,
Sən təzə qönçəsən tər budaq üstə.Gözlərim önündə söndü bir çıraq,
Necə də çəkildi qara ağ üstə.
Taleyin hökmünə, qərarına bax,
Sən torpaq altdasan, mən torpaq üstə.
22 noyabr 1988 AğstafaON ÜÇ ILDIR
(Arifin vəfatının 13 ili münasibətilə)
Dərya-dərya adı udub
Gülə-gülə yaşayıram.
Göz yaşımı sıxa-sıxa,
Silə-silə yaşayıram.Taleyi yol azmış gəmi
Fikrim göydəmi, yerdəmi?
Öz içimdə öz dərdimi
Bölə-bölə yaşayıram.Keçilməz dağlar keçildi,
Can əridi, boy kiçildi.
Aman Arif, on üç ildi
Ölə-ölə yaşayıram.
25 sentyabr 1988 AğstafaOLSUN
Elə istəyərdim əziz günümdə,
Qapımı dəstəylə açanlar olsun.
Oturaq üz-üzə, qabaq-qabağa
Dillənən saz olsun, ötən tar olsun.Qızışa çal-çağır, qızışa meydan,
Sağlıqlar uzana sökülüncə dan.
Bir könül dostu da çıxmaya yaddan,
Yaxınlar, uzaqlar bərqərar olsun.Qızıl çıraqlardan şəfəqlər saçaq,
Sevincdən çağlayıb, fərəhdən uçaq.
Dəli Alı kimi süfrələr açaq,
Ələsgər dililə eldə car olsun.Görüşüb cəmləşək toyda, büsatda,
Ömrə qənimətdir hər xoş saat da.
Ünsiyyət sözü var bir də həyatda,
Bu söz nəsillərə yadigar olsun.Yüz kənddən, şəhərdən qonağım gələ,
Gül gülə qoşula, bülbül bülbülə.
Ey Hüseyn Arif nə çıxar belə,
Ürək geniş olsun, otaq dar olsun.22.IV.89 Bakı
“Azərbaycan” jurnalı.Avqust 2014.
-
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Azərbaycan Yazıçılr və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqadüçüsü***
Beş deyil, on deyil, min kilodu eşq,
Ürək necə çəksin, dayağı yoxdu.
Nədən qınayırsan bu çılpaq ruhu,
Görmürsən çolaqdı – ayağı yoxdu?!Elə bil doqqaza ipək səriblər; –
Hər qoyun köçündən yun qalıb burda.
Yeməli deyil ki, qəmdən dadasan,
Qorxma, bir kündəlik un qalıb burda.Bir az rəng dağılıb masanın üstə,
Qoy Şərnən Xeyirin davasın çəkim.
Dünəndən arxamca iki göz baxır,
Fikrim kürt düşmür ki, havasın çəkim.***
Ruhum vəcdə gəlir lal sevda kimi,
Cismimin altında təpə oynayır.
Sən elə süzürsən, elə bil ki, qız,
Suların qoynunda ləpə oynayır.Kölgəmin tabutu elə cür durub,
Elə bil torpağa düz xətt qoyublar.
Sənə vermədiyim vədin altından,
İmza əvəzinə yüz xətt qoyublar.Eşqdən kim yorulub, biz də yorulaq,
Deyəsən, gün keçir, boynum üşüyür.
Sanki xəzan vurmuş quru yarpaqdı,
Qızlar bir-bir düşür, qoynum üşüyür.***
Səsim ərşi titrədir,
İpi çürük zəng kimi.
Tanrıya tuşlanıbdı
əlim boş tüfəng kimi.Kefimə dəysə külək,
Bulud yeri daşlayar.
Odun düşdüyü yerdən,
Təzə sevda başlayar.Kimsə yox damın altda
məndən savayı, tez gəl.
Tale baha satılır,
Ömür havayı, tez gəl. -
Əlirza HƏSRƏT.”Sıxdı əllərimi qışın çilləsi” (Yeni şeir)
Azadlıq nəğməsi döşümə yatmır,
Bu zalım qəfəsdə quşum var hələ.
Xəzan gülləriylə örtün üstümü,
Qabaqda çövğunlu qışım var hələ.Düşdüm sevdasına bir qərib köçün,
Gülüb,boy göstərdi həsrətim çin-çin.
Ayrılsaq,arxanca su atmaq üçün,-
Gözümdə bir damla yaşım var hələ.Ömür nərdivandır,günlər pilləsi,
Sıxdı əllərimi qışın çilləsi.
Qanıma susayıb düşmən gülləsi,
Bağrımın başında qurşun var hələ. -
Gülnarə İSRAFİLQIZI.Yeni şeir
İstəyirəm öz ölkəmin bayrağını
Parça-parça bölük-bölük,
Vətənimi istəmirəm.
Ruspərəst, ermənipərəst,
Vətəndaşdan,
vətən daşı gözləmirəm.
Xalqımı didmələyib,
Didik-didik, məzhəblərə ayırıblar.
Millətçilik, Dövlətçilik,
Şüarı ilə insanların ac şüurunu,
Doyurublar.
Vətənimin qan qoxusu,
Urmiyada, Borçalıda,
İrəvanda,
Təbriz kimi paytaxtımdan
Qan süzülür diyarımda.
Vətənimin başı bölük.
Azərbaycan doğulandan
Yaşı bölük.
Qoltuqlara baş qoymaqdan
usanmadı mənim xalqım,
Öz yurduna, torpağına,
Öz-özünə qənim xalqım.
Bütün ölkə mənimsəyir bu torpağı….
Qarabağı…
Sazişlərə imza atan,
Şərəfsizə şərəf satan,
Vicdansızı istəmirəm.
Şəhidlərin gözlərində yatır həyat.
Həyatsızı,
Ad altında bir adsızı istəmirəm.
Vətənsizlər,
Vətənimə gərək deyil.
Satqın, əyyaş örnək deyil.
İstəmirəm yad ölkənin bayrağını,
Başım üstə dalğalansın.
Parça-parça yaralarım,
Birləşmədən sağalmadan parçalansın.
İstəyirəm öz ölkəmin bayrağını,
Parçalardan bütövlənmiş torpağımı.* * *
Gətirib dərdimi yuvarlaqlayım,
Başqa dərd içində itib batmasın.
Əvvəlki dərdlərim gedir piyada,
Dərdim, dərdlərimə gedib çatmasın.Gətirib dərdimi yuvarlaqlayım,
Götürüb dənizə, aparsın sular.
Yoxsa hər gün yeni dərd doğar dərdim,
Yüküm ağırlaşar, dərdim çoxalar.Gətirib dərdimi yuvarlaqlayım,
İçimdən bu dərdim bir baş yox olsun.
Öldürər dünyamı, əzər dərdlərim,
İçimdə böyüyən dünyam doğulsun.
Gətirib dərdimi yuvarlaqlayım. -
Mais TƏMKİN.”Düşəsən” (Yeni şeir)
Qədrini bil, hər an qədir bilənin,
Səsləyəndə harayına gələnin..
Can-can deyib, hər üzünə gülənin
Sən məbadə, tez eşqinə düşəsən.Hər gözəldən əhdə sadiq yar olmaz,
Əsli halalzadə eldə xar olmaz.
Ərdən ,,boşanmış,,dan vəfadar olmaz,
Könül, düşsən qız eşqinə düşəsən.Acı sözlə hər yetəni dalama,
Şirin dillə ,,əleyk..,, söylə salama.
Bayquş olub viranədə ulama,
Səməndər tək köz eşqinə düşəsən.Yağsa da başına hey narın-narın,
Uyma hiyləsinə yağışın, qarın.
Zatında paklıq var nazlı baharın,
Gül-çiçəkli yaz eşqinə düşəsən.Mais Təmkin, xoş ilhamla yarat, qur,
Günəş kimi ömürlərə çilə nur.
Boş, mənasız kəlmələrdən kənar dur,
Hikmət dolu söz eşqinə düşəsən! -
Gülnarə SADİQ.Yeni şeirlər
Söylə o pak dünyan çoxmu gözəldi
Dünyanı görməyən kor gözlü oğlan,
Söylə, sənin dünyan çoxmu özəldi.
Qaranlıq aşıqı, nur üzlü oğlan
Söylə o pak dünyan çoxmu gözəldi.Hər ağrın, hər acın gözündə gizli,
Ümidin həsrəti sözündə gizli,
Bu işıqsız dünyan özündə gizli,
Söylə o pak dünyan çoxmu gözəldi.Kainat gözlərində gen düşüb.
Rəbbin rəhmətiylə ruhun tən düşüb,
Işıqlı aləmə duman, çən düşüb,
Söylə o pak dünyan çoxmu gözəldi.Işıq sənə həsəd, işıqsız oğlan,
Günah sənə vurğun günahsız oğlan,
Əzab qapısında zamansız oğlan,
Söylə o pak dünyan çoxmu gözəldi.Bu dünyanın üzü yaman kirlidi,
Yerin fəryadından göylər qəmlidi,
Cahanın ürəyi yaman nəmlidi,
Söylə o pak dünyan çoxmu gözəldi.Vuruluram sənsizliyə deyəsən.
Son günlər gözlərim yol çəkət oldu,
Həsrətim qəlbimi hey didər oldu,
Vüsalım yol aldı, dərd qalan oldu,
Vuruluram sənsizliyə deyəsən.Əziz bildiklərim məndən yan gəzdi,
Gözlərim hər yanda ümidi gəzdi,
Sənsizlik mənimlə dünyanı gəzdi,
Vuruluram sənsizliyə deyəsən.Açılmadı ürəyimin düyünü,
Çəkəmmədim ayrılığı yükünü,
Kədərə qərq oldu ömrün hər günü,
Vuruluram sənsizliyə deyəsən.Qovuşmağı gözləyənlər küsməsin,
Sadiqin dərdinə kimsə düşməsin,
Aşıiqlər məşuqu heç vaxt üzməsin,
Vuruluram sənsizliyə deyəsən. -
Fidan ABBASOVA.”mən əvvəlki mən deyiləm……” (Yeni şeir)
Gözlərimin həsrətini silə bilən yolum hanı?
zaman ötdü, il dəyişdi, səndə məni yaxşı tanı
ürəyimdən əllərimə axıb gəlmiş söz ümmanı
tükənməzdir bilmirəm heç harda kiməm
mən əvvəlki mən deyiləm……Daha yorub üzüb məni yaralama bilə-bilə
çox qurmuşdun yollarıma mən düşmədim öz tələnə
başqasının göz yaşına baxıb ürəkdən gülənə
inanmıram daha birdə sabah gələn ümüdümə
tükənməzdir bilmirəm heç… harda kiməm…
mən əvvəlki mən deyiləm……Bir gün həsrət, bir gün zillət, bir gün möhlət verib mənə
gecikmişəm , tələsmişəm, dönüb yenə gəlib sənə
indi baxıb için -için ağlayıram saçlarıma düşən dənə
bir bax sənsiz pərişanlıq necə cumub üzərimə
tükənməzdir bilmirəm heç.. harda kiməm …
mən əvvəlki mən deyiləm……Nahaq yerə gözləmişəm yollarına baxıb durub
günlər keçib üzərindən o köhnəlib tez yorulub
dərd , qəm ilə bir kaman kimi sanki bir simə sarılıb
ağlayıram içimdə bir kövrək telim bax qırılıb
tükənməzdir bilmirəm heç harda kiməm
mən əvvəlki mən deyiləm……Onsuz həyat vəfasızdır cəfa cəkib üzülmə heç
səndə onsuz alışmısan Fidan boşdur buyur və keç
həyatında elə tanı elə insan özünə seç
buraxmasın yarı yolda əbədiyən sən onu seç
tükənməzdir bilmirəm heç harda kiməm
mən əvvəlki mən deyiləm…… -
Fidan ABBASOVA.”Utanmayaq bir daha gələrkəndə üz- üzə” (Yeni şeir)
O qeder axdaracaq gülüşümü gözlərin
qulağın həsrət qalıb eşidəcək sözlərin
hər yanda axdardığın saxta olan üzlərin
aynasını özün tut əlin öyrəşsin düzə
utanmayaq bir daha gələrkəndə üz- üzəDeki sən düz demişdin məni sevən olmadı
kimə inandımsa mən məni adam saymadı
zərrə qədər hörməti insanlığı qalmadı
etdiyin o səflərin , yalanların, üzlərin
aynasını özün tut əlin öyrəşsin düzə
utanmayaq bir daha gələrkəndə üz- üzə…..Ümüd , arzu , xəyal var bir sən yoxsan sabahda
kim bilirki hər kəsi nə gözləyir qabaqda
o qədər təmiz gəldin gəlin kimi duvaqda
indi mənə dedyin acı acı sözlərin
aynasını özün tut əlin öyrəşsin düzə
utanmayaq bir daha gələrkəndə üz- üzə….Məhəbbətə bu qədər dəyər vermə həyatada
qəlbin çürüyüb gedər sanki bir qazamatda
canın , ruhun bir yana qalsın sağ-salamatla
etdiyin əmələrin, incitdiyin qəlblərin
aynasını özün tut əlin öyrəşsin düzə
utanmayaq bir daha gələrkəndə üz- üzə…Mən olmasamda bilki bir gün düşər yadına
Fidan deyə çox qızlar çıxacaqdır qarşına
atalar düz deyibdir nə tökərsən aşına
bir gün əlbətt çıxacaq oda sənin qarşına
məndən uzaqda olan arzuların , izlərin
aynasını özün tut əlin öyrəşsin düzə
utanmayaq bir daha gələrkəndə üz- üzə…… -
Aliyə ƏSƏDOVA.Yeni şeirlər
BİLİRƏM Kİ
Unutmuşam yay mehini,
bilirəm ki orda yenə sən varsan.
İstəyirəm hər yerdən siləm
izlərini,
unuduram sən olan şəhərin
adını,
silirəm yollardakı
izlərini,
istəyirəm siləm
sən olan küçələri.
Sevmədim
köhnələrdə dolaşmağı,
xatirələrdə ilişməyi,
istəyirəm unudam
istəyirəm unutturam
sən adlı illəri,
istəyirəm unudam
sən adında günləri
Bilirəm ki
orda yenə sən varsan,
deyirəm bəlkə
daha bir də olmayasan.CƏNAB VƏKİL
Susqunluğunda
yarımçıqların baxışları,
bu yer kimi aləmdən təcrid
məkan bağlılıqları,
sakit nəfəsin danışıqları.
Burdan keçən məsafələr
həssaslıqlar,titrəmələr
burda üşüyən həyat
bağlı yollar
kəsişən nöqtələr,
üçbucaq, dördbucaq işarələr,
çarpaz məsafələr…
bilirsən ki hardasan-
bu da ki dayanacaq.
İfadəsiz düşüncələr,
yorucu anlatmalar-
eşitməyə məhkumsan.
Cənab vəkil! buyur keç
indi hakim danışacaq.ADIMI ÇƏKMƏ
Məni görürsənmi?
bir bax
bax bu tərəfə-
rus küknarlarına tərəf,
ordayam,
gülümsə,
elə bil ki məni gördün
gözünü çəkmə.
Ətirləri sevirsənmi?
Sevdiyini qoxla, iylə
Paris havasında-
ordayam,
elə bil ki o mən idim
xatırla,xatırla
olduğum yerlərdə,
adımı çəkmə.BAĞIŞLA
Səni sabahda axtarmışdı
ayın oğrun nəfəsi,
danışmağa cəsarətin olmadı,
Bilirsənmi,
ləpələr üşüyəndə
səni səsləmişdim
Sənsə….
-“qəddarsan”-demişdin.
Dalğalar səni boğanda
məni haraylamışdın
Mənsə…
indi bilmirəm hardasan,
qəddarlığıma görə
məni bağışla.Suad üçün
(Suad Topçuyeva üçün)
Gözlərin
körpədir hələ,
Böyüyəcəksən,
əvvəl böyük sonra kiçik
görəcəksən dünyanı-
necə varsa elə,
dünyanın özü qədər.
Eşidəcəksən
hərədə bir söz
hərədə bir hekayət
dəyişəcək hal-əhval
hərədə bir ehtimal
xəyanət görəcəksən.
Hələ ki körpəsən,
Suad,
dinəcəksən,
danışacaq ürəyin
nağılın sözü qədər,
əsəcək ürəyin
sözün həzin mehində.
Uzaqları göstərən
bu balaca əllərin
bu körpə ürəyin
ovucların qədər,
görəcəksən
eşidəcəksən
dinəcəksən.
Baxdığın gözlərin
uzatdığın əllərin
danışdığın sözlərin
dünyanın özü qədər.29. 09.2013.(yazdığım tarix)
-
Harika UFUK (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler
GEL HADİ
Özleminle yaşarım aşkın çağlar kanımda,
Yalnızlığın koynunda saklıyım bul, bul hadi.
Yeşerttiğin filizler düşlerimde canımda,
Şefkatli kollarınla yanına al, al hadi.Sitemkâr bakışların kalbimde saplı kama,
Bilirim aklın bende, gönlün bendedir ama
Uzaktan el edersin; tek yıldızlı dünyama,
Gecemi esir aldın, günüme dol, dol hadi.Çiçeklensin ruhumuz, bu aşkın renkleriyle
Leyla’yla Mecnun gibi buluşsun denkleriyle
Kerem’i yakan aşkın alevli cenkleriyle
Ellerimden tutarak ateşe sal, sal hadi.Güzellikler seninle ufkumuza dolarken,
Geçmişteki dertlerim birer birer solarken,
Üzenler pişmanlıkla saçlarını yolarken,
Hepsini terk ederek yanımda kal, kal hadi.Harika der: Aşklara, âşıklara can feda,
Severek ayrılanlar için acıdır veda,
Dilden zorla dökülür, inleten söz elveda,
Kavuşalım sevgili bekletme gel, gel hadi.Adana.8 Şubat 2012.Saat 19.30
TAŞ ERİDİ
Taş eridi hasretimden, terimden,
Çektirdiğin çile dolmadı gülüm,
Kara kış yerleşti, gitmez serimden,
Gönlümde ilkbahar olmadı gülüm.Acımadın çıra gibi yaktın yâr,
Hastalandım göz ucuyla baktın yâr,
Çekiç vurup çivi gibi çaktın yâr,
Kimse derdim nedir bilmedi gülüm.Dünyanın kahrını çeken ben oldum,
Umuda gözyaşı eken ben oldum,
Kurşun gibi çarpıp seken ben oldum,
Sevgin yüreğimde solmadı gülüm.Ben huzur aradım, sen çile verdin,
Paramparça ettin yerlere serdin,
Gülünü terk ettin, dikeni derdin,
Attığım taş menzil bulmadı gülüm.Ufkuma sevdanı yazdım silinmez,
Yaram derindedir ondan bilinmez,
Kalbin kaya dilim dilim dilinmez,
Bu gönül sevmekten yılmadı gülüm.Harika bir ömür olsa diyorum,
Şu çile defterim dolsa diyorum,
Takvim yaprakları solsa diyorum,
Sensiz kara bahtım gülmedi gülüm!Adana.2009.
NOT 1: Antoloji Com’ da 2009 Haziran ayında Dünya Barışına Çağrı grubunun açtığı şiir yarışmasında “Taş Eridi” adlı hece şiirim ile birinci oldum.
Not 2: NOT 2: Bu şiir Türkiye’nin en büyük şiir sitelerinden Edebiyat Defteri’nde 21 Temmuz 2010’da günün şiiri seçilmiştir.
-
Gülnarə İSRAFİLQIZI.”Ömür yolundan bir gün”

Kolleci bitirdikdən sonra Gəncə şəhərinə az-az gedirdim. Bu il dəyərli qələm yoldaşlarımla görüşmək üçün Gədəbəydən Gəncəyə səfər etməli oldum. Küçələr mənə keçəl görünürdü. Tanıdığım bir yer vardı qarkomun qabağı, univermağın yanı gəncəlilərin dili ilə desək “qlavnı” vəssəlam ayrı bir yer tanımırdım. Dediklərinə görə Gəncənin gəzməli yerləri çoxdur. Mən gəzməmişəm. Heç kollecdə oxuyanda da, gəzməyi sevmirdim. Gəncə müəllimlər insititunun qabağında gündə bəlkə də on xarici maşın dayanırdı. Hər dəfə maşının səsi gələndə qızlar pəncərənin qabağına toplaşıb oğlanlara baxır çox vaxtda göz qaş edirdilər bir birlərinə… Mənsə sadəcə qızların bu əmməllərini seyr edib, düşünürdüm. Allahım nədən bu qızlar bu haldadırlar? O vaxtlar mənim iyirmi yaşım vardı…kolleci bitirənə kimi çoxu ərə getdi. Bir neçə qız isə gedib boşandı. Qrupumuzda bir qız vardı. Şəmkir rayonundan, adı Aygün idi. Bir oğlanla güya nişanlı idilər gəzmədikləri getmədikləri yer yox idi. Ilin sonunda oğlan Aygünü tərk etdi. Adı da bu oldu ki, oğlan nişanı qaytardı…nəisə sözüm bu deyil. Gəncə şəhəri o illərdən bu illərə çox dəyişmişdi küçələr tər-rəmiz yeni binalar tikilib, Heydər parkları salınıb, yol kənarı dükanlar hamısı sökülüb. Təkcə dəyişməyən Abbas səhətə işləyən üç nömrəli maşurut idi. Bu qədər inkişafın qarşısında əhali saat axşam yeddi oldumu, piyada iki km yol qət etməli olur. Hər kəs bilir ki, üç nömrə artıq işləmir. Təkcə demə mən bilmirəmmişəm üç nömrəli maşrutun halını. 2004-cü ildən bəri unutmuşdum. Qlavnıya getmək üçün gedib dayanacaqda dayandım ən azı bir yarım saat. Gördüm yox bu üç heç gələnə oxşamır beş nömrədə əyləşən sərnişinlərə yaxınlaşdım. Bağışlayın üç nömrə işləmir? Sərnişinlər hamısı bir ağızdan dilləndilər ay xanım siz gərək küçənin başına gedib iki nömrəli maşuruta minəsiz üç bu vaxtlar işləmir. Dedim; bəs bu əhali nə edir? dilləndilər əhalidə idman edir axşamlar nə etməlidirlər ki? Dedim heç nə Allah sağlamlıqlarını artırsın. Küçənin başına çatana qədər ən azı qırx dəqiqə ötmüşdü. Qayıdıb geri gələndə də gəncə sərnişinləri demiş çox mükəmməl idman etdim. Neçə gün Gəncədə qaldımsa eləcə idmanla məşğul oldum. Hava dəyişgənliyindəndimi bilmirəm Gəncə torpağına getdiyim gündən yemək yeyə bilmirdim üç gün idi ac idim axır çox gərginlik keçirməyə başladım düşündüm ki, bir gün yıxılacam küçəyə heç qaldırıb xəstəxanaya aparan da olmayacaq. Sağ olsun Şəfanı tortla çay aldı bir az toxtadım amma yenə də başım hərlənməyə başladı. Dəyərli yoldaşlarla xan bağında əyləşmişdik. Gördüm Məşədi İbad demiş “ Bu həna o hənadan deyil” heç hənanın yeridir? Gəncə kimi əzəmətli şəhərdə əyləşəsən ac qarına sonra da başın gicəllənsin. Yoldaşlara dedim ki, vəziyyətim yaxşı deyil. Bəlkə nəsə bir şeylər sifariş verək? dedilər hə əlbətdə nə sifariş verək? dedim yaxşısı budur baxın görək menyuda nə var… dönər yemirəm, lahmacun olsa yeyərəm afisantı çağırdıq. Ay oğlan lahmacun varmı? Dedi: bəli var. Dedim; bir ədəd gətirin amma qaynar olsun. Üstündən düz bir saat ötdükdən sonra soyumuş lahmacun masanın üstünə gəldi. Dedim ay oğlan mən sizə dedim axı isti olsun. Üzümə qayıtdı istidir də…. yox axı isti deyil? Dedi: Bizim ixtiyarımız yoxdur isitməyə yoldaşlar müdiri çağırdılar. Necə yəni ixtyarımız yoxdur? Siz buraya gələn müştərilərin hamısı ilə bu cür rəftar edirsiniz? Müdir gəldi nə lazımdır. Dedim lahmacunu isitmək lazımdır. Müdir dedikdən sonra lahmacun azacıq isidildi. Bu dəfə lahmacunun dadı damağımda qaldı. Bilmədim it əti idi ya inək… ətin üstünə də o qədər ədvalar əlavə olunmuşdu ki, lahmacundan başqa nə desən dad verirdi. Heç indiyə qədər Gəncə Lahmacunu qədər dadlı lahmacun yeməmişdim. Daha neyləyə bilərdim başım fırlanır ya lahmacunu yeməliyəm yada küçəyə yıxılıb xəstəxanalıq olmalıyam. Lap əsgərlik həyatı yadıma düşdü. Bir neçə il əvvəl qohumlardan biri əsgərlik həyatından danışdı… Füzulidə xidmət etmişdi. Dedi bir gün biyabanlıqda o qədər bərk acmışdıq ki, üstümüzdə olan yemək azuqəsi də bitmişdi. Bilmədik nə edək ilan tutub başından bir qarış, quyruğundan da, bir qarış kəsib od qalayıb bişirib yedik iki nəfər idik çasta geri dönənə qədər bizi aclıq ölümündən xilas etdi. Elə mən də bu hekayəni xatırlayıb xan bağında yediyim lahmacunu sona çatdırdım. Dörd gün dəyərli qələm yoldaşlarımla görüşüb müəyyən planlar hazırladıq. Nəhayət Gədəbəyin saf sularından içməyə, gecələr sud kimi ayın doğduğunu seyr etməyə qayıtdım. Payız ayları yayda olan gözəllikləri əvəz etməsə də, yenə də gözəlliklərlə dolu olan bu məkan insanın əhvalını yüksəldir. Quşların cəh-cəhi, otların kökündən süzülən sular diş qamaşdırır. Həm bu suların malicəvi əhəmiyyəti də çoxdur. Amma qızıl mədəninin zəhərli tullantıları əhalini cana gətirib. Havanları zəhərləyir. Mədənə yaxın kəndlərin heyvanları mədən gölünə çatar çatmaz başını yerə qoyur. Yenə də Gədəbəy ecəzkar bölgələrdən biridir. Bu ecazkar bölgəni erməni daşnaqlarıdan qoruyan şəhidlərimizə Allah rəhmət eləsin amin. -
Əbil HƏSƏNOV.Hekayə
Axşam düşürdü. Qaranlıq qara pərdələrini yavaş-yavaş şəhərin üzərinə çəkirdi. Şəhər sakinləri a
– “Nə durmusan? Qaç canını qurtar! Görmürsən qaranlıq gəlir?!” – deyərək yox oldu.
Bayaqkı səs-küydən əsər əlamət qalmamışdı. Təkcə küləyin vıyıltısı eşidilirdi. Məni vahimə bürümüşdü. Birdən kimsə arxadan amiranə səslə mənə :
– “Dayan” dedi.
Mən arxaya baxdım. Bir nəfər mənə yaxınlaşaraq özünü təqdim edib sənədlərimi istədi.
Onun adı və soyadı mənimki ilə eyni idi. Sənədlərimi təqdim edib diqqətlə ona baxdım və özümü görüb qorxdum. O , “mən” idi.
Sənədlərimə diqqətlə baxıb dedi:
– Mənimlə getməlisən
– Hara? Axı mən evə tələsirəm.
– Hara lazımdırsa ora. Düş qabağıma , az danış – deyərək qollarımı qandalladı. Mən mübahisənin əbəs olduğunu görüb «Mən»in əmrinə tabe oldum. Biz dar küçələrlə irəliləyib , pilləkanlarla aşağı düşüb bir zirzəminin qabağında dayandıq. O, qapını aıb mənə : “Keç içəri” – dedi. Məni dəmir barmaqlıqlar arasına salıb qapını bağladı. Qorxu içində idim.
– “Bura haradır? Məni niyə bura gətiriblər?” – deyə fikirləşirdim ki, birdən zirzəmidə zəif işıq yandı. İçəriyə bir neçə nəfər də daxil olub yerlərində oturdular. Qəribəsi o idi ki, onlar da “mən” idilər.
“Mən”lərdən biri ayağa qalxaraq uzun-uzadı danışıb mənim günahlarımı saymağa başladı. Bu qədər günahımın olduğunu heç özüm də bilmirdim. Sonra başqa “mən” məni müdafiə etmək üçün ayağa qalxdı , çox qısa danışıb oturdu.
Bayaqdan “mən”lərə qulaq asan “Mən” məndən soruşdu:
– Deyilənlərlə razısınızmı?
Mən cavab vermək istəyirdim ki, yerdən səslər ucaldı:
– Bəli , bəli , bəli.
Mən səs gələn tərəfə baxdım , onlar da “mən” idilər. “Mən” “ çağırıb məni öldürməyi əmr etdi. “Mən” əlindəki xəncəri bir neçə dəfə ürəyimə sancdı. Ürəyimdən qapqara qanlar axmağa başladı və damcılar yerə düşməmiş əcaib varlığa çevrilib yox olurdular. Həmin o əcaib varlıqlar da “mən” idilər.
Mən gözlərimi açanda hava işıqlanırdı. Günəş üfüqdən boylanıb şüaları ilə məni salamlayırdı. -
“Düşünən İnsan” jurnalının növbəti buraxılışı işıq üzü gördü
“Düşünən İnsan” jurnalı hər ay 3 min tirajla 2011-ci ildən nəşr edilir. Artıq jurnalın 35 sayı dərc edilib. Jurnalın məqalələri hamının rahat şəkildə anlayacağı elmi-populyar, mədəni-mənəvi və dini mövzular arasından seçilir. “Düşünən İnsan” jurnalı standart elmi bilgiləri və disputları oxuculara çatdıran və vaxt keçdikcə köhnələn adi jurnallardan deyil.”Düşünən İnsan” jurnalındakı məlumatlar heç bir zaman aktuallığını itirməyən, insan həyatına istiqamət verən mövzuları əhatə edir. Bu jurnal insanın dərin düşünməsinə, yaradılış məqsədinə uyğun yaşamasına səbəb olacaq məqalələri əhatə edir.
Jurnalda bir sıra rubrikalar mövcuddur. Bunlara misal olaraq elmi-texniki xəbərlər, İslam dünyasında keçən ay, bir ayə bir açıqlama, elm, Quran və mənəviyyat və s. göstərmək olar. -
İradə Əlilinin yeni kitabının Ankarada təqdimatı keçiriləcək
Yüce Erek Türk dünyası aylik fikir kültür araşdırma dergisinin yazı işlər müdürü Zaim Gök “”Mənim sevgi dünyam” seir kitabini türkiyə türkcəsinə çevitdirmiş və türkiyə oxucularını İradə Əlilinin yaradıclığı ilə tanış etm\k istəyir.Bu məqsədlə seir kitabi artiq imza gününə hazırdır.imza gününü Zaim Gök Ankarada Yüce Erek Türk dünyası aylik fikir kültür araşdırma dergisinin yazı işlər müdürü Zaim Gök “”Mənim sevgi dünyam” seir kitabini türkiyə türkcəsinə çevitdirmiş və türkiyə oxucularını İradə Əlilinin yaradıclığı ilə tanış etm\k istəyir.Bu məqsədlə seir kitabi artiq imza gününə hazırdır.imza gününü Zaim Gök Ankarada
Kızılayda Kurtuba Kitabeviində keçiriləcək
20 eylul saat 15 00 da imza günüdə kitabın satışı Qarabağ qazısı Ruxsarə Cumatevanın əməliyyatının hesabına köçürələc bundan əlavə
“Dünya sevənlərindir “adlı yeni şeir kitabının da bu keçiriləcək imza günüdə oxuculara təqdimatı olacaq və qardaş ölkənin oxucularına hədiyyə olunacaq.
İradə əlili bədii yaradıcılilqla bərabər həm də elmi araşdırmaçıdır
“Müasir dövr Azərbaycanada ekoloji ədəbiyyatın biblioqrafik informasiya təminatı “mövzusunda araşdırma ışını bu ilin sonuna bitirməyi düşünür
Bakı Dövlət Universiteinin kitabxana -informasiya fakultəsinin müəlliməsidir
Gənclərin də intellektual mədəni düşüncəsnin formalaşmasında yönümündə də bir müəllimə bir ictimaətçi xanım kimikimi əməyi vardır -
Nəcibə İlkinin yeni kitabının təqdimat mərasimi keçiriləcək
18 sentyabr 2014-cü il tarixdə saat 11:30-da, Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqının “Qızıl qələm”, “Xan qızı Natəvan”, “Xalqın nüfuzlu ziyalısı” media mükafatları lauretaı,Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Elektron kitablar” və “Yeni nəşrlər” bölməsinin Baş redaktoru, şairə, jurnalist, publisist Nəcibə İlkinin “Son görüş, son zəng, son təbəssüm” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı ilə Bakı Dövlət Universitetinin arasında.
İyirmi yanvardan 29 saylı avtobus gedir. -
Doğum gününüz mübarək!
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Gündəlik İnformasiya Agentliyinin Baş redaktorunu, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərini,”Hüseyn Arif” Ədəbi Birliyinin üzvünü doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Uca Tanrı Sizi qorusun!
Mətbuat xidməti
Susaq danışmayaq qoy gözlər dinsin
anlatsın ən gözəl gördüyü hissi
üzümə bir gülüş təbəssüm qonsun
aparsın sanki qoy dünyadan bizi….Bir azda uzağıq qəmdən və dərtdən
onu tapmaq üçün yaşamırıq ki,
insanın ürəyi olmalı ətdən
onu boş – boşuna daşımırıq kii….Bizdə xoşbəxtliyin dadını bilək
nə qədər sevinc var bax önümüzdə
olmasa da belə hər gün diləyək
bəlkədə yaxındır taleyimizdə……Min dünya neməti sərsən önümə
əvəz edə bilmir ürək sevgisin
sən mənim yazııldın sanki ömrümə
qoy ömrümü sənin sevgin bəzəsin…Tutaq əllərimiz soyumasın qoy
baxanlar heyrətlə desin bəxdəvər
hər günümüz sanki çılçıraqlı toy
evimdə bir gözəl nəğmə gətirər…Sən mənim yuxumun sirin payısan
Nə olar ayılsam gözümdən itmə
Fidanın qəlbində sevgi payısan..
ağlaram daima uzağa getmə……. -
Saqif QARATORPAQ.”Bəs kimə deyəcəksən” (Yeni şeir)
Gülüm, qəddi dərd əyir, elə-belə əyilmir
Sirr var ki, anaya da, bacıya da deyilmir.
Söz var ki, neçə batman bal ilə də yeyilmir,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!Bu möhnət üzər səni, sıxılarsan uzaqda:
Kövrəlib üşüyərsən təklik adlı sazaqda.
Kimsə anlamaz səni, duymaz oğul-uşaq da,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!Mən sevinc topasında qəmi seçə bilirəm,
Dərd arısı verəcək nə vaxt beçə, bilirəm.
Hər səhvinə göz yumub, üstdən keçə bilirəm,-
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!İllər köçür durnatək, günlər sözə baxmayır,
Səngidir ocaqları, oda-közə baxmayır.
Dostlar daha yan keçir, qardaş üzə baxmayır,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!Ürək yaman kövrəlir yaş ötəndə bilirəm,
Qarmı gəlir, yağışmı yel əsəndə bilirəm.
Ürəyində nə varsa, deməsən də bilirəm,-
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?! -
Hikmət MƏLİKZADƏ.”Natiq Səfiyevin hesabatı” (Məqalə)
Biz nəhəngləri möhtəşəm ucalıqlara, bir az elmi desək, aysberqə bənzədirik. Elmin, pedaqogikanın və mətbuat fövqünün yüksək məqamına ucalmaq cəhdində olan qocaman müəllim, tərcüməçi, publisist, ən əsası, dəyərli insan-ziyalı və ağzı dualı ağsaqqal Natiq Səfiyev də yuxarıda sadaladığımız mülklərdə böyük görünənlərdəndir. Əbəs yerə deyil ki, o, bu gün də məşğul olduğu sahələrin sadiq xidmətçilərindən biri kimi təsir bağışlayır. Bəlkə də bu səbəbdən onun hikmət boxçasında zaman aşırımları həyat fəlsəfəsi qədər önəmlidir.
Səmimi deyək ki, çoxlarından fərqli olaraq Natiq Səfiyevin fəaliyyətində, yaradıcılığında və hətta hazırkı sakitliyində belə ədəbi-ictimai hiss total təfəkkürə istinad edir və bu prosedur həyat fəlsəfəsi fonunda mental dəyərlər aşılayır, nəticədə onun həyat qayəsinin obraz və motivləri təmiz əxlaqdan keçmək imkanı qazanır.
Təbiidir ki, insan yaşlaşanda bir az da uşaqlaşır – daha dəqiqi, kövrəkləşir. Bəlkə də 76 yaşlı Natiq Səfiyevin neçə gün idi bizi öz ətrafına toplamaq arzusu elə bu zəmindən irəli gəlirdi; ard-arda zənglər etməsi, məsum səslə həyati fikirlərə diqqət çəkməsi açığı, çoxumuzda qorxu və təlaş da yaradırdı. Yayın inanılmaz istiləri, bir də onun arzuladığı insanların bir yerə toplaşa bilməməsi eynilə də Natiq Səfiyevin təlaşını artırırdı. Nəhayət, 28 avqust 2014-cü il tarixdə Natiq müəllimin dəvəti, bizim də bu real imkandan istifadə etmək şansımız baş tutdu. «Ədalət və Həqiqət» qəzetinin baş redaktoru, özü qədər qəlbi də gözəl olan jurnalist-şair Cəmil Zəbhullaoğlunun təşkil etdiyi maşınla mən (yazının müəllifi), «Açıq səma» qəzetinin baş redaktoru, abırlı-həyalı filoloq-jurnalist Şamo Nərimanoğlu, həmin qəzetin redaktoru istedadlı qələm sahibi Cahan Salmanqızı və bir də Cəmil müəllimin müavini, həm də mindiyimiz maşının sahibi, çöhrəsi nurlu Hacı Əbülfəz Natiq Səfiyevin yaşadığı Xırdalan şəhərinə üz tutduq. Yol boyu etdiyimiz zarafatyana həqiqətlər bizi çox mətləblərdən agah etdi və bir də baxdıq ki, getdiyimiz ünvana çatmışıq. Beləcə, fəaliyyəti boyu qələmə aldıqlarında zaman gerçəkliyi ehtiva edən Natiq Səfiyevin yaşadığı mənzilə daxil olduq və onun xoş, nurlu çöhrəsi ilə bir daha üz-üzə gələ bildik. Görüşmək növbəsi mənə çatanda Natiq müəllimin ağsaqqal-ata məhəbbətli baxışları məni bir az kövrəltdi və dərhal da düşündüm ki, necə olub, onun həyat gerçəkliyinin bir üzü dürüstlükdə, digər üzü inam və etiqadda xarakterizə olunub?! (Əslində, biz Natiq müəllimi bir qədər çılğın-emosiyalı insan kimi tanımışıq axı). Sanki onun daxili hissləri bu suala cavab verdi: Natiq Səfiyevin həyat və yaşam qayəsində varlıqdan təşəkkülə sürətli fikir paylaşması var. Bu prosesi nizamlayan məhz bu zəmindir…
İçəri keçdik. İki otaqlı mənzilin ən böyük otağı Natiq Səfiyevin yaradıcılıq nümunləri ilə bəzənmişdi. On illərin xatirələrini özündə əks etdirən stolun və divanın üzərinə qar dənəcikləri kimi yapışmış qovluqlar, antikvar pianinonun üstünə yerləşdirilmiş kitablar o qədər səliqə ilə düzülmüşdü ki, bir daha Natiq müəllimdəki həyat həvəsinə heyran qaldıq. Bu gördüklərimiz onun 50 illik yaradıcılıq hesabatı idi. Kim bilir, bəlkə də bu qovluqların hərəsində on ilin hikməti var…
Açığı, Natiq Səfiyevin qonaqpərvərliyi haqqında çox eşitmişdik; bu gün isə həmin anı yaşayırdıq. İsti havada sərin küləyin soyuqluq bəxş etdiyi otaqda aura da adama xoş ovqat verirdi. Çay süfrəsi ətrafında Natiq müəllimin zarafatlarına ortaq olduq. Bu ara Şamo müəllim pianinoya işarə edib Natiq müəllimdən soruşdu:
– Yəqin ki, bunda bir şey ifa edə bilirsən?
Natiq müəllim də özünəməxsus şux zarafatla dedi:
– Hə, çala bilirəm, – sonra nə fikirləşdisə dedi: – Mahnıları ginekoloqsayağı iki barmaqla çalıram.
Təbii ki, onun bu eyhamına da gülüşdük. O da güldü, sanki elə bildik onun üçün yeni bir həyat başlayır.
Söhəbtimiz uzun çəksə də, yorucu olmadı. Natiq müəllim bu dəvəti özünün yaradıcılıq və fəaliyyət hesabatı ilə əlaqələndirdi və gəldiyimiz üçün də bizə minnətdarlıq etdi. Xoş və zarafata meylli sözlər bir-birini əvəz etdi, Natiq müəllimin həyat qayəsinə yeni «həmlələr» etdik. O da ağayana ağsaqqallığı ilə hər «həmləyə» bir «zərbə» endirdi və hesab heç-heçə oldu.
Natiq müəllimin görüşünə istedadlı jurnalist, dəyərli qardaşımız Daşdəmir Əjdəroğlu da gəlməli idi. Lakin onun dünən iş növbəsində olması bu reallığa sipər olmuşdu. Natiq müəllim onu aramızda görməyəndə, təbii ki, dilxor oldu, ancaq hərəmiz bir tərəfdən Daşdəmirə haqq qazandıra bildik.
Görüşün bu məqamında sıramıza Natiq müəllimin də tanıdığı «Zəngəzurun səsi» qəzetinin baş redaktoru Yavər Nuriyev və qəzetin məsul işçisi Raziyyə xanım da qatıldı. Söhbət bir qədər də şirinləşdi. Bu şirinlik Natiq müəllimin ovqatına bir az da təsir etdi və o, ayağa qalxıb bayaqdan bəri çoxumuzun diqqətlə baxdığımız pianinonun arxasına keçdi. Akkordla bir-birindən yaraşıqlı mahnılar ifa etdi; köhnənin mahnılarını – o mahnılar ki, bizə kövrək duyğular yaşatdı. Hətta bu mahnılar Cahan xanımı göz yaşlarına belə qərq etdi. Natiq müəllimsə öz məharətini nümayiş etdirməkdə idi. Arabir çiyinlərini ritmə uyğun hərəkət etdirməsi vəziyyətə əlavə rəng qatırdı. Açığı elə bilirdik ki, pianinonun arxasında peşəkar bir çalğıçı var.
Natiq müəllimlə qarşı-qarşıya gələndə, həmişə belə qənaətə gəlirik ki, əgər varlıq yoxdursa, mütləq təşəkkül var.Çünki həyatın özü artıq təşəkküldür və həyata bağlılıq da varlığa çıxışdır. Bunu da ona görə belə zənn edirik ki, bu çöhrəsi təbəssümlü ağsaqqalın həyata çıxışı sistemlidir; bu sistemin də rapsodik çevrilmə anı müşahidəmizdə təbii canlanır.
Bilmirəm, hansı səbəbdəndir, bəlkə də ata nəvazişi görmədiyim üçün mənə belə gəlir ki, insanın öz orbitindən çıxma ehtimalı anlaşılan şəkildədir; çünki bu ehtimal qarışıq təzada zəmin yaradır. Bu mənada, şəxsən mən Natiq müəllimlə görüşdə bir daha anladım ki, adi həyat içində qeyri-həyata sövqetmə bu ağsaqqal üçün vərdiş yox, bir reallıqdır.
Natiq müəllimlə görüşümüzün ekstremal şəraiti həyat-tale çıxıntılı idi. Bu çıxıntıda obyektiv idealizmin daşıyıcısı olmaq bizim üçün mümkün idi; lakin elə etməli idik ki, bu dəvətin əsl məqamında bizim adi fikir və düşüncəmiz səbəbkarın «marağı» ilə zidd olmasın. Əks halda insan olaraq inkara tuş gələ bilərdik. Ancaq çox şükür, istəyimizə nail olduq.
Natiq müəllim iki-üç saatlıq hesabatında yaşam və ünsiyyət məğzlərinə ictimai məna verdi, söhbətlərində təzahür edən ictimai mülahizələrə geniş yer ayırdı. Biz bundan çox şey götürdük. Bu meyllər diqqətimizi bir neçə vacib məqama çəkdi: həyata baxış, gerçəkliyə inanma və hissi qavramalara əsaslanma. Bu kodeksləri Natiq müəllimin ağsaqqal yanaşmalarından ictimai zərurətə keçid kimi də qəbul etmək olardı… Ona görə ki, onun fikirlərinin əksərində diqqətə çəkilən hissiyyatların dəqiq ünvanı vardı.
Natiq müəllimə qulluq edən xanımın nəzakətli davranışları və təmiz qulluğu bizdə həyata nikbinliyi bir az da artırırdı.
Vaxtın necə keçdiyindən xəbərimiz olmamışdı. Ayrılmaq məqamı yetişmişdi. Ancaq nə Natiq müəllim bizdən ayrılmaq istəyirdi, nə də biz ondan. Nə etməli, vaxt həmişə öz inadkarlığında qalır; redaksiya problemləri, iş qayğıları bizi ayrılmağa məcbur edirdi.
Vaxt bəbəklərini ağardan kimi dəyərli insan və ziyalı Natiq Səfiyevlə sağollaşmalı olduq. O, məni bir ata kimi möhkəm-möhkəm qucaqladı və gözlərindəki oğul məhəbbəti məni təsirləndirdi. Yol boyu bu dəvətin – bu hesabat xarakterli görüşün həm də bir fəlsəfi məna kəsb etdiyi barədə düşündüm. Və içimdə qeyri-ixtiyari bu sözlər tumurcuqladı: «Ağsaqqallıqdan əskik olmayasız, Natiq müəllim!» -
Hikmət MƏLİKZADƏ.”«Gözəlliklər Kəbəsi»dir Qarabağ” (Məqalə)
Çoxumuza bəllidir ki, zaman ara-sıra işığın qaranlıqda əksini elmi-ədəbi qaynaqlarla isbata yetirir. Bəzən mahiyyətinə vardığımız və vara bilmədiyimiz çətin prosesləri idrakımıza sığışdırmağı bacaran da məhz zaman olur. Buna görə xalqlar əsrlər boyu zaman qarşılığına böyük ehtiram göstərib. İstedadlı qələm sahibi Mayisə Əsədullaqızının şeirlərində də demək olar ki, çox mənada məhz zaman anlayışı təsvirə cəlb olunur. Onun yaradıcılıq məğzini də bu prosesin bir davamı kimi qəbul etmək doğru olar.
Maraqlıdır ki, Mayisə xanımın şeirlərində fəlsəfi traktat çevrilmələri və özündə abstrakt həyat qaynağı ifadə edən lakonik fikri-ifadələr yoxdur. Onun mahiyyətinə vardığı bütün ifadələrdə sadə vizuallıqda çırpınan uyğun bir dərketmə görürük və bizə elə gəlir ki, bu fikirlər qaranlıqdan başlayır, işığa doğru hərəkət edir və son etibarilə yenə də qaranlığa varid olur. Ancaq o, ifrata varmadığı üçün yekun ədəbi hədd ümidverici olur.
Yaxud Mayisə xanımın şeirlərində dünənimiz, bugünümüz və həm də sabahımıza açılan cığırları görə bilirik. Bu cığırlar şübhəsiz ki, müəlliflə oxucu arasında isti bağlılıq yaradır. Bu cığırlarda Vətən məhəbbəti sərgilənir, yurd-yuva ağrısı diqqət çəkir:Qarabağ kədərim, Qarabağ şanım,
Həm dərdim, sevincim, toyum- nişanım,
…Şıltaq gözəl təki, xəfif ayazım,
Kəlməm də bəs etmir, bilməm nə yazım?!Vətən – Qarabağ dərdi Mayisə Əsədullaqızının demək olar ki, ən çox aludə olduğu dərddir. Bu dərdin içində ictimai məğzlər də çırpıntıya məruz qalır, lakin bu dərd bütövlükdə Vətən dərdi kimi diqqətə çatır. Məhz onun yuxarıdakı şeirində də dərd çulğamış və yaraları hələ də qaysaqda qalan bir Vətən göynəmi özünü ifadə edir. Qarabağ onun həm kədəri, həm şanıdır. Ən nəhayət, müqəddəs piri-ocağıdır. Bu ocaqda gözəlliklər bərq vurur. Mayisə xanım bu mənada şeirin sonunda Qarabağı «Gözəllik Kəbəsi» adlandırmaqda haqlıdır.
Yaradıcılığını əsasən vətənpərvərlik mövzusunda şeirlərlə zənginləşdirən Mayisə Əsədullaqızı Vətən sərhədlərinə də xüsusi önəm verir. Onun «Şərəfli sərhədçilər» şeiri də bu qəbildəndir:Vətən torpağı – canı,
Havası, suyu qanı.
İgidlərə tay hanı?!
Qeyrətli keşikçilər,
Şərəfli sərhədçilər!Əlbəttə, Vətən sərhədlərdən başlayırsa, qələm adamı da bu məntiqə diqqət ayırmalıdır və necə ki, Mayisə xanım bu mövzuda çoxumuzu qabaqlayıb.
Mayisə Əsədullaqızı lirik-ictimai şeirlər də yazır. Onun zamana mütabiq əks olunan və ən çox da reallığa söykənən fikir və ifadələrində həyat boyalı şəkildə deyil, olduğu tərzdə diqqət çəkir. Bunu cəmiyyət fövqündə real həqiqətlərə israrçılıq sərgiləyən istedadlı şairin bir neçə şeiri vasitəsilə isbata yetirək:Ucalıb göylərə başı yurdumun,
Qızıldı, yaqutdu daşı yurdumun!***
Mən ki, qırılmış bir siməm,
Piyalə gözləri nəməm,
Ürəklərə yağan qəməm,
Kim aldadıb atdı məni,
Özgələrə satdı məni?!***
Yağış yağır, damcı-damcı,
Ürəklərə qəm ələnir acı-acı.
Həm də zülmətə bürünmüş bu gecəyə
Kədər verir yağan yağış,
Damlaları naxış-naxış.Mayisə xanım bu şeirlərdə yaşanılmış bütöv bir ömrü ictimai örnək kimi göstərməyə çalışıb. Bu cəhd onun inkişafda olan ədəbi yaradıcılığımızın modernçi mövqeyinə məhəbbətini özündə əks etdirir.
Yaxud bu şeirlərdə müasir həyatımızın təfərrüatları ictimai xarakter kəsb edən fikirlər vasitəsilə təfsir edilir. Bu da müəllifin cəmiyyətə doğma münasibətin bir təzahürüdür.
Mayisə xanımın şeirlərində ara-sıra diqqətimizi cəlb edən ictimai-ədəbi situasiyalar bir qolunu da belə deyək, sürreal-mistik səmtdən götürür. Və bu istiqamətin zəruri fəlsəfi miqyasları görünən əhatədədir. Bu mənada, bu şeirlərdəki bəzi çək-çevirlər real ədəbi hissiyyatlara varid ola bilmək üçün bizə stimul verir.
Əslində, Mayisə xanımın şeirlərinin süjet xəttində ictimai gerçəklik və çoxumuza məlum tarix, əhatəli zaman və bir də ən əsası, mövcudluğa əks insan baxışı durur. Ümumiyyətlə, son illər bu israr yeni meyllərə səmt verir və Mayisə xanım da öz ovqatdəyişmə missiyasını bu əhatədə var-gəl etdirir; onun sadə-vizual enmədən müasir-mistik-fəlsəfi və ictimai yüksəlməyə əhatəli baxışlar sıçratması bu məğzlərə tam bələd olması ilə xarakterizə edir.
Zamanın əks etdirdiyi həqiqətlər ictimai tipiklikdə real qiymətini alır. Bu mənada, Mayisə xanımın şeirlərində əsas qayəçi ruh mümkün qədər həyat və tale məsələlərinə sirayətetmə ilə də təzahür edir. Bu şeirlərdə həm də bir cəhət üzə çıxır: fərd və zora məğlubolma ibtidaidən düzgün təyinetməyə uğramayıb, buna görə mənəvi sınmalara israrçı baxışlar çoxdur.
Əminik ki, Mayisə Əsədullaqızının şeirləri cəmiyyət-vətəndaş münasibətlərinin formalaşmasında öz üzərinə düşən işin öhdəsindən layiqincə gələ biləcək və ən əsası, bu şeirlərdə vacib faktor kimi qabartdığımız ictimai yanaşma ziyadan fəlsəfi ovqata uzanan körpüdən asanca keçə biləcək.
Mayisə xanım həm də “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, şair-publisistdir. Əminik ki, onun ədəbi missiyası ilə jurnalist qayəsi eyni səmtə – yaradıcı inkişafa səmt götürmək israrındadır.
Və Mayisə Əsədullaqızının şeirləri haqqında əlbəttə ki, çox söz demək olar. Lakin bu şeirlər öz əhatəsində vacib düşüncələrə meydan verir deyə, əsas işi oxucuların və zamana istinad etməyi bacaran kəslərin ixtiyarına buraxırıq.
Bizə qələm dostumuzu təbrik etmək qalır.Hikmət Məlikzadə,
AYB-nin üzvü, Prezident mükafatçısı -
Harika UFUK (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler
CAN ÇİÇEĞİM
Gözüm daldı uzun ince yollara,
Can çiçeğim, kızıl gülüm, bir tanem!
Hasret kaldım candan saran kollara,
Can çiçeğim, kızıl gülüm, bir tanem!Mehtapta el ele gezdik gezeli,
Küstük gündüzlere dünya güzeli,
Sevdamız ebedî, aşklar ezelî,
Can çiçeğim, kızıl gülüm, bir tanem!“Dön” diyorum hasret bitsin, gel yeter,
Dökülmedi hiçbir aşkta bunca ter,
Yokluğun ölümden inan bin beter.
Can çiçeğim, kızıl gülüm, bir tanem!Gözyaşımı döktüm altın fincana,
Varlığım kurbandır sevdiğim sana,
Çok çektirdin acı canana cana,
Can çiçeğim, kızıl gülüm, bir tanem!Gün yüzünle doğsam, ufkunda batsam,
Sevgilim bir ömür dizinde yatsam,
Tatlı bakışını canıma katsam,
Can çiçeğim, kızıl gülüm, bir tanem!Harika sevdamız üstüne yemin,
İlkbahar gibidir senin her demin,
Kokusunu senden alır yasemin,
Can çiçeğim, kızıl gülüm, bir tanem!Adana.Mart 2010.
EY AŞK
Dünyadaki duyguların
En kutsalı sensin ey aşk!
Çektiğimiz kaygıların,
En güzeli sensin ey aşk!Gönüllerin tek sultanı,
Ufukların kızıl tanı,
Ömrümüzün tatlı anı,
En özeli sensin ey aşk!Işıltısın gözlerdeki,
Yaşayansın özlerdeki,
Okşanansın dizlerdeki,
Şefkat eli sensin ey aşk!Sevgiliden kalbimize,
Köprü kurdun ikimize,
Şiir oldun dize dize,
Sazın teli sensin ey aşk!Harika’sın benzerin yok,
Yüreğime saplandı ok,
Sana sevgim her şeyden çok,
Sevgi seli sensin ey aşk!Adana.14 Şubat 2011.
-
Azərbaycan yazarlarının şeirləri Türkiyə mətbuatında
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, “Pirsultan” elm və sənət dərgisinin Avqust buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, şair, jurnalist Rafiq Odayın “Havadan ayrılıq qoxusu gəlir”, “Gəl, Dədə!” və Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru Nəcibə İlkinin “Dözmürəm soyuqluğuna”,”Bu yağış” şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
-
Gülnarə İSRAFİLQIZI.”Bərk-bərk tutub, əllərimdən” (Yeni şeir)
Dodağımda daş əriyir,
Nəfəsimdən…
Hər gün bir az daşlaşıram.
Közərirəm, alışıram,
Ah səsindən.
Mən özümə yadlaşıram.
Quruyuram saman kimi,
Yapışıram ətəyimdən.
Bağlanıram günahlara,
Biləyimdən.
Günahlarım dolan kimi…
Gözlərimə, sözlərimə,
Üz dərimə.
Alır məni mənliyimdən.
Dilimə söz dolaşır.
Keçmir dilin, ilgəyindən.
Ətə gəlir, cana gəlir,
Günahlarım…
Düşmür yerə,
Əl götürmür,
Sallanıbdır ətəyimdən.
Daşa dönür yuxularım.
Gecələri ovuduram.
Çəkib başdan lap yuxarı,
Dağıdıram.
Gözlərimdə yaş quruyur,
Gilə- gilə.
Canım boğazıma gəlib,
Əməlimdən.
Gecə-gündüz yıxır məni,
Çəkir özünə tərəf.
Bərk-bərk tutub, əllərimdən. -
Gənc xanım yazar Gülnarə İsrafilqızı BSU “Ədəbi Yaradıcılıq” fakültəsinə qəbul oldu
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinə qəbul olub.Bu münasibətilə Sayğıdəyər dostumuzu səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyirik!
-
Gənc xanım yazar Fidan Abbasonın şeirləri Qardaş Türkiyə Cümhuriyyətində dərc olunacaq
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğine istinadən yaydığı məlumata görə, Tokat Şairler ve Yazarlar Derneğinin rüblük orqanı “Kümbet” eğitim, kültür,sanat, edebiyyat dergisinin 34-cü buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc xanım yazar Fidan Abbasovanın şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılacaq.
-
Gənc yazar Teymur Həbibinin şeirləri Türkiyə türkcəsinə tərcümə olunub
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini,
“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Teymur Həbibinin şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Çevirməni Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzov edib. -
Yunus EMRE.”Gel gör beni aşk neyledi”
Baştan Ayağa Yareyim ( Gel gör beni aşk neyledi )
Gönlüm düştü bu sevdaya
Gel gör beni aşk neyledi
Başımı verdim kavgaya
Gel gör beni aşk neylediBen yürürüm yana yana
Aşk boyadı beni kana
Ne akilim ne divane
Gel gör beni aşk neylediMecnun oluben yürürüm
Dostu düşümde görürüm
Uyanır melul olurum
Gel gör beni aşk neylediAşkın beni mest eyledi
Aldı gönküm hasteyledi
Öldürmeğe kast eyledi
Gel gör beni aşk neylediGah eserim yeller gibi
Gah tozarım yollar gibi
Gah akarım seller gibi
Gel gör beni aşk neylediAkan sulayın çağlarım
Dertli yüreğim dağlarım
Yarim için ben ağlarım
Gel gör beni aşk neylediBenzim sarı, gözlerim yaş
Bağrım pare, ciğerim baş
Halden bilen dertli kardaş
Gel gör beni aşk neylediMiskin Yunus biçareyim
Baştan ayağa yareyim
Dost elinden avareyim
Gel gör beni aşk neyledi -
Kənan AYDINOĞLU.Yeni şeirlər
HƏM YUNUSSUZ, HƏM RUMİSİZ DÜNYADA
Necə qəlbim alışmasın, yanmasın?!
Necə qəlbim ömrü suçlu sanmasın?!
Necə qəlbim tək Allahı anamsın?!
Həm Yunussuz, həm Rumisiz dünyada?!Ustadlara mən ehtiram bəslədim,
Cavanları Haqq yoluna səslədim.
Həsrət çəkib mən Mehdini gözlədim,-
Həm Yunussuz, həm Rumisiz dünyada!Dərinkən bir fəlsəfəni anladım,
Günahlardan öz-özümü danladım,
Həzin-həzin nəğmələrin dinlədim,-
Həm Yunussuz, həm Rumisiz dünyada!Parça gətir gözlərimi bağlayım,
Dəsmal gətir bir azca mən ağlayım,
Ustadlara bu gün mən yas saxlayım,-
Həm Yunussuz, həm Rumisiz dünyada!MƏNİM HƏR YAZILAN KÖRPƏ ŞEİRİM
Görəsən, İlahi, xoşbəxtdirmi bəs,
Mənim hər yazılan körpə şeirim.
Kədəri özünə doğma bilibmi,
Mənim hər yazılan körpə şeirim?!Əhdindən dönməyən qızlara bənzər,
Qəlbi ovsunlayan gözlərə bənzər,
Dodaqdan süzülən sözlərə bənzər,
Mənim hər yazılan körpə şeirim.Allahdan süzülüb, “Quran”dan keçib,
Kürboyu Muğandan, Arandan keçib,
Metedən bu yana Turandan keçib,
Mənim hər yazılan körpə şeirim.Bir candan bir ruha hopub gələcək,
Çevrilib tufana qopub gələcək,
Sevgili yarını tapıb gələcək,
Mənim hər yazılan körpə şeirim.Hökmdar oğludu, böyük saraydı,
Qəlbimə, ruhuma hopan haraydı.
Ömrümə nur saçan günəşdi, aydı,
Mənim hər yazılan körpə şeirim. -
“AYBkitab.az” saytının təqdimat mərasimi keçiriləcək
10 sentybar 2014-cü il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “AYBkitab.az” saytının təqdimat mərasimi keçiriləcək.Layihənin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rzadır.
İştirak etmək istəyənlər dəvətlidir.Kütləvi informasiya vasitələri də iştirak edəcək.
Qeyd edək ki, AYBkitab layihəsi yeni kitabların nəşri, təqdimatı, online satışı üçün nəzərdə tutulub. -
“Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçiriləcək
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nə istinadən yaydığı məlumata görə, yaxın günlərdə “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçiriləcək. Toplantıda “Gənc Ədiblər Məktəbi”nə yeni üzvlər qəbul olunacaq.Tədbirin Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, “Gənc Ədiblər Məktəbi” 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyi ilə Azərbaycan Respublikası Mədəniyyət-Turizm Nazirliyinin birgə layihəsi çərçivəsində yaradılıb. “Gənc Ədiblər Məktəbi”nə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, ” 525-ci qəzet”in baş redaktoru Rəşad Məcid rəhbərlik edir.Məsul katibi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, gənc yazar Emin Piridir. -
AYB-yə yeni katib təyin olundu
29 avqust 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyində növbəti toplantı keçirilib.Toplantıda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tədbir iştirakçıları salamlayıb, sonra Azərbaycan Yazıçılar Birliyinə yeni katibin seçilməsinə dair fikir mübadiləsi aparıb.Sonda Azərbaycan Yazıçılar Birliyinin Rəhbərliyinin qərarına əsasən, Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalının baş redaktor müavini İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin yeni katibi təyin olunub.
-
Vüqar Əhmədin yeni kitabı işıq üzü gördü
Şair,nasir, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin növbəti əsəri barədə isti-siti məlumatı oxuculara təqdim edir.
Qeyd edək ki, bu əsər 31-cu kitabı və üçüncü romanıdır. Əsər üç hissədən ibarət trilogiyadır.
Vüqar Əhməd bu əsərdə Şah İsmayıl Xətainin dövründən günümüzə qədər, təxminən 500 illik bir dövrü əhatə etmiş, Azərbaycan xalqının etnogezində iştirak edən, sonradan Qaradağlılar adlanan ustaclıların Azərbaycanın tarixində nə qədər müstəsna rol oynadıqlarını canlı səhnələrlə, əlvan cizgilərlə göstərmişdir. Birinci hissəsi bilavasitə Səfəvilər dövlətinin yaranmasında, böyüməsində, inkişaf etməsində iştirak edən ustaclılalardan, ikinci hissəsi Şuşa şəhərinin salınmasından, Şuşa qalasını inşa etdirən Pənahəli xan Cavanşirdən, onun oğlu İbrahim Xəlil xandan, əsasən isə Ustaclı soyundan, Qaradağlı nəslindən olan alim, şair, tərcüməçi, xəttat, tarixçi, müəllim Həsənəli Xan Qaradağidən, üçüncü hissəsi isə Azərbaycan xalqının qəlbində əbədi yaşayan məhşur diktor Aydın Qaradağlıdan və onun ailəsindən danışır.
Lakin bununla yanaşı əsərdə Şah İsmayıl Xətainin dövründən başlayaraq müharibələr, Çar Rusiyasının Azərbaycanı işğal etməsi, daşnakların xalqımıza qarşı apardığı soyqırım siyasəti, Şura hökumətinin vətənimizə gətirdiyi bəlalar öz əksini tapmışdır. Vüqar Əhmədin bu əsərində oxucular üçün olduqca maraqlı tarixi faktlar, məcaralı mənzərələr, dramatik löhvələr vardır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutlmuşdur. -
Əlirza HƏSRƏT.”Ağlatdın sən məni adına layiq…” (Yeni şeir)
Xəstəlik səninlə qol-boyun olub,
Xoşbəxt eyləmisən bu çarpayını.
Gözün xəstəxana divarlarında,-
Axtarır bir ömrün ümid payını.Səni görməmişdim belə pərişan,
Bu sinə dağımda qar uçqunu var.
Düşüb kəməndinə baxışlarının,-
Ürəyim ən rahat yastığın olar.Cənnət bağçasısan bu nişanda sən,
Nəfəsin gül açıb,baxışın çiçək.
Belə soyuq dəyər sənə ,gözəlim,-
Sevən ürəyimi al üstünə çək.Xəstəlik səninlə qol-boyun olub,
Cürətim çatmır ki sənə toxunam.
Ölmək öyrənirəm Qu quşlarından,-
Sənin də dilində bir az oxunam.Son qoydun sən mənim rahatlığıma,
Dünyada ən gözəl qadına layıq.
“Dirilik suyu”nmuş bu göz yaşlarım,
Ağlatdın sən məni adına layiq. -
Əlirza HƏSRƏT.”Zirvəyə baxmağa söz yadırğayıb” (Yeni şeir)
Hey sözsüz yerindən oxudum deyə,-
Dilim bu nəğməyə tez yadırğayıb.
Daha baxışımdan daldalanmağa,-
Adına çıxdığım qız,yadırğayıb.Könül uduzdusa eşq savaşında,
Hicran şirinləşər hər göz yaşında.
Adam isitməyə ocaq başında,-
Qaralan kül altda köz yadırğayıb.Kəsmək də bilmir ki bu qar haçandı,
Ləngiyir ömrümə bahar haçandı.
Duman içindədir dağlar haçandı…,
Zirvəyə baxmağa göz yadırğayıb. -
Azərbaycanın ən məşhur rus dilli qəzeti olan«Зеркало» qəzetinin nəşri dayandırıldı
27 avqust tarixində ən məşhur rusdilli qəzet olan «Зеркало» və «Айна» qəzetlərinin baş redaktoru Elçin Şıxlinski redaksiyanın kollektiv heyətini toplayaraq, onlara daha qəzetin nəşrinin dayandırıldığını bildirib.Bundan əlavə o qeyd edib ki, özü də jurnalistlikdən uzaqlaşır.
Səlahiyyətli mənbələr bildiriblər ki, 2005 – ci ildə parlament seçkilərindən sonra hakimiyyət Şıxlinsikiyə «Зеркало» qəzetinin hökumətyönlü etməyi təklif edib və qəzet ətrafında bu söhbətlər 1 ilə qədər davam edib.Lakin Şıxlinski bu təklifi rədd edib. Bundan sonra Şıxlinskiyə redaksiyanı satmaq özünün isə istefa verməyi təklif olnusa da, Şıxlinski bunu da rədd etmişdir.
Mənbə bildirib:”Bundan sonra qəzetdə maliyyə və kadr problemləri meydana çıxmağa başladı. Hökumətin sifarişi ilə demək olar ki, bütün bütün reklam şirkətləri «Зеркало» qəzetini rədd etdilər, həmçinin müxtəlif dövlət qurumları və hökumətyönlü medialar qəzetin əməkdaşlarına böyük maaşlar təklif etməyə başladılar və nəticədə qəzetin bir çox aparıcı jurnalistləri “oğurlandı””.
Lakin ən ciddi problemlər qəzetin əməkdaşı Rauf Mirqədirovun həbs olunmasından sonra başladı. MTN və Baş Prokurorluq əməkdaşları reaksiyada və Şıxlinskinin evində axtarış aparmış, avadanlıqları və hətta baş redaktorun şəxsi kompüterini götürmüşlər. Bundan sonra Şıxlinski qəzetin nəşrini dayandırmaq məcburiyyətində qalıb və çox ümid edir ki, onun dostu jurnalist Rauf Mirqədrovun həbsi yalnışlıqdır.Lakin hökumtə Mirqədirova qarşı onu erməni xəfiyyəsi adlandıraraq, çox ağır ittiham irəli sürür.
Qeyd edək ki, qəzetin əsası 1990 – cı ildə qoyulub. Elçin Şıxlinski Azərbaycanın Milli Yazıçısı ismayıl Şıxlinskinin oğludur. -
Vüqar Əhmədin yaradıcılığının 30 ili tamam olur
Tanınmış şair Vüqar Əhmədin yaradıcılığının 30 illiyi tamam olur.
Vüqar Mikayıl oğlu Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olub. Əslən soykökü – şəcərəsi Sultan Əhməd xanədanına mənsubdur. Babası doktor Kərbəlayi Mirmahmud Bəy Pirşağıda,babası həm doctor, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar. 1984-87-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə «Novruz» qəzeti və «Azərbaycan dünyası» nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri həmkarlar komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb.Hal-hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. 2005-2011-ci illərdə AMİ-nin professoru olmuşdur. Rəhbərliyi altında gənc ailimlər yetişməkdədir. Azərbaycan Milli Dram Teatrının ilk direktoru və baş rejissoru- repressiya qurbanı Bilal Əhmədin qardaşı nəvəsi, ixtiraçı alim-fizik Əhməd Əhmədin,eləcə də bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır. Ailəlidir, bir oğlu, bir qızı var. 1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu «Fərqlənmə» diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. «Rus uşaq ədəbiyyatı və Azərbaycan» (Bakı, 1992), «Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı» (Bakı, 1998), «Azərbaycan uşaq ədəbiyyatı» (Bakı, 2006), «Ədəbiyyatşünaslıq» (Bakı, 2007),”Anam mənim”(Tehran.2008) ,”Ş.M.Xiyabani”(Bak ı2010) və s. kimi 30 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir. Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birlikləri,Dərbənd Ədiblər Birliyinin «Muğam» assosiasiyasının, Bakı şəhəri icra hakimiyyəti ali mədəniyyət şurasının üzvüdür. Dünya Azərbaycanlıları Konqresinin sədr müavinidir. Üç roman və 10 şeir kitabının,yüzlərlə teleradio verilişlərinin müəllifidir. İki dərslik , iki tədris proqramı çap olunub.Filologiya elmləri doktoru ,professor, eləcə də AMEA-da ədəbiyyatşünaslıq üzrə dissetasiya şurasının üzvüdür. “Qızıl Qələm”, AHİK-nın(2 dəfə) və AMEA-nın “Fəxri Fərman”ları ilə təltif olunmuşdur. «Araz» ali ədəbi, «Abdulla Şaiq», «Məmməd Araz», «İlin nəğməkar şairi», 2 dəfə «Zirvə», «İlin mahnısı»,”Simurq” və s. mükafatların da laureatıdır.Vüqar Əhmədin 50 illiyi ilə əlaqədar “Vüqar Əhmədin yaradıcılıq yolu”adlı monoqrafiya yazılmış, telekanallar tərəfindən silsilə verilişlər və filmlər lentə alınıb. Müxtəlif illərdə alim-şairin Moskva, Tehran və İsveçdə yaradıcılıq gecələri keçirilb. Dəfələrlə Asiya və Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib. Vüqar Əhməd eyni zamanda “Azad Azərbaycan” teleradio şirkəti “Bədii şura”sının üzvüdür. -
Azərbaycanlı müğənni BMT-nin elçisi təyin olundu

Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf BMT-nin Ərzaq Proqramının aclıqla mübarizə üzrə elçisi təyin olunub.
BMT İnformasiya Mərkəzinə istinadən bildirir ki, S.Yusuf uzun müddət Ümumdünya Ərzaq Proqramının fəaliyyətini dəstəkləyib və albomlarının satışından əldə etdiyi gəlirlərlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib, BMT əməkdaşları ilə birlikdə Misir və İordaniyada suriyalı qaçqınlara yardım çatdırılmasını müşahidə edib.
Xatırladaq ki, Tehranda azərbaycanlı ailəsində dünyaya göz açan Sami Yusif kiçik yaşlarında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb -
Gənc yazar haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, yaxın günlərdə Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzovdur. Əsas məqsəd gənc yazarın bu günə qədər müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda, mətbu orqanlarda dərc olunan yazılarını bir araya gətirməkdən ibarətdir.Saytın yazarın doğum günü ərəfəsində istifadəyə veriləcəyi ehtimal olunur. Saytın adı söylənilməsə də, Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallardan fərqli olacağı ilə bağlı tədbirlər planı hazırlanıb.
Qeyd edək ki, Kənan Aydınoğlu bu günə qədər yazarlara dəstək olmaq üçün müxtəlif məqsədyönlülüyü layihələr hazırlayıb gerçəkləşdirərək öz töhfəsini verib. -
Fidan ABBASOVA.”Bəlkə də gördüyüm yuxu deyilsən…” (Yeni şeir)
Sonsuz ümüd kimi doldun gözümə
uğurlu yol bilib düşdüm izinə
bir halal ocağın yanmış közünə
bənzəyir gözlərin , əllərin və sən
bəlkə də gördüyüm yuxu deyilsən…..Sıxır boğazımı acı bir qəhər
dözürəm bunada yenə birtəhər
ayılıb görərkən səni hər səhər
üzündə bir gülüş gözlərin və sən
bəlkə də gördüyüm yuxu deyilsən….Tutub əllərimdən dartıb yanına
düşmüsən elə bil damar, qanıma
nə olar əbədi çıxma sonuma
nə acı , nə həsrət nə dəki bir sən
bəlkə də gördüyüm yuxu deyilsən….Uca bir dağ kimi qarlı dayanma
kiminsə esqiylə alışıb – yanma
bu gözəllik sənlə əbədi sanma
qocalar sifətin, hisslərin və sən
bəlkə də gördüyüm yuxu deyilsən….Bir qonaq kimisən gəldin və getdin
ömrümə qəm verib , yaş alıb getdin
Fidanı nələrdən sən məhrum etdin
bu həyat , bu ürək və birdəki sən
bəlkə də gördüyüm yuxu deyilsən -
Debüt: Teymur HƏBİBİ (Gürcüstan Respublikası).Şeirlər
Teymur HƏBİBİ (Teymur Bayramov Rzaqulu oğlu) 9 iyul 1986-cı ildə Gürcüstanda – Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır.
1989-cu ildən ailə üzvləri ilə birlikdə Bakıda yaşayır. Erkən yaşlarından ədəbiyyata sevgisi olan Teymur şeir, sənət ocağının qoynunda böyüyüb. Ona bu istedad soykökündən, hələ məktəb illərindən müxtəlif mövzularda şeirlər yazan, ədəbiyyatı çox sevən anası Nisə xanımdan keçib.
O, 1993-2004-cü illərdə 143 saylı məktəbdə orta təhsilini, 2004-2008-ci illər də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin Beynəlxalq Mədəni Əlaqələr ixtisasının əyani şöbəsində ali təhsilini fərqlənmə diplomu ilə bitirib.
Teymur Həbibinin mətbuatda ilk çap olunmuş şeirləri 2005-ci ildə “Müxəmməs” və “Namə” olub. O, 2006-2007-cı illərdə bir ilə yaxın mətbuatda çalışıb, “Qulluğunda hər an durum”, “Xəyalımdan keçən gözəl”, “Bir salamdır aramızdakı söhbət”, “Xatirəli bir gecə…”, “Səni axtarıram, yar, haradasan?” şeirləri mətbuatda çap olunub.
Elə həmin ildə də “Ağla, mənim gözü yaşlı məhəbbətim” başlığı altında “İsmi-Teymur” (Avtobioqrafik şeir), “Kitabi-mehrim”, “Biz ad günümüzü bir qeyd edirik”, “Müxəmməs”, “Gözəl”, “Bu həyatdan cavan köçdün, sevgilim”, “Xəstəyəm, dərmanım yardır” və s. şeirləri də mətbuatda çap olunub. O, mətbuatda birinci korrektor vəzifəsində çalışıb, Heydər Əliyev “Xalqa bağışlanan ömür” X kitab, Hacı xanım Rövşanə “Əllərimi Allaha açdım”, Şükufə Göyçəli “Səni ömrümə yazmışam”, Zeynal Qoca “Zindandı dünya”, Ramiz Məmmədzadə “İşıq günü”, və s. kitablarda adı çıxıb.
Sonradan müxbir vəzifəsində çalışıb, İlyas Əfəndiyev – 92 “Unudulmaz xalq yazıçısı”, “Kulturologiya” fakültəsi “ADMİU-nun öndə gedən fakültələrindən biri”, Mikayıl Müşfiq “30 illik ömür karvanı”, Bir olan Allahın izni ilə! “İslam inciləri”, Poetik məclislər “Onların yaranma və inkişaf tarixi, poetik məclis üzvləri”, Aşıq Ələsgər “Ustadın ömür səhifələri”, Mirzə Şəfi Vazeh “XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri”, Xaqani Şirvani “Öz dövrünün ustadı”, Nizami Gəncəvi “Ustadın həyatı və yaradıcılığı”, Mənisə Xatın Məhsəti Gəncəvi “XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şeir məktəbinin, şeir sərgisinin təsisçilərindən biri” və s. məqalələri və bunlarla yanaşı, yeni yazdığı şeirləri də mətbuatda çap olunub.
Teymur Həbibi tələbə olarkən universitetin “Tələbə Həmkarlar İttifaqı” Komitəsinin nəzdində fəaliyyət göstərən “Ədəbi Məclis”in üzvü olub və bu məclis üzvləri ilə bərabər 2007-ci ildə mətbuatda “Darıxmışam” şeiri çap olunub.
Teymur Həbibi 2008-2009-cu illərdə (“Xidməti xasiyyətnamə” ilə təltif olunmuş) Qusar rayonunda hərbi xidmətdə olduğu müddətdə “Ana”, “Xəstəyəm, bu ürək darıxır sənsiz”, “Küsəyən qız”, “Ayrılıq”, “Əsgər məktubu”, “Şahdağ”, “Şeir yazmaq istəyirəm”, “Gülüşlərin” və s. şeirlərini qələmə alıb.
2010-2011-ci illərdə Azpress.az saytında (Azərbaycan press video-foto faktoru jurnalı) müxbir, rejissor, montajçı vəzifəsində çalışıb.
2010-cu il oktyabırın 28-də müəllifi olduğu “Həbibi dünyası…” şeirlər kitabı işıq üzü görüb. Elə həmin il dekabrın 21-də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi və təşkili ilə “Səda” tədris teatrında kitabının təqdimat gecəsi keçirilib.
Xatırladaq ki, “Həbibi dünyası…” müəllifin ilk kitabıdır. Burada müəllifin özünün dediyi kimi, ikinci dəfə ədəbiyyata gəldiyi dövrdən, indiki son dövrə qədər yazdığı şeirlərinin bəziləri salınmışdır. Kitab dörd fəsildən (“Şeirlər”, “Tarixsiz şeirlər”, “Bayatılar”, “Natamam sətirlər”) ibarətdir. Kitabın adından bəlli olduğu kimi müəllifin öz dünyası var…
O, 2011-2012-ci illərdə AzTV və ATV televiziya kanallarında “Səhər” Proqramı Redaksiyasında müxbir vəzifəsində işləyib.
2012-ci ildə “Süleyman Rəhimov” adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin, “Gənc Yazarlar” Ədəbi Birliyinin, “Hüseyn Arif” Ədəbi Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilib.
Bununla yanaşı gənc şairin şeirləri “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən “Mədəniyyət və Ədəbiyyat” portalında dərc olunub.
Kitab və kitabın elektron versiyası sosial şəbəkələrdə (Facebook.com, Oдноклассники.ru, Twitter.com), respublikanın bir çox şəhər və rayon mərkəzi kitabxanalarında (“Gənclik” Elektron Kitabxanası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, bineqedi-mks.az,azlibnet.az, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Ağdaş rayon Mərkəzi Kitabxanası, Bərdə rayon Mərkəzi Kitabxanası, Hacıqabul rayon Mərkəzi Kitabxanası, Neftçala rayon Mərkəzi Kitabxanası, Qubadlı rayon Mərkəzi Kitabxanası, Gəncə şəhər Mərkəzi Kitabxanası, Qusar rayon Mərkəzi Kitabxanası və.s), internet saytlarında (alinino.az, Kitabxana.net, Azpress.az, edebiyyat-az.com, Kitab klubu) yerləşdirilib.
Hal-hazırda Teymur Həbibinin şeirləri dövri mətbuat səhifələrində müntəzəm olaraq dərc olunmaqdadır.SƏN DÖNYAYA YARAŞIRSAN
Zeynəb bibinin nəvəsi balaca Zeynəbə
Hər ananın arzusudur,
Qismət olsun ona nəvə.
Hər atanın arzusudur,
Qismət olsun ona nəvə.Gözləri göy, xumar Zeynəb,
Hər kəs sənə baxar, Zeynəb.
Baxan gözlər axar, Zeynəb,
Sən dünyaya yaraşırsan.Saçı, qaşı sarı qızdır,
Özü şirin, yaşı azdır,
Hər hərəkəti bir nazdır,
Sən dünyaya yaraşırsan.Sevir səni atan, anan,
Hər zaman dərdinə yanan.
Böyüdükcə, sən də inan,
Sən dünyaya yaraşırsan.Gülüşün özüntək gözəl,
Gəl qucağıma, uzat əl.
İlk dediyin söz “Ata, gəl”,
Sən dünyaya yaraşırsan.Həbibi səntək gözələ
Şeir yazdı gülə-gülə.
Sən də yaşa gülə-gülə,
Sən dünyaya yaraşırsan.15.06.2003.Gürcüstan
XƏYALIMDAN KEÇƏN GÖZƏL
Gecələr çox tənha idim,
Bir şərab, bir badə idim,
Xəyallarda səni sevdim,
Xəyalımdan keçən gözəl.Şahısan yuxularımın,
Şöhrətisən sən şanımın,
İlhamısan qəm dünyamın,
Xəyalımdan keçən gözəl.Arzular var ürəyimdə,
Məhəbbətdir istəyimdə,
Sənsən mənim diləyim də,
Xəyalımdan keçən gözəl.Dağdan axan şəlaləsən,
Eşq şamıma pərvanəsən,
Sən mənimçün bir dənəsən,
Xəyalımdan keçən gözəl.Badə doldu göz yaşımla,
Tufan qopdu harayımla,
Vida etdim xəyalımla,
Xəyalımdan keçən gözəl.02.07.2003.Bakı
O QIZI UNUTMARAM MƏN
Gozlərim bir gozəl gordu,
Məni gorub o da suzdu,
Naz eləyib, həm də uzdu,
O qızı unutmaram mən.Aşiq oldum zumrud gozə,
Həsrət qaldım şirin sozə,
Deyin, bu dərdə kim dozər,
O qızı unutmaram mən.Urəyimdə arzu qaldı,
O qız canımdan can aldı,
Duşduyum bu hal nə haldır,
O qızı unutmaram mən.Həbibi yaralı oldu,
Gozləri əzabdan doldu,
İnsan məhəbbətə quldur,
O qızı unutmaram mən.12.06.2003.Gürcüstan
XOŞBsXT OLSUN BU EKE GsNC
Yığışmışıq bu məclisə,
Xoşbəxt olsun bu iki gənc.
Səbəbkarlar Faiq, Govhər,
Xoşbəxt olsun bu iki gənc.İki urək bir doyunur,
Ata-analar sevinir.
Arzu-istəklər boyuyur,
Xoşbəxt olsun bu iki gənc.Sevən tapar, sevdiyini,
Faiq tapdı sevgisini,
Govhərtək sevgilisini,
Xoşbəxt olsun bu iki gənc.Sevən sevəndən ayrılmaz,
İnsan sevgisiz yaşamaz,
Həbibi də onda yazmaz,
Xoşbəxt olsun bu iki gənc.13.06.2003.Gürcüstan
-
Debüt: Günel XƏZAN (Salyan).Köşə yazısı
Günel XƏZAN (Yəhyayeva Günel Nazim qızı) 1995-ci il iyul ayının 14-də Salyan rayonunda anadan olub.2000-ci ildə A.Pənah adına 1 saylı Humanitar liseyinə daxil olub.2012-ci ildə həmin liseyi bitirib.2014-cü ildə Bakı Asiya Universitetinin Tarix fakültəsinə qəbul olub.2014-cü ildən Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.
* * *
Bəlkədə həqiqəti çox cətindir,anlamağı,yaşatmağı,uzun ömür sürdürməyi çox çətindir və bunu qeyd etmekdə həmçinin…Doğularsan ana bətnində olduqda belə kiçicik qəlbin döyünməyə başlar və o andan sevginin qığılcimları başlayar o kiçik qəlbində.Anani sevərsən ilk.Səni qoruyan,sevənin tək o, olduğunu zənn edərsən.Yatdıqda belə ona ehtiyac duyarsan.Valideynini sevərsən,Vətənini sevərsen,ağacı,quşu,çiçəyi sevərsən.Sevərsən,sevərsən və sevgiyə alışarsan.
Elə bir zaman olar ki,ya nağıllarda ki, kimi ən çətin vaxtında ya filmlərdə ki kimi ən təsadüfü halda ya da kitablarda kı kimi ən çətin sevgini yaşayarsan.Baxarsan eyni ağac,eyni budaq,eyni yarpaqdir.Yox!!! Bu ki eyni deyil! Sevərsən amma böyük sevgi ile,toxunmadan,həsrətini çəkərək sevərsən.Bu eyni bildiyin ağac böyüyər,kötüyü qalinlaşar eyni bildiyin budaqlardan budaq törəyər yarpaqlarını töküb yenisi daha gözəl,daha six yaranar.Eyni bu sənin sevginin böyüdüyü kimi.İlk sevgin olmaz amma ilk atan qəlbin olar.Bütün günü düsünərsən,xalqa rüsvay olarsan deyə qorxarsan amma sevgindən qorxmazsan heç düşünməzsən belə.Qəlbində yaşadarsan bir taxt qurarsan sevdiyini orada əyləşdirib padişah edərsən.Hər dəfəysə qəlbinə boylanarsan onun üçün göz yaşı töküb diz çöküb yalvarir ona amma baxarsan ki,onun qəlbində bir başqası var onun üçün döyünür.Bax o zaman budaqların sınar,yarpaqların tökülər,qəlbin daş bağlar amma ondan dönməz hey ona boylanar belkə bir baxışını görərəm deyə.Yenə xeyalların puç olar amma fikirlərin ölməz…
Bir dərd olar qəlbinə.Zamanla unudarsan zənn edərsən.Bəlkədə unutmaq üçün cəhd edərsən başqa gönüllərdə taxt qurarsan lakin o taxta çıxmamış enərsən bir başqasına sığınarsan beləcə ömrün keçər.Dönüb geriyə baxarsan sehvlərin bir romana dönmüş.Beləcə ömrün ötər,o qara torpağa cismini qurban verərsən sevgin uğrunda.Qəlbindəki o əbədi sevgi çökər torpağa yaranan torpaq insanları böyüyər o əbədi sevgidən…Beləcə neçə sevgi dolu ömürlər keçər gedər sevgi dolu dünyadan… -
Hüseyn ARİF.Şeirlər
BİR “DOSTUM” DA VAR
Dostlar arasında bir “dosdum”da var,
Heç vaxt beləsilə zarafat olmaz.
Nə qədər ad alıb, nişan qoparda,
Yenə dirsəklənib, o rahat olmaz.“Xeyirxah” lələsi düşüb get-gələ,
Çoxların tovlayıb, salıb əngələ,
Şöhrət dəlisinə deyən yox hələ
Belə mükafatdan mükafat olmaz!Ey Hüseyn Arif, həyat həyatdı,
Ömür müvəqqəti, gün amanatdı
Müdrik bir kəlam da bir kainatdı,
Şair şer yazar, diplomat olmaz.A TÜLKÜ
Özgə qoltuğuna pənah gətirib,
Özünü başbilən bilmə, a tülkü,
Birinə aşkara yumruq göstərib,
Birinin tozunu silmə, a tülkü.Qədəmin necə də ağır qədəmdi,
Hardasa Allahın ölümü kəmdi
Nə sevincin sevinc, nə qəmin qəmdi,
Yalandan ağlayıb, gülmə, a tülkü.Tutmuşam üzümü zirvəyə sarı,
Ələnib üstümə dağların qarı,
Mən az görməmişəm fırıldaqları –
Hüseyn Arifə gəlmə, a tülkü.“QAYIDAR” DEDİM
Payız getdi qış qabağı
Yaz olar, qayıdar dedim,
Gül ətirli may küləyi
Yuxudan oyadar, – dedim.Ürəyimdə həsrət oxu,
Baş götürüb qaçdı yuxu.
Gəlib keçdi ömrün çoxu,
– Görüşməyə az var, – dedim.Hüseyn Arif düşdü oda
Ala gözlər yumulanda.
Bircə dəfə həmin anda
Mən ona “beyilqar!” – dedim.AY ALİ MƏFTUN
Başdan huş dağıldı, könüldən fərəh,
Can gücü itirdi, ay Alı Məftun!
Nə əkib, nə biçmək arzulayırdıq,
Fələk nə bitirdi, ay Alı Məftun!Haraya baxırıq, yox bir təsəlli,
Hanı o gülər üz, o şirin dilli?..
Ömür yelkənini taleyin əli
Möhnətə yetirdi, ay Alı Məftun!Neyləyək dəli yel əsəndə, ay dost,
Qabağı çən-çiskin kəsəndə, ay dost,
Günah nə məndədir, nə səndə, ay dost,
Baxt belə gətirdi, ay Alı Məftun.GÖR NƏ MEHRİBANDIR BİZİM ADAMLAR
Tanı yurd-yuvanı, dərindən tanı,
Hər cansız daşı da, canLı yadigar,
Dolaş qarış-qarış Azərbaycanı,
Gör nə mehribandır bizim adamlar!..Qocalar əlini sıxar, qocalar,
Qalın saçlarında dağların qarı.
Bacılar qarşına çıxar, bacılar,
Sevincdən gül açar tər yanaqları.Balalar hamıdan oyanar erkən,
Kimisə arzular, kimisə anar.
Qonaq həsrətilə gözü yol çəkən
Nənələr ocağı alovlandırar.Bu onun, o bunun qucar boynunu,
Ötər hər sinədə bir sədəfli saz
Yorğunlar unudar yorğunluğunu,
Qəmlilər bir kəlmə qəmdən söz açmaz.Necə can sirdaşı, könül həmdəmi,
Ucalar yanında ucalır insan.
Açsan hər qapını bir ata kimi,
Neçə qız taparsan, oğul taparsan.Atalar, analar, babalar şirin,
Oğullar, nəvələr, nəticələr şən,
Açıqdır süfrəsi doğma ellərin,
Keçmə samovarın zümzüməsindən.Əhdini, andını pozmayıb hələ,
Nə yalan satandı, nə rüşvət alan,
Bir dəfə duz-çörək kəsdi səninlə,
Dağa arxalanma, ona arxalan.Özgənin işinə qarışan deyil,
Yaşar öz yerində, öz torpağında.
Dəyib-dolaşmasan, dolaşan deyil,
Dəyib-dolaşdınmı, döz qabağında.Bir qeyrət sözü var, bir də etibar –
Uca zirvələrin ucası saydım.
Gör nə mehribandı bizim adamlar,
Onlara yaraşan adam olaydım.KÖLGƏ ÖZ KÖLGƏM İMİŞ…
Ha səslədim, səslədim,
Bilmədin ki, bilmədin.
Ha gözlədim, gözlədim,
Gəlmədin ki, gəlmədin.
Bu necə ağrı-acı,
Bu necə sitəm imiş?..Verib hökmünü bir qəm,
Sağı, solu bağladı.
Neçə bəndi, bərəni,
Neçə yolu bağladı
Nə bilim ki, axırda
Bu qəm öz qəmim imiş.Tezdən eyvana çıxdım,
Eynim açılsın, deyə.
Baxdım, heyrətlə baxdım
Qəfil düşən kölgəyə,
Nə gedən, nə gələn var –
Kölgə öz kölgəm imiş…QAYIDAQ GƏLİN
Günümüz mehriban, ayımız şirin,
O günə, o aya qayıdaq gəlin
Dost dostun necə də bilərdi qədrin,
O haqqa, o saya qayıdaq gəlin.Axşamdan sabaha közərən ocaq,
Pəncərə önündə alışan çıraq,
Siyasətdən uzaq, riyadan uzaq
O dürlü dünyaya qayıdaq gəlin.Qarlı zirvələrdən silinməz izim,
Enişdə, yoxuşda bərkiyib dizim.
Başqadı kökümüz, soyumuz bizim,
O kökə, o soya qayıdaq gəlin.Qəm də yeriş etdi, dərd də ələndi,
Dərələr çiskinə, çənə bələndi,
İyid nərəsindən dağ silkələndi,
O haya, o hoya qayıdaq gəlin.Alovlar qoynunda açdıq səhəri,
Dağıldı yadların çalı, çəpəri,
Stanbul səfəri, Tokat səfəri –
O qola, o boya qayıdaq gəlin.Torpaqdan hədiyyə, yurddan pay olmaz,
Kişilik satılıb, mərdlik pozulmaz,
Hanı “Qəhrəmanı”, hanı telli saz,
Abbasa, Alıya qayıdaq gəlin.Ey Hüseyn Arif, hikmət vaxtıdı,
Məhəbbət, mərhəmət, hörmət vaxtıdı,
İndi hünər vaxtı, qeyrət vaxtıdı,
Cəngi Koroğluya qayıdaq gəlin.SƏN QOCALMA
Ana Kürün sahilində boy atdım,
Ceyran çölü, Qarayazı ovladım.
Gah Gülülü, gah Aveyi dolaşdım,
Damcılıdan gəldi səsim, sorağım.Göyəzənin sağı, solu tamaşa,
Qeyrət yağıb bu torpağa, bu daşa,
Köhlənimi çox sürmüşəm birbaşa,
Xatirəyə çevrilibdi o çağım.Başa kimi bu dünyada kim qalıb,
Kim şadlanıb, kim çağırıb, kim qalıb?
Vurğun getdi, Hüseyn Arif qocalıb,
Sən qocalma, mənim doğma Qazağım.BELƏ GÖRMƏMİŞDİM
Sular birdən-birə coşdu bulandı,
Qəm-qüssə çulğadı eli, obanı.
Yüz oyundan çıxıb satqın qonşular
Nə kökə saldılar yurdu, yuvanı.Qəfil yapışdılar ayağımızdan,
Soruş həqiqəti oğuldan, qızdan,
Bir şəhər silindi torpağımızdan,
Köksündə illərin ahı, amanı.Belə bir zamanda, belə bir gündə
Mərmilər ələndi bərəyə, bəndə,
Yazıq anaların gözü önündə
Axdı balaların günahsız qanı.O bağçaya hayıf, o bağa hayıf,
Şuşada qaralan ocağa hayıf.
Ağdama, Tovuza, Qazağa hayıf,
Sədası, sorağı tutdu hər yanı.Bir vicdanı təmiz, əməli düz yox,
Səbrimiz tükəndi, dözümümüz yox.
Qonaq qabağına çıxası üz yox,
Bazar yağsız qalıb, evdə ət hanı?Aç təzə dəftəri, Hüseyn Arif,
Yaz bu dərdi-səri, Hüseyn Arif,
Sözün müxtəsəri, Hüseyn Arif,
Belə görməmişdim mən bu dünyanı.SƏHƏR OYANMADINSA
Üfüqün dan şöləsi
Yerin əlvan naxşıdı.
Enən qızıl şəfəqlər
Gül-çiçək yağışıdı.Sabahın xoş rüzgarı
Günün sevinc nübarı,
Gülüş ömrün baharı,
Kədər qarlı qışıdı.Yorğan-döşəkdə batan,
Günortayacan yatan,
Gözəlliyə naz satan
Ya xəstə, ya naşıdı.Vədə gödək, vaxt qısa
Çatışmır toya, yasa.
Səhər oyanmadınsa,
Oyanmasan yaxşıdı.AĞSTAFA
Könül qartala bənzər,
Ovlağı Ağstafa.
Dilim qələmə bənzər,
Varağı Ağstafa.Çox şeyin vaxtı bitdi,
Vaxt daşları əritdi,
Uşaqlıq uçdu getdi,
Sorağı Ağstafa.Deyin o gündən, deyin.
Neyləsin ürək, beyin?!.
Alovlu gəncliyimin
Novrağı Ağstafa.Sevinc uzaq, qəm yaxın,
Dövrün hökmünə baxın,
Darıxanda arxamın
Dayağı Ağstafa.Nə deyim belə hala,
Bu dərdə, bu məlala
Uyuyur Arif bala,
Yaşağı Ağstafa.“Ulduz” jurnalı, İyul 2014
-
Debüt: Təhməz ZABİT (Salyan).Yeni şeirlər
Təhməz ZABİT (Əlizadə Təhməz Zabit oğlu) 1993-cü il sentyabr ayının 1-də Salyan rayonunun II Varlı kəndində anadan olub. 1999-2004-cü illərdə II Varlı, 2004-2008-ci illərdə I Varlı, 2008-2010-cu illərdə M.İsmayılov adına Yolüstü kənd orta məktəblərində təhsil alıb. 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının “Azərbaycan dili və Ədəbiyyatı” fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Həmin filialin Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) üzvü, Tələbə Elmi Cəmiyyətinin V və VII konfronslarının iştirakçısıdır.
Şeirləri “Möhtəşəm Azərbaycan”, “Yeni Axtarış”, “İlham çeşməsi” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.Dünya Gənc Türk Yazarlar Birliyinin Mərkəzi Dənətim Kurulunun üzvüdür.İSTƏMİRƏM MƏN
Vaxtinda qocalmaq gözəl bir həyat,
Cavankən qocalmaq istəmirəm mən.
Ucalıb kimsəyə yük olacamsa,
Heç zaman ucalmaq istəmirəm mən.Zaman da ağladır bir vaxt güləni,
Döyüş meydanında göstər hünəri,
Bir kimsə verəndə mənə dəyəri,
Qiyməti üç almaq istəmirəm mən.Qarabağ ürəkdə yara,oxdu ki,
Sorunun həlli də,çara çoxdu ki,
Səbr edib dözürük! Deyən yoxdu ki,
Zamanı uzatmaq istəmirəm mən.TURANDIR
Yaradandır qurandır,
Yıxılarsa durandır,
Türkün bircə yurdu var
Onun adı TURANdır.Haramım olsun
Bütövlük! Bütövlük sorağındayam
Görəvin sonunda Turanım olsun.
Dünyaya yenidən nur saçmaq üçün
Əlimdə müqəddəs “Quran”ım olsun.Bir parça elimdən qoparan olsa,
Xainlər yurduma gər ayaq salsa,
Xainin ayağı yurdumda qalsa,
Düşməni boynundan vuranım olsun.Nə qədər bölünüb olacağam tən,
Cücərdib yenə də torpağında dən,
Səninçün çalışa bilməsəm, Vətən,
Bu vətən çörəyi haramım olsun. -
Nəcibə İLKİN.Yeni şeirlər
BU YAĞIŞ
Döyür pəncərəmi payız yağışı,
Dəli sevgimizin göz yaşı kimi,
Səni arzulayır kövrək baxışım,
Neçə min illərin sirdaşı kimi.Elə möhtacam ki, bax bu an sənə,
Qəlbimin ağrısın yağış da duyur.
Səngimək bilməyə bu yağış yenə
Bəlkə sevgimizin günahın yuyur.Həsrət ünvanlıdı, vüsal gileyli,
Mənə gizli-gizli baxan bu yağış.
Baxışı Məcnundu, gedişi Leyli,
Sevdalı qəlbimə axan bu yağış.Gəl tut əllərimdən ürəyimizi –
Yağışın altında boşaldıb, doyaq.
Gizlədək, yağışdan gileyimizi,
Özümüz sevginin günahın yuyaq.MƏNƏ BİR NAĞIL DEYİN
Könlüm nağıl istəyir
Bir məhəbbət nağılı,
Mənə bir nağıl deyin.
Lap nənəmin nağlı tək
O nağıl ki,
içində qalım yarla təkbətək…
Kaş nənəm sağ olaydı…
Başımı dizi üstə
qoyaydım sübhə qədər.Nağıllaşan dünyamda
əriyəydi gecələr.
Dinləyəydim nənəmin
şirin nağıllarını,
Onun nağıllarında tapır
yar öz yarını.
Mənə sevmək öyrətdi,
Nənəm nağıllarıyla,
qalıbdı yaddaşımda
nənəm nağılları tək,
düz əhdi-ilqarıyla.
Mənə bir nağıl deyin.
O nağıl ki, orada
görüm özüm – özümü
deyə bilim sözümü.
Gəlsin Ağ Atlı oğlan
Məni alsın tərkinə,
Dözsün bu məhəbbətin
əzabına, ərkinə.
Bağrını yara-yara
qalxsın ağ buludlara,Aparsın bu dünyadan
məni çox uzaqlara.
Keçək ağ buludlardan
olaq ayrı aləmdə.
Bax, ayılam bu dəmdə.
Göydən üç alma düşə,
Biri mənim, biri nənəmin
Biri də mənim kimi
sevib-sevilənlərin.ÇOX BAXACAQSAN
Küsmüşəm barışan deyiləm daha,
Çıxıb gedəcəyəm bir qərib yerə.
Sənsiz gözlərimdə doğan sabaha,
Baxıb hönkürəcəm gülüm min kərə.Boylanıb qəlbimin pəncərəsindən,
Dikəcəm yoluna həsrət gözümü.
Diksinib qalxacam qəfil səsindən,
Yenə axtaracam özüm – özümüGecələr bürünüb hicran donuna
Vüsal yuxumuza lay-lay çalacam.
Yenə yuxularda qaçıb yanına.
Yenə də bir anlıq sənin olacam.Ayılıb həsrətin qəm yuxusundan,
Eh… məni o qədər axtaracaqsan.
Yapışıb könlümün lal yaxasından,
Mən gedən yollara çox baxacaqsan.
Mən gedən yollara çox baxacaqsan.SƏN GETDİN
Sən getdin göynədi sinəmdə ürək,
Yox olub əridi ömrün illəri.
Soldu qucağımda arzularım tək,
Dərib gətirdiyin sevda gülləri.Sən getdin… arxanca baxan gözlərim –
Su səpdi yoluna aydınlıq üçün.
Dilimdə ilişib qalan sözlərin,
Bir haray salmadı, bilmədim neyçün?Sən getdin… eşqinin bahar naxışı,
Min ilmə toxudu payız ömrümə.
Gözümdən süzülən sevda yağışı.
Sanki qılıncını çəkdi könlümə.Get gülüm, – qınama sənsiz səbrimə,
Küləklər yan alar, sellər yan alar.
Get barı, tez qayıt, mənim xətrimə,
«Sənsizlik» dərd olub məndən can alar.EŞQİMİN QIŞ HARAYI
Payız elə getdi, qış belə gəldi,
Ayrılıq küləyi əsdi bir ucdan.
Görüşə bilmədik, bu necə dərddi?
Qar da yolumuzu kəsdi bir yandan.Sanki acıq çıxır təbiət bizdən,
Görüşmək vədəmiz uzanır yaman.
Həsrət də qar kimi gözlərimizdən,
Yağıb sinəmizdə qoparır tufan.Bölündük sevginin fəsillərinə,
Eşqimiz, baharkən, özümüz qışıq.
Bəlkə ömrümüzün son illərindən,
Bəxtin yollarına atılmış daşıq?!Eh… yenə səbrimin üstünə əsir,
Sənin göndərdiyin şaxta, qar, boran.
İnan ki, yolumu eşqimiz kəsir,
Yoxsa, bu yollarda kimdi ki, duran?!“Ulduz” jurnalı, İyun 2012
-
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.***
Torpaqdı, – sonunda bir ovuc küldü,
Nəyinə gərəkdi ad, qəbirlərin?
Ölmə, qəbrin üstə bir gül bitər ki,
Sevdası titrəyər yad qəbirlərin.Başını dik saxla düz ağac kimi,
Heç kim köç aramır yolun altında.
Gedəndə, elə get, büdrəmə, yoxsa,
Üç yerdən əzilər qolun, altında.Onsuz da bu ömür köç yolu deyil, –
Tanrı, bu həyatı cır da, pul kimi!
…Mən sənə sevgimi ütülə dedim,
Demədim, çölə at xırda pul kimi.***
Yaram qaysaq tutub, dərim dartılır,
Hicran sinəm üstə sac qoyub sanki.
Ruhum öz-özünü elə qınayır,
Üç körpə balasın ac qoyub sanki.Gəl, gözüm ağrıyır, baxışını sürt,
Canımı canına sığışdır, gedək.
Daha yaşamalı halı da yoxdur,
Bu evi sil-süpür, yığışdır, gedək.Gəl, birgə üz tutaq Allaha, soraq: –
Nədən zülm eləyir bəndə özünə?
Bizim günahımız ayrı-ayrıdır,
Mən özümə baxım, sən də özünə.***
Ömür nə şeydi ki, – bir göz qırpımı,
Gəlmək də, getmək də bir anlıq olur.
Tale hər adama rəhm eləmir, qız,
Sevdasız ürəklər viranlıq olur.Mən hələ yatıram – ruhum yuxulu,
Sübh tezdən üfürür şamı dan, xəlvət.
Dünyanın son günü bir xəstə qızla,
Kəbin kəsdirəcəm hamıdan xəlvət.Nə çox boylanırsan bu yalqız kəndə,
Bu kəndin bir-iki pir adamı var.
Hardasan, ay ölmüş, gəl, qapımı aç,
Desinlər, bunun da bir adamı var.***
Ərini nifrətə bulayıb
Özgə kişiyə meyl edən qadının
İştahı qədərdi sevgi.
Kama çatan kimi qurtarır.***
Ömür yanımdan ötür,
Bir kölgə, bir fon kimi.
Arzular çəp görünür,
Sonuncu vaqon kimi.Deyən, dərdə xoş gəlir,
Sifətimin ağlığı.
Nə qədər gözləyəcəm,
Burax bu uşaqlığı.Ürəyin ağ varaqdı,
Bir kəlmə yaz, uzat, qız.
Mən gəlməyən yollara,
Gözünü az uzat, qız.***
Mən də tərs sevdanın əsiri oldum,
Eşq məni çürütdü – leş elədi, qız.
Mən dörddən dörd çıxdım, sıfır elədi,
Sən birdən bir çıxdın, beş elədi, qız.Məəttəl qalacaq bu sirrə hamı,
Yer tabut çoxaldır sinəsi üstdə.
Sənin beş arzunun çiçəyi açdı,
Mənim dörd arzumun binəsi üstdə.Ömür hər adama bir qucaq yükdür,
Adamın ölüdən daş fərqi var, qız.
Sən vaxtı dayandır, mən sənə çatım,
Bizim aramızda yaş fərqi var, qız.***
Ruhum vəcdə gəlir lal sevda kimi,
Cismimin altında təpə oynayır.
Sən elə süzürsən, elə bil ki, qız,
Suların qoynunda ləpə oynayır.Kölgəmin tabutu elə cür durub,
Elə bil torpağa düz xətt qoyublar.
Sənə vermədiyim vədin altından,
İmza əvəzinə yüz xətt qoyublar.Eşqdən kim yorulub, biz də yorulaq,
Deyəsən, gün keçir, boynum üşüyür.
Sanki xəzan vurmuş quru yarpaqdı,
Qızlar bir-bir düşür, qoynum üşüyür.BİLMİRƏM
Həsrət – yoxluğu anmaqdır,
Sevmək – taleyi danmaqdır.
Ruhun sevdası yanmaqdır,
Yanım, yanmayım, bilmirəm.Bəxt ki var, məzədir, meydir,
Lütdü, dur ruhumu geydir.
Həyat da pir kimi şeydir,
Danım, danmayım, bilmirəm.Üstünə çıxma yaş daşın,
Olmur həyanı daş daşın.
Yuxuma girir başdaşın,
Anım, anmayım, bilmirəm.***
Çoxdur təbiətin bakirə yeri,
Hər yol öz ağlığın saxlaya bilmir.
Dərdin kağızında imza yeri yox,
Dərd çürük diş kimi laxlaya bilmir.Bir pəri boylanır hər səhər göydən,
Ona əl uzadın, şən ola bilsin.
Başının altına kətil qoyun ki,
Boyu kölgəsilə tən ola bilsin.Baxma, mığmığalar şivən qoparır,
Bəzən pir sayılır su başı, adam.
Madam ki, üstündə gəzdirə bilmir,
Nə üçün saxlayır bu başı adam?“Ulduz” jurnalı, Avqust 2013
-
Rafiq ODAY.”Ali Baş Komandanım” (Şeir)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
“Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru,
“Azərikimya” İstehsalat Birliyi Mətbuat xidmətinin rəhbəri,
AYB və AJB üzvü, şair-publisist, «Qızıl qələm», «Həsən Bəy Zərdabi» və «Qafqaz Media» mükafatları laureatıBütün türk dünyasının gözü dikilib sana,
Türk dünyası bir yana, Azərbaycan bir yana,
Yüz milyonluq millətə Azərbaycan bir ana,
O mənim görən gözüm, o mənim cismim, canım,
Ali Baş Komandanım!Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
Ay gecəyə nur çilər, günəş səhərə arxa,
Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
Azadlıq naxışıyla zinətlənir hər anım,
Ali Baş Komandanım!Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
Vətən, millət sevdalı soyuna qibtəsi var,
İnam, güvənc yerimsən – bunu mən necə danım,
Ali Baş Komandanım!Neçə yüz milyonların çörəyi səndən keçir,
Cahanın qan paylayan ürəyi səndən keçir,
İlləri aydan soruş, ayları gündən keçir,
Gör hansı kürsülərdən təriflənir ad-sanım,
Ali Baş komandanım!Heydər baba naxşı var yurdun hər qarışında,
Dünya baş əymiş ona siyasət yarışında,
Bir çözümü olmalı sülhün də, barışın da,
BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
Ali Baş Komandanım!Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
Şovinist ocağında neçə «yan» var – seç dedi.
Önündə bir körpü var – bu körpüdən keç dedi,
Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
Ali Baş Komandanım!Xocalı faciəsi tarixin dərsi bizə,
Neçə tale çarxının fırlandı tərsi bizə,
Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
Bircə anda yetişdi dada Şahi-Mərdanım,
Ali Baş Komandanım!İyirmi faiz torpağım yağıda qala bilməz,
Çala, çapa, talaya, dağıda – qala bilməz,
Bundan artıq millətim ağıda qala bilməz,
Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
Ali Baş Komandanım!Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
Haqqa qılınc çalanın qollarını bükərik,
Yurdun hər kədərinə, sevincinə biz şərik,
Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
Ali Baş Komandanım!Azərbaycan güvənir müzəffər ordusuna,
Qoymaz yağı önündə bu xalqı ordu, sına,
İstər tufanda yoxla, yağışda, qarda sına,
Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
Ali Baş Komandanım!Ulu öndər eşqinə qılıncı qından çıxar,
Gündə min dona girən iblisi dondan çıxar,
Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
Ali Baş Komandanım! -
Ruslan Dost ƏLİ.”Uşaqlıq himi” (Yeni şeir)
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
hərə bir züm-zümə edir keçmişdən,
hərə içində bir bəstə saxlayır.
məni bu od-ocaq qızdırmır daha,
məni xatirələr isiti saxlayır.gəlib məhləmizdə az tutmayıblar,
qızlar gəlinciyi, donu əlimdə.
mən də böyüməyə tərəf qaçardım,
qarqı atım vardı, onun belində.gedib kitablarda quş axtarardım,
rəsm dəftərimə şəkil çəkməyə.
“klas”a bir yastı daş axtarardım,
indi daş gəzirəm bir ev tikməyə …deyimmi xəlvətcə ağac başına
çıxıb yuvaları yoxlamağımı?
körpə budaqlardan yay-ox düzəldib,
günahsız göy üzün oxlamağımı?canım bahasına ala bilmərəm,
suyu qiymətinə satdıqlarımı.
sonradan səngərdə döyüşən gördüm,
taxta aftomatla atdıqlarımı …götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi, gəlmədi-
mənim uşaqlığım, ax… uşaqlığım,
kağız gəmilərdə batdı, gəlmədi …


















































