20130919_194419

Şirin çayı çək başıva.

Baharın 5 yaşı var, o, evin tək qızıdı. Hər səhər anası onu min bir zülümə yuxudan oyadıb, səhər yeməyini yedirdib bağçaya aparırdı.
Bir səhər də yenə yuxudan qışqırda-qışqırda, ağlaya-ağlaya yuxudan oyatdılar.
-Ay qızim, dur da axı mən işə gecikirəm. Səhər yeməyini ye səni bağçaya qoyum, tez işə gedim. Bax işdən gələndə sənə çoxlu konfetlər, oyuncaqlar alacam-deyə anası dilləndi.
Oyuncaq, konfet eşidən kimi Bahar yerindən durdu və dilləndi:
-Onda səhər yeməyini yemirəm.
-Yox, olmaz yeməsən konfet də görməyəcəksən-dedi anası.
Bahar əl-üzünü yudu, anası saçlarını darayıb hördü. Tənbəl-tənbəl gəlib stolda oturdu. Anası ona çay süzüb, şirin elədi. Çörəyi xırda kubiklərə ayırıb üstünə cem, yağ sürtüb qarşısına qoydu. Bahar gah şirinçaya baxır, gah da qarşısına yığılan çörəklərə. Güclə birini ağzına qoyub şirinçaydan bir qurtum aldı. Yavaş-yavaş öz dünyasında danışa-danışa yeyir, gah sağa baxır, gah sola baxır gah da stolun altına. Anası yenə dilləndi:
-Bahar, mən işə gecikirəm axı tez ol ye yeməyini gedək.
Anası bir dedi, iki dedi amma, Bahar öz aləmində idi. Anası hirsləndi:
-Yemirsən yemə heç olmasa şirin çayı çək başıva gedək.
Bahar içi şirin çayla dolu stəkanı başının üstünə qaldırıb başından aşağı süzdü. Başdan ayağa oldu su içində. Anası bunu görüb bərk qəzəbləndi:
-Ay Bahar, neylədin?
-Demədin şirincayı çək başına, mən də çəkdim də.