“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı yeni layihəyə başlayıb.

Bu barədə AZƏRTAC-a İctimai Birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.

O bildirib ki, layihənin əsas məqsədi aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühiti haqqında ətraflı bilgi vermək, bu məktəbi daha geniş müstəvidə tanıtmaq və yerli aşıqların ifa özünəməxsusluqlarına diqqət çəkməkdir.

“Borçalı aşıq mühitində dastançılıq ənənəsi tarixən xüsusi yer tutub. Bu bölgənin aşıqları zəngin musiqi və dastan repertuarına sahibdirlər. Borçalı aşıq mühitinin özəlliklərini nümayiş etdirmək üçün Bakının mötəbər mədəniyyət mərkəzlərindən birində konsert təşkil olunacaq. Layihə bu aşıq mühitini daha dərindən öyrənməyə və onun digər aşıq məktəbləri ilə qarşılıqlı əlaqələrini tədqiq etməyə imkan yaradacaq”, – deyə M. Nəbioğlu vurğulayıb.

Mənbə: https://azertag.az