Post Views: 248 (“Ünvanımı tapan kitablar” silsiləsindən) Evlərin də taleyi var, alın yazısı var… Darvazalarından başlamış, ta bacasınadək şeirdir, romandır evlər. Küçəyə baxan pəncərələrlə həyətə baxan pəncərələr arasındakı enerji fərqi qədərdir bəzən ev sakinlərinin o evdəki xatirələrinin müxtəlifliyi… Hərdən olur, illər sonra xatirələrin bələdçiliyinə güvənib bir evin qapısını açırıq… “Buradakı qapının cəftəsi cırıldayırdı…” əminliyi ilə …
Esse
Qarabağın sirri-bəyanı-“Qarabağ” poeması
Post Views: 250 (“Ünvanımı tapan kitablar” silsiləsindən) . Mamırlamaq istəyi çox qabarır daxilimizdə. Xüsusən də, ömrün 30-cu ilini geridə qoyandan sonra… Daş olub bir yerdə qərar tutmaq, mamırlamaq gözəlmiş… Bacarsaq, əlbəttə, gözəlmiş! Və bəlkə də, elə bu mamırlamaq istəyidir yerimizi bərkitdiyimiz məkanları doğma saymağımız… Bu cümlədə “bəlkə” deyə bilərəm, amma bir də var yurd. Hə, …
Nağıl uydurun, qadınlar!
Post Views: 293 Nağılbilməz nənələr Duyğubilməz nəvələrə “Mən” öyrədir… Unudulan olmağa nə var e?! Hünər ona deyərəm, unudulmadığını bildiyi yerə alnıaçıq, üzüağ qayıda bilsin insan! “Mövlud Süleymanlının “Köç” romanında ən sevdiyin məqam hansıdır?” deyə soruşsalar, şəksiz, “Buludun doğrandığı yer!” deyərəm! Amma gəlin, etiraf edək ki, unudulmayan epizod Oralın törəmələriylə qayıdıb gəldiyi, ilk rastına çıxan …
Məni qınamaq şansı verirəm sizə!(“Düşüncə döngələri” silsiləsindən)
Post Views: 228 Ana olmaq… Mən bu ifadəni sinəyə döyərək işlədənlərin kişilərə haqsızlıq etdiyi düşüncəsindəyəm. Mənimçün bu ifadənin əsli budur: “Valideyn olmaq!” Analıq və atalıq, əgər bioloji baxımdan baxmasaq, öhdəlikdir. Əlbəttə, həyatın davam etməsi bəzən təsadüflərdən də asılıdır… Təsadüfləri yığaq başqa bir düşüncə torbasına, ağzını bağlayaq, zehnimizin küncünə söykəyək, adını da qoyaq: “Dursun!” Biz şüurlu …
“Ölümlə qətl”də bizə ironiya edənlər
Post Views: 159 Detektiv janrı sevənlər Artur Konan Doylun ədəbiyyata atdığı (bəli, məhz ovcunu açıb bilərək atdığı!) “Moriarti sindromu”ndan xəbərdardırlar. Şerlok hər hekayədə bir düşmənə qalib gəlir-cinayətkar detektivin şəxsi düşmənidir prinsipi ilə. Lakin Moriartinin uzaqdakı mövcudluğu Şerlokun xarakterini oxucuların gözündə ucaldır, onu əhəmiyyətli edir. Necə deyərlər, “sən məni də düşmənli gör!” Aqata Kristidə isə …
