
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ.
* * *
Qəm eləmə qəmin varsa,
Qəm aşiqə haqq ehsanı,
Eşqin nüvəsi göz yaşı,
Qabığı insan üsyanı.
Eşqsiz göylər dilsiz,sağır,
Yağış,dolu eşqdən yağır.
Dizimdən bir cüt göz baxır:
Qarası eşqin al qanı.
Taleyin öz əlindədir,
Əlin öz əməlindədir.
Dünyanın təməlindədir,
Barış,savaş ruhun canı.
Çalış düşmə ki, kəməndə,
Günah böyüməsin səndə.
Bütün ili söyən bəndə,
Demək qaçırıb bir anı.
Qəm eləmə qəm ehsandı,
Şadlıq keçici bir andı.
Ən gözəl and sevgi andı,
Atam canı,Anam canı!
* * *
Bir eşqi sübut elədik,
Gəldik kimsə öyə bizi
Onlar da dərdtək böyütdü,
Dizlərinə döyə bizi.
Satıldıq don- don dəyişdik,
Dedik bu qanun,dəyişdik.
Hər sonra bir son dəyişdik,
Zaman basdı küyə bizi.
Gələndə aldatdı belə,
Qonaq gedirik yergilə.
Yer də üzə gülə- gülə,
Təslim etdi göyə bizi.