Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,
Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.

Bu gecə bir dəli darıxmaq gəlib,
İntihar qorxusu sarıb içimi
Durum yığışdırım nəyim var gedim,
Göyə sarı salım mən də köçümü

Uzadım qəbirə dincini alsın,
Yoruldu ayağım yol yeriməkdən,
Bizki günahkarıq bilirsən Tanrım,
Bir şair azalsın qoy yer üzündən

Qoşulum bir topa bulud köçünə,
Alım hər nəyim var işığdan qaçım
Asılım ağacın ən təpəsində,
Yellənsin bayraq tək küləklə saçım

İlahi , izin ver bu vaxt, bu gecə,
Götürüm kəndiri səndən xəbərsiz
Ayağım üzülsün Tanrı yerindən,
Qoy yatım, İlahi səssiz-səmirsiz

Yatsam düzələcək ağrım, əzabım,
Daha qulağıma bir səs gəlməsin
Boynumdan sallanır əcəlin ipi,
Tanrım yatdığımı kimsə bilməsin