Ədəbiyyat-Az.Com” portalına növbəti məktub redaksiyamıza Azərbaycanın Mədəniyəyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri şair Abdulla Məmməd tərəfindən göndərilib. Həmin şeirləri oxuculara təqdim edirik.

Ay Digah kəndim

Gəlmişəm qoynuna, bağrıma basıb
çiçək nəfəsində itim, a kəndim!
Yaman dəyişmisən, yolumu çaşıb
yeni bir cığırda bitim , a kəndim,
Ay Digah kəndim!

Gəldim bir ocaqda bir az təngiyəm,
Bir az nəfəs dərəm bir az ləngiyəm,
Olub keçənlərdən bir az qəmgiyəm,
Olmuşam kimsəsiz,fağır a kəndim
Ay Digah kəndim!

O doğma ocaqdan bir nişanə yox,
Bağ bağça yerində kəhkəşanə yox,
Nə qucaq açan yox,nə tərsanə yox,
Olmuşam havalı,naxoş a kəndim,
Ay Digah kəndim!

Hüsnündən nə qədər yazsam da azdır,
İndi payız deyil çiçəkli yazdır,
Şehli çəmənlərdə hər çiçək nazdır,
Olmuşam ətrindən bihuş a kəndim,
Ay Digah kəndim!

Adına ilk əvvəl “Digay”1dedilər,
Digahı sonradan qolay dedilər,
Babalarım elə bir pay dedilər,
Açdın yağılara savaş, a kəndim,
Ay Digah kəndim!

Cümşüd Aydəmirin ata yurdusan,
Uşaqlıq dastanı,gənclik odusan,
Ya qismət, qoynunda bir Ocaq çatsam,
Olaram mən sənə əmanət kəndim,
Ay Digah kəndim!

Digay1-ləzgi dilində gözəl məkan mənasını verir

Quba-Digah-Xudat.29.05.23

Xınalıq.
Ərənlərin yurdudur,dağ başında papaqdır,
Buludlardan ucada bir adadır Xınalıq.
Hər qaya bir ordudur,igidlərə dayaqdır,
Sanırıq ki, ucada bir Qoca-dır Xınalıq.

Nuh peyğəmbər dilində danışıb mazan*ları,
Kətsimi** söylənilir aşıb çox mizanları,
Qonşu Dağıstan ilə qaynıyır qazanları,
Dostum, adi kənd deyil, tapmacadır Xınalıq.

Tanınır e…hər kəsi böyüyə hörmətiylə,
Uşaqlığim keçibdi bu kəndin ümmətiylə,
Soy kökünə bağlıdır hər ev züriyyətiylə,
Dağdan qalxan tüstüdür, bir bacadır Xınalıq.

Hər daşı bir tarixdir, yurd daşımdı oxunur,
Saxta tarix yazanlar yad daşımdı,qoxunur,
Xınalıqda yaşayan qardaşıma toxunur,
Doğmaya əlüstüdür,bir haçadır Xınalıq.

Hər küçədə övliya, hər kücədə piri var,
“Xidır Nəbi” adında çox möhtəşəm biri var,
Burda süfrə açmağın bilsəz necə yeri var,
Göydən yerə sallanan bir türbədir Xınaliq.

Ərənlərin yurdudur, dağ başında papaqdır,
Buludlardan ucada bir adadır Xınalıq.
Hər qaya bir ordudur, igidlerə dayaqdır,
Sanırıq ki,ucada bir Qica-dır Xınalıq.

Mazan”-(ləzgi) ozan,aşıq.
Kətşi-mi**Xınalıqlılar Xınalığa Kətşi, dilinə Kətşimi dili deyirlər.


Xudat. 25.09.2024