Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 1. 360 NƏTİCƏLƏR
Publisistika

Əziz uşaq və gənclər, dəyərli valideynlər…

Post Views: 190 Əziz uşaq və gənclər, dəyərli valideynlər, Məktəblərdə geyim qaydaları və baş örtüyü ilə bağlı son günlər baş verən hadisələr təəssüf ki, artıq sadə bir geyim məsələsi olmaqdan çıxıb. Bəzi məktəblərdə valideynlərin məktəb binasına basqın etməsi, pəncərələri sındırması və gərginlik yaratması qəbulolunmazdır. Məktəb elm, tərbiyə və təhlükəsizlik ocağıdır. Məsələnin görünən və görünməyən tərəfləri …

Publisistika

Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” monoqrafiyası üzərinə düşüncələr

Post Views: 138     VAQİF OSMANLI      Ədəbiyyatmızın təkcə bütöv Azərbaycan coğrafiyasında deyil, qədim Şərqdə, Türk-Turan dünyasında, beynəlxalq aləmdə tanınan elə azman şəcərələri var ki, onlar söz sənətinin müstəqil qolu kimi öyrənilir, öyrəniləcək və həmişə tədqiq olunacaq. Belə nəhəng ədəbi söz və düşüncə nəsil ağaclarından biri Rasizadələrdir. Bu nəslin görkəmli nümayəndəsi Azərbaycan ədəbiyyatında romantizm ədəbi …

Publisistika

Türkan Nağıyeva – Ağrı estetika ola bilərmi?

Post Views: 319 “Sənət adamları daim əzab çəkiblər, istər maddi, istər mənəvi əziyyət onları böyük sənətlər yaratmağa sövq edib”. – Eşitmisiniz bu mülahizələri? Mən çox eşitmişəm, müasir dövrümüzdə kifayət qədər insan “əzabdan doğulan sənət” məfhumunu müdafiə edir. Sənət hər dövrdə mövcud olub, lakin sənətçinin kim olduğu, necə yaşadığı və cəmiyyətin ona necə baxdığı əsrlər boyu …

Publisistika

Ruhun və qadın dünyasının burulğanı 

Post Views: 200 AYSEL FİKRƏT POEZİYASININ EKZİSTENSİAL FENOMENİ Lütviyyə Əsgərzadə, filologiya elmləri doktoru. “Ədəbiyyat və incəsənət” Deyirlər ki,”Qadın bəşəriyyətin poeziyası, kişi isə onun fəlsəfəsidir. “Bu dərin müddəa varlığın və kainatın nizamını tənzimləyən iki fərqli gücün tamamlayıcılıq harmoniyasını ehtiva edir. Əgər kişi təfəkkürü həyatı məntiq formulları, rasional qanunauyğunluqlar və struktur çərçivəsində dərk etməyə çalışan bir fəlsəfədirsə, qadın varlığı bu fəlsəfəyə ruh verən, onu estetik tərəfdən tamamlayan canlı bir poeziyadır. Qadınmı şeir kimidir, şeirmi qadın kimidir, bunu hər oxuyan anlaya bilməz, anlamaq üçün dərin bir …

Publisistika

Aslan Aslanovun “Nəğməli günlərim” kitabında sovet ideologiyası fonunda Azərbaycançılıq – Aslan Aslanov-100 – İradə AYTEL

Post Views: 216 Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində elmi-fəlsəfi düşüncəsi ilə bədii təfəkkürü birləşdirən şəxsiyyətlərdən biri Aslan Aslanovdur. Onun yaradıcılığı milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və Azərbaycançılıq düşüncəsinin bədii ifadəsi kimi diqqəti çəkir. Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Aslan Aslanov 1977-1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru, 1990-1995-ci illərdə Fəlsəfə …

Publisistika

Şəfəq NASİR.”OVQATIMDA PAYIZ PEYZAJI”

Post Views: 103 Filologiya üzrə fəlsəfə doktoru, “Həsən bəy Zərdabi” və Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü. Hələ təbiət yayla-payızın arasında dövr edir. Yaşıl donuna düşən sarı yarpaqlar ağaclara bir özgə yaraşıq verir. Havanın gah isti, gah da sərinliyi, “Həzin sevgilər fəsli”nin özünü yetirdiyindən xəbər verir…Bir azdan təbiətin üzü bozaracaq, …

Publisistika

Könül NURİYEVA.”Laza, səni sevdim.”

Post Views: 135 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Dağların buludlarla birləşdiyi bir kənd haqqında yazmaq və ordan qayıtdıqdan sonra uzun müddət onların həyat tərzi haqqında düşünmək adamı yenidən ora qayıtmağa sövq edir.Qusarın Laza kəndi Azərbaycanın şimal-şərqində, Böyük Qafqaz dağlarının baş silsiləsinin ətəyində yerləşir. Kənd Qusar şəhərindən təxminən 45–50 kilometr aralıda, dağlıq zonada …

Publisistika

Bəxtiyar Vahabzadə poeziyası milli-mənəvi dəyərlər kontekstində

Post Views: 137 Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə mayasını el ədəbiyyatından, ətrini vətən torpağından, gücünü xalq ruhundan alan möhtəşəm yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində müstəsna rol oynamışdır. Şairin çoxcəhətli yaradıcılığı millətimizin keçmişi, bu günü, gələcəyi ilə bağlı fikir və duyğular, həyata, sənətə fəlsəfi görüş və baxışlar məcmusu kimi diqqətəlayiqdir. Azərbaycan xalqının …

Publisistika

CƏLAL BƏRGÜŞADIN HƏYATI VƏ YARADICILIQ YOLU YENİ BAXIŞ MÜSTƏVİSİNDƏ

Post Views: 228 Yaxın günlərdə filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin nəfis tərtibatda nəşr olunmuş “Cəlal Bərgüşad” adlı sanballı əsəri ilə tanış oldum. Kitaba professor Nadir Məmmədli oxuculara “Cəlal Bərgüşadın elmi tərcümeyi-halı və ya yazıçının ömür yolu” adlı əhatəli ön söz yazıb. Əslində kitablara yazılan ön söz oxucuya əsərin məqsəd və məramı haqqında verilən istiqamətdir. Bu …

Publisistika

Həyat ŞƏMİ.”TAM ANLAMIYLA ANAR”

Post Views: 153 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri, İstanbulda yazıçı Anarla qarşılaşdım. 18 oktyabr tarixində Hyatt Centric (Levent) otelində “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimat mərasimi keçirilirdi. Mən də dəvətli idim. Kitab XX əsrin əvvəllərində Türkiyəyə köç etmiş, son nəfəsinədək vətənimizin istiqlalı …

Publisistika

“Sonuncu ölən ümidlərdir” əsərində qadın – İlahə Səfərzadə Varisin romanı haqqında yazır

Post Views: 98 Varisin “Sonuncu ölən ümidlərdir” əsərində SSRİ-nin dağılma ərəfəsində yaşanan yoxsulluq dövrü, yeni quruluşa adaptasiya olmağa çalışan xalqın həm maddi, həm mənəvi həyatına çökmüş böhran ön plana çəkilib. Əsərin əsas xəttini qadının faciəli həyatı timsalında cəmiyyətin yaşadığı sarsıntılar təşkil edir. Romanın əvvəllərində varlı və kasıb təbəqənin həyata fərqli baxış bucaqlarından baxdığını görürük. Nailə …

Publisistika

Lütviyyə ƏSGƏRZADƏ.”RUHUN VƏ QADIN DÜNYASININ BURULĞANI: AYSEL FİKRƏT POEZİYASININ EKZİSTENSİAL FENOMENİ”

Post Views: 330                                                                                           Lütviyyə Əsgərzadə Filologiya elmləri doktoru Deyirlər ki, “Qadın bəşəriyyətin poeziyası, kişi isə onun fəlsəfəsidir.” Bu dərin müddəa varlığın və kainatın nizamını tənzimləyən iki fərqli gücün tamamlayıcılıq harmoniyasını ehtiva edir. Əgər kişi təfəkkürü həyatı məntiq formulları, rasional qanunauyğunluqlar və struktur çərçivəsində dərk etməyə çalışan bir fəlsəfədirsə, qadın varlığı bu fəlsəfəyə ruh verən, …

Publisistika

Ədəbi ictimaiyyətə təqdim olunmasına bu gün də ehtiyac olmayan Xalq şairi 

Post Views: 172 Kamran Murquzov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. “Ədəbiyyat və incəsənət” Müasir Azərbaycan ədəbiyyatında elə söz sənətkarları var ki, onların ictimaiyyətə təqdim olunmasına bu gün də ehtiyac yoxdu. Heç şübhəsiz ki, Türk dünyasının böyük şairi-Ustad sənətkar, Xalq şairi Zəlimxan Yaqub belə qələm sahiblərindən biridir. Yaşadığı 65 illik şərəfli həyat yolunda bir çox uğurlara imza …

Publisistika

Aşıq Qurban Ağdabanlı: Ənənədən novatorluğa 

Post Views: 107 Kənan Aydınoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. “Ədəbiyyat və incəsənət” Azərbaycan şifahi xalq ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan Aşıq ədəbiyyatı özünün ecazkarlığı, bənzərsizliyi, yeniliyi və bir çox spesifik xüsusiyyətlərinə görə çağdaş dönəmdə də ədəbi came, poeziya həvəskarları, ədəbiyyat aşiqləri, saz-söz sənətinin incəliklərinə dərindən bələd olan hər kəs, o cümlədən aşıq şeirinin müxtəlif janrlarında …

Publisistika

Şuşa ruhunun poetik dastanı – İlahə SƏFƏRZADƏ

Post Views: 150 Elçin İsgəndərzadənin “Mənim Şuşa dastanım” kitabı haqqında qeydlər Ədəbiyyatda elə mövzular var ki, onlar hər nəslin yaradıcılığında yeni çalarlarla yenidən doğulur. Bu mövzulardan ən böyüyü, bəlkə də, ən müqəddəsi yaradıcılığın yaddaş, kimlik və gələcək ifadəsi olan vətəndir. Azərbaycan poeziyasında Qarabağ mövzusu hər zaman milli kimliyimizin, yaddaşımızın, mübarizə tariximizin əsas qayəsi olub. Bu …

Publisistika

Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh…

Post Views: 130 Məhərrəm Qasımlının elmi fəaliyyətinin mərkəzində aşıq sənəti və ozan-aşıq təfəkkürünün öyrənilməsi dayanır. Müəllif “Ozan-aşıq sənəti” kimi monumental tədqiqatlarında aşıq yaradıcılığını sadəcə musiqi və poeziya sintezi kimi deyil, birbaşa türk millətinin dünyaqavrayış modeli kimi təqdim edir. Alimin elmi konsepsiyasında milli ruhun təzahür etdiyi əsas məqamlar bunlardır: Etnik-mədəni yaddaşın bərpası: Qasımlı aşıq şeirinin formal …

Publisistika

Şuşa sevdalı sətirlər

Post Views: 142 Şuşa… Dörd hərfin-iki hecanın hər dilimizə gələndə bizi duyğuların ənginliyinə atacağını, bəlkə, təsəvvürə belə gətirməzdik, hərfləri, sözləri təzə-təzə tanımağa başlayarkən… “Sevirsənsə, Yağışı çətirsiz sev, Çiçəkləri ətirsiz…”-deyir Vasif Zöhraboğlu… Əsl sevgi budur! Biz Şuşanı doğmalığının istisiylə də sevdik, həsrətinin sazağıyla da… Vüsalı ona görə ömrə sığmayan duyğular yaratdı!  Haqq aşiqi sevdasıdı Azərbaycan xalqının …

Publisistika

Xalqın azadlıq və mücahid şairi Xəlil Rza Ulutürk – Kamran MURQUZOV

Post Views: 154 Azərbaycan ədəbiyyatında azadlıq düşüncələrinin, müstəqillik ideyalarının yayılmasında, heç şübhəsiz ki, sevimli xalq şairimiz Xəlil Rza Ulutürkün özünəməxsus yeri və rolu vardır. Bir çox mətləblərə aydınlıq gətirilən zəngin bədii yaradıcılığı biz çağdaş oxucular, ədəbiyyatsevərlər, poeziya həvəskarları, sənət aşiqləri üçün çox önəmlidir; istər əsərlərinin hər birinin ayrı-ayrılıqda tədqiq olunub, araşdırılması baxımından, istərsə də vətəndaşlıq …

Publisistika

Şah İsmayıl Xətai: imtina etmək, yoxsa tarixin gizlin və gerçəklərinə baxmaq – Azər TURAN

Post Views: 142 Nihal Atsıza görə Osmanlı-Səfəvi müharibəsi bir iç savaşıdır… 1966-cı ildə yazdığı bir məqaləsində Nihal Atsız “Osmanlı-Səfəvi savaşı bir iç savaşıdır” deyir və əlavə edirdi ki, “Türklərin bəzilərini milli düşmən deyə göstərmək həm tarixi dəyişdirmək, həm də sabahkı türk birliyini indidən baltalamaq olur. Bu baltalama tarixi düşmənlərimizin çörəyinə yağ sürtməkdir”. Bu sözlərin deyildiyi …

Publisistika

Unudulmaz Qabil – Qabilin 100 yaşına – Vaqif YUSİFLİ

Post Views: 138 “1989-1990-cı illərdə xalqımıza qarşı ədalətsizliklər olanda bir çoxları meydanlara gəlirdi, xalqımızın dərdi haqqında danışırdı, bəziləri isə gəlmirdi. Amma Qabil gəlib orada xalqın dərdini deyən adamlardan biri idi. Ona görə də Qabilin həm fəaliyyəti, həm də yaradıcılığı, şeiri böyük mənəviyyat kəsb edir, yenə də deyirəm, onun vətəndaşlıq mövqeyini əks etdirir və siyasi xarakter …

Publisistika

Könül NURİYEVA.”Deməli, müzakirələr səngidi və bunu gözləyirdim ki, fikrimi yazım”

Post Views: 158 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Deməli, müzakirələr səngidi və bunu gözləyirdim ki, fikrimi yazım. Əslində müzakirə də deyildi, xalqın öz tarixinə sahib çıxması idi. Həqiqətən də halal olsun ki, heç mütəxəssislərin danışmasına imkan verməyən adi vətəndaşlar Şah İsmayılı layiqincə müdafiə etdilər. Birinci olaraq bundan başlayım ki, bizim ölkəmizdə şiə …

Publisistika

Lütviyyə ƏSGƏRZADƏ.”ZAMANIN METAFİZİK DUSTAQLARI: SALAM SARVAN POEZIYASINDA SAAT SİMVOLU”

Post Views: 330 Lütviyyə Əsgərzadə Filologiya elmləri doktoru Müasir Azərbaycan poeziyasının fəlsəfi qatları ən dərin olan imzalarından biri, şübhəsiz ki, Salam Sarvandır. Onun yaradıcılığı insan varlığının ağrılarını, tənhalığı və bu dünyaya qarşı hiss olunan yadlığı adi məişət detalları ilə metafizik həqiqətlərin sintezində təqdim edir. Bu bədii sistemin mərkəzində dayanan ən güclü və amansız simvollardan biri …

Publisistika

“ŞİRVANNƏŞR”İN XATİRƏLƏRDƏ YAŞAYAN BİNASI

Post Views: 221                                                      (QƏŞƏM İSABƏYLİNİN 78 YAŞI MÜNASİBƏTİ İLƏ)   Zaman hər şeyi dəyişir — binalar sökülür, küçələrin siması yenilənir, amma bəzi məkanlar var ki, onlar daş divarlardan ibarət deyil, bütöv bir tarixin, ədəbi mühitin beşiyidir. Mənim üçün belə unudulmaz ünvanlardan biri  Badamdar şosesi, 77-də yerləşən “Şirvannəşr” idi. 3 nömrəli avtobusa əyləşib “İçərişəhər” metrosu …

Publisistika

Xalq yazıçısı Anar RZAYEV.”Acı xəbər”

Post Views: 187 Uzaq İsraildən acıdan acı xəbər gəldi: Tofiq Mirzəyev vəfat edib. Tofiq mənim unudulmaz baldızım Elmiranın həyat yoldaşı idi, bacanağım olmaqdan başqa, həm də çox yaxın dostum idi. Zemfirayla, Elmirayla, Tofiqlə birlikdə Azərbaycanın yarısını gəzmişdik, Şuşada, Şamaxıda, Şəkidə, Gəncədə, mərhumun ata yurdu Goranboyda unudulmaz günlər, saatlar yaşamışdıq. İstanbulda dərs dediyim zaman Tofiq qardaşı …

Publisistika

“Quşlar saatla yox, işıqla başlayır oxumağa”, yaxud “yazarsan adını rəsmin bir köşəsinə…” – Azər TURAN

Post Views: 191 1985-in yayı. Hərbi xidmət illəridir. Rəssam Ucal Haqverdiyevlə əlimizdə avtomat Tayqa meşəsində gecə növbəsindəyik. Meşənin bütün quşları qəfil və bir ağızdan ötməyə başlayır. Mən bu polifonik quş musiqisinin, əslində, işıqla, günəşlə ilgili olduğunu bilirdim. Amma hardan bilirdim? – Bunu bir neçə dəqiqədən sonra Ucalla söhbətim zamanı xatırlayacam. Ucal öz məxməri səsiylə “Qalx, …

Publisistika

Sözümün canı (Əvvəli ötən saylarımızda) – Əsəd CAHANGİR

Post Views: 183 can Sözdür, əgər bilirsə insan, sözdür ki, deyirlər, özgədir can. Məhəmməd Füzuli Ustadım, akademik Nizami Cəfərova və bütün sayğıdəyər müəllimlərimə dərin sayğılarla Birinci bölüm: …Sözün başlanğıcı Üçüncü hissə İntibah mahiyyətcə sözün Sözdən, humanizm (adəmilik) isə insanın Allahdan uzaqlaşmasıdır. Batı insanı özünü Allahı itirməkdə tapdı! Doğu insanı, əksinə, sufilər və ya hürufilərdə olduğu …

Publisistika

Unudulan tarix, danışan yaddaş: “Yovşan qağayılar” – İlahə SƏFƏRZADƏ

Post Views: 171 Keçmişindən heç vaxt qaça bilməyəcəksən. O səni bütün həyatın boyu izləyəcək. Balzak İnsan keçmişə niyə qayıdır? İtirdiyini tapmaq, yoxsa gələcəyini xilas etmək üçün? Bəzən elə olur ki, keçmiş insanın daxilində susmadan yaşayan bir səsə çevrilir. O səs illərlə cavabı tapıla bilməyən sualların, yarımçıq qalmış talelərin, gizlədilmiş həqiqətlərin səsidir. Elçin Hüseynbəylinin “Yovşan qağayılar” …

Publisistika

Getdi deməyin, gəldi deyin… – Nəriman Həsənzadənin xatirəsinə – Vaqif YUSİFLİ

Post Views: 173 Böyük şairimiz Nəriman Həsənzadə dünyasını dəyişdi. Bu sözü eşitmək nə qədər ağırdı. Hamı kimi mən də sarsıldım. Qırx ildən çox idi, onu tanıyırdım. Ona sənət aləmində müəllimim və böyük qardaşım kimi yanaşırdım. Mənə deyirdi ki, bilirsən, Nizami Cəfərovu və səni niyə belə çox istəyirəm, çünki siz mənim şeirlərimi və məni ürəyinizin başında …

Publisistika

Türkoloji Fikrin Sərt Qayası – Nizami CƏFƏROV

Post Views: 184 Mən Osman bəyi həmişə nüfuzlu məclislərdə özünəməxsus uca səslə danışan, nəinki hər bir sözü, hətta hər bir səsi belə aydın, təsirli və mənalı intonasiya ilə tələffüz edən görmüşəm. Onun çox da uzun olmayan çıxışlarının üç-dörd cümləsini dinləmək kifayətdir əmin olasan ki, haqqında bəhs etdiyi mövzunun, ümumən öz sahəsinin nə qədər böyük mütəxəssisi, …

Publisistika

Əli Sultanlı əfsanəsi – İsa HƏBİBBƏYLİ

Post Views: 146 Görkəmli ədəbiyyatşünas alim və böyük pedaqoq, professor Əli Sultanlı adı əfsanəyə çevrilmiş şəxsiyyətlərdəndir. Azərbaycanda XX əsrin otuz-qırxıncı illərindən altmışıncı illərə qədərki dövrdə Azərbaycan Dövlət Universitetində təhsil almış bir neçə nəslin yaddaşında bu ad əfsanə kimi yaşamışdır. Professor Əli Sultanlının (1906-1960) adının əfsanəyə çevrilməsində onun universitetdəki qeyri-adi müəllimlik qabiliyyəti mühüm rol oynamışdır. Müasirləri …

Publisistika

Könül NURİYEVA.”Kənd”

Post Views: 179 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Kəndin gecələri daha əvvəlki kimi səsli-küylü, qonaqlı-qonşulu deyil. Daha evləri bir-birindən böyrütikən kolları yox, hündür daş hasarlar ayırır. Tamamilə sakitlikdir, elə bil ki, nə gündüz, nə gecə bu kənddə kimsə yaşamır. Yaşadığım bir həftə ərzində eşitdiyim səslər azan səsi və həyətdəki ördəklərin, qazların səsi …

Publisistika

Mehmet Sönmez.”ROTA:TARAKLI ÜZERİNDEN GÖLPAZARI”

Post Views: 170 Küçüklüğümden beri yol üzerindeki tabelaları okumaya merakım vardır. Tabelaları okur, onlardan anlam çıkarmaya çalışırdım. Bunlardan biri de yolcu otobüslerinin arkasında yazan Gölpazarı yazısıydı. Gölpazarı denince, gölün kenarında bir ilçe olduğunu düşünürdüm. Tabii ki bu, cep telefonu ve internetin olmadığı zamanlardı. 4 Ağustos 2026 günü merakımı ChatGPT’den araştırınca, hakikaten denizden yaklaşık 500 metre …

Publisistika

Unudulmayan mübarək doğumlara… – Elnarə AKİMOVA

Post Views: 166 Yaratmaq ölümü öldürmək deməkdir. Romen Rollan Vaxtilə Frans Kafka dostu Maks Broda əlyazmalarını verib onları yandırmağı istəmişdi. Maks Brodsa onları yandırmayıb dünyaya bir Kafka ehtişamı yaşatdı. Azər Turan da dostu Faiq İsmayılovun iynəboyu şeirlərini onunla bir ölməyə qoymadı. Şeirlərini çap elədi, haqqında “Ölüm süvarisi” kitabını yazdı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru olduğu bu …

Publisistika

Xankəndidə “Türk Dünyası Həftəsi”, Ağdamda təqdim edilən “İblis” və… türk ruhunun qələbəsi – Azər TURAN

Post Views: 152 Ağdamda 35 il əvvəl olmuşdum. Ağdam üzərindən Ağdərəyə – Ortagüneypəyə kəndinə getmişdik. 1991-ci ilin avqustunda Alagöz kişinin evində gecələmişdik. Ağdam da, Ağdərə də süqut ərəfəsindəydi. Ağdərədə qarşı dağın yamacında ermənilərin qurduqları səngərlərdən açılan atəş səsləri… İndi isə Ağdama Şuşadan gəlmişəm… Bu qeydləri gündəliyimə Xankəndidə “Xankəndi” otelində, qaldığım otağın eyvanında oturub yazıram. Gecədən …

Publisistika

Bir az da qumru kimi, anadil kimi ötmək… – Sərvaz HÜSEYNOĞLU

Post Views: 191 Bəsti Əlibəyli kimi peşəkar tənqidçi və ədəbiyyatşünas olub, eyni peşəkarlıqla şeir yazmaq ədəbi mühitimizdə barmaqla sayılacaq nümunələrdəndi məncə. Deyək ki, bu sırada hələlik yalnız Sabir Rüstəmxanlı və Kamal Abdulla imzası var. Yəni həm ədəbiyyat nəzəriyyəsi, həm ədəbi tənqid, həm də poeziya müstəvisində eyni mükəmməlliyə sahib olanlar sırasındadı Bəsti Əlibəyli. Yaradıcılığında hər üç …

Publisistika

Lütviyyə ƏSGƏRZADƏ.”MÜASİR AZƏRBAYCAN POEZİYASINDA İNTELLEKTUALİZM”.

Post Views: 203 (Təranə Turan Rəhimli yaradıcılığında fəlsəfi qat) Tanınmış şair, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Təranə Turan Rəhimli müasir Azərbaycan ədəbiyyatşünaslığında fundamental tədqiqatları ilə tanınan alim, eyni zamanda elmi-nəzəri baxışları ilə ədəbi prosesi zənginləşdirən imzalardan biri, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsüdür. Onun yaradıcılığı dərin fəlsəfi poeziyası və uğurlu araşdırmaları ilə xarakterizə olunur. Təranə …

Publisistika

Seyran Səxavət misralarında daş yaddaşına köçürülmüş “Əhdnamə” – Lütviyyə ƏSGƏRZADƏ

Post Views: 196 Azərbaycan nəsrinin ən gözəl yaradıcılarından biri olan  Seyran Səxavət ədəbiyyata 1962-ci ildə gəlib, yəni mənim 2 yaşım olanda. 15-16 yaşlarımdan dövri mətbuatda rast gəldiyim şeirlərini, yazılarını sevə-sevə oxuduğum yazıçı haqqında yazmaq mənim üçün şərəfdir. Seyran Səxavət ədəbi mühitə şeirlə gəlib, sonradan nasir və dramaturq kimi şöhrət qazanıb. Nədən yazıbsa uğurlu yazıb, oxucularını …

Publisistika

Ömrün 70-cı aşırımında “Payız havası”

Post Views: 379 Adilə Nəzərova, filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” “Feysbuk”da qarşıma çıxan bir paylaşımdan öyrəndim yazıçı Əlabbasın “Payız havası” adlı yeni kitabının işıq üzü gördüyünü. Düzdür, kitabın çapdan çıxdığı vaxt ötən ilin sentyabr ayının son günlərinə təsadüf edirdi; yəni təbiətdə payızın ilk mehləri əsməyə, payız havası özünü yavaş-yavaş hiss etdirməyə başlayırdı. Lakin …

Publisistika

Zəlimxan Yaqub yaradıcılığında türk-islam əxlaqı

Post Views: 195 Kənan Aydınoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü.  “Ədəbiyyat və incəsənət” Türk-islam dünyasının önəmli şairlərindən olan Zəlimxan Yaqubun müxtəlif illərdə xalq şeiri üslubunda (xüsusilə də qoşma, gəraylı) ərsəyə gətirdiyi ədəbi-bədii nümunələrdə Türk-müsəlman əxlaqı özünü göstərməkdədir. Zaman-zaman Allah və ”Quran” inamına sadiq qalan türklərin cəsarəti, qəhrəmanlığı barədə dastansayağı əsərləri hər bir türkün gözündə canlanır. Türklərin islam …

Publisistika

Xalqın azadlıq və mücahid şairi Xəlil Rza ULUTÜRK

Post Views: 229  (Sevimli Xalq şairimiz Xəli Rza Ulutürkü anarkən…) Kamran MURQUZOV, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. “Ədəbiyyat və incəsənət” Azərbaycan ədəbiyaytında azadlıq düşüncələrinin, müstəqillik ideyalarının yayılmasında, heç şübhəsiz ki, Sevimli Xalq şairimiz Xəlil Rza ULUTÜRKün özünəməxsus yeri və rolu vardır. Bir çox mətləblərə aydınlıq gətirilən zəngin bədii yaradıcılığı biz çağdaş oxucular, ədəbiyyatsevərlər, poeziya həvəskarları, sənət …

Publisistika

İctimai-siyasi cərəyanlar və onların əsas mahiyyəti

Post Views: 228 Kamran Murquzov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. “Ədəbiyyat və incəsənət” Dünya yarandığı gündən etibarən bəşər övladları dünyanın yaradılmasının mahiyyətini, insanın yaradılış səbəbini aradışdırmağa çalışmış və bunun üçün müxtəlif ictimai-siyasi təriqətlər formalaşdırmışlar. Hər bir təriqətin özünəməxsus ideyaları, nizam-intizamı olmuş, təriqətçilər müxtəlif fikir və mülahizələr irəli sürmüşlər, ətraflarına tərəfdarlar toplamağa müəssər olmuşlar. Belə ki, bu təriqətlər hansı …

Publisistika

Həyat Şəminin darıxmağı… – ayrılıq, həsrət və …

Post Views: 241 İnsan olanlardan uzaqlaşdıqca darıxmağa başlayır. Əl çatmayan, göz görməyən yerlərə, günlərə, insana, gülüşə, bəzən səsə, mehə, yağışa, soyuğa, istiyə darıxır. Əlçatmazlıqdı insanı darıxdıran. Gedə bilmədiyi, görə bilmədiyidi insanı darıxdıran. Xatirələrə üz tutmaqdır darıxmaq… O yer mənim kəndimdi, Görünən dağı deyir – Çəkilib sinəsinə, Hər gün bir ağı deyir… …Solubdu, soluxubdu, Yurd olmaqdan …

Publisistika

Könül NURİYEVA.“Bütün bezgin insanları da topla intihar etmək üçün şairin almacıq sümüklərinə..”

Post Views: 148 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri İsti, çox isti yay günündə bir nəfərin ölüm xəbərini eşitmək həmişə adama qəribə gəlir. Sanki insanlar bu dünyanı soyuq günlərin birində tərk etməliymiş, sanki küləkdə, sazaqda birinə vida demək daha uyğunmuş. Bunun niyə belə olduğunun bəlkə bir izahı var, bəlkə də yoxdur. Bu, insanın …

Publisistika

Könül NURİYEVA.”Sözlər və özümüz”

Post Views: 182 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri İnsan təkliyini sevdikdə ən əla həmsöhbətini tapır, onun adı hüzur olur. Bir də görürsən ki, insanlar sənə darıxdırıcı gəlir. Sən onların simalarına baxdığın anda, sənin haqqında beyinlərindən nə keçdiyini bilirsən. Düzdür, üzlərinə vurmursan, amma dayaz olduqları üçün səndə uzaqlaşmaq duyğusu yaranır. Təkliyin təbliğinə qarşıyam, …

Publisistika

Həyat ŞƏMİ.”Bu gün bir dərs aldım. Həyatda dəyişməyə cəsarət etməyənlər yerində sayar!

Post Views: 195 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri, 1. Bilinən yolu rədd et: ​Əgər hər kəsin getdiyi yolla getsəniz, yalnız hər kəsin çatdığı nəticəyə çatarsınız. Zəkadan səmərəli istifadə etmək və yeni kəşflər etmək üçün hazır şablonları, vərdiş edilmiş düşüncə qəliblərini və asan yolları …

Publisistika

Bayrağımızda ortaq rəng – QIRMIZI – Əkbər QOŞALI yazır

Post Views: 151 XXI yüzilin beynəlxalq münasibətlər sistemi artıq klassik “Gündoğar–Günbatar” (“Şərq-Qərb”) qarşıdurması üzərində qurulmur. Yeni geosiyasi düzəndə dövlətlərin çəkisini onların hansı blokda dayanmasından daha çox, hansı körpünü qura bilməsi müəyyənləşdirir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, Berlin görüşləri də bax, bu yeni geosiyasi fəlsəfənin növbəti təsdiqi kimi yadda qalır. Bakı ilə Berlin arasında coğrafiya, …

Publisistika

Yaxşı adamlara qısa, pis adamlara uzun ömür? – Könül Nuriyeva

Post Views: 260 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri “Yaxşı pisdir, pis isə yaxşıdır; dumanlı havada, çirkli buludlarda uçub gedirik.”“Bu dünya bir kölgədir, yeriyən bir kölgə; zavallı bir aktyor isə səhnədə bir saat öyünüb, qışqırıb, sonra da yoxa çıxır.”“İnsanların üzündəki kədəri oxumaq üçün bir kitab gərəkdir, amma sən qəlbinin qapısını elə bağlamısan ki, …

Publisistika

“Yanımda adam olanda həmişə içmək istəyirdim”, – deyə bir vaxtlar Cek London etiraf etmişdi

Post Views: 266 “Yanımda adam olanda həmişə içmək istəyirdim”, – deyə bir vaxtlar Cek London etiraf etmişdi. “Ətrafda heç kim olmayanda isə təkbaşıma içirdim.” Dünyaca məhşur alkoqol aludəçiləri ilə dolu ədəbiyyat aləmində “Ağ diş” və “Vəhşətin çağırışı” kimi ölməz macəra romanlarının müəllifi Cek London, bəlkə də, sərxoşların ən məşhuru idi. Bəs o, həqiqətən nə dərəcədə …

Publisistika

İlahə SƏFƏRZADƏ.”“Hər şeydən öncə söz vardı””

Post Views: 216 İnsan xoşbəxtliyə ehtiyacı olmayanda onu hiss edir. Vaxtilə Bukovski də təxminən belə bir cümlə demişdi: “Dünyaya xoşbəxt olmağa gəlmədiyimizi anladığımız an xoşbəxt olmağa başlayırıq”. İnsanın özünü aldatma işində nə qədər mahir olduğu onun xoşbəxtliyinin miqdarı ilə düz mütənasibdir. Fəqət özümüzə danışdığımız yalanlar üzə çıxmasın deyə özümüzlə üz-üzə gəlmək istəmirik. Hərçənd insan özünə …

Publisistika

Südabə Ağabalayeva fərqi: intuitiv müdriklik və sirli həssaslıq – Lütviyyə ƏSGƏRZADƏ

Post Views: 349 Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Südabə Ağabalayeva təhlilə cəlb etdiyi yazılarında incə detallara əsasən insanın daxili aləmini, emosional vəziyyətini və gizli xüsusiyyətlərini üzə çıxaran bir qrafoloq kimi çıxış edir. Bunu onun araşdırma tədqiqatlarında və ədəbi şəxsiyyətlər haqqında yazdığı məqalə və esselərdə  müşahidə etmək o qədər də çətin deyil. Ədəbi portret yazılarında  …

Publisistika

Mühacirin diplomat oğlu – Dilqəm ƏHMƏD

Post Views: 198 “Ədəbiyyat qəzeti”nin 7 noyabr 2025-ci il tarixli sayında mühacir Abdulla Sultanzadənin həyat hekayəsini yazmış, nəvəsi Bergin Azər xanımdan əldə etdiyimiz materialları təqdim etmişdik. Məqaləmizin sonunda Bergin xanımın tezliklə Bakıya gələcəyini və babasına aid materialları dövlət arxivinə bağışlayacağını bildirmişdik. Noyabrın ortasında Bergin Azər Bakıya gəldi və Abdulla Sultanzadəyə aid qiymətli materialları Azərbaycan arxivlərinə …

Publisistika

Gülhüseyn Hüseynoğlu – “Köhnə kişilər” silsiləsindən – Vaqif YUSİFLİ

Post Views: 202 90 il yaşadı Gülhüseyn Hüseynoğlu. Onun ömür yolunu bir-birindən fərqli üç zamana sığışdırmaq olar. Birincisi – uşaqlıq, gənclik illəri, tələbəlik həyatı. Və bu dövrdə, tələbə olarkən Gülhüseyn Hüseynoğlu özü kimi millətini sevən, lakin onu Qırmızı İmperiyanın əsarətində görmək istəməyən bir neçə əməl dostu ilə gizli bir təşkilatda fəaliyyət göstərir. 1948-ci ildə “İldırım” …

Publisistika

Xalq yazıçısı Anar RZAYEV.”Çoxluq içində təklik”

Post Views: 197 Universitetdə oxuduğum illərdə Mirzə Fətəli Axundzadə  haqqında kurs işi yazmışdım. Universitet müəllimim, görkəmli tənqidçi, teatrşünas Cəfər Cəfərov yazımı oxuyub əsasən bəyənmişdi, amma bir fikrimə ciddi etirazını bildirmişdi. Hissə qapılaraq Mirzə Fətəlini bütün Avropa dramaturqlarından – Molyerdən, Şillerdən üstün qoymuşdum. “Heç vaxt belə populist yanaşmalara uyma, – dedi mənə Cəfər müəllim, – belə …

Publisistika

Şəfəq NASİR.”BİR ŞAİR ANAMIZ VARDI…”

Post Views: 207 Filologiya üzrə fəlsəfə doktoru, “Həsən bəy Zərdabi” və Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü. Dövri-zamanın ağır dönəmlərində ürcah olduğu acıları, qara-qorxuları vahimələr içində yaşayan dözümlü, dəyanətli, mükəddər şair anamız… “Zəhərə batırılmış badam içi” kimi keçən uşaqlığının, gənclik çağlarının göyərtdiyi xatirələri ədəbi yaddaşında hifz edən duyğusal şair anamız… …

Publisistika

Şəfəq NASİR.”ƏDƏBİYYATIMIZIN MİRZƏ FƏTƏLİ ƏSRİ”

Post Views: 217 Filologiya üzrə fəlsəfə doktoru, “Həsən bəy Zərdabi” və Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü. XIX əsr Azərbaycan ictimai fikrinin görkəmli şəxsiyyətlərindən olan filosof, ictimai xadim Mirzə Fətəli Axundzadə özünün maarifçilik fəaliyyəti, çoxçeşidli yaradıcılığı ilə dövrünün parlaq simalarından olmuşdur. O, həmçinin Azərbaycan dramaturgiyasının, teatrın və ədəbi tənqidin banisidir. …

Publisistika

Könül NURİYEVA.”Stendal və Montenin turşməzə söhbəti” (Ədəbi quraşdırma)

Post Views: 244 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri İyirmi birinci əsrdir… Hə, virus da var, öldürdüyünü öldürür, təbii seçmədə qalib gələnlər yaşayır, “Taliban” işğalçıları da Əfqanıstanı ələ keçirib, tələbələrin qəbulu başa çatıb. Üstəlik də istidir, Bakıda bir sərin yer var, o da Filormaniyanı bağı. Mən də orda oturmuşam və Stendalla Monteni izləyirəm… …

Publisistika

Şairə publisist Nəcibə İLKİN.”ƏSƏD CAHANGİR İDEOLOGİYASI”

Post Views: 254 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Təxminən 10 ilə yaxın olar bəlkə də… Onunla AYB-nin qarşısında görüşdük. Yanımda tanınmış yazarlardan kimsə var idi, adını unutmuşam. Onu mənə belə təqdim etdi; – …

Publisistika

Könül NURİYEVA.”Bayırda əsən küləyin ürəkdə əsən küləyə uzun-uzadı ismarıcları olur”

Post Views: 293 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Bayırda əsən küləyin ürəkdə əsən küləyə uzun-uzadı ismarıcları olur. Biri evi, digəri çölü arzulayır; birinə isti olur, birinə soyuq. Biri sahibindən şikayətçidir, digəri onu yaradandan… Əslində dağların, dərələrin, dənizin və şəhərin üstündən əsən külək hardan bilsin ki, ürəyin də bəzən bir varlığa sığmamaq kimi …

Publisistika

Kitablar səltənətinin inciləri: Nəriman Həsənzadə – “Yadına düşəcəyəm”

Post Views: 221 Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin  “Yadına düşəcəyəm” şeirindən bir parça təqdim olunur. Ömrünü milli mədəniyyətimizin, dilimizin və poeziyamızın tərəqqisinə həsr etmiş şair, …