“Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri

Türkiyə ədəbiyyatında illərdir var olmasına və bir çox gözəl nümunələrinin mövcudluğuna baxmayaraq, dedektiv janr hər zaman kənarlaşdırılmış, özünə tam da yer edinə bilməmişdir. Şansa, metafizik qüvvələrə rastlamaq dedektiv janrın özünəməxsus xüsusiyyətlərinə uyğun gəlməsə də, bu janrın öndə gələn romanlarının müəllifi olan Ahmet Ümit əsərlərində onun “məntiq”, “ipucu” kimi reduksionalist elementlərinə qarşı qeyb aləmi, əsrarəngiz yuxular, keçmişdən gələn obrazlar və s fantastik ünsürlərin simvolikasını yaradaraq bu iki janrın ahəngi ilə hələ dedektivliyin yetərincə qəbul edilmədiyi Türk ədəbiyyatına bir üst səviyyə əlavə etmiş və fantastik-dedektiv janrın maraqlı nümunələrini təqdim etmişdir. Van Dine (Willard Huntington Wright) tərəfindən dedektiv janra verilmiş 20 maddəlik qaydalara nəzər saldıqda bir çoxunun yazıçının romanlarında pozulduğunu görürük :

  • İşin içinə sevgi qarışdırılmamalıdır.
  • Fantastika sərhədlərinə keçilməməlidir.
  • Uzun təsvirlərə yer verilməməlidir.
  • Gizli təşkilatların, mafya vb. suç örgütlərinin, dedektiv romanında yeri yoxdur .
  • Detektiv romanlarındakı bütün cinayətlər şəxsi münaqişə əsasında baş verməlidir. Beynəlxalq suç və müharibə üsulları cinayətin dəyərini azaldır .
  • Detektiv romanında baş verən cinayətin intihar və ya qəza olduğunun aşkarlanması bu janr üçün qəbul edilə bilməz. (4.)

Uğurlu yazıçı, əsərlərində 20 maddəlik janr xüsusiyyətləri içərisində sadəcə biri ilə bütünləşdirmişdir : “İpucları oxucudan gizlədilməməlidir”. “Kar kokusu “, “Sultanı Öldürmek”, “Bab-ı esrar “, “Şeytan ayrıntıda gizlidir” və s bu

kimi dedektiv romanlarının müəllifi olan Ahmet Ümit janrın sərhədlərini aşaraq bir növ oxucunun diqqətini cəlb etməyin daha da asan və maraqlı ola biləcəyini sübut etmişdir.

Ahmet Ümitin yaradıcılığına başladığı şeir və hekayələrdən sonra qələmə alaraq nəşr etdirdiyi ilk dedektiv romanı olan “Sis və Gecə” Almaniyada oxucuya təqdim edildikdən sonra uğur qazanmış və yazıçı , “Ştutqart Zeitung” qəzeti tərəfindən “Türkiyənin ən böyük yazıçılarından biri“ adlandırılmışdır. Kitab MİT içərisindəki güc oyunlarının arxa planda təsviri və istihbaratçının sevgilisinin yoxa çıxması ilə başlayan şəxsi və tragik arayış yolunu əhatə edir. 1996-cı il Türkiyəsinin təşkilatlar, örgütlər, gözaltı işkəncələri, solcu və devrimcilər kimi sosial-siyasi hadisələrini sadə bir dillə ifadə edərək oxucunu, sözün əsl mənasında, keçmiş ilə üzləşdirən müəllif dövrün bilinən mövzularını dedektiv janr ilə taclandırmağı bacarmışdır. Əsərdə MİT görevlisi Sedatın aşiq olduğu və birdən-birə qeybə çəkilən Minəni axtararkən istər sorğu zamanı, istərsə də insan ilişkilərinə doğru bu səfəri zamanı tanış olduğu insanların da hekayələrini görmək mümkündür. Bu axtarış zamanı hadisə alanına girən obrazlardan bir qismini hədəf yanıltmaq, digərlərinin isə intriqanın ipuclarına aparan körpü vəzifəsinin daşıyıcıları kimi qiymətləndirmək olar.

Romanın baş qəhrəmanı MİT görəvlisi olan Sedatdır. Mənəvi relavistik xüsusiyyətlərə sahib olan obrazın sevgi, iş, ailə kimi bir döngü arasındakı dilemmalar nəticəsində, iç dünyasındakı fırtına və ziddiyyətlər, yaşadığı qayğılar, gəl-getlər, həmçinin insanın bəzən özünə belə etiraf etməkdən çəkindiyi duyğularının şiddətli təsviri əsərin fəlsəfi yükünü daha çox büruzə verir. Əsərin son sətirlərinə qədər onun qəbul etməkdə çətinlik duyduğu gerçəkləri bir növ qara dəliyə çəkilən cisimlərlə müqayisə edə bilərik. Tək fərq isə Sedatın gerçəklərinin həyatındakı ölümcül boşluq tərəfindən udulmasıdır. Bu boşluğu Minənin sevgisi ilə doldurmaq istəyi onu əhatə edən gerçəkliklərdən biraz daha uzaqlaşdırır. Daha dəqiq şəkildə desək, həyatın absurdluğuna doğru

yönəldir. Siyasi düzənin müdafiəçisi olan bu obrazın əsər boyu amansız bir yadlıq və ondan doğan yanlızlıq içərisində olması açıq şəkildə təsvir edilmişdir. Ətrafındakı hadisələrə önəm vermədən sadəcə Minənin axtarışına yönəlməsini ilk başda məsləyinə duyduğu deontoloji dəyərlərlə əlaqələndirə biliriksə, sonrakı səhifələrdə bunun öz həyat hadisələrinə, illərdir şərəflə yerinə yetirdiyi vəzifəsinə yadlaşmaq kimi dəyərləndirə bilərik. İtmiş sevgilisinin axtarışında olan Sedatın bununla birlikdə , gizli bir soruşdurma aparmaq məcburiyyətində qalması və hadisələrin bu istiqamətdə cərəyan etməsi onun daxili dünyası ilə ziddiyyətlərini göz önünə sərir. Son ana qədər bu absurd yolda irəliləyən obraz, fikrimizcə, çabalarının Minə ilə yenidən qarşılaşdıqğı zaman deyil, sonu gəlməyən pilləkənlərdə beyhudə olduğunu anlayır. Sedatın sevdiyi qadına çatmaq vasitəsi olaraq gördüyü pilləkənlərin yazıçı tərəfindən yaradılan boşluğun fəlsəfi simvolikasının əksi kimi qiymətləndirilə bilər. Müəllif, romandakı bu absurdluğu təkcə Sedat obrazı ilə deyil, vəzifəsini başqalarının ayağını kaydırmaq üçün istifadə edən və vətən, millət anlayışlarından bəhs edərkən əslində bu elementlərə, bir sözlə, öz “mən”indən uzaqlaşmış təşkilat üzvlərinin tənqidi ilə oxuculara təqdim edir. Yazıçının bir çox əsərlərində sıxca rastlaşdığımız həzzçilik və ya qərb fəlsəfəsindəki deyimi ilə hedonizmi “Sis və Gecə” də də görürük. Öz boşluğunu xoşbəxtlik ilə vəhdətləşdirmək istəyən Sedatın, Mineyle olan ilişkisi bu həzzin mənfi və müsbət cəhətlərini sorğulamağa imkan verir. Fikrimizcə, Sedatın bu hissini həzzdən daha çox həyatındakı absurdluqlardan qaçış adlandırmaq heç də yanlış olmazdı.

Əsərin mərkəzində Sedat və onun axtarışları olsa da, diqqəti ,əsas mövzunun Minə obrazı üzərində qurulması daha çox cəlb edir. Biz bu obrazı “mövcud olmasına baxmayaraq, heç var olmayan “ kimi də qeyd edə bilərik. Romanın sonunda sevdiyi adam olan Sedatın silahından çıxan təsadüfi mərmilərlə öldüyünü öyrəndiyimiz Minə haqqında bu fikrə onun əsərdəki mövqeyi nəticəsində gəlmək mümkündür. Mövzu onun ətrafında çevrələnməsinə rəğmən

, əsərdə Minə haqqında olan heç bir fikir demək olar ki, öz təsdiqini tapmır : “Mine Sedatı həqiqətən sevirdimi yoxsa Fahri ilə iş birliyi içərisindəydi ?”, “Onu həmin soyuducuya kim yerləşdirmişdi ?“ və s. Sedatın da Mine haqqında olan düşüncələrindəki ziddiyyətlərinin səbəbini də son səhifələrdə müəyyənləşdirə bilərik. Sevdiyini əldə edəcək qədər bencil olan bir qadının ona boşan deməməsini sadəcə iki açıqlama ilə aydınlatmaq olar : 1. Sevsə belə Fahri ilə iş birliyində olması ; 2. Sedatdan istifadə etməsi .

Əsərin dedektiv janrda yazılmasına baxmayaraq, qadın və qadına münasibət məsələlərinə geniş şəkildə toxunulmuşdur. Minədən başqa Məleykə, Sevim, Cümənin həyat yoldaşı kimi qadın obrazlarının yer aldığı əsərdə münasibət olduqca ziddiyyətlidir. Sedat obrazı ilə simvolizə edilən hedonizmin əslində əsərdəki sahiblərinin məhz bu obrazlar olduğunu qeyd etmək mümkündür. Ildırımın “Qadınlar aldadıldığını bilib susmağa məcburdurlar. Məsləyi yox, gəliri yox, ayrılıb nə edəcək?”(1.səh33) cümləsinə qarşı müəllif qadınların həyatda xoşbəxtliklərə çatmaq üçün atdığı addımları qeyd edir. Təbiidir ki, bu addımlar hər qadında eyni ola bilməz. Sevmədiyi bir insan ilə evlənmək məcburiyyətində qalan Sevimin hələ 20 il öncə duyduğu həzzə geri qayıtması ilə qızı Minənin Fahri və Sedat arasında qaldığı reaksiyasını həyatda öz yolunu çizmə istəyilə əlaqələndirə bilərik. Məleykə obrazına gəldikdə isə onun həyatdakı xoşbəxtlik arzusunun övladları olduğunu görürük. O, Ildırımın dediyi kimi məsləyi və ya pulu olmadığından deyil, həyatın həzzinini , bütün müsbətliklərini sahib olduğu ailə qavramında gördüyü üçün Sedatı tərk etmir. Bu yerdə dahi filosof olan Friedrich Nietzschenin “Unutmak iyileştirir” (3. Səh 136) cümləsini xatırlamaq olar .

Romanın konforizm ideyalarına xas olan obrazı Mustafanı, müəllifin “Kar Kokusu “ əsərindəki Hikmət ilə müqayisə etmək mümkündür. Qaydaların hakim olduğu bir sistemin əsiri olan Mustafa da eynilə Hikmət kimi, özünə mənfi yazılacaq bir işin məsuliyyətini üzərindən atmaqla güvəndə hiss etmək

istəyir, lakin onun bu davranışı elə məhz özünə olan güvənsizliyin təməli kimi dəyərləndirə bilərik. Əsərdə bu doqmatik düşüncələrin Mustafa üzərindəki təsirini onun reaksiyalarının idarəsində toplandığını düşünmək olar. Hikmətin yoldaş dediyi insanlar üçün tedirginliyinin yerini öz şəxsi mənafeyi aldığı kimi, Mustafanın da qaçırılan uşaqlar üçün olan kədərini yanlış qərar verərək vəzifəsini itirmə qorxusu ələ keçirmişdir.

Yıldırım , Ahmet Ümitin “Kar Kokusu “ adlı məşhur Romanı da da yer almış bir obrazdır . Hələ bu əsərdə təşkilatdakı dəyişim rüzgarlarlarını hiss edən və etdiyi ilk səhvdə quyusunu qazacaqlarını təxmin edən Ildırım , “Sis Və Gecə “ romanında öldürülmüş olmasına baxmayaraq, öz təsir gücünü qorumağı bacarır. Yazıçının baxış mövqeyinə görə, ziddiyyət təşkil edən bu iki əsərini əslində bir- biri ilə müqayisəli şəkildə təhlil etmək mümkündür. İlk əsərdə kommunistlərin həyat və fəaliyyətini ön plana çəkərək təşkilat və onun üzvləri haqqında qısaca məlumat verən müəllif , “Sis Və Gecə “ də məsələlərə bi dəfə əks mövqedən, təşkilatın baxdığı mövqedən yanaşaraq oxucularda obyektiv fikir bütövlüyü ilə dövrün sosial-siyasi ideyalarına baxış bucağı yaratmağa çalışmışdır . Iyimsərıiyi axmaqlıq kimi qiymətləndirdiyini gördüyümüz Ildırımın daxili dünyasının daha dərinlərinə enən müəllif, onun simasında sevgi, ailə və s duyğu yüklü ünsürləri işinə qarışdırmayan ideal istihbaratçı obrazının təsvirini yaratmağa nail olmuşdur.

Detektiv romanların olmazsa olması sayılan cinayət probleminə yazıçı bu əsərində daha fərqli yanaşaraq sonda qatil ilə araşdıran obrazını eyni şəxs üzərində cəmləşdirir. Dövrün sosial-siyasi hadisələrini bu cinayətə aparan körpü toru kimi təsvir edən müəllif oxucu marağına səbəb olacaq ipuclarına əsərin əvvəlindən deyil, artıq onların bütün obrazlar ilə bütünləşdiyi bir zamanda- əsərin ortalarında gözlər önünə sərir. Minənin cinayəti oxucunu belə bir cümləni düşünməyə vadar edir: kilometrlərlə uzaqda axtardıqlarımız bəlkə də bir nəfəs qədər  yaxınımızdadır ???. Ahmet Ümit  bu əsərində nə? , kim?  Suallarından

çox, dedektiv əsərlərə xas maraq timsalı olan necə? Sualına doğru yoğunlaşaraq hadisələrin reduksional prinsiplərinə uymaqla sonda digər iki sualın cavabını tapmağa imkan yaradır. Minənin qatilinin sevdiyi adam olan Sedatın olduğunu öyrənsək də sonda bir sıra boşluqlarla üzləşirik. Bunlar Minənin soyuducuda tapılması və hamilə olmasına rəğmən öldürülməmişdən əvvəl Sedatın deyil, tibb bacısı olan Gülizarın yanına getməsidir. Bu zaman ağla gələn ilk fikir onun Fahri ilə sevgi ilə bərabər, iş birliyinin də olması olur. Hamilə olan Minənin həm Fahri həm də Sedatın özündən qaçaraq kürtaj olmaq istəyini də bu işin pozulmasına mane olmamaq çabası kimi qiymətləndirmək olar. Lakin əsərdə sadəcə bir cinayətin olduğunu düşünmək o qədər də doğru olmazdı. Sedatın Minəni axtararkən qarşılaşdığı müxtəlif obrazların həyat hekayələrinə diqqət yetirsək, Cümənin törətdiyi cinayətləri və onların arxasında duran səbəbləri açıq şəkildə görmək mümkündür. Müəllifin bu cinayətləri dəqiq şəkildə ifadə etməsini təsvirçilik kimi dəyərləndirmək hadisələrə səthi baxışdan başqa bir şey olmazdı. Ahmet Ümit keçmişin dinləməməzliklərini oxucularının ixtiyarına verməklə onları bir növ bu gerçəkliklərlə maraqlanmağa sövq edir.

Müsahibələrindən birində dedektiv yazarı olmağa hər zaman məsafəli durmuş Ahmet Ümit, bu əsəri ilə dedektiv janrını öz ədəbi ustalığı ilə fərqli səviyyəyə daşımağı bacarmışdır. Obrazların təsviri, hadisələrin baxışı və bir-biri ilə olan ilişkisini formalaşdırmağa çalışdığı sosial-siyasi çərçivəyə uyğunlaşdırmağı bacaran yazıçı istər keçmişinə bağlı, istərsə də dəyərlərini əlinin tərsi ilə itmiş səmt, məhəllə, təşkilat, örgüt insanlarının təsvirini yaratmaqla hər növ oxucu ilə bütünləşməyə nail olmuşdur.

Ədəbiyyat

  1. Ahmet Ümit “Sis ve Gece “ , Everest yayınları, 2017, p.352.
  2. Ahmet Ümit “Kar Kokusu “ , Everest yayınları, 2017, p.373.
  3. Friedrich Nietzsche “Aforizmalar”, Tutku yayınları, 2017, p.274.
  4. S.S.Van Dine (Willard Huntington Wright), Eylül 1928. American Magazine.
  5. Berke Vardar, Açıklamalı dilbilim terimleri sözlüğü 2007, p.85.