
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).
Azərbaycan Aşıqlar Birliyinin sədri19 mart 1984 – 14 sentyabr 1992ƏvvəlkiVəzifə təsis edildi.SonrakıMəcnun GöyçəliŞəxsi məlumatlarDoğum adıHüseyn Camal oğlu HüseynzadəDoğum tarixi15 iyun 1924Doğum yeriYenigün, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİVəfat tarixi14 sentyabr 1992 (68 yaşında)Vəfat yeriBakı, AzərbaycanDəfn yeriAğstafa rayonuFəaliyyətişairHəyat yoldaşıMəleykə HüseynzadəUşaqlarıArif, Zöhrə, Səhər
HəyatıredaktəHüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952).Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.
Əmək fəaliyyətiredaktəXarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.Ədəbi fəaliyyətiredaktəƏdəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı olmuşdur.
Əsərləri
1.Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
2.Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
3.Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
4.Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
5.Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
6.Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səhTorpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.





































































































