Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Cavabsız sevgi
Nazını çəkməyə hazırdım hər an
Çünki mənasızdır əzabsız sevgi
Ancaq ki, insanı bir ağac kimi
İçindən çürüdür cavabsız sevgi
Yanımda olsan da, mənə uzaqsan
Hər yandan üstümə həsrət çilənir
Baxışın bənzəyir ölüm hökmünə
Gözündən üzümə nifrət çilənir
Sanmaki, hər işin doğrudur, düzdür
Ömrünü puç edər əyrilər bir gün
Sevgimə gülərək alçaltma məni
Nifrətin sevgiyə çevrilər bir gün
Daha məni heç nə təəccübləndirmir
Daha mənə heç nə qeyri-adi gəlmir.Fikirlərim dar beynimə,Hisslərim qafiyəyə,Ruhum isə “can” adlanan bu qəfəsə sığmayır.Sıxılıram, boğuluram..“Haqqa” doğru yol gedirəm,“Həqiqət”i özləyirəmTamlığından ayrı düşmüş yarpaq üzərində bir şeh damlasıyam.Buludlara qovuşmaqçün günəşin doğmağını gözləyirəmMən, keçmişindən xəbərsiz,Gələcəyinə biganə manqurtlaşan gəncliyəm,Məhvə məhkum bir xalqın son gümanı,ümidiyəmAtası şəhid, anası faişə bir uşağın “insanliğ”a nifrətiyəmHər şeyin nəfsinə qurban verənəsgərin əzab çəkən vicdanıyam,qeyrətiyəm.Əsirlikdə təhqir olan qadınların ismətiyəm.“Söz” tapıb ifadə edə bilmədiklərim içimi yandırır, kül eləyir.Mən Qarabağda yandırılmış,xaraba qalmış bir yurdamTamahına aldanaraq tələyə düşmüş,qarşısında şikar durmuş,gözləri bərələ qalmışBoz qurdam.Bədənimi buz kəsibdir,donmuşam,bəlkə,yenidən qış gəlibdir?…yox!yox!Deyəsən,elə mən ölmüşəm..Ağzımdan çıxaraq havada iz buraxan,Nəfəs deyil,içimdəki od-alovun istisidir,tüstüsüdür
Darıxdım sənsiz….
Yenə payız gəldi sənsiz ömrümə Otağım qaranlıq,divarlar soyuq Tavana rəsmini çəkir gözlərim Qəlbim buz parçası,duyğular soyuq
Qara buludlartək nigarançılıq Həsrət gözlərimə kölgə salıbdır Səni görməsəydim dəli olardım Yaxşı ki,yadımda şəklin qalıbdır
Səninlə üz-üzə durmuşuq sanki Gözümüz danışır,səssiz-səmirsiz Bilməm, ayrılıqmı qorxutdu məni? Yanımda olsan da darıxdım sənsiz.
Dodağım
Məktubun sonunda öpürəm yazdınAğacda yarpaqtək əsdi dodağımOnu belə kövrək görəndə dilimDedi sızlamağın bəsdi dodağım
Bir an da əhdindən üz döndərməyibHaqlını haqsıza qurban verməyibSənin qeybətinə dözə bilməyibDişimlə dilimi kəsdi dodağım