Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 2. 078 NƏTİCƏLƏR
Mədəniyyət

Bakıda Borçalı aşıqlarının sənət dünyası təqdim olunacaq

Post Views: 57 Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində həyata keçirilən “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı layihə çərçivəsində Bakıda Borçalı aşıqlarının konserti təşkil olunacaq. Bu barədə AZƏRTAC-a İctimai Birliyin üzvü, ustad aşıq Altay Məmmədli məlumat verib. O bildirib ki, layihənin həyata keçirilməsində əsas …

Mədəniyyət

Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək

Post Views: 50 Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Buxara vilayətinin aparıcı mədəniyyət və incəsənət müəssisələrinin rəhbərləri arasında görüş keçirilib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Buxara vilayətinin Mədəniyyət İdarəsində keçirilən görüşdə Özbəkistan Dövlət Filarmoniyasının vilayət şöbəsinin direktoru Rauf Avezov, Buxara İxtisaslaşdırılmış İncəsənət Məktəbinin direktoru Boburşoh Nurullayev, Vilayət …

Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək

Post Views: 55 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir. …

Mədəniyyət

Azərbaycanda ilk dəfə “Fotoqrafiya sənəti” ixtisası üzrə tədris proqramı hazırlanıb

Post Views: 51 Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəbi və mərkəzləri üçün ilk dəfə olaraq “Fotoqrafiya sənəti” ixtisası üzrə tədris proqramı hazırlanıb. AZƏRTAC xəbər verir ki, bu proqram fotoqrafiya sənətinin tədris prosesinə yeni məzmun və sistemli yanaşma gətirməklə, gənc nəslin bu sahədə bilik və yaradıcılıq bacarıqlarının formalaşdırılmasına xidmət edəcək. Tədris …

Mədəniyyət

Gənclər Kitabxanasında Tofiq Abdinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb

Post Views: 41 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının və mətbuatının tanınmış nümayəndəsi, şair, yazıçı, publisist, jurnalist, Əməkdar mədəniyyət işçisi Tofiq Abdinin 85 illik yubileyi münasibətilə “Sözün və mətbuatın fədakar xadimi” adlı biblioqrafik icmal hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsait Tofiq Abdinin həyat və yaradıcılıq yolunun, ədəbi-publisistik fəaliyyətinin, Azərbaycan mətbuatına və ədəbiyyatına verdiyi töhfələrin …

Mədəniyyət

Ankarada “Kültür Yolu” Festivalının açılışı Üzeyir Hacıbəyliyə həsr ediləcək

Post Views: 47 Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş Müdirliyi arasında həyata keçirilən ortaq layihə çərçivəsində Ankarada keçiriləcək məşhur “Kültür Yolu” Festivalının açılışı dahi Azərbaycan bəstəkarı, Türk dünyasının mütəfəkkiri Üzeyir Hacıbəyliyə həsr olunacaq və bu münasibətlə möhtəşəm konsert proqramı təqdim ediləcək. AZƏRTAC xəbər verir …

Mədəniyyət

Milli Kitabxanada Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açılıb

Post Views: 41 Milli Kitabxanada filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylunun 80 illik yubileyinə həsr olunmuş kitab sərgisi istifadəçilərə təqdim edilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Möhsün Nağısoylu – 80” adlı ənənəvi sərgidə alimin monoqrafiyaları, dərslikləri, “Ön söz” müəllifi, tərtibçisi və rəyçisi olduğu nəşrlər, tərcümələri və redaktəsi ilə hazırlanmış kitablar, həmçinin onun həyat və …

Mədəniyyət

Türküstan: zamanın pıçıltı ilə danışdığı şəhər

Post Views: 54 Bəzən səyahət bir həftə, bəzən isə cəmi bir gün davam edir. Lakin məhz qısa səfərlər bəzən ən uzunmüddətli xatirələr yaradır. Şımkentdən Türküstana yolumuz səhər tezdən başladı. Avtomobilin pəncərəsindən görünən ucsuz-bucaqsız Qazaxıstan çölləri Günəşin ilk şüaları altında tədricən oyanırdı. Üfüq səma ilə birləşir, külək düzənlikdə sərbəst dolaşır, zaman isə sanki öz adi mənasını …

Mədəniyyət

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Post Views: 61 İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə avqustun 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Əncir Festivalı keçirilib. AZƏRTAC xəbər verir ki, qonaqlar festival ərazisində xüsusi olaraq bəzədilmiş “Əncirli fayton”un və “Əncirin sehrli divarı”nın qarşısında, eləcə də saman konseptli rəngarəng fotozonalarda yaddaqalan şəkillər çəkdiriblər. Tarixi Qala mühitində …

Mədəniyyət

Аslana Əliyeva: Rəqs sənəti Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri möhkəmləndirir

Post Views: 47 Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətləri həmişə özünəməxsus xarakter daşıyıb. Ölkələrimizi yalnız ümumi tarix və qarşılıqlı hörmət deyil, həm də yaxın mənəvi və insani dəyərlər bağlayır. Mədəniyyət bu əlaqəni tərcüməyə ehtiyac olmadan hiss etməyə imkan verən universal dildir. Bu sözləri Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının məzunu, xoreoqraf-baletmeyster Aslana Əliyeva AZƏRTAC-ın müxbirinə şərhində deyib. Həmsöhbətimizin …

Mədəniyyət

Mahir Qəribov: “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası tarixi irslə gələcək arasında mənəvi körpü yaradır

Post Views: 55 Azərbaycanın zəngin mədəni irsi əsrlər boyu formalaşan milli yaddaşın daşıyıcısı olmaqla yanaşı, ölkənin gələcəyinə istiqamət verən mühüm mənəvi sərvətdir. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası bu irsin qorunmasını müasir inkişaf imkanları ilə birləşdirərək mədəniyyətin milli kimliyin möhkəmləndirilməsində və Azərbaycanın dünyada tanıdılmasında rolunu daha da artırmağı qarşıya məqsəd qoyur. Tarix üzrə fəlsəfə doktoru Mahir …

Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı sentyabrda keçiriləcək

Post Views: 61 Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib. AKİ-dən AZƏRTAC-a bildirilib ki, iclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İclasın yekununda bir sıra qərarlar qəbul edilib. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara …

Mədəniyyət

Muğamın yaddaş məkanı: Beynəlxalq Muğam Mərkəzi VİDEO

Post Views: 69 Bir səs var əsrlərin o tayından gəlir, zamanın yaddaşını özündə yaşadır, insanın duyğularına toxunaraq, sözün ifadə edə bilmədiyini musiqi ilə deyir. Bu səs Azərbaycan muğamıdır. Azərbaycanın zəngin musiqi irsinin ən qiymətli nümunələrindən olan muğam özünəməxsus ifaçılıq məktəbi, melodik zənginliyi, improvizasiya imkanları və dərin fəlsəfi məzmunu ilə seçilir. Elə bu zəngin ənənələrin təntənəsi …

Mədəniyyət

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Post Views: 72 26 Avqust – Laçın Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində silsilə tədbirlər keçirilir. AZƏRTAC xəbər verir ki, tədbirdə doğma yurda qayıdan sakinlər, mədəniyyət xadimləri, eləcə də çoxsaylı qonaqlar iştirak edirlər. Laçın Şəhəri Günü çərçivəsində ilk olaraq “Arts Council Azerbaijan” incəsənət platforması …

Mədəniyyət

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət – REPORTAJ

Post Views: 87 Maşından enər-enməz birbaşa o məşhur küçəyə doğru üz tuturam. Məqsədim turistlər bura axışmadan küçənin şəkillərini çəkməkdir. Ancaq görünür, böyük tur avtobuslarından enən digər turistlər də mənimlə eyni fikirdədirlər. Səhər saatları olmasına baxmayaraq, küçə artıq kifayət qədər izdihamlıdır. İngiltərənin ən məşhur və ən çox fotosu çəkilən kəndlərindən biri hesab olunan Bayburidəyəm (ing. Bibury). …

Mədəniyyət

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Post Views: 80 Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə avqustun 24-25-də 50 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Xankəndi, Şuşa və Laçın şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi iştirakçıları Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı, zəngin mədəni-tarixi irsi, təbii turizm resursları, mövcud turizm infrastrukturu və formalaşmaqda …

Mədəniyyət

Xətai rayonunda “Muğam axşamı” gecəsi VİDEO

Post Views: 68 26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Muğam axşamı” adlı təntənəli konsert proqramı keçirilib. AZƏRTAC xəbər verir ki, açıq səma altında …

Mədəniyyət

Rəssam Marqarita Kərimova-Sokolova: Natəvanın portreti Fransa Akademik Cəmiyyətinin nəşrində dərc olunub

Post Views: 69 AZƏRTAC Xurşidbanu Natəvanın yaradıcılığının əhəmiyyəti barədə incəsənət xadimləri ilə silsilə müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz Köln şəhərində (Almaniya) yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssam Marqarita Kərimova-Sokolovadır. O, Azərbaycan Rəssamlar İttifaqı və UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyası da daxil olmaqla, bir sıra beynəlxalq peşəkar və mədəni təşkilatların üzvü, Beynəlxalq Estetik İnkişaf Fondunun vitse-prezidenti, çoxsaylı …

Mədəniyyət

Laçın Beynəlxalq Film Festivalı başa çatıb

Post Views: 63 Laçında üç gün davam edən Beynəlxalq Film Festivalı yekunlaşıb. AZƏRTAC xəbər verir ki, Şərqi Zəngəzurda ilk Beynəlxalq Film Festivalı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, həmçinin Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və digər qurumların dəstəyi, “Hoçazfilm” kinostudiyasının təşkilatçılığı ilə keçirilib. Festivalda …

Mədəniyyət

Gənclər Kitabxanası Seyfəddin Dağlının 105 illiyinə həsr olunmuş materiallar hazırlayıb

Post Views: 65 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq, jurnalist və publisist Seyfəddin Dağlının anadan olmasının 105 illiyi münasibətilə “Mətbuatdan gümüş ekrana uzanan yaradıcılıq yolu” adlı təqdimat və “Sözün hikmətinə dəyər verən sənətkar” adlı biblioqrafik icmal hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallar yazıçının ədəbi irsinin daha geniş …

Mədəniyyət

Laçın Şəhəri Günü münasibətilə Həkəri çayının sahilində konsert təşkil olunub

Post Views: 59 Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə növbəti dəfə təntənəli şəkildə qeyd edilən 26 avqust — Laçın Şəhəri Günü çərçivəsində geniş konsert proqramı keçirilib.Həkəri çayının sahilində qurulmuş böyük səhnədə təqdim olunan konserti doğma yurda qayıtmış Laçın sakinləri, mədəniyyət nümayəndələri və şəhərin qonaqları izləyiblər.Tanınmış incəsənət nümayəndələrinin ifasında “Qarabağ”, “Mənim …

Mədəniyyət

Laçında “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunub

Post Views: 54 Laçın Şəhəri Günü çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində Füzuli Dövlət Dram Teatrının “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunub.Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirəni Şəlalə Kərimova, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.Obrazları Günay Çobanzadə (Ana keçi), Xurşud Babayeva (Şəngülüm), Püstə Əhmədova (Şüngülüm), Gülgəz Soltanova (Məngülüm), Vüsal …

Mədəniyyət

“İkinci həyat” sərgisi – Laçın Şəhəri Gününün ilk tədbiri

Post Views: 56 26 avqust – Laçın Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərdə silsilə tədbirlər keçiriləcək.  Laçın Şəhəri Günü çərçivəsində ilk olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Arts Council Azerbaijan” incəsənət platforması tərəfindən “İkinci həyat” adlı sərgi açılıb. Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yarasız …

Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib

Post Views: 55 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda qəbullar təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən qəbullar zamanı vətəndaşların müraciət və təklifləri dinlənilir, müvafiq addımlar atılır.Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü avqustun 27-də Laçın şəhərində keçirilib. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi …

Mədəniyyət

Yeni yaradıcı istiqamətlər üzrə tədris proqramları hazırlanıb

Post Views: 105 Yeni yaradıcı istiqamətlər üzrə tədris proqramları hazırlanıbAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəblərində tədrisi nəzərdə tutulan 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb.Tədris proqramları bədii keramika, geyim üzrə dizayn, rəqəmsal musiqi, 3D personaj animasiyası və fotoqrafiya ixtisaslarını əhatə edir. Proqramların əsas məqsədi müasir yaradıcı …

Mədəniyyət

Tanınmış Misir yazıçısı Əşrəf Dalinin “Şəmaus” romanı Azərbaycan dilinə tərcümə olundu

Post Views: 134 Müasir Misir ədəbiyyatının parlaq simalarından biri yazıçı Əşrəf Dalinin (Əşrəf Əbul-Yəzid) cəmiyyətin sosial təbəqələşməsini və mənəvi aşınmasını çılpaqlığı ilə üzə çıxaran “Şəmaus” romanı Azərbaycan dilinə tərcümə olunub. Ərəb dilindən tərcümə edən şərqşünas, yazıçı Təranə Məmməd, redaktor və Ön Sözün müəllifi isə filoloq-alim Adilə Nəzərdir. Kitab Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi kimi işıq üzü görür. Layihənin ideya …

Mədəniyyət

Nəsilləri birləşdirən milli musiqimizin şah əsəri – Azərbaycan muğamı

Post Views: 92 Bu gün Beynəlxalq Azərbaycan Muğamı günüdür Muğam Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı zəngin musiqi təfəkkürünün ən yüksək ifadələrindən biri, milli-mənəvi yaddaşımızın səsə çevrilmiş salnaməsidir. Muğamın hər bir sədasında xalqımızın duyğu və düşüncəsi, həyat fəlsəfəsi, sevinc və kədəri, torpağa və Vətənə bağlılığı öz ifadəsini tapır. AZƏRTAC xəbər verir ki, avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı …

Mədəniyyət

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi – REPORTAJ VİDEO

Post Views: 81 Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin ərazisinə qədəm qoyanda 10 hektarlıq sahəni əhatə edən kompleksin miqyası insanı heyrətə gətirir. Xast-İmam ansamblının yanında inşa edilmiş və artıq dünyanın ən möhtəşəm İslam mədəniyyəti muzeylərindən biri kimi “Ginnesin rekordlar kitabı”na daxil edilmiş bu möhtəşəm kompleks ilk andan etibarən əzəmət və harmoniyanın vəhdəti ilə heyranlıq doğurur. AZƏRTAC-ın Daşkənddəki …

Mədəniyyət

Laçında Beynəlxalq Film Festivalı çərçivəsində panel müzakirə aparılıb VİDEO

Post Views: 88 Avqustun 25-də Laçında Beynəlxalq Film Festivalı (Lachin International Film Festival – LIFF) çərçivəsində panel müzakirə təşkil olunub. AZƏRTAC xəbər verir ki, müzakirədə Azərbaycanın və Türkiyənin kino sahəsində əməkdaşlığı, birgə film layihələrinin həyata keçirilməsi, eləcə də müasir kinonun inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Paneldə çıxış edən türkiyəli rejissor Suat Köçər Azərbaycan və Türkiyə …

Mədəniyyət

Türkiyəli yazıçı: Azərbaycan türkləri Çanaqqala müharibəsini özlərindən ayrı görmədilər

Post Views: 62 Çanaqqala müharibəsinin tarixinə dərindən nəzər saldıqca, neçə-neçə həyat hekayəsi ilə qarşılaşırıq. Oxuduqca, araşdırdıqca bu hekayələr məni bir yazıçı kimi çox təsirləndirir. İlk növbədə, 1915-ci ilin siyasi şərtləri çox diqqətçəkəndir. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyəti hələ qurulmamışdı, Azərbaycan Rusiya imperiyasının hakimiyyəti altında idi və Rusiya Osmanlı dövlətinə qarşı müharibə aparırdı. Lakin çəkilən heç …

Mədəniyyət

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Post Views: 78 Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki …

Mədəniyyət

Rəşad Məcidi doğum günü münasibətilə təbrik edirik!

Post Views: 83 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının rəsmi elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisini, Azərbaycan Mətbuat Şurasının sədrini, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvünü, “525-ci qəzet”in baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol …

Mədəniyyət

Azərbaycanlı yazıçı Xanım Anelanın hekayəsi “Ədəbiyyat qəzeti”ndə dərc olunub

Post Views: 96 Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Ədəbiyyat qəzeti”nin 21 avqust 2026-cı il tarixli sayında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, AZƏRBAYCANLI YAZIÇI, “MÜCRÜ” Nəşriyyatının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Xanım Anelanın “Telefon söhbəti” adlı hekayəsi dərc olunub.  Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr …

Mədəniyyət

Azərbaycanlı araşdırmacı-yazar Kamran Murquzovun məqaləsi “Ədəbiyyat qəzeti”ndə dərc olunub

Post Views: 95 Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Ədəbiyyat qəzeti”nin 21 avqust 2026-cı il tarixli sayında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) və “kenanaydinoglu.com” saytının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisi, tərcüməçi-jurnalist Kamran Murquzovun …

Mədəniyyət

Meksikalı rejissorun filmi X “DokuBaku” festivalının proqramına daxil edilib

Post Views: 80 Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero, Mədəniyyət attaşesi Aristeo González Guerrero, səfirliyin əməkdaşı Günel Hacıyeva və “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının (“DokuBaku” BSFF) komandası arasında görüş olub. AKİ-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan və Meksika arasında kino, xüsusilə də sənədli film sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında mədəni mübadilənin …

Mədəniyyət

Xan qızının böyük arzusu: Şuşaya su necə çəkildi?

Post Views: 88 AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir Xurşidbanu Natəvan təkcə şeirin, sənətin və maarifin inkişafı barədə deyil, həm də vətəni Qarabağın abadlaşdırılması və Şuşanın daha da gözəlləşməsi haqqında düşünürdü. Natəvanın birinci növbədə gördüyü iş, sudan korluq çəkən Şuşa əhalisinin əsas arzusunu həyata keçirmək idi. Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə …

Mədəniyyət

Üç mədrəsə – bir tarix: Azərbaycan jurnalistləri Registan meydanını ziyarət ediblər VİDEO

Post Views: 105 Mərkəzi Asiyanın ən görkəmli memarlıq ansambllarından biri Səmərqənddə yerləşən qədim Registan meydanıdır. AZƏRTAC xəbər verir ki, Özbəkistana təşkil olunmuş press-turda iştirak edən Azərbaycanın media nümayəndələri Registanın yaranma tarixi, onun mədəni və elmi əhəmiyyəti, həmçinin burada yerləşən üç mədrəsənin – Uluqbəy, Şirdar və Tilla-Kari mədrəsələrinin xüsusiyyətləri ilə tanış olublar. Adı özbək dilindən tərcümədə “qumlu …

Mədəniyyət

Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinin təbliği üçün təqdimatlar hazırlanıb

Post Views: 96 Respublika Gənclər Kitabxanasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair Nizami Gəncəvinin zəngin yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə yeni təqdimatlar hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, süni intellekt əsasında ərsəyə gətirilən bu təqdimatlarda Nizami Gəncəvinin məşhur “Xəmsə”sinə daxil olan poemaların ideya-bədii xüsusiyyətləri, fəlsəfi məzmunu, eləcə də mütəfəkkirin insan və cəmiyyət haqqındakı dərin düşüncələri əks …

Mədəniyyət

Azərbaycanlı şairə Təranə Turan RƏHİMLİnin şeiri “Research on the Poetry Genius of the World” adlı beynəlxalq antologiyasında işıq üzü görüb

Post Views: 85 Filologiya elmləri doktoru, Ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanlı şairə Təranə Turan RƏHİMLİnin şeiri “Research on the Poetry Genius of the World” adlı beynəlxalq antologiyasında işıq üzü görüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

Mədəniyyət

Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

Post Views: 87 Mirvarid Paşa qızı Dilbazi (19 avqust 1912, Musaköy, Qazax qəzası – 12 iyul 2001, Bakı) — azərbaycanlı şairə, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR ilk xalq şairəsi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). “Şərəf Nişanı” (iki dəfə), “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” (1997) ordenləri ilə təltif olunub. Həyatı XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri — Xalq şairi Mirvarid Dilbazi 70 ildən …

Mədəniyyət

“DokuBaku 2026”: 54 film oktyabrda Bakıda təqdim olunacaq

Post Views: 92 Bu ilin oktyabr ayında keçiriləcək “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının rəsmi seçimi açıqlanıb. AZƏRTAC xəbər verir ki, “Ulduz sivilizasiyası” (Stellar Civilization) mövzusuna həsr olunan festivala 88-dən çox ölkədən 260-dan artıq müraciət daxil olub. Seçim komitəsinin qərarı ilə proqrama 54 film – 27 tammetrajlı və 27 qısametrajlı sənədli ekran əsəri daxil edilib. Rəsmi seçimdə …

Mədəniyyət

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

Post Views: 76 Macarıstanın “Turan” Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə Macarıstanın Buqaç şəhərində IX Böyük Hun-Türk Qurultayı keçirilib. AZƏRTAC xəbər verir ki, Qurultayın açılış mərasimində TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Budapeştdəki diplomatik korpusun təmsilçiləri və Türk dünyasından incəsənət nümayəndələri, elm adamları və …

Mədəniyyət

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

Post Views: 76 Bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin doğum günüdür Bəşəriyyət tarixində elə şəxsiyyətlər var ki, sağlığında olduğu kimi, əbədiyyətə qovuşduqdan sonra da ölümsüzlük qazanır, adları ehtiramla yad edilir. Çünki həmin şəxsiyyətlər yaradıcılıqları ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət edirlər. AZƏRTAC xəbər verir ki, belə ölməz, parlaq şəxsiyyətlərdən biri də bu gün …

Mədəniyyət

Conni Depp “Karib dənizinin quldurları-6” filmində rol ala bilər

Post Views: 72 Prodüser Cerri Brukhaymer “Karib dənizinin quldurları-6” filmində rol almaq üçün aktyor Conni Depp ilə danışıqlar apardığını açıqlayıb. AZƏRTAC xəbər verir ki, o, “Deadline” nəşrinə açıqlamasında müzakirələrin davam etdiyini və ssenari üzərində işlədiklərini bildirib. Brukhaymer filmin növbəti seriyasını ərsəyə gətirə biləcəklərinə ümid etdiyini vurğulayıb. Lakin iddiaya görə, “Sərçə Cek” növbəti filmdə baş rol əvəzinə, …

Mədəniyyət

16 Avqust Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

Post Views: 90 Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı …

Mədəniyyət

Rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisi açılıb

Post Views: 78 Azərbaycan Rəssamlar İttifaqında rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisinin açılışı olub. Layihənin kuratoru qismində Sofiya Frank çıxış edib. Sərgi avqustun 18-nə qədər davam edəcək. AZƏRTAC xəbər verir ki, eksponatlar rəssamın rəsmlərini sərgi məkanına inteqrasiya olunmuş on üç şeir ilə birləşdirir. Əsərlər vahid bir ifadə — rəssamla Uca Tanrı arasında …

Mədəniyyət

Prezident Kitabxanasında Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb VİDEO

Post Views: 71 Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin “Ədəbi irs” adlı alt bölməsində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni virtual kolleksiya yaradılıb. Bu barədə AZƏRTAC-a Prezident Kitabxanasından məlumat verilib. Bildirilib ki, virtual kolleksiyada Bəxtiyar Vahabzadənin şair, alim və dramaturq kimi fəaliyyətini əks etdirən çoxsaylı şeir kitabları, poemaları, teatr səhnəsində uğurla tamaşaya qoyulmuş …

Mədəniyyət

Son üç ayda Qobustan Qoruğunu 40 minə yaxın turist ziyarət edib

Post Views: 89 Son üç ay ərzində Qobustan Milli Tarix-Bədii Qoruğuna 40 minə yaxın ziyarətçi gəlib. Ziyarətçilərin əsas hissəsini Asiyanın müxtəlif ölkələrindən — Çin, Cənubi Koreya, Özbəkistan, Pakistan və Hindistandan, eləcə də Türkiyədən gələn turistlər təşkil edir. Bu ölkələrdən olan turistlərin Qobustana marağı xüsusilə böyükdür. Bu barədə AZƏRTAC-a Qobustan Milli Tarix-Bədii Qoruğundan məlumat verilib. Bildirilib ki, …

Mədəniyyət

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub

Post Views: 148 Gürcüstanın Batumi şəhərinin “Köhnə şəhər” adlanan hissəsində Acara TV-nin təşəbbüsü ilə musiqi festivalı keçirilib. AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi Azərbaycanın Batumidəki Baş konsulluğunun dəstəyi ilə Azərbaycan xalq musiqisi ilə caz elementlərini birləşdirən “Məcaz” etnocaz qrupu təmsil edib. Baş konsulluqdan bildirilib ki, “Məcaz” qrupu festival çərçivəsində özünəməxsus ifa tərzi və peşəkar səhnə performansı …

Mədəniyyət

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

Post Views: 93 Böyük şair və filosof Nizami Gəncəvinin Gürcüstanın Marneuli şəhərində N.Nərimanov və N.Gəncəvi küçələrinin kəsişməsində yerləşən büstü yenidən bərpa olunub. AZƏRTAC xəbər verir ki, avqustun 13-də büstün bərpadan sonra açılışı olub. Açılış mərasimində bildirilib ki, büst bir müddət əvvəl vandalizmə məruz qalaraq zədələnmişdi və onun bərpasına ciddi ehtiyac yaranmışdı. Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və …

Mədəniyyət

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

Post Views: 101 Möminə xatun türbəsinin bərpası Naxçıvanın tarixi-memarlıq mühitinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır. Abidənin memarlıq quruluşu, konstruktiv sistemi, dekorativ elementləri və üzərindəki kitabə nümunələri Azərbaycan orta əsr memarlığının inkişaf istiqamətlərinin araşdırılması üçün qiymətli mənbə rolunu oynayır. Bunu AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müəllimi Turan Abbaszadə deyib. O bildirib ki, türbənin qorunması …

Mədəniyyət

Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün yaradıcılıq ustad dərsləri keçiriləcək

Post Views: 116 “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi “Yenidən doğulan torpağın övladları” adlı yaradıcılıq master-klasları layihəsinin icrasına başlayıb. Təşəbbüsün əsas məqsədi Qarabağda və Şərqi Zəngəzurda doğma yurdlarına qayıdan uşaqların asudə vaxtını səmərəli və məzmunlu təşkil etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaqdır. AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində tədbirlər Cəbrayıl rayonunun Horovlu kəndində təşkil olunacaq və ustad …

Mədəniyyət

Bakıda gənc rəssamların sərgisi açılıb

Post Views: 104 Bakı Fotoqrafiya Evində “Arts Council Azerbaijan” təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Səyahət” İctimai Birliyinin birgə təşkil etdiyi “START” layihəsi çərçivəsində gənc rəssamların sərgisinin açılışı olub. AZƏRTAC xəbər verir ki, “START” layihəsinin məqsədi gənc rəssamların yaradıcılıq potensialını üzə çıxarmaq, onların peşəkar inkişafına dəstək göstərmək və əsərlərini geniş ictimaiyyətə təqdim etmələri üçün imkanlar …

Mədəniyyət

Yazıçı-araşdırmaçı Könül Nuriyevanın məqaləsi “Xarı bülbül” bədii-publisistik jurnalında dərc olunub

Post Views: 148 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri, yazıçı-araşdırmaçı Könül Nuriyevanın “Kölgə” adlı ədəbi düşüncələri “Xarı bülbül” bədii-publisistik jurnalının İyul-Avqust sayında işıq üzü görüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

Mədəniyyət

Qədim memarlığın şah əsəri – Quba Cümə məscidi VİDEO

Post Views: 74 AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Quba Cümə məscidi Ölkəmizdə zəngin memarlıq üslubuna malik qədim məscidlərdən biri də Quba şəhərindəki Cümə məscididir. Bu məscid təkcə Qubada deyil, Azərbaycanın şimal-şərqində ən qədim dini mərkəzlərdən biri hesab edilir. Binanın tikintisi müəyyən fasilələrlə 10 il davam edib və 1802-ci ildə başa çatdırılıb. Qazı Nəsrullah əfəndinin oğlu …

Mədəniyyət

Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər Gününə həsr olunmuş material hazırlanıb

Post Views: 128 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Gənclik bu günümüz, gələcəyimizdir!” adlı material hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Beynəlxalq Gənclər Gününün yaranma tarixi və mahiyyəti, gənclərin müasir cəmiyyətin inkişafında oynadığı mühüm rol, onların sosial, ictimai, elmi, mədəni və digər sahələrdə fəallığı haqqında məlumatlar öz əksini tapıb. …

Mədəniyyət

Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib

Post Views: 95 Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məlumat bazasında böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının Sərəncamı, “Əfzələddin Xaqani Şirvani”, “Tarixləşən ömür”, “Şair haqqında nəşrlər”, “Yaradıcılıq nümunələri”, “Xaqani yaradıcılığı və ədəbi irsi”, “Şirvani irsi dünya universitet kitabxanalarında”, “Xaqani …

Mədəniyyət

Xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları yenilənib

Post Views: 90 Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir. MEMİM-dən AZƏRTAC-a bildirilib ki, proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla tədrisin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını …

Mədəniyyət

Səhv düşəndə yerimiz…” – Xalq şairi Qabilin anadan olmasından 100 il ötür

Post Views: 125 Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin doğum günüdür. AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairinin anadan olmasının 100-cü ildönümüdür. Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində …

Mədəniyyət

Gənclər Kitabxanasında Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb

Post Views: 110 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Qabilin anadan olmasının 100 illiyinə həsr edilən “Qabil yaradıcılığına bir baxış” adlı metodiki vəsait hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsait Xalq şairi Qabilin həyat və yaradıcılığının geniş oxucu kütləsinə, xüsusilə gənclərə daha ətraflı tanıdılması, şairin ədəbi irsinin öyrənilməsi və təbliği məqsədilə hazırlanıb. Vəsait kitabxana əməkdaşları, …