
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, “Həsən Bəy Zərdabi” “Qafqaz – Media” və “Qızıl qələm” mükafatları laureatı, Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Ruhum göylər əmanəti” adlı yeni kitabı nəşrə hazırlanır.
Qeyd edək ki, şair-publisist Rafiq Odayın bundan öncə “Bir yol başlamışam”, “Gecələr içimə göyüzü yağar”, “Ömür gedir öz köçündə”, “Şərur folkloru – Rafiq Odayın təqdimatında”, “Qarabağ şikəstəsi”, “Xatirələr işığında”, “3 Aprel günəşi”, “Əlli min də qayğısı var əllimin”, “Ədəbi-tənqidi məqalələr”, “Həyatın yaşama düsturu” və “Qərib ruhların nəğməsi” kitabları işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.
Bir cavab yazın