Post Views: 290 (“Ünvanımı tapan kitablar” silsiləsindən) Evlərin də taleyi var, alın yazısı var… Darvazalarından başlamış, ta bacasınadək şeirdir, romandır evlər. Küçəyə baxan pəncərələrlə həyətə baxan pəncərələr arasındakı enerji fərqi qədərdir bəzən ev sakinlərinin o evdəki xatirələrinin müxtəlifliyi… Hərdən olur, illər sonra xatirələrin bələdçiliyinə güvənib bir evin qapısını açırıq… “Buradakı qapının cəftəsi cırıldayırdı…” əminliyi ilə …
Kitab
Qarabağın sirri-bəyanı-“Qarabağ” poeması
Post Views: 283 (“Ünvanımı tapan kitablar” silsiləsindən) . Mamırlamaq istəyi çox qabarır daxilimizdə. Xüsusən də, ömrün 30-cu ilini geridə qoyandan sonra… Daş olub bir yerdə qərar tutmaq, mamırlamaq gözəlmiş… Bacarsaq, əlbəttə, gözəlmiş! Və bəlkə də, elə bu mamırlamaq istəyidir yerimizi bərkitdiyimiz məkanları doğma saymağımız… Bu cümlədə “bəlkə” deyə bilərəm, amma bir də var yurd. Hə, …
Nağıl uydurun, qadınlar!
Post Views: 321 Nağılbilməz nənələr Duyğubilməz nəvələrə “Mən” öyrədir… Unudulan olmağa nə var e?! Hünər ona deyərəm, unudulmadığını bildiyi yerə alnıaçıq, üzüağ qayıda bilsin insan! “Mövlud Süleymanlının “Köç” romanında ən sevdiyin məqam hansıdır?” deyə soruşsalar, şəksiz, “Buludun doğrandığı yer!” deyərəm! Amma gəlin, etiraf edək ki, unudulmayan epizod Oralın törəmələriylə qayıdıb gəldiyi, ilk rastına çıxan …
“Səsinə gələrəm”
Post Views: 97 Şair, yazıçı Güldərən Vəlinin şeirlər kitabı işıq üzü görüb. “Səsinə gələrəm” adlı kitaba şairin uzun illər qələmə aldığı şeirlər toplanıb. Oxucular şairin Göyçə həsrətli şeirlərini oxuduqca, Göyçə dənizinin sahillərinin, Dərə kəndinin ətrafındakı bulaqların, dağların bədii sözlərlə çəkilmiş rəsminin sehrinə dalacaqlar. Eyni zamanda, şairin Göyçəyə qovuşmaq ümidinin də şahidinə çevriləcəklər: Göyçənin dağları dağlardan …