Post Views: 57 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Ömür bir az ağlamaqdı, Bir az da nəyə ağladığına ağlamaqdı. Ömür həm də əyninə usta əliylə biçilmiş qara paltarda Naşı əliylə vurulmuş ağ yamaqdı. Bu ömürdü, atam-qardaşım, Bəzən qara yuyub, ağ sərməkdi, Bəzən də qara sərib, ağ yumaqdı… Üzündəki ağ duvaxdı, Baxdım, baxdım – …
Rafiq ODAY.”QARAVƏLLİ”
Post Views: 93 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Ömür bir az ağlamaqdı, Bir az da nəyə ağladığına ağlamaqdı. Ömür həm də əyninə usta əliylə biçilmiş qara paltarda Naşı əliylə vurulmuş ağ yamaqdı. Bu ömürdü, atam-qardaşım, Bəzən qara yuyub, ağ sərməkdi, Bəzən də qara sərib, ağ yumaqdı… Üzündəki ağ duvaxdı, Baxdım, baxdım – …
Tubuxanım Qasımzadə: “AMEA-nın Əziz Səncər döş nişanı” ilə təltif olunmağım mənim üçün böyük şərəfdir
Post Views: 81 “AMEA-nın Əziz Səncər döş nişanı” ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu mükafata gənc alimlər arasında ilk layiq görülənlərdən biriyəm. Bunu AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin müdiri biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə söyləyib. “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə və həmin dövrdə 50 yaşına qədər …
Azərbaycan mətbəxi Parisdə: Milli yeməklər beynəlxalq tədbirdə rəğbət qazanıb VİDEO
Post Views: 43 Fransanın paytaxtı Parisin məşhur Konkord meydanında 10-cu Beynəlxalq Qastronomiya şəhərciyinin açılışı olub. Şəhərcikdə Azərbaycanın mətbəxi və qədim kulinariya ənənələri də nümayiş etdirilir. AZƏRTAC xəbər verir ki, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və “Azərbaycanın Dostları” Assosiasiyasının təşkilatçılığı ilə qurulan milli pavilyon ziyarətçilərin böyük marağına səbəb olur və rəğbətlə qarşılanır. Milli adət-ənənələrə uyğun bəzədilən pavilyonda Azərbaycan …
Televiziya aparıcısı Saleh Bağırov: İncəsənət böyük gücə malikdir
Post Views: 47 Opera sənətinə həsr olunmuş festivallar klassik musiqinin inkişafı üçün çox önəmlidir. Opera sənəti qeyri-adi mədəniyyətdir, birmənalı olaraq, böyük bir tarixdir. Bu sözləri televiziya aparıcısı Saleh Bağırov Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının açılışı zamanı AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib. “İncəsənət böyük gücə malikdir. Söhbətin klassik musiqidən getdiyini nəzərə alsaq, onun təsiri iki-üç dəfə …
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Post Views: 36 Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin “Joussour des Arts et de la Créativité” Mərakeş Assosiasiyası ilə tərəfdaşlığı çərçivəsində sentyabrın 10-dan 14-dək Bakıda Mərakeş İrsi Günləri keçiriləcək. Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycan ictimaiyyətinə Mərakeşin zəngin mədəni irsi dəb, fotoqrafiya, musiqi, qastronomiya, ənənəvi sənətkarlıq və turizm vasitəsilə təqdim olunacaq. Tədbir günlərində Mərakeş mədəniyyətinin rəmzlərindən olan …
ICESCO-nun növbədənkənar sessiyasında təşkilatın maliyyə sabitliyi və borcların tənzimlənməsi müzakirə olunub
Post Views: 50 Sentyabrın 10-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Baş konfransının onlayn formatda 4-cü növbədənkənar sessiyası keçirilib. Sessiyada Azərbaycanın mədəniyyət naziri, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Adil Kərimli iştirak edib. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada ICESCO-nun mövcud maliyyə vəziyyəti, təşkilatın fəaliyyətinin davamlılığının təmin edilməsi, eləcə də təxirəsalınmaz maliyyə və …
Rauf MƏMMƏDOVu doğum günü münasibətilə təbrik edirik (9 Sentyabr)
Post Views: 117 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının rəsmi elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, əziz qardaşımızı və dostumuzu Rauf MƏMMƏDOVU doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə,bol-bol uğurlar diləyir! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
“AZƏRBAYCAN AŞIQLARI VƏ EL ŞAİRLƏRİ” NAZİR ƏHMƏDLİNİN TƏQDİMATINDA
Post Views: 142 Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin kitabxanası daha bir dəyərli araşdırma kitabı ilə zənginləşmişdir. Kitabın müəllifi tanınmış tədqiqatçı-alim Nazir Əhmədlidir. Qeyd edək ki, yaxın günlərdə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş 480 səhifəlik Azərbaycan aşıqları və el şairləri” kitabı AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilmişdir. Kitab müəllifin 2019-cu ildə hazırlayıb …
Güneydən səslər – Dr. H.Ş. Soytürk, “Ata” hekayəsi
Post Views: 61 Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi İstəkli oxucularım. Təqdimat rubrikamızda bu dəfə sizlərə güneyli soydaşlarımızdan birinin – Dr. H.Ş. Soytürkün yaradıcılığından bir nümunə təqdim edirik. Söhbət onun “Ata” adlı hekayəsindən gedir. Hekayə əsl didaktika nümunəsidir, tərbiyəedicidir. Burada müəllif aforizmsayağı çümlələri də gen-bol edib xüsusi maraq yaradıbdır. Məsələn, Aclıq təkcə çörəyin …
Atanın kitab rəfləri arasından gələn səsi: Yusif Səmədoğlunun xatirələri
Post Views: 78 AZƏRTAC Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi …
Səməd Vurğunun həyat yoldaşının xatirələrində əks olunan həyatının az məlum səhifələri
Post Views: 92 AZƏRTAC Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, …
“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub
Post Views: 92 Moskvada “İRS-Nasledie” jurnalının növbəti nömrəsi nəşr edilib. AZƏRTAC xəbər verir ki, yeni nömrədə əsas yeri böyük Azərbaycan şairi və mütəfəkkiri, orta əsrlər Şərq intibahının ən böyük nümayəndələrindən biri Xaqani Şirvaninin (1126–1199) anadan olmasının 900 illiyinə həsr olunmuş məqalə tutur. Məqalədə təkcə Şərq ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən böyük ustadlarından biri kimi tanınan …
Xan qızının əl işləri və nəsil yadigarları: Natəvanın qorunub saxlanılan xatirə əşyaları
Post Views: 84 AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir Xurşidbanu Natəvan el sənətlərini bilməsi ilə bərabər, rəssamlığı, evdarlığı, gözəl əl tikmələri ilə də müasirlərinin diqqətini cəlb edib. Şairənin rəsmlərindən ibarət albomu bu günə qədər qorunub saxlanılır. Onun gözəl məziyyətlərindən biri də özünün paltar tikməsi olub. Bunu sübut edən nümunələrdən biri – Xurşidbanunun əl …
Filoloq Qırğız akınlığı ilə Azərbaycan aşıq sənətinin oxşar və fərqli cəhətlərini açıqlayıb
Post Views: 95 Qırğız və Azərbaycan ənənələrinin mühüm ortaq cəhətlərindən biri də epik yaradıcılıqla bağlılığıdır. Qırğız xalqının milli-mədəni yaddaşında “Manas” dastanı müstəsna əhəmiyyət daşıyır. Manasçılar dastanı müxtəlif ifa üslubları ilə, geniş epik mətnləri yaddaşda qoruyaraq və müəyyən hallarda improvizasiya imkanlarından istifadə etməklə nəsildən-nəslə ötürmüşlər. Azərbaycan aşıq mühitində də dastançılıq ənənəsi olduqca zəngindir. “Koroğlu”, “Aşıq Qərib”, …
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
Post Views: 54 Sentyabrın 9-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Nərmin Nəcəfin “NAR əfsanəsi” adlı fərdi sərgisi açılacaq. Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın qədim simvollarından biri olan narın rəngkarlıq və xalça sənətində formalaşmış ənənəvi semantikası ilə yanaşı, onun müasir bədii ifadə imkanlarını təqdim edir. “Nar səyahəti” silsiləsində təkrarlanan nar motivi müxtəlif kompozisiyalarda məkan, ritm və …
Gənclər Kitabxanasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb
Post Views: 60 Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilir. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron resurs şəhərsalma və memarlıq sahəsində Azərbaycanın zəngin tarixi irsinin, …
Rafiq ODAY.”QALIR”
Post Views: 401 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Gün doğur – üzə gün gülür,Dolanır bizdən gen, gülür.Üzdəki dərdin yüngülü, –Ağırı lap altda qalır. Uyma ömrün şabaşına,Yenilərsən savaşına.Ha dizinə, ha başınaO ki var, tapatda*, qalır. Xışla ömrün alağını,Tap yolunu-yolağını.Hələ də fil qulağınıSevənlər – top at da, qalır. Tanrıdan əta – xoşbəxtlik,İçdiyin buta – …
Rafiq ODAY.”60 SANİYƏNİN ŞEİRİ”
Post Views: 266 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Dünya cavan, dünya qoca,Dünya mənim yaşıdımdı.Ötən illərin üstünəGözlərimin yaşı damdı. Usandım qeylü-qalından,Utandım boz əhvalından.Dördəlli dünya malındanTutan ağlı yaş adamdı. Bu çiyindi, bu baş – ayır,Bu qurudu, bu yaş – ayır.Yaxşı-pis – hamı yaşayır,Əsl insan yaşadandı. 27.07.2025
Lavalda Türkiyə və Azərbaycan mədəniyyəti nümayiş olunub
Post Views: 82 Fransanın Laval şəhərində 160-dan çox assosiasiyanın iştirak etdiyi Assosiasiyalar Forumunda Türkiyə və Azərbaycan mədəniyyəti, milli dəyərləri və mətbəxi təqdim olunub AZƏRTAC xəbər verir ki, tədbirdə Türk və Azərbaycan Assosiasiyasının (Association Turque et Azerbaïdjanais ATA) gənc könüllüləri fəal iştirak edərək, Azərbaycanın tarixi, mədəniyyəti və milli irsi haqqında məlumat veriblər. Azərbaycan stendində ölkəmizin tarixi, musiqisi …
İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq
Post Views: 91 Şanlıurfa minilliklərə söykənən tarixi, özünəməxsus mətbəxi və musiqi ənənələri ilə Türkiyənin ən zəngin şəhərlərindən biridir. Bu baxımdan iki gün davam edəcək “Şanlıurfa Mədəniyyət Günləri” xüsusi əhəmiyyət kəsb edir. Festival çərçivəsində Şanlıurfanın zəngin mədəni irsi, fərqli sivilizasiyaların izlərini yaşadan dəyərləri və qədim ənənələri nümayiş olunacaq. AZƏRTAC xəbər verir ki, bu sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq …
Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır
Post Views: 95 Bu gün yeni musiqi ilə tanışlıq getdikcə daha çox sosial şəbəkələrdəki qısa fraqmentdən başlayır. “MIDiA Research” şirkətinin 10 mindən çox istehlakçı arasında apardığı araşdırma göstərir ki, dinləyicilərin 52 faizi son bir ay ərzində sosial şəbəkələrdə eşitdikdən sonra musiqiyə qulaq asmağa başlayıb. Lakin bir çoxları üçün əsərlə tanışlıq elə bununla da bitir – …
Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb
Post Views: 103 Milli Kitabxanada bəstəkar-musiqişünas, professor Gülnaz Abutalıb qızı Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş “Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə bəstəkarın “Ön söz” müəllifi, redaktoru olduğu, rəyçi, layihə rəhbəri, məsləhətçisi, monoqrafiyaları, nota alınmış əsərləri, elmi fəaliyyəti, Azərbaycan və rus dilində çap olunan ədəbiyyatlar, …
Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb
Post Views: 76 Almatı şəhərində fəaliyyət göstərən Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyində görkəmli alim, xalçaçı-rəssam, Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Xalça Muzeyi və Qazaxıstan Respublikası Milli Mərkəzi …
Vətən müharibəsi qazisi: Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur
Post Views: 100 Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur. Əsl tarixi yaddaş şəhidlərimizin keçdiyi döyüş yolunun, göstərdikləri qəhrəmanlığın və Vətən uğrunda çəkdikləri əziyyətlərin gələcək nəsillərə dolğun və düzgün şəkildə çatdırılmasıdır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi qazisi Xəzər Abdullayev bildirib. O qeyd edib ki, Azərbaycan mədəniyyəti dünya mədəni irsində hər zaman …
Qaya və divarlara həkk olunan yazılar: Xatirə, yoxsa vətəndaş məsuliyyətsizliyi…
Post Views: 80 Şuşaya səfər edən bəzi turistlərin şəhərdəki qaya daşlarının üzərinə müxtəlif adlar və yazılar həkk etməsi cəmiyyətdə haqlı narazılıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülər bir daha göstərir ki, tarixi və mədəni irs nümunələrinə münasibətdə məsuliyyətsiz davranış halları hələ də mövcuddur. Lakin məsələ yalnız bir neçə daşın üzərinə yazı yazılması ilə məhdudlaşmır. Bu hadisə …
Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib
Post Views: 75 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 1005:2026 “Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” yeni dövlət standartı qəbul edilib. AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, bu dövlət standartının qəbulunda əsas məqsəd xalq musiqisinin solo, ansambl, orkestr ifası və tədris …
“Yazıçı şöhrət üçün yazmamalıdır, onun insanlara deyəcək sözü olmalıdır” – MÜSAHİBƏ – ANAR
Post Views: 98 Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi, Ç.Aytmatov adına İssık-Kul forumunun vitse-prezidenti və baş katibi, Beynəlxalq xalq diplomatiyası assosiasiyasının vitse-prezidenti, Beynəlxalq ictimai xeyriyyə fondu “Assol”un prezidenti Assol Moldokmatovanın – “Dünyanın liderləri” müəllif rubrikası. ANAR 20 il bundan əvvəl mənim Azərbaycana ilk səfərim hafizəmdə ömürlük qalan görüşlər bəxş etmişdi. O vaxt ölkə haqqında sənədli filmlər …
Lütviyyə ƏSGƏRZADƏ.”RUHUN VƏ QADIN DÜNYASININ BURULĞANI: AYSEL FİKRƏT POEZİYASININ EKZİSTENSİAL FENOMENİ”
Post Views: 285 Lütviyyə Əsgərzadə Filologiya elmləri doktoru Deyirlər ki, “Qadın bəşəriyyətin poeziyası, kişi isə onun fəlsəfəsidir.” Bu dərin müddəa varlığın və kainatın nizamını tənzimləyən iki fərqli gücün tamamlayıcılıq harmoniyasını ehtiva edir. Əgər kişi təfəkkürü həyatı məntiq formulları, rasional qanunauyğunluqlar və struktur çərçivəsində dərk etməyə çalışan bir fəlsəfədirsə, qadın varlığı bu fəlsəfəyə ruh verən, …
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək
Post Views: 92 Sentyabrın 19-20-də Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək. AZƏRTAC xəbər verir ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq. Artıq 5-ci dəfədir təşkil olunacaq festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və …
Azərbaycan Ankarada beynəlxalq moda sərgisində təmsil olunur
Post Views: 79 Ankaradakı “ATO Congresium” sərgi mərkəzində “Capital of Fashion COF’26” Beynəlxalq Hazır Geyimlər Moda Sərgisi keçirilir. AZƏRTAC xəbər verir ki, Anadolunun ən böyük sərgilərindən hesab olunan tədbir Türkiyə ilə yanaşı, müxtəlif ölkələrdən moda və hazır geyim sektorunun nümayəndələrini, şirkətləri, dizaynerləri və ziyarətçiləri bir araya gətirib. Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə …
YUĞ Teatrı yeni mövsümlə bağlı planlarını təqdim edib
Post Views: 87 Azərbaycan Dövlət YUĞ Teatrında yeni mövsümün başlanmasına həsr olunmuş ilk iclas keçirilib. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov kollektivi qarşıdakı mövsüm üçün planlar və fəaliyyətin əsas istiqamətləri ilə tanış edib. Xüsusən də yeni teatr mövsümündə bir sıra tamaşaların hazırlanması planlaşdırılır. Onların arasında rejissor Günay Səttarın …
Filmlərin Azərbaycan dilinə dublyajının kamera arxası – REPORTAJ VİDEO
Post Views: 84 Dublyaj yalnız aktyor və səs rejissorlarının fəaliyyəti ilə məhdudlaşmır, bu, həm də tərcüməçilərdən redaktorlaradək böyük heyətin birgə əməyinin bəhrəsidir. Onlar filmin orijinal mətnini Azərbaycan dilinə uyğunlaşdıraraq ekran əsərini tamaşaçıya tam və rahat şəkildə çatdırırlar. AZƏRTAC-ın AzTV-nin Dublyaj redaksiyasından hazırladığı reportajda səs rejissorlarının pult arxasında müasir avadanlıqlarla işləməsi, dublyaj aktyorlarının mikrofona yaxınlaşaraq rolları …
Azərbaycan ilə bp şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
Post Views: 82 Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli sentyabrın 2-də bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.Qonağı salamlayan nazir Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlığın istiqamətlərindən birinin də mədəniyyət sahəsi olduğunu bildirib. Qeyd olunub ki, şirkətin muzey və sərgilərin təşkili, yaradıcı təşəbbüslərin təşviqi, o cümlədən görkəmli mədəniyyət xadimlərinin …
Şairə-publisist Nəcibə İLKİN.”Mənə elə gəlir ki…”
Post Views: 165 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Mənə elə gəlir ki,Neçə il bundan öncəGörüşmüşəm səninlə.Bilməm hansı küçədə,Bilməm hansı dalanda,Bilməm hansı döngədə,Bilməm saat neçədə?Elə o vaxt, o zamanXatirə kimi qalıbÜrəyimin küncündə.Saatın əqrəbi təkGeriyə …
Adilə NƏZƏR.”Qardaşıma ağı”
Post Views: 258 Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, şairə-publsist Bir ulduz da sönüb getdi beləcə,Dünya qəfil ikiləndi o sabah.Qələmimdən damcılayan mürəkkəb,Göz yaşımda şəkilləndi o sabah. Ölüm…Ey Günəşin, işığın tərsi,Sənə açıq gözlə kim baxa bilib?Ey nurla zülmətin sonuncu rəqsi,Doğma zəncirin kim buraxa bilib?Kim dözə bilibdir aldıqlarına?Bir ömrün ardınca …
Nicat HUNALP.”Ölüm”
Post Views: 188 Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. İlan tək qıvrılıb yatıb,Gözləyir qınında ölümHamıdan uzaq dayanıb,Hamının yanında ölüm Ölüm də ölür vaxt olur,Xoşbaxt olur, bədbaxt olur,Vaxt olur tərki – taxt olur,Boğulur qanında ölüm Bilmirik , harda gizlənir,Səs çıxarmır, gəlmir hənir,Qabağına …
Elnur Uğur ABDİYEV.”Mən Fərhad ola bilmərəm”
Post Views: 294 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ. Mən Fərhad ola bilmərəm,Səbrim çapa bir qayanı.Sənlə gözəldi dünyamız,Sənsiz neynirəm dünyanı? Sənsiz dadı-duzu yoxdur,İştahasız əlimin də.Hər anı vahimə saçır,Ömür adlı bu filmində. Özümdən əmin oluram,Tək yanımda sən olanda.Məcburi köçkün olmuram,Gözlərin Vətən olanda. Eşqindir …
Ədəbi ictimaiyyətə təqdim olunmasına bu gün də ehtiyac olmayan Xalq şairi
Post Views: 112 Kamran Murquzov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. “Ədəbiyyat və incəsənət” Müasir Azərbaycan ədəbiyyatında elə söz sənətkarları var ki, onların ictimaiyyətə təqdim olunmasına bu gün də ehtiyac yoxdu. Heç şübhəsiz ki, Türk dünyasının böyük şairi-Ustad sənətkar, Xalq şairi Zəlimxan Yaqub belə qələm sahiblərindən biridir. Yaşadığı 65 illik şərəfli həyat yolunda bir çox uğurlara imza …
Aşıq Qurban Ağdabanlı: Ənənədən novatorluğa
Post Views: 73 Kənan Aydınoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. “Ədəbiyyat və incəsənət” Azərbaycan şifahi xalq ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan Aşıq ədəbiyyatı özünün ecazkarlığı, bənzərsizliyi, yeniliyi və bir çox spesifik xüsusiyyətlərinə görə çağdaş dönəmdə də ədəbi came, poeziya həvəskarları, ədəbiyyat aşiqləri, saz-söz sənətinin incəliklərinə dərindən bələd olan hər kəs, o cümlədən aşıq şeirinin müxtəlif janrlarında …
Nofəl ÜMİD.”ÇƏKİRƏM”
Post Views: 91 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. Demə mənə, nə çəkirsən,Dəmin şəklini çəkirəm.Hər yanıma düyünlənmişQəmin şəklini çəkirəm. Zaman aşıb sürətini,Kaş biləydim niyyətini,Var olanın həsrətini,Kəmin şəklini çəkirəm. Göyərmədi “ək” dediyin,Dərd çıxdı göyçək dediyin,“Əyrini düz çək” dediyinHəmin şəklini çəkirəm. Ömür yaman ucuzlaşıb,Səbrimin dəryası daşıb,Tənhalıqla qucaqlaşıbCəmin şəklini çəkirəm.
Sərvər KAMRANLI.”BAKI SEVGİLİMƏ YAXŞI BAXARSAN”
Post Views: 89 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. Ana ol, balanda sevgilim olsun,Əzizlə, qoy sevinc qəlbinə dolsun.Küləyin saçına xəfifcə dalsın,Sən də saçlarına örpək taxarsan,Bakı, sevgilimə yaxşı baxarsan! Darıxsa, yol çəkib gözləri dolsa,Həsrətim gözündən gülüşü alsa.Fikri xəyalımın izində qalsa,Dost olub dərdinə şərik çıxarsan,Bakı, sevgilimə yaxşı baxarsan! Günəşin istisi yandırsa onu,Geydirsin günəşə buludlar donun.Görsən soyuq oldu, …
Xalq şairi Vahid ƏZİZ.”LALƏLƏR SOLAN ÇƏMƏN…”
Post Views: 279 Məzarı daş içində,yar gözü yaş içində,Şəhidlər Cənnətindəyatar qumaş içində,Yar gözü yaş içində,könül təlaş içində,çətindir baş çıxartmaqdərd dolu baş içində, Dərd dolu baş içində,könül təlaş içində,yoxsulluq xar edəndiqohum-qardaş içində, Könül təlaş içində,Şəhid qumaş içində,lalələr solan yamacqaldı xaşxaş içində…
Vasif SÜLEYMAN.”BALACA ADAŞIMA”
Post Views: 94 Tələsmə, hər şeyi düz anlamağa,Tələsmə, dünyanı tez anlamağa.Başlasa, başını dərdə salacaq,Ürək anlamağa, göz anlamağa-Get adaş, get oyna, qurbanın olum! Bilməyib kədərə gülmək, bir aləm,Dünyadan-dünyaya gəlmək, bir aləm.Sonra heç birindən keçmək olmayır,Yaşamaq bir aləm, ölmək bir aləm-Get adaş, get oyna, qurbanın olum! Özünü bir dünya daddan qoyarsan,Qohumdan, yoldaşdan, yaddan qoyarsan.Kənddə toy çalınır, get …
Abdulla MƏMMƏD.”ZAVALLI ŞAİR”
Post Views: 243 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri. Dünyanı çiynində daşıyan şair,Bir könül qırmadı, qəlb dağlamadı.Yadların ömrünü yaşayan şair,Özünə bir gün də gün ağlamadı. Ruhunu sarsıtdı ömrün gərdişi,Sözünü Sarıtel üstə köklədi.Vurğun ürəyində solğun vərdişi,Dalğın gözlərində dərd çiçəklədi. Qəlbi çisənləndi söz əlacında,Yarın göz sazağı ürəyə doldu..Dözümü asdıqca ehtiyacından,Ruhən misra-misra ürəyi doldu. Sevilə bilmədi …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ALTILIQLAR”
Post Views: 162 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas. Sevgi sərhəd tanımır ki, əziz insan!Ciyərimdə hiss edirəm nəfəsini.Nə zamansa qismət olsa görüş bizə,Çıxacağıq ayrılığın əvəzini…Daha gizli saxlamaq da mümkün deyil,Mənim olmaq, sənin olmaq həvəsini! Eşqin dönüb həyatımın mənasına,Sözlərinə, gözlərinə oldum əsir…Okeanın o tayından işıq gəlir,Yenə …
“Zərif Kölgələr” Yaradıcılıq Klubunun “Kölgədən işığa” layihəsi çərçivəsində yeni kitab təqdim olundu
Post Views: 117 “Zərif Kölgələr” Yaradıcılıq Klubunun “Kölgədən işığa” layihəsi çərçivəsində yeni kitab təqdim olundu 1 sentyabr 2026-cı il tarixində Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Zərif Kölgələr” Yaradıcılıq Klubunun “Kölgədən işığa” layihəsi çərçivəsində çap olunan şair Aynur Haqverdinin “Çərçivədəki şəkil” adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib.Tədbiri “Zərif Kölgələr” Yaradıcılıq Klubunun rəhbəri Aysel …
Azərbaycanlı şairə Firəngiz Sabirqızının “Uşağ şeirləri” adlı yeni şeirlər kitabı yenidən nəşrə hazırlanır
Post Views: 171 Təzəlikcə çapdan çıxan “Uşağ şeirləri” kitabımda uşaqlar üçün yazılmış məzəli, maraqlı, düşündürücü və tərbiyəvi şeirlərlə yanaşı, bir nağıl və bir gerçək hekayə də yer almışdır. Kitabın uşaqların dünyagörüşünə, təxəyyülünə və mütaliə sevgisinə kiçik də olsa töhfə verməsi əsas məqsədlərimdən biridir.Sevindirici haldır ki, kitab oxucular tərəfindən maraqla qarşılanıb və artıq birinci nəşr bitmək …
Firəngiz SABİRQIZI.”Adını bilmədiyim gül”
Post Views: 161 Adını bilmədiyim gül,Nə qəmli qoxun gəlir.Ləçəklərin titrəyir,Son dəfə ahın gəlir. Sən də belə ölürsənBir kitab arasında…Görəsən, doğulmusanDünyanın harasında? Adını bilmədiyim gül,Gülün burnunda ölür,Quruduqca ləçəyin,Balan qarnında ölür. Quruya-quruya ölürsən,Dönürsən saman çöpünə.Səni necə tullayım?Gərəksən yaman günümə. Adını bilmədiyim gül,Öpüşək, dadsız ölmə.Öləndə mənlə öl ki,Yazıqsan… adsız ölmə.
Şuşa ruhunun poetik dastanı – İlahə SƏFƏRZADƏ
Post Views: 85 Elçin İsgəndərzadənin “Mənim Şuşa dastanım” kitabı haqqında qeydlər Ədəbiyyatda elə mövzular var ki, onlar hər nəslin yaradıcılığında yeni çalarlarla yenidən doğulur. Bu mövzulardan ən böyüyü, bəlkə də, ən müqəddəsi yaradıcılığın yaddaş, kimlik və gələcək ifadəsi olan vətəndir. Azərbaycan poeziyasında Qarabağ mövzusu hər zaman milli kimliyimizin, yaddaşımızın, mübarizə tariximizin əsas qayəsi olub. Bu …
“Ruhun pıçıltısı” Aysel Nəsirzadə ilə
Post Views: 93 Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və İncəsənət” portalının Xüsusi Layihələr şöbəsi Salam, “Ədəbiyyat və İncəsənət” sevimli izləyiciləri, sentyabr ayında xoş gördük. Fəsillər dəyişir, illər ötür, amma bizim rubrikalar öz izləyicilərini bütün fəsillərdə duyğulandırır. “Ruhun pıçıltısı” adlı rubrikamızın qonağı da ruhunun pıçıltılarını bizimlə bölüşəcək. Beləliklə, Aysel Nəsirzadənin şeirlərini Sizə təqdim edirik. *** Üfüqdən boylanmamışdı günəş, …
Varisin romanı nüfuzlu Moskva Ədəbiyyat Mükafatı-biennalesinin finalçısı elan edilib
Post Views: 89 Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi Yazıçı Varisin 2024-cü ilin dekabrında Moskvada “İSP” nəşriyyatında 5000 tirajla “Müasirlər və klassiklər” adlanan nüfuzlu vintaj seriyadan nəşr edilmiş, qısa müddətdə təkrar çapa getmiş “Gecə reysinə bilet” romanı Roman nominasiyasında 2024-2026-cı illər Moskva Ədəbiyyat Mükafatı-biennalesinin finalçısı elan edilib. Rusiya Yazıçılar Birliyinin, “Rossiyskiy …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”POYLU VAĞZALI”
Post Views: 105 Yada düşür Kür çayı,Analı vaxtımıydı.Bizim Poylu vağzalıMənim paytaxtımıydı!Bilmirdim qayğı nəydi.Ağrı nəydi, fikir nə!Mən meydan oxuyurdumBu dünyanın özünə.Əyilib bu torpağıÖpürəm indi, Tanrım!O günləri, aylarıKaş görəm indi, Tanrım! Bakı şəhəri. 13.7.2025. QEYD: Bu şeir görkəmli Azərbaycan yazıçısı Varis Yolçuyevin facebook səhifəsindən götürülmüşdür.
Şəfa VƏLİYEVA.”Bütün qoca romançılara…”
Post Views: 195 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Bu gecəni hiss elə…Eynəyinin ağrıyan şüşəsini silmə heç…Sızlasa əlinin qələm söykənən yeriÜflə…Hər ağrıya ürək vermə,Birinin də üstündən keç… Bu gecəni hiss elə…Oxuduğun son romandanDaha gözəlini yaz…Gül …
Təhminə MÜBARİZ.Yeni şeirlər (2026) VIII hissə
Post Views: 167 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. * * * Oldu bu ömür yarı,Hər şey keçər.. – bəs hanı!?Kaş düz olaydı barı..Bu sözün az hissəsi..Dolub daşdıqca daşır,Səbrin səbir kisəsi.. Erkən əsdi sovurdu,Qönçələri küləklər..Quşlar da saldı qanad,Uçdu.. uçdu lələklər..Sən getdin.. çiçəklərə,Qonmadı kəpənəklər..Düzələr hər şey.. – hanı..Kaş düz olaydı barı..Bu sözün az hissəsi..Getsəm, …
Könül NURİYEVA.”Gözlərimin nuru, hansı aysan?”
Post Views: 136 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Səni bir sentyabr gününə bənzətdim,Gözlərində sual, saçların dağınıq,sanki bir məktəbli uşaq,mənə baxırdın matdım- matdım…Sentyabr uzaqlaşırdı ikimizdən addım- addım,İndi özümə verirəm sual,—uzun ayrılıqdan sonragörəsən, hansımız atacaq ilk addım? Səni oktyabrın dumanlı havası bilirdim,əlindəki gitara ilə,oktyabrın boz buludlarını silirdin,Sən, həmin gün təkcə mənim, mənimdin…məni aldatdığını bilmirdim,demə …
Sevinc YUNUSLU.”Çıxıb gedəsim var uzaq bir yerə”
Post Views: 152 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri Güneyli inqilabçı şair Huşəng Cəfəriyə Çıxıb gedəsim var uzaq bir yerəOrda ki, ağaclar yaşıl yaşıldı..Nə olsun, bu eldə doğulmuşam mənDünyanın hər daşı qəbir daşımdı.. Fərqi yox şimaldı, ya şərqdi, olsun..Bəxtimin şairi Huşəngdi, olsun!Fərqi yox çirkindi, qəşəngdi olsun-Onsuz da sevən …
Xəyalə SEVİL.Yeni şeirlər (2026) XI hissə
Post Views: 146 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Bir addım irəli, bir addım geri,Yenə eyni çıxır yolların sonu.Mənə bu havada üşümək qalır,Bir də ki, bir də ki, düşünmək onu. Təzədən doğulur bu ruh, bu bədən,İlahi, …
Arzu HÜSEYN.”Dünənimdə elə həmin adamsan”
Post Views: 99 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Dünənimdə elə həmin adamsan,Məhv elədin ikimizi gül kimi!Bilirəm ki, mənim üçün haçansaTökəcəksən göz yaşını sel kimi. Mən yenə də sevinmirəm o qəmə,Ürəyinə daş dəyməsin sabah da.Baxmayaraq acımadın sən mənə,Demədin ki, qəlb sındırmaq günahdı. Şeirlərim ağladıqca sevindin,Dedin: “Mənəm o ocağın tüstüsü.”Yazdıqlarım …
VÜQAR ƏHMƏDİN MİRCƏLALIN PUBLİSİSTİKASI HAQQINDA MONQRAFİYASI ÇAP OLUNUB
Post Views: 115 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” adlı monoqrafiyası işıq üzü görüb. (Bakı-2026, “Elm və Təhsil”) “Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası Ədəbiyyat İnstitutu Elmi Şurasının6 iyul 2026-cı il tarixli 5 saylı qərarı ilə …