Xalq şairi Nəriman HƏSƏNZADƏ.”GÜL BİR AZ…”

Bəstəkar Ələkbər Tağıyev

Mən bilirəm xatirinə dəyiblər,
unut, mənim xatirimə gəl bir az.
İşdə sənə nə deyiblər, deyiblər,
evə gəldin, danış bir az, gül bir az.

Bu dünyanın nadanı var nə qədər!
Ürəyində nə qəm olsun, nə kədər.
Torpaqdan da az tapılır incilər;
qızıl bir az, almaz bir az, ləl bir az.

Söz var, desən köçürülər, yazılar,
söz var yaxşı, söz var yaman yozular.
Ürəyimiz yaralanar, pozular
öz sözünü bilməyəndə dil bir az.