Təkcə məni sevəcəksən;
Başqa yarın olmayacaq,
Mən donacam- saçlarında
Özgə qarın olmayacaq,

Tənhalıqda məni atıb,
Getsən hər şeyi unudub,
Solacaqsan xəzan tutub-
İlk baharın olmaysvaq,

Tapınmadan Uca Haqqa,
Taleyinə oldun qaşqa,
Ürəyində məndən başqa
Arzuların olmayacaq,

Od vuracaq mənli illər,
Üşüdəcək xatirələr,
Hər cür xülyan ola bilər-
Arzuların olmayacaq..