
Bu gün Füzuli Şəhəri Günüdür. Bu tarixi gün münasibətilə Milli Kitabxanada “17 Oktyabr – Füzuli Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Füzuli şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Füzuliyə Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi, Vətən müharibəsi və böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Virtual sərgi ilə linkindən istifadə edərək tanış ola bilərsiniz.
Ənənəvi sərgidə isə Füzuli şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.
- Mənb//azertag.az/