Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 24 of 24 NƏTİCƏLƏR
Mədəniyyət

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Post Views: 51 Bakı Kitab Mərkəzində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın yaradıcılığına həsr olunmuş “Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi və dirijorluğu ilə Cahangir Cahangirov adına Xor Kollektivi Dövlət Himnini səsləndirib. Gecə boyunca Üzeyir Hacıbəylinin müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlər Muğam …

Mədəniyyət

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Post Views: 50 İstanbulun mühüm elm, mədəniyyət və bilik mərkəzlərindən biri olan tarixi Rami Kitabxanasında Azərbaycan dövlətçiliyi, tarixi və mədəniyyətinə həsr olunmuş xüsusi “Azərbaycan bölməsi” yaradılıb. AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi əsasında yaradılan bölmədə Azərbaycanın qədim və zəngin tarixini, dövlətçiliyini, çoxəsrlik mədəni irsini, ədəbiyyat və incəsənətini, musiqisini, görkəmli …

Mədəniyyət

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Post Views: 56 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qaya” Dövlət Ansamblının ifasında “Arşın mal alan” fantaziyası təqdim olunub. AZƏRTAC xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı musiqili komediyası əsasında hazırlanan layihədə əsərin əsas solo və xor nömrələri çoxsəsli estrada-caz üslubunda işlənib. Fantaziyanın müəllifləri Azərbaycanın Xalq artisti, əfsanəvi “Qaya” kvartetinin solisti Rauf Babayev və …

Mədəniyyət

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Post Views: 50 Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub. Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan dili kurslarının yeni tədris ilinin iştirakçıları, diaspor nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov kurslara yeni qoşulan iştirakçılara uğurlar arzulayıb. Diplomat çıxışında Azərbaycan dilinin …

Mədəniyyət

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

Post Views: 49 “Erkən hisslər” qısametrajlı filmi Qazaxıstanda keçirilən Baykanur Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb. AZƏRTAC xəbər verir ki, film Mədəniyyət Nazirliyi tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Rental Azərbaycan” tərəfindən istehsal edilib. Dünya premyerasını “Krakov Beynəlxalq Film Festivalı”nda edən ekran əsərinin rejissoru Nurlan Həsənlidir. Mənbə: https://azertag.az/

Mədəniyyət

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

Post Views: 62 Azərbaycan mətbəxinin zəngin dadlarını Fransanın peşəkar kulinariya ənənələri ilə birləşdirən azərbaycanlı aşpaz Bahar Ağamalova özünəməxsus yaradıcılıq üslubu formalaşdırıb. Onun üçün mətbəx yalnız yemək hazırlamaq sənəti deyil, həm də uşaqlıq xatirələrinin, milli kimliyin və müxtəlif mədəniyyətlər arasında əlaqənin ifadə vasitəsidir. Bahar Ağamalovanın mətbəxə marağı hələ uşaqlıq illərindən başlayıb. O, restoranlara getdiyi zaman mətbəxdə …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”BAŞI DAŞA DƏYƏN DƏRDƏ HƏDƏFƏM.”

Post Views: 159 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri. Sevincim dərdimlə çiyin-çiyinəTəmasda olarkən, könül qan ağlar.Ürəyim susduqca gözüm deyinər,Gözün söz buludu duyğumu dağlar. Sahili yalayan qısqanc ləpələr,Sevinər sevincin xam uyğusundan.Doğmanın yadlığı səbri qəlpələr,Qəlb vəcdə gəldikcə yad duyğusundan. Pərişan sevincim saçını yolar,Çəkilən əzabı qəlbim unutmaz.Sevilən sevəni versə də yola,Qədəri nisgilli dərdi ovutmaz. Dilimin ucunda …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”YAŞA YOXLUĞUMU YAD HƏYATINDA!”

Post Views: 134 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri. Dilimin ucunda uyuyur hələ,Səbrimə sığınan sonuncu kəlməm.Barmağa dolayıb elədən beləYetər hərlədiyin hissimi, sənəm! Qəlbimə dağ çəkib sökdün bağrımı,Gözümdən gətirib sevincimi sən.Ağlımı başımdan alan ağrımı,Bələdin sevdalı söz incimə sən. Gözlərim oxşadı üzünü, gülüm,İsinib bir müddət şirinliyinə.Sadəlövh güvənim üzümə gülür,Düşdükcə kədərin dərinliyinə. Araya sərinlik sərgiləyən kəs,Söylə …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Seçmə şeirlər II hissə

Post Views: 58 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının SUMQAYIT Bürosunun Rəhbəri Bir az bu ağaca, bir az o daşa Bir az bu ağaca, bir az o daşa,Bir az bu torpağa oxşayıram mən.Bir az ağac ömrü, bir az daş ömrü,Bir az torpaq ömrü yaşayıram mən. Yüz yol od qoyanlar yandırammadı,Olmadı kimsəyə əyilməyim də.Palıd vüqarımı sındırammadı,Salbalar altında …

Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.”BAĞLA QAPINI”

Post Views: 46 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri Ürək, bir vaxt bəzəmişdin,Təmtəraqla qapını.İndi yaman səs eyləyir,Bir az yağla qapını. Yolun yoxuş, yolun hamar,Hərdən oyaq, hərdən xumar.Birdən kimsə mədət umar,Açıq saxla qapını. Mənli həyat, mənsiz rahat,Gedirəm mən, qal salamat.Yola …

Azərbaycan ədəbiyyatı

Elnur Uğur ABDİYEV.Yeni şeirlər (2026) V hissə

Post Views: 243 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ. * * * Mənim bəsirətimdə,Hər gün neçəsi kordu.Mənim bəsirətimdə,Zahid var gorbagordu. Astar çəksən üzlərə,Qarışar e düz, dərə.Allah, baxan gözlərə,Baxıram işıqfordu. Qəlb odamda bir sükut,Gəl səsin rəngini tut.Bacarsan onu unut,Bacarmasan, bu, zordu. Gəldik, tutmadı …

Azərbaycan ədəbiyyatı

Nicat HUNALP.”Söykən çomağına, eloğlu”

Post Views: 162 Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Taleyin yazılıb bu çölə, düzə,Bəxtin dəyənəyə, çomağa düşüb.Hay-haray salmısan köçü Arana,Gah yolun yaylağa, gah dağa düşüb Söykən çomağına, söykən, eloğlu,Quşgözü seyr elə bu çölü, düzüGörən kim ağladıb bu buludları,Göyün ayağını yerdən kim …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Məzarım üstünə nə gəl, nə ağla”

Post Views: 163 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Məzarım üstünə nə gəl, nə ağla,qıyma ki, qəbrimin daşı ərisin,qara günlərimə bir qara bağla,bəlkə o illərin yaşı ərisin. kənardan boylanıb seyr elə bir az,soyuq məzarımın …

Publisistika

Şəfəq NASİR.”OVQATIMDA PAYIZ PEYZAJI”

Post Views: 56 Filologiya üzrə fəlsəfə doktoru, “Həsən bəy Zərdabi” və Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü. Hələ təbiət yayla-payızın arasında dövr edir. Yaşıl donuna düşən sarı yarpaqlar ağaclara bir özgə yaraşıq verir. Havanın gah isti, gah da sərinliyi, “Həzin sevgilər fəsli”nin özünü yetirdiyindən xəbər verir…Bir azdan təbiətin üzü bozaracaq, …

Azərbaycan ədəbiyyatı

Təranə VAHİD.”XIRDA BƏHANƏLƏR” (Hekayə)

Post Views: 74 Böyük  quşlar köçüb gedəndən sonra xırda quşlar payızın qulağına nəsə pıçıldayırdılar… Onların daxması kəndin qurtaracağında, ağaclarının göyə milləndiyi zəhmli palıd meşəsinin düz ağzındaydı. İncəvara, daxmanın üzük əndə tərəf idi, axşamlar meşədə canavarlar ulayıb çaqqallar səs-səsə verəndə daxma işığı yanan kəndə baxıb ürəklənirdi. Daxmanın da qəribə görkəmi vardı. Taxta-puşunun bir tərəfi əyildiyindən uzaqdan …

Azərbaycan ədəbiyyatı

Vasif SÜLEYMAN.Seçmə şeirlər

Post Views: 96 * * * Nimdaş təsəllidi gəldiyimiz yol,Sözlərim qəlbini, danış, neylədi…Hərəmiz bir adla gəldik dünyaya,Bizi taleyimiz tanış eylədi –Niyə taleyimiz oxşardı belə… Çəkib ruhumuzu səpələdilər,Səni sevən oğlan, məni sevən qız.Elə bir-birinə tuş gələydilər,Bizimi görmüşdü o iki qansız –Niyə taleyimiz oxşardı belə. Yolüstü təsadüf, yolüstü pənah,Bilmədik sevgimiz ölər, doğular.Belə də həqiqət olarmı, allah…Bəlkə əfsanəyə …

Mədəniyyət

Azərbaycanlı şairə Həyat Şəminin şeiri  “Xudafərin” dərgisində dərc olunub

Post Views: 61 İran İslam Respublikasının Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi, ədəbi, kultural, araşdırma dərgisinin 254-cü saylarında Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri, Azərbaycanlı şairə Həyat Şəminin “Türkün qızı Qənirə” adlı şeiri fars dilində dərc olunub. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Tanışdı bu mesaj…Bu sonuncu söz”

Post Views: 136 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Tanışdı bu mesaj…Bu sonuncu söz,içimdə bir şeytan namaza durub…ruhum bu dünyadan əlini üzüb,Tanrı saatını olmaza qurub… Bu da sevgidirmi?!gülə bilmirəm…hansı din gülməyi haram buyurub?vallah, ayrılıqdan ölə …

"Yeni nəşrlər"

Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

Post Views: 102 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub. İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri filologiya elmləri doktorları, professorlar Vüqar Əhməd, Cahangir Məmmədli və baş …

Azərbaycan ədəbiyyatı

Təhminə MÜBARİZ.”Bu gün doğum günündür”

Post Views: 140 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Bax, yenə unutmuşam..Getdin, hər şey dəyişdi,Mən yenə də huşsuzam..Hər gülən üz görəndə,Hər parlayan baxışda,Səni hey düşünərək,Səssiz-səssiz dolmuşam..Sən, bəlkə, əbədisən..Mən sənsiz yox olmuşam.. Yoxluğunun şəninə,Heç bir şey paylaşmadım..Məni əfv et, birdənəm..Sənə vaxtsız gedişi,Heç cür yaraşdırmadım..Baxdım şəkillərinə..Baxdım.. baxdım.. Ağladım..Gedişin, yoxluğunla,Kim barışdı, bilmirəm..Mən heç cür barışmadım..Sən torpağa …

Publisistika

Könül NURİYEVA.”Laza, səni sevdim.”

Post Views: 75 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Dağların buludlarla birləşdiyi bir kənd haqqında yazmaq və ordan qayıtdıqdan sonra uzun müddət onların həyat tərzi haqqında düşünmək adamı yenidən ora qayıtmağa sövq edir.Qusarın Laza kəndi Azərbaycanın şimal-şərqində, Böyük Qafqaz dağlarının baş silsiləsinin ətəyində yerləşir. Kənd Qusar şəhərindən təxminən 45–50 kilometr aralıda, dağlıq zonada …

Azərbaycan ədəbiyyatı

Sevinc YUNUSLU.”Özümdən çıxa bilməzsən”

Post Views: 120 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri Sən mənim özümsən eləÖzümdən çıxa bilməzsən.Sənin şairin mənəmsəSözümdən çıxa bilməzsən.. Düşsə ayrılıq arayaNə e, nə çatar haraya?Hər an qanayan yarayaDözümdən çıxa bilməzsən.. Eşqin də öz qınağı varKüçə- küçə sorağı varMəndə Leyli çırağı varİzimdən çıxa bilməzsən.. Sən mənim özümsən eləÖzümdən …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026) XIII hissə

Post Views: 83 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Heç kimMəni səndən soruşmayacaq.Nə də heç kim səni məndən.Nə gözəl ayrılıq oldu.Dərdi yığdım gözlərimə,Yanaqlarım qayıq oldu…Əllərimdən soruşuramSəni tez-tez,Gözlərimdən tökülürsən.Eh! Yenə də bir yol tapıb,Ürəyimə çəkilirsən.Elə gücüm də …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Sənsən bu dünyada eşqim, inamım”

Post Views: 76 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Sənsən bu dünyada eşqim, inamım,Sən dəyər verənsən, qədir bilənsən.Bir köynək hamıdan yaxın olanım,Yaxşı ki varımsan, yaxşı ki sənsən. Ömrümün yarısın boşa yaşadım,Küsdüm, təkliyimlə qoşa yaşadım.İndi ki gəlmisən — yaşa, yaşadım,Nə şirin dövransan, nə şirin dəmsən. Qəlbim daş deyildi, daş elədilər,Məni …