Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.

Bax, yenə unutmuşam..
Getdin, hər şey dəyişdi,
Mən yenə də huşsuzam..
Hər gülən üz görəndə,
Hər parlayan baxışda,
Səni hey düşünərək,
Səssiz-səssiz dolmuşam..
Sən, bəlkə, əbədisən..
Mən sənsiz yox olmuşam..

Yoxluğunun şəninə,
Heç bir şey paylaşmadım..
Məni əfv et, birdənəm..
Sənə vaxtsız gedişi,
Heç cür yaraşdırmadım..
Baxdım şəkillərinə..
Baxdım.. baxdım.. Ağladım..
Gedişin, yoxluğunla,
Kim barışdı, bilmirəm..
Mən heç cür barışmadım..
Sən torpağa qarışdın,
Mən yaşayan kəslərə,
Bir daha qarışmadım..

Gedişin, yoxluğunla,
Kim barışdı, bilmirəm..
Mən heç cür barışmadım..