
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Toplananlar dəyişsə də,
Cəmlər dəyişmədi, yavrum.
Sevinc də təzə don geydi,
Qəmlər dəyişmədi, yavrum.
Azıb ömrün qırışında,
Qaraldı o sarışın da.
“Giriş-çıxış yarışı”nda
Çəmlər dəyişmədi, yavrum.
Ömürdə beş fəslim oldu,
Qorqud soyum, əslim oldu.
Qopuz saza təslim oldu,
Simlər dəyişmədi, yavrum.
Bax, dediyin “həmin key”ik,
Həmin yerik, həmin göyük.
Şükr et ki, biz həminkiyik,
Kimlər dəyişmədi, yavrum?!
Bir cavab yazın