Rafiq ODAY.”ÇOX ŞÜKÜR”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru

Bu qədər ölü içində
Diri qaldıqsa – çox şükür.
Beş-üç haqq deyən kişidən
Biri qaldıqsa – çox şükür.

Bitib taqəti dizlərin,
İtib gülüşü üzlərin,
Haqqa xor baxan gözlərin
Tiri qaldıqsa – çox şükür.

Dəni sovruldu xırmanın,
İstər lap göyə dırmanın.
Çaqqalla dolu ormanın
Şiri qaldıqsa – çox şükür.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir