
Ərdoğan şeir deyir,
İlham da vəcdə gəlir,
ağır bir daş qaldırır.
Bir sevinc, bir də fərəh,
ürəkdən baş qaldırır.
Arzu çıxır sahilə,
Türk dünyası əl-ələ,tarixi bir mərhələ!
Yer oyanır bu səsə.
Pakistan alqış deyir,
qızınır bu nəfəsə!
Ərdoğan, bir də İlham –
iki Türk, iki Qüvvət!
Bütün insaniyyətə,
Məramımız – Hürriyyət!
Günəş,
İşıq və
Hörmət!
11.06.2025
Mənbə: https://edebiyyatqazeti.az