Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri

EŞQİNƏ

Səhər verilişində Aşıq Əli Quliyev
saz çalırdı…

Bu sabahlar bir qiyamət qopartdı,
Saz Əlinin, Əli sazın eşqinə.
Bu misralar kəlmə-kəlmə sinəmdə
Qatarlandı bu avazın eşqinə.

Zilə qalxdı – beçə pərdə sızladı,
Bəmə endi – barmaqları buzladı.
Şah pərdədə ərəb atlar tozladı,-
Mənzil kəsdi bu murazın eşqinə.

Qayıbdan bir nida qopdu: Paho…pah…
Bu dünyanın şahı qulmuş, qulu şah…
Elə sandım tüstülənir qul Əmrah
“Sərvi boylu Səlminaz”ın eşqinə.