“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Qəhərim əlçim-əlçimdir,
Kədərim ürək-ürəkdi…
Bilən varmı, gələn kimdi?
Bu yollar nəyə gərəkdi?
Bilən varmı,qara divin
Qış yuxusu yaza düşüb…
Bizim evlə sizin evin
Arasında kim üşüyüb?
Kimdi biləndərin, adam?
Gəlsin…görsün…bilsin…desin…
Məni çox söylətmə, qadam,
”Allah mənə ağıl versin! ”