
Hər təzə gün köhnəsinin
həsrətində yaşadır,
həlbət köhnə hər nə varsa
təzəsindən yaxşıdır?
Sümüyümdə əzəməti
halal duzun,çörəyin,
gözə qoca görünsəm də
“köhnəlmişəm!”-deməyin;
“Köhnə”odur–ötənlərdən
düşük-düşük danışa,
haram sərvət toplamaqda
cavanlarnan yarışa.
“Köhnə”odur–üz-gözündən
görməmişlik tökülə,
cana yığa doğmaları,
nə ölə,nə dirilə,.
Təzələrin əməlidir
bəd oyunlar,pis işlər,
görün–dünya nə gündədir,
köhnə,müdrük kişilər!?
Varaqlayın tarixləri;
baxın–könhə nələr var?
“köhnələr”-yox,”köhnəlmişlər”
“köhnəlikdə” günahkar…
28,07,2021.