
“Erkən hisslər” qısametrajlı filmi Qazaxıstanda keçirilən Baykanur Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, film Mədəniyyət Nazirliyi tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Rental Azərbaycan” tərəfindən istehsal edilib.
Dünya premyerasını “Krakov Beynəlxalq Film Festivalı”nda edən ekran əsərinin rejissoru Nurlan Həsənlidir.
Mənbə: https://azertag.az/