“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

Tanışdı bu mesaj…Bu sonuncu söz,
içimdə bir şeytan namaza durub…
ruhum bu dünyadan əlini üzüb,
Tanrı saatını olmaza qurub…

Bu da sevgidirmi?!
gülə bilmirəm…
hansı din gülməyi haram buyurub?
vallah, ayrılıqdan ölə bilmirəm,
qəmin bir adı da bayram qoyulub…

ömür çiy yeyilməz…
ovcumda bişən
o qara günləri nuş eləmədik…
insanlar tanıdım hər şəklə düşən,
ikimiz bir şəklə düşə bilmədik…