Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 1. 045 NƏTİCƏLƏR
Mədəniyyət

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Post Views: 53 AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qəbələ Nic qəsəbəsi. Qəbələnin turizm xəritəsində özünəməxsus yeri olan Nic qəsəbəsi qədim tarixi, zəngin mədəni irsi və çoxmillətli mühiti ilə seçilir. Bura Azərbaycanın əsrlər boyu qorunub saxlanılan mədəni irsi ilə yaxından tanış olmaq üçün ideal məkandır. Qəbələ-Oğuz avtomobil yolundan Nic istiqamətinə dönərkən mənzərə tədricən dəyişir. Şəhərin səs-küyü …

Azərbaycan ədəbiyyatı

Səfər VALEH.Yeni şeirlər

Post Views: 223               QALIR Ağırdır itkisi ilk məhəbbətin, İzi acıların başında qalır. Doğmasın axtaran yetim uşaq tək, Bir əlin quruyub qaşında qalır. Yaşamır həyatı sezmir ürəyin, Özünə rahatlıq gəzmir ürəyin, Qırılır içində, dözmür ürəyin, Çatı torpağında, daşında qalır. İrəli, gah geri sayırsan müdam Əlliyə yetişəm, yetmişə çatam. Nə illər ötsə də, böyümür adam, O …

Mədəniyyət

USTAD AŞIQ HAŞIM QUBALININ 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Post Views: 52 Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Azərbaycan   Aşıqlar Birliyinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış sənətkarı, Əməkdar mədəniyyət işçisi, ustad Aşıq Haşım Qubalının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. ADPU-nun Quba filialında təşkil olunan yubiley tədbiri milli-mənəvi dəyərlərə, aşıq sənətinə və ustad …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Vəfalıymış”

Post Views: 66 Nə vaxta arxalan, nə baxta aldan,Nə dövran, nə də bir çağ vəfalıymış.Min bir daşürəkli dostdan, tanışdanBir daşlı, qayalı dağ vəfalıymış. Nə toxa bel bağla, nə aca söykən,Nə şaha arxalan, nə taca söykən,Özün basdırdığın ağaca söykən,Bağbandan min dəfə bağ vəfalıymış. Zəlimxan dilində min dürlü dastan,Gah toydan söz açır, gah da ki, yasdan.Bahalı köynəkdən, …

Mədəniyyət

Azərbaycanlı şairə Təranə Turan RƏHİMLİnin şeiri “Azahar” dərgisində işıq üzü görüb

Post Views: 51 Filologiya elmləri doktoru, Ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanlı şairə Təranə Turan RƏHİMLİnin şeiri İspaniyanın “Azahar” beynəlxalq ədəbiyyat, mədəniyyət və incəsənət dərgisində işıq üzü görüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

Publisistika

Ruhun və qadın dünyasının burulğanı 

Post Views: 126 AYSEL FİKRƏT POEZİYASININ EKZİSTENSİAL FENOMENİ Lütviyyə Əsgərzadə, filologiya elmləri doktoru. “Ədəbiyyat və incəsənət” Deyirlər ki,”Qadın bəşəriyyətin poeziyası, kişi isə onun fəlsəfəsidir. “Bu dərin müddəa varlığın və kainatın nizamını tənzimləyən iki fərqli gücün tamamlayıcılıq harmoniyasını ehtiva edir. Əgər kişi təfəkkürü həyatı məntiq formulları, rasional qanunauyğunluqlar və struktur çərçivəsində dərk etməyə çalışan bir fəlsəfədirsə, qadın varlığı bu fəlsəfəyə ruh verən, onu estetik tərəfdən tamamlayan canlı bir poeziyadır. Qadınmı şeir kimidir, şeirmi qadın kimidir, bunu hər oxuyan anlaya bilməz, anlamaq üçün dərin bir …

Mədəniyyət

Aşıq Hüseyn Saraçlının 110 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil ediləcək

Post Views: 96 Oktyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasında Əməkdar mədəniyyət işçisi, ustad aşıq Hüseyn Saraçlının anadan olmasının 110 illiyinə həsr edilmiş “Aşıq yaradıcılığı: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı AZƏRTAC-a bildirib ki, tədbir Mədəniyyət Nazirliyi, AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, …

Azərbaycan ədəbiyyatı

QARABAĞDA daş qalağına çevrilmiş evlərə ELEGİYA – Həyat Şəmi

Post Views: 58 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri, QARABAĞDA daş qalağına çevrilmiş evlərəELEGİYA Mən bir daş qalağıyam,qocalan keçmişimin ağ yaddaş qalağıyam,axıb keçən zamanın içində bir kəsiyəm,çapığıyam torpağın,daş olan arzuların yosun tutmuş üzüyəm. Üzüyümü quşların barmağına taxmışam,Daşdan namə daşıyır. Sükutum bir uçurum, səsim dərin …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”BİRİ CANDI, BİRİ QƏLBDİ…”

Post Views: 25 Türkü-Türkdən qoparmağa çalışanlar ,bu çabalar əbəs cəhtdi,Azərbaycan-Türkiyəylə bi vücudda;biri candı, biri qəlbdi, Biri yerin Cənubunda,o birisi Şimalında,hər ikisi hamı iləmehribanlıq amalında, Üstümüzə ehmal qaçın-sonra çaşıb yıxılmayın,Vətən Türkün göz bəbəyi-zirehlənib məkanına soxulmayın! Yağı düşmən həmlələrin çox götmüşük,biz o qədər süngüləriqırıb-atıb,biz o qədər zəhərlənmişox görmüşük! Dədə Qorqud zamanından indiyədəkçox olublar qanımıza susayanlar,min təəssüf ki, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”GƏLƏ…”

Post Views: 194 Zirvələrə çən gələ,Duman gedə, çən gələ,Fələk bir oyun quraQəlbimdən keçən gələ, Aşıq, çaylar daşanda,Sel-selə qarışanda,Alaq həddin aşandaÇəməni bıçən gələ, Bezdim həsrət səsindən,Hicranlar hədəsindən,Dərdi Eşq badəsindənMənimlə içən gələ, Duman gedə, çən gələ,Qəlbimdən keçən gələ,Dünya qopur-“yaxşını”-“yamandan” seçən gələ..

Azərbaycan ədəbiyyatı

Kəmaləddin QƏDİM.”DƏRDLİDƏN DƏRDİ SORUŞMA…”

Post Views: 62 “Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Əvvəli saxla yadında,soruşma, ardı soruşma.Nə zamansa mən adındabirisi vardı…soruşma… Kimi kim itirdi necə,Kiminki gətirdi necə…Bu necə kətildi, necə,bu necə dardı, soruşma… Yadam səndən özgəsinə,Qadam, səndən özgəsinə.Nədən səndən özgəsinəgözlərim kordu, soruşma… Dünyadı, min dolağı var,Min yolu var, yolağı …

Azərbaycan ədəbiyyatı

Kəmaləddin QƏDİM.”BU YAŞ BİR AĞLAMALIQ, BİR GÖZLÜK YAŞ DEYİLMİŞ…”

Post Views: 74 “Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Bu dolu elə dolu,boş elə boş deyilmiş…Baxma, sənə xoş gələnkiməsə xoş deyilmiş… Təkindən dəst olmadı,Gəzilən rast olmadı.Qardaşdan dost olmadı,dost da qardaş deyilmiş… Bilinməyir adı, kim,Doğması kim, yadı kim.Bu necə sevdadı kicanından baş deyilmiş?.. Bacarırsan qadam, de,Yaradıb Yaradan …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Fərda”

Post Views: 72 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Nəsr bölməsinin Rəhbəri. Gəl tanıyaq  Fərdanı,Çox sevir yumurtanı.Yeyir səhər,  günorta,Hər dəfə üç yumurta. Nə qədər yesə doymur,Çox vaxt qabığın soymur.Başqa şeylə ovutma,Ver qayğanaq, soyutma. Qayğanaqlı boşqabınDibini də yalayır,Deyir  “heç doymadım ki,Nə yedim ki…”  ağlayır. Kəndə gedəndə qonaq.Hinə girərək qoçaq,Qaz yumurtasın görüb,Tez əlinə götürüb. Söyləyib …

Publisistika

Aslan Aslanovun “Nəğməli günlərim” kitabında sovet ideologiyası fonunda Azərbaycançılıq – Aslan Aslanov-100 – İradə AYTEL

Post Views: 141 Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində elmi-fəlsəfi düşüncəsi ilə bədii təfəkkürü birləşdirən şəxsiyyətlərdən biri Aslan Aslanovdur. Onun yaradıcılığı milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və Azərbaycançılıq düşüncəsinin bədii ifadəsi kimi diqqəti çəkir. Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Aslan Aslanov 1977-1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru, 1990-1995-ci illərdə Fəlsəfə …

Azərbaycan ədəbiyyatı

Vasif SÜLEYMAN.Seçmə şeirlər II hissə

Post Views: 76 * * * Ay bu məzarın yiyəsi,Orda torpaq, dəniz varmı…Aranızda havalınız,Dəli-divanəniz varmı… Axşamınız, sabahınız,Savabınız, günahınız.Orda sizin Allahınız,Allahsız bəndəniz varmı… Nə yaman qucmusuz yeri,Kimdi ölü, kimdi diri.Qayıdanda mənnən geri,Kəndə dönəniniz varmı… AYRILIB TƏZƏDƏN QONŞU OLMUŞUQ Bu necə həsrətdi, gözləri duyuq,Ürəkdə kədərmi, qəmmi, bilmirəm.İş elə gətirib od qonşusuyuq,Sənmi köçməlisən, mənmi, bilmirəm. Ürəyim ovcumun içində …

Mədəniyyət

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Post Views: 44 Azərbaycan Milli Kitabxanasında professor Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” kitabının təqdimat mərasimi keçirilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikası tarixinin görkəmli tədqiqatçısı, alim və pedaqoq kimi fəaliyyətindən bəhs edib, onun jurnalistikanın tanınmış simalarının irsinin araşdırılmasına, elmi kadrların yetişdirilməsinə və gənc jurnalistlərdə milli dəyərlər, …

Mədəniyyət

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Post Views: 51 Əsrlər boyu dəniz ticarət yollarının kəsişməsində mədəniyyəti formalaşmış bir ölkə olan Omanın musiqi ənənələrinin Azərbaycan muğamı ilə ortaq cəhəti nədən ibarətdir? Müəyyən ortaq elementlərə baxmayaraq, iki ölkənin musiqi dilləri niyə fərqli olaraq qalır? AZƏRTAC artıq on altı ildir Omanda yaşayıb işləyən, incəsənət tarixi üzrə fəlsəfə doktoru, dosent, “Royal Conservatory of Music and Art”ın …

Mədəniyyət

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

Post Views: 38 Azərbaycan xalçası bizim mədəni sərvətimizdir. Biz elə bir sintez yaratdıq ki, xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir. Bu sözləri AZƏRTAC-a dizayner-modelyer Ləman Süleymanova Azərbaycan Milli Xalça Muzeyində açılan “Tarixə toxunuş” sərgisində deyib. Onun qeyd etdiyinə görə, art-obyektlərin hazırlanma təklifi layihənin ilkin ideyasının müəllifi, “Pitchline Advertising” şirkətinin rəhbəri Elruz Fətiyev tərəfindən …

Mədəniyyət

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

Post Views: 50 Bu gün 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi (Frankfurter Buchmesse – 2026) işə başlayıb. AZƏRTAC xəbər verir ki, oktyabrın 11-dək davam edəcək sərgidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin qədim tarixi və zəngin ədəbi irsi xüsusi dizaynla hazırlanmış milli stenddə müxtəlif kitab nümunələri vasitəsilə təqdim edilir. Sərgidə Azərbaycanın …

Mədəniyyət

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Post Views: 49 Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə Malayziyanın BERNAMA dövlət informasiya agentliyinin nəzdində fəaliyyət göstərən BERNAMA radiosunda Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, musiqişünas, pedaqoq, publisist və dramaturq Üzeyir Hacıbəylinin anadan olmasının 141 illiyi, Azərbaycan Milli Musiqi Günü və ölkəmizdə bu yaxınlarda baş tutmuş Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı ilə əlaqədar bir neçə gün …

Mədəniyyət

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Post Views: 46 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, həmçinin 5 oktyabr Ümumdünya Memarlıq Günü və Ümumdünya Məskunlaşma Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilk dəfə olaraq gənc memar, şəhərsalma mütəxəssisləri və dizaynerlər üçün “İrs üçün yarat” müsabiqəsini elan edib. Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi İlyas Əfəndiyev küçəsi ilə 4-cü M. Maqomayev …

AJB Sumqayıt şəhər təşkilatı

Rəsmiyyə SABİRİ doğum günü münasibətilə təbrik edirik! (5 Oktyabr)

Post Views: 93 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının rəsmi elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Rəsmiyyə SABİRİ doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat …

Azərbaycan ədəbiyyatı

Payız şeirləri – ANAR

Post Views: 105 ANAR Şükür, şükür, min şükür, Azad oldu Şuşamız, Qaytarıldı Qarabağ. Yoxsa mən nə edərdim? – Bu dünyadan ümidsiz, Peşman, nakam gedərdim. *** Şeir yazmaq asandır, Qafiyə tapmaq çətin. Qafiyəsiz olanda Şeir sayılmır mətn. Fikri, hissi, duyğunu Ölçülü vəznə yatır. Yıpranmış qafiyələr Yenə dadıma çatır. *** Dostlar bir-bir gedirlər, Bax, bu belə zamandır. …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”BİR PAYIZ GÜNÜNDƏ GƏLDİK ÜZ-ÜZƏ”

Post Views: 210 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas. Bir payız günündəgəldik üz-üzə,Hara baxırdımsa, duman, çən idi.Yarpaqlar budaqda dönmüşdü közə,Od tutub alışan ağac mən idim. Elə sanırdım ki, bu çən, bu çisək,Dünyaya səpilən həsrət külüdü.Elə bil köksümdə sevdalı ürəkTəzə qönçə tutan qızılgül idi… Bir sarı …

Azərbaycan ədəbiyyatı

Nurcan Sandal – Nərd daşları

Post Views: 84 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Nərd daşları. Xəzər. Qum. Beyindəki fikirləri yuyacaq qədər güclü dalğalar. Kafka. Oxuyuram: “Əlindən gələn hər şeyi edib gözəlləşdirə bilmədiyin yerləri tərk etmək səni pis insan etməz, Milena.” Düşünürəm, niyə çətindir nəyisə gözəlləşdirmək? Beynim xatirələri qurcalayıb köhnə hadisələri xatırlayır. Hə, düz imiş, bu məni pis insan etməz. …

Mədəniyyət

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Post Views: 64 Oktyabrın 3-də Tbilisidə paytaxtın ən böyük və rəngarəng xalq bayramı – “Tbilisoba” (Tbilisinin şəhər günü) qeyd olunub. AZƏRTAC xəbər verir ki, ilk dəfə 1979-cu ildə keçirilən bu bayram hər il oktyabrın ilk həftəsonunda (məhsul yığımı başa çatdıqdan sonra) təşkil edilir. Tədbirin əsas məqsədi paytaxtın tarixini, mədəniyyətini təbliğ etmək və Gürcüstanın regionlarını tanıtmaqdır. İki …

Mədəniyyət

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Post Views: 71 Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr edilmiş “Bir musiqi – bir tarix” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Cavid Abbasovun rəhbərlik etdiyi “Birlik” Azərbaycan Gənclər Şurası tərəfindən təşkil olunan tədbirdə Şuranın üzvləri Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat veriblər. Eyni zamanda, dahi bəstəkara həsr …

Mədəniyyət

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Post Views: 65 Meksikanın Keretaro şəhərində Ümumdünya İrs Şəhərləri Festivalı keçirilib. Festival Keretaronun tarixi hissəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin və Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının yaradılmasının 30 illiyinə həsr olunub. Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, festival çərçivəsində “Ümumdünya irsi. Turizm diplomatiyası və mədəniyyət diplomatiyası” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə çıxış edən …

Mədəniyyət

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Post Views: 68 Azərbaycanlı rəssam Ayşə Nağıyeva Oksford Universitetinin Volfson Kollecinin 2026-cı il rəsm müsabiqəsinin qalibi olub. AZƏRTAC kollecin məlumatına istinadla xəbər verir ki, 250-dən çox əsərin təqdim olunduğu müsabiqədə münsiflər işlərin müxtəlifliyini və yaradıcılıq səviyyəsini yüksək qiymətləndiriblər. Ayşə Nağıyeva “Ten of Cups II” adlı kətan üzərində yağlı boya ilə işlənmiş əsəri ilə birinci yerə layiq …

Mədəniyyət

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Post Views: 69 Ankarada “Fırça” (“Кисть”) Rəsm və İncəsənət Qalereyasında azərbaycanlı rəssam Elçin Mustafayevin ənənəvi Azərbaycan ipək baş örtüyü – kəlağayıya həsr olunmuş fərdi sərgisi açılıb. “Zəriflik – keçmişdən gələcəyə” adlı sərginin təşkilinə ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi dəstək verib. AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan qadınının obrazını daim bəzəyəcək kəlağayının motivlərinə, …

Mədəniyyət

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Post Views: 55 Oktyabrın 3-də Xalq yazıçısı, nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin vəfatının 30-cu ildönümü ilə əlaqədar Fəxri xiyabanda məzarı ziyarət olunub. AZƏRTAC xəbər verir ki, anım mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, yazıçının ailə üzvləri, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər. Mərasimdə çıxış edənlər İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında özünəməxsus və …

Mədəniyyət

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Post Views: 57 Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikasına səfər edib.Səfər çərçivəsində sentyabrın 30-da Zaqreb şəhərində Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib. İclasda Mədəniyyət, Xarici İşlər, İqtisadiyyat, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Gənclər və İdman nazirlikləri, …

Mədəniyyət

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Post Views: 52 Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikasında səfərdədir.Səfərin məqsədi Azərbaycan Respublikası Hökuməti ilə Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclasında iştirak etməkdir.Sentyabrın 30-da Zaqreb şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiya Respublikasının iqtisadiyyat naziri Ante Şuşnyar arasında ikitərəfli görüş keçirilib.Nümayəndə …

Mədəniyyət

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

Post Views: 58 “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov beynəlxalq inteqrasiya və mədəni mübadilə proqramı çərçivəsində təşkil olunmuş ixtisaslaşdırılmış fotosərgidə iştirak edib. AZƏRTAC xəbər verir ki, sərgi zamanı Elmar Məmmədov Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman ilə görüş keçirib. Tərəflər vizual sənətin beynəlxalq əlaqələrin möhkəmləndirilməsində və humanitar əməkdaşlığın inkişafındakı rolunu müzakirə ediblər. Görüşdə tarixi və mədəni …

Mədəniyyət

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Post Views: 48 Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ilk dəfə təşkil olunan “Birgə film istehsalına dəstək müsabiqəsi”nin 2026-cı ilin III rübünü əhatə edən mərhələsi başa çatıb. ARKA-dan AZƏRTAC-a bildirilib ki, Bədii Keyfiyyətə Nəzarət Komissiyası 5 şirkət tərəfindən təqdim edilən layihələri qiymətləndirərək onların maliyyələşdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, “Nasreddin Production” MMC-nin …

Mədəniyyət

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Post Views: 82 Bakı Kitab Mərkəzində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın yaradıcılığına həsr olunmuş “Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi və dirijorluğu ilə Cahangir Cahangirov adına Xor Kollektivi Dövlət Himnini səsləndirib. Gecə boyunca Üzeyir Hacıbəylinin müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlər Muğam …

Mədəniyyət

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Post Views: 85 İstanbulun mühüm elm, mədəniyyət və bilik mərkəzlərindən biri olan tarixi Rami Kitabxanasında Azərbaycan dövlətçiliyi, tarixi və mədəniyyətinə həsr olunmuş xüsusi “Azərbaycan bölməsi” yaradılıb. AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi əsasında yaradılan bölmədə Azərbaycanın qədim və zəngin tarixini, dövlətçiliyini, çoxəsrlik mədəni irsini, ədəbiyyat və incəsənətini, musiqisini, görkəmli …

Mədəniyyət

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Post Views: 129 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qaya” Dövlət Ansamblının ifasında “Arşın mal alan” fantaziyası təqdim olunub. AZƏRTAC xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı musiqili komediyası əsasında hazırlanan layihədə əsərin əsas solo və xor nömrələri çoxsəsli estrada-caz üslubunda işlənib. Fantaziyanın müəllifləri Azərbaycanın Xalq artisti, əfsanəvi “Qaya” kvartetinin solisti Rauf Babayev və …

Mədəniyyət

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Post Views: 80 Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub. Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan dili kurslarının yeni tədris ilinin iştirakçıları, diaspor nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov kurslara yeni qoşulan iştirakçılara uğurlar arzulayıb. Diplomat çıxışında Azərbaycan dilinin …

Mədəniyyət

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

Post Views: 82 “Erkən hisslər” qısametrajlı filmi Qazaxıstanda keçirilən Baykanur Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb. AZƏRTAC xəbər verir ki, film Mədəniyyət Nazirliyi tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Rental Azərbaycan” tərəfindən istehsal edilib. Dünya premyerasını “Krakov Beynəlxalq Film Festivalı”nda edən ekran əsərinin rejissoru Nurlan Həsənlidir. Mənbə: https://azertag.az/

Mədəniyyət

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

Post Views: 99 Azərbaycan mətbəxinin zəngin dadlarını Fransanın peşəkar kulinariya ənənələri ilə birləşdirən azərbaycanlı aşpaz Bahar Ağamalova özünəməxsus yaradıcılıq üslubu formalaşdırıb. Onun üçün mətbəx yalnız yemək hazırlamaq sənəti deyil, həm də uşaqlıq xatirələrinin, milli kimliyin və müxtəlif mədəniyyətlər arasında əlaqənin ifadə vasitəsidir. Bahar Ağamalovanın mətbəxə marağı hələ uşaqlıq illərindən başlayıb. O, restoranlara getdiyi zaman mətbəxdə …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”BAŞI DAŞA DƏYƏN DƏRDƏ HƏDƏFƏM.”

Post Views: 221 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri. Sevincim dərdimlə çiyin-çiyinəTəmasda olarkən, könül qan ağlar.Ürəyim susduqca gözüm deyinər,Gözün söz buludu duyğumu dağlar. Sahili yalayan qısqanc ləpələr,Sevinər sevincin xam uyğusundan.Doğmanın yadlığı səbri qəlpələr,Qəlb vəcdə gəldikcə yad duyğusundan. Pərişan sevincim saçını yolar,Çəkilən əzabı qəlbim unutmaz.Sevilən sevəni versə də yola,Qədəri nisgilli dərdi ovutmaz. Dilimin ucunda …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”YAŞA YOXLUĞUMU YAD HƏYATINDA!”

Post Views: 197 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri. Dilimin ucunda uyuyur hələ,Səbrimə sığınan sonuncu kəlməm.Barmağa dolayıb elədən beləYetər hərlədiyin hissimi, sənəm! Qəlbimə dağ çəkib sökdün bağrımı,Gözümdən gətirib sevincimi sən.Ağlımı başımdan alan ağrımı,Bələdin sevdalı söz incimə sən. Gözlərim oxşadı üzünü, gülüm,İsinib bir müddət şirinliyinə.Sadəlövh güvənim üzümə gülür,Düşdükcə kədərin dərinliyinə. Araya sərinlik sərgiləyən kəs,Söylə …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Seçmə şeirlər II hissə

Post Views: 97 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının SUMQAYIT Bürosunun Rəhbəri Bir az bu ağaca, bir az o daşa Bir az bu ağaca, bir az o daşa,Bir az bu torpağa oxşayıram mən.Bir az ağac ömrü, bir az daş ömrü,Bir az torpaq ömrü yaşayıram mən. Yüz yol od qoyanlar yandırammadı,Olmadı kimsəyə əyilməyim də.Palıd vüqarımı sındırammadı,Salbalar altında …

Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.”BAĞLA QAPINI”

Post Views: 75 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri Ürək, bir vaxt bəzəmişdin,Təmtəraqla qapını.İndi yaman səs eyləyir,Bir az yağla qapını. Yolun yoxuş, yolun hamar,Hərdən oyaq, hərdən xumar.Birdən kimsə mədət umar,Açıq saxla qapını. Mənli həyat, mənsiz rahat,Gedirəm mən, qal salamat.Yola …

Azərbaycan ədəbiyyatı

Elnur Uğur ABDİYEV.Yeni şeirlər (2026) V hissə

Post Views: 418 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ. * * * Mənim bəsirətimdə,Hər gün neçəsi kordu.Mənim bəsirətimdə,Zahid var gorbagordu. Astar çəksən üzlərə,Qarışar e düz, dərə.Allah, baxan gözlərə,Baxıram işıqfordu. Qəlb odamda bir sükut,Gəl səsin rəngini tut.Bacarsan onu unut,Bacarmasan, bu, zordu. Gəldik, tutmadı …

Azərbaycan ədəbiyyatı

Nicat HUNALP.”Söykən çomağına, eloğlu”

Post Views: 220 Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Taleyin yazılıb bu çölə, düzə,Bəxtin dəyənəyə, çomağa düşüb.Hay-haray salmısan köçü Arana,Gah yolun yaylağa, gah dağa düşüb Söykən çomağına, söykən, eloğlu,Quşgözü seyr elə bu çölü, düzüGörən kim ağladıb bu buludları,Göyün ayağını yerdən kim …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Məzarım üstünə nə gəl, nə ağla”

Post Views: 228 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Məzarım üstünə nə gəl, nə ağla,qıyma ki, qəbrimin daşı ərisin,qara günlərimə bir qara bağla,bəlkə o illərin yaşı ərisin. kənardan boylanıb seyr elə bir az,soyuq məzarımın …

Publisistika

Şəfəq NASİR.”OVQATIMDA PAYIZ PEYZAJI”

Post Views: 86 Filologiya üzrə fəlsəfə doktoru, “Həsən bəy Zərdabi” və Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü. Hələ təbiət yayla-payızın arasında dövr edir. Yaşıl donuna düşən sarı yarpaqlar ağaclara bir özgə yaraşıq verir. Havanın gah isti, gah da sərinliyi, “Həzin sevgilər fəsli”nin özünü yetirdiyindən xəbər verir…Bir azdan təbiətin üzü bozaracaq, …

Azərbaycan ədəbiyyatı

Təranə VAHİD.”XIRDA BƏHANƏLƏR” (Hekayə)

Post Views: 101 Böyük  quşlar köçüb gedəndən sonra xırda quşlar payızın qulağına nəsə pıçıldayırdılar… Onların daxması kəndin qurtaracağında, ağaclarının göyə milləndiyi zəhmli palıd meşəsinin düz ağzındaydı. İncəvara, daxmanın üzük əndə tərəf idi, axşamlar meşədə canavarlar ulayıb çaqqallar səs-səsə verəndə daxma işığı yanan kəndə baxıb ürəklənirdi. Daxmanın da qəribə görkəmi vardı. Taxta-puşunun bir tərəfi əyildiyindən uzaqdan …

Azərbaycan ədəbiyyatı

Vasif SÜLEYMAN.Seçmə şeirlər

Post Views: 136 * * * Nimdaş təsəllidi gəldiyimiz yol,Sözlərim qəlbini, danış, neylədi…Hərəmiz bir adla gəldik dünyaya,Bizi taleyimiz tanış eylədi –Niyə taleyimiz oxşardı belə… Çəkib ruhumuzu səpələdilər,Səni sevən oğlan, məni sevən qız.Elə bir-birinə tuş gələydilər,Bizimi görmüşdü o iki qansız –Niyə taleyimiz oxşardı belə. Yolüstü təsadüf, yolüstü pənah,Bilmədik sevgimiz ölər, doğular.Belə də həqiqət olarmı, allah…Bəlkə əfsanəyə …

Mədəniyyət

Azərbaycanlı şairə Həyat Şəminin şeiri  “Xudafərin” dərgisində dərc olunub

Post Views: 84 İran İslam Respublikasının Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi, ədəbi, kultural, araşdırma dərgisinin 254-cü saylarında Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri, Azərbaycanlı şairə Həyat Şəminin “Türkün qızı Qənirə” adlı şeiri fars dilində dərc olunub. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Tanışdı bu mesaj…Bu sonuncu söz”

Post Views: 185 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Tanışdı bu mesaj…Bu sonuncu söz,içimdə bir şeytan namaza durub…ruhum bu dünyadan əlini üzüb,Tanrı saatını olmaza qurub… Bu da sevgidirmi?!gülə bilmirəm…hansı din gülməyi haram buyurub?vallah, ayrılıqdan ölə …

"Yeni nəşrlər"

Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

Post Views: 133 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub. İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri filologiya elmləri doktorları, professorlar Vüqar Əhməd, Cahangir Məmmədli və baş …

Azərbaycan ədəbiyyatı

Təhminə MÜBARİZ.”Bu gün doğum günündür”

Post Views: 201 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Bax, yenə unutmuşam..Getdin, hər şey dəyişdi,Mən yenə də huşsuzam..Hər gülən üz görəndə,Hər parlayan baxışda,Səni hey düşünərək,Səssiz-səssiz dolmuşam..Sən, bəlkə, əbədisən..Mən sənsiz yox olmuşam.. Yoxluğunun şəninə,Heç bir şey paylaşmadım..Məni əfv et, birdənəm..Sənə vaxtsız gedişi,Heç cür yaraşdırmadım..Baxdım şəkillərinə..Baxdım.. baxdım.. Ağladım..Gedişin, yoxluğunla,Kim barışdı, bilmirəm..Mən heç cür barışmadım..Sən torpağa …

Publisistika

Könül NURİYEVA.”Laza, səni sevdim.”

Post Views: 115 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Dağların buludlarla birləşdiyi bir kənd haqqında yazmaq və ordan qayıtdıqdan sonra uzun müddət onların həyat tərzi haqqında düşünmək adamı yenidən ora qayıtmağa sövq edir.Qusarın Laza kəndi Azərbaycanın şimal-şərqində, Böyük Qafqaz dağlarının baş silsiləsinin ətəyində yerləşir. Kənd Qusar şəhərindən təxminən 45–50 kilometr aralıda, dağlıq zonada …

Azərbaycan ədəbiyyatı

Sevinc YUNUSLU.”Özümdən çıxa bilməzsən”

Post Views: 177 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri Sən mənim özümsən eləÖzümdən çıxa bilməzsən.Sənin şairin mənəmsəSözümdən çıxa bilməzsən.. Düşsə ayrılıq arayaNə e, nə çatar haraya?Hər an qanayan yarayaDözümdən çıxa bilməzsən.. Eşqin də öz qınağı varKüçə- küçə sorağı varMəndə Leyli çırağı varİzimdən çıxa bilməzsən.. Sən mənim özümsən eləÖzümdən …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026) XIII hissə

Post Views: 114 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Heç kimMəni səndən soruşmayacaq.Nə də heç kim səni məndən.Nə gözəl ayrılıq oldu.Dərdi yığdım gözlərimə,Yanaqlarım qayıq oldu…Əllərimdən soruşuramSəni tez-tez,Gözlərimdən tökülürsən.Eh! Yenə də bir yol tapıb,Ürəyimə çəkilirsən.Elə gücüm də …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Sənsən bu dünyada eşqim, inamım”

Post Views: 113 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Sənsən bu dünyada eşqim, inamım,Sən dəyər verənsən, qədir bilənsən.Bir köynək hamıdan yaxın olanım,Yaxşı ki varımsan, yaxşı ki sənsən. Ömrümün yarısın boşa yaşadım,Küsdüm, təkliyimlə qoşa yaşadım.İndi ki gəlmisən — yaşa, yaşadım,Nə şirin dövransan, nə şirin dəmsən. Qəlbim daş deyildi, daş elədilər,Məni …