Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 45 of 45 NƏTİCƏLƏR
Köşə yazısı

Məni qınamaq şansı verirəm sizə!(“Düşüncə döngələri” silsiləsindən)

Post Views: 208 Ana olmaq… Mən bu ifadəni sinəyə döyərək işlədənlərin kişilərə haqsızlıq etdiyi düşüncəsindəyəm. Mənimçün bu ifadənin əsli budur: “Valideyn olmaq!” Analıq və atalıq, əgər bioloji baxımdan baxmasaq, öhdəlikdir. Əlbəttə, həyatın davam etməsi bəzən təsadüflərdən də asılıdır… Təsadüfləri yığaq başqa bir düşüncə torbasına, ağzını bağlayaq, zehnimizin küncünə söykəyək, adını da qoyaq: “Dursun!” Biz şüurlu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”YETƏR Kİ, GƏLMƏSİN BƏLA AĞILDAN…”

Post Views: 168 İllər təravəti üzdən siləndəsaçalara dən yenər, gözə çən düşər,qocalıq şuxluğa üstün gələndəadamlar özünün gözündən düşər, Ürəyi tez sınar, küsü saxlayar,hər an bir dayağa ümid bağlayar,qəlbdə biri gülər, biri ağlayar-gözyaşı hər iki gözündən düşər, Yazıqlar halına yamaq olanın,əpriyib, büzüşüb yumaq olanın,şamına gənclikdə bihaqq olanınalov yad ocaın közündən düşər, Qorxar gecələrdən- qaş qaralanda,sözdən-söhbətlərdən can …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”CAVAN İDİM…”

Post Views: 119 Elə bil ki, O, Əsliydi, mən-Kərəm,aman Allah, baş verənlər nəyidi?Düşünürdüm-“Onsuz ömür sürmərəm”,cavan udim; ağlım kəsən bu idi, Rast gələndə lal olurdum; nə deyim?boş xülyaydı saçlarını hörməyim,ara-sıra qaş-qabaqlı görməyimhəmin anda şivən idi, vay idi, Qəlbdəkinə düşə bilir köz hardan?Sanki, vücud alov çəkir bahardan,elə bil ki- zühr etmişdik məzardan;mən Məcnuna, O, leyliyə tay idi, …

Ana səhifə

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümü qeyd edilib

Post Views: 140 26 fevral 2026-cı il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Giriş sözü ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent, İnstitutun elmi katibi Aygün Bağırlı 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş …

Azərbaycan ədəbiyyatı

Məhəmmədhüseyn ŞƏHRİYAR.”AZƏRBAYCAN” (Qəzəl)

Post Views: 136 Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan. Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan. Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinləAbad olub, azad olub mülki-İran, Azərbaycan. Bisütuni-inqilabda Şirin-vətən üçün FərhadKülüng vurmuş öz başına zaman-zaman, Azərbaycan. Vətən eşqi məktəbində can verməyi …

Azərbaycan ədəbiyyatı

Əli TUDƏ.”Mən nə gətirdim” 

Post Views: 122 Mən öz qardaşıma mehman gələndə Bir qələm, bir dəftər, bir can gətirdim. Bir şair könlünün arxalandığı… Ləkəsiz, boyasız vicdan gətirdim. Ucuz tutmasınlar bu sovqatımı, Hissimi, duyğumu, ehsasatımı… Mən öz varlığımı, öz həyatımı Doğma qardaşıma qurban gətirdim. Ürək daş deyildir, bir parça ətdir, Bəs onu yaşadan hansı qüdrətdir? Bir arzu, bir ümid, bir …

Mədəniyyət

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanacaq

Post Views: 125 Fevralın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanacaq. Tərəflər arasındakı imza mərasimindən sonra teatrsevərlərə Braziliya dramaturqu Gilyerme Fiqeyredonun “Ezop” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşada bizim eradan əvvəl 6-cı əsrdə yaşamış qədim yunan təmsilçisi Ezopun qul həyatından, onun ruhən və …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSYEN.”Daha bitdi, gözün aydın”

Post Views: 136 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Daha bitdi, gözün aydın.Sevindinmi, şad oldunmu?Mən hələ bir viranəyəm,Sən özün abad oldunmu? Yollarımdan gözünü çək,Son çırpınış nəyə gərək?Ömrümüzün sonunadək —Ölüyük, rahat oldunmu? Sən məndə bir dərin quyu,Lildir, bulanıqdır suyun.Mən qurbanlıq qara qoyun,Ye, ağzında dad oldummu? Tanrı, mən gerçəkmişəmmi?De, cəzamı …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Çoxlarına xüsusilə”

Post Views: 181 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Çoxlarının öyündüyü yoxuşdu.Çoxlarının göründüyü duruşdu.Çoxlarının süründüyü nə xoşdu.Çoxlarının etibarı boşdu, boş! Çoxlarının sultanlıqdır həvəsi,Çoxlarının sözə çatmır nəfəsi.Çoxlarının məhəbbətdə qəfəsi,Çoxlarının intizarı boşdu , boş! Çoxlarının sözü dəyərləndirir.Çoxlarının sözü dəyər endirir.Çoxlarının sözü diyirləndirir.Çoxlarının ixtiyarı boşdu, boş! Çoxlarının əqidəsi çolaqdır,Çoxlarının rabitəsi qulaqdır.Çoxlarının …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Gedirsənsə, neyləyək, get”

Post Views: 106 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Gedirsənsə, neyləyək, get,Yollarını kəsirəm ki?Asta-asta ölürəm də,Hara tələsirəm ki?! Məndən apardığın nədi?Bir göstər görüm nəyin var?Gözlərimdə, ürəyimdəƏcəb, yaxşı ölməyin var. Hələ göynəyir sinəmdə,Unutmasın yaram səni.Qorxuram keçəm səhvindən,Yenə bağışlaram səni.

Mədəniyyət

Bu gün Su çərşənbəsidir

Post Views: 97 Su çərşənbəsi – bərəkət, təmizlik və yenilənmənin rəmzidir İnsan yaddaşında bahar təkcə fəslin dəyişməsi deyil, ümidlərin yenidən canlanması, həyatın təzələnməsidir. Günəşin hərarəti artdıqca, sular axdıqca, torpaq isinib nəfəs aldıqca insan da daxilən yenilənir. Qədim dünyagörüşünə görə, kainatın və həyatın əsasında dörd ünsür – su, od, hava (yel) və torpaq dayanır. Novruzun gəlişi …

Azərbaycan Prezidenti

Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 106 2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun(Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur. Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı …

Mədəniyyət

Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib

Post Views: 66 Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov ilə İnnsbruk Şəhər Musiqi Məktəbinin direktoru Volfram Rosenberqer arasında musiqi təhsili sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə həsr olunmuş görüş keçirilib. Görüşdə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova da iştirak edib. AZƏRTAC xəbər verir ki, görüş zamanı uşaq və yeniyetmələr üçün musiqi təhsilinin təşkili, peşəkar kadrların hazırlanması, …

Ədəbiyyatşünaslıq

AZƏRBAYCAN POSTMODERN ƏDƏBİYYATI

Post Views: 165 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “AZƏRBAYCAN POSTMODERN ƏDƏBİYYATI: nəsr, nəzm və dramaturgiya” adlı monoqrafiyası “GlobeEdit” akademik nəşriyyatında çap edilib. Monoqrafiyada Azərbaycan postmodern ədəbiyyatı geniş tədqiq obyektinə çevrilərək ictimaiyyətə təqdim edilməkdədir. Kitabda postmodern nəsr, nəzm, dram nümunələri, nəsrə xas fabula və …

Ədəbiyyatşünaslıq

Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü görüb

Post Views: 102 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun “Əhməd Ağaoğlu: həyatı, mühiti, nəsri və epistolyar irsi” monoqrafiyasının yeni nəşri işıq üzü görüb. Ədəbiyyat İnstitutu Elmi Şurasının 5 dekabr 2023-cü il tarixli 6 saylı qərarı ilə “Elm və təhsil” …

Azərbaycan ədəbiyyatı

Xanım ANELA.”Məsafə” (Hekayə)

Post Views: 107 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Birinci addım: tərketmə Güclü hisslərin olduğu yerdə xoşbəxtliyə yer yoxdur. Bəzən düşünürəm, məgər insan yalnız öz hisslərindən zövq alır və bu hissi yaşadığı üçün özünü xoşbəxt hiss edir. Güclü, əlçatmaz məsafəli bir hissi yaşamaqsa hər insana nəsib olmur. Məsafə… Əvvəllər bu …

Azərbaycan Prezidenti

N.Ə.Həsənzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 114 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 fevral 2026-cı il Mənbə: https://president.az/

Azərbaycan Prezidenti

Xalq şairi Nəriman Həsənzadəyə

Post Views: 126 Hörmətli Nəriman Həsənzadə! Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq. Siz milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalaraq, özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmiş söz ustasısınız. Ötən əsrin 50-ci illərində poeziya aləminə qədəm qoyduğunuz ilk …

Mədəniyyət

RAMAZAN AYININ TƏQVİMİ – 2026

Post Views: 148 Qeyd: Mübarək Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilmişdir. Digər bölgələr Mübarək Ramazan ayının təqvimini qafqazislam.com saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləsinlər. Mənbə: https://qafqazislam.com/

Mədəniyyət

Bu gün Nəriman Həsənzadənin 95 illiyi tamam olur

Post Views: 80 Bütün varlığı ilə xalqına bağlı olan, onun azadlığı, istiqlalı naminə yorulmadan yazıb-yaradan qələm adamlarındandır Nəriman Həsənzadə. Millətə, xalqa xidməti özünün ömür kredosuna çevirən şair həmişə öz yüksək intellekti, mübarizliyi ilə ön sıralarda yer alıb. AZƏRTAC xəbər verir ki, bu gün müasir Azərbaycan poeziyasının, ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən birinin – Xalq şairi Nəriman Həsənzadənin …

Mədəniyyət

Bu gün böyük qəzəlxan Əliağa Vahidin doğum günüdür

Post Views: 75 Əliağa Vahid Azərbaycan poeziyasında qəzəl janrının ən görkəmli nümayəndələrindən və XX əsrin parlaq klassiklərindən biridir. Onun həyatı, yaradıcılığı və ədəbi irsi milli poeziyamızda dərin iz qoyub, bir çox nəsillərə ilham verib. Əliağa Vahid həm klassik şeirin ənənələrini yaşadan, həm də ona yeni nəfəs gətirən sənətkar kimi Azərbaycan ədəbi mühitində həmişə yüksək qiymətləndirilib. …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Səni xatırlamaq istədim bu gün”

Post Views: 97 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Səni xatırlamaq istədim bu gün,İllər xatirəmin üstünə kölgə.İki yad adamıq, bilirəm, ömrüm,Dünyada hər kəsdən tənhayıq bəlkə. Səni xatırladım gülüşlərinlə,İçimə qəribə ağırlıq çökdü.Doldu gözlərimin qəm buludları,Getdiyim hər yerə xatirə tökdü. Hər yer xatirənmiş, mənsə fikirli,Neçə il yaşadım bundan xəbərsiz.Sən demə, …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026)

Post Views: 103 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri * * * Onda payızdı havalar,-Qış da oldu, yaz da oldu.Bitdisə, nə fərqi günahSizdə oldu, bizdə oldu. Həsrətin yol yorğunudu,Ürəyimə dinc düşübdü.Dörd divarın içindəMənə bircə künc düşübdü. Nədir ki, bu …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Nə qədər günah tapdım kipriyində, gözündə”

Post Views: 81 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Nə qədər günah tapdım kipriyində, gözündə.Barmağının izini sildim, təmiz olmadı.Silah dodaqlarından ikicə kəlmə atdın.Güllələr mat qaldılar, bax gör ölən olmadı? Bu ölüm qurtuluşdu,- ölüm qurtuluş deyil.Sözlər intihar ipi,- intihar da iş deyil.Şeir adlı namələr bir növ bildiriş deyil?Mesajlar çoxaldılar …

Azərbaycan ədəbiyyatı

Həyat ŞƏMİ.”İKİ YOXLUQ ARASINDA”

Post Views: 73 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü Doğum günümə yazdığım şeir: Yenə dolum başladı, yenə yaş üstünə yaş,Ömrüm qum saatında əriyir yavaş-yavaş.Ruhum inad eyləyən bir uşaq sayağıdır,Ürək ki var, dünənin sınıq oyuncağıdır… Nə keçmişə əl çatar, nə gələcək bir liman,Bircə anlıq işığam, zülməti yırtan zaman.Öz içimə qonağam canımın süfrəsində,İçim …

Azərbaycan ədəbiyyatı

Xanım ANELA.”TRANSFORMASİYA”

Post Views: 100 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru – Sara! Qapını aç, Sara! – Nə olub, ay qızım? Niyə qapını elə döyürsən? – qonşu qadın öz qapısından təlaşla boylandı. – Sara… Saranı görən olub səhərdən? – Fidan qadının cavabını eşitmək üçün səbirsizləndi. – Yox… Dünən də görməmişəm. Bir neçə gündür görünmür. Amma sən …

Ana səhifə Mədəniyyət

Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə sərgilər açılıb

Post Views: 131 Milli Kitabxanada ənənəvi olaraq oxu mədəniyyətinin təşviqi, kitaba sevginin aşılanması və cəmiyyətdə paylaşma dəyərlərinin gücləndirilməsi məqsədilə “14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ənənəvi sərgidə oxu mədəniyyəti və kitabın cəmiyyətdəki rolu, söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik …

Mədəniyyət

Oxumaq gözəldir, paylaşmaq daha gözəl – Beynəlxalq Kitab Bağışlama Günü

Post Views: 68 Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu, təqvimdə ən gənc bayramlardan biri sayılır. Kitab bir nəslin digər nəslə qoyub getdiyi ən qiymətli mənəvi mirasdır. Bir kitab bəzən bir qərarı dəyişir, bir düşüncəni formalaşdırır, bir taleyə istiqamət verir. Kitabı paylaşmaq isə oxumaqdan daha dərin təsir yaradır – yeni oxucuların dünyagörüşünə işıq tutur, insanları …

Mədəniyyət

ABC Academiy-nin həmtəsisçisi Aqil Əliyevi doğum günü münasibətilə təbrik edirik! (13 fevral 1988-ci il)

Post Views: 91 Azərbaycanın mədəniyyət və ədəbiyyat portalının (edebiyyat-az.com) rəhbərliyi və kollektivi Sizi, Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin məzununu, ADA Universiteti Qazax Mərkəzinin magistrantını, ABC ACADEMY-nin həmtəsisçisi, filologiya üzrə peşəkar təlimçini ƏLİYEV AQİL SƏFAİL OĞLUNU doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları diləyir! Ən qısa zaman kəsiyində …

Mədəniyyət

Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi keçirilib

Post Views: 83 Gürcüstanda maarif fədailərimizdən olan, soydaşlarımızın elmə, biliyə, təhsilə marağının artmasında xüsusi rolu olan Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi və “Axtaracaq ellər məni” şeirlər kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Gürcüstanda tanınmış elm adamları, aşıqlar, söz, saz ustadları, ziyalılar …

Mədəniyyət

Azərbaycan Memarlar İttifaqı WUF13-də iki böyük sərgi ilə təmsil olunacaq

Post Views: 66 Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycana təxminən 20 minə yaxın qonağın gəlməsi gözlənilir. Tədbirdə çoxlu sayda beynəlxalq təşkilatlar iştirak edəcək. Həmçinin Memarlar İttifaqına bir sıra ölkələrin müvafiq qurumları və peşəkar birlikləri müraciət edərək forumda iştirak üçün qeydiyyatla bağlı dəstək istəyiblər və bu istiqamətdə işlər aparılır. Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlar İttifaqının …

Mədəniyyət

“İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb

Post Views: 108 “İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi çap olunub. AZƏRTAC xəbər verir ki, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı jurnalın alman dilindəki yeni nömrəsinə yazdığı “Ön söz”də ilk növbədə Azərbaycanın getdikcə artan nüfuzundan bəhs olunur. Bildirilir ki, işğal olunmuş ərazilərimizin Prezident İlham Əliyevin uğurlu siyasəti və diplomatik bacarığı sayəsində azad edilməsi, Qarabağda aparılan bərpa …

Mədəniyyət

“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edilib

Post Views: 71 Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransanın Azərbaycandakı İnstitutu və Fransanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq çərçivəsində beynəlxalq “Şərq-Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramını elan edib. Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib. Bildirilib ki, proqramın məqsədi gənc və təcrübəli azərbaycanlı kinematoqrafçıların bədii film layihələrini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək, onları peşəkar …

Ana səhifə

İsmayıl Hüseynovu doğum günü münasibətilə təbrik edirik! (8 Fevral)

Post Views: 83 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının rəhbərliyi, bütün kollektivi Sizi, Gəncə Dövlət Universitetinin Fiologiya fakültəsinin məzununu, MHM Tədris Mərkərinin əməkdaşını, “Ən mədəni Azərbaycan dili və ədəbiyyatı müəllimi” İsmayıl HÜSEYNOVU doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyir! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə …

Mədəniyyət

Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür

Post Views: 71 Xalq artisti Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xəti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus yol açıb. A.Abdullayevin klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli …

Mədəniyyət

Bütün nəsillərin müasiri

Post Views: 119 Bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 108-ci ildönümü tamam olur. AZƏRTAC xəbər verir ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı …

Mədəniyyət

Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır

Post Views: 69 Fevralın 5-dən Qəbələdə II Beynəlxalq “Qış nağılı” Musiqi Festivalı başlayır. AZƏRTAC xəbər verir ki, festival Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilir. 2009-cu ildən yay mövsümündə keçirilən Qəbələ Musiqi Festivalı artıq ikinci ildir ki, qışda da təşkil edilir. Festivalın keçirildiyi 4 gün ərzində …

Mədəniyyət

Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

Post Views: 108 Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 3-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşüb.Diplomatı salamlayan nazir Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.Adil Kərimli dövlət tərəfindən ölkəmizdə mədəniyyət və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini deyib.Görüşdə bu il ölkəmizdə …

Mədəniyyət

Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir

Post Views: 115 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli qanuna əsasən, 2026-cı il fevralın 1-dən etibarən ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə …

Azərbaycan Prezidenti

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 97 Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilsin: Ağadadaşov Sərxan …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (2026)

Post Views: 132 QALDI Kİ? Dindirmirsən yenə məni-yar, səbəbi nə oldu ki?Sındır hicran çəpərini-o getdiyin nə yoldu ki? Boş keçir ömrün zamanı,zülmət söndürür yananı,eşitdin hansı yamanı-“ağıl verən” kim oldu ki? Zaman uzun- ömür gödək,güc gəlir dartana-yedək,Haqqı kimə ümid edək-əmanət yeri vardı ki?! Çönübdür çarxı cahanın,sönməkdə şamı zamanın,hara gedək? Bu Dünyanınsalamat yeri qaldı ki? DÜNYA YENİDƏN …

Publisistika

Qırmızı yuxuların qırmızı sonu… (Azadə Novruzova – 50) – Lütviyyə ƏSGƏRZADƏ

Post Views: 88 Qədim yunan şairi Horatius öz əsərinə: “Haydı, get, sən artıq mənim deyilsən!”, – deyə xitab edirmiş. Yəni yazılan əsər artıq onun deyil, hər kəsindir. Şairlər çoxdur. Və onların işi şeir yazmaqdır. Lakin nə şairlər bir-birinə bənzəyir, nə də yazdıqları şeirlər. Bu gün haqqında bəhs edəcəyimiz Azadə xanım Novruzova da həm şair olaraq …

Azərbaycan ədəbiyyatı

On iki yolçu (Hekayə) – Günel NATİQ

Post Views: 98 “Tarixdə bir gün: Vətən müharibəsinin 3-cü günündə Naxçıvandan Qarabağa on iki nəfərlik bir qrup yola düşdü. Bu günü çoxdan gözləyirdilər. Vətən də onları…” – “Şuşanın dağları, başı dumanlı…” – gizir Əlövsət asta səslə zümzümə etdi. – Görəsən, indi də o dağlarda duman gəzir? – Şuşanın dağları çox vaxt dumanlı olur, – mayor …

Publisistika

Saxlayan, qoruyan Hafizi-kəlam – Vaqif YUSİFLİ

Post Views: 70 Hafiz Rüstəm-75 Vaqif YUSİFLİ Hafiz Rüstəm… Azərbaycan ədəbi mühitində kimsə bu ada laqeyd qala bilməz. Onun bir şair və tərcüməçi kimi bizim ədəbiyyatda özünəməxsus yeri var. Amma etiraf edək ki, onun çoxcəhətli ədəbi fəaliyyəti – şair kimi özünün poetik axtarışları, tərcüməçi kimi klassik Şərq poeziyası ilə bağlı çevirmələri, tədqiqat əsərləri, “Maarif” nəşriyyatındakı …

Publisistika

Düşünən şeirin estetikası: Qulu Ağsəsin yaradıcılığı – İlahə SƏFƏRZADƏ

Post Views: 81 Qulu Ağsəs daha çox insanın öz vicdanı, qorxuları, Yaradanı ilə tək qaldığı məqamları sözə çevirir. Onun poeziyasında sevgi iman, zaman tale, işıq qaranlıqla toqquşur. Şair oxucunu inandırmağa çalışmır, hətta əksər şeirlərində sadəcə bir sual uzun müddət insanı düşündürə bilir. Onun poeziyasında insan daim iki dünyanın arasında qərar tutur: inanmaqla şübhə etmək, sevməklə …