Xalq şairi Vahid ƏZİZ.”CAVAN İDİM…”

Elə bil ki, O, Əsliydi, mən-Kərəm,
aman Allah, baş verənlər nəyidi?
Düşünürdüm-“Onsuz ömür sürmərəm”,
cavan udim; ağlım kəsən bu idi,

Rast gələndə lal olurdum; nə deyim?
boş xülyaydı saçlarını hörməyim,
ara-sıra qaş-qabaqlı görməyim
həmin anda şivən idi, vay idi,

Qəlbdəkinə düşə bilir köz hardan?
Sanki, vücud alov çəkir bahardan,
elə bil ki- zühr etmişdik məzardan;
mən Məcnuna, O, leyliyə tay idi,

Uduzmazdım- taley cığal oynadı,
nə deyəsən?- Dünya- belə Dünyadı,
bir yad oxla sındı eşqin qanadı,
bəlkə atan- qismət çəkən yay idi?